Qısa olacaq
Ürək zara gəlib,dərd bezib məndən,
Deyəsən bu ömrüm qısa olacaq.
Gözlərim kədərdən yaş sezir hərdən,
Deyəsən bu ömrüm qısa olacaq.
Xəyalım yorulub,məndən yan gedir,
Yanıqlı bir sevda qəlbimi didir,
Ömür yollarımın sarvanı itir,
Deyəsən bu ömrüm qısa olacaq.
Həyat gör arxamca necə də gülür,
Sevinci niskilə necə də bükür,
Qəlbim öz əlimdə necə də ölür,
Deyəsən bu ömrüm qısa olacaq.
Bilmirəm bu gecə nə olub belə,
Niyə yuxularım yox olub belə,
Hicran nəfəsimdə ox olub belə,
Deyəsən bu ömrüm qısa olacaq.
Dünyada həsrəti sevmək də varmış,
Eşqin kölgəsi ilə gəzmək də varmış,
Bu ömür yolunda ölmək də varmış,
Deyəsən bu ömrüm qısa olacaq.
Kaş sevə bileydim ölmü sən kimi,
Kaş gedə bileydim ölmə sən kimi,
Kaş ölə bileydim mən eşqim kimi,
Deyəsən bu ömrüm qısa olacaq.