Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbi prosesdə özünəməxsus dəsti-xətti ilə seçilən Şair Səxavət Ənvəroğlunun 2017-ci ildə “Müəllim” nəşriyyatı tərəfindən 222 səhifə həcmində, 220 tirajla “Dünyanın işindən baş açmaq olmur” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Şimal bölgəsinin rəhbəri, şair-filoloq Abdulla Məmməddir. Ön sözün müəllifi Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, A.A.Bakıxanov adına “Gülüstan” elmi ədəbi məclisinin sədri Şıxəmməd Seyidməmmədovdur. Rəyçi filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisovdur.
Kitaba müəllifin son zamanlar qələmə aldığı şeirlər toplanıb.Kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə “Sən olacaqsan (“PRİNT” nəşriyyatı, 2014) və “Ürək məndən inciyibdi” (“Adiloğlu” nəşriyyatı, 2016) şeirləri kitabı işıq üzü görüb.

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan”.