Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Belə odlu-odlu baxma,
Gözlərin öldürür məni.
Qəlbimi yandırıb yaxma,
Gözlərin öldürür məni.
Ömrümə tale yazmısan,
Tanrı yazanı pozmusan,
Gəlib gözümdə azmısan,
Gözlərin öldürür məni.
Tay sənin göz dustağınam,
Gözündə qarayam, ağam,
Yaxşı ki, hələ mən sağam,
Gözlərin öldürür məni,
Gözəldi qız gözəlliyi,
Canımdı söz gözəlliyi,
Tutub yenə dəliliyi,
Gözlərin öldürür məni.
Bir çiçək ver öz əlindən,
Bal süzülür sözlərindən,
Xəbərin yox, gözlərindən,
Gözlərin öldürür məni.