2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 1162,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, gələnlərin 26,6 faizi Rusiya Federasiyası, 19,6 faizi Türkiyə, 11,0 faizi İran, 7,4 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 3,1 faizi Hindistan, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, 1,7 faizi İsrail, 1,6 faizi Küveyt, 1,5 faizi Özbəkistan, 1,4 faizi Oman, 1,1 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,4 faizini kişilər, 25,6 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 167,9 dəfə, Omandan 130,8 dəfə, Səudiyyə Ərəbistanından 99,0 dəfə, Pakistandan 25,4 dəfə, Hindistandan 16,0 dəfə, Qazaxıstandan 5,7 dəfə, İsraildən 5,5 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 5,2 dəfə, Bəhreyndən 4,8 dəfə, ABŞ-dan 3,4 dəfə, Almaniyadan 2,9 dəfə, Fransadan 2,7 dəfə, Böyük Britaniyadan 2,0 dəfə, Türkiyədən 1,7 dəfə, Ukraynadan 1,7 dəfə, Rusiya Federasiyasından 1,7 dəfə, İrandan 1,6 dəfə, Gürcüstandan 25,5 faiz artıb.
2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 283,6 min, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 55,8 min, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 395,3 min nəfər olub.
2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,7 dəfə artaraq 1110,8 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Türkiyəyə gedənlərin sayı 1,7 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 21,2 faiz artıb. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 17,7 faizi Rusiya Federasiyasına, 11,1 faizi İrana, 8,5 faizi Gürcüstana, 15,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.