Özbəkistanda Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı özbək dilində təkrar olaraq “Yanqi asr avlodi” nəşriyyatında kiril, “Global Books” nəşriyyatında latın qrafikası ilə çap olunub.
Kitab məşhur şair və tərcüməçi, mərhum Usman Kuçkar tərəfindən orijinaldan çevrilmişdi.
U.Kuçkar uzun illər Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə tərcümə edib. O, Xalq yazıçıları Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə” romanlarını, “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı” povestlərini, Anarın “Mən, sən, o və telefon” kitabını özbək dilinə çevirib və vaxtilə Daşkənddə ayrıca kitab kimi çap olunub.
Mənbə: https://ayb.az