Aprelin 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş konsert təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri ansamblı (rəhbər Ədalət Behbudov), solistlər və violin ansamblı, eləcə də kollecin müəllim və tələbələrinin ifalarında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndiriləcək. Konsert proqramında “Misridən Cəngiyə”, “Cəngi” kompozisiyası, “Şah sevəni”, “Yanıq Kərəmi”, “Ovşarı”, “Ruhani” aşıq havaları və digər bəstəkar mahnıları səsləndiriləcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Mənbə: https://azertag.az/