
Könül deyir:- Yaşa hələ
Səfərdəyəm, səfərimi
Vurmamışam başa hələ.
Arzularım, əməllərim
Toxunmayıb daşa hələ.
Dolanıb kəndi, şəhəri,
Dağlarda açdım səhəri.
Fikrim gəzir üfiqləri
Dönüb qızıl quşa hələ.
İlləri yola salmışam,
Şer yazıb, saz çalmışam
Ömür deyir: – Qocalmışam,
Könül deyir: – Yaşa hələ.
Bir cavab yazın