Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü
***
…Öldüyü gündü bəlkə
Atamın ən dar günü…
Təqvimdə ağ rəngdədi,
Ömrümün bazar günü.
Əcəl dil tapır tez-tez
Dost ilə, sirdaş ilə…
Ürəyin şüşə imiş,
Sındırdım bir daş ilə.
Şeytanı uşaq kimi
Gəzdirirəm dalımda.
İki xətt üst-üstədir
Tərcümeyi-halımda.
Tanrıya ərk elədin,
Ona sal meyli, quzum.
…Nə məndən Məcnun çıxar,
Nə səndən Leyli, quzum.