Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Dönub xəyallarım sısqa yağışa,
İlqarım ağlıyır, əhdim ağlıyır.
Dönüb yollarımda qarlı yagışa,
Yenicə dil açan bəxtim ağlayır.
Sən demə aldanıb yaz vədəsinə,
Indi də baxıram qışa dönmuşəm.
Uymuşam eşqimin bülbül səsinə,
Yuvası dagılmış quşa dönmuşəm.
Yazdıgım məktublar düşür yadıma,
Danlayır üzümü yazdıgım sözlər.
Məni öz hökmüylə məhkum eylədi.
Gözümə yıgılan, o yollar, izlər.
Həsrətin gözündən asıb özümü,
Yolçuyam, gedirəm məzar yoluna.
Dərdimi özumlə kəfənə büküb,
Girmişəm ölümün şirin qoluna.