Qədim və zəngin tarixi ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixi özünün spesifik xüsusiyyətləri, inkişaf dinamikası, ədəbi-bədii ideya istiqamətinin düzgün müəyyən olunması yönümündən, söz sənətkarlarına diqqətə və qayğının göstərilməsi baxımından, əsərlərin dünyanın müxtəlif dillərinə tərcümə olunması, əsərlərin kütləvi tirajla çap olunaraq, ictimaiyyət nümayəndələrinin, media təmsilçilərinin, ədəbiyyatsevərlərin diqqətinə çatdırılması sahəsində də zaman-zaman diqqət çəkib. Xüsusilə də, çağdaş Azərbaycan ədəbiyyatının tərkib hissəsi və ya bir qolu-yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin əsərlərinin təbliği və kitablarının təqdimatı, əsərləri ilə bağlı dövri mətbuat səhifələrində tənqidi məqalələrin nəşr olunması, ədəbi birliklərə üzv qəbul olunması-bu amillərin hər biri gənc yazarların respublikada, o cümlədən ölkəmizin hüdudlarından kənarda da tanınmasında xüsusi əhəmiyyət kəsb edir.
Hələ sovet hakimiyyəti dönəmində “Gənclər şəhəri” kimi tanınan doğma Sumqayıtımız da Çağdaş Azərbaycan ədəbiyyatının inkişafı üçün öz dəsti-xətti ilə sayılıb seçilən istər söz sənətkarları, istərsə də gənc yazarlar yetişdirmişdir. Məsələn, bədii yaradıcılıq fəaliyyətinə keçən əsrin 80-ci illərində başlamış istedadlı qələm sahiblərindən biri məhz Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti cənab Rafiq ODAYdır. Təsisçisi və baş redaktoru olduğu “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetin səhifələrində Qardaş Türkiyə Cümhuriyyətində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yazar dostlarımızın ədəb-bədii nümunələrini, poeziya örnəklərini dəfələrlə sevə-sevə, böyük məmnunluq hissə çap etmiş, iki qardaş ölkənin-TÜRKİYƏ VƏ AZƏRBAYCAN mədəni və ədəbi əlaqələrinin inkişafına öz töhfəsini vermişdir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən layihələr:
1. “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək”
2. “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”
3. “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”
4. “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək”
5. “Çağdaş Azərbaycan nəsrinin inkişafına dəstək”
6. “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək”
2012-ci il fevral ayının 14-də Azərbayacan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə gerçəkləşdirilən ”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində http://edebiyyat-az.com/ saytı istifadəyə verilib.
E-mail: azerbaycanedebiyyati@gmail.com və ya edebiyyat-az.com@mail.ru
Əlaqə saxlamaq üçün telefon nömrələri: 051 785 44 33; 051 795 44 33
Ünvan: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 2-ci mikrorayon
2013-cü ilin avqust ayının 28-də Azərbayacan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihəsi çərçivəsində http://gundelik.info/ saytı istifadəyə verilib.
E-mail: gundelik.info@mail.ru
Əlaqə saxlamaq üçün telefon nömrələri: 055 260 98 89; 070 815 12 96
Ünvan: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 2-ci mikrorayon
Ən qısa zaman kəsiyində gerçəkləşdirilən layihələrə “Kümbet”, “Usare”, “Güzlek”, “Yeni Edebiyat Yaprağı”, “Kardelen”, “Hece Taşları”, “Mevsimler” dərgiləri, “Önce Vatan”, “Metropoliten”, “Avropa Olay”, “Son nokta” qəzetləri cəlb olundu. Həmin əsərlərin müəlliflərini iki yaş qrupuna ayırmaq daha doğru olardış Birgə təşkilatçılıq nəticəsində aşağıda adları sadalanan yazarlarımızın əsərləri yayınlandı:
“Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək”
1. Əliağa KÜRÇAYLI-Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR əməkdar incəsənət xadimi;
“Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi
1. Rafiq ODAY-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri; respublikanın Əməkdar jurnalisti, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru;
2. Qafqaz ƏVƏZOĞLU-Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, “Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Qarabağ müharibəsi veteranı;
3. Abdulla MƏMMƏD-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Şimal bölgəsi üzrə xüsusi müxbiri və nümayəndəsi;
4. Müzəffər MƏZAHİM- Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Aran bölgəsi üzrə xüsusi müxbiri və nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunu
5. Mais TƏMKİN- Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Cənub bölgəsi üzrə xüsusi müxbiri və nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü;
6. Rahilə DÖVRAN- Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı;
7. Zeynəb DƏRBƏNDLİ- Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Cənubi Qafqaz xalqları üzrə xüsusi müxbiri və nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Rusiya Yazıçılar Birliyinin üzvü;
“Çağdaş Azərbaycan nəsrinin inkişafına dəstək”
1. Eyvaz ZEYNALOV-“Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, Mahud Kaşğari afına Beynəlxalq hekayə müsbiqəsinin qalibi;
“Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək”
1.
2013-cü ilin sentyabr ayından etibarən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdirilən layihələr nəticəsində bu günə qədər müxtəlif yaş qrupuna məxsus ölkəmizdən iki yazarın şeirləri və hekayələri həm Osmanlı türkcəsində, həm Anadolu türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat, Adana, Kahramanmaraş, Ankara, Bilecik şəhərlərində fəaliyyətlərini uğurla davam etdirən mədəniyyət və ədəbiyyat yönümlü dərgilərdə, o cümlədən qəzetlərdə yayınlandı. Bununla da, layihələrin icrasını həyata keçirmək və təşkil etmək məqsədilə öncədən düşünülmüş bütün incə məqamlar nəzərə alınmaqla, heç bir xətaya yol verilmədən layihələrin uğurla və böyük zəhmət sərf etməklə gerçəkləşdirilməsi prosesi son çatdı.
Dərin hörmət və ehtiramla,
Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri. 9 noyabr 2017-ci il.