M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında görkəmli bəstəkar Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Kamera və Orqan Musiqi Zalından AZƏRTAC-a bildirilib ki, “Qara Qarayev və tələbələri” adlı konsertdə solistlər Əməkdar artist Töhfə Babayeva (violin), Rasimə Babayeva (orqan), Nigar Məmmədova (orqan), Səbinə Aslanova (orqan), Şəfəq Abdullayeva (orqan) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda Qara Qarayev, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Arif Məlikov, Firəngiz Əlizadə, Elnara Dadaşova, Cəlal Abbasovun əsərləri səslənib.

Mənbə: https://azertag.az/