Conni Depp yenidən “Sərçə Cek” rolunu canlandıracaq.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, “Disney” şirkəti məşhur aktyorla 300 milyon dollarlıq “Karib dənizinin quldurları-6” filmi üçün sözləşmə hazırlayır.

Qeyd edək ki, həyat yoldaşı ilə məhkəmə işinə görə Conni Depp bir çox layihədən kənarlaşdırılsa da, məhkəməni qazanandan sonra yenidən yarımçıq buraxdığı layihələrə geri qayıdıb.

Mənbə: https://azertag.az