Post Views: 38 Usanmışam öz canımdan, Qəm veribdi, bada məni. Yaralandım ayağımdan, Saldı yanar oda məni. Tez qocaldır qəm insanı, Çağırma həkim, loğmanı. Çatdırdı çərxin dövranı, Bir pak, təmiz ada məni. ŞƏMŞİR çəkir nə cəfadır, Bir görüşmək min səfadır. O yar necə bivəfadır? Daha salmır yada məni. 1963.
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Salam ver”
Post Views: 45 Kağız, yetişəndə bizim obaya, Qohuma, qarada, elə salam ver. Ərzim, iltimasım bir budur səndən, Səni əzəl alan ələ salam ver. Əgər görsən, qoca ustad atamı, Əvvəl-vvəl ona yetir butamı, Söylə, belə unutmazlar adamı, Tuti kimi şirin dilə salam ver. Ağdaban adlanan o gözəl oba, Cənnətdə bənzəyir əhsən, mərhaba, Alxanın yurduna kim çıxsa, …
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Mənəm, mən”
Post Views: 47 İkicə hərf ilə aləm yaradan, Sənin ətəyindən tutan mənəm, mən. Öz adın xətrinə elə bir dərman, Uzun illər xəstə yatan mənəm, mən. Əllərim döşümdə, üzüm duada, Duam qəbul olsa, ərşi-əlada, Dadıma sən yetiş, ey bari-xuda, Deyərdim, arzuma çatan mənəm, mən. Dərdim tüğyan edir vulkanlar kimi, Qəlbimin hicranı tufanlar kimi, Yaş axır gözümdən …
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Bir də gül”
Post Views: 199 Cavanın gülməsi qocaya xoşdu, Gül, ay qızım, mən qocaya, bir də gül! Xətt ağarıb, diş tökülüb, üz batıb, Gülünc edib o xudaya, bir də gül! Əlimdən çıxıbdı cavanlıq dəmi, Qocalıq dağlayıb bütün sinəmi, Qoymur düz danışam, əyib çənəmi, Salıb mən nə hay-haya, bir də gül. Bir vaxt cavan idim mən də sizin …
Şair Bəhmən VƏTƏNOĞLU.”Yadıma düşəndə”
Post Views: 37 Gəncliyimin oynar, gülər çağında, Qalmaz iman-din yadıma düşəndə. O arzuya, o vüsala yetdiyim, O günəşli gün yadıma düşəndə. Unutmaram o ilqarı, o andı, Çox da indi zaman ayrı zamandı. “Sarı Bulaq” xəyalımda dolandı, “Çənli Yurt”da çən yadıma düşəndə. Sellər, sular mənim çağlamaz, Səndən qeyri kəs yaramı bağlamaz. Deyirlər ki, kişi olan ağlamaz, …
Şair Bəhmən VƏTƏNOĞLU.”Biləndən sonra”
Post Views: 47 Nə pünhan yer axtar, nə xəlvətə gəl, El-oba dərdimi biləndən sonra. Məcnun, Məcnun deyə düşüb arxamca, Uşaqlar üstümə güləndən sonra. Hicran toxumundan dərd əkəcəksən, Hər zaman ağlayıb yaş tökəcəksən. Hədər yada salıb ah çəkəcəksən, Əzrayıl üstümə gələndən sonra. Dönmür qeyri yana, dəyişmir halım, Sənsən gecə-gündüz fikrim, xəyalım, Vədəsində yan oduma, maralım, Ağlama …
Şair Bəhmən VƏTƏNOĞLU.”Gəlibsən”
Post Views: 40 Bu uzaq yollara, a gözəl sonam, Peşmanmı gəlibsən, şənmi gəlibsən?! Xaindən, xəbisdən keçib aralı, Bədnəzər olandan genmiş gəlibsən?! Dilim baş aparsa, verim qadağa, Sən gələn yollara canım sadağa. Günəş zirvəsini yandıran dağa, Dumanmı gəlibsən, çənmi gəlibsən?! BƏHMƏNƏM, qurbanam özüm ellərə, Mirvari sözləri düzüm ellərə, A dünya gözəli, bizim ellərə, ALLAHmı göndərib, Sənmi …
Şair Bəhmən VƏTƏNOĞLU.”A zalım”
Post Views: 49 Məni görmək arzulama sən Allah, İllər salıb saçlarıma dən mənim. Elim-günüm köç eyləyib arana, Bürüyübdür dağlarımı çən mənim. Vəfasızsan bir də məni arama, Dilə tutub saçlarımı darama, Gəl toxunma qaysaqlanmış yarama, Qoy tək çəkim öz dərdimi mən mənim. Ürəyimdən tellər keçdi, a zalım, Gözlərimdən sellər keçdi, a zalım, Aylar ötdü, illər keçdi, …
Şair Bəhmən VƏTƏNOĞLU.”Niyə gözəl yaradıb”
Post Views: 33 Nə insafın, nə mürvətin var sənin, Allah səni niyə gözəl yaradıb?! Nə qəlbində məhəbbətin var sənin, Allah səni niyə gözəl yaradıb?! Nə Leyli tək məni Məcnun sanırsan, Nə Əsli tək Kərəm üçün yanırsan. Nə yaxşını, nə yamanı qanırsan, Allah səni niyə gözəl yaradıb?! Nə Bəhməni Nəsimi tək soyursan, Nə qovursan, nə yaxına …
Mirzə Cəlil və “Molla Nəsrəddin” xatirələr aynasında
Post Views: 76 YAZIÇI-PUBLİSİsT MƏMMƏDƏLİ NASİRİN YADDAŞINDAN SƏHİFƏLƏR Görkəmli ədib, yazıçı-publisist Cəlil Məmmədquluzadənin şah əsəri saydığımız “Molla Nəsrəddin” jurnalının yaranmasından 107 il ötməsinə baxmayaraq o, bu gün də ədəbiyyatşünaslıq elminin tədqiqat predmeti olaraq öyrənilməkdədir. Zənnimcə, “Molla Nəsrəddin”in yaşam tarixinin maraqlı tərəflərindən biri də Mirzə Cəlil kimi görkəmli ədiblə sıx əməkdaşlıq və dostluq edən və ustadın …
ANA DİLİMİZ – MİLLİ VARLIĞIMIZ
Post Views: 126 Hər bir xalqı ilk növbədə tanıdan, milli-mənəvi dəyərlərini yaşadan onun dilidir. Nahaq deməyiblər ki, dil ölərsə, xalq da ölər. Bu mənada Azərbaycan hər şeydən əvvəl öz dili, mədəniyyəti, ulu yaşayış məskənləri ilə çox qədim bir tarixə malik ölkədir. O da məlumdur ki, dilimiz müxtəlif dövrlərdə, yüzilliklər boyunca bir çox istilalara, təqiblərə və …
ŞƏFQƏT VƏ MƏRHƏMƏT İŞIĞINDA
Post Views: 41 Həyatımızın mühüm sahələrini əks etdirən, milli-mənəvi dəyərlərə, insani keyfiyyətlərə, tərbiyəvi məsələlərə əhəmiyyətli təsir göstərən mövzularda əsərlər yazmaq və yaratmaq azərbaycançılıq ideyalarının təbliğində böyük gücə malikdir. Ədəbiyyat, mədəniyyət və incəsənətdə belə mövzular qədərincədir. Bu günlərdə özünün məzmun və ideyası ilə qəlblərə istilik gətirən, insanı duyğulandıran, həm də heyrətləndirən bir kitabla tanış oldum. Fiziki …
“Öz içindən yanan bir ocağam mən”
Post Views: 39 XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi çoxçeşidli mövzularda yazdığı əsərləri ilə böyük bir yaradıcı ömür yaşamışdır. Onun “zəhərə batırılmış badam içi” kimi keçən uşaqlığı, ilk gənclik çağları dünyanın siyasi çaxnaşma və təbəddülatlarla qaynayan bir dövrünə təsadüf etmişdi. Kökünün, nəslinin yaşadığı iztirablar, qorxular, sürgünlər, ölümlərlə müşayiət olunmuş acı xatirələri illərlə …
Xalq şairi Mirvarid DİLBAZİ.”Lirik duyğu”
Post Views: 75 Nə vüsalım, nə həsrətim, Nə sevgim var, nə nifrətim, Nə sevincim, səadətim, Boş qalıbdır, boş, ürəyim! Nə yazı var, nə qışı var, Nə qarı, nə yağışı var, Nə dünyaya baxışı var, Daş olubdur, daş, ürəyim! Yanar dağdır, sönməyəydi, Zirvəsindən enməyəydi, Yanıb külə dönməyəydi, Kaş ürəyim! Kaş ürəyim! 1989.
Xalq şairi Hüseyn ARİF.”Yetişməmiş”
Post Views: 41 Külək qalxıb haray salır, Maral gölə yetişməmiş. Gün darıxır, qaş qaralır, Köç mənzilə yetişməmiş. Can alışıb qora dönür, Yaş yanağa yetişməmiş. Qara tellər, qara dönür, Əl darağa yetişməmiş. Yollar, izlər buz bağlayır, Vaxt çilləyə yetişməmiş. Həştad bizi yaxalayır, Yaş əlliyə yetişməmiş.
Xalq şairi Osman SARIVƏLLİ.”Qızlar mahnısı”
Post Views: 46 Ey sevgilim, bu yerlərdə görünmə, Anam dduyub, üstümüzə göz olur. Səni, məni istəməyən az deyil, Aralıqda söhbət olur, söz olur. Meh əsdikcə qızıl güllər öpüşür, Sən bülbüllər bağçamızda ötüşür, Səbi görcək ürəyimə od düşür, Görməyəndə bağrım başı köz olur. Ürəyimdə bir arzu var, bir dilək; Dolanıram bu dağlarda maraltək. Deyirlər ki, bizə …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Bütün pəncərələr yumulmuş gözdür”
Post Views: 49 Bütün pəncərələr yumulmuş gözdür. Bu evlər, küçələr deyilmiş sözdür. Yaralı buluddan yağan yağışdan günah yumasa da bir az bağışlar… Bəlkə bizdən bir az yan keçər bu gün, həyalı söyüşlər, doğma qarğışlar. Və quşlar, və quşlar qəfəsə vurğun, İlahi, çox sağ ol. Yenə də heysizəm, yenə də yorğun…
Xalq şairi Səməd VURĞUN.”Əyilmə”
Post Views: 59 Həyat! O çox zaman görünür iyrənc, Bu səhnədə min bir qanlı pərdə var Sən bu çətinliyə düssən də, ey gənc, İçində saxlanan qüdrətə yalvar! Zaman! O amansız, qatil bir düskün Bəzən dünyaları döyər siddətlə. Səni də məhv etmək istərsə bir gün, Hər seyə qarsı çıx, həm də cürətlə. Cürət! Odur bizi güldürən …
“Trans/Missia-Rise of Eastern Art” adlı yeni beynəlxalq teatr festivalı təsis olunub
Post Views: 43 Gürcüstan, Polşa, Ukrayna və Litvanın müvafiq strukturlarının birgə əməkdaşlığı sayəsində yeni beynəlxalq teatr festivalı təsis olunub. AZƏRTAC xəbər verir ki, yeni festival “Trans/Missions-Rise of Eastern Art” adlanır. Geniş miqyaslı olacaq festival əsasən dramaturgiyaya üstünlük verəcək. Bununla belə digər janrlar da burada təmsil oluna biləcək. Yaradıcı kollektivlər festivalda teatr tamaşaları ilə yanaşı, konsert …
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
Post Views: 39 Azərbaycan kinorejissoru Adil Azayın “Şəhərin iç sədası” sənədli filmi avqustun 24-dən 27-dək Ufada keçiriləcək “Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalında göstəriləcək. AZƏRTAC başqırd KİV-nə istinadla xəbər verir ki, festivalın müsabiqə proqramı çərçivəsində tamaşaçılara dörd gün ərzində 48 film təqdim ediləcək. Həmçinin, yaradıcılıq görüşləri, diskussiyalar və ustad dərsləri də nəzərdə tutulub. Bu il festivalın …
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
Post Views: 37 Avqustun 19-da Qazaxda ziyalılar parkında Xalq şairi Mirvarid Dilbazinin doğum günü münasibətilə tədbir keçirilib. Tədbir rayon icra hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax filialının təşkilatçılığı və “Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə reallaşıb. AZƏRTAC xəbər verir ki, əvvəlcə şairin parkındakı büstü ziyarət olunub. Mərasimi giriş sözü ilə AYB-nin Qazax zona filialının sədri, …
Türkiyəli tənbur ifaçısı Murat Salim Tokac Filarmoniyada konsert verəcək
Post Views: 60 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edəcək. AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertin solisti türkiyəli tənbur ifaçısı Murat Salim Tokac olacaq. Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili …
“Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb
Post Views: 38 Rejissor Emil Quliyevin ekranlaşdırdığı “Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb. AZƏRTAC xəbər verir ki, ekran işinin quruluşçu operatoru Orxan Abbasov, ssenari müəllifləri Emil Quliyev və Qorqud Cəfərdir. “Art film Baku” şirkətinin istehsalı olan filmdə Xalq artisti Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli, Əzizə Həşimova və başqaları çəkilib. …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 40 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü MƏNİ Bu dünyanın hər üzünü görmüşəm, Acı dövran ağladıbdı hey məni, Çiyinlərim yara olub, əyilib, Daşımaqdan ağır-ağır heybəni. Sərt küləklər qarsıb hər gün üzümü, Kor taleyim bağlayıbdı gözümü, Tanrı verib mənə səbri, dözümü, …
Sumqayıtn 70 illyi münasibətilə mədəniyyət müəssisələrinin kollektivləri Sumqayıt bulvarında konsert proqramı təşkil edib
Post Views: 63 Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər “28 May” Diyarşünaslıq evi Sumqayıt bulvarının konsert meydançasında Sumqayıt şəhərinin 70 illiyi və əhalinin asudə vaxtının təşkili ilə əlaqədar konsert proqramı təşkil edib. Konsertdə “28 May” Diyarşünaslıq evində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivləri cıxış edibər. Gənc müğənnilər Elnarə Abdullayeva, Dəniz Fərziyeva, Şamo Babayev, Mətanət …
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
Post Views: 46 Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Novxanı kənd Sənətkarlıq klubunun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib. Belə ki, Artvində keçirilən 10-cu Uluslararası Tülüm və Muzik festivalına, Rizədə keçirilıən Uluslararası 30-cu Çay, Turizm və Yaz sporları festivalına və Trabzonda keçirilən Uluslararası Horon festivalına qatılan …
Eldar Nəsibli SİBİREL.”Əsgər çəkmələri”
Post Views: 44 Qəribə bir istək keçər könlümdən, Mən onu hamıyla bölmək istərəm: Əsgər çəkməsini elə bu gündən Tarix muzeyində görmək istərəm. Deyən yanılıram, düz demirəm mən , Xalq var ki, kədəri dağdan ağırdır. Bu gün də o yerdə yad əsgərlərin, Gediş-gəlişindən yollar yağırdır. Zalımdan mərhəmət gözləyənlərə Sözünü tüfənglər, lülələr deyir. Səadət yerinə , qonaq …
Azərbaycanın Bəxtiyar şairi
Post Views: 46 Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasından 94 il ötür. AZƏRTAC xəbər verir ki, Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi …
İsraildə Xalq yazıçısı Çingiz Abdullayevlə görüşlər keçirilib
Post Views: 41 İsraildə dünyaşöhrətli Azərbaycan nasiri, əfsanəvi Dronqonun “atası”, iki yüzdən çox romanın və kino ssenarisinin müəllifi və müasir dövrün ən çox oxunan yazıçılarından biri olan Çingiz Abdullayevlə görüşlər keçirilib. Çingiz Abdullayev XX əsrin ən yaxşı detektiv romanlar silsiləsinin müəllifidir. Psixoloji və siyasi detektiv janrında yazan nasir “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və “STMEQİ” Beynəlxalq …
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
Post Views: 50 Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə ilk dəfə olaraq “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət nəşr olunub. Layihənin reallaşmasında Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, ölkəmizin və Özbəkistanın milli elmlər akademiyalarının dilçilik institutları, hər iki ölkənin bu sahədə çalışan alimləri yaxından iştirak ediblər. Qeyd edək ki, lüğət Azərbaycan Milli …
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qeydiyyat davam edir
Post Views: 38 2019-cu il 27-29 sentyabr tarixində ölkəmizdə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. İştirakçılar Sərgi-Yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar. VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi (6 …
Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Müqəddəs Qurban Bayramı münasibəti ilə tədbirlər keçirilib
Post Views: 45 Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivləri “N” saylı hərbi hissədə əsgər və zabit heyəti qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib. Əvvəlcə Mədəniyyət evinin solisti Əliağa Tapdiqli konsertə toplaşan əsgər və zabit heyətini salamlayaraq, onları Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edərək xoş arzularini çatdırıb. Sonra mədəniyyət evinin kiçiklərdən ibarət …
Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər
Post Views: 43 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru GƏLMƏ GÖRÜŞÜMƏ Gəlmə görüşümə, gəlmə, Heç zəng də eləmə… Unut olub keçənləri, O mənli xatirələri… Heç olmamış kimi Qara bir örtüyə bük, bərk-bərk! Üstündən qara …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 56 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ABİ Adımız bir, soyumuz bir, Əziz dostsan vətənimdə, Biz sirdaşıq, biz qardaşıq, Xoş günümdə, dar günümdə, Gələsən abi. Bir babanın övladıyıq, Can deyərəm nə söyləsən, Ağlayanda ağlayasan, Mən güləndə sevinəsən, Güləsən abi. Dalğalanır …
Kənan AYDINOĞLU.Rübailər (Dünya haqqında)
Post Views: 46 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Ağladım göz yaşım silmədi dünya, Yaşadım qədrimi bilmədi dünya. Fərqi yox, yaşanan ömrün hər günü, Dərdimi mənimlə bölmədi dünya. Cücərdib, becərməz dəni bu dünya, Gül olsam qoparmaz məni bu dünya. Bu dünya dəyişib alt-üst olsa da, Haqq yola aparmaz …
Kənan AYDINOĞLU.”Allaha yalvarış”
Post Views: 42 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. (Anam haqqında) Uzat ki, ömrünü anamın, Allah, Şükür söyləməkdə davam eyləsin. Peyğəmbər, İmamlar, Məsumələrə, Salavat göndərib, salam eyləsin. Mərhəmət nurunu əskik eləmə, Bu gün də anamın gözündən, Allah! Əfv edib günahı ömrün bu günü, Tökülsün min sevinc üzündən, Allah! …
Kənan AYDINOĞLU.“Məhəmmədhüseyn Şəhriyara məktublar” silsiləsindən
Post Views: 44 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. ŞƏHRİYARIN HARAYI Şəhriyarın o taydakı harayı,- Süleymanın harayına qarışır. “Azərbaycan” yenə doğma vətənə, Məğrurluqdan, azadlıqdan danışır. Yəhər üstə at belində igidlər, Doğma yurdda, doğma eldə yarışır. ŞİMAL-CƏNUB HƏSRƏTİ Deyəsən, ay ustad, şimal həsrəti, Cənub həsrətinə qardaş olacaq. Dağ boyda …
Xalq şairi Zəlimxan YAQUB.”Gəlmişəm”
Post Views: 52 Alıb çiyinlәrimә ömür adlı bir yükü, Qışdan yaza çıxmışam, yazdan yaya gәlmişәm. Yağış kimi hopmuşam torpağın ciyәrinә, Süzülüb çeşmәlәrә, axıb çaya gәlmişәm. Şimşәklә, ildırımla döyüşüm, davam olub, Könlümdә tufanlarım, başımda havam olub. Qarlı zirvә, dağ döşü, mәnim ilk yuvam olub, Güllәri-çiçәklәri saya-saya gәlmişәm. Dәn-dәn olub, әlәnib, әlәyindәn keçmişәm, Çәrxindә fırlanmışam, fәlәyindәn keçmişәm. …
Xalq şairi Zəlimxan YAQUB.”Suç mənim”
Post Views: 142 Aldanmışam sәrvәtinә dünyanın, Ömrüm-günüm yalan mәnim, puç mәnim. Nahaq yerә yaxasından yapışdım, Tәqsir mәnim, günah mәnim, suç mәnim. Beş-altı gün yas paltarı geyәrlәr, Hәrdәn yaxşı, hәrdәn yaman deyәrlәr. Ehsanımı şirin-şirin yeyәrlәr, Qırxa qәdәr yeddi mәnim, üç mәnim. Qәlәm alsın baş daşımı yazanlar, Bel götürsün mәzarımı qazanlar. Ay Zәlimxan, ağı desin ozanlar, Kәfәn …
Xalq şairi Zəlimxan YAQUB.”Məkkə yolu”
Post Views: 48 Bu yol Mәkkә yoludu, Bu yol şәrәf-şan yolu. İnsana, insanlığa, Nurlu Kәhkәşan yolu. Göydәn gәlәn sәslәrin, Sәsi duyan kәslәrin, Əsil müqәddәslәrin, Əbәdi nişan yolu. Ürәkdәn gәlәn sözün, Sözdәn yaşaran gözün, Gözdә alışan közün, Hәddini aşan yolu. Arzuların, kamların, Sevgi dolu camların, Haqqa qul adamların, Qaynayıb daşan yolu. Fürsәt verәr duyana, Canı haqqa …
Xalq şairi Zəlimxan YAQUB.”Məkkədə”
Post Views: 62 Çağırdıq qadir Allahı, Yazıldı qismәt Mәkkәdә. Çәkdi bizi ziyarәtә, Ulu bir qüdrәt Mәkkәdә. Hәftәlәr aya qovuşdu, Çeşmәlәr çaya qovuşdu. Damla dәryaya qovuşdu, Yox oldu hәsrәt Mәkkәdә. Şәkәr imiş sözdәn ötrü, İşıq imiş gözdәn ötrü, Zәmzәm suyu bizdәn ötrü, Oldu bir şәrbәt Mәkkәdә. Fikir fikrә heyran oldu, Sәsimizi yayan oldu. Baxanlara әyan oldu, …
Xalq şairi Zəlimxan YAQUB.”Şairin andı”
Post Views: 67 “Ey qadir Allah! Sənə ona görə səcdə eləmirəm ki, Sənin cənnə ti nə tamahım var, ona görə səcdə eləmirəm ki, Sənin cəhənnə mindən qorxuram. Sənə ona görə səcdə edirəm ki, Sən bu səcdəyə layiqsən”. Həzrəti Əli. Allah evi! And içirәm, Ərәnlәrin canı haqqı! Mәni sәnlә görüşdürәn, Vaxtın xoşbәxt anı haqqı! Ürәklәrin dolu …
Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər
Post Views: 67 Zaməddin oğul Hərdən Karqayaya yolun düşəndə, Sənin yanındayam zənn elə mən də. Məni o cənnətə apar özünlə, Bax o gözəlliyə heyrət gözümlə. Dinlə, nə danışır o dağ yelləri, Dinlə, ilk uşaqlıq laylamı çalan, Orda qərib səsli anadilləri, Ah, həsrət illəri, həsrət illəri. Bakı, 08.10.1997 Şirin dilim Saçlarından tel əsəndə, Telinə qurban olmuşam. …
Xalq şairi Hüseyn ARİF.”Dünya necə boşalıbdır?”
Post Views: 43 Nə gündəyəm, nə kökdəyəm, Ağrılarım baş alıbdı. Başı fikir, ürəyi qəm, Gözlərimi yaş alıbdı. Xəzan yeli vaxtsız əsir, Yer tələsir, göy tələsir. Yol, izi payız kəsir, Qapımızı qış alıbdı. Dayan tufan, dayan külək, Qoy dinəlsin yorğun ürək. Arif getdi Hüseyn tək,- Dünya necə boşalıbdı.
Xalq şairi Osman SARIVƏLLİ.”Dərdin alım”
Post Views: 51 Çiçəklərdən səni könlüm, Dilər keçər, dərdin alım! Xəyalın tez-tez yanımdan Gülər küçər, dərdin alım! Dağ başını aldı duman, Körpə quzu anasından, Azıb ayrı düşən zaman, Mələr keçər, dərdin alım! Demə: dünya bir qəfəsdi, Mahnıların quru səsdi… Eşq, sevda bir həvəsdi, Gələr keçər, dərdin alım! Bahar çağı, səhər erkən, Göy çəməndə gəzəndə sən, …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər
Post Views: 55 * * * Azadlıq həsrəti var Yenə titrək səsində. Neçə quş dustaq qalıb Köksünün qəfəsində, Burda yurd salma, gülüm, Bura vətən yeridir. Üfüqə gedənlərin, Gözdən itən yeridir… 1991. * * * Sal qayadan daman su, aləm duman, hər yan duman, gəlib-gedir zaman-zaman bu yerlərdən dümağ duman… Günəş çıxır lap kəlləyə, dözmür duman …
Xalq şairi Səməd VURĞUN.Seçmə şeirlər
Post Views: 72 Meysiz, məzəsiz can ilə canan ola bilməz! Sevda dediyin hər kəsə meydan ola bilməz! Arifləri dindir ki, nədir şer ilə sənət? Şair yaranan ömrə peşiman ola bilməz! Könlüm evi bir gülşənə bənzər ki, əzizim, Min badi – xəzan əssə də viran ola bilməz! Qəlbin, ürəyin odlarına yanmasa bir söz Dillərdə, ağızlarda o …
Xalq şairi Mirvarid DİLBAZİ.”İstəməsəydim”
Post Views: 43 İstəsəydim səni səndən alardım, Gozəlləri öz taxtından salardım. Ürəyimi ürəyinə çalardım, Sən yanardın, mən baxardım tüstünə. Ulduz olub öz zirvemdən enərdim, Dövrəndəki mələkləri yönərdim. Al laləyə, qərənfilə dönərdim, Səpilərdim yollarının üstünə. İstəsəydim vusalına yeterdim, Mən gül olub ürəyində bitərdim, Orda bülbül fəryadıyla ötərdim, Mən yanardım, sən baxardın tüstümə. Ölsəm, bir gün gəl …
Xalq şairi Mirvarid DİLBAZİ.”Qürbət nədir”
Post Views: 59 Qürbət nədir, Soyuq üzlü bir diyar Kədəri çox, sevinci az bir bahar Nə ananın layla səsi var orda, Nə atanın xoş nəfəsi var orda, Sanırsan ki, Nə yolların, cığırların adı var, Nə də yanan ocaqların İstisi var, odu var. Qürbət eldə qanadlanmaz arzular…
Xalq şairi Mirvarid DİLBAZİ.“Vətənin keşiyində”
Post Views: 442 Mirvarid Dilbazinin “Vətənin keşiyində” şeirində əri cəbhədə olan qadın oğlunu da müharibəyə yola salır. Əsgər isə anasının sözlərini belə xatırlayır: Laylasında anam mənə Belə demiş dönə-dönə: “Bir anan mən, biri Vətən. Yadda saxla bunları sən, Canın kimi sev Vətəni, O bəsləmiş, oğul, səni. Bayrağını möhkəm saxla Sərhədini tez-tez yoxla. Atan qızıl komandandır, …
Xalq şairi Mirvarid DİLBAZİ.”İncənin yolları burma-burmadı…”
Post Views: 46 İncənin yolları burma-burmadı… Yolçu oldum yollar məni yormadı, Elə bilmə,el halımı sormadı?.. Qərib gəldim,qərib getdim vətəndən! Bu el mənim nənəm-babam elidi, İncə çayı,göz yaşımın selidi, Mən gəlmişəm,il ayrılıq ilidi, Cənnətdəyəm,bura gəlib-gedəndən! İncə kəndim,sazın-sözün vətəni, Şair etdin,səni qəlbən sevəni, Mirvaridəm,könlüm sənə güvəni, Anadiltək,İsaq-Musaq ötəndən.
Xalq şairi Mirvarid DİLBAZİ.”Yadıma uşaqlıq illərim gəlir”
Post Views: 43 Lalədən biçəndə donunu dağlar, Yadıma uşaqlıq illərim gəlir. İşıqlı, günəşli, əlvan bir bahar, Gözəl obalarım, ellərim gəlir. Min nəğmə səsləyir elə bil mənə, Anır məhəbbətlə min könül məni. Yadımda yurdumun çölü, çəməni, Zümrüd çeşmələrim, göllərim gəlir. Tez yatan çovğunlar, ötən boranlar, Gəzib dolaştığım dağlar, aranlar. Şehli çəmənlərdə qaçdığım anlar Yadıma islanan tellərim …
“Hece Taşları” aylık şiir dergisinin 54. sayısı yayında
Post Views: 43 Rahatlık bir çakırdikeni gibi, batmaya başladı insanoğluna, yalın ayak altta don yok gezerken, yufka arasına bulursa soğan, bulamazsa suyu katık ederek, yediği günleri hesaba katmaz, dünyanın yarısı kıtlık çekerken, çocuklar babasız boyun bükerken, analar içini göğe dökerken, kimisi kasapta eti beğenmez, kimi lionslara kapağı atar, kimi cemaatte kazan kaynatır, sınırsız özgürlük naralarıyla, …
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Post Views: 68 Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm. Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, …
Görkəmli Azərbaycan bəstəkarı Üzeyir HACIBƏYOV
Post Views: 160 Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli (tam adı: Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov; 18 sentyabr 1885, Ağcabədi – 23 noyabr 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi.[1][2] Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır.[3] Azərbaycanın …
Görkəmli Azərbaycan bəstəkarı Zülfüqar HACIBƏYOV
Post Views: 99 Hacıbəyov Zülfüqar Əbdülhüseyn oğlu (17 aprel 1884 – 30 sentyabr 1950) — bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi (1943), Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri. Həyatı Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Ећuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı “böyük qardaş” rolu haqda sənədlər, söhbətlər, …
Görkəmli Azərbaycan bəstəkarı Qara QARAYEV
Post Views: 107 Qara Əbülfəz oğlu Qarayev (d. 5 fevral 1918 — ö. 13 may 1982) — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki. Müharibədən …
Görkəmli Azərbaycan bəstəkarı Tofiq QULİYEV
Post Views: 190 Quliyev Tofiq Ələkbər oğlu (7 noyabr 1917, Bilgəh, Bakı, Azərbaycan — 4 oktyabr 2000, Bakı, Azərbaycan) — bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan SSR-in xalq artisti (1964), Azərbaycan caz və estrada musiqisinin banilərindən biri. Həyatı Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü …
Abşeron rayon Novxanı kənd Sənətkarlıq klubunun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyədə ölkəmizi uğurla təmsil edib
Post Views: 95 Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Novxanı kənd Sənətkarlıq klubunun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib. Belə ki, Artvində keçirilən 10-cu Uluslararası Tülüm və Muzik festivalına, Rizədə keçirilıən Uluslararası 30-cu Çay, Turizm və Yaz sporları festivalına və Trabzonda keçirilən Uluslararası Horon festivalına qatılan …