
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri.
Harda? Nə vaxt ? Necə?
itirdim səni
yada sala bilmirəm.
Mən sənsiz olsam belə,
sən mənsiz məhv olarsan
hərraclıq da deyilsən,
satın ala bilmirəm.
Mən sənə “Sən” deyirəm
axı sən ki, özümsən.
Mən bacara bilməsəm,
məni əvəz eyləyən
sən yeganə dözümsən.
Səninlə vuruşuram
amma bütün zərbələr
bir hədəfə dəyir ki,
o da məndə qurtarır.
Mənlə ruhum ayrılıb
hərə öz sürüsünü,
düşüncə otlağımda
bildiyitək otarır.
Bəs sən kimsən?
mən kiməm?
Məni şəfasız qoyan,
səni mənə yetirən
çarəsiz bir həkiməm.
Vurulan da, vuran da
mənə tuşlanıb nədən?
Özgələri kəşf edib,
mən özümü itirdim
heç özüm də bilmədən!
22.02.2007