
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.
Bir zamanlar sanırdım ki,
sel gücü var sevgimizdə,
Bir zamanlar deyirdin ki,
gələcəyəm, çağır məni!
Bir “yaxası dar köynək”də
xoşbəxt idik ikimiz də,
İndi təkəm, bu gen dünya
məngənə tək sıxır məni…
Zirvələr yolun sonuymuş,
niyə qalxdıq uca dağa? –
Dünyanı dərk eləyəndə
ürəyim fəğan qopardı.
Həyat bizi məhkum etdi
bir əbədi ayrılığa,
Bizim sevgi körpümüzü
həsrət selləri apardı…
26.05.2020