
Sənin baxışların yad
baxışıdı.
Biraz ötəridi, yaz yağışıdı.
Buda bir taledi bir naxış idi
Daha ürəyində yaşamaq olmur.
Qış olub ruhumu üşüdür hərdən
Yaş olub qəlbimə süzülür bəzən
Çox vaxt boğuluram mən bu qəhərdən
Sənin ürəyində yaşamaq olmur.
Köçəri quş kimi uçub gedəcəm
Gözündən yaş kimi düşüb gedəcəm
Başqa bir ürəyə köçüb gedəcəm
Sənin ürəyində yaşamaq olmur.
Mənə çox uzaqsan, heç çatmır əlim
Ay mənim ağılı, gözəl sevgilim
Gəl məni bağışla, bağışla gülüm
Sənin ürəyində yaşamaq olmur.
Daha ürəyində yaşamaq olmur.