Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına “Bayraq hekayələri toplusu” kitabı hədiyyə olunub. Toplu “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində nəşr edilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Dövlət Bayrağı Günü münasibətilə hazırlanan topluya 22 yazıçının fərqli mövzulu, rəngarəng fikirləri ilə seçilən əsərləri daxil edilib.

“İmza” Nəşrlər Evi tərəfindən çap edilən topluda cəmiyyətdə kifayət qədər nüfuz sahibi olan müəlliflərin hekayələri yer alıb. Hekayələrdə əsas mövzu müharibədir. Müəlliflər öz əsərlərində əsasən şanlı Azərbaycan Ordusunun döyüş əzmkarlığını, əsgər cəsurluğunu, bir sözlə, düşdüyü və qarşılaşdığı situasiyalarda mübariz döyüşçü obrazını yaratmağa və tərənnüm etməyə çalışmışlar.

Toplunun tərtibçi-redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əli Bəy Azəridir.

Mənbə: https://azertag.az