“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Tellərini sanama…
Ayrılıqdı deyirlər…
Ürəyimi qınama…
Ayrılıqdı deyirlər…
Öldüm özümdə özüm…
Qaldı dilində sözüm…
Gərək buna da dözüm…
Ayrılıqdı deyirlər…
Qapıya bir qonaq gəlib…
Gözündə qınaq gəlib…
Hardansa soraq gəlib…
Ayrılıqdı deyirlər…
Bir cüt gəlincik aldım…
Qulaqlarımdan asdım…
Dostun biri məktub yazdı:
“Ayrılıqdı deyirlər…”
Üzüldüm… Ağrıdım…Yandım…
Taleyimdən utandım…
Özüm özümdən dandım…
Ayrılıqdı deyirlər…