https://d.radikal.ru/d09/1907/97/be907c65a7b4.jpg

Dahi Azərbaycan bəstəkarı, musiqişünası, ictimai xadimi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-fundamental əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabda Ü.Hacıbəylinin adı çəkilən əsəri ilə yanaşı, elmi və publisistik məqalələri, ümummilli lider Heydər Əliyevin, həmçinin görkəmli musiqi xadimlərinin dahi bəstəkar haqqında çıxışları, məqalələri də toplanıb. Kitabın tərtibçisi Tariyel Məmmədovdur.

Mənbə: http://www.azertag.az