22 oktyabr 2019-cu il tarixində saat 14:00-da Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şair-tədqiqatçı Hikmət Məlikzadənin “Turan” ədəbi məclisinin, TÜDSER-in (Türk Dünyası Sanat ve Edebiyat Platformu) üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, şairə-publisist Xatirə Fərəclinin zəngin həyat və yaradıcılığına həsr olunan “Xatirə Fərəcli yaradıclığının poetik təzahürü” adlı yeni kitabı işıq üzü görmüş kitabının təqdimat mərasimi və imza törəni keçiriləcək.

Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.