Alıb çiyinlәrimә ömür adlı bir yükü,
Qışdan yaza çıxmışam, yazdan yaya gәlmişәm.
Yağış kimi hopmuşam torpağın ciyәrinә,
Süzülüb çeşmәlәrә, axıb çaya gәlmişәm.
Şimşәklә, ildırımla döyüşüm, davam olub,
Könlümdә tufanlarım, başımda havam olub.
Qarlı zirvә, dağ döşü, mәnim ilk yuvam olub,
Güllәri-çiçәklәri saya-saya gәlmişәm.
Dәn-dәn olub, әlәnib, әlәyindәn keçmişәm,
Çәrxindә fırlanmışam, fәlәyindәn keçmişәm.
Beşiyindәn çıxmışam, bәlәyindәn keçmişәm,
Haqqın mәnә verdiyi haqqı-saya gәlmişәm.
Ağladım, gözlәrimin yaşını sildi dünya,
Qәdir ağacı әkdim, qәdrimi bildi dünya.
Mәn ki doğulmamışdım, mәnim deyildi dünya,
Dünya mәnim olanda mәn dünyaya gәlmişәm.