Qulu ZƏRDABİ.”Qədrini”

Hər zər atan usta olmaz,
Zərgər bilər, zər qədrini.
Karvan gedər yol, yorulmaz,
Sarvan bilər nər qədrini.

Aşığın söz, saz ətri var.
Gözəllərin naz ətri var.
Hər çiçəyin yaz ətri var,
Bilirsənsə dər qədrini

Min illərdi zaman mənəm.
Köhnə kəşkül şaman mənəm.
Çəkilən ah aman mənəm.
Billəm dərdü, sər qədrini

Yolçu yolda daş ağardar
Çün çıxanda,qaş ağardar
Gözləməkdən baş ağardar
Kim bilirsə ər qədrini.