Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi

KÜÇƏ MIZDƏN

Sənin həsrətinlə a kövrək maral,
Yanan küçəmizdən keçirəm indi .
Mənimlə danişan xatirələrdən,
Dinən küçəmizdən keçirəm indi.

Dərd çalır, ğəm çalır sazının simi,
Əl vursan ağlıyar kövrəkdir himi,
Sənin eşqin kimi, ürəyın kimi,
Donan küçəmizdən keçirəm indi.

Qaldı bu küçədə nəyim var nəyim,
Sınan telli sazım, ağlıyan neyim,
Bir gün əllərində şair üurəyım,
Sınan küçəmizdən keçirəm indi.

Dözdüm hər zülümə dedim qədərdi,
Kimlər bu küçədən gəlib gedrdi,
Mənim keçirdiyim əzabı, dərdi,
Qanan küçəmizdən keçirəm indi.

“Əndəlib” dərd gəzir döşümün üstə,
Daşım dayanmadı daşımın üstə,
Dönüb ağ buluda başımın üstə,
Qonan küçəmizdən keçirəm indi.

MƏN SƏNİ UNUDA BİLMƏDİM GÜLÜM

Sən məni unutdun xeyrin olsun,
mən səni unuda bilmədim gülüm!
Yazıram sevənlər oxusun bilsin,
mən səni unuda bilmədim gülüm!

Hələ yadımdadı ilk baharıdı,
Əl çatmaz zirvələr tala qarıdı,
Səni ilk gördüyüm birgün varıdı
O günü unuda bilmdim gülüm!
mən səni unuda bilmədim gülüm!

Duymadım baharı, itirdim yayı,
Keçdi ömrüm günüm keçdi havayı!
Unutdum hər şeyi səndən savayı,
Tək səni unuda bilmədim gülüm!

Ey mənim ömrümün amanın kəsən!
Mənim günlərimə şəriksən nəsən?
Gecədə gündüzdə ürəyimdəsən,
mən səni unuda bilmədim gülüm!

İçim için-için qaynayır mənım,
Həsrətin içimdə oynayır mənim,
Bir misirə dilimdə göynəyir mənim-
«Mən səni unuda bilmədim gülüm»

Sevgilim ömrü, günü unutdum,
Səhəri, axşamı, danı unutdum,
Belə fikr eləmə səni unudum,
Mən səni unuda bilmədim gülüm!

ANAMIN ƏLLƏRİ

Üzümə toxandı bir gül yarpağı
Ay ana əllərin yadıma düşdü
Yarpaqlar bəzədi bağçanı, bağı
Ay ana əllərin yadıma düşdü

Saldığın ağacın gülü danişdi
Çaldığın laylanın dili danişdi
O alma naqqışlı xali danişdi
Ay ana əllərin yadıma düşdü

Anasız bu dünya ahdı, azardı
Nə yaxşı dünyada analar vardı
Qızım qollarını buynuma sardı
Ay ana əllərin yadıma düşdü

Enişlər, yoxuşlar üzümə durdu
Ağrılar, acılar ömrümü yurdu
Sənsiz keçən ömür ağır ömürdü
Ay ana əllərin yadıma düşdü

Alışan ocağam, qovrulan sacam
Yüx olan varlığam dağılan gücəm
Əlin ver əlimə sənə möhtacam
Ay ana əllərin yadıma düşdü

KƏSMƏ ŞİKƏSTƏ

Yox əzzim çağırıb yox əzzim deyib
Mənimlə ağladı kəsmə şikəstə
Bəlkə də, mənimlə köhnə tanışdı
Məni qucaqladı kəsmə şikəstə

Əzzim deyə-deyə ketdi əzizlər
Qurtardı tükəndi bitdi əzizlər
Onun nəvasiylə yatdı əzizlər
Yenə də çağladı kəsmə şikəstə

Yordu ilim ayım günüm könlümü
Dərdlərə, ğəmlərə ğənim könlümü
“Əndəlib” yenədə mənim könlümü
Özünə bağladı kəsmə şikəstə