Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi münasibəti ilə “Bənövşələr üstə göz yaşları…” kitabı latın qrafikası ilə işıq üzü görüb.
Mirvarid Dilbazi Poeziya Məclisindən AZƏRTAC-a bildirilib ki, “Bənövşələr üstə göz yaşları…” kitabı “Gənclik 1994” nəşri əsasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən kiril əlifbasından latın əlifbasına çevrilərək 1000 tirajla yenidən işıq üzü görüb.
Xalqımızın sevimli şairi Mirvarid Dilbazi uzun, maraqlı, xalq üçün olduqca dəyərli, mənalı bir ömür yaşayıb. “Bənövşələr üstə göz yaşları…” kitabına istəkli şairimiz öz şirinli, acılı xatirələrini daxil edib. Oxucu bu xatirələr işığında şairin ata-anası, doğmaları, Azərbaycan ədəbiyyatının yaradıcılarından olan tarixi şəxsiyyətlərlə yaxından tanış olacaq.
Mənbə: https://azertag.az