Vaxt sonsuz zamandı, ömür bir andı-
Getdikcə aparır yol-hələ gedir,
Məkan var-dayandı, məqam var-yandı,
Gözəldi; sevilə-sevilə gedir,

Gah elə dolaşır, gah belə gedir,
Gah mehə qoşulur, gah yelə gedir,
Bir cüt hörük kimi qəmli gözlərim
Arabir yük olub bir belə-gedir,

Heçyanda tən gəlmir “Çıxarla-Gəlir”,
Təptəzə palaz da yerə sərilir,
Qürurlu kiçiklər ucala bilir,
Qürursuz kiçilə-kiçilə gedir…