This image has an empty alt attribute; its file name is 16685970382077863287_1000x669.jpg

Xətai Sənət Mərkəzində təşkil olunan “ZƏFƏR – 44” Uşaq Rəsm Yaradıcılıq Turnirinin yekun sərgisi 7 saylı Bakı “ASAN xidmət” mərkəzində davam edəcək.

AZƏRTAC xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı ilə reallaşacaq sərgi beş gün ərzində ziyarətçiləri qəbul edəcək.

Qeyd edək ki, uşaq rəsm yaradıcılıq turnirində 500-dən çox yeniyetmə və gənc iştirak etmişdi və təyin olunan seçim heyəti ərsəyə gələn əsərlərin arasından müəllifin yaşı nəzərə alınmaqla 44 günlük Zəfərin şərəfinə 44 əsər sərgilənmək üçün seçilmişdi.

Xatırladaq ki, turnir Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub.

Mənbə: https://azertag.az