Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Dövlət Bayrağı Muzeyi.

Bakıda, Dövlət Bayrağı Meydanında yerləşən Bayraq Muzeyi ilk dəfə 2010-cu ildə qapılarını ziyarətçilərin üzünə açıb. 2017-ci ildə meydanda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə əlaqədar muzey fəaliyyətini müvəqqəti dayandıraraq təmirə bağlanıb. Tamamilə yenilənmiş muzey kompleksi 8 noyabr 2024-cü ildə – Zəfər Günündə yenidən təqdim edilib.

Muzey binası rəmzi məna daşıyaraq səkkizguşəli ulduz formasında tikilib və birbaşa bayraq dirəyinin pyedestalının altında yerləşir. Azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında ərsəyə gələn muzey 6 sərgi salonundan ibarətdir. Sərgi salonlarında müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin və xanlıqların bayraqları, bayraq ucluqları, hakimiyyət rəmzləri, silahlar, qədim sikkələr, həmçinin XIX əsr Azərbaycan şəhərlərinin gerbləri sərgilənir.

1918-ci il mayın 28-də təməli qoyulan müstəqilliyimiz bu gün Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli Bayrağımızın kölgəsində daha əzəmətli və sarsılmazdır.

Müxbir – Gülay Nəzərova

Fotomüxbir – Tofiq Babayev

Mənbə: https://azertag.az