Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən AMEA-nın müxbir üzvü Məsumə Məmmədovanın həyatı, elmi-pedaqoji fəaliyyəti və əsərləri, kitab, elmi məqalə, dərc olunmuş məruzə, rəhbərlik və opponentlik etdiyi dissertasiyalar və s. məlumatları özündə əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.

Göstəricinin elmi redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev, redaktoru Biblioqrafiya şöbəsinin müdiri Xuraman İsmayılova, tərtibçisi isə Könül Məmmədəlilidir.

Biblioqrafik göstəricisi geniş oxucu kütləsi, xüsusilə informasiya texnologiyaları sahəsində çalışan alim və mütəxəssislər, bakalavr və magistrlar, gənc tədqiqatçılar üçün nəzərdə tutulub.

Mənbə: https://science.gov.az