Səni gətirəcək yola baxıram!

Qəlbimin kövrək dayanacağında
Gah sağa gah da ki, sola baxıram
Gecənin hürkək qaranlığında
Səni gətirəcək yola baxıram.

Gözlərim saat da ilişib qalıb
Göydən ulduzlarla sənə çatıram
Qəlbim sənsizliyə hamilə qalıb
Səni gətirəcək yola baxıram.

Küləyin soyuğu səni üşüdür
Havaya dəhşətli yumruq atıram
Gözlərin gözümə qovuşsun deyə
Səni gətirəcək yola baxıram.

Gözləmək sevginin taleyi imiş
Taleyin işinə lağım atıram
Səninlə birgə darıxmaq üçün
Səni gətirəcək yola baxıram.

Sevgililər Günü.

sssssss

Bir gece yarısı, soyuq havada
Sevgilim gəlmişəm yanına sənin
O mələk simana baxan zamanda
Ruhum Allahındır, ürəyim sənin.

Sevginin bayramı olarmış məgər
Sevən üçün hər gün bayrama dəyər
Sənin gözlərinə kor baxsam əgər
Bayramda tək-tənha ölməyə dəyər

İndi hər həvəsi sevgi sanırlar
Fakirlər sevgiyə para sayırlar
Qəlbimin açarın vermişəm sənə
Ürəyim səndədir başqa hədiyyə.?

Kamran Nizami 14 Fevral 2012

Həyat bir ” ŞEiR”..

Həyat bir şeirdir, sahibi şair
Ölüm qafiyədir, hər şeirə dair
Rədifsiz ömrümüz keçməz bircə an
Möhürsüz həyatdan köçmə ey insan.

Aşiqin həsrəti, küləyin gücü
Şeirin özü ilə daha gözəldir.
Qadının gülüşü, vüsalın özü
Şairin sözü ilə daha gözəldir.

Həyatın əvvəli sərbəstə düşdüm
Gənclik illərində döndüm qəzələ
Cavanlıq bitəndə qoşmaya döndüm
Ölüm səslərini memuara tökdüm

Şairin sözünə qulaq as ki, sən
Gecələr sakitcə yata biləsən
Şeir bir anadır, qafiyə ata
Şeirsiz bu dünya çətinki yata.

Yenə yorğunam gecə………

Yenə səhər açıldı
Yenə oyandım dalğın
Günəş vurdu üzümə
Öz isti şilləsini
Külək sığal çəkdi
Ana nəvazişi tək
Kitablar mənə baxdı
Gah cüt, gah tək

Dərslər yenə başladı
Gözlərim müəlliməni
Fikrim səni aradı
Sevgi məni danladı.

Qaranlıq düşdü birdən
Sən evə getməlisən
Sən gecədən qorxursan
Mən necə işıq olum
Yoluna çıraq olum

Qəlbim sükut içində
Qayıtdım evimizə
Boylandım buludlara
Baxdım ulduzlara
Səsləndim qaranlığa
Daha yorğunam gecə.

29.10.2012

Qadınların ən gözəli anadı…

Baxışları bu qəlblərə yaradı
Gülüşləri bu dünyada röyadı
Gözəlliyi sanki başqa dünyadı
Qadınların ən gözəli anadı

Övladına ən çox yanan anadı
Beşiyində layla çalan sonadı
Gecələr yuxusuz qalan xülyadı
Qadınların ən gözəli anadı

Doqquz ay bətnində gəzdirib səni
Yeməyib yedirdib böyüdüb səni
Soyuq qış gecəsi bələyib səni
Qadınların ən gözəli anadı.

Ey ana ey qadın ey gözəl mələk
Qarşında mən bəndə səcdə edərək
Bu böyük cahana mən səslənərək
Qadınların ən gözəli anadı