“Azərbaycan, odlar yurdum mənim!” adlı videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Samirə Abbasova “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində “Azərbaycan, odlar yurdum mənim!” adlı videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda ecazkar diyar olan Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən, həmçinin adət-ənənələrindən bəhs olunub.

Mənbə: https://azertag.az