Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Vətənimizə virtual səyahət” layihəsi təşkil olunmuşdur. Layihə əsasında bir çox virtual səyahətlər həyata keçirilir. Xatırladaq ki, Quba, Gəncə, Bərdə, Xızı, Göyçay, Daşkəsən, Qax, Tovuz, Şəki, Ağcabədi, İsmayıllı və s. rayonlara təşkil olunan virtual turlar sosial şəbəkələrdə də təqdim olunur.
Virtual izləyicilər üçün hazırlanmış növbəti səyahət 11 fevral 1940-cı il tarixində yaradılan Siyəzən rayonunadır. Videoçarxda ilk olaraq, bir şəhər, bir qəsəbə, otuz iki kənddən ibarət olan rayonun ərazisi (7384 km2), əhalisi (40500 nəfər) haqqında məlumat verilmiş, bu ərazidə yerləşən müasir bina və parkların siyahısı və fotoları təqdim olunmuşdur.
Təbiətə əsrarəngiz bir rəng qatan rayonun flora və faunası bütün gözəlliyi ilə videoçarxda nümayiş olunur. Bitkilər kateqoriyasına qərbi, dağ nanəsi, cirə, yovşan, itburnu və s. daxil edilmiş, bununla yanaşı meşələrindən Sağlocan, Məşrif, Dağquşçu, Ərziküş, Sədan və digərlərinə aid fotolar toplanmışdır.
Tarixi ilə qədim olan Siyəzən ərazisində Xəlil türbəsi, Daş qutusu nekropolu, Gilgilçay müdafiə səddi, Beşbarmaq yaşayış yeri, Dindağ qalaçası kimi tarixi abidələrin fotoları və yaranma tarixləri ilə bağlı faktlar da videoçarxda əks olunmuşdur.
Videoçarxın davamında görkəmli və tarixi şəxsiyyətlərin siyahısı ardıcıl formada verilmişdir. Siyahıda Aydın Tağıyev, Əlisəfa Azayev, Oktay Hacı Gusalı, Gəndal Taçaylı, Mehdi Novruzov, İlyas Xətai kimi şair və yazıçıların adı da yer alıb.
Mətbəxinə aid balıq qızartması, küftə-bozbaş, fəsəli, göy qutabı və bu kimi ləzzətli yeməklərin fotoları da videoçarxda yerləşdirilmişdir.
Videoçarx Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən Beşbarmaq dağı, rayonun müxtəlif zonalarından axan Ata çay, Gil-gil çay kimi çayların fotoları ilə yekunlaşır.
Videoçarxda əməkdar artist Mətanət İsgəndərlinin ifasında Abbasqulu Nəcəfzadənin Nəcməddin Mürvətovun sözlərinə yazılmış “Siyəzən” mahnısı səslənir.
Videoçarx aşağıdakı linkdə yerləşdirilib: