Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.

Yağır payiz yağışları,
Ağaclar, kollar islanıb.
Saralıb, solan yarpaqlar
Nəmişlikdənmi “paslanıb”?!

Kirpiyə bənzər budaqdan
Soyuq damlalar asılıb.
Sanki payızın əliylə
Vida nəğməsi yazılıb…

Dözə bilmir ayrılığa
Kövrəlibdir yerim, göyüm…
Xəzəl közlər ocağında
Göynəyirəm göyüm-göyüm…

Titrəyən sarı yarpağın
Bənzəri var sarı simə…
Yenə yol çəkir gözlərim,
Ürəyim düşüb tilsimə…

Uçuşan yarpaq ümidlər
Düşüb yellərin cənginə…
Təbiət də qəlbim kimi
Boyanıb həsrət rənginə…

14.11.2019