Filologiya elmləri doktoru, nəzəriyyəçi ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləri” kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabda türkçülük məfkurəsi haqqında “Türkçülük”, mütəfəkkir tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevin ədəbi tarixi mövqeyi və nəzəri görüşləri barəsində “İdrakın üfüqləri”, müasir ədəbi tənqidin estetik problemlərinə həsr olunmuş “Tənqiddə meyarsızlıq sindromu” araşdırmaları və müxtəlif mövzularda ədəbi-fəlsəfi yazılar yer alıb.
Mənbə: http://www.azertag.az