Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar, Jurnalistlər və Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi-bədii Birliklərinin üzvü Kənan Aydınoğlunun “Qadının özünə minnətdaram mən”, “Qədəmin atanda yenə də qadın” adlı şeirləri “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb.
Qeyd edək ki, “Azad qələm” dərgisinin təsisçisi və baş redaktoru çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, yazıçı-publisist, şairə Nəcibə xanım İlkindir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.