Post Views: 119 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Xəstə təxəyyüllü,içləri kinli, Qalmayıb bir nəfər imanlı,dinli. Hər kəs özün sayır tanınmış,ünlü, Tanıya bilmirəm bu insanları. Hörmət də,izzət də,çəkilib ərşə, Dünyanın düzəni dönübdür tərsə. Qalmayib ehtiyac ehkama,dərsə, Tanıya bilmirəm bu insanları. Qanqallar boy atıb bağ olubdular, Təpələr çevrilib dağ olubdular. Kiçiklər böyüyə …
Azərbaycan ədəbiyyatı
Rahilə DÖVRAN.”Hələ vaxt var deyən kəsin”
Post Views: 85 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Hələ vaxt var deyən kəsin, Dünya çox çəkdi nazını. Fələk qəfil kəsdi səsin, Dünən qıldıq namazını. Inanmırdı Haqq yazana, Rişxənd edərdi azana. Çırpınırdı çox qazana, Itirdi çoxdan azını. Tamah hissi alovlandı, Gah itirdi, gah qazandı. Imanını, dini dandı, Kəsdi nəzir, niyazını. Qafil …
Abdulla MƏMMƏD.”Yaman uzun çəkdi sükutun dili”
Post Views: 106 Yaman uzun çəkdi sükutun dili, Gözlərim üşüdü lal baxışından. Mən kiməm alnımdan yazını silim? Qaçmağa yer də vox göz yağışından. Bu yağış daşlaşan sözləri yuyur, Hələ ki dərdimə acıyır səbrim. Bir yandan sükutun içimi oyur, Bir yandan dişini qıcıyır səbrim. Üzünə baxmağa baxışım aciz, Dinib-danışmağa söz tutmur dilim. Bu necə sevgidir,səssiz-səmirsiz, Sükutdan …
Abdulla MƏMMƏD.”Payız yaman tələsdi”
Post Views: 107 Külək çaldi yel kökləyən kamançani, Şahə qalxdi ağaclarin həyəcani. Yarpaq örtdü yay ətirli göy xonçani, Payız yaman tələsdi. Susdu şirin nəğməsi də turaclarin, Doluxsundu nanəsi də yamaclarin. Həna yaxib əllərinə ağaclarin Payız yaman tələsdi. Gözüm düşdü ağaclarin sirğasina, Əsmə külək, sirğa düşər, sirğa sinar! Həsrət qaldi bu cöllər də durnasina, Payız yaman …
Mais TƏMKİN.”Yığır məni”
Post Views: 77 Bəlkə, mənə ərki var, Dərdin boşu, bərki var. Fələk verən dərd ki var; Boğaza yığır məni! Dad, bu dərddən, dad, Ağa, Qoy, bu dərdə qadağa. Salıb dilə, dodağa, Ağıza yığır məni. Soruşmadan ismimi, Oda yaxır cismimi. Gündə çəkir rəsmimi, Kağıza yığır məni!..
Mais TƏMKİN.”Ölüm…”
Post Views: 91 Canım zülümdən qurtulur, Ötüb çağla dil-dil, ölüm. Sevincimdən ağlayıram, Sən də mənə bax, gül, ölüm! Üstümə ağ kəfən sərib, Dostunu çox sanma qərib. Mübarək əlinlə dərib, Başım üstə səp gül, ölüm… Düşünmə ki, yerim dardır, Tanrım hər vaxt mənə yardır. Gözüm üstə yerin vardır, Nə vaxt gəlirsən, gəl, ölüm!
Müzəffər MƏZAHİM.”Saxlaya bilmədik”
Post Views: 88 Qonşu olduq itlə, əldə Çomaq saxlaya bilmədik. Çatan gəlib od apardı, Ocaq saxlaya bilmədik. Nahaqla qaldıq üz-üzə, İnanan olmadı düzə, Yandırıb verdilər bizə Çıraq, saxlaya bilmədik. Bəxtimizə doğmadı gün, Yollarımız düyün-düyün. Ruhumuzu qisas üçün, Oyaq saxlaya bilmədik. Açdıq yurdun yarasını, Tapammadıq çarasını, Kiçiltdilər Qarasını, Heç bağ saxlaya bilmədik. Anlamadıq himi-cimi, Aldatdılar naşı …
Müzəffər MƏZAHİM.”Onlar ucaltdılar”
Post Views: 133 (Türkiyənin Soma kömür mədənlərində faciəvi şəkildə həyatlarını itirən mədənçilərin əziz xatirələrinə) Kömür mədənləri, yeraltı dünya… Zülmətin çəkisi ümiddən ağır. Burda işçilərin qara bəxtinə, Qara “buludlar”dan qara qar yağır. Buranın göyü də, yeri də qara, İşıq həsrətini qaranlıq boğur. Burda nə axşam var, nə də ki səhər, Burda nə ay çıxır, nə günəş …
Sumqayıtda Əməkdar artist Azad Şűkűrovla görűş keçirilib
Post Views: 130 Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində Mədəniyyət və Incəsənət Universitetinin dosenti, kafedra műdiri, Əməkdar artist Azad Şűkűrovla görűş keçirilib. H.Ərəblinski adına Sumqayıt Dövlət Dram teatrının aktyoru, Əməkdar artist Rauf Ağakişiyevin aparıcılığı ilə keçən tədbirdə Azərbaycanın müstəqillik qazanması, xalqın bu yolda göstərdiyi şücaət və qəhrəmanlıqlar, 25 ildə qazanılan iqtisadi-siyasi uğurlar haqqında məlumat verilib. …
Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək
Post Views: 97 Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbirə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərir. Kitabın müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır. Təqdimat 2016-cı il 21 oktyabr tarixində “Azərbaycan …
“Buta” almanaxının təqdimat mərasiminin vaxtı dəyişdirilib
Post Views: 119 Respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Ziyalı Ocağı” İctimai Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində işıq üzü görən “Buta” almanaxının təqdimat mərasiminin vaxtı dəyişdirilib.Cari ilin sentyabr ayının 23-də “Buta” almanaxının təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulsa da, müəyyən səbəblərdən təxirə salınmışdı. Birliyin mətbuat xidmətindən edebiyyat-az.com-a bildiriblər ki, cari ilin dekabr ayında …
“Dini motivli şeirlər” müsabiqəsinin qaliblərinin adları açıqlanacaq
Post Views: 81 Azərbaycan Yaradıcılıq Fondunun və Dini İşlər üzrə Dövlət Komitəsinin birgə elan etdiyi “Dini motivli şeirlər” müsabiqəsinin qaliblərinin adları açıqlanacaq. Fondun mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, yaxın günlərdə ictimaiyyət nümayəndələri və media təmsilçilərinin iştirakı ilə keçiriləcək təqdimat mərasimində yazıları çap olunan müəlliflərə kitab hədiyyə olunacaq. Qeyd edək ki, müsabiqəyə 65 müəllifin yazısı təqdim …
Əjdər Olun yaradıcılığına həsr olunmuş bədii-qiraət müsabiqəsi keçirildi
Post Views: 101 Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin, və S.Vurğun adına Mərkəzi Kitabxananın birgə təşkilatşılığı ilə şair Əjdər Olun yaradıcılığına həsr olunmuş bədii-qiraət müsabiqəsi keçirilib. Şairin özünün də qatıldığı müsabiqə S.Vurğun adına Mərkəzi Kitabxanada keçirilib. Müsabiqədə Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabna Sisteminin oxucuları iştirak ediblər. Tədbiri giriş sözü ilə Sumqayıt …
Rafiq ODAY.”Yazığın gəlsin”
Post Views: 81 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Çiynini fil yükü altına vermə, Qarışqa, özünə yazığın gəlsin. Misqalla ölçülən öz yükün ilə, Barış qal, özünə yazığın gəlsin. …
Kənan AYDINOĞLU.”Azərbaycanın”
Post Views: 80 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Müstəqil müsair Azərbaycan dövlətinin müstəqilliyinin bərpasının 25 illik yubileyinə Ruhuma dopdoğma duyğular kimi, Sevinir Xəzəri Azərbaycanın. İslam dünyasında sülh tərəfdarı, Tanınır səfəri Azərbaycanın. Günü başlayasan Haqqın sözündən, Aləm yaradasan, dünya, özündən. Şükürlər olsun ki, yenə gözündən, Dağılır kədəri Azərbaycanın. Yenə dilə …
Rahilə DÖVRAN.”Nur tuluqları”
Post Views: 153 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Yenə kövrəlibdir, dolub buludlar, Üzləri çevrilib ana torpağa. Görünür göylərin yerə sözü var, Güman var gürşada, ya leysan yağa. Günəş də tutulub, qaş- qabaqlıdır, Dağlarda, düzlərdə sərin meh gəzir. Şimşəklər pusquda, himə bağlıdır, Dişlərin qıcırdıb, əmrə müntəzir. Təlaşla alçaqdan uçuşur quşlar, Öncədən …
Rahilə DÖVRAN.”Bilmədin”
Post Views: 84 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Könül dəftərim” – silsiləsindən Heç də sanma asandı, Canım alışdı yandı. Yazıq könlüm usandı, Sevdamı sən, bilmədin. Ey daş ürək, gül sinə, Yol tapmadım köksünə. Məni qoydun pis günə, Heç dərdimi, bölmədin. Olacaqdın baş tacım, Dərdlərimə əlacım. Xoş ağrımsan, xoş ağrım, Baxma …
Abdulla MƏMMƏD.”Bu dünya eşqin qəfəsi”
Post Views: 80 Etibar qalmayıb daha, Yüyəni dartılan ata. Dərdimiz sevincdən baha, Yol gedirik bata-bata. Azı yox,çoxu itirib; Atdığı oxu itirib, Gecələr yuxu itirib, Gündüzləri yata-yata. Günlər gerçəkmi,yuxumu? Dərd bada verib çoxunu. Səpmə ayrılıq toxumu, Aşıma duz qata-qata. Bu dünya eşqin qəfəsi, Sevinci nəfsin köləsi. Buz dadır ilıq nəfəsi, Dərdə ocaq çata-çata. Bu bəxt ki …
Abdulla MƏMMƏD.”Məzarımda bitən çiçək”
Post Views: 91 Bu çiçəyin rəngi sarı, Ləçəyi qəm naxışlıdır. Boylanıb qəbrimə sarı, Çiçək həsrət baxışlıdır. Bu gül gözümdə göz dağı, Nisgili ürək ağrıdır. Bu gül sükutun söz dağı, Bağrımı üzən agrıdır. Göz yaşı şeh olan gülün Sevgisi dünya qədərdir. Gözü yolda qalan gülün Qəlbini qırmaq qədərdir. Gözü yaşla dolsa belə, Gül unutmaz gül eşqini. …
Mais TƏMKİN.”Bir adam tapmadım…”
Post Views: 82 Doğmalar yanında günahkaram mən, Qohumun, qardaşın yadam içində. Haqqımı car çəkib yaya bilmirəm, Boğulub qalıbdır sədam-içimdə. Kiminsə biganə, ögey baxışı, Salıbdır üzümə nifrin naxışı. Ələnir üstümə qarı, yağışı, Mən necə yaşayım bu dam içində? ,,Haqq” deyən haqqımı əlimdən alıb, Xoş keçən günümü pis günə salıb. Həyatım bir teldən asılı qalıb, Ürəyim haqq …
Mais TƏMKİN.”Olmadı”
Post Views: 83 Mərdi ocaqda qaladı, Yurdunu çapdı, taladı. Namərd haqqı tapdaladı, Ona söz deyən olmadı. Qəmə tuş görüb anımı, Dişimə çəkdim canımı. Həqiqətin ünvanını Sordum, düz deyən olmadı. Yatmışıq, şirin röyadan Yoxdu bizi bir oyadan. Çıxıb gedək bu dünyadan, Dünya biz deyən olmadı.
Müzəffər MƏZAHİM.”Türküm, özünə gücən!”
Post Views: 90 Yenə də həmlə var yüz yerdən sənə, Ey Türküm, sıx dayan, səfini pozma. Qoyma zərbə dəysin bu şərdən sənə, Qoru qürurunu, kefini pozma. Sən qranit dağsan, əyilməz, mətin, Çox küləklər əsib başının üstən. Dözüb tablamısan olsa da çətin, Bir daş da qopmayıb daşının üstən. Sən öz dərdlərinə özünsən şəfa, Vermə yad əlinə …
Müzəffər MƏZAHİM.”Torpaqlarımız”
Post Views: 87 Fərəhim, iftixarım, ey qarı torpaqlarımız, Ən qədim tariximin memarı torpaqlarımız. Keçdi düşmən əlinə fitnə-fəsad, hiylə ilə. İndi yoxdur əlimizdə yarı torpaqlarımız. Hərə bir tarix icad eyləyərək işğal edib, Amma hifz etmədədir aşkarı torpaqlarımız. Başqasından kömək ummaqla qorunmaz ki, Vətən. Qayıda öz gücümüzlə barı torpaqlarımız. Gücümüz, qeyrətimiz bəs eləyər, tarixə bax, Yetirib gör …
Somerset Moem.”Şair” (Hekayə)
Post Views: 113 (İlk dəfə 1925-ci ildə “Böyük insan” adı altında nəşr edilib) Məni məşhur adamlar demək olar ki, maraqlandırmır. Həmişə əksər insanların tanınmış adamların heç olmasa, əlini sıxmaqdan ötrü əldən-ayaqdan getməsi acığıma gəlib. Mənə hansısa rütbəsi və ya xidməti böyük olan tanınmış bir adamla tanış olmağı təklif edəndə, çalışıram ki, üzrlü bir bəhanə tapıb …
Rahilə DÖVRAN.”Görən nədəndir”
Post Views: 88 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Uymayaq dünyanın cah-cəlalına, Sərvət də mənsəb də gəlib-gedəndir. Əlçirki,beşgünlük dünya malına, Bu qədər hərislik ,görən nədəndir? Alın yazıları heç baxmaz yaşa, İstər yüz il yaşa,istər az yaşa, Ömrü xərcləyərək vuranda başa, Dünyanı tərk edən cansız bədəndir. Ruh Rəbbə məxsusdur,dönər dərgaha, Dünya dəyişməklə …
Rahilə DÖVRAN.”Papaq”
Post Views: 89 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Sayılır şöhrəti ,sərvəti,varı, Dağların əlçatmaz başının qarı. Atanın,oğulun,ərin vüqarı Vətəndir,anadır bir də torpağı- Kişiyə qeyrətdir ,başda papağı. Papağın qisməti zirvədir,başdır, Papaq kişiliklə əkiz qardaşdır. Papaq namus rəmzi,qandır,yaddaşdır Dilində təkbiri,əldə bayrağı- Kişiyə qeyrətdir ,başda papağı. Papağı olan kəs heç vaxt əyilməz, Vətən qəhri …
Abdulla MƏMMƏD.”Səhvini arama məndə”
Post Views: 82 Nəyim var ki göz dəyəsi, Gözün qala,göz yiyəsi? Üzün də yox söz deyəsi, Söz ağlayır həya canda. Hər gün qəmi qoyub dəmə, Üz vurdun üz tutub qəmə. Səndəmi düşdün qədəmə Eşq qapını dərd açandan?! Göz olub ayaq altına, Dünənini sal yadına. Qızaran gözün oduna Çarə olmaz həyəcandan. Dağ üstünə dağ qoymadın, Ürəyimdə …
Abdulla MƏMMƏD.”Məzarımda bitən çiçək”
Post Views: 88 Bu çiçəyin rəngi sarı, Ləçəyi qəm naxışlıdır. Boylanıb qəbrimə sarı, Çiçək həsrət baxışlıdır. Bu gül gözümdə göz dağı, Nisgili ürək ağrıdır. Bu gül sükutun söz dağı, Bağrımı üzən agrıdır. Göz yaşı şeh olan gülün Sevgisi dünya qədərdir. Gözü yolda qalan gülün Qəlbini qırmaq qədərdir. Gözü yaşla dolsa belə, Gül unutmaz gül eşqini. …
Müzəffər MƏZAHİM.”Millətim”
Post Views: 107 Küsmə taleyindən, baxtından, oyan, Çox keçib durğunluq vaxtından, oyan, Enmə Şah İsmayıl taxtından, oyan, Qorqud ümidini, qırma millətim. Tarix ələyindən çıxmısan narın, Dünyaya bəllidir üzün, astarın, Düşmənin nə qədər olsa da harın, Önündə boynunu burma, millətim. Ləkədir yurdunda köçkünlük sənə, Nə verdi bu süstlük, üzgünlük sənə, Yaraşmır baxtından küskünlük sənə, Əlləri qoynunda …
Müzəffər MƏZAHİM.”Üç yol qoyub babalar”
Post Views: 95 “Oğul”-deyə ,- Vətən səni səsləyər, Qeyrətini görən düşmən həsləyər, Bu yurd səni bala kimi dəsləyər, Öz anana ya asi ol, ya şəhid. Bəxş edibdir Tanrı bizə bu yurdu, Gətiribdir kim bəd gözə bu yurdu? Qoru, qıyma yağı gəzə bu yurdu, Qul olmağa ya razı ol, ya şəhid. Göz dağıdır yanmış ellər, obalar, …
Sumqayıt şəhər uşaq incəsənət və musiqi məktəblərində Müəllimlər günü münasibətilə tədbirlər keçirilib
Post Views: 98 Sumqayıt şəhər uşaq incəsənət və musiqi məktəblərində Müəllimlər günü münasibətilə tədbirlər keçirilib. F.Əmirov adına uşaq musiqi məktəbində baş tutan tədbirdə müəllimlər Vüqar Nəcəfovun ifasında “Segah təsnifi”, Şöhrət Qocayevin ifasında “Baş Sarıtel” (Saz), məktəbin xalq çalğı alətləri ansamblının ifasında “Azərbaycan xalq rəqsləri”ni alqışlarla qarşılayıblar. Q.Qarayev adına uşaq musiqi məktəbində və Ə.Bakıxanov adına uşaq …
Rahilə DÖVRAN.”Hardasan?”
Post Views: 138 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, (Müqəddəs Muhərrəm ayının gəlişi münasibəti ilə, – Ağamız Həzrəti İmam Zamana) Dünyaya hökm edir qolu zorlular, Səlibə başlayıb xaçlı ordular. Qüdsü, Kərbəlanı viran qoydular, Nəmrud övladları olub haqq basan, Qurbanı olduğum imam –hardasan? Qəzzə qarış-qarış od tutub yanır, Qahirə,həm Bağdad tankla şumlanır. …
Rahilə DÖVRAN.”Yazıq şeytan”
Post Views: 94 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Rəbb bəxş edən ömürü, Insafsızca taladıq. Şeytanmı verdi əmri? Suçu- suça caladıq. Çox vaxt səbəb tapıldı, Dedik ,-nadan olmuşuq. Şeytana şər atıldı, Dedik,,- ona uymuşuq. Hər günaha baş vurub, Etdik,- “”lənət şeytana”. Şər əmməldən tor qurub, Onu gətirdik çana. Dolayaraq barmağa, Biz …
Polad SABİRLİ.”Gözəlim”
Post Views: 86 O,çiçək üzünə,gül sifətinə, Qıymayıb düşməyib xal ay gözəlim. Baxma əziyyətə,baxma çətinə, Sevginlə canımı al ay gözəlim. Doşabı bal ilə qatandan sonra, Şipşirin neməti udandan sonra, O bal dodağından dadandan sonra, Dadını itirib bal ay gözəlim Yatdım eşq bağında dincəldim yarın, Axır ki,qazandım dünyanın varın, Çox adam dəymişin axtarır narın, Mənimçün şirindir kal …
Polad SABİRLİ.”Görəsən ölmürəm ki, mən?”
Post Views: 87 Dərgahına sıgınmışam, Tanrım versin mətləbimi. Sac üstündə qovrulmuşam, Qorumuşam məzhəbimi. Eşq sinəmdə qan ağlayır, İtib könlümün sahmanı, Ruh ağlayır,can aglayır, Allaha qalıb gümanı. Öz eşqimin çəkə-çəkə, Dərdini mən kamilləşdim, Sözdən qala tikə-tikə, Oturub sözlə əlləşdim. Çıxdı canımın dərisi, Döyülmədim üyülməkçün. Olmadım şöhrət hərisi, Kiçilmədim böyüməkçün. Dolub qara bulud kimi, Boşala bilmirəm ki,mən, …
Abdulla MƏMMƏD.”Üzünün suyundan gözüm su içmir”
Post Views: 107 Üzünü ağ etmir üzgörənliyin, Üzünün suyunu töküb gedirsən. İçindən bulanıb üzünün suyu, Suyunda lillənib çıxıb gedirsən. O qədər üz görüb üzün dünyada, Üzünün ağlığı üzdə qalmayıb. Üzünü çevirib üzlər üzündən, Üzünə üz tutan üz də qalmayıb. Üzünün suyundan gözüm su içmir, Üzündə bozarır saxta qürurun. Səndə bu üz ki var,çətin durula Üzündə,gözündə …
Abdulla MƏMMƏD.”Atamın əlinə baxıram, gülüm”
Post Views: 90 (“Tələbəlik illəri” silsiləsindən) Atamın əlinə baxıram,gülüm, Özüm qazanmıram çörəyi hələ. Dost-tanış yanında gödəkdir dilim, Rahat nəfəs almır ürəyim hələ. İyirmi yaşımı haqlasam belə, Əl tuta bilmirəm ata-anama. Bacara bilmirım ürəyim ilə, Hələ tələbəyəm məni qınama. Mən ki bir ocağı qoyub gəlmişəm, Orda məndən həsrət gizləyənlər var. Demirəm-obamdan doyub gəlmişəm, Yolumu ümidlə gözləyənlər …
Müzəffər MƏZAHİM.”Dərdimi yazmır qələm də”
Post Views: 85 Pozulubdur sığalları, Sevməz daha nağılları, Bu torpağın oğulları, Dözümə düşmən kəsilib. Basılıbdır sərhədlərim, Haya gedib igidlərim, Səbr verən öyüdlərim, Özümə düşmən kəsilib. Sevincim əsirmi qəmdə? Bu millət qalmaz ələmdə. Dərdimi yazmır qələm də, Sözümə düşmən kəsilib. Oyatmışam yaddaşı da, Yanır bağrımın başı da, Daha gözümün yaşı da, Gözümə düşmən kəsilib.
Müzəffər MƏZAHİM.”Şəhid oldu, itkin düşdü oğular”
Post Views: 79 Tutduqları ən müqəddəs bu yolda, Şəhid oldu, itkin düşdü oğular. Büdrəmədi bu aşrımda, bu yalda, Şəhid oldu, itkin düşdü oğullar. Vurşdular, dönmədilər geriyə, Bəxt qoymadı həsrət buzu əriyə, Anaların qəlbi döndü körüyə,- Şəhid oldu, itkin düşdü oğullar. Arzuları bir sönməyən günəşdir, Sevgiləri göylər qədər genişdir, Qovğalardan bu da belə dönüşdür,- Şəhid oldu, …
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 131 illik yubileyi münasibətilə Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Post Views: 76 Azərbaycanın dəyərli oğlu, dahi bəstəkar Üzeyir Hacıbəylinin 131 illik yubileyi münasibətilə Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib. “28 May” mədəniyyət evi də bu tədbirlərə “Xalq teatrı”nın tamaşasıyla qatılıb. Belə ki, mədəniyyət evinin nəznində fəaliyyət göstərən “Xalq teatrı” tərəfindən Üzeyir bəyin “Arşın mal alan”, “O olmasın, bu olsun” və “Leyli və Məcnun” operettaları …
Gülnar MAHMUD.”İri gözlər” (Hekayə)
Post Views: 122 – Ay Zibeydə xala, deyirəm qorxu qalıbe bu Asimanın canında. Hər gecə yerindən dik atılır. Müharibədə necə qorxu keçiribsə, elə o vaxtdan heç canından çıxmır da. Deyirəm bəlkə bir çildağçıya göstərək? – çıxılmaz vəziyyətdə qalan Minəxanım qaynanasından kömək istədi: – Amma heç bilmirəm bunu ona necə deyim, ora necə aparım? Bəlkə səni …
Esmira RƏHİMLİ.”Ey ağıl sahibi, ağla, nə gülürsən, nə gülürsən?”
Post Views: 87 Ey ağıl sahibi, ağla, nə gülürsən, nə gülürsən? Üz döndərib cahillərdən, nə gəlirsən, nə gəlirsən? Ləçək endi yarpaq üstə, şehmi düşdü torpaq üstə? Yanağından gizli-gizli nə silirsən, nə silirsən? Anladınmı, diliqafil, bu dünyanın vəfası yox, Fəlakətdirmi göz yaşın, nə deyirsən, nə deyirsən? Şükür imanın yarısı, imandır eşqin hamısı! Ey çoxbilmiş, söylə qeybdən …
Esmira RƏHİMLİ.”Məni bu oxla vuran səyyadi-zaman kim idi?”
Post Views: 89 Məni bu oxla vuran səyyadi-zaman kim idi? Bəlkə siz görmüsünüz alanda nişan kim idi? Yazıq deyilmi ürəyim, boyana al qanına? Özü zalım, üzü göyçək, qaşı kaman kim idi? Təzə ay tək görünüb, çəkilib getdi bizaman, Söylədim insaf elə, etmədi aman, kimi idi? Bir haray salıb eşq ilə, oyadıbdır aləmi, Mən özüm naleyi-zaram, …
Vüsal YURDOĞLU.”Bir dənəm…”
Post Views: 89 Nə soyuqdur həsrətinin yağışı, Üşüdəcək pəncərəmi bu gecə. Məndən başqa birisiylə yox işi, Təkcə məni öldürəcək bu gecə… Amansızdır payızının ilk seli, Aparacaq ümidimi özüylə. Qoparacaq ürəyimi yerindən, Oynayacaq tənhalığın nazıyla… Həsrətinin yağışları narındır, Bu yağışlar sanki, mənim yarımdır. Bir də mənim ağlamağım varımdır, Geri qalmır göz yaşlarım yağışdan… Gözlərimdə sənsizliyim sellənir, …
Vüsal YURDOĞLU.”Qadın”
Post Views: 91 Ey payız donuna bürünən qadın, Səni üşütmürmü soyuq gecələr? Gözümə xəzan tək görünən qadın, Düşəcək dərdimdən duyuq gecələr! Sənin varlığından uzaq olanda, Donur dilim, ağzım, titrər dodağım. Gedirsən, arxandan baxa qalanda, Qışdan yaza çıxmır mənim sorağım! İtir məhəbbətim xəzəl altında, Tapdanır hisslərim, tapdanır canım. Soyuq gecələrin hər buludunda, Coşur həsrətinə olan üsyanım… …
Kənan AYDINOĞLU.”Oğuz TÜRKLƏRİYİK Biz!”
Post Views: 81 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Haqqa doğru can atıb, Əqidəmdən dönmədim. Göy üzündə ulduz tək, Gecə-gündüz sönmədim Oğuz TÜRKLƏRİYİK Biz! Boyumuz Bayat boyu. Hikmət dolu “Quran”a, sarıldım ömrü boyu. Həzrət Muhəmməd ümməti, İbrahimin nəslindənik. Haqq “Quran”ı rəhbər tutub, Ömrün bahar fəslindənik. Füzuli babamız kimi, Şiəliyi təbliğ …
Kənan AYDINOĞLU.”Gözəl şairim mənim, Sizə Salamlar olsun!”
Post Views: 89 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nəğməkar-şairə Zeynəb xanım Dərbəndliyə sevgi və sayqılarla! “Dəmir qapı” Dərbəndi yadına salıb, gələn, İlahi gözəllikdən ilhamın alıb, gələn, Qədim diyarda yenə xəyala dalıb, gələned Gözəl şairim mənim, Sizə Salamlar olsun! Tarixi varaqladım qədim bir kitab kimi, Dünya göründü mənə qaçılmaz əzab …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 74 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, ƏLİNCƏ “Vətənimdir” – silsiləsindən Əlincə- dedikdə, vaxt, zaman durur, Əlincə- söylənsə, qəlb möhkəm vurur. Əlincə- ürəkdə, iftixar, qürur, Hünər, qeyrət, namus – adlı düşüncə, Dünya dəyişsə də, yaşar Əlincə. Əlincə- tarixin daş səlnaməsi, Əlincə- xalqımın daşlaşmış səsi. Əlincə- Turanın zəfər nəğməsi, Diz …
Abdulla MƏMMƏD.Yeni şeirlər
Post Views: 85 SƏHVİNİ ARAMA MƏNDƏ Nəyim var ki göz dəyəsi, Gözün qala,göz yiyəsi? Üzün də yox söz deyəsi, Söz ağlayır həya canda. Hər gün qəmi qoyub dəmə, Üz vurdun üz tutub qəmə. Səndəmi düşdün qədəmə Eşq qapını dərd açandan?! Göz olub ayaq altına, Dünənini sal yadına. Qızaran gözün oduna Çarə olmaz həyəcandan. Dağ üstünə …
Saqif QARATORPAQ.Yeni şeirlər
Post Views: 77 * * * Yarpaq-yarpaq tökülür günlərimiz payıza, Yaşayırıq birtəhər… qəlbdən qan sıza-sıza. Dərdi tək çəkənlərin payız köhnə tanışı. Nə vaxtdı biz susmuşuq, xatirələr danışır. Mən də sənə oxşadım, yıxıldım qürurumdan. Üzü üstə düşmüşəm, yox qolumdan qaldıran. Eh…beləymiş ömür-gün? nə var çıxır əlindən. bir ovuc xəzəl qalır bir bağcanın gülündən… İndi gecdi bəlkə …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 80 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü SAVALAN DAĞININ İran təəssüratları Hər kəndə, kəsəkdə aldım salamlar, Sevindim səhərlər, güldüm axşamlar, Gördüm tanış üzlər, doğma adamlar, Savalan dağının ətəklərində. Öpüb torpağını bağrıma basdım, Şirin nəğmələrə mən qulaq asdım, Qəlbimi ulduzlu göylərdən …
Müzəffər MƏZAHİM.Yeni şeirlər
Post Views: 85 EYLƏDİ Tuş olduq namərdə, pisə, Bədəbəddə durdu üzə, Bəxt də bizdən küsə-küsə, Ümidləri puç eylədi. Birləşdi kafər dığalar, Yağlandı yavan yağılar, İçimiz tökdü ağılar, Dərdi başda tac eylədi. Yanan da biz, yaman da biz, Haqlıykən haqq uman da biz, Olmadıq heç amanda biz, Amansızlar güc eylədi. Gülü bülbülsüz qoydu sar, Qışa əsir …
Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Səməd Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə “Söz-2016” Poeziya bayramı keçirilib
Post Views: 96 Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Səməd Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə “Söz-2016” Poeziya bayramı keçirilib. Tədbirdə AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan və S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova çıxış edərək “Söz” bayramının 1997 – ci ildən bu yana hər il keçirildiyini və poeziyasevərlər tərəfindən rəğbətlə qarşılandığını bildiriblər. Sonra …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 77 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, DONUB SÖZLƏRİM “Könül dəftərim” – silsiləsindən Yenə də bürüyüb qəlbi sis, duman, Dikilib yollara nəmli gözlərim. Həmdəmim, təsəllim lal, dinməz güman, Dildə buz bağlayıb, donub sözlərim. Ömür təqvimimdən, asılıb kilid, Sənsiz keçən günü, yaşamıram mən. Paslanıb saatın əqrəbi, mili, Isti yuvamızı sən …
Abdulla MƏMMƏD.Yeni şeirlər
Post Views: 88 TANRIM,MƏNİ O DÜNYAYA BAĞIŞLA! Bu dünyanı talan-saldı düyünə, Allı-güllü yalan saldı düyünə. Köçən köçdü,qalan qaldı bu günə, Tanrım,məni o dünyaya bağışla. Kimə baxsan-ürək dolu,göz dolu, İş görəndən vəd verən çox-söz dolu, Sevinənim,gülənim yox göz dolu, Tanrım,məni o dünyaya bağışla. Nə insaf var,nə mürvət var dünyada, Haqqı danan hərəkət var dünyada, Daşdan çıxan …
Saqif QARATORPAQ.Yeni şeirlər
Post Views: 91 Mən də yağışa qoşulsam pis olmaz Yenicə çıxmışdıq elə küçəyə Bir qəfil yağışa düşdük,nə düşdük… Elə islandıq ki yağışın altda Yayın ortasında birdən üşüdük. Dodağın şeh düşən çiçəyə döndü, Yapışdı əyninə sarı köynəyin… Bilmirəm,əllərim nə üçün əsdi Ürəyim bəs niyə belə göynədi? İslandı yağışda baxışlarımız, Nəfəsin üzümə elə toxundu… Özümdən xəbərim yoxdu,əllərim …
Kənan AYDINOĞLU.Şeirlər
Post Views: 89 DURAYDIM YANINDA SƏSSİZ-SƏMİRSİZ Bəzən də oturub düşünürəm ki, Salammı söyləyək keçən günlərə?! Qəlblərdən süzülüb xatirə kimi, Narahat boylanan köçən günlərə. Axı ömrümüzün dünən, bu günü, Gəlib qapımızın önündə durur. İnan ki, özümdən qabaq qələmim, Gizlində də “Sevgi sarayı” qurur. Yeni söz ordumun hər bir əsgəri, Yolunu gözləyir səndən xəbərsiz. Qayıdıb gəlsəydin sarayına …
Rafiq ODAY.”Bir dəmi gəlsin”
Post Views: 98 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Uydum ulduzların ən qəlbisinə, Çətin bu ulduzla bu qəlb isinə, Nə qədər gəzdirsin daş qəlbi sinə? – Nə qədər …
Qafqaz ƏVƏZOĞLU.”Şəhidlərə”
Post Views: 164 Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı Bu Vətən naminə varsa ölən kim, Həmişə bizimlə yaşayacaqdır! Ən uca zirvədə qərar tutub o, Şəhidlik adını daşıyacaqdır! Bu adın önündə baş əyirəm mən, Durub üz tutduğum qibləgahımdır. Dünən özlərini şəhid edənlər, …
Nisə QƏDİROVA.”Döndü”
Post Views: 106 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Bu sevgiyə mənim dedim, Sevgim selə, suya döndü. Odu söndü ürəyimin, Qaranlıq quyuya döndü. Dərd gətirir axar sular, Gah bulanar, gah durular. Bir dar ağacı qurula, Bəlkə yatan küyə döndü. Haqqı satıb yeyən vardı, …