Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Doxsanı haqlayıb, ömür yaşamaq
Ustadım Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 90 illik yubileyi münasibətilə!!!
Dağlarda bu səhər duman göründü,
Gördün göz yaşını çənin, ay şair!
Mən də inanıram cücərər bir gün,
Sünbülün, buğdan da, dənin, ay şair!
Gəncliyi saxlayıb, ömür yaşamaq,
Kövrəlib, ağlayıb, ömür yaşamaq,
Doxsanı haqlayıb, ömür yaşayıb,-
Yazılıb qismətin Sənin, ay şair!
Koroğlu, Qıratın, Düratın gözəl,
Qoşman, gəraylın da, bayatın gözəl,
Sevgin, məhəbbətin-həyatın gözəl,
Mənim Ustadımsan, mənim, ay şair!
AĞSTAFA Sənindi-bu ulu torpaq,
Gəzdin Ana yurdu Sən oymaq-oymaq,
Halal süfrələrə olubsan qonaq,
Olmaz bu çörək də qənim, ay şair!
Salam göndərəcək Aynalı Xəzər,
Çox bilmək istəyən dünyanı gəzər,
Dünyaya gəldiyin gündü bu səhər,
Ərisin buz kimi qəmin, ay şair!
Bakı şəhəri. 18 fevral 2021-ci il.