Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.

Əgər titrəyirsə qəlbinin simi
Mütləq gələcəyəm, sən məni səslə!
Payız yağışları mürdəşir kimi
Sarı yarpaqları yuyur həvəslə

Çəməndə titrəyir ilmə damlalar,
Yoxsa əlvan xalı toxuyur yağış?
Mənim də gözümdə bir cüt damla var,
Vida nəğməsimi oxuyur yağış?

Qismətin olmadım, məni bağışla,
Insan taleyindən gərək küsməyə.
Heç ola bilməz ki, belə yağışda
Məni xatırlayıb qəlbin əsməyə!

Dünyanı götürüb leysan harayı,
Damlalar içində titrəyir ürək.
Əgər bu yağışda məni arayıb,
Zəng eləmədinsə, mən yoxam demək…

04.10.2002