Bakıdakı Rus Evi noyabr ayı üçün tədbirlər proqramını açıqlayıb.

AZƏRTAC tədbirlər planını təqdim edir:

3 noyabr – “Qafqaz” beynəlxalq foto klubunun şəhər mənzərələrinin çəkilişi üzrə ustad dərsi,

4-5 noyabr – Bakıda və Gəncədə “Böyük etnoqrafik diktant” adlı beynəlxalq maarifləndirici aksiya,

5 noyabr – Gəncə Milli Filarmoniyasında Rusiyanın Xalq artisti Nadejda Krıqinanın konserti,

16 noyabr – “Birgə oxuyuruq” adlı uşaq ədəbi məclisi,

18 noyabr – Marina Svetayevaya həsr olunmuş “Başqa Svetayeva” adlı ədəbi gecə,

20 noyabr – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş konsert,

22 noyabr – Xalq artisti Şövkət Ələkbərovanın 100 illik yubileyinə həsr olunmuş konsert,

24 noyabr – yazıçı, ssenarist Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi,

25 noyabr – Rus Dili Tədris-Metodiki Mərkəzinin rus dili və ədəbiyyat müəllimləri üçün “Rus dilinin mənimsənilməsinin bütün mərhələlərində lüğətlərlə səmərəli işləmək üçün metodiki tövsiyələr” adlı seminarı.

Mənbə: https://azertag.az