Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Quba Bürosunun Rəhbəri

Bu əyilən dünyanın,
Düz vaxtında görüşək.
Bir samavar çayı qoy,
Söz vaxtında görüşək…

Ocağın qoxusunu,
Çəkək ciyərimizə.
Bir gözəl şeir oxu,
Süzək ürəyimizə.

Ələnən qar yekəlib,
Pəncərədən əl etsin.
Günəş doğsun qəflətən,
Yağan qarı sel etsin…

Açaq qapı bacanı,
Mahnı oxuyaq bir az.
Gül çiçəyi çölə sər,
Şeir qoxuyaq bir az.

9.01.2023