Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi

Əsrlər boyunca nələr yaşadın,
Sinəsi yaralı Azərbaycanım.
Səni sevdi igid oğlun, mərd qızın,
Mənim odlar yurdum Azərbaycanım.

Torpağımız barlı-bərəkətlidi,
Millətimiz çox-çox səxavətlidi.
Vətənimiz güclü, əzəmətlidi,
Dillərdə əzbərsən, Azərbaycanım.

Düşmən bizə nə hiylələr qurmadı?
Pis əməldən bir an geri durmadı.
Qarabağım tapdaq altda qalmadı,
Bölünmədi mənim Azərbaycanım!