Qətrə-qətrə yığılmışam özümə,
Damla-damla tökülməkdən qorxuram.
Xana kimi toxunmuşam özümə,
İlmələnib sökülməkdən qorxuram.
Nəyi tutdu, nəyi andı ürəyim?
Kimi atdı, kimə yandı ürəyim?
Ögeyliyi nə tez qandı ürəyim?
Ürəyimə təpinməkdən qorxuram.
Sevdamızın əvvəlimi? Sonu mu?
İlk arzumuz dəyişdi mi yolunu?
Asanlıqla tapmamışam yolumu,
Bu yolumdan çəkilməkdən qorxuram.