Dövlət Səs Yazıları Arxivi tərəfindən Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Qala-270” adlı videoxülasə hazırlanıb.
AZƏRTAC xəbər verir ki, Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanan videoxülasə 2022-ci ilin “Şuşa İli” və Şuşa şəhərinin 270 illiyinə həsr olunub.
Videoxülasədə adıçəkilən arxivin fondlarında mühafizə edilən və Şuşa şəhərinə aid olan sənədlər – ulu öndər Heydər Əliyevin Şuşa şəhəri haqqında çıxışları, o cümlədən Şuşa şəhərində doğulmuş, orada fəaliyyət göstərmiş görkəmli mədəniyyət ustalarının ifaları yer alıb. İşğaldan əvvəlki dövrlərdə keçirilmiş “Xaribülbül” festivalları, o cümlədən işğaldan azad olunandan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə keçirilmiş eyniadlı festival haqqında məlumat verilib.
Mənbə: https://azertag.az/