“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri

Fələk aman vermədi,
Candan can aldı, getdin!
Qəfil ömrün sonuncu-
-Zəngini çaldı, getdin!

O, sənli illər yandı,
Qönçəydi güllər, yandı…
Ağızda dillər yandı,
Ahh, bu nə haldı, getdin!!!

Arzuların bitməmiş,
Övlad toyu etməmiş,
Muradına yetməmiş,
Axı nə oldu, getdin?!

Ömür dərddir, ömür yük,
Ürəyə dərd gömürük…
Sənin ömrün, ömürlük,
Xatirə qaldı, getdin!!!

11.07.2021