
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı.
Eşqə xəyanət gözüdü,
Ayrılığın ta özüdü
Dilin ən çətin sözüdü-
Bağışla.
Əbədi sandım gələndə,
Ayıldım,gecdi biləndə.
Mən qaçqın yaşadım məndə
Bağışla!
Özümün olmayan canı,
Gözləmə sənə qıymamı.
Dünya bir yel dəyirmanı
Bağışla!
Ruhuma acı çarmıxam,
Yırtılır bu bədən – çuxam.
Sabah durub görsən, yoxam
Bağışla!