
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Birdən darıxdım- qəfil,
Birdən gördüm səninçün
Lap ürəyim tökülür.
Bilmədim hara qoyum
Bu dağınıq, bu tifil
Ayrılığın yükünü?
Niyə getdin ki, niyə?
Uzaqlarda nə vardı?
Üç-beş günlük dünyaydı də,
Yaşasaydıq, nolardı?!
Bir sadə məhəbbəti
Mürəkkəbə çevirdin.
Səni nə vaxt xatırlasam-
Məyusluq!
Məni nə vaxt xatırlasan,
Deyəcəksən: “Sevirdi”
Bir cavab yazın