Nicat HUNALP.”Bayquş kədəri…”

 Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.

Həmin yay gecəsi dərd üstəmiydi?
Dərdini danışsın deyə gəlmişdi
İlahi, gilənar budağı üstə,
Oturan, o bayquş nəyə gəlmişdi?

Taleyin əlində başı qovğada,
Nə yeri verdilər, nə göyü ona
Xaraba yerlərə yazıldı bəxti,
Tanrıda qıymadı bir öyü ona

O gün nə düşmüşdü yadına görən,
Yarasın beləcə nə tərpətmişdi?
Gecənin yarısı dərdin bölməyə,
Qapımı bayquşa kim göstərmişdi?

Tanrı qonağıydı, Tanrı qonağı,
O bayquş görəsən nəyə gəlmişdi,
Bir kəlmə demədi, heç danışmadı,
Bəlkə də , Tanrıydı hələ kim bilir?
Öldümmü?, sağammı? deyə gəlmişdi.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir