Osman Sarıvəlli (əsl adı Osman Abdulla oğlu Qurbanov; 17 dekabr1905, İkinci Şıxlı, Qazax qəzası – 2 iyul1990, Bakı) — Azərbaycan şairi, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1977), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun müdir müavini.HəyatıOsman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonununİkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926–1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932–1935), Bakı Teatr texnikumunda müdir (1939–1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.1990-cı il iyulun 2-də Bakıda vəfat etmiş və doğulduğu kənddə dəfn edilmişdir.YaradıcılığıOsman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır. Həmin ildə “Gənc işçi” qəzetində “Ayaqsız” adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin “Dəmir sətirlərim” adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.Təltif və mükafatları
Bu il XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Osman Sarıvəllinin anadan olmasının 120 illiyi tamam olur. Bu münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası şairin həyat və yaradıcılığına həsr edilən biblioqrafik vəsait nəşr etdirib. Respublika Gənclər Kitabxanasının nəşr etdiyi “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait şair haqqında tərtib olunan ilk biblioqrafiyadır.
Şairin 120 illik yubileyi ərəfəsində tərtib olunan biblioqrafik göstəricidə rəsmi sənədlər, akademik Nizami Cəfərovun “Biblioqrafiya haqqında ön söz”, “Osman Sarıvəllinin həyat və yaradıcılığı”, Xalq şairi Zəlimxan Yaqubun “Xatirələr işığında – Osman Sarıvəlli”, ədəbiyyatşünas Vaqif Yusiflinin “Osman Sarıvəlli – 120” adlı məqalələri, “Osman Sarıvəllinin həyat və yaradıcılığının əsas tarixləri”, “Osman Sarıvəlli görkəmli şəxsiyyətlər haqqında”, “Görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri Osman Sarıvəlli haqqında”, həmçinin müəllifin öz əsərləri, kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, məqalə və çıxışları, tərcümələri, şairin həyat və yaradıcılığını, ədəbi fəaliyyətini əks etdirən 1928-2025-ci illəri əhatə edən materiallar öz əksini tapıb.
Vəsait tərtib edilərkən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, Milli Kitabxananın, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, BDU-nun, ADPU-nun kitabxanalarının fondlarından, ənənəvi və elektron kataloqlarından, internet resurslarından, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə edilib.
Kitabın elmi redaktoru və “Ön söz” müəllifi akademik Nizami Cəfərovdur.
Bilmirəm tale məni niyə tez-tez vurur dişinə? Düşmüşəm sms yağmuruna; nə daldalana bilirəm, nə düşünə… Qəlbində sevgi ocağı yanmırsa, başından çıxan bu tüstü nədi? Mən bir hüzn adasıyam, ancaq bilmirəm ki, Xoşbəxtlik gəmilərinin yanıma üzməkdə qəsdi nədi?
Mən dünyanı dərk eləyən Uşaq qəlbli bir qocayam. Təriflərdən çox ucayam, Təltiflərdən çox ucayam…
Nə versən gözü doymayan Çox çətin ki, duya məni… Dünya malında gözüm yox, Dəyişməyib dünya məni…
Qəlbimdə sevgi kükrəyir, Yoxdu həyatda bənzərim! Həmişə üstümdə olub, Ulu Tanrının nəzəri!
Ömrüm boyu dost olmuşam Çəmənlə, güllə, çiçəklə! Allah məni təltif edib Duyan, sevən, bir ürəklə! O adamlar bədbəxtdi ki, Gözündə sevgi sayrışmır… Allahın sevdiyi kəsə Bəndə təltifi yaraşmır…
“Firidun” poeması Cənubi Azərbaycanda milli azadlıq uğrunda gedən xalq hərəkatından bəhs edir. Əsərdə Azərbaycanın milli qəhrəmanı Firidun İbrahiminin ictimai və inqilabi fəaliyyətindən, xalqla yaxından bağlılığından, milli hökumətin müvəqqəti məğlubiyyətindən sonra onun qəhrəmancasına həlak olmasından bəhs edilir.
Dünyada azadlıq uğrunda mübarizə edən bütün gənclərə ithaf edirəm…
Heydər Əliyev minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuş şəxsiyyətdir. O, əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Hakimiyyətdə olduğu bütün dönəmlərdə ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi. Bütün fəaliyyəti dövründə ədəbiyyata, onun müxtəlif dövrlərində yaşayıb-yaratmış ədiblərinə qədirşünas mövqedən yanaşan Heydər Əliyevin rəhbər kimi özəlliyi bəlkə də elə buradan başlayır. Ədəbiyyatşünas alim Yaşar Qarayev “Müstəqillik dövrünün milli öndəri” məqaləsində yazır: “Tarix boyu həmişə dövlət və elm (sənət, poeziya…) həmin şüurun və yaddaşın keşiyində qoşa dayanıb. İngiltərə ali Kral Elm Qurumundan tutmuş Rusiyanın qədim imperiya akademiyasına qədər hər yerdə ali elm qurumlarını ən ali dövlət ərləri, ümummilli öndərlər hamiliyə götürüb. Lakin Mustafa Atatürkə qədər hələ heç kəs milli tarixdə və taledə tutduğu yerə, paya, çəkiyə görə elm-dövlət nisbətinə bu qədər aydın mövqe təsnifi, missiya, rol bölgüsü və modeli təqdim etməyib: “Dövlətin təməli-kültürdur”. Türk kültürü isə turkcədən başlayır. Dövlətçilikdə “kültür və dil” konsepsiyası bu tamlıqda və bütövlükdə öz ifadəsini bizim zəmanədə Heydər Əliyevin əməlində və işində tapır”.
Heydər Əliyevin poeziyaya, şeirə, sənətə olan sevgisi yalnız təzahür olaraq hasilə gəlmir, konsepsiya, təlim səviyyəsində gerçəkləşir. Ümummilli lider xalqı və dövləti qorumağın, uca tutmağın, onun milli kimlik və mənlik qürurunun gizləndiyi, ehtiva olunduğu məqamların nələrdə, hansı dəyərlərdə ehtiva olunduğunu bilirdi. “Ən çox sevdiyin şair kimdir?” sualına Şəhriyar, ən çox sevdiyin şeir hansıdır” sualına isə Səməd Vurğunun “Azərbaycan” şeiri deyə cavab vermişdir. Əslində, onların hər ikisi böyük öndər üçün Azərbaycan demək idi. Onun Şəhriyar sevgisi də, Səməd Vurğunun “Azərbaycan” şeirinə kövrəlib ağlaması da, Hüseyn Cavidin nəşinin vətənə qaytarılma fədakarlığı, onlarla sənətkarımıza qoydurduğu abidələr, keçirtdiyi yubiley tədbirlərinin də əsas xətti millətə yönəlik olan sevginin gücünə söykənirdi: “Heydər Əliyev Azərbaycanın gücüdür. Rəmz və əks deyil. Gücün özüdür. Azərbaycanı azərbaycanlıların ixtiyarına verən və Azərbaycan xalqı “öz taleyinin sahibidir” – deyən ilk böyük dövlət xadimimizdir Heydər Əliyev. Ona qədər Azərbaycan tarixində belə bir siyasi kontekstin olmadığı hər kəsə bəllidir” (Azər Turan).
1970-ci illərdə Moskva siyasi dairələrində kifayət qədər nüfuz sahibi olan Heydər Əliyev bu nüfuzdan xalqının milli kimliyinin və müəyyənliyinin dərki üçün yararlandı. Bütün siyasi fəaliyyəti boyu əsas diqqətini xalqın tarixi şəxsiyyətlərinin yaradıcılığının poetik dövriyyəyə gətirilməsinə, yaddaş faktına çevrilməsinə, milli genefondun varlıq göstəriciləri olmaları işinə sərf elədi. N.Gəncəvinin, İ.Nəsiminin, M.P.Vaqifin, M.Ş.Vazehin, N.Nərimanovun heykəllərinin qoyulması, onların irsini dirçəltmək imkanları ağlasığmaz əzmkarlıqdan hasilə gəlirdi və siyasi lider olaraq Heydər Əliyevin bütün fəaliyyətinin prioritet istiqamətini təşkil edirdi. Əbəs deyil ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi 90-ci illərdə ondan bəhs edilən məqamlar məhz liderin hakimiyyət dövrünün birinci mərhələsindəki quruculuq proseslərinə dayaqlanırdı.
Sovet epoxası daxilində Heydər Əliyevin üzünü yaddaşa çevirən tarixə – özündə xalqın milli kodunu və möhürünü əbədiləşdirən söz sənətinə tutması ilk növbədə, onda çağdaşlıq faktı aramaq, bu yolla ədəbi prosesə, yeni düşüncəyə təsir etmək niyyətindən irəli gəlirdi. Xalqın milli dəyərlərinin dirçəlişindən başlayırdı Heydər Əliyev və bu istiqamətdə seçdiyi hədəflər, ünvanlar da dəqiq, çəkili və sərrast idi. Böyük sənət abidələri, böyük söz ustadları, böyük söz sərrafları… Heydər Əliyevin Cənub ədəbiyyatı mövzusuna həssaslığının mayası da bu amaldan nəşət tapırdı. Onun təşəbbüsü ilə Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatına yeni münasibət formalaşdı, bu işlərə istiqamət vermək birlikdə Balaş Azəroğluya həvalə edildi. Eləcə də ilk dəfə olaraq Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzinin təməlini qoydu Heydər Əliyev. O da maraqlı faktdır ki, Heydər Əliyev haqqında ilk şeiri Səhənddən oxuyuruq. Sair Bulud Qaraçörlü Səhəndin (1927-1979) 1974-cü ildə Heydər Əliyevə ünvanladığı “Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə” adlanan şeiri məktub formasında yazılıb:
İstərdim Bakıda SƏN də olaydın.
Hamıdan dinlərkən vəsfini Sənin,
Heyf ki, görüşmək qismət olmadı.
Bisütunlar çapdım mən Fərhad təkin,
Ancaq ki, su gəlib arxa dolmadı.
Mən istərdim doğma bir qardaş kimi
Oturub, əyləşib danışam Sənlə
Bir məsləkdaş kimi, bir yoldaş kimi
Söz-söhbət açaydım ana Vətəndən.
Hakimiyyətdə olduğu zaman kəsimlərində Heydər Əliyev Azərbaycanın mənəvi reallığı üçün böyük siyasətçi, dövlət adamı olaraq həm də ədəbiyyatlaşan obrazı ilə göz önünə gəlir. Bu obraz ədəbiyyat üçün konkret nəyi ifadə edir? İlk növbədə, ədəbiyyata, poeziyaya sevgini. Onun çıxışlarında milli ədəbiyyatımızı gərəyincə bütöv duyub anlamaq səriştəsi vardı, prosesə yanaşma strategiyası düzgün idi, bəhs etdiyi mövzularda problemlərin dərkini səmtləndirə bilirdi. Və ən əsası, Azərbaycan ədəbiyyatı haqqında öz anlayışı, müşahidəsi, elmi qənaətləri olan bir şəxsin prosesə konseptual yanaşmadan hasilə gələn məntiqi ehtiva olunurdu… Heydər Əliyev eyni zamanda ədəbiyyatda, poeziyada milli ahəng yaratmaqla bahəm ümumbəşəri dəyərləri bir müstəviyə gətirmək kimi siyasi prizmadan çıxış edirdi. Çünki bilirdi, hamını bir yerə toplayan bir ünvan var: Ədəbiyyat!
Bu mənada 1980-cı ilin 27-31 oktyabrında “Ədəbiyyatların dostluğu – xalqların dostluğudur” adı ilə keçirilən yazıçıların Umumittifaq konfransında Heydər Əliyevin bütün dünyanı Bakıya cəm etməsi, onu hamı üçün Vətənə – ədəbi-bədii fikir məbədinə çevirməsi daha bir ali niyyətin göstərisi idi: “Məhz həmin konfransdakı nitqi ilə Heydər Əliyev etnos-millət-bəşəriyyət bağlılığının harmoniyasına yeni istiqamətdə aydınlıq gətirdi. O, sadəcə, nitq söyləmədi, şərq-Azərbaycan mədəniyyətinin mədəni dünya üçün nadir sərvət olduğunu, mənəvi missiya daşıdığını qonaqlara məharətlə aşıladı. M.F.Axundovun “Şərq poeması”ndan, Səməd Vurğunun “Zamanın bayraqdarı” əsərindən parçalar söylədi – həm azərbaycanca, həm də rusca. Vyaçeslav Sukaçev, Aleksandr Smerdov, Vasili Bıkov, Aqniya Barto, Zoya Kedrina, kubalı və hindistanlı qonaqlar salondakı təntənəli sükutdan, tükənməz alqışlardan heyrətə düşmüşdülər. Yanaşı əyləşdiyim hindistanlı yazıçı Prakaş Bharti çətin danışdığı rus dilində mənə qəribə sual verdi:
– Vaş rukovoditel poet ili prozaik?
Qonaq, ölkə rəhbərinin yazıçı olduğuna tam inanmışdı, indi isə onun hansı janrda yazıb-yaratdığını bilmək istəyirdi.
Heydər Əliyevdən sonra çıxış edən SSRİ Yazıçılar İttifaqının sədri Georgi Markov, daha sonra Rəsul Həmzətov, David Kuqultinov Heydər Əliyevin düşüncə, ümumiləşdirmə və natiqlik mədəniyyətindən fövqəladə məhəbbətlə danışdılar” (İmamverdi Əbilov).
Bu konfrans Azərbaycanın beynəlxalq aləmə çıxışında, dünyaya tanıdılmasında, onunla başqa dövlətlərin arasında, çoxcəhətli elmi-ədəbi, mədəni əlaqələrin inkişafında böyük önəm daşıyırdı.
Heydər Əliyev epoxasında yaşayıb-yaradan şair və yazıçılar birmənalı şəkildə böyük lideri ədəbiyyatın hamisi sayır, Heydər Əliyevin siyasətdən başqa bir də ədəbiyyatlaşan obrazını fakt olaraq etiraf edirdilər:
“Bu imkanı bizə Heydər Əliyev yaratmışdı və onun dəstəyini, yardımını, başqa nəsildaşlarım kimi mən də daima hiss eləmişəm” – bu sözləri Anar 18 may 1998-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap etdirdiyi “Şəxsiyyətin miqyası” adlı məqaləsində yazır.
Elçinin 1995-ci ildə qələmə aldığı “Tarixlə üz-üzə dayanmış adam” məqaləsində oxuyuruq: “…altmışıncı illərdə ədəbiyyata gəlmiş ədəbi nəslin bir qələm sahibi kimi formalaşması yetmişinci illərə təsadüf etdi və bütün bu illərdə Azərbaycan ədəbiyyatı və ümumiyyətlə, Azərbaycan mədəniyyəti ilə bilavasitə Heydər Əliyev arasında mənəvi və mən deyərdim ki, məhrəmanə bir körpü yarandı.
İsmayıl Şıxlının çıxışlarında Heydər Əliyevin ədəbiyyat sevgisinə heyrəti yer alır: “Heydər Əliyev yoldaşın bizə, Azərbaycan yazıçılarına, klassik irsimizə xüsusi qayğı ilə yanaşması, Nizami, Mirzə Şəfi irsinin öyrənilməsinə, Nəsimi, S.Vurğun kimi sənət ustalarımızın geniş yubileylərinin keçirilməsinə xüsusi əhəmiyyət verməsi bizi sevindirməyə bilməz”.
Heydər Əliyev bu qayğı və diqqətini elə sovet imperiyasının daxilində – ən yüksək postda əyləşərək, ən əzəmətli kürsüləri bölüşərək, ən mötəbər tribunalardan səslənərək gerçəkləşdirirdi.
1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başladı. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. “Kitabi Dədə Qorqud”, böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı Heydər Əliyevin gerçəkləşdirdiyi işlər bu abidələrin yeni təfəkkür qatına, milli şüur və yaddaşa bədii-estetik çalar qatmasını izləməyə imkan verir. Həmin vaxta qədər Nəsimi “Divan”ı yalnız bir dəfə, görkəmli ədəbiyyatşünas Salman Mümtaz tərəfindən, 1926-cı ildə ərəb əlifbası ilə çap olunmuşdu.. Heydər Əliyevin sərəncamı əsasında 1973-cü ilin 13 sentyabrında İmadəddin Nəsiminin 600 illik yubileyi keçirildi. Elə həmin il Həmid Araslının tərtibatı ilə Nəsiminin divanı çap olundu. Bütün ölkə Nəsimi əhval-ruhiyyəsində oldu, şairin şəkli həmin dövrdə çap olunan bütün ölkə qəzetlərinin loqosuna çevrildi. Şairin əsərləri ingilis və fransız dillərinə tərcümə edildi, haqqında xarici ölkələrin və beynəlxalq təşkilatların mətbuat orqanlarında bir neçə məqalə çap olundu. YUNESKO-nun “Kuryer” jurnalında Nəsimi haqqında məqalə dərc edildi. Heydər Əliyev Nəsiminin yubileyinin təkcə Bakıda deyil, Moskvada da keçirilməsinə nail oldu. 1980-ci ilın fevral ayında Bakının mərkəzi parklarından birində Nəsiminin abidəsi qoyuldu və heykəlin açılış mərasimində şəxsən özü iştirak etdi. Beləcə, sovet ideologiyasının birbaşa marağında olduğu Nəsimini milli ədəbi-tarixi yaddaşdan çıxdaş etmək niyyətinin qarşısı böyük siyasətçi tərəfindən alındı.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin irsinə də Heydər Əliyev münasibəti konseptual səciyyə daşıyırdı. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. Bu məqamla bağlı X.R.Ulutürkün “Gündəliy”ində əhəmiyyətli bir epizod yer alır: “Xəmsə” yaradıcısının anadan olmasının 840 illiyi bayramı keçiriləndə böyük qazax şairi Oljas Süleymenovun verdiyi sual yadımdadır:
– Ustad, axı 840 yuvarlaq rəqəm deyil, niyə tələsirsiniz?
– Tələsməyimiz əbəs deyil. Biz Nizami ilə bəşəriyyəti qovuşdurmağa tələsirik. Nizami elə bir sənətkardır, elə bir dahidir ki, hər il bayramını keçirməyə dəyər”.
Yaxud 1982-ci ilin 15 yanvarında Şuşada M.P.Vaqif məqbərəsinin açılışı Heydər Əliyev üçün əbədiləşən tarixi yaddaş baxımından əhəmiyyətli idi.
Heydər Əliyevin üzərinə düşən missiya çətin idi. O, fəaliyyətinə qırılmış xəttin, güdaza verilmiş dəyərlərin, itirilən meyarların bərpası kontekstində başladı. “Dissident siyasəti”! Heydər Əliyevin 1969-1982-ci illər ərzindəki fəaliyyətini bu iki sözün birləşməsi uğurlu və dəqiq ifadə edir. Azərbaycanın dəyərlərini ona tanıtdırmaq və 1937-ci ildə ziyalılığın sındırılmış vüqarını dirçəltmək, reabilitasiya etmək Heydər Əliyev diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir.
Hakimiyyətinin birinci dönəmində Heydər Əliyevin irəli sürdüyü nəzəri-ideoloji prinsiplərin şairlərin yaradıcılığına bilavasitə təsiri olmuşdur. Şairlər, yaradıcı adamlarla tez-tez görüşən Heydər Əliyevin onlarla ünsiyyət zamanı səsləndirdiyi hər hansı fikirlər şairlər üçün enerji və güc mənbəyinə çevrilmiş, impuls yaradan qüvvə olmuşdur. Məsələn, B.Vahabzadə, X.R.Ulutürk, M.Araz poeziyasının həyəcan, çağırışa köklənən üslubu Heydər Əliyev siyasətinin poeziyaya qazandırdığı cəsarət ruhu üzərində qərar tuturdu. Milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində bu şairlərin böyük rolu olmuşdur. Həmçinin tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması onların fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi.
Heydər Əliyev yalnız qorumurdu, yalnız himayə etmirdi, yalnız cəsarət aşılamırdı. O, həm də sahib çıxmağı bacarırdı. Gücünün yetdiyi qədər milli-mənəvi dəyərlərin qorunmasına çaba göstərirdi. Bu barədə əlbəttə, kifayət qədər təcrübə və bacarıq sahibi idi, amma onlarla bahəm (və daha əsas!) millətinə və xalqına can yanğısı vardı. Böyük şairimiz Məhəmməd Füzuli ilə bağlı Heydər Əliyevin qatlaşdığı çətinliklər və onun bu istiqamətdə əzmkar fəaliyyəti fikirlərimizə əyani sübutdur…
Heydər Əliyev siyasətinin dissident ruhu 1982-ci ildə daha bir gözlənilməz hadisə ilə nəhayətsiz miqyas aldı. Böyük Azərbaycan şairi Hüseyn Cavidin nəşinin Sibir çöllərindən vətənə gətirilməsi haqda sərəncam verdi Heydər Əliyev. Bu hadisəni Heydər Əliyevin siyasi fəaliyyətinin şah əsəri saymaq olar. Axı söhbət 1937-ci ilin repressiya dalğasının güdaza verdiyi faciə qəhrəmanından gedirdi. 1982-ci il, sovet dövrü hələ bitməmişdi, heç buna işarələr belə yox idi… Heydər Əliyev bu addımı ilə gerçəyi qorxulardan önə çıxartdı, Cavidin nəşini vətənə qaytarmaqla elə ilk növbədə, qorxunun üzərindəki örtüyü götürüb atmağa müvəffəq oldu.
Heydər Əliyev – milli ədəbiyyatımızın şərəfli tarixidir, faktıdır, əhəmiyyətli və gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidi.
***
1980-ci illər… Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldı. Meydanda isə 1970-1980-ci illərin – Heydər Əliyev zamanının reallaşdırdığı gerçəklər sırası vardı. Ölkə və xalq adına görülən nəhayətsiz əməllərin özülünün qoyulduğu mərhələ vardı. Hamının və hər kəsin vurğulayacağı bu gerçəyin üzərinə tarix yenidən qayıdacaqdı. Çünki 1970-1980-ci illər Azərbaycan ədəbiyyatı Heydər Əliyevin müəyyənləşdirdiyi əxlaqi-milli-mədəni aktın ilhamçısı və icraçısıdır. Cari prosesin, yazılan əsərlərin, bütöv ədəbi hərəkatın ideya zəmini rolunda çıxış edən aparıcı simadır Heydər Əliyev.
Heydər Əliyevin siyasətini istiqlal sözü ilə bir müstəviyə qoyub elə eyni müstəvidə “İstiqlal poeziyası” deyilən bir təsnifatı dövriyyəyə gətirmək mümkündür. Daha sonra isə milli müstəqillik kimi tarixi nailiyyətimizi. Önəmli faktdır ki, 1995-ci ildə Heydər Əliyevin sərəncamı ilə ilk dəfə olaraq “İstiqlal” ordeni təsis olunur və bu ordenə üç şair – Xəlil Rza Ulutürk (ölümündən sonra), Məmməd Araz, Bəxtiyar Vahabzadə layiq görülür.
1990-cı illərdə də Heydər Əliyevin siyasətçi kimi gücü əvvəlki inadla millətin yaddaş kultuna sədaqətinin bərpa edilməsi məsələsinə həssas yanaşmasındaydı. Dahi şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin 128, ilk möhtəşəm söz abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsi ədəbi irsə layiqli münasibətin izharına ən yaxşı nümunə olmaqla yanaşı, dövlət başçısının hansı məsələlərdə dəstək aradığını, mənəvi ülfət tapdığını bəlli edirdi.
Məhəmməd Füzulinin bütün əsərləri (külliyyatı) altı cilddə nəşr edildi. Haqqında sanballı elmi monoqrafiyalar, tədqiqat əsərləri ortaya qoyuldu. Yubileyi həm Azərbaycanda, həm bütün türk-islam aləmində, həm də Rusiya və Avropada böyük təntənə ilə keçirildi.
Yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində rol oynayan, sonradan maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: “Azərbaycan”, “Literaturnı Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarının və “Ədəbiyyat qəzeti”nin ölkə prezidentinin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi ədəbi prosesin gəlişməsində əsaslı rol oynadı.
Heydər Əliyevə həsr olunan bütün mətnlərdə eyni obrazla qarşılaşırıq: xilaskar, mətin, dahi insan, millət və xalq fədaisi, bütün varlığı ilə dövlətinə bağlı olan şəxsiyyət və s. və i.a. Bu obrazı Heydər Əliyev özü öz ömür bioqrafiyası ilə yaratmışdır. Ona görə hansı rakursdan yanaşılsa, hansı səviyyədə bədii təcəssümün predmetinə çevrilsə belə sonda gözlərimiz önündə böyük əqidə və amal daşıyıcısı olan eyni Obraz canlanır. Tərcümeyi-halını məsləkinin ifadəsinə çevirmiş Heydər Əliyev obrazı…
Heydər Əliyevə həsr olunan bütün əsərlər, əslində, bir məqama israrlıdır: Heydər Əliyev tarixdə qalıcı şəxsiyyətdir. Öyünə biləcəyimiz TƏKlərdəndir!
***
Biz ümumilli liderin vətən, yurd, xalq adına gördüyü nəhayətsiz əməllərdən bəhs etdik. Amma Heydər Əliyevin ən dəyərli əsərlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevdir. Heydər Əliyevin uğurlu siyasi kursunun bariz örnəyi!
Bu gün Heydər Əliyev həm də İlham Əliyevin simasında yaşayır, əbədi davam edən tarixə çevrilir. Təsadüfi deyil ki, çağdaş dövrümüzdə İlham Əliyevə həsr olunan əsərlər ilkin olaraq Heydər Əliyev obrazını içindən keçirməli olurlar:
Ulu öndər özü kimi inandığı bir varisə
Güvənərək, bir inamla demədimi illər qabaq:
“Azərbaycan günəş kimi Yer üzünə saçılacaq!”
Odlar yurdu, nur saçırsan,
qaranlıqlar gendən keçir,
Avropanın gələcəyə addımları səndən keçir!
Arzu Əsədov
***
Heydər Əliyev həm də sözümüzün “yaddaş sirri”dir. O, dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider oldu və kifayət qədər ibrətamizdir ki, belə bir hadisə Azərbaycan tarixində ilk dəfəydi ki, baş verirdi. Belə hadisələri isə tarix sonradan təshih etmir. Çünki yüzillər keçəndən sonra tarix daha çox həqiqətin dilində danışır. Heydər Əliyev Azərbaycanın siyasət dilini dünyaya təlim edən ilk azərbaycanlı oldu. Bu mənada, yüzillər keçəndən sonra da tarix Azərbaycan barədə qurucunun, baninin, ümummilli liderin, yəni Heydər Əliyevin üslubunda danışacaq.
Ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyevin tariximizin bütün mərhələsində atdığı addımlar taleyüklü məsələləri ehtiva edir. O, hər zaman, hər dövrdə gördüyü işlərə xalqın milli dəyərlərinin dirçəlişindən başladı və bu istiqamətdə seçdiyi hədəflər, ünvanlar dəqiq, çəkili və sərrast oldu. Böyük sənət abidələri, böyük söz ustadları, böyük ədəbi məxəzlər… Onun sovet epoxasının hakimi-mütləq olduğu bir dönəmdə hədəfləndiyi böyük amallardan biri – Bütöv Azərbaycanı yaratmaq, qurmaq missiyasının da əsasında ilk növbədə, arzusunun bu güclərin birliyi, xalqa qayıdışı ilə reallaşacağına inam hissi dayanırdı. Bütöv, yekparə Azərbaycan anlayışının özünü bərpa etmək, ərazi birliyindən də əvvəl, mədəni və mənəvi vəhdətə nail olmaq! Heydər Əliyevin Cənubi Azərbaycan mövzusuna həssaslığının mayası bu amaldan nəşət tapırdı.
Heydər Əliyevin SSRİ dövründə təhlükəsizlik orqanlarında çalışan zaman Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının genişlənməsi istiqamətində və orda milli qüvvələrlə birgə işi barədə məlumat o qədər də geniş yayılmamışdır. Buna baxmayaraq, 1944-1945-ci illərdə Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatında, siyasi və ictimai təşkilatların yaradılmasında, müstəqillik ideyalarının formalaşmasında bu zaman artıq dövlət təhlükəsizliyi sahəsində çalışan gənc Heydər Əliyevin iştirakı bioqrafları tərəfindən qeyd olunur. Maraqlıdır ki, Heydər Əliyev haqqında ilk şeiri də cənublu şair Bulud Qaraçöplu Səhənd yazmışdır. Marağalı şair Bulud Qaraçorlu Səhəndin (1927-1979) 1974-cü ildə Heydər Əliyevə ünvanladığı “Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə” adlanan şeir məktub formasında yazılıb:
Hər ağır dəhşətə mən dözə-dözə,
Məsləkdaş, vətəndaş deyibən gəldim.
Ürək sandığını açmaqçın Sizə
Səfər yarağımı geyibən gəldim.
İstərdim Bakıda SƏN də olaydın.
Hamıdan dinlərkən vəsfini Sənin,
Heyf ki, görüşmək qismət olmadı.
Bisütunlar çapdım mən Fərhad təkin,
Ancaq ki, su gəlib arxa dolmadı.
Mən istərdim doğma bir qardaş kimi
Oturub, əyləşib danışam Sənlə
Bir məsləkdaş kimi, bir yoldaş kimi
Söz-söhbət açaydım ana Vətəndən.
1970-ci illərin ortalarında yazılan bu məktub-şeir Cənublu şairin Heydər Əliyevin şəxsində öz məsləkdaşını görməsi ilə əlaqədar idi. Ən azı məlum idi ki, Heydər Əliyev sovet vətəndaşı olmaqdan çox, bir azərbaycanlı olaraq fəaliyyət göstərirdi. Bu istiqamətdə onun fəaliyyətinin əsasını Cənubda yaşayan azərbaycanlıların milli kimlik şüurunu oyatmaq, Cənubi Azərbaycanın problemlərinə nüfuz etmək, ana dilində dərsliklər nəşr etmək, Azərbaycan dilində qəzetlər çap etmək, milli dildə şeirlər və əsərlər yazan yerli ziyalıları dəstəkləmək və s. məsələlər təşkil edirdi.
Filologiya üzrə fəlsəfə doktoru Azər Turan “Heydər Əliyev barədə yazılmış ilk mətn – Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhəndin “Elimin dayağı, yurdumun fəxri” şeiri” məqaləsində yazır: “Nə baş verirdi ki, hələ panfarsist ideyaların tüğyan etdiyi, Rza şahın Azərbaycan türklərini ən adi milli hüquqlardan məhrum etdiyi dövrdə, yaxud Xəlil Rza Ulutürkün təbirincə “qocalmış, əprimiş fars millətini gəncləşdirmək, diriltmək üçün əlac axtaran paniranistlər yeganə çarəni Azərbaycan türklərini farslaşdırmaqda gördükləri” 1970-ci illərdə Səhənd Heydər Əliyevə şeir yazırdı və şeirində Əliyevi təkcə Bakının deyil, Təbrizin də, yəni bütöv Azərbaycanın dayağı adlandırırdı?
“Elimin dayağı, yurdumun fəxri” şeirinin özəllikləri çoxdur. Ən başlıcası isə budur ki, bu şeir dediyim kimi, ümumiyyətlə, Heydər Əliyevə həsr olunmuş ilk şeirdir. Digər tərəfdən, şeirin müəllifi Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhənddir. Üçüncüsü, Ümumazərbaycan kontekstində bu şeir Heydər Əliyevlə bağlı ümummilli lider anlayışını irəli sürən ilk ədəbi mətndir: “Bu gün millətimin dayağı Sənsən, / Elimin çörəyi halalın olsun! / Dünyalar durduqca əsən dur, əsən! / Sənə göz dikmişdir bütün Vətənin!”.
Səhənd Heydər Əliyevin yanına ağrılarından bəhs etmək, danışmaq, dərdləşmək üçün gəlirdi. “Dağlar boyda ağır dərdi özümnən, Təbrizdən Bakıya daşıdım ancaq”, – yazırdı. Heydər Əliyev görünür, o zaman yalnız bu taydakı azərbaycanlıların deyil, o taydakı həmvətənlərimizin də pasibanı, himayəçisi, ümid yeri idi. Və təkcə ümid yerimi? Yeri gələndə mücadilə etməkdən çəkinməyən qorxmaz, fədakar vətən övladı!
Azər Turanın adı keçən məqaləsində Heydər Əliyevin xidmətləri sırasında cənubdan olan digər şair Məhəmməd Biriya ilə bağlı çox nadir və maraqlı olan fakta da vurğu edilir: “Film kimi bir həyat yaşamış, nazirdən mürdəşirə qədər ömür yolu keçib sonunda Təbrizdə kimsəsizlər evində dünyasını dəyişən cənublu şair Məhəmməd Biriya barədə yazılan tədqiqatlarda onun taleyi ilə bağlı mühüm bir məqam hər dəfə pərdə arxasında qalır. Məhəmməd Biriya ilə bağlı Heydər Əliyevin fəaliyyəti”!
Çıxışlarının birində Heydər Əliyev həmvətəni olan Biriya haqqında düşüncələrini belə bölüşürdü: “Cənubi Azərbaycanın böyük bir şairi var idi – Məhəmməd Biriya. Cənubi Azərbaycan hərəkatı zamanı nazir olmuşdu. Sonra Azərbaycana gəlmişdi. Təəssüf ki, 1949-50-ci illərdə Rusiyanın Saransk şəhərində düşərgədə cəza çəkirdi, onu həbs etmişdilər. Mən Respublika Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən 1958-ci ildə şəxsən Saranska getdim, Biriya ilə görüşdüm, onu Bakıya gətirdim. Çox böyük şair idi”.
Deməli, Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən Rusiyadan – Saransk həbsxanasından “Arama qəbrimi, axtarma mənim başdaşımı, / Rəsimdə Həzrəti Nuh, ismdə xatəm də mənəm” deyən yazıq Biriyanı vətənə gətirmişdi.
Cənubi Azərbaycan problemi Heydər Əliyev üçün daim prioritet məsələ olmuşdur. Ulu öndər 12 iyun 1981-ci ildə ölkə yazıçılarının VII qurultayındakı nitqində toxunduğu çoxsaylı məsələlər kontekstində Cənub ədəbiyyatı ilə bağlı məqamları da həssaslıqla ədəbi yaddaşın dövriyyəsinə daxil etməyi unutmurdu: “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”.
Bu, adi diqqət deyildi. Demək olar ki, cənub məsələsi Heydər Əliyevin varlığında illərlə yol gəlirdi. Məqamı gəldikcə, içində borc kimi daşıdığı niyyətini söz, ideya, əməl səviyyəsində gerçəkləşdirirdi. Bunu sənət adamlarının hər birinin mətnlərində dil açıb danışan yaddaş lövhələri də sübut edir. Məsələn, yazıçı Söhrab Tahirin xatirələrində Ümummilli lider Heydər Əliyevin 1981-ci ildə, Şüvəlanda yazıçıların yaradıcılıq evinin açılışında söylədiyi cəsarətli fikirlər heyrətamiz duyğusallıqla anılır: “O vaxt Heydər Əliyevlə aramızda çox maraqlı bir söhbət oldu. Mən qəribəm deyəndə, mərhum prezidentimiz dedi ki, niyə özünü qərib hiss edirsən? Dedim ki, bəs biz vətəndən aralı düşmüşük, ürəyimiz nisgillə doludur. Cavab verdi ki, onun günahı burada oturan şair və yazıçılardadır. Siz niyə o taydakı şair və yazıçıların əsərlərinin burada, bu taydakı şair və yazıçıların əsərlərinin o tayda çap olunmasına təşəbbüs göstərmirsiniz? Nə vaxt bu məsələ ilə bağlı mənə müraciət etdiniz, kömək etmədim? Əgər bu əsərlər həm o tayda, həm də bu tayda dediyim kimi çap olunarsa, hər iki Azərbaycan arasında mədəni körpü yaranar, əlaqələr daha da genişlənər və heç kəs özünü burada qərib hiss etməz. Şair, sən öz evindəsən. Biz bir ata-ananın övladlarıyıq. Ona görə də sən burada özünü qərib hiss etmə. Bu sözlər zalda gurultulu alqışlarla qarşılandı. Sonra Heydər Əliyev üzünü mənə tutub “Şair, davam elə” – dedi. Mən də bundan ruhlanıb dedim ki, bəs, bildiyiniz kimi Azərbaycan tarixin günahı üzündən iki yerə parçalanıb. Bu zaman Heydər Əliyev yenə sözümü kəsib dedi: “Şair, dayan! Niyə deyirsən ki, Azərbaycan tarixin günahı üzündən iki yerə parçalanıb?” Zala da dərin bir sükut çökmüşdü. Belə bir vəziyyətdə qorxa-qorxa soruşdum: – bəs nə deyim, yoldaş Əliyev? Qayıtdı ki, denən Azərbaycan imperialist qüvvələrin günahı üzündən iki yerə parçalanıb. Bu sözdən sonra zalda bir anlıq çaşqınlıq yarandı. Çünki heç kəs gözləmirdi ki, Heydər Əliyev Azərbaycanı iki yerə bölənləri, yəni İran və Rusiyanı adı ilə deyəcək. Və birdən sanki nə baş verdiyini zaldakılar anladı. Zalda bir alqış qopdu ki, gəl görəsən. Heydər Əliyev düz 15 dəqiqə zaldakıları sakitləşdirə bilmədi. Sevincindən ağlayan kim, bir-birini qucaqlayan kim. Sovet dövründə ilk dəfə idi ki, yüksək tribunadan Cənubi Azərbaycan məsələsi qaldırılırdı. Həmin andaca bu baradə Moskvaya xəbər çatdırdılar və elə oradaca hiss etdim ki, onu telefona çağırdılar. Sonralar eşitdim ki, bu çıxış Heydər Əliyevə müəyyən qədər başağrısı yaradıb”.
“Başağrısı” əlbəttə ki, olmamış deyildi. Axı, özünün dediyi kimi, sovet dövründə “ən böyük dissident elə özü idi”. Kremlin yüksək kürsüsündə əyləşib milli ideologiyaya xidmət edən bir siyasətçinin təəssübkeşliyi rəhbərlik üçün qəbul ediləsi hal olmasa da, Heydər Əliyev bilərəkdən “üzü küləyə” gedənlərdən idi. Bilirdi ki, qabartdığı hər ideyadan, hər toxunuşdan sonra əməl və hərəkat dirçəlişi gəlir. Elə 1981-ci ildə etdiyi çağırışdan sonra da ədəbi-elmi düşüncə sferasında Azərbaycan ədəbiyyatının bütövlüyü və Cənubda yaşayan yazıçılarla əlaqələrin yaradılması istiqamətində mühüm addımlar atılmağa başlandı. İran İslam Respublikasında yaşayan Məhəmmədhüseyn Şəhriyar kimi qüdrətli sənətkarı bu bəyanatlardan sonra daha dərindən tanımağa, təbliğ etməyə başladılar. Xalq şairləri Süleyman Rüstəmin və Məmməd Rahimin Məhəmmədhüseyn Şəhriyarla şeirləşmələri, xalq şairləri Bəxtiyar Vahabzadə və Nəbi Xəzrinin ustad şairlə telefon danışıqları böyük rezonans yaradan amillər idi. Əslən cənublu olan, lakin taleyin hökmü ilə Azərbaycanın şimalında yaşayıb-yaradan Balaş Azəroğlu, Mədinə Gülgün, Hökumə Billuri, Söhrab Tahir, Əli Tudə və başqa şair və yazarların Cənubi Azərbaycanda əsaslı tanışlıq dövrü həmin illərdə baş verdi. Ədəbiyyatımızda Cənub mövzusunda yeni əsərlər meydana qoyuldu. Onun təşəbbüsü ilə əslən cənublu olan Balaş Azəroğlu Yazıçılar İttifaqının katibi seçildi. Eləcə də ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə açıldı, Cənubi Azərbaycan ədəbiyyatının araşdırma mərkəzinin təməli qoyuldu. “Cənubi Azərbaycan ədəbiyyatı milli sərvətimizdir” məqaləsində Teymur Əhmədov yazır ki, “Mirzə İbrahimovun ürəyində bəslədiyi nisgilli arzusunu rus sovet imperiyasının hakimiyyəti dövründə demokratik ab-havanın hiss olunduğu 70-80-ci illərdə rəsmi qadağaların mövcud olduğu şəraitdə həyata keçirmək olduqca müşkül idi. Lakin ölkə başçısı Heydər Əliyev müdrik alim-yazıçı Mirzə İbrahimovun təşəbbüsünü bəyənib, onun Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərkibində Cənubi Azərbaycan şöbəsini yaratmasına rəsmi göstəriş verdi”.
Xalq yazıçısı Elmira Axundovanın altıcildlik “Heydər Əliyev: Şəxsiyyət və zaman” adlı kitabının ikinci hissəsində Azərbaycanın keçmiş xarici işlər naziri, ədəbiyyatşünas alim Vilayət Quliyevin də xatirələrinin yer aldığı belə bir epizodla qarşılaşırıq: “…Ali dini rəhbər Heydər Əliyevi mərasim zalının girişində qarşılayıb, ikiəlli görüşdü. Aralarında Azərbaycan dilində söhbət başlandı. Həm İran nümayəndə heyəti, həm də biz sakitcə dayanıb söhbətə qulaq kəsilmişdik.
Hal-əhval tutandan sonra Heydər Əliyev Xamneyidən soruşdu:
– Yaxşı, Xamnədə (Təbriz yaxınlığında, Xamneyinin doğulduğu kənd) nə var, nə yox?
– Sən Xamnəni də bilirsən? – deyə İranın ali dini rəhbəri təəccübləndi.
– Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir”.
Heydər Əliyev 21 yaşı tamam olduqdan sonra, 1944-cü ilin mayından Sovet İttifaqı dövlət təhlükəsizlik orqanlarında xidmətə başlamış, 1969-cu ilin iyulunda Respublikanın rəhbəri seçilənə qədər 25 il sovet sisteminin ən mürəkkəb, məsuliyyətli, çətin cəbhəsində alnıaçıq, rəşadətlə yol keçmiş, general-mayor rütbəsinə və Azərbaycan SSR DTK-nın sədri vəzifəsinə qədər yüksəlmışdır. Bu dövrün bütün mərhələlərindəki fəaliyyətində Cənubi Azərbaycanla bağlı milli təəssübkeşlik hissi zərrə qədər gözardı edilməmiş, əksinə əhəmiyyətli məsələlərdən biri olmuşdur. Elmira Axundova yuxarıda adı keçən əsərində “Literaturnaya qazeta”da İqor Belyayev adlı şərqşünasın belə bir fikrini əsas gətirərək yazır: “Yadımdadır, məqalələrinin birində o yazmışdı ki, Heydər Əliyev 19 yaşında Şimali və Cənubi Azərbaycanı birləşdirmək haqqında düşünüb. İndi budur, 20 ildən sonra həmin ideya bu şəkildə təzədən meydana çıxıb…” Və sonradan minnətdarlıqla xatırlayır: “Elə ən maraqlısı, bu günə qədər mənimçün müəmmalı qalanlar da məhz bundan sonra başlayır. Qrupumuzdan heç kim cəzalandırılmadı, heç kimi həbs etmədilər, heç kimi institutdan qovmadılar. Mən bunu ilk növbədə Heydər Əliyevlə bağlayıram, o vaxt o, DTK-da rəhbər vəzifədə idi…”
Digər bir tədqiqatçı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı yazır ki, “Heydər Əliyevin bilavasitə qayğısı ilə 21 Azər Günü həmişə qeyd edilirdi. Cənubi Azərbaycandan olan siyasi mühacirlərə yaxşı şərait yaradılmışdı. 1981-ci ildə siyasi mühacirlər üçün 142.500 rubl daimi yardım ayrıldı. Mühacirət cəmiyyətinin yerləşdiyi bina təmir etdirildi. Azərbaycan Demokrat Partiyasının birinci katibi Əmirəli Lahrudi 1981-ci il oktyabr ayının 28-də Heydər Əliyevə yazdığı məktubunda mühacirlərə göstərdiyi qayğıya görə təşəkkür etmişdir”.
Yuxarıda adı keçən cənublu şair Söhrab Tahirin “Yaxşılıq” adlı şeiri var. Həmin şeirdə böyük öndərin şəxsiyyəti, gördüyü işlər sevgi, lütf və minnətdarlıqla anılır. Həm də yalnız bu tayla bağlı deyil, o taydakı yaxşı əməllərin icraçısı və mənəvi ülfət rəmzi olaraq:
Mən rəhbərdən çox yaxşılıq görmüşəm,
Verdiyindən hamıya pay vermişəm.
Yaxşılıqdan qızıl saray hörmüşəm,
Qal baxtımın sarayında, yaxşılıq,
O tayımda, bu tayımda yaxşılıq.
Göründüyü kimi, Heydər Əliyev hələ sovet rejimi dövründə İran İslam Respublikası ilə, Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasının əsasını qoymuş, qarşılıqlı münasibətlərin möhkəm təməlini atmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə Prezidenti Heydər Əliyevin yeni tarixi epoxada apardığı məqsədyönlü siyasət nəticəsində bu sağlam əlaqələr daha da genişlənmiş və möhkəmlənmişdir. Bu baxımdan Ümummilli liderin “Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında”kı 29 oktyabr 1997-ci il tarixli sərəncamı xüsusi əhəmiyyətə malikdir. Həmin dövlət sərəncamı əsasında qüdrətli sənətkarın yubileyi ilə bağlı Bakıda, Tehranda və Təbrizdə keçirilən genişmiqyaslı tədbirlərlə ölkələrarası ədəbi-mədəni əlaqələr yeni və daha yüksək səviyyəyə qaldırılmışdır.
Məhəmmədhüseyn Şəhriyar Heydər Əliyevin ən çox sevdiyi şair idi. Yadıma yazıçı-dramaturq Cəfər Cabbarlı ilə bağlı bir məqam düşür. “Ən sevdiyiniz əsəriniz hansıdır”, – sualına Cabbarlı “Dönüş” deyə cavab verir. “Bu ki, sizin ən zəif əsərinizdir”, – deyirlər. Cabbarlı isə cavabında, “doğrudur, ana hər zaman zəif, şikəst övladını hamıdan çox istəyir”, – kimi kədərli bir nüansa vurğu edir. Amma Şəhriyar təbii ki, zəif deyil, ən qüdrətli şairlərdən biri idi və Heydər Əliyev də bu üzdən, vaxtilə ona ünvanlanan 21 sualın içində yer alan “ən sevdiyiniz şair kimdir” sorğusuna Şəhriyarın adını çəkərək cavab vermişdir. O, Şəhriyarın ədəbi irsini daim yüksək qiymətləndirmiş, onu böyük vətənpərvərlik duyğularının tərənnümçüsü olan filosof şair, “Şərqin çox geniş bir regionunda insan mənəviyyatının zənginləşməsində böyük rol oynayan” mütəfəkkir adlandırmışdır. Bu mənada, sevgisinin qaynağı Şəhriyarın şeirlərindəki şairanəliyin gücünə bağlı amil idi.
Amma və lakin… “Şəhriyarın ürəyi də səninki tək yaralıdır”… Bu məqam da vardı axı. Bu pillədən artıq vətən, ona həsrət qalan övladların obrazı, daxili yaşantıları başqa cür görünür. Bütün varlığı ilə poeziyaya, sənətə münasibətdə estet olmaqla yanaşı, həm də milli ruh daşıyıcısı olan Heydər Əliyev bu məqamda ağrımaya bilmirdi…
Ölkəmizdə “Qısa Hekayə” müsabiqəsinin keçirilməsi barədə məlumat almışıq.
Təşkilatçıları “Zərif Kölgələr” Yaradıcılıq Klubu, VHP-nin Qadın Qolları, “Güftə” ədəbiyyat dərgisi və Yunus Emre İnstitutu olan müsabiqənin məqsədi qısa hekayə janrına diqqət çəkmək və yaradıcı qələm sahiblərini bu sahədə təşviq etməkdir.
Qaliblər üçün mükafatlar və seçilmiş hekayələrin yayımlanması nəzərdə tutulur! Ədəbiyyata marağı olan hər kəs müsabiqədə iştirak edə bilər.
Şərtlər:
1. Müsabiqəyə təqdim olunacaq hekayələr başlıq daxil olmaqla 100 sözü keçməməlidir.
2. Müsabiqəyə yalnız Azərbaycan dilində yazılmış implying hekayələr qəbul edilir. (implying – yəni fikri açıq-aşkar deyil, dolayı yolla bildirməkdir; fikrin, əsasən, obrazlı şəkildə verilməsi də istisna edilmir).
3. Mövzu sərbəstdir.
4. Hekayələr Word sənədi formatında göndərilməli və sənədin adı yalnız hekayənin adı ilə qeyd olunmalıdır.
5. Hər müəllif müsabiqəyə yalnız bir hekayə göndərə bilər.
“Gələcək gün” romanının qəhrəmanı Firudin İbrahimi ilə bağlı Mirzə İbrahimovun 1949-cu ildə qələmə aldığı və “Kommunist” qəzetində dərc olunmuş məqaləsi (İxtisarla)
Nizami dar ağacına gedərkən şadlıq edən bir qəhrəmanın əfsanəsini yaratmışdır. Həmin qəhrəmandan soruşurlar: “Bir neçə dəqiqə sonra öləcəksən, niyə sevinirsən?”. O:
– Bu az qalan ömrümü nə üçün qəm-qüssə içində keçirim? – deyə cavab verir.
Bu qəhrəmanı, həyatı tərənnüm edən mübarizə və yaşamaqda məna tapan böyük şair xəyalı yaratmışdır. Lakin belə mərd və məğrur qəhrəmanlar yalnız şair xəyalının məhsulu olsaydı, xalqlar tarixi çox kasıb və yeknəsəq olardı. Azadlıq döyüşləri və inqilabi mübarizələr hər xalqın tarixində yüzlərlə belə qəhrəman yetişdirdiyi üçün romantik bir gözəlliyə malikdir. Azərbaycan xalqının 1945-1946-cı illərdə İran istibdadı və əsarəti əleyhinə apardığı şərəfli azadlıq mübarizəsinin qızıl səhifələrində də Nizami əfsanələrinin qüdrət və gözəlliyini saxlayan yüzlərlə bu cür qəhrəmanın şəkli çəkilmişdir… Budur, o şəkillərdən birisi, tamaşa edin…
Amerikan-ingilis tankları və təyyarələri ilə Cənubi Azərbaycana soxulmuş, onun şəhər və kəndlərini xarabazara çevirən İran işğalçı orduları Təbrizi qana boyamışdılar. Qəhrəman demokratlar amansızcasına təqib olunurdular. Onları günün günortaçağı sorğusuz-sualsız güllələyir, arvad və uşaqlarını diri-diri quyulara atır, qızlarını soyundurub küçələri gəzdirirdilər. Mürtəcelər canlı insan bədənindən məşəllər düzəldir və demokratların evlərini talan edib yandırırdılar. Təbriz məhbəsləri ağzına qədər adamla dolu idi.
Məhbəslər və dar ağacları – İran ordusu və zabitlərinin Təbrizə gətirdiyi hədiyyə idi. Sübh açılarkən bu məhbəslərdən çıxarılanlar dar ağaclarında öz şərəfli və namuslu həyatlarını başa vururdular… Belə bir zamanda, məhbuslardan birisinə səhər tezdən asılacağını bildirmişdilər. Bütün gecəni ölüm hökmü altında yaşayan və yoldaşlarına insanın xalq qarşısındakı borcundan, mübarizə və həyatın şirinliyindən danışan məhbus sübh açılarkən durub səliqə ilə üzünü qırxmış, təmiz köynək geyib təzə qalstuk bağlamışdır. Təəccüblə:
– Bu nə üçün? – deyən yoldaşına o, belə cavab vermişdir:
– Biz təmiz və aydın bir həyatla yaşadıq, nə üçün dar ağacı altına əzgin və çirkli gedək?!.
Bu qəhrəmanın adı Firudin İbrahimidir. O, Azərbaycan demokrat partiyasının üzvü, milli dövlətin prokuroru idi. Onu şəxsən tanıyanlar bilir ki, Firudin ancaq bu cür hərəkət edə bilərdi.
İnsanların əksəriyyəti mütərəqqi ictimai əqidə və tarixi həqiqətlərə böyük təcrübə, müşahidə və mübarizə nəticəsində, səhv və büdrəmələri olan bir yol keçdikdən sonra gəlib çıxırlar. Elə insanlar da olur ki, onlar bu həqiqəti birdən-birə qavramasalar da, yalana da uymurlar, ağır səhvlərə yol vermədən mütərəqqi ictimai idealı dərk edirlər. Belələri əksərən xalqın içindən çıxmış, xalq həyatı ilə yaşayan və yüksək təbiətli adamlar olur. Onlar bir dəfə könül verdikləri idealdan nəinki bir daha dönməz, hətta soyumaq, süstləşmək nə olduğunu bilmədən getdikcə daha qızğın bir ehtirasla həyatlarını ona həsr edərlər. Firudin İbrahimi belə adamlardan idi. O, Azərbaycanın milli azadlıq və İranın demokratik inkişaf idealına qəti iman gətirənlərdən idi.
Firudin 1918-ci ildə Astarada doğulmuşdu. Yeddiillik məktəbi orada qurtarmış, sonra Tehran darülfünununun Hüquq fakültəsində ali təhsil almışdı. Həyatı əvvəldən xalq ilə bağlı olmuşdu. Hələ uşaq ikən, atası mütərəqqi görüşləri üçün müstəbid Rza xan tərəfindən Azərbaycandan sürgün edilmişdi.
1945-ci ilin axırları, Cənubi Azərbaycanda demokratik dövlətin yaranmasının ilk günləri idi. Hələ Zəncanda satqın mülkədar Zülfiqarinin quldurları, Urmiyada sərhəng Zəngənənin hərbi hissəsi demokratik xalq hakimiyyətinə tabe olmaq istəməyib qanlı terror düzəltmişdi. Müstəbid və mürtəce İran dövlətinin qoşunları Azərbaycana girmək üçün Qəzvinin qapısında – Kirəcdə dayanmışdı. Belə bir zamanda Firudin İbrahimi Pişəvəri tərəfindən yenicə prokuror təyin edilmişdi. Pişəvərinin və milli dövlətin prokuror seçərkən Firudinin namizədliyini irəli çəkməyinin də xüsusi mənası vardı: məlum olduğu üzrə məhkəmə İran hakim dairələrinin qanlı əməllərini pərdələyən və soyğunçuluq üçün istifadə etdiyi mühüm vasitələrdən birisidir. Buradakı püşvətxorluq, satqınlıq, böhtan və ədalətsizliyin təsviri qeyri-mümkündür. Buna görə də milli demokratik dövlət ancaq xalqa məhəbbəti, təmiz vicdanı və namusu ilə tanınmış bir adama prokurorluğu etibar edə bilərdi. Belə bir zamanda Firudin İbrahimi işə başlamışdı. O, bir yandan köhnə, pozğun əxlaqlı prokuror işçilərini yeni, xalq üçün yaşayan məsləkli və vicdanlı adamlarla əvəz edir, o biri yandan xalqın qəddar düşmənləri, xarici imperialistlərin satqın nökərləri olan mürtəcelərlə amansız mübarizə aparırdı.
Onun ilk atəşin çıxışı Azərbaycan xalqının cəlladı, silahsız Urmiya demokrat-kəndlilərini tankların altında əzmiş sərhəng Zəngənənin mühakiməsində olmuşdu. Firudin aydın və kəskin dəlillərlə Zəngənənin cinayətlərini sübut edərək ona ölüm cəzası tələb etmişdi. Sabahısı liberal təbiətli və hər işdə “mötədil siyasət” tərəfdarı olan bir ağa “xeyirxahlıqla” Firudinə müraciət edərək:
– Oğlan, sən hələ çox cavansın, – demişdi, – dünya görməmisən, mənim sözlərimə qulaq as, bilməyə-bilməyə ki, bu işlərin axırı hara gedib müncər olacaq, niyə belə tünd başlamısan. Niyə özünə düşmən qazanırsan. Bir fürsətdir keçib əlinə, olmusan müddənlümumi, istifadə elə, özünə dost qazan. Demirəm Zəngənəni təmizə çıxart, yox, amma ölüm də tələb eləmə…
Bu sözlərdən Firudinin siması ona xas olan qəribə bir uşaq təbəssümü ilə işıqlandı:
– Deməli, xalqın mənə etibar etdiyi vəzifədən bir sərmayə kimi istifadə edim? Yox! Mən bunu bacarmayacağam. Bizim hərəkat Azərbaycan tarixinin parlaq və müqəddəs bir səhifəsini təşkil edir. Bu hərəkat köhnə quruluşu dağıtdığı kimi köhnə əxlaqı da dağıdır. Biz xalq işindən şəxsi xeyrinə istifadə edən fasid və əxlaqsız adamların yolunu tuta bilmərik. Belə etsək gələcək nəsillər bizə lənət oxuyar. Biz dostla da, düşmənlə də “müdara etməyə” çalışan, pisə də yaxşı kimi boyun əyən bazar əhlinin əxlaqı ilə də yaşaya bilmərik. Biz əsri siyasət və idealı meydana çıxmış bir firqənin övladıyıq. Bu firqənin bayrağında “xalq və azadlıq” sözləri yazılmışdır. Bu iki söz bizim bütün məramımızdır. Ona zidd olan hər kəs bizim düşmənimizdir və ölümə layiqdir.
Firudinə “nəsihət” vermək istəyən ağanı bu sözlər qane etmədi, hətta onlardakı məna və məntiq, deyəsən, ona qətiyyən anlaşılmaz göründü:
– Oğul, məram məramlığında, adama yaşamaq da lazımdır. Adam gərək bir sabahkı gününü də düşünsün, birdən olmadı belə, oldu elə, Pişəvəri getdi, Tehran gəldi, Zəngənəni, ya qeyri bir Zəngənəni də gətirdi qoydu Təbrizə vali. İndi elə tərpən ki, onda özünü dar ağacına çəkməsinlər. Mən bunu deyirəm. Yəni deyirəm ki, adam öz-özünə ölüm hökmü çıxarmasa yaxşıdır.
Firudin çox ciddi bir hal aldı:
– Siz güman etməyin ki, mən elə bir günün mümkün olacağını düşünməmişəm. Yox, mən onu sizdən qabaq düşünmüşəm, çünki mən Tehranın satqın dairələrini də, onların ağalarının siyasətini də sizdən yaxşı bilirəm. Lakin elə o günü düşündüyüm üçün də mən Zəngənələrə ölüm hökmü tələb etmişəm. Çünki biz xalqın taleyi ilə ehtikar edən alış-verişçilər deyilik, onun azadlığı yolunda mübarizəyə qalxmış sərbazlarıq. Ölüm bizi qorxutmur.
Bir müddət sonra başqa bir canilər dəstəsi Təbriz xalq məhkəməsinin qarşısında durmuşdu: bu dəstəyə təbrizlilər arasında məşhur olan qarnı yırtıq Kazım başçılıq edirdi. Bu adam sinfi mənsubiyyətini itirmiş, yol kəsən, cibə girən, ev yaran, qatil bir şəxs idi. Onun dəstəsi, gecə adamların qabağını kəsib başından papağını, əynindən paltarını çıxarır, həyansız evlərə soxularaq cavan qız və gəlinləri zorlayırdılar. Tehran mürtəceləri və Seyid Ziyanın tapşırığı ilə qarnı yırtıq Kazımın, faşist tipli dəstəsi siyasi terror və sui-qəsdlər təşkil edirdi. Bu dəstənin mühakiməsində də Firudin atəşin çıxış edərək siyasi qatillər, əhalinin əmin-amanlığını pozanlar, ictimai müaşirət qanunlarını və əxlaqını saymayanlarla amansız olmağı tələb etmişdi.
Təbrizin qarnı yırtıq Kazımlardan təmizlənməsi ilə şəhərdə müstəsna bir asayıiş və qayda bərpa edilmişdi. Firudin İbrahimi bütün məhkəmə və prokuror işçilərindən yüksək axlaq və məslək sahibi olmağı tələb edir, onları inqilabi qanunların gözətçisi sayırdı.
Az bir müddətdə Firudin Azərbaycan məhkəmə və prokuror işçilərini əsasən doğrudan da, xalq işinə sadiq və namuslu şəxslərdən seçə bilmişdi.
Firudin açıq fikirli, qabağı görən, Azərbaycan, fars və fransız dillərini mükəmməl bilən bir dövlət xadimi idi. Onun geniş məlumatı vardı. Tarix, fəlsəfə və ədəbiyyat elmlərinə dərindən bələd idi. O, ağıllı yazıları və məruzələri ilə xalqın məhəbbətini qazanmışdı. Azərbaycan xalqının qədim babaları olan midiyalıların həyat və mübarizəsinə dair “Azərbaycanın qədim tarixindən” adlı kitabı qiymətli tarixi bir əsərdir. Bu əsərində Firudin qədim Midiya dövlətinin bugünkü Azərbaycan (şimali və cənubi) torpaqlarında əmələ gəldiyini göstərir, Azərbaycan xalqının midiyalıların həqiqi varisi olduğunu, midiyalıların İran müstəbidlərinə qarşı apardığı şərəfli mübarizələri tarixi və məntiqi dəlillərlə sübut edir. Kitabda adıçəkilən və sitatlar gətirilən qədim və müasir ədəbiyyat müəllifin geniş məlumat sahibi olduğunu göstərir.
Firudin İbrahimi son dərəcə təvazökar, xoşrəftar, mədəni bir insan və yaxşı yoldaş idi. Düzlük və sədaqət onun xasiyyətinin əsas cəhətləri idi. Firudin Azərbaycan xalqının azadlıq mübarizəsinə son nəfəsinə qədər sadiq qaldı. O, gənc və saf həyatını xalqımızın qəddar düşmənləri olan İran mürtəceləri əleyhinə, vətənin azadlığı və səadəti yolunda mübarizədə qurban verdi. Azərbaycan xalqını böyük övlad məhəbbəti ilə sevən Firudin İranda yaşayan başqa xalqlara da azad və xoşbəxt həyat arzu edirdi. O deyirdi:
– İnsanlar arasında ümumən ədavət toxumu səpmək çirkin işdirsə, xalqlar arasında ədavət törətmək yüz qat çirkin və murdar işdir.
Onun ruhi mətanət və böyüklüyü, imperialistlərə qarşı nifrəti məhbəsdə olarkən parlaq bir şəkildə özünü göstərdi. İngilis və Tehran müxbirinin zindanda Firudinlə olan görüşü bu cəhətdən çox maraqlıdır. Müxbirlərə verdiyi cavablar göstərir ki, Firudin məhbəsdə də ruhdan düşməmiş, öz səliqə və təmizliyindən əl çəkməmişdi. Kameranın son dərəcə soyuq olduğunu qeyd edən müxbirlər, gözəl bir oğlanın çiyninə qiymətli bir şal salaraq sobanın yanında durduğunu yazırlar. Firudin müxbirin:
– Siz prokuror olarkən nə iş gördünüz? – sualına
– Biz əsassız olaraq zindanlarda cürüyən adamların işinə baxıb azad etdik. Xalqı fəsad və oğru hakimlərin əlindən qurtardıq – deyir.
– Bəs hanı o xalq, nə üçün sizi öldürmək istəyirlər?..
– Bizi öldürmək istəyən imperialistlərin əmri ilə hərəkət edən Tehran mürtəcelərinin bıçaqçı dəstələridir. Xalq isə zəhmətkeş fəhlə və kəndlilər, qulluqçu və ziyalılardır ki, onların da hazırda dili və əli bağlanmışdır. Lakin onların bütün zəncirləri qıracağına əmin ola bilərsiniz…
Firudin Azərbaycanda demokratik hərəkat başlananda da, xalq hakimiyyəti yarananda da, Tehran irticası müvəqqəti qalib gəlib dar ağacları quranda da bu əqidə ilə yaşadı. O, ölümlə üz-üzə gəldikdə belə bu ümidini itirmədi. O, Azərbaycan demokrat firqəsi Mərkəzi Komitəsinin binasını canilərdən qoruyaraq atışdığı zaman bu əqidə ilə yaşayırdı.
Tehran mürtəceləri xalqın qəzəbindən qorxaraq Firudini səhər saat beşdə Təbrizin Səttarxan xiyabanının başlanğıcında Gülüstan bağının ağzında edam etdilər. Buna baxmayaraq qocaman Təbriz öz sadiq oğlu ilə ləyaqətlə vidalaşdı. Onun məğrur halda dar ağacına getdiyini görənlər ayaq saxlayır, uşaqlar və qocalar böyük bir kədər içində dayanıb başını aşağı dikir, başı çadralı qadınlar uşağını qucağına basaraq: “Ah, Firudin!” – deyə göz yaşı tökürdü. Çünki nəcib ürəkli Firudini xalq böyük bir məhəbbətlə sevirdi. Tehran mürtəceləri öz xarici ağalarının əmri ilə Azərbaycanın bu mərd və namuslu oğlunu Təbrizdə dar ağacından asdılar. Onların amansızcasına qətl etdiyi minlərlə qəhrəman kimi Firudinin də adı və xatirəsi xalqın qəlbində əbədi olaraq yaşayır və qocalardan körpələrə qədər hamını “intiqam, intiqam!” deyə mübarizəyə çağırır.
Gün o gün olsun ki, qurtarsın dava, Dağılsın buludlar, açılsın hava! Alınsın düşməndən ömürlük qisas, Torpaq nəfəs alıb dincəlsin bir az! Silinsin ürəkdən, könüldən ağrı, Bir də tapdanmasın vətənin bağrı! Sağalsın yaralar, axmasın qanlar, Sevinsin insanlar, gülsün insanlar!
“Dünyanın xoş üzü, sərt üzü burda, Sevinc üzü burda, dərd üzü burda. Haqq şairi Rafiq Yusifoglunun Bərq vurur brilyant, dürr sözü burda…” Hafiz Rüstəm
“Rafıq Yusifoğlu şəxsiyyəti, yaradıcılığı ilə könüllərdə taxt-tac qurmuş görkəmli şairimizdir. Belə yaradıcı insanlarımız indi tək-təkdi.” Zülfüqar Şahsevənli
Mənə Haqq şairi deyən şairlərə salam olsun! Qəlbimizi nurlandıran bir ilahi kəlam olsun! Gəlsin xəbislər ordusu qorxumuz yox zərrə qədər, İman nuru söz mülkündə topdağıtmaz qalam olsun!
Özgə cibə göz dikənlər hər an umur xalqdan gəlir, Onlar bunu unudur ki, bütün çaylar dağdan gəlir. Halal ilham mayasını götürür ilahi nurdan, – Gözəl sözlər ucalıqdan, gözəl sözlər Haqqdan gəlir…
Qovrulub həsrət odunda de, nə qədər göynəyim mən? Özgələrin ağrısını keçirdim ki, köynəyimdən Mənim əzizim, xələfim, mənim doğma balam olsun…
Sevgidi dərdlərə məlhəm, sevgidi ürəyə açar, Xalqın dılini bilməyən “xalq şairi” xalqdan qaçar, – Mənə Haqq şairi deyən şairlərə salam olsun!
”Sizinlə rastlaşdığım üçün Allahıma minnətdaram. Mən Sizi çox, lap çox sevirəm. Sözün bütün mənasında. Hərdən ağlımdan özümün də qorxduğum bir fikir keçir: ”Şair, nə gec görüşdük biz?” Bir məktubdan
Ürəyin yarpaq tək əsir, Eşqin bir kükrəyən dəniz. Qəlbindən bir nida qopdu: ”Şair, nə gec görüşdük biz?”
Dedin: – Naşükür deyiləm, Minnətdaram Allahıma, – Qarşıma Sizi çıxarıb, Son qoydu könül ahıma.
Qəlbimə düşən sevginin Hər damlası bir incidi. Istədim Sizdən gizləyim, Ürəyimdə sirr incidi.
Nə vaxtadək könlümüzdə Arzu arzu tək qalacaq? Eşqindən qəlbim əsirsə, Necə Arzu tək qalacaq?!
Sevgi hər şeyə qadirdi, İnsanın fağırı yoxdu. Taleyin əlində eşqin Əvvəli, axırı yoxdu…
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanlı yazıçı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Xanım Anelanın “Fərəh və Əlcəfin Yumuş” adlı yeni kitabı nəşrə hazırlanır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Xanım Anelanın “Piçıltı” (nağıllar) adlı yeni kitabl nəşrə hazırlanır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Xəyalə Sevilin “İmza: Xəyalə Sevil” adlı yeni kitabı işıq üzü görüb.
Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalıdır.
Kitab müəllifin oxucularla sayca altıncı görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Sumqayıtda Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi tabeli Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli şair, ədəbiyyatşünas, dramaturq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, həqiqət və ədalət carçısı Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar “Sözün Bəxtiyarı” adlı dəyirmi masa keçirilmişdir.
Öncə vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Dövlət Himni səsləndirildi. Sonra Bəxtiyar Vahabzadə haqqında hazırlanmış video-çarx nümayiş olundu.
“Dəyirmi masa”nın fəxri qonağı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, tanınmış şair-publisist, ədəbiyyatşünas Rafiq Oday Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş və əhatəli çıxış etdi, ustad şairlə bağlı xatirələrini danışdı. Sonra məruzə ətrafında çıxışlar dinlənildi. Qubadlı rayon Mahmudlu kənd orta məktəbinin şagirdləri şairin dilimizlə bağlı və vətənpərvərlik ruhlu şeirlərini səsləndirdilər.
Rafiq Oday tədbir iştirakçılarına, şagirdlərə və kitabxanaya yeni işıq üzü görmüş “Ruhum göylər əmatəti” kitabını hədiyyə etdi. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsini icra edən Qərənfil xanım Hüseynova Rafiq Odaya dəvəti qəbul edib gəldiyinə, maraqlı və məzmunlu çıxışına görə minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.
Abid Tahirli “Azərbaycan mühacirət mətbuatı” (I hissə) (Bakı, Qapp-Poliqraf 2002) (“Yeni Qafqasiya”, “Azərbaycan” (“Paris”), “Odlu yurd”, “Azərbaycan yurd bilgisi”, “İstiqlal”, “Azərbaycan” (Ankara) əsərində mətbuat tariximizin kompleks halda araşdırılmasının mühüm istiqamətini açıqlayaraq sistemli bir qruplaşdırma aparıb: “Çar Rusiyası dövründəki Azərbaycan mətbuatı; Sovet İttifaqı dövründəki Azərbaycan mətbuatı; Cənubi Azərbaycan mətbuatı; Azərbaycan mühacirət mətbuatı; Müstəqil Azərbaycanın mətbuatı (1918-1920-ci illər və 1991-ci ildən sonrakı)”. Bölmələrin hər biri də tədqiqatın milli, ictimai ideya və əhəmiyyətini əks etdirir.
Müəllif “Yeni Qafqasiya” jurnalına giriş olaraq AXC-nin süqutundan sonra xaricdə məskunlaşan mühacirlərin “vahid, aydın proqramla birgə fəaliyyət göstərməməsi”nə diqqəti yönəldərək mövzuya açar salır. Tədqiqatçı mühacirət jurnalistikası tarixinin ilkin mərhələsi haqqında deyilənləri ümumiləşdirərək görüləcək işlərin bir növ proqramını təqdim edir. Bir qədər əvvəldə adlarını çəkdiyimiz digər nəşrləri də bu üsulla, lakin hər birini öz motivi məcmusunda tədqiq edir. Təhlil predmeti jurnalın ideya istiqamətinə söykəndiyindən tədqiqatçı materiallara məhz həmin aspektdən nəzər yetirir. Əgər, “Odlu yurd” jurnalının nəşr tarixi, proqramı, mövzuları və mühərrirləri elmi baxış müstəvisinə gətirilirsə, “Azərbaycan” jurnalının nəşrə başlaması və yazarları barədə xronikal məlumatdan sonra ciddi siyasi məzmunlu mətnlərdə qoyulan məsələlər işıqlandırılır. Əhməd bəy Ağaoğlu, övladları, məktubları, Malta sürgünündən sonra Türkiyənin ədəbi-mədəni həyatındakı fəaliyyəti sanki müəllifin özünün də yaşadığı mühitdə baş verdiyindən görüb-duyduğu kimi qələmə alınıb…
Tədqiqatçı alim bu enerji və həvəslə də işinin davamı olaraq “Azərbaycan mühacirət mətbuatı” (II hissə) (Bakı, “Ozan” 2003) əsərini ərsəyə gətirir. Burda müəllif ilkin olaraq “Qafqaz birliyi ideyası və istiqlal uğrunda mübarizə”yə ideoloji baxımdan nəzər yetirmiş, mövzudan istiqamət alaraq Qafqaz birliyi ideyasına fərqli münasibətləri tədqiqat obyekti kimi elmi təhlilə cəlb etmişdir. Bu əsərdə də bir çox mətbuat orqanlarında dərc edilmiş mətnlərdə dövrü üçün mühüm olan mövzular tədqiq olunmuş, hər birinin mətbuat tariximiz üçün səciyyəvi olan xüsusiyyətlərindən bəhs edilmişdir.
Abid Tahirlinin monoqrafik əsərləri içərisində “Azərbaycan mühacirət mətbuatında publisistika” (1921-1991) (Bakı, 2005, CBS) Vətəndən uzaqlarda güzar edən ədəbi şəxsiyyətlərin mənəvi ağrıları, həsrət və yanğıları məzmun-ideyasının səciyyəsi baxımından olduqca gərəkli və sanballı əsərdır. Bu əsər ilk olaraq bir-birini doğuran mövzuları ilə diqqət çəkir. Olduqca geniş və gərgin axtarış-tədqiq zəhməti ilə ərsəyə gətirilən əsər bir sıra özəlliyi ilə diqqət çəkir.
Abid Tahirli Azərbaycan mühacirət mətbuatının mövzularından istiqamət alaraq onu ideya, dil-üslub özəlliyi, yazı manerası, xarakterik cəhətləri, mühacirlərin düşüncə, yaşam tərzi, iqtisadi, sosial vəziyyəti, eləcə də məskun olduqları ölkənin ictimai-siyasi durumu ilə şərtləndirir və onları dövrlərə görə qruplaşdıraraq təsnifatını verir. 50-dən çox mətbuat orqanını elmi, ədəbi müstəviyə gətirir. Naşir, redaktor, yazı müəlliflərini, onların maarifçilik, vətənpərvərlik missiyasını tədqiq-təhlilə cəlb edir. Və bu kimi elmi, publisistik yazılar həmin nəşrlər haqqında da müəyyən təəssürat yaradır. Onun mövzuya bütöv və kompleks yanaşması, təhlil metodu, səciyyəsi fərqli və özəl üsluba xas olması tədqiqatçı alimin bacarıq və səriştəsinin aydın göstəricisidir.
Bu monoqrqfiyada müəllif 70 illik bir dövrün ictimai-siyasi, elmi, ədəbi, mədəni mühitini ehtiva edən mətnləri təhlil edir, onların ideya və mahiyyətini, yazı müəlliflərinin missiyasını, məqsədini açıqlayır.
Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, Abid Tahirli tədqiqatlarına gənc yaşlarından başlamışdır. Ötən əsrin əvvəllərində ölkədə siyasi durumun dəyişməsi səbəbindən xaricə mühacirət etmiş görkəmli ictimai-siyasi xadimlərin, ziyalıların, Vətən sevdalılarının həyat və yaradıcılığı ilə maraqlanmış, tədqiqat axtarışlarına yol almışdır. Abid müəllim fəaliyyətinin başlanğıcında bununla bağlı ötən əsrin əvvəllərində mətbuat tariximizin ilkin araşdırılmasını belə xarakterizə edir: “Azərbaycanın mətbuat həyatında xüsusi və əhəmiyyətli dövr hesab olunan XX əsrin ilk 20 ilində bir tərəfdən müxtəlif ideya və məsləkli qəzet, jurnallar çap olunurdusa, digər tərəfdən də mətbuat tarixi yazılırdı: qəzet və jurnalların nəşri, naşirləri, tirajı, dili, ideya istiqaməti araşdırılır, tədqiq olunurdu”. Bundan sonra müəllif təxminən 90-cı illərin əvvəllərinə qədər yazılan əsərlərdə zəhməti olan elm və ədəbiyyat, mətbuat xadimlərinin mətnlərinə nəzər salır. Bu sahədə ilk tədqiqatçı olaraq C.Hacıbəylinin adını çəkir. “Mətbuat tariximizin ilk tədqiqatçılarından biri” (“Xalq qəzeti”, 2001 3 fevral, № 27) tədqiq-təhlil mövqeyindən olduqca mükəmməl yazılmış elmi, publisistik bir yazıdır. Məqalədən ətraflı şəkildə bəhs edən tədqiqatçı elmi, ədəbi araşdırmasında qeyd edir ki, həmin dövrün mətbuatını öyrənmək üçün yeni nəsil tədqiqatçılar mütləq halda Ceyhun Hacıbəylinin adıçəkilən əsərindən bəhrələnəcəklər.
A.Tahirli Ceyhun bəyin bütün mövzularını qruplaşdırır, hər birini ayrıca təhlil edir, əsərlərinin məqsəd və məramına aydınlıq gətirir, təhlil-tədqiqdən hasil olan qənaətləri nəticə formasında yekunlaşdırır. C.Hacıbəylinin mühacirətəqədərki həyat və yaradıcılığı da xronoloji ardıcıllıqla izlənilir. Həyatının Bakı dövründə mətbuatdakı çıxışları, dövrün ziddiyyətləri, maarifçi ziyalıların xalqın intibahı üçün gördüyü işlər xatırlanır. Bildiyimizə görə C.Hacıbəyli mövzusu Abid müəllimin tədqiqatlarında bitməyən bir sahədir. Bu, ondan irəli gəlir ki, tədqiqatçı daim apardığı araşdırmalarında hər dəfə Ceyhun bəyə məxsus, ilk dəfə işıq üzünə çıxan fakt və sənədlərlə qarşılaşır, bu mənada onların hər biri yeni yazılarda öz əksini tapır.
Publisistin doğum tarixi, qürbətdə keçirdiyi məhsuldar həyatı böyük səriştə ilə tədqiq olunub. “Mətbuatın mümtaz siması, istiqlal mücahidi” (“Mətbuat: millətin dili, gücü və güzgüsü”. Bakı, “Elm və Təhsil”, 2017) yazısında Ceyhun bəyin yazıçı, publisist, naşir, redaktor, tərcüməçi… kimi Vətən aşiqi obrazı yaradılıb. Müəllif C.Hacıbəyli mövzusuna dəfələrlə qayıdaraq bu mümtaz şəxsiyyətin həyat və yaradıcılığının bütün dönəmlərində ədəbi, publisist fəaliyyətinə işıq salıb. Onun imzalarını, redaktorluq fəaliyyətini, xronoloji ardıcıllıqla izləyib, araşdırıb, bütövlükdə yaradıcılığını tədqiq-təhlil süzgəcindən keçirib. Publisistin Azərbaycan mətbuatı, ədəbiyyatı və mədəniyyəti tarixində özünəməxsus şəxsiyyət, kamil sənətkar olduğunu göstərib. Abid Tahirli tədqiqatında C. Hacıbəylinin bədii əsərlərinə də işıq salıb. Memuarını, povest, hekayə, felyetonlarını ədəbiyyat bilicisi olaraq təhlil edib. Xüsusən də yazıçının “Hacı Kərim, yaxud Zaqafqaziya müsəlmanlarının həyatından etüdlər” povestindən bəhs edən müəllif əsərin ideyasını, məzmununu, sənətkarlıq xüsusiyyətlərinin səciyyəvi cəhətlərini göstərib. Müəllif Ceyhun bəyin publisistik məqalələrinin mövzusuna görə təsnifatını verməklə, dövrün ictimai-siyasi mənzərəsini də aydınlatmış olur. O, yazıdan-yazıya Ceyhun Hacıbəyli mövzusu ilə elə doğmalaşır ki, sanki onunla bir dövrdə yaşamış, işləmiş, əməkdaşlıq etmişdir. Publisistin yaradıcılığında xeyriyyəçilik, maarifçilik, məktəb problemləri, dini görüşlər, mənəviyyat, maarif məsələlərinin elmi, nəzəri istiqamətdən tədqiq olunması da mətbuat tariximiz üçün böyük əhəmiyyətə malikdir. Bundan başqa, C.Hacıbəylinin Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin (İ.Qaspiralı, A.Bakıxanov, H.B.Zərdabi…) xalqa misilsiz xidmətlərindən bəhs edən əsərləri də hər birinin xatirəsinə böyük rəğbət və ehtiram hissilə araşdırılıb.
Abid Tahirlinin monoqrafik əsərləri sırasında “Bütün türklərin tərcümanı” (Bakı, 2012, “Ozan” nəşriyyatı) ilk növbədə dövrün ictimai, mədəni, mənəvi mühitini mətnlərdə əks olunmuş gerçəklik fonunda tədqiqat müstəvisinə gətirilməsilə diqqət çəkir. Mövzunun özünün doğurduğu tədqiq üslubu İ.Qaspiralıya çox istiqamətdən yönəlik baxışları ehtiva edir. İ.Qaspiralı hələ sağlığında mücahid, ideoloq, islahatçı, naşir, redaktor, mühərrir, yazıçı-publisist, “millət atası” kimi tanınırdı. Müəllif bu əsərdə İsmayıl Qaspiralının, “Rusiya müsəlmanlarının çırağı”, “mühərriri-əzəm”, “türk yurdunun yolbaşçısı”, “ustad publisist”, “qüdrətli fikir və ideya rəhbəri”nin, fikir, dil, iş birliyi düsturu müəllifinin parlaq və xarakterik obrazını yaradır. Onu açıqfikirli bir mücahid olaraq qiymətləndirir və qəzet, məcmuə sahiblərinin onunla bağlı fikirlərinə, dövrün maarifçi ziyalıları ilə mətbu əlaqəsinə, əməkdaşlığına, maarifçilik görüşlərinə işıq salır, ədiblərin əsərləri haqqında mülahizələrinə xarakterik formada münasibətini bildirir.
Azərbaycan ədəbiyyatı və mətbuatının bir sıra görkəmli simalarının, o cümlədən istiqlal uğrunda qələmi ilə ideoloji mücadilə aparmış sənətkarların bədii, publisistik irsi Abid Tahirlinin qələmində daha aydın, daha sanballı və sərrast elmi-nəzəri dəyərini almışdır və bunula da o, çalışdığı sahəyə görkəmli mühacirətşünas, ədəbiyyatşünas və mətbuatşünas möhürünü vurmuşdur…
Biz yuxarıda Abid Tahirlinin İsmayıl Qaspiralı irsinə dair fundamental araşdırmasından qısaca da olsa, bəhs etmişik. Qüdrətli sənətkarın yaradıcılığını hərtərəfli və dərindən araşdıran Abid müəllim onun zəngin bədii və publisistik irsindən yüzlərlə kəlamı seçmiş və adı çəkilən kitabında ayrıca təqdim etmişdir. İsmayıl bəy Qaspiralının çoxşaxəli, fədakar fəaliyyətinə böyük sevgi bəsləyən A.Tahirli sanki onun bir kəlamını özünə həyat kredosu seçmişdir: Xidmət etmək istəyirsənsə, bacardığın işlə başla!
Təranə Turan Rəhimli, şair, ədəbiyyatşünas, filologiyaelmləri doktoru, dosent. “Ədəbiyyat və incəsənət” üçün
Cəvahir Tanrıverdi məsuliyyəti, öz şəxsiyyətinə hörməti, milli-mənəvi dəyərlərə sədaqəti ilə çox böyük hörmət və rəğbətimi qazanan tələbələrimdən olub. Hələ ilk tanıdığım vaxtlardan doğulduğu torpağın – Qazax elinin insanlarına xas olan şirin sözü-söhbəti, gözəl nitqi, saz çalmağı, bədii qiraəti ilə diqqətimi cəlb edib.
Onu 2003-cü ildə universitetdə müəllimlik həyatımın ilk günündə, ilk daxil olduğum tələbə auditoriyasında tanımışam. 102-ci qrupda, əsmər bənizli gözəl, uca boylu, bir qədər utancaq qızın elə ilk dərsdəki fəallığı, ixtisasına sevgisi, yenicə qazandığı tələbə adının ilk gündən haqqını vermək çabası diqqətimi cəlb etmişdi. Dörd illik tələbə həyatında hər il bir fərqli fənndən dərs dediyim Cəvahir zaman keçdikcə özünəməxsus kövrək təbiəti , daxili mənəvi saflığını bütün gözəlliyi ilə təqdim edən sonsuz səmimiyyəti ilə məndə olduqca dərin təəssürat yaratmışdı.
Uzun illər sonra istəkli tələbəm çapa hazırladığı şeirlər kitabını redaktə və ön söz üçün mənə təqdim edəndə onun qəlbini daha yaxından tanımaq imkanım oldu. Bu gənc ürəyin təlatümləri, sevincləri, həyəcanları, ruhi-mənəvi sarsıntıları, dünyaya, yaşama son dərəcə həssas münasibətinə bələd oldum. Cəvahir Tanrıverdinin real həyatdakı ciddiyyəti, təmkinli xarakteri ilə şeirlərindəki uca qadın mənəviyyatı, yüksək humanizm ülvi bir vəhdətdədir.
Bu şeirlərin, kövrək qəlb pıçıltılarının ünvanı bəzən həyatda yaxından tanıdığı, sıx ünsiyyətdə olduğu insanlar – ailə üzvləri, doğmaları, müəllimləri və b. İlə bağlı yaşadığı ülvi duyğular, bəzən Vətənin, ana torpağın, yurdun harayı, dərdi, sevinci, zəfəri , bəzən də uzaqdan müşahidə etdiyi, lakin qəlbinin bütün dərinliyi ilə hiss etdiyi, ruhuna yaxın buraxdığı daha böyük miqyaslı qlobal, bəşəri hadisələrdir.
Lakin hər bir şeirdə onun həssas qəlbinin döyüntüsü, kövrək qadın ürəyinin narahatlığı aşkar hiss olunur.
Cəvahir Tanrıverdinin şeirlərində insanın əzəl başlanğıcı olan təbiətə, bütün ruhunun qidası, milli-mənəvi zəmini olan Vətənə, üzərində əməyi olan doğmalarına, uzun illərin zəhməti ilə ərsəyə gələn və dəyər qazanan sevgiyə qırılmaz tellərlə bağlılıq duyğusu tərənnüm olunur. Onun “Sən dənizsən, mən ada” adlı ilk şeirlər kitabı təbiət şeirləri ilə başlayır. Təbiət mövzusunda yazdığı şeirləri özündə birləşdirən “Təbiət sevgisi” başlığından da göründüyü kimi, bu bədii düşüncədə təbiətə munis bir münasibət var. Gənc şair “payızın qoxusu – ruhumun ətri” deyə saralmlş yarpaqların içində, xəzəl xışıltısında belə min bir məna axtarır:
Payızın qoxusu – ruhumun ətri,
Rəngbərəng yarpaqlar çiçəyə dönür.
O həzin mehdə bir eşq hərarəti,
Bir damla yağışda həyat görünür.
“Dağlar”, “Küləklə söhbət”, “Küknar və akasya” , “Məni də apar, bənövşə”, “Təbiət sevgisi”, “Lalə” kimi şeirlərində də təbiətə özünəməxsus poetik münasibət var. “Lalə” şeirində baharın ilk çağında düzlərdə açan zərif bir çiçəyə heyranlıq duyğusu ilə yanaşı, həm də ömrü az olan lalə üçün dərin həyəcan hissi ilə qarşılaşırıq. “Laləyə toxunma, laləyə dəymə, Qəmli gözlərində hələ yuxu var” deyə o həssas çiçəyi üzməyə tələsənləri xəbərdar edir:
Nə qızılgül kimi tikanı yoxdur,
Nə də keşiyində duranı yoxdur.
Ömrü bircə bahar, qalanı yoxdur,
Bir fəsillik sevgi qibləgahı var.
“Akasya və küknar” şeirində isə yanaşı əkilmiş iki ağacı müqayisə ediərək həyatın hər üzünü – şaxtasını, sazağını görmüş qoca küknarın illərin yükündən ağırlaşan tünd yaşıl çaları ilə dünyanın qəmindən, kədərindən xəbərsiz körpə akasyanın gənclik təravətli açıq yaşıl rənginə müdrik bir poetik münasibət bildirir.
Küknarla gənc akasya –
Biri qışdır, biri yaz.
Biri şuxluq, təravət,
Birinin ömrü ayaz.
…Biri: “ömrü duy!” – deyir.
Biri: “həyatı yaşa!”
Fərqli çalarlardadır
Küknar ilə akasya.
Cəvahir Tanrıverdinin təbiət şeirlərində “ürəyində bahar döyünən payız”, keçdiyi hər yeri “min şəklə salan külək”, uzaqdan uzağa, toxunuşsuz, təmassız kainata nurunu – təmənnasız sevgisini ötürən ay, hər yaranı sağaldan dağlar, “dərin bir sevginin qarmağına ilişən dəniz”, sevgisinə əmək verən, çör-çöp yığıb yuva tikən dişi quş… kimi rəngarəng obrazlar dil açıb danışır. Məhz təbiətə belə sonsuz sevginin nəticəsi gənc şairə “Ən çox sevdiyim fəsil” şeirini yazdırır. Bu şeirin adı hansı fəslin daha sevimli olduğuna diqqəti çəksə də, məzmundan anlaşılır ki, lirik “mən”in ilin bütün mövsümlərinə qarşı dərin poetik duyğuları var və şeirin hər bəndi onun fərqli bir fəslə sevgisini izhar edir. Gənc şairin təbiət sevgisi Vətən şeirlərinin də əsas leytmotivini təşkil edir. “Qazaxdadır”, “Xanbulan”, “Astara”, “Qazax torpağı” və s.
Şeirlərdə vətənə olan sonsuz məhəbbət həm də təbiət lirikası ilə birləşib. Eyni zamanda, bu şeirlərdə darda qalan torpaqlarımızın harayı, vətən dərdi, yurd nisgili motivləri də acı kədərlə dilə gətirilir. Azərbaycan torpaqlarının uzun illər işğal altında qalmasından doğan bu kədər Cəvahir Tanrıverdinin son illərdə qələmə aldığı şeirlərdə sevinc nidası ilə əvəzlənir. Qəm notları öz yerini böyük zəfərdən doğan şadlıq duyğusuna verir,. Beləliklə, “Unutma, Qarabağ Azərbaycandır”, “Bizimdir”, “Ali Baş Komandan, biz səninləyik!”, “Bu torpaq sənindir”, “Üçrəngli bayrağım, zəfər bizimdir”, “Gün o gün oldu” kimi şeirlərdə zəfər ətirli günlərin sonsuz fərəhi, qüruru, əzəməti tərənnüm edilir. Bu şeirlərdən birində “gün o gün olsun” – el alqışının reallaşdığı, 30 il həmvətənlərimizin bir-birinə “gün o gün olsun ki, bayramları Şuşada, Kəlbəcərdə qeyd edək, tonqal qalayaq” diləyinin gerçəkləşdiyi, böyük zəfər sevincinin yaşandığı GÜN xüsusi coşqu ilə tərənnüm edilir. Bəzən küskün ümidlə, bəzən susqun ürəklə “gün o gün olsun” deyən xalqımızın sonunda öz arzusuna çatdığı, həmin gün gəldiyi üçün yerə-göyə sığmayan lirik qəhrəmanın sevincdən özünə yer tapmadığı bu şəkildə ifadə edilir:
“Gün o gün olsun”, – dedik,-
“Gələn il tonqal çataq
Şuşada, Kəlbəcərdə.”
Bir cümləyə sığındı
Dünya boyda dilək də.
…İllərlə qızınmadıq
Hər alışan tonqalın
İstisinə, oduna.
Üzümüzdə don gülüş,
Qəlbimiz qan ağladı.
Qaladıqca, arzular
Sinəmizi dağladı.
Şeirdəki “Yuxudurmu, İlahi, Şuşada yanan tonqal? “sualı bir gözümüz şəhidlər üçün ağlarkən, digər gözümüzdən qələbəmizin sevinc yaşları axan o günlərin dərin yaşantılarını, həyəcanını xatırladır. Cəvahir Tanrıverdinin yazdığı kimi, həmin günlərdə də, indi də Bakı, Quba, Lənkəran, Qazax, Şəki, Naxçıvan, hətta Təbriz… — bütöv bir Azərbaycan Şuşada yanan tonqalın istisinə qızındıq:
Sən varsan, alışırsan,
Yaşa , tonqalım, yaşa!
“Gün o gün olsun”, – dedik,
Gün bu gün oldu, Şuşa.
Bütün duyğuların açarı eşqdir, bu, əsrlərin həyat təcrübəsinin isbatladığı bir aksiomdur. Cəvahir Tanrıverdinin şeirlərində eşq – böyük əmək istəyən, sahib çıxdığın zaman əsil məhəbbətə çevrilən ülvi bir duyğudur. Eşq – ailədir, qurduğun isti yuva, ürəyinin odu ilə yandırdığın, qoruduğun ocaqdır, ömür-gün yoldaşıdır, sədaqətdir, vəfadır… Müəllifin öz sözləri ilə desək, bu şeirlərdə “sevginin dadı, rəngi, qoxusu” bir başqadır. Naz etməyə yol açdığı üçün küsməkdən xoşu gələn, yar könlünü alanda hər incikliyi unudan, evdə oğul-uşaq sevinəndə ruhu rahatlıq tapan, sevgisi şeirə-sənətə, kainatın nizamına, mövcud olan bütün varlığa vurğunluğunu artıran, ömür yoldaşının zər kimi qədir-qiymətini bilən gənc qadın bu şeirlərin rəğbət doğuran lirik qəhrəmanıdır.
Cəvahir Tanrıverdinin ömür-gün yoldaşına həsr etdiyi şeirlərdə tamamilə fərqli “bir ab-hava” var. Başdan -başa ailə müqəddəsliyini tərənnüm edən bu poetik düşüncələr xalqımızın milli-mənəvi dəyərlər sistemində evin başçısının aparıcı mövqeyini, çalarında qayğı və sevginin birləşdiyi qoruyuculuq, rəhbərlik funksiyasını aydın nəzərə çatdırır. “Ömür yoldaşı” şeirində oxuyuruq:
Mən ki anlayıram zər qiymətini,
Nəfəsin olmasa, sönər bu ocaq.
Qanadın gərilmiş başımız üstdə,
Sənsiz quru daşa dönər bu ocaq.
Və bu “Babək biləkli”, ailə təməlinə “hər qoyduğu daşa vətən deyən”, alovu gur yanan bir ocaq çatan, “şir ürəkli” Azərbaycan ərinin fikri oğul-uşaq, qurduğu, üstündə əsdiyi yuvadır. Buna görə də o yuvanı həyatın bütün fırtınalarından qorumaq üçün ömürlük mübarizədədir:
Göydə buludlara, yerdə küləyə
Bir sərhəd çəkirsən, dəyməsin bizə.
Hər soyuq, hər pünhan, hər yad baxışdan
Elə qoruyursan, gəlməyək gözə.
Bu ailə sevgisinin hüdudsuzluğu sonsuz rəğbət doğurmaqla yanaşı, həm də klassik şeirimizdən bəri vərdiş etdiyimiz “sevgililər qovuşmayanda sevgi eşq mərtəbəsinə yüksəlir” qənaətini tamamilə alt-üst edir. Səadətindən zövq alan, ona yorulmadan əmək verən, qiymətini bilən, ailə müqəddəsliyini eşqin ən uca zirvəsi sanan aşiqlər bizi inandırır ki, məhz ailə həyatında sevənlər bir-birini tamamlayır, bir bütün olur. “Mən- Sən” şeirində olduğu kimi….
Ən gözəl fəsildə, ən gözəl gündə
Mən elə sən oldum, sən də mən oldun.
Bahar çiçəyində, güz xəzəlində
Mən elə sən oldum, sən də mən oldun.
Çiçək körpələrin səs-səmirində,
Ocağı isidən od hənirində,
Süfrənin ən şirin naz-nemətində
Mən elə sən oldum, sən də mən oldun.
Ülvi sevginin doğurduğu bu bütünlük, biütövlük duyğusuna inandıran misralardan sonra “Sən işə yollananda darıxıram evdə mən” deyən qadının işdən evə gələnədək həyat yoldaşını intizarla gözləməsinə işarə edən, bu bir neçə saatlıq həsrətdən şikayəti ifadə edən “nolar, məni də apar” fikri son dərəcə səmimi səslənir.
Aşağıdakı misralar da onun uzun illər boyu ömür-gün yoldaşına sevgisini qəlbində böyüdüb əzizlədiyini, dünya içində yaratdığı dünyası olduğunu təsdiqləyir:
Sən ki mənim yer kürəmsən,
Mən ki sənin qoynundayam.
Sən yoxsansa, mən də yoxam,
Sən dənizsən, mən adayam.
(“Ada”)
Cəvahir Tanrıverdinin doğmalarına – anasına, atasına, övladlarına… ithaf etdiyi şeirləri var. Lakin bu şeirlər içərisində qaynatası Əzizxan Tanrıverdiyə həsr etdiyi şeirlər xüsusi bir çəkiyə malikdir. Ata qədər əziz, təkcə universitetdə ona dərs dediyi üçün, magistr dissertasiyasının elmi rəhbəri olduğu üçün yox, bütövlükdə həyatı öyrətməkdə önəmli rolu olan böyük müəllimi, sevgisi, qayğısı ilə əvəzsiz doğmasına çevrilən Əzizxan Tanrıverdi… Kitabda “Yerin yaman görünür” başlığı altında toplanan şeirlərdə alim, şəxsiyyət, alovlu vətənpərvər, qayğıkeş ata, ailə başçısı, böyük Türkçü Əzizxan Tanrıverdinin dolğun obrazı yaradılıb. Bu şeirlərin hər birində gənc şairin öz tərənnüm obyektinə böyük sevgisi bədii əksini tapıb. Dədə Qorquddan yaza-yaza Qorqud müdrikliyi zirvəsinə yüksələn,milli tarixə işıq tutub bu günümüzə dəyər qatan, gələn nəsillər üçün sözləri seçib saxlayan, ən böyük varidatı milli əxlaqi dəyərlər və Türk mənəviyyatı olan uca bir insandan bəhs edən misralar gözlərimiz önündə bütöv bir ömrün epopeyasını canlandırır. Bu şeirlər əziz bir insanın cismani yoxluğunun ən ağır yuxu kimi təsiri, onun erkən vəfatının doğurduğu nisgil, acı qəm-kədərlə yanaşı, mənalı bir ömrün dastanını danışır. Bu örnək həyatın çırağının əbədi yanacağına, nəsillərin yolunu aydınladacağına ümud və inamı ifadə edir:
Hər gələcək nəsillərlə
Səni elmin yaşadacaq.
Bu əsrin Qorqud atası
Dədə Əzizxan qalacaq.
(“Kitabların canlı abidələrdir”)
Vətən üçün canını fəda edən şəhidlər, qələminə sarılıb sözü ilə döyüşən şairlər, varlığını, ömrünü millətin , Vətənin bu günü, sabahı üçün şam kimi əridən Qənirə Paşayeva tək qəhrəman Azərbaycan övladları Cəvahir Tanrıverdi şeirlərində sonsuz sevgi və ehtiramla anılır, tərənnüm edilir. “Sən dənizsən, mən ada” kitabı gənc şairin oxucularla ilk görüşüdür. Ümid edirəm ki, ilk şeirlər kitabının doğurduğu təəssürat Cəvahir Tanrıverdini qələmə daha möhkəm sarılmağa, sözdən sarsılmaz qala ucaltmağa ruhlandıracaq.
Və yaxud minnətdarlıq məktubu… həm Əziz babaya, həm də sözü sevən insanlara…
Bir müddət şair Musa Ələkbərli ilə bir yerdə çalışmışam. Məhz o illərdə ilk dəfə Əziz Kərimi – bizim sevimli, dəyərli Əziz babanı yaxından tanımaq nəsibim olub. Onun imzasını əvvəldən eşitsəm, yaradıcılığına bələd olsam da, üzünü ilk dəfə görürdüm. Əziz babanı yaxından görmək, səsini dinləmək, nəzakət dolu davranışını seyr etmək başqa bir duyğudur – kitablarından oxuduğumuz dəyanət, halallıq, nəcabət sanki canlanıb qarşımızda dayanır.
Elə ilk baxışdan yaddaqalan bir insandır Əziz baba. Yeri gəlmişkən, deyim ki, Əziz Kərimə “baba” müraciətini Musa Ələkbərlidən öyrənmişik.
Əziz babanın qadına-qıza olan hörməti, nəzakəti o qədər təbiidir ki, bu təbiilik insanın içində bir minnətdarlıq hissi oyadır. Onun qadınlarla davranışı sanki bir mesaj verir: zərifliyə hörmət etmək insan olmağın başlanğıcıdır.
Hər gəlişində redaksiyaya bir işıq, bir sevinc gətirirdi Əziz baba.
Elə həmin günlərdə “Ədəbiyyat qəzeti”ndə Sərvaz Hüseynoğlunun “Əxlaq dərsliyi kimi” adlı, Əziz Kərimin yaradıcılığına həsr etdiyi məqaləsini oxudum və bir daha əmin oldum ki, bu insan təkcə bir şair deyil – bütöv bir ömür fəlsəfəsidir.
Əziz Kərim haqqında tanınmış söz adamlarının – Vaqif Yusiflinin, Musa Ələkbərlinin, Elçin Hüseynbəylinin, Akif Hüseynovun, Tofiq Bayramın və başqalarının fikirlərini oxuduqca belə bir nəticəyə gəldim: hamı bu insanın iradəsinə, əxlaqına, mənəvi ucalığına heyrandır.
Məni ən çox təsirləndirən məqam isə Əziz babanın həyatındakı ağrılı, eyni zamanda möhtəşəm dözüm və inad sərgiləyən hekayə oldu. Cəmi doqquz yaşında ailəsinə kömək etmək üçün iş arxasınca gedən Əziz, bir səhv addım nəticəsində sağ gözünün işığını itirir. Sonralar həkim olmaq arzusu ilə Tibb İnstitutuna qəbul olunsa da, tale ona “dayan” deyir, təhsili yarımçıq qalır. Amma Əziz baba dayanmır. Gözünün işığı öləzisə də, içindəki işıq heç vaxt sönmür. O, həyatın bütün qadağalarına, ağrılarına rəğmən yaşamağa, öyrənməyə, yazmağa davam edir.
Bu gün Əziz Kərimin həyatına baxanda bir həqiqət aydın görünür: qadağaların insan iradəsinə gücü çatmaz. Əziz Kərim sübut etdi ki, görmək üçün yalnız gözlər kifayət deyil – ürək də görə bilir. O, zəif düşmüş gözlərinə rəğmən ömrü boyu ürəyinin gözü ilə dünyaya baxdı. Onun qələmindən doğulan misralar ruhun, sevginin və inadın gözünə döndü.
Əziz Kərimin bu günlərdə çapdan çıxan “Zər damlalar” (Seçilmiş əsərləri – 22 cilddə, 18-ci cild. “Elm və təhsil” nəşriyyatı, redaktor Musa Ələkbərli) kitabı ilə üz-üzəyəm. Kitabda şairin son illərdə yazdığı şeir və poemalar toplanıb.
Əziz Kərimin poeziyasında “Ana” obrazı xüsusi bir məna daşıyır. Ana təkcə onu dünyaya gətirən qadın deyil – mərhəmətin, fədakarlığın, saf sevginin rəmzidir. Şair ürək ağrısı ilə yazır:
…Mən onun gününü qaraldıram,
Ömrünü azaldıram,
…hələ hayıma qalır ana!
Burada vicdani bir etiraf, anaya – analara minnətdarlıq, sayğı, ilahi sevgi və ehtiram hiss olunur. Bu misralarda biz təkcə bir anaya deyil, ümumən qadına, mərhəmətə, insanlığa ucaldılmış bir abidə görürük.
“İstəməzdim ki, anam getməklə // Ana sayından bir ad azalsın” misralarında isə anasız dünyanın boşluğunu hiss edən bir övladın sarsıntısı var. Amma bir təsəlli də var: Əziz Kərim üçün ana ölümlə yox olmur – o, sadəcə məkan dəyişir:
Anaya heç zaman “ölüb” deməyin,
Analar həyatdan ürəyə köçür.
Əziz Kərim şeirlərində tez-tez özünü yanan bir şam kimi təsvir edir. Odlanmaq onun üçün məhv olmaq deyil, əksinə, işıq saçmaq, başqalarına nur verməkdir. O, əriməkdən qorxmur, çünki bilir ki, əridiyi yerdə yenidən doğulacaq:
Bəzədilmiş şamam, öz vüqarım var,
Odlansam, zirvədə alışacağam.
Şöləmdə sevinər bir neçə dildar,
Ərisəm, yenidən yaşayacağam.
Başqa bir nümunədə isə o, əminliklə, bir daha, ölümündən sonra da yaşayacağı, xalqın içində olacağı mesajını verərək, özünü xalqla birləşdirir:
Sizinlə bir yaşayıram,
Kiməm, sizdən birisiyəm.
Hamı ölüb gedəcək, mən
Ölənlərin dirisiyəm.
Burada şair fərdi “mən”dən çıxaraq ümumi bir “biz”in səsinə, “Ölənlərin dirisiyəm” deməklə, poeziyanın, yaddaşın və xalq ruhunun daşıyıcısına çevrilir.
…Biz zəfəri yalnız savaş meydanında qazanmadıq. Zəfər illərlə sinəmizdə daşınan nisgilin, gözlərimizdə donan intizarın, dualarımızda gizlənən ümidin nəticəsi idi. Azərbaycan ədəbiyyatının son otuz ili işğaldakı torpaqların, nakam ruhlu şəhidlərin həsrət salnaməsinə dönmüşdü. Əziz Kərim və onun kimi söz adamları bu illəri sətir-sətir yazdılar, sətir-sətir yaşadılar:
Salam, qılınc!
Salam, azadlıq!
Səni yaratdıq,
Səndən yarandıq!
…Neçə döyüşdə
Cəngi də çaldıq!
– deyərək, xalqı öz gücünə inama səslədilər. Əlbəttə, “Qılınc” burada təkcə silah deyil – haqqın, ədalətin, cəsarətin simvoludur.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yüzillik iradəsinin təntənəsinə çevrildi. Bu tarix yüz illərin intiqamı, min illərin ruhu ilə yoğrulmuş tarix idi.
…Şairlər artıq ağı yox, himn yazırlar. Onların qələmi ordumuzun qazandığı qələbəni ədəbiyyatın yaddaşına həkk edən silaha dönüb. Əziz Kərimin “Salam, qılınc” misraları da bu yeni dövrün – Zəfər poeziyasının başlanğıcıdır.
“Zər damlalar” kitabında yer alan “İstəmirəm” və “Nankorlar” poemaları müəllifin müdrik ömrünün, dərin müşahidələrinin poetik ifadəsidir. Bu əsərlərdə Əziz Kərim təkcə şair kimi deyil, həm də dönəmin vicdan səsi, ağsaqqal müdrikliyi ilə danışan bir müəllim kimi görünür.
“Sınaqda sevgi” poemasında isə Sevgi və Vətən mövzusu həm müəllifi, həm oxucunu sınağa çəkir. 44 günlük müharibə yalnız torpaqlarımızın azadlığı ilə bitmədi – xalqın ruhunun, sevgisinin və mənəviyyatının sınağı ilə də yadda qaldı.
Poemanın qəhrəmanı Şahin – müasir Azərbaycan gəncinin rəmzidir. O, rahat həyatını, işini, şəhər lüksünü geridə qoyub döyüşə gedir. Onun üçün Vətən çağırışı hər bir fərdi arzudan ucadır. Müharibə fonunda Çəməngül – tibb bacısı obrazı da önə çıxır. O, yaraları sarıyır, ölümün içindən ümid boylandırır. Bu iki obrazın – Şahinlə Çəməngülün əhd-peymanı yalnız iki gəncin sevgisi deyil, həm də Vətənlə insanın, sevgi ilə mübarizənin qovuşmasıdır.
Əziz, Əziz baba!
Bu yazı, əslində, bir minnətdarlıq məktubudur.
Allah sizə bundan sonra da yazıb-yaratmaq, könül işığınızı yeni misralara çevirmək nəsib etsin.
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi – 2025” çərçivəsində dekabrın 9-da Qadınlar Forumu keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Qadınların İnkişafı Təşkilatı (WDO – Women Development Organisation of OIC), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiyasiyasının təşkilatçılığı ilə reallaşan forum daha sonra işini panel müzakirələrlə davam etdirib.
Yaradıcı Mərkəzin icraçı direktoru Lalə Əhmədovanın moderatorluğu ilə keçirilən paneldə Türk Ticarət və Sənaye Palatası nəzdində Türk İşgüzar Qadınlar Şurasının (Qazaxıstan) sədri Lazzat Ramazan, türkiyəli nümayəndələr – TOBB Media və kommunikasiya şurasının sədr müavini Fügen Toksü, İşgüzar Qadınlar Federasiyasının prezidenti Oya Eroğlu, Qaziantep Böyükşəhər Bələdiyyəsi sədrinin müşaviri Filiz Evran və başqaları fikirlərini bölüşüblər.
Paneldə yaradıcı sənayelərdə qadınların iştirakının təşviqi, bu sahədə yeni yanaşmaların tətbiqi, qadınların rəhbərlik etdiyi startaplar, rəqəmsal incəsənət və inklüziv iqtisadiyyatların gələcəyini formalaşdıran yaradıcı texnoloji həllər və digər məsələlər diqqət mərkəzinə çəkilib.
Qeyd olunub ki, yaradıcı yanaşmalar bəzən bir insanın, bir kollektivin yox, bütöv bir ölkənin təbliğinə xidmət edə bilər.
Çıxış edənlər bu sahədə müasir trendlərdən söz açıb, öz təcrübələrini bölüşüblər.
Paytaxtımızda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirində Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Osman Toghi də iştirak edir. Dekabrın 9-da Bakı Konqres Mərkəzində mədəniyyət naziri Adil Kərimli ilə liviyalı həmkarı arasında ikitərəfli görüş olub. Qonağı salamlayan nazir Liviyanın beynəlxalq festivalda yüksək səviyyədə təmsil olunmasına görə qarşı tərəfə minnətdarlığını bildirib. Adil Kərimli Azərbaycanla Liviyanın BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq etdiklərini deyib, festivalın iki ölkənin mədəni əməkdaşlığını müzakirə etmək üçün yaxşı fürsət olduğunu diqqətə çatdırıb. Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlıq qurmaq niyyətində olduqlarını vurğulayan liviyalı nazir iki ölkə arasında mədəni münasibətlərin genişləndirilməsi üçün birgə fəaliyyətin səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. Görüşdə mədəni əlaqələrin perspektivləri müzakirə olunub, gələcəkdə bu istiqamətdə təmasların davam etdirilməsi barədə razılığa gəlinib.
Bu günlərdə Xalq yazıçısı Anarın “Qatardan qalan adam” adlı yeni kitabı işıq üzü görüb. Kitaba yazıçının son illərdə qələmə aldığı əsərlər daxil edilib. Bir neçə bölümdən ibarət olan kitabda son zamanlarda oxucu kütləsi və ədəbi mühitdə böyük maraqla qarşılanan “Qatardan qalan adam” hekayəsindən başqa, müəllifin ssenari və povestləri, məqalə və çıxışları, şeirləri, tərcümələri, müsahibələri yer alıb. “CBS” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Pərvindir.
“Qatardan qalan adam” kitabı müəllifin müstəqilliyin ilk illərinin problemlərini qələmə aldığı “Əcəl” adlı povesti ilə açılır. 20 Yanvar faciəsini əks etdirən “Şəhərin qış gecələri” pyesi isə elə həmin bəlaların daha konkret olaylarla bağlılığını göstərir. Kitaba daxil edilmiş məqalələrdə və şeirlərdə isə bütün bu dərdlərdən, ağrı və faciələrdən keçmiş xalqın böyük qələbəsi – Qarabağ zəfərindən doğan sevinc, qürur, xoşbəxtlik önə çəkilir. Bu mənada xalq yazıçısının yeni kitabı sadəcə müəllifin yaradıcılıq faktı, fəaliyyətinin davamı deyil, həm də xalqımızın son 30 ildə yaşadıqlarının bədii əksidir!
Yaradıcılığı boyu özünə sadiq olan, milli-mənəvi dəyərlərimizin təbliğatı yolunda böyük işlər görmüş yazıçı bu kitabında da yeni film ssenarisini ortaya qoyur. Böyük dramaturq Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edən “Azad bir quşdum” ssenarisi sadəcə Cabbarlı bioqrafiyasını, fəaliyyətini deyil, bütöv dövrü göstərir. Həmçinin yazıçının kitabda yer alan – Natavan Faiq və Pərvinlə müsahibələrində müəllif bu görülən işləri şərh edir, keçdiyi ömür və yaradıcılıq yoluna nəzər salır; müxtəlif mətnləri azərbaycancaya çevirən müəllif lap erkən gəncliyindən özünü bu tərcümə işində sınamaqla dilimizin imkanlarını daha dərindən mənimsəməyi qarşısına məqsəd qoyubmuş. Bu kitaba da daxil edilmiş tərcümələr yazıçı seçimlərinin, zövqünün göstəricisi olmaqla yanaşı, həm də fərqli mədəniyyət və ədəbiyyatların dilimizdə necə səslənməsini, qavranmasını anlamaq imkanı verir.
Bu kitab son illərdə yazıçıların hədəf olduğu “yeni əsərlər yazılmır” kimi absurd ittihamların cavabı da hesab oluna bilər. Bu mənada, kitabda dövrümüzün sayılıb-seçilən ədəbiyyatşünas-alimlərinin yeni əsərlərlə bağlı rəylərinin, məqalələrinin yer alması qanunauyğundur.
Akademik Rafael Hüseynov “Tükənməz Anar” məqaləsində yazır: “Artıq iki onildən də çoxdur ki, meydan oxuyub ədəbiyyata yeni dalğa gətirəcəklərini deyənlərin çoxusu o sayaq deyinə-deyinə yaşlaşdı, kimisi ha “yazacam, yaradacam” deyə, səs-küy salsa da, axıracan qısır qaldı, kimisinin kimliyini vaxt faş elədi, kimininkini özü, yaza bilənlərə həmlə çəkərək “siz meydanı boşaldın ki, biz yazaq” söyləyənlərin də səsi asta-asta batıb eşidilməz oldu.
Anarsa həminki gedişindədir.
Yenə əvvəlki təzəliyi və cazibəsi ilə heyran etməyi, düşündürməyi, sevindirməyi bacarır, yenə “böyük ədəbiyyatın hələ deyiləsi çox sözü var” həqiqətini çatdırmaqda davam edir.
Növbətisi də 2024-ün iyulunda 86-sında yaranmış bu yazı.
Azərbaycan nə xoşbəxtdir ki, onun Anarı var. Bu, elə aydın həqiqətdir ki, indi deyil, 30-40 il əvvəl də bütün aydınlığı ilə görünürdü, bu gün də görünür və gələcək zamanların ucalığından baxarkən daha aydın və dürüst dərk ediləcək.
Anarın qələmində Azərbaycanın bütöv mənəviyyat xəritəsi yeni bir diriliyini tapıb, onun yaradıcılığından bütün gözəllik irsimiz keçib və çoxrəngli, çoxistiqamətli, genişmiqyaslı yaradıcılığı, təfəkkürü, şəxsiyyəti ilə Anar Azərbaycan maarifçiliyinin, Azərbaycan ziyalılığının, Mirzə Fətəli, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli və digər böyüklərimizin vəhdəti və yekunu, onların yeni, daha müasir davamı deməkdir”.
C.Cabbarlı tədqiqatçısı, professor Asif Rüstəmli “Azad bir quşdum” kinossenarisini Cabbarlı haqqında ən dəqiq məxəzlərdən biri kimi dəyərləndirir: “Xalq yazıçısı Anarın “Azad bir quşdum” adlı iki seriyalı kinofilminin ədəbi mətni qüdrətli söz ustası Cəfər Cabbarlının həyat və yaradıcılığının, ictimai fəaliyyətinin az öyrənilən, kölgədə qalan tərəflərinə gur işıq salmaqla yanaşı, böyük dramaturqumuz haqqında yazılmış mükəmməl sənət əsəri, bədii həqiqətlər ssenarisidir”.
Akademik Nizami Cəfərov “Əcəl” povesti haqqında yazır: “Anarın böyük bir yazıçı-mütəfəkkir olaraq bütün yaradıcılığı boyu üzərində düşündüyü insan konsepsiyası, ikincisi isə, ümumən ədəbiyyatın, xüsusən, Azərbaycan ədəbiyyatının bütün tarixi boyu apardığı ictimai ideal axtarışlarıdır ki, hər dövrün, zamanın özünəməxsusluqlarını əks etdirir. “Əcəl”in qəhrəmanının bir obraz-konsept olaraq ideya-estetik dəyəri (və müəllifin yaradıcılıq hünəri!) ədəbiyyatın ictimai idealları mövqeyində dayanıb mövcud mənəvi-ruhi kataklizmlərin formalaşdırdığı “insan subyekti”ni, fərdi psixoloji yaşantıları, hərəkət və tərəddüdləri cəsarətlə mühakimə predmetinə çevirməsindədir. Və həmin mühakimələrində getdikcə daha davamlı şəkildə fərdi “kor dalan”a sıxışdırmaqda olan yeni sosial-iqtisadi münasibətləri ittiham etməklə, Anar məhz fərdin (İnsanın!) müdafiəsində dayanır ki, bu, heç şübhəsiz, böyük ədəbiyyatın (və əsl yazıçının) missiyasıdır”.
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu yazıçının son illərdə qələmə aldığı hekayələrində özünə və tutduğu yola sədaqətini xüsusi qeyd edir: “Yazıçı Anarın “realistikası”na söz yox; bir zaman qəhrəmanları, bu əhvala “yuxu əhvalı” demək mümkün isə: yuxu və gerçəklər, heçlik və varlıq, iç (ekzistensial) və dış (ictimai) dünyaları arasında vurnuxub-yaşayırkən, indilərdə onları olan-qalan ekzistensiyadan – “sirr”dən də məhrum edir. Yəqin ki, yazıçının son hekayələrində “son” problematikasına diqqət etmisiniz: “son sirr”, “son etiraf”, “son xahiş” (hələ mətnə səpələnmiş dəfələrlə “son” vurğularını demirəm) – Anar qəhrəmanlarını sonda soyuqcasına ölüm (Əcəl) faktı-faktoru qarşısında qoyur. Bu ki, son hekayələrdə hər şey gerçəklərin (bəlkə elə “ekzistensial yalanlar”ın da) xeyrinədir: “Nə ölümdən qorxmaq ayıb, nə də düşünmək ölümü” (“Əcəl”in epiqrafından)…”
Professor Vilayət Quliyev də “Qatardan qalan adam” hekayəsinə məqaləsində Anarın bəşəri mövzulara özünəməxsus yanaşmasını vurğulayır: “Dünya ədəbiyyatında “lənətə gəlmiş sarı metalın” – pulun insan həyatındakı rolu, doğurduğu fəlakətlər haqqında sayagəlməz dərəcədə çox əsərlər yaranıb. Yəqin ki, bu müstəvidən yanaşdıqda, pul-mənəviyyat-insanlıq üçlüsünün əsas götürüldüyü hadisə və süjetlərlə oxucunu maraqlandırmaq, düşündürmək, onda yanğı, acıma, təəssüf, yaxud heyrət hissi doğurmaq da o qədər asan deyil. Amma Anar hansısa didaktika ünsürlərinə yol vermədən, bəlli sxematik priyomlardan yararlanmadan buna nail ola bilib. Yəqin ki, günümüzün lokal ədəbi hadisəsinə çevrilən hekayəyə böyük maraq da bundan irəli gəlir.”
Yazıçı Anarın əsərlərinin ardıcıl araşdırmaçısı Pərvin müəllifin zaman duyumunu və zamanı qabaqlamaq məharətini xüsusi dəyərləndirir və çağın oxucusu üçün bunun önəmini qeyd edir: “Anarın yaradıcılıq yoluna ümumi bir nəzər salanda məhz zamanla ünsiyyət diqqəti çəkir. Yazıçı ədəbiyyata gəldiyi gündən indisini görüb dəqiq qiymətini verir. Yəni sovet dövrünün “olmaz”ları, mülayimləşmə ilə azca aralanmış nəfəslik, qadağalar içərisinə “sızan” azad hava və bu şəraitdə gerçək sənət yaratmağın mümkünlüyü, yolları, üsulları… Hər şeydən öncə, daha əvvəl dediyim boşluqların hiss olunması və doldurulması. Nədən ibarət idi boşluq? Sadə, sıradan oxucu kitab səhifələrində özünü görmək və bütün yaşananlara yazıçının gözü ilə baxmaq istəyirdi. Elə bu dönəmdə Anar məhz sıravi adamları qəhrəmanlarına çevirir, onların zahirən kiçik problemlərinin dərinliyini göstərir, ənənəvi ədəbiyyatşünaslıq təbiri ilə desək, mühitin naqis cəhətlərini, dövrün çatışmazlıqlarını elə bu adidən-adi adamların diliylə ifadə edir. Axı, əslində, hisslərimizi, duyğularımızı, necəliyimizi öyrədən ən böyük elm sənətdir və bizə bənzəyənlərin yaşantıları da, həyatı da özünüdərkimiz üçün vasitədir. Ona görə Anarın Təhminəsi, Əsməri, Həmidəsi, Zauru, Oqtayı, Spartakı, Fuad Salahlısı, Şövqü Şəfizadəsi, Feyzulla Kəbirlinskisi və başqa bu sıradan olan qəhrəmanları oxucuyla qısa bir zamanda doğmalaşır, onun yaxınına, tanışına çevrilir. Eyni zamanda bütün bu qəhrəmanların əsl ədəbiyyat, sənət meyarları içərisində təqdimatı da onların unudulmazlığını təmin edir. Beləliklə, yazıçını təbii şəkildə rahat buraxmayan, düşündürən mövzuların həm də vaxtın diktəsi olması qənaətinə gələ bilərik. Və elə müstəqillik illərində yenə də zamanla dialoqda olan yazıçının yenilənən vaxtı (yaxud zəmanəni!) əsərlərinə gətirməsi təsadüf deyil. Əgər sovet dönəmində iri planda, əslində diqqətdən kənarda qalmış Kəbirlinski idisə, müstəqillik illərində bütöv millət, xalq, onu simvolizə edən qəhrəmanlar və hadisələr önə çıxırdı. Bu mənada, Kərim Əsgəroğlu (“Otel otağı”), Məlik Məmmədli (“Ağ qoç, qara qoç”), həkim Oruc (“Vahimə”) zamanın adamları idilər və onların məhz Anarın əsərlərinə ayaq açması o qədər təbiidir ki…”
Beləliklə, həm yazıçının son illərdə qələmə aldığı yeni əsərləri, həm də ədəbi tənqidin bu mətnlərə münasibəti çağdaş ədəbi-mədəni həyatı əks etdirir. Həmçinin oxucuların ayrı-ayrı mətbu orqanlardan mütaliə edib sevdiyi əsərlərin bir kitabda cəmlənməsi də “Qatardan qalan adam”ın üstünlüklərindən biridir.
Azərbaycan Yazıçılar Birliyi — Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı. Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır.
Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında (indiki “Azərbaycan” jurnalında), “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi.
1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağırıldı.
ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilati tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı.
AYB-nin 80 illiyinə həsr olunmuş “Səksəninci səhifə” adlı film çəkilmişdir.[1]
I.1. Azərbaycan Yazıçılar Birliyi – Azərbaycan Respublikasında və ondan kənarda yaşayan, Azərbaycan dilində və digər dillərdə yazan peşəkar Azərbaycan yazıçılarının könüllü müstəqil ictimai təşkilatıdır. Azərbaycan Yazıçılar Birliyi müstəqil, hüquqi şəxsdir.
Azərbaycan Yazıçılar Birliyi öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, beynəlxalq hüquq normalarına, öz Nizamnaməsinə müvafiq hərəkət edir.
Azərbaycan Yazıçılar Birliyinin ünvanı: Bakı şəhəri, Xaqani küçəsi 25-dir.
I.2. Azərbaycan Yazıçılar Birliyinin məqsədi aşağıdakılardır:
klassik ədəbi irsin keşiyində durur, çağdaş yazıçıların yaradıçılığını müzakirə, təqdim və təbliğ edir; Yazıçılar Birliyi üzvlərinin yaradıcılığı və müxtəlif ədəbi qurumların, dərnəklərin, məclislərin səmərəli fəaliyyəti və ümumən ədəbi prosesin gedişatı üçün şərait yaradır;
Azərbaycan Respublikası ərazisində və onun hüdudlarından kənarda peşəkar Azərbaycan yazıçılarının hüquqlarını qoruyur;
Azərbaycan ədəbiyyatının təbliği və tədqiqi sahəsində fəaliyyətin genişlənməsinə kömək edir;
Azərbaycan ədəbiyyatının tərcüməsi, təbliği və Azərbaycan ədəbi dilinin təmizliyinin qorunub saxlanması qayğısına qalır;
beynəlxalq miqyasda ədəbi əlaqələrin yaranması və genişlənməsi ilə bağlı tədbirləri həyata keçirir, dünya ölkələrində fəaliyyət göstərən ədəbi-mədəni təşkilatlarla münasibətlər qurur, Azərbaycan ədəbiyyatının dünya miqyasına çıxmasına çalışır.
I.3. Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsindən irəli gələn vəzifələri yerinə yetirmək üçün müstəqil maliyyə-təsərrüfat fəaliyyəti ilə məşğul olmaq, qanunvericiliyə uyğun olaraq Respublikanın və xarici ölkələrin bank müəssisələrundə milli və xarici valyuta hesabı açmaq hüququ vardır, adı qeyd olunmuş möhür, ştamp, blank və digər rekvizitlərə malikdir.
Azərbaycan Yazıçılar Birliyinin digər hüquqları:
-azad nəşriyyat fəaliyyəti göstərmək;
-müxtəlif bülletenləri, qəzetləri, jurnalları nəşr etdirmək;
-nəşriyyat, yaradıcılıq evi, kitab mağazaları, bədii salonlar, elm, istehsalat, təsərüffat idarə və müəssisələri yaratmaq və bağlamaq;
-Azərbaycan Respublikasında və xarici ölkələrdə müxtəlif yaradıcılıq birlikləri, birgə müəssisələr, mədəniyyət cəmiyyətləri ilə müqavilə və sazişlər bağlamaq.
II. Azərbaycan Yazıçılar Birliyinin quruluşu
II.1. Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Yazıçılar İttifaqının hüquqi varisidir.
II.2.Azərbaycan Yazıçılar Birliyinin tərkib hissəsi kimi aşağıdakı təşkilat, müəssisə və mətbuat orqanları fəaliyyət göstərir:
yazıçıların Şüvəlandakı S.Vurğun adına Yaradıcılıq Evi;
yazıçıların poliklinik
II.3.Azərbaycan Yazıçılar Birliyinin tərkibində olan zona bölmələri, Ədəbiyyat Fondu, Tərcümə Mərkəzi, Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları Bürosu, Şüvəlan Yaradıcılıq Evi, redaksiyalar və digər idarə və müəssisələr Azərbaycan Yazıçılar Birliyinin rəhbər orqanlarına öz fəaliyyəti barədə hesabat verir.
II.4.Azərbaycan Yazıçılar Birliyi katibliyinin bölmələri, digər yaradıcı təşkilatları, yeni ədəbi orqanları və sair yaratmaq, tərkibində olan dərgiləri, qəzetləri və qurumları bağlamaq hüququ var.
III. Rəhbər orqanlar və onların səlahiyyəti
III.1.Azərbaycan Yazıçılar Birliyinin ali orqanı Qurultaydır. Qurulyat beş ildən bir çağrılır. Qurultay nümayəndələri İdarı Heyətinin (Məclisin) tərkibini müəyyən edir. İdarə Heyətinin (Məclisin), Ağsaqqallar Şurasının üzvləri, Yazıçılar Birliyinin sədri və katibləri, Gənclər Şurasının üzvləri yerli bölmələrin və seksiyaların rəhbərləri Qurultay nümayəndələri hesab olunurlar. Digər nümayəndələr – şer, nəsr, dramaturgiya, tənqid, tərcümə, uşaq ədəbiyyatı seksiyalarının ayrı-ayrı keçirilən ümumi yığıncaqlarında, eləcə də Naxçıvan Yazıçılar Birliyinin, yerli bölmələrin toplantılarında seksiya və bölmə üzvlərinin sayına görə beş nəfərdən biri kimi seçilir.
III.2.Azərbaycan yazıçılarının Qurultayı açıq səsvermə ilə və səs çoxluğu ilə Azərbaycan Yazıçılar Birliyinin sədrini, sədrin təqdimatıyla birinci katibi və katiblərini (beş il olmaqla iki müddətdən artıq seçilə bilməz), 31 nəfərdən ibarət İH üzvlərini (adbaad və açıq), 21 nəfərdən ibarət gənclər şurasını, 5 nəfərdən ibarət təftiş komissiyası üzvlərini (adbaad və açıq) seçir.
Ağsaqqallar Şurası, İdarə heyəti, Gənclər Şurası üzvləri həlledici səslə eyni statusa malikdirlər.
Sədr Yazıçılar Birliyinin işinə ümumi rəhbərlik edir.
İcra Aparatı katiblərdən və şpbələrdən formalaşdırılır.
Katiblər aşağıdakı vəzifələri həyata keçirir.
-birinci katib İcra Aparatına rəhbərlik edir və sədr vəzifələrini müvəqqəti icra etmədikdə onu əvəzləyir.
Katiblər bölgə qurumlarının və Azərbaycan Yazıçılar Birliyi strukturuna daxil olan qurumların, seksiyaların, redaksiyaların işini əlaqələndirir, müxtəlif tədbirlər keçirir, layihələr hazırlayır, xaricdə fəaliyyət göstərən qurumlar və beynəlxalq təşkilatların müvafiq strukturları ilə əlaqələr qurur, bu istiqamətdə tədbirlər hazırlayır. Katiblər İcra Aparatı, seksiyalar, redaksiyalar, bölmələr, xarici əlaqələr, gənclərlə iş və maliyyə-təsərrüfat işlərinə nəzarət edir:
-gənclər üzrə katib gənclərlə iş birliyi qurur;
-təşkilat katibi maliyyə-təsərrüfat işlərinə nəzarət edir;
-Ağsaqqallar Şurası – xalq şairləri və xalq yazıçılarından, Milli Elmlər Akademiyasının ədəbiyyatşünaslıq üzrə həqiqi və müxbir üzvlərindən seçilir;
-Ağsaqqallar Şurasının sədrini üzvlər özləri seçir;
-katiblik yanında Gənclər Şurası yaranır. Sədrini Şura üzvləri özləri seçirlər.
III.4.İdarə Heyətinin vəzifə və səlahiyyətləri:
Azərbaycan Yazıçılar Birliyinin qurultaylararası dövrdəki fəaliyyətinin nəticələrini qiymətləndirir. Nizamnaməyə əlavələr, dəyişikliklər edilməsi barədə qərarlar qəbul edir və növbəti Qurultayın müzakirəsinə çixarır.
Azərbaycan Yazıçılar Birliyinin strukturuna daxil olan qəzetin, dərgilərin, topluların baş redaktorlarını, Tərcümə Mərkəzinin sədrini və ədəbi orqanlarının baş redaktorlarını, bölgə rəhbərlərinin, Ədəbiyyat Fondunun sədrinin, Ədəbiyyatı Təbliğ Bürosunun sədrinin namizədliyini katibliyin təklifi ilə təsdiq edir.
Fövqəladə hallarda Azərbaycan Yazıçılar Birliyi sədrinin, İdarə Heyəti üzvlərinin üçdə ikisinin xahişi ilə növbədənkənar Qurultay çağırıla bilər. Sədr öz fəaliyyətini dayandırdıqda növbədənkənar Qurultay çağırılanadək sədrin vəzifəsini Birliyin birinci katibi icra edir. Azərbaycan Yazıçılar Birliyinin sədri, İcra Aparatı və İdarə heyəti Qurultayın qəbul etdiyi qərarları növbəti Qurultaya qədər həyata keçirir.
III.5. Qurultay tərəfindən seçilmiş təftiş komissiyası öz sədrini seçir. Beş nəfərdən ibarət təftiş komissiyası Azərbaycan Yazıçılar Birliyinin maliyyə fəaliyyətinə nəzarət edir və yoxlamanın nəticəsini İdarə Heyətinə (Məclisə) təqdim edir.
IV.Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbulÜzvlükdən xaric olunmağın qaydaları və şərtləri
IV.1. Peşəkar ədəbi yaradıcılıqla məşğul olan hər bir şəxs Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmaq üçün birinci katibə ərizə ilə müraciət etməlidir. Birinci Katib həmin müraciəti katibliyin təqdimatı ilə İdarə Heyətinin formalaşdırdığı ekspertlər qurumuna təqdim edir. Ekspertlər qurumunun rəyi İH-yə təqdim olunur və İH həmin şəxsin üzvlüyə qəbulu məsələsini sadə səs çoxluğu ilə həll edir.
IV.2.Azərbaycan Yazıçılar Birliyi üzvləri üzvlük haqqı ödəməlidirlər.
IV.3.Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, Azərbaycan ədəbiyyatı qarşısında xüsusi xidmətləri olan yazıçı Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilə bilər. Fəxri üzvlüyə qəbul Azərbaycan Yazıçılar Birliyi rəhbər orqanlarının – katibliyinin, yaxud İH-nin qərarı ilə həyata keçirilir.
IV.4.Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Azərbaycan Yazıçılar Birliyi üzvlərinin bütün hüquqlarına malikdir, aşağıdakı hallradan başqa:
-Azərbaycan Yazıçılar Birliyinin rəhbər orqanlarına seçilmək hüququ yoxdur;
-Azərbaycan Yazıçılar Birliyi rəhbər orqanlarının qərarı olmadan Azərbaycan Yazıçılar Birliyinin məhəlli şöbəsini yaratmaq hüququ yoxdur.
IV.5.Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü üzvlük haqqı verməkdən azaddır.
IV.6.Azərbaycan Yazıçılar Birliyi üzvləri və fəxri üzvləri vahid üzvlük vəsiqəsi ilə təmin edilirlər.
IV.7.Azərbaycan Yazıçılar Birliyi üzvləri və fəxri üzvləri Azərbaycan Yazıçılar Birliyi katibliyinə müraciət edib könüllü surətdə üzvlükdən çıxa bilərlər. Xüsusi hallarda Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən xaric olunma məsələsi Azərbaycan Yazıçılar Birliyinin rəhbər orqanlarının müzakirəsinə verilib səs çoxluğu ilə həll edilə bilər.
IV.8.Azərbaycan Respublikasını tərk edən Azərbaycan Yazıçılar Birliyinin hər bir üzvünün bu təşkilatın üzvü qalmaq hüququ var.
Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə üzv seçilib. 1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib. İclas çərçivəsində Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.
İncəsənət məktəb və mərkəzlərinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər üçün vakant müəllim yerlərinə seçim prosesi üzrə müddət 5 dekabr 2025-ci il tarixinədək uzadılmışdır.
Pedaqoji kadrlara olan tələbatın qarşılanması məqsədilə ümumilikdə 30 müəssisə üzrə 36 vakant yer təqdim olunur. Namizədlər mövcud vakansiyalar arasından seçimlərini əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirirlər.
Test mərhələsində topladıqları bala əsasən namizədlərin seçim hüquqları aşağıdakı kimi müəyyən edilir: • 49 bal və yuxarı nəticə göstərən namizədlər – bütün respublika üzrə vakant yerlər üzrə seçim edə bilərlər; • 42 bal və yuxarı nəticə göstərən namizədlər – Bakı şəhəri istisna olmaqla respublikanın digər şəhər və rayonları üzrə vakant yerləri seçə bilərlər; • 35 bal və yuxarı nəticə göstərən namizədlər – Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər regionlar üzrə vakant yerlər üzrə seçim edə bilərlər.
Seçim prosesi “MyCulture” şəxsi kabineti vasitəsilə həyata keçirilir. Namizədlər sistemə daxil olaraq uyğun vakant yeri seçməli və seçimi təsdiqləməlidirlər.
Qeyd edək ki, yerləşdirilmə yalnız namizədin seçdiyi vakant yerlər arasından sistem tərəfindən təsadüfi qaydada aparılır. Bu səbəbdən namizədlərdən seçim zamanı xüsusilə diqqətli olmaları xahiş olunur.
Heydər Əliyev Fondu Islam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalının tərəfdaşı olub.
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə- 2025” dekabrın 5-11-də İslam Əməkdaşlıq Təşkilatının və Mədəniyyət Nazirliyinin təşkilatçılıqı ilə keçiriləcək.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2025-ci il dekabrın 19-da, saat 10:00-da Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 153) Ucar, Zərdab, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar 2025-ci il dekabrın 15-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
Universitetdə oxuduğum illərdə Mirzə Fətəli Axundzadə haqqında kurs işi yazmışdım. Universitet müəllimim, görkəmli tənqidçi, teatrşünas Cəfər Cəfərov yazımı oxuyub əsasən bəyənmişdi, amma bir fikrimə ciddi etirazını bildirmişdi. Hissə qapılaraq Mirzə Fətəlini bütün Avropa dramaturqlarından – Molyerdən, Şillerdən üstün qoymuşdum.
“Heç vaxt belə populist yanaşmalara uyma, – dedi mənə Cəfər müəllim, – belə iddialardan, hətta yalançı millətçilik də yox, sırf əyalətçilik qoxusu gəlir”.
Bu sözlər mənim üçün əbədi dərs oldu.
Bəzən mətbuatda, ya ayrı-ayrı çıxışlarda “Bizim poeziyamız dünyada bütün poeziyalardan üstündür” iddiasıyla rastlaşanda soruşmaq istəyirəm: – Bəyəm, sən dünyanın bütün dillərində yaranmış şeirlərlə tanışsan?”
Bizim klassik ədəbiyyatımız, o cümlədən, şeirimiz, həqiqətən, o qədər zəngindir ki, onu başqa xalqların bədii ədəbiyyatlarıyla qarşı-qarşıya qoymağa ehtiyac yoxdur. Hər xalqın ədəbiyyatı, hər şeydən əvvəl, o xalqın özü üçün əzizdən əzizdir.
Amma bu danılmaz həqiqətə uyğun olmayan iki misal çəksəm, inanıram ki, Cəfər müəllimin ruhunu incitmərəm. Həm də mənə elə gəlir ki, Cəfər Cəfərovun özü də mənim bu iki qənaətimlə razılaşardı.
Bir. Türk xalqlarının Servantes, Balzak, Tolstoy, Dostoyevski miqyasında romançısı yoxdur. İstəsək də, istəməsək də, bu belədir. Amma…
Amma nə rusların, nə fransızların, nə ispanların, nə almanların “Kitabi-Dədəm Qorqud” səviyyəsində dastanları da yoxdur.
– Bəyəm, sən bu dilləri bilirsən ki, belə hökm verirsən? – deyə bilərlər. Cavab verirəm: rus dilini bilirəm, fransızların “Roland haqqında nəğmə”, ispanların “Sid”, almanların “Nibelunq” dastanlarını isə tərcümədə oxumuşam. Nə rusların “İqor alayı haqqında söz” dastanı, nə ispanların, fransızların, almanların (ingilislərin ümumiyyətlə, dastanları olmasını eşitməmişəm) obraz zənginliyi, süjet parlayışı, lirik təsvirlərinin canlılığı baxımından “Kitabi-Dədəm Qorqud”la yanaşı dura bilməz.
İki. Yenə də tərcümələrə əsaslanaraq deyə bilərəm ki, XVI əsrin ən böyük dramaturqu Şekspir, ən böyük romançısı Servantes, ən böyük şairi Füzulidir. Təkrar edirəm: XVI əsrin! Dünya ədəbiyyatında məhz XVI yüz ildə Füzulidən böyük şairin adını çəkə bilirsinizsə, buyurun, deyin. O başqa məsələ ki, dünya (“dünya” deyəndə, ənənəvi olaraq Qərb dünyası nəzərdə tutulur) Füzulini Şekspir və ya Servantes qədər tanımır. Bu, Füzulinin günahı deyil. Bir az da bizim suçumuzdur. Bu mövzuda dərinə getmək istəmirəm.
Söhbət Füzulidən gedirsə, bu yazımın başlığına çıxardığım sözlər – “Çoxluq içində təklik” – ilk növbədə, Füzuli qəhrəmanı Məcnuna aiddir.
Nə idi Məcnunun günahı ki, ÇOXLUQ onu cünun, dəli saydı? Sevgisi? Bəyəm, sevmək dəlilikdir, qoy lap çılğın eşq, qeyri-adi məhəbbət olsun?
Bəzən “Leyli-Məcnun”u Şekspirin “Romeo və Cülyetta”sıyla tutuşdururlar. Bu iki əsərin oxşarlığı ancaq zahiri bənzəyişdir. Faciəylə bitən hər iki süjetin tragik səbəbləri tamamilə fərqlidir. Romeo ilə Cülyettanın sevgisi iki ailənin rəqabətiylə, qatı düşmənçiliyi ilə qarşılaşır. Məcnunla Leylinin ailələri arasında heç bir ədavət yoxdur, əksinə, onlar hər iki tərəfdən ÇOXLUĞUN nümayəndələridir, hər iki tərəf Qeysi Məcnun sayır. Əgər belə olmasaydı, Qeysin atası oğlunu Məkkəyə aparıb Kəbədə məhəbbət mərəzindən sağaltmaq istəməzdi. Romeo Cülyettaya qovuşmaq istəyir. Məcnun Leyliyə olan eşqinin bəlasına düşməyi arzulayır. Alicənab cəngavər Nofəl Qeysi sevgilisinə qovuşdurmaq üçün cəngə başlayır. Məcnun isə bu döyüşdə Nofəlin məğlub olmasını istəyir. ÇOXLUQ bunu başa düşə bilərmi? Əlbəttə, yox. Odur ki, Məcnun obrazı ədəbiyyatımızda ÇOXLUQ içində qəribliyin, tənhalığın ilk parlaq örnəyidir.
Sonralar bu “tənhalıq tilsimi” XIX və XX əsr ədəbiyyatımızda meydana çıxır.
Mirzə Fətəlinin Hacı Nurisində və Şahbazında, Nəcəf bəy Vəzirovun müsibətli Fəxrəddinində, Əbdürrəhim bəy Haqverdiyevin bəxtsiz cavanı Fərhad surətində Məcnundan gələn metafizik tənhalıq, mühit içində nakamlıq var. Hamısı çoxluq içində darıxan, karıxan, çırpınan, özünə yer tapa bilməyən tənha insanlardır.
XIX əsrin ikinci yarısında Mirzə Fətəlinin altı komediyası meydana çıxandan, XX əsrin otuzuncu illərinə – Cəfər Cabbarlının “Dönüş”ünə qədər ədəbiyyatımız – nəsrimiz, şeirimiz, dramaturgiyamız, təsviri sənətimiz, musiqimiz çoxluq içində Təkin qiymətini anladıb.
Ümumiyyətlə, bu dövrdə yaranan ədəbiyyat, sənət örnəklərimiz zənnimcə, əsasən, altı böyük şəxsin M.F.Axundzadənin, Mirzə Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Cəfər Cabbarlının, Əzim Əzimzadənin (rəssamlıqda), Üzeyir bəy Hacıbəylinin (musiqidə) adlarıyla bağlıdır. “Nədən bu parlaq yaradıcıların sırasında böyük Hüseyn Cavidin adı çəkilmir?” Haqlı suala cavab belədir ki, bu müqtədir sənətkarın çoxusunu nəzmlə yazdığı və əsasən Şərq tarixini canlandıran ölməz əsərlərində sırf Azəri türk xarakteri – Mirzə Fətəlidə, Mirzə Cəlildə, Sabirdə olduğu kimi əks edilməyib. Şübhəsiz, bu, ədəbiyyat tariximizdə Cavid yaradıcılığının önəmini azaltmır, bu, klassikin özəlliyinin, fərqliliyinin göstəricisidir.
Zaman etibarıyla böyük bir bədii prosesin başlanğıcında Mirzə Fətəli irsi durur. Məncə, M.F.Axundzadə yalnız dramaturgiyamızın, ədəbi tənqidimizin deyil, çağdaş nəsrimizin də əsasını qoyub. Tək bir “Aldanmış kəvakib” hekayəsiylə deyil, ilk növbədə səhnə əsərləriylə. Ədəbiyyat tariximizdə təxminən, elə bu dövrdə yaranmış üç hekayəni müasir nəsrimizin başlanğıcı sayırlar. Onlardan biri Abbasqulu ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi ərəb-fars kəlmələri, izafətləriylə dolu, elə qəliz bir dildə yazılıb ki, öz-özlüyündə maarifçilik dəyəri olan bu əsəri çağdaş nəsrimizin, ən azı dil baxımından başlanğıcı saymaq çətindir. Eləcə də İsmayıl bəy Qutqaşınlının fransızca yazdığı “Rəşid bəy və Səadət xanım” hekayəsini yeni nəsrimizin başlanğıcı kimi qəbul etsək, yenə də şeir tariximizdə olduğu kimi, nəsrimizdə də ədəbi örnəklərimizin ibtidaisini yad dilə bağlamış oluruq. Əlbəttə, həmin əsərlər ədəbiyyat tariximizdə qalır və qalmalıdır. Amma XIX əsrdə bir azərbaycanlı qələm sahibinin fransızca bədii əsər yazması nə qədər fərəhli faktdırsa və bu fakt, hətta Mirzə Fətəlinin özünü heyran qoyubsa, bu gün bizimlə bizim dildə danışan nəsrimiz (təkrar edirəm, həm dramaturgiyamız, həm də nəsrimiz) Axundzadənin komediyalarından başlanır.
Dil bədii ədəbiyyatın ən vacib və əsas ünsürüdürsə, “Aldanmış kəvakib” çağdaş dilimiz baxımından bizdən çox-çox uzaqdır. Amma eyni müəllifin, eyni zaman kəsiyində yaratdığı komediyaları, bugünkü səhnəmizdən də yazıldığı kimi, hamının anladığı bir şəkildə səslənir. Səhnədə oynanılan əsəri kitabda oxuyarkən, bu mətnlərin nəsr və komediya kimi janr fərqlərinin yalnız forma etibarıyla ayrıldığını görürük. Bu əsərlərin klassika sayılmağının bir səbəbi də odur ki, o dövrün libaslarında çağdaşımız insanların xarakterləri canlanır. O cümlədən, əsrlərdən-əsrlərə keçən ÇOXLUQ içində darıxan TƏKLƏRİN faciəsi.
Molla İbrahim Xəlilin fırıldaqlarına sidq-ürəklə inanan avamların içində Hacı Nuri sözü eşidilməyən qəribdir. Maarifə, təhsilə, dünyanı görməyə can atan Şahbaz bəy də dərviş Məstəli şahlar çoxluğunda və caduya inanan sadəlövh qadınlar qarşısında təkdir. Qaragüruh içində işıqlı fərdin təkliyi və fəaliyyəti əvvəllərdə qeyd etdiyim kimi, N.Vəzirovun, Ə.Haqverdiyevin əsərlərindən keçir və M.C.Məmmədquluzadənin ölməz “Ölülər”ində ən yüksək zirvəsinə ucalır. Hacı Nurinin ayıq sözlərinə yox, Molla İbrahim Xəlillərin qızıl sövdəsinə inananların varisləri Şeyx Nəsrullahın ölüləri dirildəcəyinə etiqad edirlər və bu ÇOXLUĞUN içində İsgəndər içməsin, neyləsin?
İsgəndər içərdi,
Ləqəbi də Kefli İsgəndərdi.
Gecə-gündüz düşündürdü onu
diri ölülərin dərdi.
Yoxsa o da,
bir poçt məmuru olar,
Nə dərdlənər, nə içərdi,
Ömrü ölülər içində
Sakit, səssiz keçərdi.
Qınamayın İsgəndəri,
yaman olur anlamaq dərdi.
Dərd tək onda deyil ki, İsgəndər ölülərin dirildiyinə inanan Hacı Həsənlərin çoxluğunda təkdir. Dərd həm də ondadır ki, ölülərin dirildiyinə əlbəttə ki, inanmayan “poçt məmurları” da çoxluğun rəyiylə razılaşmalıdırlar, avamlığa qarşı durmaqdan qorxub çəkinirlər. Konformist cəmiyyətdə düşünən, anlayan, anladığını deyə bilməyən və deyərsə belə, ÇOXLUĞUN eşitməyəcəyi bir şəraitdə TƏKLİK TİLSİMİNİ qırmaq asan deyil. Cəfər Cabbarlının Oqtayı da həyatından artıq sevdiyi teatr aləmində təkdir, pulun, var-dövlətin hər şeydən üstün çıxdığı, hər şeyə qadir olduğu, sevdiyinin belə, satın alındığı mühitdə Aydın da təkdir.
Əgər ədəbiyyatda bu zəngin personajlar silsiləsini böyük nasir və dramaturqlar yaradıbsa, şeirdə bunu Sabir edib və bu insan mənzərələrinin içində şair özü təpə-tənhadır:
Derlər usan, hərvəzü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm.
Yaxud:
Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!
Yaxud buların bunca nüfuzu olacaqmış, –
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!
Qeyrətli donosbazlarımız iş bacarırkən, –
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!
Yaxud:
Eylə bilirdim ki, dəxi sübh olub,
Mürği-səhər tək bir ağız banladım.
Səng şikəst eylədi balü pərim,
Banlamağın hasilini anladım.
Bir də məni vurma, aman, səngdil,
Rəhm elə, nıqqıldayıram indi mən.
Ağlamayın, ağlamayın, cücələr,
Banlamaram, banlamaram bir daha.
Banlamamaqdır sizə əhdim mənim,
Söyləmirəm: anlamaram bir daha!
Örnək gətirdikcə gətirmək istəyirsən, adam Sabir dərdinə, Sabir nisgilinə, Sabir tənhalığına acımaqdan qurtula bilmir.
Anlamaq dərdindən, tənhalıq əzabından qurtulmağın bir xilas yolu gülüşdür.
Sabirin şeirlə yazdıqlarını, Əzim Əzimzadə rəsmdə canlandırdıqlarını böyük Üzeyir Hacıbəyli həyat eşqiylə dolu musiqli komediyalarında səhnəyə çıxarır.
“Arşın mal alan” xalqımızın ən nisgilli dövrlərində ona sevinc, şadyanalıq ovqatı bəxş edən, yaralarına məlhəm qoyan təsəlli olub. Keçən əsrin əvvəllərində Azərbaycan sənətinin heç bir əsərində “Arşın mal alan”da olduğu qədər nikbinlik ruhu, yaşamaq həvəsi, sevib-sevilmək istəyi yoxdur. Üzeyir Hacıbəyli öz musiqili komediyalarının həm də libretto müəllifi kimi klassik dramaturqlarımızın sırasındadır. Amma digər böyük dramaturqlarımızdan fərqli olaraq Üzeyir bəy personajlarını yalnız söz vasitəsiylə deyil, həm də musiqi diliylə yaradır. “Arşın mal alan”da hər personajın musiqi obrazı var – Əsgərlə Gülçöhrənin lirik obrazları, Vəliylə Tellinin komik obrazları, Xalayla Soltan bəyin qocafəndi yumoristik obrazları, azacıq da nostalji hisslərlə ifadə olunmuş nisgilli ovqatları.
Obraz, xarakter rəngarəngliyi baxımından “O olmasın, bu olsun” da belədir. Bu əsərdə də hər personajın öz musiqi səciyyəsi var. Amma “O olmasın, bu olsun”un bütün məzəli ünsürləriylə yanaşı, süjetinin dərinliyinə varanda görürsən ki, burada da üst qatın altında həzin bir təklik motivi var. Məşədi İbad, nə qədər gülməli görünsə də – təkdir, tənhadır. Pulagir “obrazavonskilər”, muzdla yazı çap edən qəzetçilər, sözdə basıb-kəsən, mahiyyətcə qorxaq qoçular, insanın meymuna bənzəməsindən dəm vuran əyalət “darvini”, ala-yarımçıq osmanlı dilində konuşan zat, borca düşüb borclarını ödəməkçün qızını bədbəxt etməyə hazır olan ata, Məşədi İbadı əvvəl çirkin sayıb, sonra ona ərə getməyə razılıq verən (razısan? hə, hə) qulluqçu və nəhayət, qanqster üsuluyla Məşədini aldadıb nişanlısını əlindən alan sinik Sərvər… Karikatura üslubunda təqdim olunan personajlar içində Məşədi İbad ən sadəlövh insan, hər yalana sidq-ürəklə inanan, asan aldanan, səxavətli (hətta fırıldaqçı “dostlarının” hamam pulunu da ödəyən), gücü bircə biçarə hambala çatan Məşədi İbad eybəcər çoxluq içində yeganə günahsız şəxsdir. Tənqid hədəfinə məruz qalan Məşədi İbadın yeganə günahı gənc qıza tamah salmasıdır.
Məcnundan Məşədi İbada uzanan yol, əlbəttə şərtidir, yəqin ki, məsələnin belə qoyuluşu mübahisə və etiraz doğura bilər. Amma bu mövzunu ifrat həddə çatdırmaqla bir vacib məsələyə diqqəti çəkmək istədim: ÇOXLUQ içində TƏKLİK yalnız ayrı-ayrı fərdlərin bəlası deyil, ümumən cəmiyyətin dərdi, mühitin böyük faciəsidir.
Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verib – filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi üzrə elektron xidmət artıq “MyCulture” vahid elektron kabinetinizdə əlçatandır.
“Mədəniyyət sahəsində xidmətlərin elektronlaşdırılması və inteqrasiyası” Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyasının (2024-2026) (“e-Culture” Strategiyası) 10 prioritet istiqaməti sırasındadır.
Bu xüsusda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “e-Culture” Strategiyasına uyğun olaraq, kino klasterinin rəqəmsal transformasiyası çərçivəsində “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti istifadəyə verib.
Qeyd olunan elektron xidmət, mədəniyyət sahəsində bir pəncərə prinsipi əsasında xidmətləri vahid platformada cəmləyən “MyCulture” vahid şəxsi kabineti (https://my.culture.az), həmçinin Mədəniyyət Nazirliyinin rəsmi internet informasiya ehtiyatı (https://culture.gov.az) vasitəsilə əlçatandır.
Yenidən formalaşdırılmış “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti sənəd dövriyyəsini sadələşdirir, müraciətlərin təqdim edilməsini sürətləndirir və prosesi tam avtomatlaşdırır. Bu, qeyd olunan xidmətin əsas istifadəçiləri olan film istehsalçıları, film nümayişçiləri, film yayımçıları və kinoteatr şəbəkələri üçün məkan və zamandan asılı olmayaraq müvafiq yayım vəsiqəsinin əldə olunmasını daha rahat və əlçatan edir.
Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Hazırda Filmlərin Dövlət Reyestrində 11 000-dən çox ekran əsəri və yayım vəsiqəsi mövcuddur ki, bu da prosesin rəqəmsallaşdırılmasını xüsusi əhəmiyyətli edir.
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, yayım və retranslyasiya xidmətləri) üçün nəzərdə tutulmuş bütün filmlər Filmlərin Dövlət Reyestrinə daxil edilməli və “Filmlərin yayımı və nümayişi Qaydaları”na müvafiq yayım vəsiqəsi əldə etməlidir. Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan yayımı və kütləvi nümayişi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsi üzrə inzibati məsuliyyət yaradır.
Yeni elektron xidmət sayəsində xarici kino şirkətlərinin də Azərbaycan kino sənayesinə daxil olması daha asan və operativ olacaq. Bu, beynəlxalq kino dövriyyəsinin genişlənməsinə və yeni əməkdaşlıqların yaranmasına şərait yaradacaq.
Noyabrın 26-da Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli sənətkarı, xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunan “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub. Tamaşanın nümayişindən əvvəl görkəmli sənətkarın həyat və sənət yoluna nəzər salınıb. Mədəniyyət naziri Adil Kərimli Amaliya Pənahovanın zəngin yaradıcılıq irsindən, Azərbaycan mədəniyyətinə, teatr və kino sənətinə bəxş etdiyi böyük töhfələrdən söz açıb. Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Bakı Bələdiyyə Teatrının baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov böyük sənətkar haqqında xatirələrini bölüşüblər. Daha sonra tamaşa nümayiş olunub. Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Xanım Həsənovadır. Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), əməkdar artist Anar Heybətov (Knyaz Xasay), əməkdar artist Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyor Elçin Əfəndi (Hidayət xan), xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah), əməkdar artist Elnar Qarayev (Mamayı), aktyor Vüsal Mustafayev (Zahir bəy), xalq artisti Hacı İsmayılov (Qoca Knyaz), aktyorlar Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), əməkdar artist Mirzə Ağabəyli (Kor kamançaçı), əməkdar artist Kazım Həsənquliyev (Məliküldövlə), aktyorlar Cavidan Novruz (Nəvvab), Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), əməkdar artistlər Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyor Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Elsevər Rəhimov, Elçin Nurəliyev, Nəzrin Abdullayeva (Kültəvi səhnə) iştirak edirlər. Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə və xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir. Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir.
Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsinə aid islahatları çərçivəsində təhsilin keyfiyyətinin eləcə də təhsilverənlərin peşə səriştəsinin artırılması məqsədilə keçirilən attestasiyaya dair Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ( MEMİM) Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin təhsilverənləri ilə Ağdaş və Mingəçevir şəhərlərində məlumatlandırıcı görüşlər keçirib. Bu görüşlərdə peşəkar mütəxəssislərin iştirakı ilə attestasiyanın mahiyyəti və hüquqi əsasları, attestasiya proqramının məzmunu, müvafiq ixtisaslara dair sahə və tematik mövzular üzrə nəzəri və praktiki məqamlar müzakirə edilib. Uşaq musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlər üçün sistemli şəkildə təşkil olunan məlumatlandırıcı görüşlərin məqsədi müvafiq ixtisaslar üzrə müəllimlərə attestasiyanın mahiyyəti və keçirilməsi qaydaları, attestasiya proqramına daxil olan mövzuların daha ətraflı izah olunması və attestasiyaya hazırlığına kömək etməkdir. Qeyd edək ki, digər Regional Mədəniyyət İdarələrinin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri ilə də bu cür məlumatlandırıcı görüşlərin keçirilməsi nəzərdə tutulur.
Noyabrın 25-də Kəlbəcərdə keçirilən ilk Şəhər Günü çərçivəsində geniş konsert proqramı təşkil olunub. Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, eləcə də doğma yurda qayıtmış şəhər sakinləri və bayram münasibətilə Kəlbəcərə gəlmiş qonaqlar iştirak ediblər. Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir iştirakçıları Kəlbəcərin yenidən qurulmasını və sakinlərin doğma yurdlarına qayıdışını əks etdirən videoçarxı izləyiblər. Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev çıxış edərək Şəhər Günü ilə bağlı təbriklərini çatdırıb, dövlətimiz tərəfindən Kəlbəcərin dirçəlişi istiqamətində görülən işlərdən danışıb. Sonra şəhərin mərkəzində qurulmuş səhnə incəsənət nümayəndələrinin ixtiyarına verilib. Bayram konserti Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında V.Adıgözəlovun “Mənim Azərbaycanım” süitası ilə başlanıb. Konsertdə Xalq artisti Mələkxanım Eyyubova R.Məmmədovun “Yaşa, Azərbaycan”, Əməkdar artistlər – xanəndə Babək Niftəliyev Y.Almazın “Prezidentim”, tarzən Şəhriyar İmanov “Zəfər” kompozisiyası, solistlər Malik Həsənov F.Cəlilabadlının “Kəlbəcər”, Mehdi Niftəliyev E.İbrahimovanın “Ey Vətən” mahnılarını ifa ediblər. Musiqisevərlər “Qaya” Dövlət Ansamblının ifasında V.Adıgözəlovun “Mən gəzirəm hər yanı” mahnılarını dinləyiblər. Konsertdə aşıq sənətinə də geniş yer verilib. Tanınmış aşıqlardan Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı “Ruhani”, Əfqan Kəlbəcərli “Gödək donlu”, Qənbər Kəlbəcərli “Cəlili”, Gözəl Kəlbəcərli “Gözəldir”, İbadət Ərəş “Qəhrəmanı”, Qalib Kəlbəcərli “Göyçəgülü” və Əhliman Kəlbəcərli “Kərəm gözəlləməsi” saz havaları ilə tamaşaçıların könlünü oxşayıblar. Azərbaycan Dövlət Rəqs Ansamblı daha sonra E.Sabitoğlunun “Ağ çiçəyim” rəqsini və “Ağbaba” yallısını ifa edib. Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi Habil Məmmədov və şagirdləri isə “Dəşti” təsnifini ifa ediblər. Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq təqdim olunub.
Bu gün Opera studiyasında Azərbaycan musiqi mədəniyyətinin nadir incilərindən olan “Əsli və Kərəm” operası tamaşaçılara təqdim edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrının truppası tərəfindən həyata keçirilib.
Tamaşaçılar arasında musiqisevərlər, mədəniyyət və media nümayəndələri olub. Səhnədə klassik musiqi ilə dramatik ifa bir araya gələrək tamaşaçılara unudulmaz anlar yaşadıb. Opera truppasının ifaçıları həm vokal, həm də səhnə performansları ilə yüksək peşəkarlıq nümayiş etdiriblər.
Budəfəki səhnələşdirmədə Əsli rolunu Opera və Balet Teatrının gənc solisti Gülzar Fərəcova, Kərəm rolunu isə Əməkdar artist Elnur Zeynalov ifa edib. Digər rollarda Taleh Yahyayev (Keşiş), Əməkdar artist İlkin Əhmədov (Şah), Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx), Pərviz Verdiyev (Paşa) və Əməkdar artist Elxan Mansurov (Solo tarda) çıxış ediblər. Solistləri tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xoreoqrafı isə Xalq artisti Mədinə Əliyevadır.
Səhnə əsəri haqda məlumat verən Hafiz Quliyev bildirib ki, uzun müddət idi ki, bu günü həyəcanla gözləyiblər:
“”Əsli və Kərəm” operası Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”dan sonra yazdığı operalardandır və bu günə qədər yaşayır. Ayrı-ayrı illərdə müxtəlif quruluşlarla təqdim olunub. Biz bu əsəri yenidən səhnələşdirdik. Bu gün teatra gənclər gəlir və onlar Əslini, Kərəmi canlandırırlar. Əsərin sujeti olduqca maraqlıdır və Üzeyir Hacıbəyli bu sujetə çox gözəl bir musiqi yazıb. Bugünkü tamaşada iki gənc sənətkar əsas obrazları canlandıracaq. Bu əsər daim teatrın repertuarında olacaq və teatr səhnələrində uzun illər yaşamağa davam edəcək”.
Əməkdar artist Elnur Zeynalov bildirib ki, daha öncə də Kərəm obrazını canlandırıb: “Mən daha öncə də Kərəm obrazını ifa etmişəm. 25 illik fasilədən sonra ilk dəfə 2014-cü ildə məhz opera səhnəsində tamaşaçı qarşısına çıxmışdım. Çox sevinirəm ki, bu qədər möhtəşəm bir əsərdə rol almışam”.
Gənc solist Gülzar Ramizli bildirib ki, “Əsli və Kərəm” operasında Əsli obrazını səhnələşdirmək onun üçün böyük sevinc və şərəfdir: “Çox sevincliyəm. ‘Əsli və Kərəm’i bu səhnədə canlandırmaq mənim üçün çox xoşdur, çox şərəflidir, eyni zamanda da həyəcanlıdır. Özümü çox xoşbəxt ifaçılardan hesab edirəm, çünki artıq Üzeyr Hacıbəylinin bir neçə əsərinin baş rolunda ifa etmişəm. Əsli obrazında isə ilk dəfə çıxış edəcəm. Bu çox qürurvericidir”.
Operanın Azərbaycan xalq dastanının motivləri əsasında yazılmış librettosunun müəllifi də Üzeyir Hacıbəylidir. Tamaşada fədakar məhəbbətin gücü, insanın mənəvi gözəlliyi tərənnüm olunur. Hazırda teatrın repertuarında nümayiş olunan opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2011-ci ildə Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən səhnələşdirilib.
Tamaşaçılar sonda ifaçılara alqışlarla təşəkkür ediblər.
Xatırladaq ki, bu günədək Əsli rolunu Zeynəb Xanlarova, Gülxar Həsənova, Qəndab Quliyeva, Rəsmiyyə Sadıqova, Səkimə İsmayılova, Vüsalə Musayeva, Rəvanə Əmiraslanlı, Arzu Əliyeva, Sədəf Budaqova, Kərəmrolunu isə Arif Babayev, Qulu Əsgərov, Canəli Əkbərov, Baba Mahmudoğlu, İlkin Əhmədov, Elnur Zeynalov, Səbuhi İbayev, Məhəbbət Səfərov və digər sevilən ifaçılarımız canlandırıb.
Qeyd edək ki, “Əsli və Kərəm” operasının ilk rejissoru Hüseyn Ərəblinski, drijoru isə Üzeyir Hacıbəyli özü olub. İlk Əsli Əhməd Ağdamski, Kərəm isə Hüseynqulu Sarabski idi. 1912-ci il mayın 18-dəki ilk təqdimatından 113 il keçsə də, “Əsli və Kərəm” bu gün də böyük tamaşaçı rəğbəti ilə qarşılanır və uzun, maraqlı səhnə ömrü olan əsərlər sırasındadır. Üzeyir Hacıbəyli operanın mövzusunu Azərbaycan xalq dastanlarından və aşıq musiqisindən ilhamlanaraq yaradıb.
Əlavə olaraq bildirək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi “Əsli və Kərəm” operasını Üzeyir Hacıbəyli festivalı çərçivəsində Ağcabədidə, Şəki İpək yolu festivalında – Şəkidə, “Opera günləri” layihəsi çərçivəsində İçərişəhər dövlət tarix-memarlıq qoruğunda açıq havada nümayiş etdirib.
Şəhər Günü çərçivəsində noyabrın 25-də Kəlbəcərin mərkəzi meydanında müxtəlif səpkili sərgilər təşkil olunub. Mədəniyyət naziri Adil Kərimli, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, digər rəsmilər və şəhər sakinləri sərgilərlə tanış olublar. Qonaqlara sərgilər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi “Kəlbəcər – obyektivdən tarixə” adlı fotosərgidə qurumun üzvü olan fotoqrafların Kəlbəcərə həsr edilən əsərləri yer alıb. Fotolarda Kəlbəcərin işğaldan əvvəlki və sonrakı dövləri, füsunkar təbiət mənzərələri, tarixi abidələri, eləcə də 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri əksini tapıb. Sərgi Kəlbəcərin keçmişi, bu günü və parlaq gələcəyi arasında canlı körpü yaradan vizual hekayələrlə ziyarətçilərə tarixin şahidi olmaq imkanı yaradır. Sərgidə 44 günlük Vətən müharibəsini simvolizə edən 44 foto nümayiş olunur. Azərbaycan Milli Xalça Muzeyinin “Yaddaş” adlı sərgisində muzeyin kolleksiyasından Qarabağ və Kəlbəcər xalçaçılıq məktəbinin nadir nümunələri təqdim edilir. Sərgi, xüsusilə, köçəri həyat sürən, heyvandarlıqla məşğul olan əhalinin məişətini əks etdirən alaçıq interyerini canlandırır. Nümayiş olunan eksponatlar bölgənin qədim etnoqrafik xüsusiyyətlərini və mədəni kodunu diqqətə çatdırır. “Kəlbəcərin palitrası – rəsmlərdən boylanan zənginlik” adlı sərgidə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yerli rəssamların Kəlbəcərə təşkil edilmiş səfərləri zamanı ərsəyə gətirilən əl işləri nümayiş olunur. Rəsmlərdə Kəlbəcərin əsrarəngiz təbiəti, qədim tarixi, azad günləri və Qələbə ruhu rənglərin dili ilə ifadə edilib. Sərgi məkanında xalq sənətkarlığı nümunələri də təqdim olunub. Bu sahə hazırda qədim sənət ənənələri üzərində inkişaf edir. Burada taxta üzərində oyma, xətəmkarlıq və keçə sənəti ustalarının əl işləri təqdim edilir. Eyni zamanda sərgi məkanında sənətkarlar bəzi nümunələrin hazırlanmasını əyani şəkildə nümayiş etdiriblər. Tədbir çərçivəsində kəlbəcərli uşaqlar üçün rəsm üzrə ustad dərsləri də təşkil olunub. İştirakçılar Kəlbəcərin ecazkar mənzərələrini kətan üzərinə köçürüblər. Peşəkar rəssamlar sənətin sirlərini onlarla bölüşüb, öz tövsiyələrini veriblər. Qonaqlar daha sonra milli mətbəx nümunələrimizin dadına baxıblar.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının birgə dəstəyi ilə keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 25” çərçivəsində baş tutacaq “MyForum” panel müzakirələrini təqdim edirik.
Bu il “MyForum”, İƏT ölkələrinin mədəni, yaradıcı və texnoloji sahələrdə əməkdaşlığını gücləndirməyi hədəfləyən dünyamiqyaslı bir platforma olacaq. Proqram çərçivəsində nazirlərin iştirakı ilə yüksək səviyyəli panel, “C-HUB” konsepsiyasının təqdimatı, İnfluenserlər Günü, rəqəmsal dövrdə İslam mədəniyyətinin yeni çağırışları, “G-HUB” oyun texnologiyaları müzakirələri, startap və yaradıcı sahələrə investisiya mövzuları, eləcə də AI masterklasları kimi bir çox innovativ sessiyalar yer alacaq. Bununla yanaşı, qadınların yaradıcılığı, gənclərin maraqdan peşəyə gedən inkişaf yolu, “4SİM” strategiya müzakirələri, Film Komissiyaları və “Turkic GameJam” final mərhələsi kimi tədbirlər də festivalın əsas diqqət mərkəzində olacaq.
MyForum, regionun yaradıcı potensialını bir araya gətirərək yeni əməkdaşlıqlara, qlobal əlaqələrin qurulmasına və İƏT ölkələrinin yaradıcı iqtisadiyyat sahəsində birgə inkişafına təkan verəcək. Sizi də bu böyük yaradıcılıq platformasında iştirak etməyə dəvət edirik. Ətraflı məlumat və qeydiyyat üçün: week.creative.az
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Qəlblərin aşığı, Şuşanın işığı, Vaqif!
Bu məktubu sənə azad Şuşadan, sənin nəfəsinlə dirçələn torpaqlardan yazıram. Aradan əsrlər keçsə də, sənin sözlərinin sədası hələ də bu dağlardan çəkilməyib. Zamanın çarxı dönüb, nəsillər dəyişib, dünyanın siması başqalaşıb. Əfsus, dəyişməyənlər də, var… “cahan mülkündə, mütləq, dоğru halət” yenə kəmdi, səndən bu yana “hər nə gördük, əyri gördük, özgə babət görmədik”.
Sənin sədalı sətirlərini bir zamanlar saraylarda dinləyənlər torpağa qarışıb, qələminin izi ilə böyüyənlərin övladları indi bu şəhərdə yeni səhifələr açır.
Bu əsrlər boyunca çox şey dəyişdi, Vaqif. Sözə deyil, silaha güvənənlər gəldi, şəhərini susdurmaq istədilər. “Hər kəsə hər kəs ki, еtsə yaxşılıq, оlur yaman”… Yenə qoynumuzu açdığımız yalançı “aşinaların ixtilatında sədaqət görmədik”.
Şuşanın səması get-gedə qara buludlara büründü. Sənin oxuduğun dağ yollarında susqunluq hökm sürdü. Ancaq söz, əziz Vaqif, heç zaman ölmədi. Sənin misraların, sənətə vurğunluğun, xalqla bir olan sözün bu xalqın yaddaşına elə həkk olmuşdu ki, sağ qaldı yaşadı.
Şuşa susqunluğa büründü, amma unudulmadı. Hər daşında bir səs, hər küçəsində bir iz yaşadı. Əsir oldu, dünya səsini çıxarmadı, “hiç kəsdə həqqə layiq bir ibadət görmədik”. Dağların başında ucalan qalaları, ədəbiyyatla əbədiyyatın, sənətlə düşüncənin çağlayan qəlbi şəhərin “özünü qılmış idi giriftari-qəmü dərdü fəraq”…
Sən sağ ikən Şuşaya təşrif eyləyib bir araya cəm olan qələm ustadları hər misranın, avazın, fikrin işığında yollar axtarardılar. Məclislər qurular, söhbətlər açılar, qafiyələr qürurla səslənərdi. Sanasan indi o günlərin üstündən min illər keçib. “Kim qalıbdır ki, оnun qəm tökməyibdir qanını,
dönə-dönə imtahan еtdik fələk dövranını”…
Sən təkcə söz yazmırdın, sən sözü xalqın nəfəsinə çevirmişdin – sadə, amma dərin, xalqın öz dilində, öz ağrısında, öz sevincində danışan bir poeziya yaratmışdın. Bu ruh qalxana dönüb zamanın çiyinlərində şahə qalxdı, səndən sonra gələnlər, davamçıların da bu dağlarda qələminə güvəndi. Ol səbəb ki, Şuşa təkcə şəhər deyil, milli kimliyimizin, ruh yaddaşımızın və şeirimizin beşiyi oldu. Lakin şairim, bu beşiyi iyirmi səkkiz il yağılar yırğaladı… “müxtəsər kim, bеlə dünyadən gərək еtmək həzər, ondan ötrü kim, dеyildir öz yеrində xеyrü şər”… Ha yırğalansa da Şuşan susmadı, səssizləşdi, amma içində ağladı, cınqırı da çıxmadı… Minarələr boynubükük qaldı, qapılar əbədiymiş kimi bağlı, kitablar toz içində unuduldu.
“Baş ağardı, ruzigarımız оldu gün-gündən siyah”, lakin xalq öz kökünü unutmadı. Azadlıq eşqi ürəklərdə sönmədi, daha da şölələndi. 2020-ci ildə, Zəfər ilində Şuşa yenidən öz kimliyinə, öz sözünə, öz nəfəsinə qovuşdu. Bu təkcə torpağın azad olunması deyildi, ruhun dirilməsi, yaddaşın təzələnməsi idi. Qələbənin səsi bu dağlarda sənin sədalarınla qarışdı.
O möhtəşəm günlərdə sənin şəhərinə, sənət beşiyinə doğru igid oğullarımız silahsız cəngavərlər kimi dağa dırmanaraq yol açdılar. Sıldırım qayaları aşdılar, Şuşanın ürəyinə, qəlbinə təkcə mərdliyi yox, ruhlarını da gətirdilər. “Qоyma kim, şеytani-məlun еyləyə imanə zur; şölеyi-hüsnünlə bəxş еt tazədən dünyayə nur”… Nəvələrin təkcə vətəni deyil, sənətini, sözünü, tarixini qorudular. Şuşanı qanları ilə, canları ilə xilas etdilər.
İndi hansımızdan bir xalqın əzmini, bir millətin birliyini soruşurlar könül rahatlığı ilə bu Zəfəri dilə gətiririk. Ali Baş Komandanın iradəsiylə yumruqtək birləşmiş xalqımızın gücü dillərə dastan oldu, şairim. Şuşamız tarixə yenidən mədəniyyətin, qürurun, dirənişin rəmzi kimi yazıldı. Azad edilən Şuşa yenidən sənətin paytaxtına çevrildi, poeziya günləri bərpa olundu, sənə həsr olunan məclislər yenidən quruldu.
İndi bu şəhər yenə danışır, yenə yazır, yenə nəfəs alır.
Sənin şəhərin – Şuşan – indi yenə azaddır. Sənin şeirinin ruhu, sənətə, insana və vətənə olan sevgin yenidən nəfəs alır. Biz indi başqa bir dövrün övladlarıyıq, lakin sən bizim qəlbimizdə yaşayırsan.
Sənə bu məktubu yazmaq təkcə keçmişə boylanmaq deyil, həm də gələcəyə inamla baxmaqdır, Vaqif. Sənin ədəbi irsin, sənin sözün bizi təkcə sözə deyil, ruhumuza da qayıtmağa vadar etdi. Bu torpaqda indi yeni nəsil yetişir – sənətin gücünə inanan, sözə dəyər verən, tarixin yükünü çiyinlərində daşıyan bir nəsil.
Biz – bu günün gəncləri sənin işığını daşımağa davam edəcəyik. Qələminlə açdığın yol bizim yolumuz olacaq. Sözünlə qaldırdığın baş, sənətinlə qurtardığın qürur və hər misran bizə mirasdır…
Vaqifə, ya rəbbəna, öz lütfünü еylə pənah,
Səndən özgə kimsədə lütfü inayət görmədim.
Bilirəm, harada olursansa ol, bugünkü Şuşanı görür, duyur, hiss edirsən.
Bu məktubu sənə azad Şuşadan, şeirlə nəfəs alan yollardan, sözlərin ucaldığı səfalı dağların qoynundan yazıram. Və deyirəm: Sağ ol, Vaqif! Ruhun bizim könlümüz kimi şad və rahat olsun!
Görkəmli söz ustası, Azərbaycanın Xalq şairi Vahid Əzizi 80 illik yubileyi münasibətilə təbrik edirik.
Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) 1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəsi Azərbaycanın Tərtər rayonuna köçdüyü üçün orta məktəbi orada bitirmişdir. 1971-ci ildə Azərbaycan Texniki Universitetindən məzun olmuşdur. “Xəbər Mətbuat Agentliyi”ndə müxbir (1971–1976), Bakı şəhər Partiya Komitəsi təbliğat və təşviqat şöbəsində təlimatçı (1976–1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982–1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989–1991) Azərbaycan Yazıçılar Birliyinin katibi (1991–1997) vəzifələrində işləmişdir. Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər Tərtibatı Departamentində reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsinin müdiri olmuşdur. “Ergün” şirkətini, eyni adlı nəşriyyatı təsis etmişdir.
Bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlamışdır. 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində ilk mətbu şeiri işıq üzü görmüşdür. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. “Mən küləyi görürəm” adlı ilk şeirlər kitabı 1969-cu ildə çapdan çıxmış, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. “Aylı pəncərə”, “Əllərimin kölgəsi”, “Dözmək olmur”, “Səninlə…” kimi kitabları, “Seçilmiş əsərləri” şairə geniş oxucu auditoriyası qazandırmışdır. Şeirlərinə mahnılar bəstələnmişdir. Publisistika və bədii tərcümə ilə də məşğul olur.
Şairin ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, o, 2019-cu ildə “Azərbaycanın Xalq şairi” fəxri adına layiq görülmüşdür. Prezidentin Fərdi təqaüdçüsüdür. Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı ilə təltif edilib.
Hörmətli Vahid müəllimi bir daha yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan dili xalqımızın ən böyük mənəvi sərvətlərindən, milli kimliyimizin əsas sütunlarından biridir. Tarix boyu Azərbaycan xalqı öz ana dilinə sahib çıxmaqla milli varlığını qoruyub, onu ədəbi, elmi, ictimai, beynəlxalq müstəviyə çıxarıb. Müasir dövrdə bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edərkən dilimizə verdiyi dəyər, ana dilinin qorunması və inkişafı ilə bağlı dediyi fikirlər ölkə ictimaiyyəti arasında böyük əks-səda doğurdu. Həmin yığıncaqda Azərbaycan dilinin yad təsirlərdən qorunması, onun saflığı və təmizliyi keşiyində dayanmaq alim, dilçi, şair və yazıçıların qarşısında mühüm vəzifə olaraq qoyuldu. Həmişə ana dilimizin keşiyində duran Azərbaycan yazıçıları yığıncaqda səsləndirilən fikirlərə yüksək dəyər verərək onun qorunaraq gələcək nəsillərə ötürülməsinə həssaslıqla yanaşırlar. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar AZƏRTAC-a verdiyi müsahibədə dilimizin hazırkı durumundan, bu məsələdə ədəbiyyatımızın üzərinə düşən vəzifələrdən, yazıçıların bu işin əsas aparıcı qüvvəsi olmasından danışıb. -Prezidentin həmin tədbirdəki dilin saflığının qorunması ilə bağlı çağırışları müasir dövrdə ədəbi dilin qorunmasında yazıçıların və söz adamlarının üzərinə böyük məsuliyyət qoyur. Həmin vəzifələrin öhdəsindən gəlmək üçün hansı addımlar atılmalıdır? – Dilin qoruyucularından biri də ədəbiyyatdır. Ədəbiyyat dili inkişaf etdirir, dilə yeni sözlər gətirir, dilə qol-qanad verir, imkanlarını genişləndirir və sair. Əsrlərin sınağından çıxaraq daş kitabələrdən üzü bəri uzun, çətin və şərəfi yol keçən, Dədə Qorqud qopuzundan, Koroğlu sazından süzülüb gələn doğma ana dilimiz həzin və şirin ana laylası ilə canımıza, qanımıza hopub. Füzulinin, Nəsiminin, Şah İsmayılın, Vaqifin, Səməd Vurğunun sözündə, şeirinin avazında qanad açan, ana südü kimi təmiz, dağ çiçəyi kimi təravətli dilimiz ağız ədəbiyyatı nümunələri olan bayatılarla, qoşmalarla, nağıllarla, dastanlarla uzun, enişli-yoxuşlu yol keçib. Ona görə də, dilin qorunması, inkişafı haqqında həmin çağırışlara birinci növbədə yazıçılar münasibət bildirməli və əməl etməlidirlər. Yəni, dilin inkişafı, zənginləşməsi, eyni zamanda, yad təsirlərdən qorunması üçün ədəbiyyatın, söz adamlarının üzərinə böyük məsuliyyət düşür. Texnoloji tərəqqi dövrü ilə əlaqədar dilə yeni sözlər daxil olur. Onların bəziləri işlədilməli, yaşamaq hüququ qazanmalı, bəzilərinin isə qarşılığı tapılmalıdır. Yəni, indiki mürəkkəb dövrdə ədəbiyyatın da vəzifəsi dilin qorunması və inkişaf etdirilməsidir. Mən vaxtilə Milli Məclisin deputatı olanda Mədəniyyət komissiyasının sədri idim və onda biz “Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” qanun qəbul etdik. Həmin qanunda ölkədəki bütün idarə, müəssisə, təşkilat, market və digər obyektlərin adlarının, ilk növbədə, Azərbaycan dilində yazılması, əgər lazım gələrsə, ingilis, rus, ərəb və ya digər dillərdə olması barədə müddəa var idi. İndi həmin qanunda yazılanların kağız üzərində qaldığını görmək üçün küçəyə çıxıb ətrafa ötəri göz gəzdirmək kifayətdir. Hətta şəhərin elə yerləri var ki, orada Azərbaycan dilində bir kəlmə də söz yoxdur. Ona görə də bizim hamımızın vəzifəsi həmin yığıncaqda qoyulan məsələlərin həllinə, onların həyata keçirilməsinə nail olmaqdır. – Anar müəllim, sizcə, ədəbi dilimizin qorunması üçün ən təsirli vasitə hansıdır: klassiklərin təbliği, məktəb proqramları, müasir bədii ədəbiyyatın gücləndirilməsi, yoxsa mətbuatın dili üzərində nəzarət? – Açığını deyim ki, “nəzarət” sözündən xoşum gəlmir, sovet vaxtı onun xeyrindən çox ziyanını görmüşük. Əlbəttə ki, bu sahədə mətbuatın danılmaz rolu var. Əsrlər boyu xəbərlər mətbuat vasitəsilə yayılıb, mətbuat dilin təbliği və inkişafında aparıcı rol oynayıb. Son vaxtlar sosial şəbəkələr bu sahədə mətbuatın mövqeyinə xələl gətirsə də, qəzet və jurnallar öz yerini qoruyub saxlamalıdır. Çünki mətbuat tarixdir, sənəddir, əbədidir, sosial şəbəkə isə müvəqqətidir. Neçə il, neçə əsr sonra da arxivlərdən, kitabxanalardan həmin mənbələri tapmaq mümkündür, bəs sosial şəbəkədə yazılanları necə əldə edəcəksən? Bir də təkrar edirəm ki, ədəbiyyatın rolu daha böyükdür. Yazıçılar Birliyinin rəhbəri kimi deyə bilərəm ki, dilimizin yad təsirlərdən qorunması, müdafiəsi və inkişafı baxımından bədii ədəbiyyatın rolu əvəzedilməzdir. Dil canlı orqanizmdir. Zaman keçdikcə yeni tələblər ortaya çıxır və dil ona uyğunlaşmalıdır. Sözsüz ki, klassik ədəbiyyatın təbliğinə xüsusi diqqət yetirmək lazımdır. Bu, çox ümdə məsələdir. Təəssüf ki, indiki dövrdə klassik ədəbiyyatın təbliğindən razılıq edə bilmərik. Yaxşı bir atalar sözü var: “Keçmişinə güllə atanı gələcəkdə topa tutarlar”. Onları oxumadan, öyrənmədən, tanıtmadan ədəbiyyatı təbliğ etmək mümkün deyil. Klassik yazıçılarımız haqqında filmlər çəkilməlidir. Yeri gəlmişkən, deyim ki, mən onlardan dördü – Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Hüseyn Cavid və Üzeyir Hacıbəyli haqqında sənədli film çəkmişəm. İndi də Cəfər Cabbarlı haqqında filmin ssenarisini yazmışam və çox istərdim ki, onun çəkilişləri alınsın. Hazırda həmin filmin çəkilişi üçün vəsait tapılmır. Bizim digər klassiklərimiz haqqında da filmlər çəkilməli, başqa müəlliflər də bu işə qoşulmalıdır. Bu gün ədəbiyyatı təbliğ etməyin ən yaxşı yolu televiziya və ekran əsərləridir. İnsanlar bəzən kitab oxumağa vaxt tapmır, amma ekran vasitəsilə həm əsəri tanıyır, həm də yazıçının həyatını görür və bu, ədəbiyyata marağı artırır. Ona görə də bu sahəyə mütləq vəsait ayrılmalı, bu işə ikinci dərəcəli məsələ kimi yox, prioritet kimi baxılmalıdır. -Müasir əsərlərin, eləcə də mətbuatın, televiziya və radionun dili sizi qane edirmi? -Biz bir neçə dəfə AYB-də həmin məsələyə həsr olunmuş müşavirə keçirmişik, xüsusilə mətbuat səhifələrində gedən dil xətaları ilə bağlı ciddi narahatlığımızı ifadə etmişik. Efirdə və mətbuatda gedən dil xətaları, yanlış ifadələr, jarqonlar barədə konkret misallar, nümunələr göstərmişik. Yersiz ifadələr, düzgün olmayan cümlə quruluşu, yol verilən üslub səhvləri haqqında müzakirələr aparmışıq. Açıq demişik ki, tamaşaçı və oxucu ilə belə dildə danışmaq olmaz. Bizim əlimizdən gələn budur: xəbərdarlıq etmək, yanlışdan çəkindirmək, düzgün olanı göstərmək, istiqamət vermək. Bacardığımızı edirik ki, dilimizin saflığı qorunsun, onun qayda və qanunlarına əməl edilsin. Lakin onun həyata keçməsi və həlli təkcə bizdən asılı məsələ deyil… – Dilimizin gələcəyi üçün hansı tədbirlər görülməlidir? – Bu, ötəri iş deyil. Dil hamı üçün doğma olan məsələdir. Mirzə Cəlil demiş, o dildəki anamız bizə layla çalıb, gərək onun saflığını qoruyaq. Bu məsələ ilə bir ay, bir il, iki il məşğul olmaqla istədiyimizə nail ola bilməyəcəyik. Bu elə vacib məsələdir ki, onunla daim məşğul olmaq lazımdır. Hər kəs bu işi özü üzərinə götürməli və özündən asılı olanı etməlidir. Birinci növbədə mətbuat işçiləri öz yazılarının dil və üslub xüsusiyyətlərinə xüsusi fikir verməlidirlər. Gərək sən özün nümunəvi olasan ki, başqalarından da bunu gözləyəsən. Yazıçı masanın arxasına keçəndə, qələmi əlinə götürəndə oxunaqlı və maraqlı yazmaq haqqında ciddi düşünməlidir. Çox vaxt qəzet və jurnallarda böyük-böyük materiallar çap olunur, amma heç kəs oxumur. Elə yazmaq lazımdır ki, oxucunu cəlb etsin, maraqlı olsun. Həcm heç nəyi həll etmir, əsas onun mahiyyətidir. Eyni zamanda, dilin xüsusiyyətlərini, incəliklərini bilən və ondan düzgün, yerli-yerində istifadə edən müəllifin yazıları həm cəlbedici, həm də oxunaqlı olur. Yaxşı yazının dili də yaxşı olur. Müəllifin deməyə sözü, fikri varsa o, fikrini ifadə etmək üçün dilin ifadə vasitələrini də tapır, onu çatdırmağa üsul da. Müəllifin deməyə sözü, tutarlı fikri yoxdursa, onda ümumi ifadə və ibarələrlə yazmağa məcbur olur. Bizim ən böyük problemlərimizdən biri də budur.
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasının növbəti ünvanı Ağ Şəhər bulvarıdır.
Son illər sürətlə inkişaf edən Bakının görməli yerlərinə yeni bir ünvan da əlavə olunub – Ağ Şəhər bulvarı. Ağ Şəhərdən Xəzərə açılan mənzərələr cazibədarlığı və rəngarəngliyi ilə bir-birindən fərqlənir. Bakının Ağ Şəhər bulvarında yeni infrastruktur ən müasir tələblər səviyyəsində qurulub.
Bu bulvar bir vaxtlar “Qara şəhər” kimi tanınırdı və burada bir çox sənaye müəssisələri yerləşirdi. Artıq bir neçə ildir ki, “Qara şəhər”in sənaye siması keçmişdə qalıb və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verib. Ağ Şəhər bulvarı öz təkrarolunmaz cizgiləri ilə regionun lider paytaxtı olan Bakının yeni müasir mərkəzinə çevrilib.
Bulvarın ümumi uzunluğu 2,7 kilometr, sahəsi isə 33 hektardır. Bu geniş ərazidə sakinlərin və şəhər qonaqlarının rahat istirahəti üçün hər cür şərait yaradılıb. Bulvar boyunca yerləşdirilən futuristik və qeyri-adi dizayna malik dibçəklər, həmçinin əkilmiş ağac və müxtəlif bəzək kolları ərazinin ümumi estetikasını daha da zənginləşdirir. Rahat oturacaqlar, geniş gəzinti yolları və yaşıllıq zolaqları ziyarətçilərə sakitlik və dincəlmək üçün əlverişli şərait yaradır.
Ağ Şəhər bulvarının infrastrukturunun bütün elementləri ən müasir tələblər səviyyəsində qurulub. Bu layihə həm şəhərin ekoloji mühitinə müsbət təsir göstərir, həm də Bakı sakinləri üçün yeni, funksional və estetik baxımdan yüksəksəviyyəli ictimai məkan formalaşdırır.
Yolum kəndimizə düşdü bir səhər, O gün də məktəbi görməyə getdim. Açıb darvazanı çox ehtiramla O böyük binanı ziyarət etdim. Uşaqlıq çağımı saldım yadıma Şeir dəftərimə xatirə yazdım. Məcid müəllimin öz şagirditək Əyləşib dərsinə qulaq da asdım. Onu da deyim ki, Məcid müəllim İrəli qaçmağı heç xoşlamazdı… Əvvəl köhnə dərsi təkrar etdi o, Sonra da lövhədə bir kəlmə yazdı. Uşaqlar nə yazdım? Yaxşı kim deyər?
Oynadı havada balaca əllər: Müəllim mən deyim… deyim…deyim…lər Görən yormadımı o müəllimi? Yox, yox, hər səmimi sözü körpənin Yayılır ürəyə sarı yağ kimi… Uşaqlıq dövrünün öz aləmi var, Sadə görünsə də o, çox dərindir… Bizə əziz olan “müəllim” sözü Uşağın dilində daha şirindir. Dedi, bir də dedi “baba” sözünü, O xeyli dayandı “ata” sözündə… Balalar duydumu? Deyə bilmirəm, Mən qəhər duymadım onun üzündə… Bir kəlmə yüz dəfə yazıldı bəlkə, Səbrinə mat qaldım, o müəllimin! Sadəcə əlifba öyrətmək deyil, O, möhkəm özlünü qoyurdu elmin.
“Bünövrə daşları” düşdü yadıma, Bu gün durmayırsa qocanın özü Onun məqbərəsi qoy nurla dolsun! Dedim: bundan belə şeir yazanda Birinci misramın birinci sözü Əlifba öyrədən müəllim olsun!