Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi

Səs verin səsimə, dünya birliyi,
Qarabağ bizimdi, yetər yalanlar.
Kimsənin payını istəmədik biz
Fəxr etdik hər zaman vətənimizlə,
Dedik sözümüzü haqq səsimizlə.

Zəngilan, Xocavənd, Şuşa, Qubadlı,
Cəbrayıl, Füzuli, Laçın, Xocalı…
Qayıtdı torpaqlar, sevinir hamı
Hər yana səs saldıq qələbəmizlə,
Fəxr edir millətim vətənimizlə.

Daha tapdaq altda deyil Xocalı,
Azaddı, bizimdi bizim Xocalı.
Qəlbin yaralıydı, sağal, Xocalı
Dünyaya səs saldıq qələbəmizlə,
Fəxr edir millətim vətənimizlə.