Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” adlı layihə çərçivəsində “Bölgələrdən səslər” kitabının ikinci hissəsi nəşrə hazırlanır.Layihənin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyi Təsisçilər Şurasının başqanı Əkbər Qoşalıdır.Lahiyə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan istedadlı gənc yazarların özkeçmişləri, ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanaraq “Bölgələrdən səslər” də kitablaşdırılacaq.
Qeyd edək ki, “Bölgələrdən səslər” kitabının birinci hissəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” adlı layihə çərçivəsində 2012-ci ildə “Bilik” Poliqrafiya Mərkəzi tərəfindən 240 səhifə olmaqla 500 tirajla dərc olunub.Layihə rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, tərtibçisi Dünya Gənc Türk Yazarlar Birliyinin Baş katibi Rəsmiyyə Sabir, redaktorları Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşən Əzim, məsləhətçilər Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlirza Həsrət, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Məmməd Alim, Azərbaycan Yazıçılar Birliyinin Şəki Bölməsinin sədri Vaqif Aslan, Azərbaycan Yazıçılar Birliyinin Quba Bölməsinin sədri Ramiz Qusarçaylı, texniki redaktoru Bahar İsmayılova, üz qabığının tərtibçisi Nəvai Metindir.Kitabda 28 rayon və şəhərimzdən 75 gənc qələmin yazıları yer alıb. Onların bir çoxu respublika səviyyəsində ilk dəfə təqdim olunub.“Bölgələrədn səslər” respublikanın aparıcı kitabxanalarına pulsuz paylanıb.
Author: Delphi7
-
“Bölgələrdən səslər” kitabının ikinci hissəsi nəşrə hazırlanır
-
Debüt: Günel GÜN (Bakı şəhəri).Yeni şeirlər
Günel GÜN
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İdarə Heyətinin üzvüGünel GÜN (Lətifova Günel İzzət qızı) 1985- ci il avqust ayının 3-də Bakı şəhərində anadan olub. Bakı şəhəri F.Nəcəfov adına 266 saylı orta məktəbin məzunu olub. 2007-ci ildə Bakı Biznes Kooperasiya Universitetinin Maliyyə-Vergi Hüququ fakultəsini bitirib. Azərbaycan ,rus, türk, ingilis və digər dünya yazarlarının yaradıcılığı ilə tanışdır. 600- ə yaxın şeirin, 3 essenin və 1 dedektiv romanın müəllifidir. Musiqiyə olan həvəsindən dolayı 15-dən çox həvəskar bəstələri var, bəstələdiyi musiqilərin sözləri də Günel xanımın özünə məxsusdur. Bundan əlavə 2013 cü il aprel ayında Unisef və Gənclər Turizm Nazirliyinin birgə təşkil etdiyi ”Qısametrajlı filmlər”layihəsində, ssenarisi Günel xanıma məxsus olan “Səadət” filmi 3 yer almışdır. Günel xanım televiziya kanallarında dublyaj səslənməsində işləyir,Lider tv-nin efirində “Qida-mədəniyyətimiz”adlı layihənin baş redaktoru olmuşdur, eyni zamanda öz dilimizlə yanaşı rus, ingilis və türk dillərini bilir, şeirlərinin 200-dən çoxu türkcədir . Gənc şairəmizin yaradıcılığı fəlsəfi fikirləri ilə fərqlənir. Onun şeirlərində tanrıya inamı, həyatın fərqli hadisələrinə fərqli zəmində yanaşmasını sezmək mümkündür. Artıq Günel xanım “Günel Gün” təxəllüsü ilə oxucularını salamlamaq istəyindədir. Və bu ləqəbin izahını belə təhlil edir.”Hər yaradıcının fərqli dünyası var o dünya, kainatımızın günəşi ilə deyil öz günəşi ilə doğar və doğrular. Mənim dünyamı doğruldan günəşsə, məs adımdan sonra təxəllüsüm etibarilə doğan Gün ifadəsini təsdiq edən günəşdir. Ancaq bu təxəllüs mənim fikirlərimdə doğrulmasına baxmayaraq, öz ideyam deyil. Çox böyük və xüsusi hörmətim olan ,insanlığını çox sevdiyim, ən yaxın və ən əziz ifadələrini layiqincə qazanmış dostumdan hədiyyədir”.2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İdarə Heyətinin üzvüdür.
Düşüncələr.
Düşünürəm… bu anda mən nə görürəm?
Görmək hissi düşüncəyə aid deyil.
Düşüncədə hərflərdə samit deyil, sait deyil,
Düşüncənin sonuda heç sabit deyil!Düşünürəm gün gələcək…
Bu sözləri yazan bamaqlar məhv olaraq gedecək.
Nəyinki bu barmaqları, bu vücudu, bu varlığı
Hər kəs yaddaşdan siləcək.Bircə yad daş, görünəcək
Soyuq daşlar arasında
Rəsmi vardır daş başında
Ismi vardır başdaşında.Tək bununla, o kimsənin kimliyi kim?
Xatirlərdə bilinəcək.Düşünürəm … düşüncəmin soyuq düşüncələri ilə üşüyürəm.
Bəs bu nədir? Bəlkə yox olmaq qorxusu
Bəlkədə aşkar yuxusu, düşüncələr həyatimın
Tək cavabı, tək sorğusu,
Düşüncələr hisslərimin, söylədiyim sözlərimin
Vardır onlarda qorxusu.
Düşüncələr göz yumduqca yalnız görüntüyə gələr,
Onların məkanı dəniz, rəngi şəffaf, meyyarı su?Yoxsa dənizlərmi verdi, düşüncələri bizlərə?
Ağlamaq hissi nə imiş biz hələ bilmirdik hələ
Dəniz düşüncəni verdi,düşüncə dərdə çevrildi,
Dərdsə qərq oldu gözlərə, deyə bilmədi sözlərə
Dərd yenə suya çevrildi, göz yaşları süzülərək
Bənzədilər üzdəki, qırışlar ilə yanağ dağından asaraq
Görünən dolğun sellərə,
Yenə sellər aşdı – daşdı, töküldülər dənizlərə.
Düşüncələri dənizlər, dənizlər verdi bizlərə..?
Düşüncələr ağıllını dəli edər.
Düşüncələr insanı öz – özü üçün zəlil edən
Düşüncələr vardan yoxlar, yoxdan heçlər
Düşünsən ki, düşüncələr gəldi – gedər
Dərin düşün! Düşüncəni, verən bizə, vermədiki düşün hədər.
Rəbbim bizə bəxş etdiki düşüncəni,
Yaşamaq üçün hər günü maraq olsun təzə yeni.
Rəbbim bizə bəxş etdiki düşüncəni,
Dərk edək biz yaradanı, dərk edək həvva – adəmi.Həyat üstümüzə gəlir fərəhlə…
Həyat üstümüzə gəlir fərəhlə.
Bizsə gedəcəyik addımba-adım
Bu gün dalaşarsan daşla- kəsəklə
Dön! Və üzür istə addımba-addımDünən dili laldı, bugün gözü kor
Sabahsa qulağı eşitməyəcək.
Artıq pislikləri cin, şeytan deyil
onların yerinə insan edecək.Kiçik bir uşağa sual verirəm,
Cavabında mənə “bilmirəm” deyir!
Atası örgətmiş yoxsa anası,
Ancaq bilirəmki bu belə deyil
Bugunki zamanda bugün doğulan,
Dündən bətinində şeytanlıq edir.Dostum bu sözləri məcazi dedim,
Insanı gözü kor lal və kar dedim
Indidə izin ver dediyim sözün
Bildiyim qədərlə izahın edim.Dedim:- gözü kordur demədim görmür
Sən bugün gördüyün o dünən görmüş
Elə bir əməllə durub qarşında
Sən sabahda onu görməyəcəksən
Bəlkə görə bildin ahıl yaşında.Dedim:- dili laldı demədim dinmir
Sən dediklərinə o qulaq asır
Məgər bilmirsənmi ağıl hey susur
Danışanda yalnız hiylə danışırDostum deyəcəksən axı eşitmir
Mənim dediklərim hardan duyacaq.
Ona duyduğunu qulaqlar deyil,
Yenədə yenədə hiylə deyəcək.Həyat üstümüzə gəlir fərəhlə
Bizsə gedəcəyik addımba- addım
Bugün dalaşarsan daşla kəsəklə
Dön! Və üzr istə addımba-addım.Dostum bu dünyada hiylələr qurma
O dünyada yerin cəhənnəm olar
Daşı kəsəyidə incitmə, qırma
Rəbbim yaratmışsa haqqını sorar.Qorxu
Keçmişdən bu günə bir sirrlə gəldim,
Içimi içimdə mən hər an yedim,
Həqiqəti dandım, dana bilmədim,
Qorxduğum fikirlər məndən qaçsa da,
Mən nə qədər qaçdım, qaça bilmədim.
Istədim söyləyim qorxularımı,
İstədim toplayım yaxınlarımı.
Istədim o qorxunc yuxularımı,
Qışqırım ətrafa səs-səda kimi.
Çiskin yağış kimi, coşqun çay kimi,
Canlı təbiətə açım sirrimi.
Nə qədər istədim aça bilmədim,
Sıçraya bilmədim, saça bilmədim,
Qorxular! Bəzən çox bəsitlər, bəzən dolğunlar,
Qorxular! Insanın beynini gəmirir onlar,
Qorxular! O aləmdə qalma, səni boğarlar.
Bir qorxu məhv olsa, biri doğular.
Mən nədən qorxuram, niyə qorxuram?
Bəlkə bunu bilsəm, mən heç qorxmaram.
Doğulub-yaşayıb, mən yox oluram,
Ən böyük qorxum da bu yoxluqdadır.
Elə bu səbəbdir mən hey qorxuram,
Müxtəlif qorxular sarır qəlbimi,
Müxtəlif şübhələr tutur dilimi.
Bir də görürəm ki, əyib belimi,
Artıq nə etsəm də mən heç qorxmuram,
Qorxumun yerinə günlər sayıram.
O anda bir şeyi dərk edir insan,
Nəyi dərk etmişsə, qanmışsa əgər,
Nələr yaşamışdır bu günə qədər.
Demə, qorxu imiş bunu səbəbkar,
Sevgi də qorxudur, nifrət də qorxu.
Dərk etmək də qorxu, iffət də qorxu.
Həyatda yaşamaq, var olmaq qorxu,
Ölümə hazırlıq, yox olmaq qorxu.
Bütün hissilərə sızmış bu qorxu,
Bəzisi anlayır, anlamır çoxu,
Elə bilirlər ki, ötər bir hissdir.
Elə bilirlər ki, zamanla keçir.
Bu qorxu insana nələri deyir,
Hətta düşmənin də hirsdən oyansa,
Qarşında acıqla, kinlə dayanssa.
Qəlbindəki qorxu daha qorxuncdur,
Onun dediyini düşmən deyəmməz.
Bax, budur! Qorxumdan hər an qorxuram,
Qorxumu özümə bəyan edirəm.
Qaçıram qorxumdan, hey qorunuram,
Nə qədər qaçsam da, hara gedirəm?
Yenə də özümlə, qorxumla birəm,
Qorxunun da azı, çoxu var, inan!
Ən böyük qorxumuz Uca Allahdan!
Tək qorxum budur ki, ondan qorxmağı,
Bir gün silər, alar kiçik ağlımdan.
Dua edirəm ki, uca Rəbbimə,
Bu müdrik qorxunu çox görmə mənə.
Qoy qorxu yaşatsın bir ömür məni.
Qoy qorxu səslənsin ömrün dilqəmi,
Qorxu – qəlbdə yara, dildə dil qəmi.
Qorxudan dərs aldım hər düşüncəmi,
Qorxuyla qazandım itirdiyimi.
Qorxuyla yaratdı, yaşatdı məni,
Qorxuyla bitəcək həyatın dəmi.
Unutma! Allahdan gələn qorxunu,
Unutma! əvvəli, nə də sonunu! -
“Elimiz.günümüz” qəzetinin növbəti buraxılışı işıq üzü gördü
“Elimiz.günümüz”
“Elimiz.günümüz” elmi-ədəbi, mədəni-kütləvi, publisistik qəzetqəzeti ayda bir dəfə 16 səhifə olmaqla 1033 tirajla dərc olunur.Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.Əlyazmalar geri qaytarılmır.Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb səhifələnir və “Azərbaycan” nəşriyyatında çap olunur.Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.Dərc olunan materiallara müəlliflər cavabdehdirlər.
Tiraj: 1017
Dövrülüyü: ayda 1 dəfə
Təsisçi və baş redaktor: Qiymət MƏHƏRRƏMLİ
Tərtibatçı: Oqtay ORUCLU
“Elimiz.günümüz”qəzetinin dərc olunan növbəti buraxılışını əldə etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:
Website: htttp://edebiyyat-az.com
E-mail: Qiymet_549@box.az
Əlaqə telefonları: (012) 537 22 04; (050) 345 60 93; (055 781 61 72
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə -
“Vedibasar” qəzetinin növbəti buraxılışı işıq üzü gördü
“Vedibasar”
Müstəqil qəzet“Vedibasar” müstəqil qəzeti ayda iki dəfə, 8 səhifə olmaqla, 1000 tirajla dərc olunur.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 27 yanvar 2003 tarixli icazəsi ilə nəşr edilir.Məqalələr üçün müəlliflər məsuliyyət daşıyırlar.Qəzet “Vedibasar” qəzetinin kompyuter mərkəzində yığılır, səhifələnir və “Azərbaycan” nəşriyyatının mətbəəsində ofset üsulu ilə çap olunur.
Qəzet 2003-cü ildən çıxır
Dövrülüyü: ayda iki dəfə
Tiraj: 1000
Təsisçi və baş redaktor: Sərtib İSLAMOĞLU
Məsləhətçi: Azər ŞADLINSKİ
Redaktor: Nəsibə İSRAFİLQIZI
Müxbirlər:
Tacir SƏMİMİ,
Zaur VEDİLİ,
Füzuli CÜMŞÜDOĞLU,
Elxan NƏRİMANOĞLU,
Operator: Səbiqə RASİMQIZI
Dizayner: Mürvət SAHİBOĞLU
“Vedibasar”qəzetinin dərc olunan növbəti buraxılışını əldə etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:
E-mail: Vedibasar2010@mail.ru
Əlaqə telefonları: (012) 510 59 43; (050) 582 34 42
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə -
“Möhəşəm Azərbaycan” qəzetinin növbəti buraxılışı işıq üzü gördü
Müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzet olan “Möhtəşəm Azərbaycan” qəzeti ayda bir dəfə 16 səhifə olmaqla 1000 tirajla dərc olunur.Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.Əlyazmalar geri qaytarılmır.Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb səhifələnir, “Ekspress-servis” mətbəsində çap olunur.Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.Dərc olunan materiallara müəlliflər cavabdehdirlər.
“Möhtəşəm Azərbaycan” qəzeti yalnız Azərbaycan Respublikasında yayımlanmır.Eyni zamanda qardaş Türkiyə Cümhuriyyətinə-Türkiyə Yazarlar Birliğinə, Tokat Şairler ve Yazarlar Derneğine, Selcuk Universitetinə, Yıldırım Beyazid Universitetinə göndərilir.”Möhtəşəm Azərbaycan” qəzeti Azərbaycan mətbuatında dərc olunan mətbu orqanlar arasında yeganə mətbu orqandır ki, “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihələrini öz səhifələrində həyata keçirərək yazarlar olan bilgiləri ictimaiyyətin nəzərinə çatdırır.
“Möhtəşəm Azərbaycan” qəzetinin dərc olunan növbəti buraxılışını əldə etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:
Təsisçi və Baş redaktoru: Rafiq ODAY
Telefon: ( 018) 642 01 80; ( 070) 630 88 42
E-mail: office@edebiyyat-az.com
Elektorn orqan: edebiyyat-az.com
Ünvan: Sumayıt şəhəri, 2-ci mikrarayon. -
“Azad qələm” qəzetinin növbəti buraxılışı işıq üzü gördü
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzeti ayda bir dəfə 8 səhifə olmaqla bir dəfə 1500 tirajla dərc olunur.Qəzet 2006-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb.Qəzet “Azad qələm” qəzetinin kompyuter mərkəzində yığılır, səhifələnir və “Azərbaycan” nəşriyyatının mətbəəsində çap edilir.Qəzetdə gedən materillara görə müəlliflər məsuliyyət daşıyır.Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.
Qəzet 2006-cı ildən nəşr olunur.
Qeydiyyatı: 1944
Tiraj: 1500
Dövrülüyü: ayda 1 dəfə
Təsisçi və baş redaktor: Nəcibə İLKİN
Baş redaktorun müavini və baş məsləhətçi: Fazilə QAFARQIZI
Redaktor: Gülnar MƏHƏRRƏMOVA
Şöbə müdirləri: Mətləb KƏRİMOV, İlkin ƏHMƏDOĞLU
Məsul katib: Bikə İSMAYILQIZI
Əlaqə telefonları: 055 291 77 43; 050 367 75 43
Daxili nömrə: 5 29
E-mail: Azad_qelem@mail.ru
Website: http://edebiyyat-az.comÜnvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 7-ci mərtəbə
-
Nəcibə İLKİN.Yeni şeirlər
Dözmürəm soyuqluğuna
Nədəndi bu qədər soyuqsan mənə.
Yoxsa eşqimizi kədərmi uddu?
Dedin: «hər kəlmənlə dayaqsan mənə»,
Yoxsa sözlərin də sənə yad oldu?Bəlkə günahkaram, bəlkə suçunam?
Düşmüşəm ömrünün sevgi payına.
Mən həsrət qoxulu vüsal acınam,
Nə zaman çağırsan gəlləm hayına.Sənli yuxular da şaxtaya düşüb,
Taleyin boranlı yolları kimi.
Bəxtimin əlindən qismət şürüşüb,
Həsrətin bəmbəyaz ilqarı kimi.Payız libasında çiçəkli yazam.
Nağıla dönmüşəm qış gecəsində.
Bu eşqin önündə qəm dolu nazam,
Qalmışam taleyin bilməcəsində.Yenə qəm gecəsi, yenə gileylər,
Yenə ümidimə kəmənd atmışam.
Qınama, məni də yorub bəlkələr,
Özümlə-özümü çox aldatmışam.Məni hey isladır ümid yağışı,
Qorxuram bu eşqin buz nəfəsindən.
Üstümə zillənən soyuq baxışı,
Bir anda duyuram isti səsindən.Ərköyün sevginəm, götür ərkimi,
Sevgi dəlisiyəm, inan sən buna.
Sən yalan bir sözə dözməyən kimi,
Mən də ki, dözmürəm soyuqluğuna.Bu yağış
Döyür pəncərəmi payız yağışı,
Dəli sevgimizin göz yaşı kimi,
Səni arzulayır kövrək baxışım,
Neçə min illərin sirdaşı kimi.Elə möhtacam ki, bax bu an sənə,
Qəlbimin ağrısın yağış da duyur.
Səngimək bilməyə bu yağış yenə
Bəlkə sevgimizin günahın yuyur.Həsrət ünvanlıdı, vüsal gileyli,
Mənə gizli-gizli baxan bu yağış.
Baxışı Məcnundu, gedişi Leyli,
Sevdalı qəlbimə axan bu yağış.Gəl tut əllərimdən ürəyimizi –
Yağışın altında boşaldıb, doyaq.
Gizlədək, yağışdan gileyimizi,
Özümüz sevginin günahın yuyaq. -
Fazilə QAFARQIZI.”Tüpürcək” (Felyaton)
Tüpürcək
(Felyaton)
Dördüncü sinifdə oxuyurdum. Nə yaxşı oxuyurdum, nə də pis. Sentyabr ayı idi. Havalar çox soyuq keçirdi. Sinifdə də paltolu, yaylıqlı otururduq. Müəllimlərimiz də bizə qalın geyinməyimizi tapşırırdılar. Xəstələnəndə neçə gün dərsə getmirdik. Dərslərimiz yüklənirdi boynumuza. Bir gün dərsdə olanda sinfin qapısı döyüldü. Məktəbin direktoru və bir də tanımadığımız bir kişi içəri girdilər. Hamımız ayağa qalxdıq. Direktor “Salam uşaqlar”, dedi. Sinfin hamısı xorla, “Salam” dedik. Oturun, oturduq. Direktor həm müəlliməyə, həm də sinfə üz tutub özüylə gətirdiyi kişini bizə təqdim etdi:
-Uşaqlar bu gündən etibarən sizə rus dili fənnini Talış müəllim keçəcək. Çalışın diqqətlə öyrənin. Çünki rus dili dünya dilidir, dedi və getdi. Müəllim də onunla getdi. Böyük tənəffüsdən sonra birinci dəfə idi ki, rus dilini keçəcəkdik. Müəllim gəldi, jurnalı açdı. Tanışlıq üçün adlarımızı oxudu. Biz də, yəni 30 nəfər bir-bir ayağa qalxıb “Burda” dedik. Həyacanlı idik. Rus dilində danışacaqdıq. Bu mənim üçün möcüzə olacaqdı. Neçə ay keçməsinə baxmayaraq, tək mən yox, bütün sinif yaddaşsız olmuşdu. Bu rus dilini öyrənə bilmirdik ki, bilmirdik. Düzdü, bəzi sözləri öyrənmişdik, amma cümlə qura bilmirdik. Bir dəfə müəllim qarşımıza məqsəd qoydu ki, kim dərsə cavab verməsə yanında oturan şagird onun üzünə tupurəcək. Səylə hazırlaşırdıq. Lakin yenə üzümüz tüpürcəkli idi, çünki oxuya bilmirdik. Neçə illər keçdi, böyük qız olmuşdum. Ürəyimdən keçirdi ki, kaş məni bir xaxol oğlan ala. Mən də ondan öyrənəm bu rus dilini.
Həyət evində yaşayırdıq. Lap balaca vaxtlarımdan həyətdə, küçədə uşaqlarla oynayanda sözümüz çəp gələndə bir-birimizin üzünə tüpürürdük. Əlim ev işlərinə çatanda, nəyinsə yerini dəyişəndə, ya səhf edəndə anam “tfu, həyana” deyərək üzümə tüpürərdi. Bu tüpürcək mənim üçün adi hala çevrilmişdi. Bir gün avtobusda yol gedirdik. Yanımda oturan sapsarı saçlı bir qadın gözlərini yumub yatmışdı. Ürəyimdən keçdi ki, kaş bunun oğlu ola, məni ala. Çünki qadın rusa oxşayırdı. Çoxmu getdik, bilmirəm. Fikirləşdim ki, arvad yatdı qaldı. Bunu durquzmaq üçün mehribanlıq göstəmək istədim. Yavaşca ona toxundum və çox ərkyanalıqla qadın”Skatina???” dedim. Heç demə qadın yatmayıbmış. Sadəcə gözlərini yumubmuş. Demə bu qadın heç rus da deyilmiş. Çönüb mənə baxdı. Ağzı dolu saxladığı tüpürcəyi birbaşa üzmü atdı və özünsən dedi. Yapışqanlı tüpücək sol gözümün üstündən aşağı axdı. “Bağışlayın xanım, mən nə dedim ki, belə etdiniz. Üzümü dəsmalımla silib. (həmişə əlimin arxasıyla silərdim), qadının üzünə baxıb dedim, mən elə bildim siz yatmısınız. Düşəcəyiniz yer arxada qalıb. Ona görə sizi durquzdum. Qadın az qalırdı ki, məni döysün. Mənə skatina deyirsən, ləçərin biri, ləçər. Allaha and içdim ki, sizə düşmürsünüz, deyə rus dilində müraciət etmək istəyirdim. Qadının səsi svtobusu başına almışdı. Bu biri yanımda oturan oğlandan soruşdum ki, qardaş düşürsünüz sözü rus dilində necə deyilir? Dedi ki, “Sxodite”. Mən dedim bəs skatina nə deməkdir. Cavab verdi ki, rusların söyüşüdü. Mən qadından bir də üzr istədim. Nə isə…
Qapımıza tez-tez elçilər gəlir. Mənim isə fikrim rus xaxoluna getməkdi. Bir dəfə anamın yanında bu fikrimi dedim. Arvad üzümə tüpürüb, “boyununu yerə soxum, oğlan qəhətdi ki, xaxola getmək istəyirsən”. Açıb-ağarda bilmirdim ki, mən rus dilini öyrənmək istəyirəm.
Soyuqlamışdım, qızdırmam çoxalmışdı. Evdə telefonumuz yox idi. Qonşumuz rus idi. Getdim dedim, olar təcili yardıma zəng edim. “Pajalusta”, dedi. Telefonu və stulu verdi ki, “sidite, qovorite”. Mən 103-ü yığdım. Bir qız götürdü. Dedim, “Alo sto tri”. Dedi “da”. Dedim “Ya umerla”. O dedi, “çto s toboy”. Dedim “temperatur mnoqo yes”. O, soruşdu, skolko?. Mən dedim “devenosto tri”. O, isə “maya daraqaya, vı nropali suda. Luçşe vı pozvonite pojarnı”, dedi və trubkanı üstünə qoydu. Mən əlimi qoynuma qoyub sakitcə oturdum. Qonşu gəldi ki, “çto sluçilos”. Dedim ona adboy verdi. Dedi, zaçem. Dedim, neznayu. Tez nömrəni yığdı və əsəbi vəziyyətdə nə isə danışdılar. Sonradan bilmişəm ki, mən qızdırmam üçün 39 əvəzinə 93 demişəm. Görürsünüz də bu da mənim rus dilində danışmağım.
Ailə qurdum, qarşıma meşədə böyümüş bir oğlan çıxdı. Çox döyüldüm, söyüldüm. Üzümdən də tüpürcək əskik olmurdu. Nə isə..
Beləcə, bünövrəsi məktəbdə rus dili müəllimimiz tərəfindən qoyulan bu tüpücək mənim yol yoldaşım oldu. Rus dilini bizə yaxşı öyrətmək əzvəzinə üzümü tüpürcəyə öyrətdi. Allahın bir xaxolunu da tapa bilmədim ki, bu tüpücəkdən üzüm qurtaraydı…Amma onu da deyim ki, üzüm elə öyrəşdi ki, tüpücək olmayanda darıxırdı… -
Hikmət MƏLİKZADƏ.Şeirlər
* * *
Səsim ərşi titrədir,
İpi çürük zəng kimi.
Tanrıya tuşlanıbdı
əlim boş tüfəng kimi.Kefimə dəysə külək,
Bulud yeri daşlayar.
Odun düşdüyü yerdən,
Təzə sevda başlayar.Kimsə yox damın altda
məndən savayı, tez gəl.
Tale baha satılır,
Ömür havayı, tez gəl.1995
***
İki bacanaq (o, varlı, mən kasıb)
qonaq getdik qaynata evinə.
Onu öpdülər, qucaqladılar,
ədəblə ehtiram göstərdilər…
…Və yuxarı başa çəkdilər.
(Dövrəsində quş kimi səkdilər).
Mənə sadəcə –
“xoş gəlmisən” dedilər.
Burda otur, ya ora keç demədilər.
Hamı onun başına yığışdı –
Biri çay süzdü,
Biri ayaqlarını sərinlətmək üçün
su gətirdi…
Biri də onun
bahalı maşınını sildi
kosmik sayıqlıqla.
Mən bir anlıq (xəyalən)
paxıl görkəmdə
özümlə taleyin arasındakı
boşluqlara göz apardım.
Bəlkə də orada
bir ümid işığı tapardım,
Bu an kimsə dedi:
– Dəyərli kürəkən!
O xoruzların hansını gözün tutur,
göstər, kəsim?! -
Rafiq ODAY.Yeni layihələr
Salam, Əziz və Hörmətli Dostlar!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Azərbaycanın istedadlı gənc yazarlarına dəstək” layihələrini həyata keçirir.Layihələrin rəhbəri Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Direktoru Rafiq Odaydır.
Layihə çərçivəsində yazarların özkeçmişləri (tərcümeyi-halları), ədəbi-bədii nümunələri, poeziya örnəkləri, nəsr nümunələri həm Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalında, həm də “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetdə yayınlanacaq.Layihəyə bu gündən start verilib.
Qeyd edək ki, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı bir müddətlik
öz fəaliyyətini dayandırmışdı.Bu gündən etibarən öz fəaliyyətini yenidən bərpa edərək siz Əziz və Hörmətli Sayğıdəyər Dostlarımızın görüşünə yeni layihələrlə gəlib sizi sevindirəcək!
BİZİ SEÇİB, BİZİMLƏ OLDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!Dərin hörmət və ehtiramla:
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidməti
-
Kənan AYDINOĞLU.Şeirlər
ULU XALQIN GÖRÜŞÜNƏ BİR XİTABLA GƏLMİŞƏM MƏN!
Gözəllərin yanağından damla-damla süzüləndən,
Bir qələmlə, bir varaqla, bir kitabla gəlmişəm mən!
YUNUSUMLA bu torpağa təsbih kimi düzüləndən,
Ulu yurdda həm günahla, həm savabla gəlmişəm mən!Dastanlardan gözlərinə ələnəndə bir qar kimi,
Dərdlərindən Ana yurdda inildəyən bir tar kimi,
Səhralarda MƏCNUN təki eşq arayan bir yar kimi,
Ömrü boyu min iztirab, bir əzabla gəlmişəm mən!Kim deyir ki, mənim dərdim daşlarından süzülməzdi,
Kim deyir ki, ruhum yurdda YUNUS kimi düzülməzdi?!
Kim deyir ki, HAQQ NURUNDAN dodaqlar da büzülməzdi,
MÖVLAM kimi dastan qoşub bir rübabla gəlmişəm mən?!Ömrü boyu sevməliyəm ərşə çatan harayımı,
Nə dağlardan, nə daşlardan hörənmərəm sarayımı.
Sevməliyəm ram olunan həm günəşi, həm ayımı,
“QURAN” adlı hikmət dolu bir kitabla gəlmişəm mən!Ruhum, anım, canım özü əzizlənən qucaqdadı,
Ərşə çatan harayım da min közərən ocaqdadı.
HAQQ şairi KƏNAN özü Ana yurdda, torpdadı,
Ulu xalqın görüşünə bir xitabla gəlmişəm mən!YORULMAQ BİLMƏDƏN ÇALIŞMALIYAM
Səhərdən-axşama bəndəyəm deyə,
Yorulmaq bilmədən çalışmalıyam.
Körpəlik çağlarım arxada qaldı,
Bu yeni həyata alışmalıyam.Haqqın dərgahından süzülüb gəldim,
Sonda da torpağa qarışmalıyam.
Allahın mərhəmət sahibliyini,
Dünyada bəndəyə danışmalıyam.Küsülü qalanla gözəl dünyada,
Əlimi uzadıb barışmalıyam.
Yaxşı əməllərdə mən öz növbəmdə,
Bəndəylə hər zaman yarışmalıyam. -
Xırdalan Mərkəzləşdirilmiş Kitabxanasında yeni kitabın təqdimatı düzənləndi
15 noyabr 2013-cü il tarixdə Xırdalan Mərkəzləşdirilmiş Kitabxanasında Azərbaycanın istedadlı şairi Ədalət Nicatın “Dərdin də öz dərdi var” şeirlər kitabının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə Dünya Gənc Türk Yazarlar Birliyinin Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı açdı.O, “Dərdin də öz dərdi var” kitabının nəşrinin Çağdaş Azərbaycan ədəbiyyatı üçün önəmli bir hadisə olduğunu, Uluslararası Aktivist Sanatçılar Birliyinin Azerbaycan tərəfindən ilk nəşr olunan kitab olduğunu qeyd etdi.Sonra Ədalət Nicatın həyat yoluna qısa nəzər salaraq bu günə qədər dərc olunan kitabları haqqında olan bilgiləri tədbir iştirakçılarına sundu.Daha sonra kitabın redaktoru Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru İbrahim İlyaslı, filologiya elmləri doktoru, professor, tənqidçi Vaqif İbrahimli, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri Qafqaz Əvəzoğlu, görkəmli ədəbiyyatşünas, tənqidçi Rüstəm Kamal, görkəmli və istedadlı şair Məmməd Nüamaz, Azərbaycan Yazıçılar Birliyinin üzvü Oqtay Rza, “Sözün sehri” qəzetinin redaktoru Xan Rəsuloğlu Siqurd, kitabın üz qabığını işləyən rəssam Nəvai Metin Məmmədoğlu, görkəmli şairlər Dayandur Sevgin, Zakir Zahir, Azırbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalının “Poeziya” şöbəsinin redaktoru Fərqanə Mehdiyeva və başqaları çıxış edərək Ədalət Nicatın yeni işıq üzü görmüş kitabından, yaradıcığılığında ürəkdolusu danişdılar.Tədbirin ən maraqlı məqamlarından biri də Qubadlı rayon Mədəniyyət və Turzim şöbəsinin məsləhətçisi Eldar Xanlaroğlunun öncə işıq üzü görmüş kitablarını Xırdalan Mərkəzləşdirilmiş Kitabxanasına hədiyyə etməsi, şeirlər kitabından şeirini oxuması oldu.Tədibirin aparıcısı Əkbər Qoşalı Xırdalan Mərkəzləşdirilmiş Kitabxanasının rəhbərliyinə, müəllifə, zəhmət çəkib gələr insanlara təşəkkürünü bildirdi. -
Zərifə Novruzovanın yeni kitabı işıq üzü gördü
“Respublika gəncləri” qəzetinin xüsusi müxbiri, Azərbaycanın istedadlı xanım yazarı Hacı Zərifə Novruzovanın “Hindistan səfərim, “Tac mahal” gözəlim” kitabı 2013-cü ildə Bakı şəhərində “Gənclik” nəşriyyatı tərəfindən 160 səhifə olmaqla, 300 tirajla dərc olunub.Kitabın redaktoru “Qızıl qələm” fəxri media mükafatı laureatı, jurnalist-publisist Nazilə Rafiq, rəyçilər tarix elmləri doktoru M.N.Əlizadə, fəlsəfə elmləri doktoru R.R.Teymurovadır.
Bu kitab böyük bir dövlət olan Hindistan haqqında, onun gözəlliyindən, tarixindən, bu günündən, keçmişindən, ümumiyyətlə, ziyarıtində olduğum bütün müqəddəs yerlərin, ən qədim abidələrin, dünyada tayı bərabəri olmayan, 7 möcüzədən biri olan “Tac Mahal”dan, müsəlman məscidi “Cümə məscidi”ndən, gözlərimlə gördüyüm, neçə-neçə müqəddəs məkanlardan, əsrlərin yadigarı bu ulu torpağın, ruhuma qida verən bölgələrindən, ştatlarından, musiqisindən, tayı-bərabəri olmayan kino sənətindən və belə bir dövrdə Hindistan dövləti haqqında bu əsərin yazılması, Azərbaycan və Hindistan dövlətinin birliyi və inkişafının daha da yaxınlaşması istiqamətində atılan ən uğurlu addım hesab oluna bilər.
Qeyd edək ki, “Hindistan səfərim, “Tac mahal” gözəlim” kitabı müəllifin oxucularla ilk görüşüdür. -
“Vüqar Əhmədin yaradıcılıq yolu” adlı monoqrafiya işıq üzü gördü
Müəllifləri Rasim Nəbioğlu və Müşfiq Cabiroğlu olan “Vüqar Əhmədin yaradıcılıq yolu” kitabı 2013-cü ildə “MBM” nəşriyyatında 384 səhifə olmaqla, 500 tirajla nəşr olunub.Ön sözün müəllifi ilahiyyat elmləri doktoru, professor, akademik Vasim Məmmədəliyev, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Vüqar Qaradağlı, rəyçilər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Teymur Kərimli, filologiya üzrə fəlsəfə doktoru İslam Qəribli, Azərbaycan Milli Konservatoriyasının professoru Rafiq Musazadədir.
“Vüqar Əhmədin yaradıcılıq yolu” monoqrafiyasi görkəmli şair, yazıçı, alim, tənqidçi, publisist, musiqişünas, dramaturq, tərcüməçi və pedaqoqun 50 illik ömür yoluna və çoxşaxəli fəaliyyətinə həsr olunmuşdur.Monoqrafiya müəllifləri respublikada və xaricdə geniş tanınan Vüqar Əhmədin ədəbi-bədii və elmi-pedaqoji yaradıcılığını ətraflı təhlil və tədqiq etmişlər.
Bu kitab ilk növbədə gənclərə ünvanlanmışdır.Daha sonra elm, tədris müəssisələrinin, mədəni-maarif ocaqlarının tələbələri və əməkdaşları, həmçinin magistr, dissertant, doktorantlar, habelə, kütləvi oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. -
Ədalət Nicatın yeni kitabı işıq üzü gördü
Azərbaycanın istedadlı yazarı Ədalət Nicatın “Dərdin də öz dərdi var” şeirlər kitabı 2013-cü ildə “Bilik” Poliqrafiya Mərkəzi tərəfindən 152 səhifə olmaqla, 300 tirajla dərc olunub.Kitabın redaktoru Ehtiram İlham, ön sözünün müəllifi İbrahim İlyaslı, üz qabığını işləyən Nəvai Metin Məmmədoğludur.
“Dərdin də öz dərdi var” şeirlər kitabı istedadlı şair Ədalət Nicatın oxucularla dördüncü görüşüdür.Əvvəlki nəşrlərdə olduğu kimi, bu kitabda toplanan şeirlərdə də yurd sevgisi, torpaq həsrəti, el-obaya bağlılıq, səmimi və sevdalı bir qəlbin ürək çırpıntıları kimi duyğular poetik bir dillə qələmə alınıb.Gözəl qələm ustası Ədalət Nicatın bu kitabının da şeirsevərlər tərəfindən maraqla qarşılanacağına inanırıq.
Qeyd edək ki, Ədalət Nicatın 2004-cü ildə “Haray, Vətən, haray, haray, Yurd haray”, 2010-cu ildə “Şirinli-acılı dünya”, “Gəl axtar məni” adlı şeir kitabları işıq üzü görüb.
-
Debüt: Ruslan DOST ƏLİ (Bərdə).Yeni şeirlər
Əliyev Ruslan 1993-cü ildə Bərdə rayonunun Xanərəb kəndində doğulmuşdur.Orta məktəbi ele həmən kənddə 2010-cu ildə bitirmişdir.Uşaq vaxtlarından poeziyaya marağı olsa da, sərbəst yazmağa on səkkiz yaşından başlamışdır. Dəfələrlə müxtəlif qəzetlərdə, saytlarda şeirləri dərc olunmuşdur.2011-ci ildə Heydər Əliyev adına Zirvədən-Zirvəyə ŞÖHRƏT diplomu ilə təltif olunmuşdur.2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü, “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.
GÖZÜMƏ
Yola tikmirəm gözümü,
Yol özün tikir gözümə.
Kimi görmək istəmirəm,
Gözlərin dikir gözümə…Bu ağrıdan ayır məni,
Ki, yola salmayır məni.
İlan da çalmayır məni,
Zəhərin tökür gözümə…Çiynim ağır yük götürüb,
Kömək də yox, tək götürüb.
Bəxtim ağ lələk götürüb,
Qarasın çəkir gözümə…Gecə şam da yanır gedir,
Ölürsə, qazanır, gedir.
Işıqlar uzanır, gedir,
Qaranlıq çökür gözümə…YER ÜZÜNDƏN
Bir dəli şeytan deyir,
Çıx get bu yer üzündən.
Ölüb getməyə nə var,
Sağ get bu yer üzündən…Hərə bir yönə üzür
Bu gün toy, sabah hüzür.
Üzü ağ gəldin, üzü
Ağ get bu yer üzündən…Dalda qalmasın gözün,
Hər şeyi gördün özün…
Yola səpdiyin gözü
Yığ get bu yer üzündən….SOL QOLUM NƏ VAXTI SÖZÜMƏ BAXMIR…
Bəxtin ağ atında gəzə bilmədim,
Qara bəxt gəzdirdim ağ qolum üstə.
Dağların qolları saxlamır məni,
Bəs necə dayanıb dağ qolum üstə…O bağlı gözləri tükdənmi qorxur?
Yoxuşdanmı qaçır, dikdənmi qorxur?
Dünya bir çiyinlik yükdənmi qorxur?
Dünyanın yükünü yığ qolum üstə!Zülmətin əllərin çıraqdan salın,
Bu dəfə yolunu uzaqdan salın.
Yorğunam, yerimi torpaqdan salın,
Məni yatizdırın sağ qolum üstə…Kisələ
Ağzı bulaşıq adamın
Ağzın aç,dilin kisələ.
Ayaqqabısız ayağın,
Əlcəksiz əlin kisələ.Bu adama yatmaz əlin,
Baxma gözün,tutmaz əlin.
İçəriyə çatmaz əlin,
Kisələ, çölün kisələ.Çəkin yüngül, yükün ağır,
Əlin qabar, çiynin yağır.
Haçan gördün yağış yağır
Dünyanın belin kisələ… -
Debüt: Tural ADIŞİRİN (Şəki).Yeni şeirlər
Tural Adışirin 1990-cı il fevral ayının 26-da Şəki şəhərində anadan olub.1996-2007-ci illərdə Şəki şəhər 9 saylı orta məktəbdə təhsil alıb.2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Elmi və bədii yaradıcılıqla məşğuldu. Dövri mətbuatda publisistik yazılarıyla müntəzəm çıxış edir. Şeirləri “Region Şəki”, “Şəki təhsili”, “Oğuz yurdu”, “Ədalət”, “Söz odası” mətbuat orqanlarında müntəzəm çap edilir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı. Həmçinin şeirləri Türkiyədə çap olunmuş “Türk dünyası şairləri antologiyası”na da salınmışdır. “20-21-ci əsr Şəki ədəbi-mədəni mühiti”(Səbuhi ədəbi məclisi) elmi işi üzərində tədqiqat aparır.2013-cü ildə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü seçilmişdir.Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Sən kimsən?
Sən kimsən?-bu sual yerinə düşdü,
Özünü ələ al tələsmə bir an.
Bu sənin özünlə qəfil görüşdü,
Sən kimsən? Özünlə üz-üzə dayan.Gör, kimin eşqiylə döyünür ürək,
Gör, kimin odunda bu qəlb isinər”
Sən öz kimliyini biləsən qərək,
Kimsə kimliyini soruşa bilər.Ovçumda çığırlar ömür yolusa,
Əllərim bilir ki,sabah mən kiməm.
Əgər sonralardan xəbərim olsa,
Mən öz kimliyimə bilki hakiməm.Sən kimsən?-bu fikrin tərkinə mindim,
Sən kimsən?-bu fikiri çəkdim ortaya.
Torpaqdan boyumca dərinə endim,
Baxdım uzaqlara,baxdım sonraya.Mən elə Fərhadam-qayalar yaran,
Ya da,haqq yolunda güllə hədəfi,
Mən öz kimliyimi unudammaram,
Mən elə hər yerdə düzün tərəfi.Sən ana südündən halallıq istə,
Özünə məhrəm bil,mənim ərkimi.
Heykəl oğullar var bu torpaq üstə,
“Kimsən” sualına bir cavab kimi.Sevinc, kədər…
Tale dənizində qaldırıb yelkən,
Ömür uzaqlara üzüb gedəndir.
Dünya başdan-başa bir nəğmə ikən,
Bu kədər hardandır, bu qəm nədəndir?Yəqin xoşbəxtliyin yolu daş-kəsək,
Yəqin bədbəxtliyin yolu düz-hamar.
Əgər qarış-qarış dünyanı gəzsək,
Görərik sevincdən artıq kədər var.Qara saçlara da vaxtsız salar dən,
Sevinc bir üzlüdü, kədər min yönlü.
Qəm elə hissdir ki, özün bilmədən,
Ağlada-ağlada ovudar könlü.Sevinc qəm içində kiçik bir ada,
Kədər təlatümlü,dalğalı ümman.
Bir cür sevinsə də hər kəs dünyada,
Başqa cür qəmlənir, qəmlənən zaman.Sevinclər hardasa uyuyar, yatar,
Hiss edər nə vaxtsa qəmi qovacaq.
Günəş də belədir, axşamlar batar,
Bilər ki, səhərlər bir də doğacaq. -
Debüt: Ramin CİLOVDARLI (Tovuz).Yeni şeirlər
Ramin CİLOVDARLI (Qasımov Ramin) 1983-cü ildə Tovuz rayonunun Cilovdar kəndində anadan olub.1989-2000-ci illərdə orta məktəbdə, 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2011-ci ildə “Dərdə şükür” adlı şeirlər kitabı işıq üzü görüb.Ailəlidir, bir övladı var.
Halalın olsun
Ömrümü yollarına
Sərdim, halalın olsun.
Könül nədi, ruhumu
Verdim, halalın olsun.Həyat uşaq nağlımı?
Könül qapın bağlımı?
Aparanda ağlımı
Gördüm, halalın olsun.Baxışların nə laldı?
Nə verdisə məlaldı.
Nə verdimsə halaldı,
Dərdim halalın olsun.Getdim
Hardasa qərib səsdim,
Gəldim dünyaya küsdüm.
Bir dərimlik nəfəsdim,
Bir udum suydum, getdim.Arım, sənə çiçəkdim,
Yarım, sənə göyçəkdim.
Nə bildiniz, nə çəkdim,
Ya da nə duydum getdim.Nə ucuzdu, nə baha?
Dindim, batdım günaha.
Ömür yaşamadım ha,
Günümü saydım, getdim. -
Bugün Ulu önderimiz Mustafa Kemal Atatürkün anım günüdür
Mustafa Kemal, 1881 yılında, Osmanlı İmparatorluğu’na bağlı bir vilayet olan Selanik’te doğdu. Babası Ali Rıza Efendi, annesi Zübeyde Hanım’dır. Babasını küçük yaşta kaybettikten sonra ilkokulu Selanik’te Şemsi Efendi Mektebi (İlkokul)’nde okudu. Öğrenimini Selanik Askeri Rüştiyesi(ortaokul) ve Manastır Askeri İdadisi(Lise)’nde sürdürdü. 1899’da girdiği İstanbul Harbiye Mektebi’ni 1902 yılında piyade teğmeni rütbesiyle, Harp Akademisi’ni de 1905’te kurmay yüzbaşı rütbesiye bitirdi.
Mustafa Kemal, 1905 yılında Şm’da 5. Ordu’da, 1907’de Makedonya’daki 3. Ordu’da görevlendirildi. Manastır ve Selanik’te görevli iken 1909’da İstanbul’daki (31 Mart Vak’ası) ayaklanmayı bastıran Hareket Ordusu’nda görev aldı ve ayaklanma başarıyla kısa sürede bastırıldı. Arnavutluk isyanını bastırma harekatına katıldı. 1911’de İtalya’nın Trablusgarp’a asker çıkarması üzerine Tobruk’a gönderildi. Tobruk ve Derne’de Türk Kuvvetlerini başarı ile yönettikten sonra binbaşı rütbesiyle 1912-1913 yıllarında Balkan Savaşı’na katıldı; Edirne’yi Bulgaristan’dan geri alan kolorduda görev yaptı. 1913-1915 yıllarında Sofya’da ataşe olarak bulundu. Birinci Dünya Savaşı’nda, 1915’te, 19. Tümen Komutanı olarak Çanakkale Savaşı’na katıldı. Gelibolu’da düşman saldırılarını başarı ile durdurdu; “Anafartalar Kahramanı” olarak ün kazandı.
1916’da Doğu Cephesi’ne Kolordu Komutanı olarak atandı ve generalliğe yükseltildi. Rus saldırılarını durduran Mustafa Kemal, Bingöl ve Muş’u düşmandan geri aldı. 1917’de Filistin ve Suriye’de görevli 7. Ordu Komutanlığı’na atandı. Aynı yıl Veliaht Vahdettin ile Almanya’ya gitti.
Alman Genel Karargahı ve Alman savaş cephelerinde incelemeler yaptı. 1918’de yeniden görevlendirildiği Suriye cephesinde 7. Ordu Komutanı iken, Birinci Dünya Savaşı’nın sona ermesiyle imzalanan Mondros Ateşkes Antlaşması’ndan sonra İstanbul’a geldi. Ülkeyi düşman işgalinden kurtarmak amacını gizli tutarak, Ordu Müfettişliği görevi ile İstanbul’dan ayrıldı.
Karadeniz yoluyla 19 Mayıs 1919’da Samsun’a çıkan Mustafa Kemal, 22 Haziran 1919’da Amasya Genelgesi’ni yayımladı. Türk milletine, “Vatanın bütünlüğünün ve milletin bağımsızlığının tehlikede olduğunu, azim ve kararlılıkla vatanın kurtarılması için Sivas’ta bir kongre toplanacağını” bildirdi. Ayrıca Osmanlı Hükûmeti’nin verdiği görevden ve askerlikten istifa ederek 23 Temmuz 1919’da Erzurum’da, 4 Eylül 1919’da Sivas’ta toplanan kongrelerin başkanlığını yaptı.
Bu kongrelerde, “Düşman işgaline karşı milletin vatanı savunacağı, bu amaçla geçici bir hükûmetin kurulacağı ve bir milli meclisin toplanacağı, manda ve himayenin kabul edilmeyeceği” kararları alındı ve açıklandı. Türkiye Büyük Millet Meclisi, onun çabalarıyla 23 Nisan 1920’de Ankara’da tarihi görevine başladı; Mustafa Kemal, Meclis ve Hükümet Başkanı seçildi. Osmanlı Hükümeti ile İtilaf Devletleri arasında imzalanan Sevr Antlaşması’nı Türk milletinin kabul etmediğini dünyaya duyurdu.
İtilaf Devletleri’nin yardımıyla İzmir’i işgal eden Yunan Kuvvetlerinin ilerlemesi 1921’de Birinci ve İkinci İnönü savaşlarıyla durduruldu. 23 Ağustos 1921’de yeniden saldıran Yunan Ordusu bozguna uğratılarak Başkomutan Mustafa Kemal Paşa’nın yönettiği Türk Ordusu Sakarya Meydan Savaşı’nı zaferle sonuçlandırdı. 22 gün geceli gündüzlü süren bu savaşta Yunan Ordusu ağır kayıplara uğratıldı. Bu zafer nedeniyle Türkiye Büyük Millet Meclisi tarafından Mustafa Kemal’e a€˜Mareşal’ rütbesi ve ‘Gazi’ unvanı verildi. Türk Ordusu, vatanı düşman işgalinden kurtarmak için 26 Ağustos 1922’de karşı saldırıya başladı. Mustafa Kemal Paşa’nın yönettiği Başkomutan Meydan Savaşı’nda (30 Ağustos 1922) Türk Ordusu Yunan Ordusu’nun büyük kısmını yok etti. Bozguna uğrayarak kaçan düşman kuvvetlerini izleyen Türk Ordusu 9 Eylül 1922’de İzmir’e girdi. 11 Ekim 1922’de Mudanya Ateşkes Antlaşması imzalandı ve İtilaf Devletleri işgal ettikleri Türk topraklarından çekildiler.
Kurtuluş Savaşı’nın ardından TBMM tarafından 29 Ekim 1923 günü Cumhuriyet ilan edilirken, Mustafa Kemal de Cumhurbaşkanı seçildi. 1938’deki ölümüne dek arka arkaya 4 kez cumhurbaşkanı seçilen Atatürk, bu görevi en uzun süre yürüten cumhurbaşkanı oldu.
Mustafa Kemal’e, 24.11.1934 günlü, 2587 sayılı kanunla Atatürk soyadı verildi ve bu soyadının başkaları tarafından kullanılması yasaklandı.
Mustafa Kemal Atatürk, 1929 Dünya Ekonomik Bunalımı’nın etkilerini hafifletmek ve ülkenin kalkınmasını hızlandırmak amacı ile 1933’te Beş Yıllık Sanayi Planı’nı başlattı. Aynı dönemde dış politikada da önemli adımlar atıldı; Milletler Cemiyeti’ne girilmesi (1932), Balkan Antantı’nın imzalanması (1934), Montrö Boğazlar Sözleşmesi (1936) ve Sadabat Paktı (1937) gibi girişimler Türkiye’nin bölgesinde ve dünyada etkili bir aktör olarak öne çıkmasına katkıda bulundu. Atatürk, Hatay’ın anavatana katılması için yoğun bir diplomatik çaba sarf etti ve onun bu amacı, vefatının ardından 1939 yılında gerçekleşti.
Atatürk, yalnızca Türk milletinin Kurtuluş Savaşı’nı başarı ile yöneten bir komutan değil, aynı zamanda gerçekleştirdiği devrimler ile de dahi bir devlet adamı idi. 57 yıl süren yaşamının büyük kısmında, milletinin ve vatanının bağımsızlığı ve mutluluğu için yılmadan çalıştı ve girdiği her mücadeleden zaferle çıktı.
Türkiye Cumhuriyeti’nin kurucusu, cesur ve unutulmaz önderi Mustafa Kemal Atatürk, 10 Kasım 1938’de aramızdan ayrıldı. -
İlham ƏLİYEV: “Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciəti– Əziz həmvətənlər!
Hörmətli xanımlar və cənablar!
Mənə böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm.
Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir.
Bu seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır. Azərbaycanda bütün azadlıqlar – söz azadlığı, mətbuat azadlığı, siyasi azadlıqlar, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Təsadüfi deyildir ki, Azərbaycan bu gün dünyada milli və dini dözümlülük məsələlərində çox önəmli ölkəyə çevrilmişdir. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biridir.
Eyni zamanda, ölkəmizdə bütün proseslər müsbət istiqamətdə getmişdir. Azərbaycan xalqı bu seçkilərdə son on il ərzində görülən işlərə öz yüksək qiymətini vermişdir. On il ərzində dövlətçiliyimizin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir. Bizim güclü ideoloji əsaslarımız vardır. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır.
Azərbaycanda bütün istiqamətlərdə inkişaf, tərəqqi özünü göstərməkdədir. Biz beynəlxalq məsələlərin həllində bu gün dünya miqyasında çox önəmli ölkəyə çevrilmişik. Azərbaycan dünya birliyinin mütləq əksəriyyətinin dəstəyi ilə iki il bundan əvvəl dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur və hazırda bu təşkilata sədrlik edir.
Azərbaycanda iqtisadi sahədə çox böyük uğurlar əldə edilmişdir. Deyə bilərəm ki, son on il ərzində iqtisadi islahatlarla bağlı atılan addımlar və əldə edilmiş nəticələr dünya miqyasında ən ciddi nəticələrdir. Təsadüfi deyildir ki, bu nəticələr insanların gündəlik həyatında da öz əksini tapmaqdadır.
Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi isə təxminən on dəfə azalmışdır. Bu, ölkədə aparılan ciddi iqtisadi və sosial siyasətin nəticəsidir. Bu siyasətin nəticəsində Azərbaycan öz iqtisadi potensialını böyük dərəcədə möhkəmləndirə bilmişdir.
İqtisadi güc bizə imkan verir ki, öz maraqlarımızı beynəlxalq arenada da lazımi səviyyədə müdafiə edək. Azərbaycan bu gün nəinki regional, dünya problemlərinin həllində də öz rolunu oynayır və getdikcə bizim rolumuz daha da artacaqdır.
Azərbaycanda bütün istiqamətlər üzrə konkret proqramlar vardır. Böyük infrastruktur layihələri icra edilir, şəhərlərimiz abadlaşır, gözəlləşir, insanların yaşayış səviyyəsi yaxşılaşır. Dünyanın aparıcı iqtisadi qurumlarının reytinqlərinə görə, hətta dünyanı bürümüş iqtisadi və maliyyə böhranı zamanı Azərbaycan uğurla inkişaf edir. Bizim iqtisadiyyatımız son on il ərzində dünya miqyasında 40 ən rəqabətqabiliyyətli iqtisadiyyatların arasına daxil edilibdir. Bizim bütün təşəbbüslərimiz regional əməkdaşlığa hesablanıbdır. Azərbaycanda bütün sahələr üzrə inkişaf, tərəqqi vardır. Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan artıq kosmik dövlətə çevrilibdir.
Bütün bu nailiyyətlər Azərbaycan xalqının istedadı, zəhməti hesabına mümkün olmuşdur. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bütün təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi, hesab edirəm ki, uğurlarımızın əsas şərtidir, əsas səbəbidir.
Azərbaycanda aparılan enerji siyasəti nəinki region üçün, dünya üçün çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Bu gün Azərbaycan müasir, müstəqil dövlət kimi dünyada öz rolunu oynayır və bizim imkanlarımız getdikcə daha da genişlənəcəkdir.
Bu gün bölgədə gedən proseslərdə bizim təsir imkanlarımız kifayət qədər genişdir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs – istər siyasi, istər iqtisadi mümkün deyildir. O təşəbbüsün gələcəyi olmayacaqdır.
Bütün bunlar görülən işlərin nəticəsidir. Bütün bunlar müstəqil Azərbaycanın uğurlarıdır. Müstəqilliyimizin nə qədər böyük dəyər olduğunu Azərbaycan xalqı gündəlik həyatda görür. Biz azadıq, biz müstəqilik. Bizim taleyimiz öz əlimizdədir. Bu seçkilərdə mənə verilən səslər, hesab edirəm ki, müstəqilliyə, azadlığa, xoşbəxt gələcəyə verilən səslərdir.
Mən çox fəxr edirəm ki, son illər ərzində bütün təşəbbüslərim reallığa çevrilibdir. On il bundan əvvəl – 2003-cü ildə xalqa elan etmişdim və bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Son on il ərzində bu siyasətə sadiq qalaraq Azərbaycanın inkişafı, Azərbaycanın tərəqqisi üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz dönməzdir, sarsılmazdır.
Bu illər ərzində müstəqil siyasətimiz istənilən sahədə özünü göstərmişdir. Biz öz milli maraqlarımızı lazımi səviyyədə müdafiə edə bilərik, müdafiə edirik, edəcəyik. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları ən birinci yerdədir. Bu maraqların müdafiə edilməsi üçün xalqla iqtidar arasındakı birlik əsas şərtdir. Mən bütün addımlarımda xalqın dəstəyini hiss edirdim, bu dəstəyə güvənirdim. Əgər bu dəstək olmasaydı, biz heç bir işi görə bilməzdik. Məhz xalqla iqtidar arasındakı birlik, vəhdət Azərbaycanı fərqləndirən amillərdən biridir.
Bu seçkilərdə böyük səs çoxluğu ilə mənə göstərilən etimad həm görülən işlərə verilən qiymətdir, həm də Azərbaycanın gələcək inkişafı ilə bağlı olan, xalq tərəfindən ifadə edilən niyyətdir, tələbdir.
Biz gələcəyə çox böyük ümidlərlə, böyük nikbinliklə baxırıq. On ilin təcrübəsi bu inamı daha da artırır. Çünki son 10 il ərzində biz istənilən sahədə çox böyük uğurlara imza atdıq. Bu gün Azərbaycan güclü, inkişafda olan, müstəqil siyasət aparan dövlət kimi gələcəyə də çox böyük nikbinliklə baxır. Belə gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar vardır.
Növbəti illərlə bağlı bizim siyasətimiz açıqdır, aydındır. Mən dəfələrlə müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi ilə bağlı öz fikirlərimi xalqla bölüşmüşəm. Görülən işlər haqqında xalqa daim hesabat verirəm. Bu gün də bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir. Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcəkdir.
Biz Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı bundan sonra da ardıcıl siyasət aparacağıq. Müasir dövlət quruculuğu prosesi bundan sonra da davam etdiriləcəkdir. Növbəti illərdə xoşagəlməz halların aradan qaldırılması üçün, xüsusilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır. Xalq tərəfindən bizim siyasətimiz, qətiyyətimiz, addımlarımız dəstəklənir. Sahibkarlığın inkişafı ilə bağlı siyasətimiz davam etdiriləcəkdir. Bütün istiqamətlər – yeni iş yerlərinin açılması, yoxsulluğun, işsizliyin azaldılması, idxalın əvəz olunması üzrə bizim konkret proqramlarımız vardır.
Sosial siyasətlə bağlı bu il və əvvəlki illərdə atılmış addımlar onu göstərir ki, bu məsələlərə nə qədər böyük əhəmiyyət göstərilir. Mən dəfələrlə bəyan etmişəm və bunu həyat və atılan addımlar da təsdiqləyir ki, Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır.
Növbəti illərdə biz bütün bu istiqamətlər – iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın. Son on il ərzində sabitliyin və ictimai asayişin qorunması bax bu reallıqları şərtləndirdi. Azərbaycanda insanlar təhlükəsizlik şəraitində yaşayır və bu, bizi fərqləndirən cəhətlərdən biridir.
Bir sözlə, əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Gələcək inkişafımızla bağlı məndə və əminəm ki, sizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inamlı inkişaf dövrünü yaşayacaqdır. Azərbaycan dövləti və mən prezident kimi Azərbaycanın milli maraqlarını müdafiə edəcəyəm, xalqın rifahını təmin edəcəyəm.
Mən bir daha sizə son on il ərzində mənə göstərdiyiniz böyük dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha sizi əmin etmək istəyirəm ki, var gücümlə doğma xalqımızın rifahı, dövlətimizin möhkəmləndirilməsi üçün çalışacağam. Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq.
Yaşasın müstəqil Azərbaycan Respublikası! -
“Mənim üçrəngli bayrağım”
4 noyabr 2013-cü il tarixdə Dövlət Bayrağı Meydanında “9 noyabr-Azərbaycan Bayrağı günü”nə həsr olunmuş “Mənim üçrəngli bayrağım” mövzusunda Qaradağ rayon Gənclər və İdman İdarəsi və Qaradağ rayonundakı 274 saylı məktəbin təşkilatçılığı ilə ədəbi-bədii kompozisiya keçirildi. Kompozisiyadan əvvəl məktəblilər Dövlət Bayrağı Muzeyi və oradakı eksponatlarla əyani surətdə tanış oldular. Tədbiri giriş sözü ilə açan 274 saylı məktəbin direktoru A.Cəfərov məktəblilərin iştirakı ilə keçirilən belə kateqoriyalı tədbirlərin şagirdlər üçün əhəmiyyətindən danışaraq bu istiqamətdə Dövlət Bayrağı Muzeyindəki yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün pedaqoji heyət adından minnətdarlıq etdi. Sonra şagirdlər tərəfindən bayrağımızı tərənnüm edən şeirlər, mahnılar və milli rəqslər ifa olundu. Tədbirdə iştirak edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov “9 noyabr-Azərbaycan Bayrağı günü” münasibətilə rayon İcra Hakimiyyətinin xüsusi göstərişi əsasında rayonda silsilə tədbirlərin keçirildiyini və bu tədbirin müvafiq tədbirlər planının tərkib hissəsi olduğunu qeyd etdi. Ədəbi-bədii kompozisiyanın sonunda tədbirin təşkilati işlərində yaxından iştirak etmiş müəllim və şagirdlər Qaradağ rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələrilə mükafatlandırıldılar.
-
Fidan ABBASOVA.Yeni şeir
* * *
Bilirəm darıxır ürəyin mənsiz
qürurun qoymayır yazasan mənə
gizlin bir duyğudur içində səssiz
aman vermir ürək bir anlıq dinə.Nə bilim bəlkəmdə yalnış zamanın
yalnış qonağıyıq hər ikimizdə
sənə bəslədiyim doğru yalanın
mənası qalmadı bitirdik bizdə.Deyirəm bir anlıq isdək ölürmüş
çünkü sevgi diqqət nəvaziş isdər
kim getsə yerinə biri gəlirmiş
əbədi qalansa sədaqət isdər.Fidan sonu deyil zamanla keçir
həsrət bir günlükdür kədər bir anlıq
yaxşını hər zaman göydəki seçir
ölüb bu dünyada daha insanlıq………………. -
Əziz MUSA.Yeni şeirlər
Payız
Əsir payız yeli, sınır havalar,
Günəş də nurunu azaldır bir az.
Həzin nəğmə deyir durduru sular,
Üşüdür körpəcə otları sular.Yır-yığış eyləyir köçəri quşlar,
Ürəyi titrədir durna harayı.
Dəyişir rəngini qayalar, daşlar,
Çoxalır bağların sovqatı, payı.Zirvələr gəlinlik paltarı geyir,
Vağzalı od salır neçə ürəyə.
Yarpaqlar göylərə əlvida deyi,
Çən düşür hər səhər dağa-dərəyə.Yanağı çırtlayır gülöyşə narın,
Qış quzeydə durub fürsət gözləyir.
Nəfəsi duyulur soyuğun, qarın,
Köçəni, gedəni qürbət gözləyir.Dərəni-təpəni yağışlar yuyur,
Qaralır yaylaqda ocaq yerləri.
Bir çiçək gözündə arı uyuyur,
Çapır öz atını payız yelləri.İndi köhnə daxma, köhnə paltar da,
İsti bir bürk kimi yarıyır bizə.
Payız təbi ölmüş qoca şairtək,
Köhnə şeirləri sırıyır bizə.Bu restoranlar
Toylara xərclənir kasıbın varı,
Artıq gündən-günə dərdi azalır.
Pul çatmır maaşdan maşa barı,
Daha söz-söhbətdən durulmur qanlar.
Milləti talayır bu restoranlar.Fikri pulda qalır toy günü bəyin,
Dəvətnamə verir salam verdiyin.
Toyların əlindən neyləyək deyin,
Min oyundan çıxır toy aparanlar,
Milləti talayır bu restoranlar.Düzülür süfrəyə min cürə salat,
Bilmirsən təzədir, yoxsa ki, boyat.
Ye ki, yeyəcəksən bir neçə saat.
Doymur pul-paradan bu qan sovuranlar,
Milləti talayır bu restoranlar.Bildirçin qalmayır dərədə, düzdə,
Cibdən pul aparır deyilən söz də.
Kefimiz qalxanda coşuruq biz də,
Durub dingildəyir arsız cavanlar,
Milləti talayır bu restoranlar.Balıq qoymadılar dənizdə, çayda,
Dünya nə haydadır, gör biz nə hayda.
Millətə tələdi vallah bu toy da,
Yüz oyundan çıxır bu pul yığanlar,
Milləti talayır bu restoranlar.Çoxları şərikdi, yığılar paya,
Qarabağ elə bil köçüb Bakıya.
Biz müftə yeməyə gedirik güya,
Alır ağlımızı lüt-üryan canlar,
Milləti talayır bu restoranlar.Hələ xınayaxdı, tanışlıq, söhbət,
Nişan, toy məclisi, ad günü, sünnət.
Bu nə ənənədir, bu nə adət,
Yıxdı evimizi yersiz oyunlar,
Milləti talayır bu restoranlar.Bir deyən yoxdur ki, dayanın bəsdi,
Bu nə musiqidi, bu necə səsdi.
Yenə dəvət gəldi, ürəyim əsdi,
Cibimi soyacaq canı yananlar,
Milləti talayır bu restoranlar. -
Aliyə ƏSƏDOVA.Şeirlər
Titrək-titrək
Titrək-titrək…..
əllər yarı uzanıqlı….
nəfəs daralır təngiməkdən….
Yarpaqlar qorxur vaxtsız tökülməkdən
hey əsdikcə…
meh gələn kimi…
insan qorxudan, ya sətəlcəmdən
titrəyir titrədikcə
qəzəbindən yanıqlı….
sətrin cümləsi, nidası
titrək-titrək…. titrək-titrək….Ovuc- ovuc
Ovuc-ovuc…
Günəşin nuru, Ay işığı…
taleyin bir xoşbəxt günü
ömrün naxışı ….
qışın qarı
buz kimi dondurucu,
əriyəndə
yağış olur, dolur əllərimə
isladır,
ağladır adamı qədərincə
hıçqırıq, göz yaşı…..
ovuc-ovuc…… ovuc-ovuc….Əlim gəlmir
Götür-qoy elədim
sən deyən kimi,
bilirsən nə qədər
yormuşam başımı
fikirləşməkdən,
nəticəsi də bu olub;-
əlimdən gəlir,
amma səninçün etməyə
əlim gəlmir.Gecikdiklərim, tələsdiklərim
Ümidi yığılmış soyuqların
üstünə çəkilər GECİKDİKLƏRİM,
barmaqlarını qatlaya-qatlaya
hesablaya-hesablaya
xatırlayarkən
dönüb sağa-sola-
dəyişən, dəyişməyən çevrəyə
baxarkən
bir az gecikər TƏLƏSDİKLƏRİM.Həftələr
Deyilmək istəyir
açıb söyləmədiklərim
həftənin sıxıb-sıxılan üzündən
o biri üzünə adlayan kimi
danışacaq deyə bilmədiklərim,
deyəcəm nəsə
eşidəcəksən nəsəni,
üstümdən qoparacaq nələrinsə
ağırlığını
həftənin o biri üzü.
Yaman üzə düşəndi bu həftələr.
Üzdən-üzə düşəndi bu həftələr.
Üz-üzünə dəyişəndi bu həftələr.
Danışacaq deyə bilmədiklərim
eşidəcəklər sizdən birinizi,
ya ONU, ya da SƏNİ,
ya ÜZÜ ya HƏFTƏNİ.Yorğanıma
Mənə bürünüb də
sinən yorğanım,
yuxulusanmış hələ,
eh, dünyadan bixəbər…
qulağımı dəlib-deşən
şütüyən maşınların
səsinə oyanır insanlar,
səhərlər…
sənsə …..
yatmısan,
hələ də yuxudasan,
mənsə……
üşüyürəm
gözləyirəm , haçan oyanırsan,
sən yox , mən səni bürümüşəm–
qucaqlamışam.Səhra sakinləri
Qum dənələri
təpə-təpə
yarğan-yarğan
qırmızı, boz , sarı…
Qara yel əsməsi–
yenə….yenə
burulğan.
Uzun yol sənələri
üzü günəşə sarı
səhra gəmiləri–
asta-asta, usta-usta
keçir səhra şəhərinin
əbədi sakinləri–
nə qum , nə yel, nə günəş–
keçir dəvə karvanı.Mücərrəd
Hissimə hakim bir şey
ağlımın diktəsiylə tutdum o an
fikri,
o bir qapalı,
o bir bağlı
içimdə o qədər boğucu
ata bilsəm başımdan,
bəlkə udqunum?,
bu da heç
asqırım, öskürüm?
ən yaxşısı durum
əl-üzümü yuyum–
başdan-ayağa yuyunum. -
Əlirza HƏSRƏT.Yeni şeirlər
SÖZƏ SÖYKƏNDİM
Bir sevən ürəyin mülküdür hər eşq,
Hər eşqdən od alıb,közə söykəndim.
Yıxılmayım deyə qalxdığım dağdan,
Cığıra əl atdım,izə söykəndim.Vurulmaq qorxusu varsa canında,
Coşar damarında axan qanın da.
Nadan qabağında,naşı yanında,
Dosta arxalandım,sözə söykəndim.Elə yaraşır ki dağlar bu kəndə,
Bu kəndə kim gəlsə,düşər kəməndə.
Nağıl danışanda,dastan deyəndə,
Qələmə üz tutdum,saza söykəndim.AHIM DODAQLARDA TUMURCUQLAYIB
Ahım dodaqlarda tumurcuqlayıb,
Əyibdir başını dar ağacları.
Əlvida deməyə yol ayrıcında,-
Divanə ruhumu saxlayın barı.Payız havasına köklənib deyə,
İçində oxuyur hər sarı yarpaq.
Qürub Günəşinin şəfəqlərini,-
Bağrına nə gözəl basıbdir torpaq.Üz tutub qürbətə durna köçü də,
Gülüb göz eləyir çən,duman dağa.
Yaşanmış günlərdən gəl ocaq çataq,-
Bahar sevdamızı qarşılamağa…SOLĞUN ÇİÇƏKLƏRDƏN EV QURUB KEÇDİN
Belə çox qınadım bu ötən yaşı,
Gələn günlərimdən xeyir tapınca.
Çox qələm dəyişdim,çox varaq cırdım,
Bir ulu,ilahi şeir tapınca.Bir dastan yaratmış hər sevgi andı,
Lalənin bağrı da sevgidən qandı.
Könlüm qəhərləndi,gözüm sulandı,
Özgə baxışında sehr tapınca.Adıma çıxınca bu qürub,keçdin,
Solğun çiçəklərdən ev qurub keçdin.
Könlümə neçə yol baş vurub keçdin,
Eşq nəzir qoymağa sən pir tapınca. -
Kənan AYDINOĞLU.Yeni şeirlər
SƏN MƏNİM QƏDRİMİ BİLMƏDİN, DÜNYA!
Mən sənin nəyinə inanmalıyam,
Sən mənim qədrimi bilmədin, dünya?!
Nə vaxtı tökdümsə gözüm yaşını,
Gözümün yaşını silmədin, dünya!Şükür ki, dayaqdı mənə YARADAN,
Seçmədin heç zaman ağı qaradan.
Bir gün dağılassan onsuz aradan,
Sevinci mənimlə bölmədin, dünya!Kəlmənə aldanmaq bilirəm hədər,
Sənə aldanmaq da özü bir kədər.
Yenə yaranışdan bu günə qədər,
De, niyə ölmədin, ölmədin, dünya?!Doğrunu gizlətdin doğru gözündə,
Ucaltdın özünü oğru gözündə.
Həqiqət yox imiş bircə sözündə,
Doğrunu heç doğru görmədin, dünya!Daşlardan başına gərək min dəyə,
Gah dağa çevrildin, gah da kündəyə.
Haqqın yolun tutan mömin bəndəyə,
Sevinc sarayını hörmədin, dünya!MƏNİ AYIRMAYIN ŞEİR DÜNYAMDAN!
Dastanlar torpağa düzülən zaman,
Göz yaşım dodaqla büzülən zaman,
Qəlbimdən incilər süzülən zaman,
Məni ayırmayın şeir dünyamdan!Torpağa gətirsəm, yurdun daşını,
Salamat görərsiz şair başını.
Həsrətdən tökdümsə, gözüm yaşını,
Məni ayırmayın şeir dünyamdan!Torpağım canına hopdumsa, yenə,
Tufana çevrilib qopdumsa, yenə,
Özümü özümdə tapdımsa, yenə,
Məni ayırmayın şeir dünyamdan!Sarayda dan kimi sökülən kimi,
Qəlbimdən nəğmələr tökülən kimi,
Dağı görən belim bükülən kimi,
Məni ayırmayın şeir dünyamdan! -
Sevinc HƏMZƏYEVA.Həyatı və Yaradıcılığı
Sevinc Həmzəyeva(Sevinc Səyyad qızı Həmzəyeva) 1977 – ci il oktyabr ayının 29-da anadan olmuşdur. 1984-1994 – cü illərdə orta məktəbdə oxumuş, 1995 – ci ildə ADPU–nun Filologiya fakültəsinə daxil olmuş, 1999 – cu ildə həmin universitetin bakalavr pilləsini, 2001–ci ildə isə “Antik ədəbiyyat” ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib.Şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri” qəzetlərində dərc olunub.2012-ci ilin oktyabr ayının 6-dan Azərnbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvüdür.
2001 – ci ildən Sumqayıt Dövlət Universitetində Filologoiya fakültəsində işləyir.2003 – cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsində əyani aspiranturasına qəbul olmuş, 2006 – cı ildə prof. Vaqif Arzumanlının rəhbərliyi ilə “Azərbaycan – ingilis ədəbi əlaqələrinin inkişafında bədii tərcümənin rolu” adlı dissertasiyasını aspirantura müddətində tamamlamış və şöbəyə təqdim etmişdir. Hazırda həmin şöbənin əməkdaşıdır. Eyni zamanda Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsində dekan müavinidr, filologiya üzrə fəlsəfə doktorudur. Onlarla elmi məqalənin müəllifidir. Həmçinin dövri mətbuatda da yazıları ilə çıxış edir.* * *
Rəqs edək…
Musiqisiz, çalğısız,
Qəlbimizin ahənginə…
Əvvəl baxışların
baxışımı qucaqlasın…
Nəzərlərdə qovuşaq…
Çəkmə məndən gözünü
Həkk olunum bəbəyinə…
Sonra…
əllərimdən tut…
barmaqlarını
bircə –bircə oxşayım…
Bircə – bircə öpüm baxışlarımla…
Yanağına toxunum
Ovcumun istisinə
Alışsın üzün, eşq ilə…
Sonra…
Rəqs edək
Qəlbindən süzülən nəğməyə
Dodaqların incə –incə təmasında
Duyğularımla baş – başa
Sarmaşıb sənin duyğularına
Rəqs edək…
Sonra, içimə çəkim səni bir udum nəfəs kimi
Sonra, içinə çək məni
Sənə həyat verən
Bir məlhəm kimi…2008
* * *
İçimi didən həsrətin
Könlümü üzən həsrətin
Az qala…
Məni sevdi həsrətin
Səndən də çox…Yarım oldun
Bağrımı yaran oldun
Xatirəmə həkk olunub
yadım oldun
Hərdən doğmadan doğma…
Hərdən ögey, yadım oldun…Hər anımda anılan…
Hər yanımda duyulan
Yandırdıqca…
Həsrətinə sarılan
Nəvazişim, mehrim, şəfqətim…
Sənə həsrət
Özüm kimi…2008
* * *
Sən – həsrətlər içindən
Sevgiyə bürünüb gəldin
Sən – hicranın içindən
vüsala çönüb gəldin
Ayaz vurmuş budaq üstə
Tumurcuğa dönüb gəldin
Günəş boyda şəfəq olub
zülmətləri dağıtdın…Fərəh olub qəhərimi
bir gülüşlə yox etdin
Nəğmə olub hər sözümü
musiqinlə dindirdin
Ruhum olub bu canımda
varlığımı diriltdin
İnam oldun! Öz eşqinlə
şübhələri dağıtdın…2010
-
Kənan AYDINOĞLU.Şeirlər
Bu gün Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvü Yolçuyev MƏHƏMMƏD Yolçu oğlunun doğum günüdür.
Bu gün Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri,Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü Yolçuyev MƏHƏMMƏD Yolçu oğlunun doğum günüdür..Bu münaisbətlə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya Heyəti Portalın Rəhbəri MƏHƏMMƏD qardaşımızı təbrik edir, ona orta təhsil illərində bol-bol uğurlar arzulayır!
DOĞUM GÜNÜNÜZ KUTLU OLSUN! ALLAH SİZİ KORUSUN! AMİN!TANRI SƏNİ QORUYUB KAMİLLİYƏ ÇATDIRSIN!
Gözəlliklər içində doğuldun doğuldun deyə. qardaş,
Ömrü boyu sevdin sən Ana yurdda qadını.
Xoşbəxtsən ki, seçdilər ata-ana səninçün,
Peyğəmbər Əfəndimiz MƏHƏMMƏDİN adını.TANRI SƏNİ QORUSUN GÖZƏL OLAN DÜNYADA!
Sən atanın,ananın gözünün nuru oldun,
Tanrı səni qorusun gözəl olan dünyada!
Gözzəl ata,ananın şükür, qüruru oldun,
Tanrı səni qorusun gözəl olan dünyada!Doğum günün mübarək olsun, olsun, MƏHƏMMƏD,
Sevincdən ömrü boyu gözün dolsun, MƏHƏMMƏD!
Nurunun damlasından çiçək solsun, MƏHƏMMƏD,
Tanrı səni qorusun gözəl olan dünyada!Kənan AYDINOĞLU.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri.
29 oktyabr, 2012.Bakı şəhəri. -
Azərbaycanın mətbuat tarixi
Mətbuat tarixi
Uzun müddət Zaqafqaziyanın inzibati və mədəni mərkəzinin Tiflis şəhəri olması mətbuat və ədəbiyyata da öz təsirini göstərmişdir. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq “Tiflisskiye vedomosti”, “Zakavkazski vestnik”, “Kavkaz”, “Novoye obozreniye” və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu.
“Tiflisskiye vedomosti” Qafqazda rus dilində çıxan ilk qəzet idi. Bu qəzetdə dekabristlərin iştirakı, qəzetin redaktor müavini V.D.Suxorukovun 14 dekabr hadisələri ilə sıx əlaqədar olması və s. haqqında məlumatlar vardır. Rus-Azərbaycan ədəbi əlaqələri haqqında maraqlı tədqiqatlar aparan alimlər “Tiflisskiye vedomosti” qəzeti haqqında da yeri gəldikcə bəhs etmişlər. “Tiflisskiye vedomosti” qəzetinin bəzi məqalələri mərkəzi qəzetlərdə yenidən dərc edilirdi. Bu qəzet 1829-cu ildə gürcü dilində, 1830-cu ildə fars dilində, 1832-ci ildə isə Azərbaycan dilində də buraxılmışdır. Azərbaycanca qəzetin adı “Tiflis əxbarı” idi.
XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatın yaranmasını zəruri edirdi. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək çətinliklə olsa da belə bir qəzetin nəşrinə icazə ala bilmişdi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olmuş və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail ola bilmişdi. “Əkinçi”nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulmuşdu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən “Əkinçi” qəzetinin ümumilikdə 56 sayı işıq üzü görmüşdür. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunub.
İlk milli mətbuat orqanı olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü gün – iyulun 22-si respublikada “Mətbuat Günü” kimi qeyd edilir.
“Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələri və digər yazıları dərc olunurdu.
1877-1878-ci illər Rus-Türk müharibəsi başlanan zaman arxa cəbhədə “türk-tatar” dilində qəzetin mövcudluğundan ehtiyat edən Rusiya hökümətinin göstərişi ilə 1877-ci ilin sentyabrın 29-da “Əkinçi”nin nəşrinə rəsmən xitam verilmişdi. Bundan sonra “Ziya”, “Kəşkül” qəzetləri işıq üzü gördü.
“Kəşkül”, “Əkinçi” ilə “Ziya” arasında orta bir mövqe tutmuşdu, lakin “Əkinçi” yə daha artıq dərəcədə meyli hiss edilir. Ziyalıların şüurunda “Azərbaycan milləti” məfhumunun oyanması “Kəşkül” dövrünə təsadüf edirdi. Onlar başa düşmüşdülər ki, “din” və “millət” məfhumları ayrı-ayrı şeylərdir. “Kəşkül” qəzeti öz səhifələrində bu məsələləri aydınlaşdırmağa səy göstərmiş və ictimai-siyasi şüurun inkişafına kömək etmişdir. “Kəşkül” Azərbaycan millətinin inkişafı və başqa millətlərlə dostluq əlaqələrini möhkəmlətməsi haqqında da müsbət səciyyə daşıyan məqalələr verirdi. Bu məqalələrin bir çoxu mövzusu , ideya istiqaməti, dili və üslubu, ehtiraslılığı ilə fərqlənirdi.
1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbuat orqanı fəaliyyət göstərmişdir. Bunun 20-si rus dilində, 15-i gürcü dilində, 15-i erməni dilində, 3-ü Azərbaycan dilində idi. Əgər ayrı-ayrı elmi cəmiyyətlərin, idarə və təşkilatların rəsmi nəşrlərini də nəzərə alsaq, həmin rəqəm 69-a çatar. Həmin mətbuat orqanlarının bir çoxunun ömrü lap az olmuşdur. Cəmi 23 mətbuat orqanı 5 ildən yuxarı yaşaya bilmişdir. Bunlardan rus nəşrləri aşağıdakılardır: “Qafqaz”, “Tiflisski vestnik”, “Tiflisskiye obyavleniya”, (“Tiflisski listok”), “Kaspi”, “Yuridiçeskoe obozrenie”, “Bakinskiye izvestiya”, (“Bakinski torqovo-promışlennı listok”) və “Severnı Kavkaz”.
Bakıda rus dilində çıxan qəzetlər ideya – siyasi nöqteyi-nəzərindən Qafqazın digər şəhərlərində çıxan rus qəzetləri ilə bir cərgədə gedirdi. Azərbaycanda çıxan ilk rus qəzeti “Bakinski listok” hesab edilir. Qəzetin redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian Sink idi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 19-da (6-da) çıxmış, iyun ayında bağlanmışdır. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olunmuşdur. Həmin il iyunun 3-dək davam etmişdir.
1876-cı ildə Bakıda rus dilində ikinci bir qəzet “Bakinskiye izvestiya” nəşrə başlamışdır. Bu qəzet quberniya idarəsinin rəsmi orqanı idi və general – qubernator D.S. Staroselskinin təşəbbüsü ilə buraxılmışdı. Staroselski 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrinə də kömək etmişdi. Onun “Bakinskiye izvestiya” qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. O, hələ qəzet çıxmazdan xeyli əvvəl quberniya idarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi. 1888-ci ildən sonra qəzet “Bakinski torqovo – promışlennı listok” adı ilə çıxmışdır.
1894-cü ilin yanvarından “Bakinskiye qubernskiye vedomosti” adlı rəsmi dövlət qəzeti də fəaliyyətə başlamışdır. Qəzet teleqram və elanları olan əlavəsi ilə çıxırdı. Bu teleqram və elanların bir hissəsi Azərbaycan dilində buraxılırdı. Qəzet 1916-cı ilə qədər çıxmışdır.
Adları çəkilən bu qəzetlərin hamısında rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu. Bakıda rus dilində çıxan burjua qəzetləri içərisində “Kaspi” qəzeti daha uzun ömür sürmüş, müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi-nəzərindən əks etdirmişdir. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxmışdır.
“Kəşkül” qəzeti bağlandıqdan sonra Tiflisdə Azərbaycan dilində mətbuat orqanı yaratmaq üçün bir neçə dəfə təşəbbüs olmuşdur. Məsələn, Məmmədağa Şahtaxtinski 1896-cı ildə Azərbaycan dilində “Tiflis” adlı, Kamal Ünsizadə isə 1900-cü ildə “Daniş” adlı qəzet çıxarmaq istəmişlər. Lakin onların təşəbbüsü fayda verməmişdir.
M.Şahtaxtinskinin “Şərqi – rus” adlandırdığı qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da çıxmışdır. Əvvəllər o, həftədə üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə çevrilmişdir. “Şərqi – rus” qəzeti XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir.
Azərbaycan mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən “Molla Nəsrəddin” jurnalıdır. Jurnalın redaktoru Mirzə Cəlilin əsas qayəsi milləti müasir dünyaya uyğun ölçülər səviyyəsində görmək idi. “Molla Nəsrəddin” bu amallar uğrunda mübarizə fonunda yaranmışdı. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxdı. Jurnalın yazıları bütöv bir millətin başına açılan oyunların, əzab-əziyyətlərin, haqsızlıqların satirik ifadəsi idi.
Jurnalın birinci nömrəsi 1.000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə “Molla Nəsrəddin” adı dillərdə gəzməyə başladı. Nəticədə jurnalın 2-ci nömrəsi 2.000 nüsxə tirajla çıxarıldı.
C.Məmmədquluzadə senzor tərəfindən jurnalda nəşr olunmasına icazə verilməyən şəkillərin və ya materialların yerini ağ saxlayır və yaxud “Bizdən asılı olmayan səbəblərə görə bu yer ağ qaldı” deyə yazırdı.
“Molla Nəsrəddin”in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci il iyunun 8-də Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verdi. Bu hadisə xalqın böyük narazılığına səbəb oldu. Bakıdan, Şəkidən, Zaqafqaziyanın bir sıra başqa yerlərindən Tiflisə jurnalın nəşrinin bərpasını tələb edən məktublar gəlirdi.
Qısa fasilədən sonra jurnalın 23-cü nömrəsi iyulun 25-də çıxdı. 1908-1909-cu illərdə bir neçə dəfə “Molla Nəsrəddin” jurnalını bağlamağa təşəbbüslər edilmişdir.
1920-ci ildə C.Məmmədquluzadə öz ailəsi ilə köçüb Cənubi Azərbaycana getmişdir. 1921-ci ilin fevralında o, jurnalın nəşrini Təbrizdə yenidən bərpa etmişdir. Təbrizdə “Molla Nəsrəddin” jurnalının 8 nömrəsi çıxmışdır. Sovet hökumətinin təşəbbüsü ilə “Molla Nəsrəddin”in nəşri 1922-ci ilin noyabrında Bakı şəhərinə köçürülmüş və jurnal 1931-ci ilə qədər burada çıxmışdır. Jurnalın sonuncu nömrəsi 1931-ci il yanvarın 7-də buraxılmışdır.
Ümumiyyətlə, “Molla Nəsrəddin”in Tiflisdə 370 nömrəsi, Təbrizdə 8 nömrəsi və Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda 398 nömrəsi çıxmışdır.
“Mola Nəsrəddin” çap edilib yayıldıqdan sonra onun təsiri altında Qafqazda, Orta Asiyada, Volqa-boyunda, İranda və İran Azərbaycanında, Dağıstanda və başqa yerlərdə bir sıra satirik və yumoristik jurnallar çıxmışdır. Bu jurnalların bir çoxu “Molla Nəsrəddin”in layiqli ardıcılları olmuş, inqilabi-demokratik ideyaları yaymışdır. Bəzi satirik jurnallar isə liberal görüşlərdən irəli getməmiş, aşağı səviyyədə çıxmışdır.
1911-ci il noyabrın 29-dan Bakıda “Məktəb” adlı yeni bir uşaq jurnalı nəşrə başladı. (Bu haqda bax: uşaq mətbuatı)
1920-ci ildə Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə nəşrə başlayan “Maarif” (cəmi 2 nömrəsi çıxmışdır) və “Qırmızı günəş” (sonra “Qızıl cavanlıq”), 1923-cü ildən çıxan “Gənc pioner”, 1927-ci ildən çıxan “Pioner” jurnalları, “Azərbaycan pioneri” qəzeti və s. mətbuat orqanları yeni nəslin tərbiyə olunmasında mühüm rol oynayırdılar.Mətbuatın sovet dövrü
1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr olunmuşdur. Azərbaycan dilində “Bakı Fəhlə Konfransının Əxbarı”, “Azərbaycan gəncləri”, “Hürriyyət”,”Haqq”, “Füqəra sədası”, “Zəhmət sədası”, “Oktyabr inqilabı”, “Gənc işçi”, “Azərbaycan füqərası”, rus dilində “Nabat”, “Molot”, “Proletari”, “Raboçi put”, “Qolos truda”, “Bednota”, “Molodoy raboçi”, “Novı mir”, və başqaları Azərbaycan bolşeviklərinin nəşr etdikləri qəzetlər idi. Doğrudur, bu qəzetlərin ömrü çox az olmuş, bəzilərinin cəmi bir və ya bir neçə nömrəsi çıxmışdır. “Kommunist” qəzeti “Hümmət”, “Qoç-Dəvət”, “Təkamül”, “Yoldaş”, “Hümmət” (1917-1918-ci il-lər), “Bakı Şurasının Əxbarı” kimi bolşevik qəzetlərinin davamçısı olaraq meydana atıldı.
“Kommunist” 1919-cu il avqustun 29-da həyata gəldi. Azərbaycan bolşevikləri “Kommunist”i hökumət orqanlarından xəbərsiz, gizli buraxmışdılar. “Kommunist” in 1919-cu il gizli çıxan nömrəsini Ruhulla Axundov redaktə etmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci il aprelin 30-da Əliheydər Qarayevin redaktorluğu ilə”Kommunist” leqal şəkildə öz nəşrinə başladı.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində “Kommunist” və “Bakinski raboçi” qəzetlərinin səhifələrində qəzalardan tez-tez materiallar dərc olunurdu. 1923-cü il iyunun 16-da Bakıda “Kəndçi qəzetəsi”nin birinci nömrəsi çapdan çıxdı.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi (KPMK) 1923-cü il iyulun 2-də Bakıda Şərq qadınlarının, xüsusilə Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan “Şərq qadını”nın nəşr olunmasını qərara aldı. “Şərq qadını”jurnalının 1-ci nömrəsi 1923-cü ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə tirajla çapdan çıxmışdır. Jurnalın ilk redaktoru Ayna Sultanova olmuşdur. 1938-ci ildən “Şərq qadını”, “Azərbaycan qadını” adı ilə nəşr olunmağa başlayıb.
1926-cı ildə Bakı şəhər komsomol təşkilatının konfransı çağırılmışdı. Konfransın keçirildiyi gün bir dəstə fəal məktəbli üzərində “Pioner”sözü yazılmış 28 səhifəlik jurnal hazırlamışdı. Uşaqların xətti ilə yazılmış cəmi 50 nüsxə jurnal konfrans iştirakçılarının çox xoşuna gəldi.Həmin nüsxələr “Pioner” jurnalının ilk qaranquşu oldu. Aradan bir neçə ay keçəndən sonra, yəni, 1927-ci ilin fevralında “Pioner” jurnalı kütləvi tirajla çıxmağa başladı.
1934-cü il sentyabrın 2-də “Kommunist maarifi” qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək “Müəllim qəzeti” adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. 1946-cı ilin aprelindən “Azərbaycan müəllimi” adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də bu adla yaşadı.
İdman mətbuatımızın ən böyük tarixə malik nəşri olan “İdman” qəzeti həm də Azərbaycan mətbuatının ən qocamanlarından biri sayılır. 1932 – ci ildə ilk dəfə “Azərbaycan bədən tərbiyəçisi” (“Fizkulturnik Azerbaydjana”) adı altında işıq üzü görmüş “İdman” qəzetinin artıq 70 – dən çox yaşı var.
Sonrakı illərdə “Ədəbiyyat” (1933)”, Azərbaycan pioneri” (1938), “Kirpi” jurnalı (1952), “Bakı ” (1958) və s. qəzetləri meydana gəlmişdir.
Sovet dovründə şəhər və rayonlarda nəşr olunan qəzetlər: Bakı – “Bakı”, “Baku”; Gəncə – “Kirovabad kommunisti”; Naxçıvan – “Sovet Naxçıvanı”; Xankəndi – “Sovetskiy Karabax”; Mingəçevir – “Mingəçevir işıqları”, “Oqni Minqeçevira”; Sumqayıt – “Sosialist Sumqayıtı”, “Kommunist Sumqaita”; Ağcabədi – “Sürət”; Ağdam – “Lenin yolu”, “Ağdam”; Astara – “Sovet Astarası”; Abşeron – “Abşeron”; Ağdaş – “Əmək”; Ağsu – “Birlik”; Əli Bayramlı – “İşıq”, Mayak”; Bərdə – “Kommunizm yolu”; Balakən – “Şən həyat”; Oğuz – “Lenin bayrağı”; Göyçay – “Yeni həyat”; Daşkəsən – “Daşkəsən”; Cəlilabad – “Yeni gün”; Cəbrayıl – “Kolxozçu”; Dəvəçi – “Qurucu”; Culfa – “Zəfər”; Yevlax – “Təşəbbüs”; Beyləqan – “Yüksəliş”; Zaqatala – “Qırmızı bayraq”; Zəngilan – “Kənd həyatı”; Zərdab – “Pambıqçı”; Şərur – “İşıqlı yol”; İsmayıllı -“Zəhmətkeş”; İmişli – “Qızıl ulduz”; Qazax – “Qalibiyyət bayrağı”; Gədəbəy – “Tərəqqi”; Goranboy – “Mübariz”; Qax – “Şəlalə”; Kəlbəcər – “Yenilik”; Quba – “Şəfəq”; Qubadlı – “Avanqard”; Qusar – ” Qızıl Qusar”; Qəbələ – ” Qalibiyyət”; Kürdəmir – “İrəli”; Laçın – “Laçın”; Lənkəran – “Leninçi”; Lerik – “Bolluq uğrunda”; Masallı – “Çağırış”; Tərtər – “Qızıl bayraq”; Neftçala – “Oktyabr bayrağı”; Ordubad – “Yeni Ordubad”; Biləsuvar – ” Məhsul”; Sabirabad – “Muğan”; Saatlı – “Dönüş”; Salyan – “Qələbə”; Tovuz – “Həqiqət”; Ucar – “Yeni söz”; Füzuli – “Araz”; Xaçmaz – “Dostluq”; Xanlar – “Kommunist əməyi”; Şəmkir – “Ulduz”; Şəki – “Şəki fəhləsi”; Şamaxı – “Yeni Şirvan”, “Novıy Şirvan”; Şuşa – “Şuşa”; Şahbuz – “Qabaqcıl”; Yardımlı – “Yeni kənd”; Babək – “Əmək bayrağı” və s.
Bəzi qəzetlərina adları bir neçə dəfə dəyişmişdir.Müasir mətbuat
Bütün Sovet Sosialist Respublikası İttifaqında (SSRİ) başlayan yenidənqurma havası Azərbaycana da çatdı və ictimai mühitə kəskin təsir göstərdi. Millətin dirçəliş dövrü kimi tarixdə qalan 1989-cu ildə “Azərbaycan” qəzeti yaradıldı. Müstəqil mətbuatın qaranquşu hesab edilən “Azadlıq” qəzeti də 1989-cu ilin 24 dekabr tarixində işıq üzü görüb. Qəzetə tanınmış jurnalist Nəcəf Nəcəfov rəhbərlik edib.
1990-cı ildə “Zerkalo”, “Səs”, 1991-92-ci illərdə “Yeni Müsavat”, “İki Sahil”, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzetləri nəşr olunmağa başladı.
1998-ci ilin avqust ayının 6-da prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Həmçinin, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanununun (ARQ), digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib.
Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası (DDK) kimi mühüm bir sənəd təsdiq olunmuşdur. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (DDF) yaradılmışdır.
Hazırda ölkədə 4500-ə yaxın mətbuat orqan Ədliyyə Nazirliyində (ƏN) qeydiyyatdan keçib. -
Aşıq ədəbiyyatında işlənən şeir janrları
Qoşma
Aşıq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri də Qoşmadır.Hər bəndi dörd misradan və hər misrası on bir hecadan ibarət olan şeir şəklinə Qoşma deyilir.Ədəbiyyatşünaslıqda qoşmaya
“məhəbbət şeiri” və ya “aşiqanə şeir” də deyilir.Qoşmanın ilk bəndində birinci və üçüncü misralar sərbəst olur.İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir:abcb.Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir:çççb,dddb…Qoşmada bəndlərin sayə tək və cüt olur.Azərbaycan Ədəbiyyatında bəzi qoşmalar 3,5,7; bəziləri isə 2,4,6,8 bənddən ibarət olur.Qoşmanın son bəndində müəllif adətən öz təxəllüsünü göstərir.Həmin bənd “möhürbənd” adlanır.Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.Qoşma əsasən heca vəznində olur.Misra daxili bölgü 6+5,5+6,4+4+3 şəklində olur.Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.
Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan görkəmli xalq şairlərimizin də yaardıclığında qoşma janrında yazılmış şeirlərə rast gəlinir.Məsələn,Nəriman Həsənzadənin “Mən”,”Ay Həkim”,Zəlimxan Yaqubun “Gəlib”, “Dəli olmağıma bir addım qalıb”,Bəxtiyar Vahabzadənin “Bakıyla Təbrizin ararsındayam”,”Səninlə dünyada bəxtiyram mən” vəGəraylı
Aşıq ədəbiyyatının ən geniş yayılmış şeir janrlarından biri də gəraylıdır.Hər bəndi dörd misradan, hər misrası 8 hecadan ibarət olan şeir şəklinə Gəraylı deyilir.Gəraylının ilk bəndində birinci və üçüncü misralar sərbəst olur.İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir:abcb.Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir:çççb,dddb… Gəraylıda bəndlərin sayə tək və cüt olur.Azərbaycan Ədəbiyyatında bəzi gəraylıda 3,5,7; bəziləri isə 2,4,6,8 bənddən ibarət olur.Gəraylının son bəndində müəllif adətən öz təxəllüsünü göstərir.Həmin bənd “möhürbənd” adlanır.Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.Gəraylı əsasən heca vəznində olur.Misra daxili bölgü 4-4, 5-3, 3-5 şəklində olur.Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.
-
AYB Muğan Bölməsi möhtəşəm kitab təqdimatı düzənlədi.
26 oktyabr 2013-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin təşkilatçılığı ilə Azərbaycanda Atatürk Mərkəzində jurnalist Böyükağa Mikayıllının Pedaqoji elmlər doktoru, professor ƏJDƏR AĞAYEVin həyat və fəaliyyətindən bəhs edən “İŞIQ” kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə AYB Muğan Bölməsinin sədri Namiq Hacıheydərli açdı. O, “İşıq” sənədli romanının Azərbaycan ədəbiyyatında ilk sənədli pedaqoji roman olduğunu və bu romanın gələcəkdə Azərbaycan pedaqoji fikir tarixini araşdıranlar üçün tutarlı mənbələrdən biri olacağını qeyd etdi. İlk söz tanınmış maarif xadimi Nəcəf Nəcəfova verildi. Daha sonra pedaqoq-alim Ənvər Abbasov, professor İramin İsayev, professor Akif Abbasov, professor Fərrux Rüstəmov, professor Nazim Kazımov, Vidadi Bəşirov, yazıçı-pedaqoq Allahverdi Eminov, qocaman maarif xadimi Asif Cahangirov, jurnalist Qulu Məhərrəmli, tədqiqatçı Teyyub Qurban, sosioloq-alim Əhməd Qəşəmoğlu, ağsaqqal şair Ənvər Əhməd, şair Əlisəmid Kür, şair Əyyub Şirlanlı, Zakir Ağdamlı, Stokholmda yaşayan yazıçı-filosof Eluca Atalı, Cəvahir Qaraqızı, Sevda Əlibəyli, Mahmudova Həcər və başqaları çıxış edərək “İşıq” kitabı haqqında düşüncələrini bölüşdülər və Əjdər Ağayev şəxsiyyətinin böyüklüyündən söz açdılar. Kitabın müəllifi jurnalist Böyükağa Mikayıllının çıxışından sonra söz Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevə verildi. Professor Əjdər Ağayev minbir zəhmətlə qazandığı halal ucalığa gedən yolda keçdiyi əzablı ömür yolundan danışdı. “İşıq” kitabı haqqında fikirlərini paylaşdı. Müəllifə və zəhmət çəkib tədbirə gələn insanlara təşəkkürünü bildirdi.
-
Böyükağa Mikayıllının yeni kitabı işıq üzü gördü
Edebiyyat-az.com-un gundelik.info-ya istinadən yaydığı məlumata görə, tənqidçi-jurnalist, yazıçı-publisist, Təhsil Şurası mətbuat xidmətinin rəhbəri, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllının “İşıq” sənədli romanı kitabı işıq üzü görüb.Sənədli romanın birinci hissəsi olan bu kitab “MM-S” nəşriyyatı tərəfindən 464 səhifə olmaqla, 500 tirajla dərc olunub.Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanı “Ədəbiyyat qəzeti”nin baş redaktor müavini Azər Turandır.Kitabın içindəki rəsmlər İlqar Mahmudundur.Üz qabığında məşhur Holland rəssamı Vinsent Van Qoqun əsəri təqdim olunub.
Kitabda pedaqoji elmləri doktoru, professor Əjdər Ağayevin həyat yolundan, təhsil illərindən və fəaliyyətinin ilk mərhələsindən bəhs olunur.Kitab müəllifin oxucularla ilk görüşüdür.
-
Saqif QARATORPAQ.Həyatı və Yaradıcılğı
Saqif QARATORPAQ (Babayev Saqif Qnyaz oğlu) 1963-cü il oktyabr ayının 26-da Qazax (indiki Ağstafa) rayonunun Köçəsgər kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb.1982-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olub.1986-cı ildə həmin Universiteti bitirib.1999-2003-cü illərdə Qazax Müəllimlər İnsitutunun Tarix fakültəsində ali təhsil alıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvdür.”Hüseyn Arif” Ədəbi Birliyinin sədridir.”Şamın kölgəsi” (Bakı, “Adiloğlu”, 2006) və “Bir könül varağında” (Bakı, “Ünsiyyət”, 2012) şeirlər kitabının müəllifidir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Şeirləri “Ziyalı Ocağı”,“Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarında, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”,”Elimiz.günümüz”, “Kaspi”, “Avrasiya”, “Yol”, “Ədəbiyyat və İncəsənət”, “Ekspress” qəzetlərində, “Türkün səsi” dərgisində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2001-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri sədridir.XƏNCƏR
O ki dar ayaqda qoruyub bizi,
Paxıl ürəklərə tuşlamışıq biz.
Bəlkə də birinci döyüşümüzü
Xəncər davasıyla başlamışıq biz.Gümüş dəstəyində barmaq izləri,–
Bilirəm, qorxağın əlinə yatmaz.
Görsə ürəksizin əsər dizləri,
Belinə bağlasa, belinə yatmaz.Doğrusu, bir azca parıltımız var,
Qorxub qınımızdan çıxa bilmirik.
Eh, elə quruca qaraltımız var,
Bərkə düşən kimi gözdən itirik.Tiyəsiz xəncərlər göz qamaşdırır,
Gizləyə bilmirik «heyrətimizi».
Yaltaqlar yığılıb «muzey» açdırır,
Rəflərə qoyuruq qeyrətimizi.İtir yavaş-yavaş sözün ovxarı,
Korşala-korşala tiyəsiz qalır.
Üstündən ötdükcə vaxtın axarı,
Gümüş xəncərimiz yiyəsiz qalır.Deşir ürəyimi bir dərd xəncəri,
Dəvanın-dərmanın əsəri olmur.
Qardaş, korşalanda qeyrət xəncəri;
Gümüş xəncərlərin kəsəri olmur.ÇIYINLƏR
Çiyinlər öyrəşib həmişə yükə,
Baharı daşıyıb, qışı daşıyıb.
Sevdası, qovğası özündən yekə
Ağıllı, ağılsız başı daşıyıb.Çiyinlər öyrəşib həmişə yükə,
Yorulmaz yollarda dəvələr kimi.
Gedərik yol boyu tər tökə-tökə,
Gedər çiynimizdə dünyanın qəmi.Gedərik dayanıb, dinşəyib bir az,–
Torpağın qarğışı tutana kimi,
Çiynimiz tabuta çatana kimi
Boyumuz uzanar, ömür uzanmaz.Çiynimiz tabuta çatıb dayanar,
Yox olar dünyanın nağılı birdən,
Hardasa baxtımız yatıb dayanar,
İtirrik ümidi, ağılı birdən.Yapışar yollara ayaqlarımız,–
Torpaq ilğım kimi çəkər adamı.
Çatlayar qəfilcə dodaqlarımız,
Bir anlıq unudar adını hamı.Bir qorxu qıvrılıb yatar ürəkdə,
Açıb ağartmarıq ancaq heç kimə.
Sevinci hamıyla bölə bilsək də,
Dərd var–bölünəsi deyilmiş demə.Yaxın olanmazmış heç vaxt özgəsi,
Hər kəsin bir mərhəm kədəri varmış.
Hərənin çiynində bir qəm heyvəsi,–
Hərə öz dərdini tək aparırmış.QABAĞIMI KƏSƏN VAR
Daha səni qaçırası deyiləm,
Daha yoxdu yollarının qorxusu.
Anan bilsə çəkməyəcək daha qəm,
Qaçmayacaq innən belə yuxusu.
Yuxularım çin olmadı, neyləyim?!
Nədən oldu?
Ya taledən, ya baxtdan,
Sinəm dolu, üzüm gəlmir söyləyim,
Köks ötürüb boylanıram uzaqdan.Arzularım, diləklərim, şüşəydi,
Sındı qəfil, qəlpə-qəlpə töküldü.
Səni tale, məni də ki vaxt əydi,
Sınan qəlbi bacarırsan tik indi!Görən sənmi, görən mənmi günahkar,
Ya ağlımla dil tapmayan ürəyim?!
Göstər mənə günahsız bir Adam var,
Tanrı deyim, ulu deyim, pir deyim.Daha səni qaçırası deyiləm,
Daha məndən hər gün uman-küsən var.
Daha səni ötürəsi deyiləm,
Bilirsənmi, qabağımı kəsən var.DÖYÜŞ
Döyüşdü…
Baş düşür yerə:
insan başı, at başı.
Meydanda düşən papaqlar
gəzirlər yiyəsini.
Meydanda düşən papaq kimi
düşüb qaldı yurd yeri,
dönüb də Kim götürər?!* * *
Sən də, mən də
iki damla göz yaşıydıq.
Axdıq, axdıq
bir həsrətin yanağıyla,
bir vüsalın daş ovcuna
düşənmədik.
Nə sən mənə,
Nə mən sənə küsənmədik.
Axdıq, axdıq
ömrümüzdən
bulud kimi ötüb keçən
günü, ayı saya-saya,
Sən bir çaya,
mən bir çaya,
bir həsrətin yanağıyla…GÖRÜNMƏZ
Bu sevdanın payızı
Gətirdimi ayazı?
Gözlərimdə qəm buzu,
Əriməz ki, əriməz.Bilirdimmi bu istək,
Çən-dumana düşəcək.
Qəm düzündə bəxt köşək,
Yeriməz ki, yeriməz.O çağıran kim idi?!
İtirdimmi ümidi?
Ürək uşaq kimidi,
Kiriməz ki, kiriməz.Sevda ulu, eşq əzəl,
Töküldüm xəzəl-xəzəl,
İtirdiyim o gözəl
Görünməz ki, görünməz.SƏN GEDƏN YOLLARIN
Sən gedən yolların üzü qürbətə,
Bir də bu yerlərə gələcəkmisən?!
Sən gedən yolların üzü həsrətə,
Geriyə qayıda biləcəkmisən?!Üz tutub gedirsən bəs birnəfəsə,
Axı, bu getməyin qayıtmağı var.
Hayıf, ayrılığın yolları kəsə,
Hayıf, ayrılığın yolları hamar.Payızda köç edən durna deyilsən,
Geriyə dönəsən yaz gələn kimi,
Qəm səni tanıyar, qəmə əyilsən,–
Tənha bilən kimi, tək bilən kimi.Gözlərin yol çəkər, yollar uzanar,–
Baxdıqca ürəyin sıxılacaqdır.
Sən gedən yollara qollar uzanar,
Sən dönən yollara kim çıxacaqdır?Üz tutub gedirsən, getməyə nə var;
Getmək əzab deyil qayıda bilsən.
Gedirsən, bir ovuc torpaq da apar,
Gözünə tökərsən məhəbbət ölsə.ASFALTA ÇƏKILƏN ŞƏKIL
O gecə rəssamıydı,
naşı bir rəssam,
fırçası dəmirdən,
Bakının sinəsinə çəkdi şəklimi,
Ən böyük küçəsinə çəkdi şəklimi.
Tək bircə şəklim var,–
nə dostlara yollaya bilirəm,
nə qohumlara;
nə də sevgilimə.
Tək bircə şəklim var,–
Sinəsində gəzdirəcək vətən.ocaq,1990
AĞI
Nə vaxtdı bir qəmin başdaşıyam mən,
Bir qız sevdiyitək qucammaz məni.
Bir yetim sevginin göz yaşıyam mən,
O şana kirpiklər tutanmaz məni.Qəlbin heyrətindən bir haray doğar,–
Heyrətim bir kövrək sözü gətirər.
Yenə Günəş çıxar, Yenə Ay doğar,–
Sərsəri küləklər yazı gətirər.O külək köksümə sığına bilsə,
Ötən buludları saxladı bəlkə.
Buludlar məni də yaxını bilsə,
Sıxıb gözlərini ağladı bəlkə.Sonra göy üzündə bir göy qurşağı
Görüb də qəfilcə dillənəcəksən.
Sonra da bir ömrün dağdan aşmağı,
Sonra, sonrasını nə biləcəksən?Hərənin öz dərdi öz içindədir,
Ya mavi təbəssüm, ya gözlərdə yaş.
Dünya öz işində öz, gücündədir,–
Yolçu yolda gərək, gəl gedək qardaş!19.02.1990
ÖZKEÇMİŞİM
Dinc durmayıb dincliyimə daş atdım,
Mələklərin qanadını qanatdım.
Arzuların yüyənini boşaltdım
Sınıq-salxaq arabanın içində.Öz ağlımın ucbatından ağrıdım,
Uzandığım budaqları doğradım.
Baxtım döndü, bəy quşunu qarğadım
Tozu qopan xarabanın içində.Bu dünyada tənha qalan qurdmuşam.
Öz səsimi eşidəndə qorxmuşam.
Yüz keçinin dərisini yırtmışam
Neçə-neçə barabanın içindən. -
Debüt: Kənan AYDINOĞLU (Bakı şəhəri, Qaradağ rayonu).Yeni şeirlər
Murquzov Kənan Aydın oğlu — şair-junalist,”Hüseyn Arif” Ədəbi Birliyinin üzvü (2012), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri (2012), Tokat Şairler ve Yazarlar Derneğinin Fəxri üzvü (2013), “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azerbaycan temsilcisi (2013), Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri (2013)
Həyatı
Kənan Aydınoğlu 1989-cu il oktyabrın 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 274 saylı orta məktəbin birinci sinfinə daxil olub.Üç ildən sonra həmin məktəbin üçüncü sinfini bitirmişdir.1999-cu il yaşayış yerini dəyişdirdikləri üçün orta təhsilini Lökbatan qəsəbəsindəki 166 saylı orta məktəbdə davam etdirib.2007-ci ildə həmin məktəbi bitirmişdir.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Yaradıcılığı
Şeirləri və məqalələri “Azərbaycan bələdiyyəsi”,”Azad Press”,”Cəmiyyət”,”Yeni Bəşər”,”Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Yeganə yol”, “Sözün Sehri”,“Yeni Azərbaycan”,“Respublika gəncləri”, “Elimiz, günümüz”, “Yenilik Press”, “Vışka”, “Elin sözü”,“İlham çeşməsi”,”Vedibasar”, “Təzadlar”, “Yeni Axtarış”, “İrəvan Press”, “Azad Qələm”, “Azad Azərbaycan” qəzetlərində, “Ziyalı Ocağı” İctimai Birliyinin mətbu orqanı ”Ziyalı Ocağı”,”Ali Ziya” ədəbi-bədii, elmi-publisistik, Tokat Şairler ve Yazarlar Derneğinin mətbu orqanı “Kümbet”, Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları “Ulduz” jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında çap olunub.2006-cı ildən respublika mətbuatında Kənan AYDINOĞLU imzası ilə şeirləri və məqalələri ilə çıxış edir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Tokat Şairler ve Yazarlar Derneğinin Fəxri üzvü seçilmişdir.Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində məqalələri dərc olunub.
2007-ci ildə “Adiloğlu” nəşriyyatı tərəfindən “Ömürdən bir səhifə” adlı ilk şeirlər kitabı işıq üzü görüb.2010-cu ildə “MK” nəşriyyatı tərəfindən”Ömrün yarı yolunda” adlı ikinci şeirlər kitabı çap olunmuşdur.”Hüseyn Arif” Ədəbi Birliyinin üzvüdür.
2012-ci il oktyabr ayının 6-da Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Portal Rəhbəri seçilmişdir. Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar İncəsənət Xadimi Nəriman Həsənzadə gənc yazar Kənan Aydınoğlunun ədəbi-bədii yaradıcılığını yüksək qiymətləndirib.
2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində Salyan və Cəlilabad səfərlərinin iştirakçısıdır.Gənc yazar olaraq Türkiyəyə dəfələrlə dəvət alıb.
“Türkçülük dəftəri” silsiləsindən olan şeirləri və “Türkün türkçülük dastanı” poeması dərc olunmaq üçün qardaş Türkiyəyə göndərilib.Yıldırım Beyazit Universitetinin dosenti dr.Salih Yılmazın təklifi ilə şeirləri Türkiyənin müxtəlif dərgilərində, o cümlədən portallarda dərc olunaraq həm azərbaycanlı, həm də türkiyəli oxuculara çatdırılıb.
2013-cü ildə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən “Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə” diplom ilə təltif olunmuş və mükafatlandırılmışdır.Qaradağ rayonu Gənclər və İdman İdarəsinin elektron orqanının “Aktiv gənclər” bölməsinə tərcümyi-halı, şeirləri, məqalələri, poeması yerləşdirilmişdir.
2013-cü ilin avqust ayından-noyabr ayına qədər Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin “Yeni Axtarış” həftəlik ictimai-siyasi qəzetin “Mədəniyyət və Ədəbiyyat” bölməsinin əməkdaşı kimi çalışıb. 2013-cü il sentyabr ayının 1-dən Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.
2013-cü ilin dekabr ayının 28-də Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun 132 nömrəli sərəncamına əsasən, Qaradağ rayonunda Dölvət gənclər siyasətinin fəal iştirakına və ədəbiyyatımızın inkişafında qazandığı xidmətlərə görə “Fəxri fərman”la təltif olunmuş və mükafatlandırılmışdır.Kitabları
1.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007)
2.”Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010)Poemaları
1.”Allahdan savayı sığınacaq yox” ( Azərbaycan və Türk dilində)
2.”Türkün türkçülük dastanı” ( Azərbaycan və Türk dilində)Məqalələri
1.Nəriman Həsənzadə bayatılarında Qarabağ mövzusu
2.Zəlimxan Yaqub yaradıclığında Türk-İslam əxlaqı
3.Bütün aləmlərə bütöv bir nursan ( “Qurani-Kərim” haqqında)
4.Yunus Əmrə yaradıcılığında Allah və Quran inamı
5.Mövlana Cəlaləddin Rumi yaradıcılığında İnsan və din anlayışı
6.Tələbəlik haqqında düşüncələrim
7.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı haqqında bilgilərTezisləri
1.Nəriman Həsənzadə yaradıcılığında antonim sözlər
2.Zəlimxan Yaqub yaradıclığında yaradıclığında sinonim sözlərÖn sözləri
1.Günel İsrailqızının şeirlər kitabına ön söz
2.Aysel Cəfərovanın şeirllər kitabına ön söz
3.Elçin Əlizadənin şeirlər kitabına ön söz
4.Əziz Muğaninin şeirlər kitabına ön söz
5.Kənan Aydınoğlunun şeirlər kitabına ön söz
6.Kənan Aydınoğlunun şeirlər kitabına ön söz
7.Samirə Nurun şeirlər kitabına ön sözPublisistik qeydləri
1.İlham Mikayıl haqqında düçüncələr
2.Orxan Zaman haqqında düşüncələr
3.Günel İsrailqızı haqqında düşüncələr
4.Xəyalə Alıyeva haqqında düşüncələr
5.Aysel Cəfərova haqqında düşüncələr
6.Elçin Əlizadə haqqında düşüncələr
7.Samirə Nur haqqında düşüncələrToplayıb, tərtib edib, nəşrə hazırladıqları
1.Sumqayıt Dövlət Universiteti.-50.”Pöhrə” Ədəbi Birliyi qonağımızdır.”Sözün Sehri” qəzeti,3 yanvar-3 fevral, 2012.
2.Sumqayıt Dövlət Universiteti-50.”Gənc Yazarlar” Ədəbi Birliyinin üzvlərindən bir neçəsi qonağımızdır.”Sözün Sehri” qəzeti, 3 sentyabr-3oktyabr, 2012.Xarici mətbuat səhifələrində dərc olunan əsərləri
1.”Türkçülük dəftəri” silsiləsindən olan şeirləriAzərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunan əsəri
1.”Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib”.Şeirlər kitabı.
Tərcümə: Kamran AYDINOĞLU.Müəlliflə əlaqə:
http: // facebook.com/ Kənan Murquzov
http:// twitter.com/ Kənan AYDINOĞLU
Vebsayt: http://edebiyyat-az.com
E-mail: office@edebiyyat-az.com
Tel: ( 051) 785 44 33; ( 055) 260 98 90Türkiyə Ədəbi Elektron Məkanı
Tokat Şairler ve Yazarlar Derneğinin elektron orqanı
http://tosayad.org/ Kənan AYDINOĞLU
Münevver Düver Sanatevi Sitesi
http://munevverduver.com.tr/ Kenan AYDINOĞLUAzərbaycan Ədəbi Elektron Məkanı
http://edebiyyat-az.com/ Kənan AYDINOĞLU]
http://gundelik.info/ Kənan AYDINOĞLU]
[http://qaradag-gii.com/ Kənan Aydıoğlu]
http://dgtyb.org/ Kənan AYDINOĞLU]
http://bizimyazi.com/ Kənan AYDINOĞLU]
http://eqoist.net/ Kənan AYDINOĞLU]
http://azyb.net/ Kənan AYDINOĞLU]
http://uluturk.info/ Kənan Murquzov.]
http://tezadlar.az/ Kənan AYDINOĞLU]
http://reportyor.tv/ Kənan AYDINOĞLU]Türkiyə Ədəbi Elektron Məkanı
http://tosayad.org/ Kənan AYDINOĞLU.Tokat Şairler ve Yazarlar Derneğinin elektron orqanı]
http://munevverduver.com.tr/ Münevver Düver Sanatevi Sitesi]* * *
Günəş boylanmasa, səhər sübh çağı,
Görünməz, inan ki, divarda kölgə.
Çoxdandı gəlmirik üz-üzə yenə,
Bölərdim dərdimi səninlə birgə.Görəydin dərdindən illər uzunu,
Şair qələmimlə nələr çəkmişəm.
Əridib həsrətdən yerin üzünü,
Kim bilir bəlkə də başa çəkmişəm?!Leylini gözləyən bir Məcnun kimi,
Səni düşünmüşəm, səni anmışam.
Sevgini yollarda axtaran gündən,
Yenə də eşqinlə alovlanmışam.Dolsa da, qəlbimə qəribəliklər,
Güc tapıb yanından mən düz keçmişəm.
Gör neçə döyünən qəlbin içində,
Həsrətli gözündə səni seçmişəm.AXI SƏN GƏLƏNDƏ BAŞQADI DÜNYA
Sən gələn yollara gərək sevinib,
Xəbəri göndərim özümdən qabaq.
Gəl, harda qalmısan darıxdım sənsiz,
Ürəyim söyləyir gözümdən qabaq?!Axı sən gələndə başqadı dünya,
Narahat duyğular yerdə qalmayır.
Kim sənə dedi ki, sənin gözündən,
Şairin qələmi ilham almayır?!Gəlməsən, yolları şair ilhamım,
Özümdən də əvvəl fəryad qoparar.
Nə bilim, bəlkə də sənin göz yaşın,
Mənim hisslərimi haqqa aparar?!TƏBİƏT KÖNLÜMÜ ÖZÜ ALIBDI
Yenə səssizlikdi mənim könlümdə,
Elə bil dərdimi soruşan yoxdu.
Misralar içndə, kəlmə içində,
Adından bir dastan danışan yoxdu.Baxma ki, keçibdi gün qatar kimi,
Yenə də qəlbimdə həsrət qalıbdı.
Yolun gözləyəndən bir körpə kimi,
Könlümü təbiət özü alıbdı.Bir də bilirsənmi sənin yolunu,
Yenə gözləməkdən yorulmadım heç?!
Qəlbimi sevgiyə, şeri sevgiyə,
Bu gün səsləməkdən yorulmadım heç.Dastan söylədiyim həmin o əsər,
Əslində sözünün kəsəriymiş, eh.
Bəlkə də dilindən çıxan bir kəlmə,
Şairin ən böyük əsəriymiş, eh.GÖYNƏYİR QƏLBİMİN YARASI SƏNSİZ
Hər dəfə baxanda ulduza, aya,
Göynəyir qəlbimin yarası sənsiz.
Bütün varlığıyla fəryad qoparır,
Gözümün gah ağı, qarası sənsiz.Şeir sarayımın uçub tökülür,
Çələngdən hörülmüş parası sənsiz.
Tarixi bir ana bərabər olur,-
Gecəylə gündüzün arası sənsiz.Tökür göz yaşını bil, gilə-glə,
Dəli Koroğlunun narası sənsiz.
Yolun gözləməkdən usanıb artıq,
Yeni dərdlərimin çarası sənsiz. -
Azərbaycanda Atatürk Mərkəzində Böyükağa Mikayıllının yeni kitabının təqdimatı keçiriləcək
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin Mətbuat Xitmətinə istinadən yaydığı məlumata görə,2013-cü il oktyabr ayının 26-da Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin təşkilatçılığı ilə Azərbaycanda Atatürk Mərkəzində jurnalist Böyükağa Mikayıllının Pedaqoji elmlər doktoru, professor ƏJDƏR AĞAYEVin həyat və fəaliyyətindən bəhs edən “İŞIQ” kitabının təqdimatı keçiriləcək.Tədbir başlanır: saat 12:00-da.Dəvətlisiz.Sayğılarımla: Namiq Hacıheydərli
-
Kənan AYDINOĞLU.Şeirlər
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya Heyəti Rəhimova Aylin Murad qızının “4″yaşı tamam olması münasibətilə Aylini təbrik edir, ona dünyada ən gözəl nemət olan-can sağlığı arzulayır.Bu şeirlər Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri Kənan Aydınoğlu tərəfindən “3″ yaşı tamam olan Aylin Rəhimovaya həsr olunur.
* * *
Körpə Aylinə.
Şərəfli bir ömrü yaşamaq, düzü,
Bəlkə hər bəşərə qismət olmayır.
Axı kim dedi ki, övlad güləndə,
Atanın, ananın gözü dolmayır?!Təzəcə dan yeri sökülən kimi,
Qayğılar aləmə tökülən kimi,
Günəş də dağ kimi bükülən kimi,
Bir ömür körpənin könlün almayır?!UŞAQ RÜBAİLƏRİ
(Körpə Aylinə.)
Tökülür çiynindən ömürün daşı,
Yanaqdan süzülür gözünün yaşı.
Sağına-soluna baxıb güləndə,
Sevincin özü də durur yanaşı.Dağılır gözündən kədər qəm kimi,
Yuxular düzülür qətrə nəm kimi.
Qədəmin atanda Ana torpaqda,
Gözylərə yüksəlir ünü bəm kimi.Doğanda al günəş kaman inləyir,
Göynəyən saz susur, min tar inləyir.
Yanında olmasa həsrətli gözü,
Hər səhər ananı yenə ünləyir.Gözündə nə qüssə, nə kədər olur,
Sevinci bir anda su qədər olur.
Üzündən, gözündən dürr tökülməyi,
Narahat bir ömrə xoş xəbər olur. -
Şair İbrahim İlyaslı ilə jurnalist Həmid Ormanlının könül söhbəti
DƏRD Kİ, ADİLƏŞDİ, ONA DƏRD DEMƏ…
Şair İbrahim İlyaslı ilə jurnalist Həmid Ormanlının könül söhbəti
İbrahim bəy, ilin-günün bu vaxtında, Akif Səməd demiş “Hörmətin su qiymətində, Şerin sözün su vaxtında” 50 yaşı şair kimi haqlamaq çətininə gəlmədi ki?
Həmid bəy, bilirsən ki, mən giley-güzardan bir az aralıyam. 50-ni haqlaya bildiyimə görə də uca Tanrıya şükranlarım var. O ki, qaldı çətinliyə – hərənin özünə görə yükü var. Təki Allah insana bu yüklərin altında davam gətirmək üçün güc-qüvvət, həyat eşqi versin. Bəzən bir çiçəyi tamaşa qılmaq bir ömürlük acını belə adama unutdurur. Ömür qəmlərin və sevinclərin vəhdətindən ibarətdir.
Kimi deyir dünyanı gözəllik xilas edəcək, kimi deyir dünyanı insan azadlığı xilas edəcək. Bəs bu haxda İbrahim İlyaslı nə deyir?
İbrahim İlyaslı deyir ki, dünyanı Allah-Təala özü xilas edəcək. Təbii ki, Ona iman gətirənlərin, Ona tapınanların aracıyla. Gözəllik də, azadlıq da nisbi anlayışlardır. Gözəlliyi gözəllik, azadlığı azadlıq eləyən var. Allah insanı faili-muxtar yaradıb. İnsan birinci növbədə bunun fərqinə varmalıdı. Gözəllyi dəyərləndirmək üçün gərək gözəl də qəlb sahibi olasan.
Şerləriyin birində deyirsən ki: “Hardasan dünyanın halal adamı?” Tapa bilibsənmi həmin halal adamı?
Halal adamı tapa bilməmək də olar. Amma mən onun varlığına hər zaman inanmışam. Nə olsun ki, ona əlim çatmır, ünüm yetmir. Onun var olduğunu düşünmək, dərk etmək, hiss etmək mənə bəs elər.
Füzuli də deyirdi ki: “Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm…”
Bu qənaətə gəlmək üçün əvvəlcə gərək Füzuli ucalığını fəth eləyəsən. Həmin ucalıqdan baxanda yəqin belə görünür.
Deyirlər insan taleyi yox, tale insanı seçir. Bəs İbrahim İlyaslı yenidən bu dünyaya gəlseydi yenə də şair olmaq istərdimi?
İstərdi. Məni seçən taledən heç narazılığım yoxdur. Məsləhətinə şükür. Mən şairliyin cəfasını çəkdiyim kimi səfasını da sürənlərdənəm. Ürəyimcə olan bir şeirin son sözünü yazıb, axırına bir nöqtə qoymağın ləzzətini özgə heç nədə görmədim.
Ədəbiyyatdan baxanda siyasət necə görünür?
Ədəbiyyatda olan adam məcbur olmasa heç üzünü o tərəfə çevirmək belə istəməz. Siyasət bizlərə yad olan bir sənətdir. Amma təəssüf ki: “Sən siyasətlə məşğul olmasan, o səninlə məşğul olacaq” kimi bir məşhur deyim də var. Siyasət həyatın özündən doğur. Buna görə də hər kəs istər-istəməz birbaşa olmasa da dolayısıyla bu əməlin içində olur. Dünya binnət olalı siyasət olub, var, olacaq da. Toplum idarə olunmağa məhkumdu.
Gənc qələmlərdən umudla baxdıqların varmı?
Əlbəttə var. Hər zamanın(bütün zamanlara dəxli olacaq) öz ədəbiyyatı yaranır. Çağdaş ədəbi gəncliyi mümkün qədər izləyirəm. Uğurlarına sevinirəm, uğursuzluqları görəndə təəssüflənirəm. Bəzən gənclərimiz ədəbiyyatın könül işi olduğunu unudurlar. Mətnlərində bilgilərini, mütaliələrini sərgiləyirlər. Bu keyfiyyətlər ədəbiyyatın, ələlxüsus da poeziyanın arxa planına aiddir.
Bilirsən ki, bir toplum kimi bizim də xeyli sorunlarımız var. Təbriz, Dərbənd, Borçalı, Göyçə, Qarabağ… məhz belə yaralı yerlərimizdəndir. Bu problemlərimizin həlli yolları barədə bir aydın kimi nə düşünürsən?
Bu sorunların çözülməsi və həlli hər mənada, bütün parametrlədə güclü olmaqdan keçir. Mən bir yazar olaraq bəşəri duyğularla yaşasam da, milliyətçi kəsimə aidəm. Sadaladığın dərdlərimiz məni də çox incidir. Türk qövmünün bu yaraları sağalıncaya qədər hər bir türk ayaqda olmalıdır. Başqa millətlər kimi bizim də bütöv məmləkətimiz, bəlli sınırlarımız olmalıdı. Bu istəyimizə çatana kimi dinclik tapmamalıyıq. Unutmamalıyıq ki, sənətindən, cəmiyətdəki statusundan asılı olmayaraq hər birimiz eyni zamanda millətin əsgərləriyik.
İstər iqtidaarda, istər də müxalifətdə fərqi yoxdur. Məddahların sırasına daxil olmamaq çətin deyil ki, Sənə?
Qətiyyən çətin deyil. Nəinki bu cür addım atmaq, bunu ağlından belə keçirmək mənim əxlaqımla daban-dabana ziddir. Valideyninə belə yarınan adamdan xoşum gəlməz. Azadlığın ən qatı düşməni elə məddahlıqdır.
İlham Mirzəyevin verlişinə çıxsan indiyənə qədər Sənə bəlkə də 5-6 etiraf elətdirmişdi. Bəlkə bizə də bir etirafda bulunasan?
Diqqətlə baxsanız mənim bütün etiraflarımı şeirlərimdə görə bilərsiniz. Etiraf etmək səmimi olmaq deməkdir. Səmimiyyətdən qıraqda şeir tanımıram mən.
Maraqlıdır ən böyük arzun nədir ?
Şablon səslənsə də deyəcəm: Ən böyük arzum məmləkətimi bütöv və azad, millətimi şərəfli və qalib görməkdir. Vəzifə düşkünü deyiləm, var-dövlət hərisi deyiləm, şan-şöhrət azarına tutulmamışam. Öz payıma qalsa, hər mənada sağlam, kamil və imanlı bir bəndə olmaqdan savayı Tanrıdan başqa bir diləyim olmazdı yenə də.
Təbrizin “Traktor”komandası ilə Qazağın “Göyəzən”i seçimi ilə üz-üzə qalsan hansına azarkeşlik edərsən?
Düzü, futbol azarkeşi deyiləm. Türkiyə komandalarının yabançılarla oyunlarına baxıram səmti düşəndə. Bunun da bəlli səbəbi var və niyəsini sən də bilirsən. Azərbaycanda futbolun zəif olduğunu azarkeş olmaya-olmaya hətta mən də bilirəm. “Traxtor”la “Göyəzən” oynasa birmənalı şəkildə “Traxtor”a azarkeşlik edərdim.
Ağrılarımızın, acılarımızın, ən ağır dərdlərimizin dillərdə mövzuya çevrilərək çeynənilməsi Sənə necə təsir edir?
Bir şeirim var. Çoxdan yazdıqlarımdandı. Birinci bəndi belədi:
Əyilə bildisə ona mərd demə,
Döyülə bildisə ona sərt demə.
Dərd ki, adiləşdi, ona dərd demə,
Çəkməsən də birdi, çəksən də birdi.Həsrətini çəkdiyin adam varmı?
VAR.
Bir də görürsən ki, şairlər 50 yaşdan sonra nəsrə keçdi? Səndə belə ehtiyac yaranmayıb ki?
Mən nəsri oxumağı sevirəm. Çingiz Aytmatov ən çox sevdiyim yazıçıdır. Bu yaxınlarda rus dilində hekayələrini oxudum Aytmatovun. “Qanun” nəşriyatı ilə anlaşma yapdıq. Tərcümə edirəm həmin hekayələri. Ayrıca kitab halında nəşr olunacaq.
Bir çox ziyalılarımız maddi çətinliklərindən gileylənirlər. Qarının üçün yox, qədrin üçün soruşmaq istəyirəm ki, dolanışığın necədir?
Fiziki cəhətdən sağlam olan kişi gərək dolanışıqdan gileylənməsin. Dolanışığını qurmaq hər kişinin birinci missiyasıdır. Zəhmət çəkib səhərlər yuxudan tez oyansın, gecələr də bir az gec yatsın. Əməyini paraya çevirib ailəsini dolandırsın. O ki, qaldı mənə, mənim dolanışığım da əməyimə görədir. Allah bərəkət versin.
Oxucularımız üçün də maraqlı olar, bəlkə bir az da xeyli müddətdir imzası Sizdən xeyli qabağa keçən kiçik qardaşın, ünlü nəqşibənd Hacı Məhəmməd Astanbəylidən da danışasan.
Əslində bu sualı başqalarına, hal əhli olanlardan birisinə ünvanlasan daha yaxşı olardı. Mən qətiyyən özümü, ya başqa birisini Məhəmmədlə müqayisə etməzdim. Mən Azərbaycanda 10-larla şairdən biriyəm. Hacı Məhəmməd Astanbəyli isə təkdir. Onun məqamı başqadır. Nə həyat tərzi həyat tərzimizə, nə düşüncə formatı düşüncə formatımıza, nə duyduqları bizim duyğularımıza bənzəməz, zatən. Şair kimi də, insan kimi də bənzərsizdir Hacı Məhəmməd. Nə qədər təkid etsək də, kitabını nəşr etdirməyə razı sala bilmirik onu. Bir də onu xatırladım ki, Məhəmməd elə uşaqlıqdan tamam fərqli olub.
Necə olur ki, Sənin yazdıqlarıyın hamısı dillər əzbəri olur?
Bu cür sual qoymaqla məni çox tərifləmiş olursan, ay dost. Şeirlərimin bir qismini əzbərində saxlayanlarla zaman-zaman rastlaşıram. Bəzi qoşma və gəraylılarımı aşıqlarımız saza qaldırıblar. Yazdıqlarıma bu cür diqqət göstərənlərin hər birinə ayrıca təşəkkürlərim var. Sağ olsunlar. Mən hətta bəzilərinin ağız büzdükləri ənənəvi üslubda yazıram. Yazıram deyəndə ki, mənim bacardığım və elə istədiyim də budur. Münasibət isə oxucunun ixtiyarındadır. Bu yerdə heç bir təbliğat maşını işə yaramır. Heç kim oxucuya nəyisə zorla bəyəndirə bilməz.
Müasirin olan şairlərdən kimi bəyənirsən?
Yenə də ad çəkmək, kiminsə könlünə toxuna bilmək ehtimalıynan üzləşirik. Bir də ki, mənim bəyənib-bəyənməməyim nəyi həll edir ki… İstənilən müqayisədə bir yanlışlıq ola bilir. Həmişə müəllifinin kimliyindən asılı olmayaraq əsil şeir oxuyanda könlüm açılır, gözlərim gülür. Sabir Yusifoğlu və Vasif Süleyman isə mənim ilk şair dostlarımdır. Onların adını tutmadan bu sualdan adlaya bilmərəm.
İstədiyin mövzunu olubmu ki, şerlə deyə bilməyib başqa janıra müraciət edəsən?
Bircə dəfə bir hekayə yazmışam. Onu da nasir dostlarımın bir qismi əməlli-başlı tərifləyib, bir qismi isə çox zəifdir deyib. Mən bu yerdə iddialı deyiləm. Bir işdi olub. Bir də olmaz…
Öz aramızdır yaxşı da saz çalmağın var haaa. Saz sənə hansı hikməti öyrədib?
Mən aşıq olmayan yerdə saz çalıram, adətən. Ya tək olanda, ya da aşıq olmayan dostlar arasında. “Mənim də dünyadan qandıqlarım var, Sirmi var açmasın qara saz mənə” demişəm bir şeirdə. Saz məni sözün hikmətindən agah eləyib.
Şaiq Vəlisiz Sumqayıtın meyxanə məclisləri çox kövrək keçir ….
Hə… Şaiq Vəli ayrı aləmiydi. Şair kimi də, dost kimi də onun yerini heç kim verə bilməz. İndilərdə “dəst-xətt” ifadəsini tənqidçi dostlar, eləcə də bir çox yazarlar geninə boluna kullanırlar. Şaiq Vəli Əli Kərimdən sonra dəst-xətti olan yeganə şair idi çağdaş poeziyamızda. Onun şeirlərinin bir ayrı havası var. Bizim aşıqlar qədər, bəlkə də daha çox qıpçaq akınlarının oxularını sevirdi. Bu duyğu onun şeirlərinə də sirayət eləmişdi. Bir nəhayətsizlik var Şaiq Vəlinin şeirlərində. Zaman gələcək, Şaiq də öz qiymətini alacaq. Buna tamamilə əminəm. Hazırda dostumuz Umud Rəhimoğlu ilə Şaiq Vəlinin kitabını nəşrə hazırlayırıq.
Ədəbi taleyindən razısanmı?
Razıyam. Niyə də razı olmayım? İndiyəcən nəyə nail olmuşamsa hamısına görə yazdıqlarıma borcluyam. Mənə çoxlu və dəyərli dostlar qazandırıb, məni hörmət-izzət sahibi eləyib şeirlərim. Haqqımda xoş sözlər deyilib, səmimi ədəbi-tənqidi yazılar yazılıb. Nəşr olunan kitablarımın satışından evimə halal ruzi daşımışam.
Həyat yoldaşınızın yaradıcılığınıza münasibəti necədir?
Mənə elə gəlir normaldır. Təhsili, dünyagörüşü, hər ikimizin ixtisasca mühəndis olmamız, üstəlik onun da qazaxlı olmağı imkan verir ki, məni başa düşsün. Bütün bununla belə mən ailə ilə işlərim arasında məsafə saxlamağı xoşlayıram.SƏSİMİZ DƏ BAMBAŞQADI
İBRAHİM İLYASLIYA
Cibimizə axın-axın
para gəlməyən adamıq.
Bu… və digər səbəblərdən
“Kara gəlməyən” adamıq.Nə gəlir, – gələn başdandı,
əymədin, yaxan boş qaldı.
Səsimiz də bambaşqadı,
xora gəlməyən adamıq.Axtardıq vaxtın yiyəsin,
O da mat qalıb, neyləsin?!
…Çağırma taxtın yiyəsi, –
Ora gəlməyən adamıq.Sabir Yusifoğlu
-
Debüt: Tural ADŞİRİN (Şəki).Yeni şeirlər
TƏRCÜMEYİ-HAL
Tural Adışirin 1990-cı il fevral ayının 26-da Şəki şəhərində anadan olub.1996-2007-ci illərdə Şəki şəhər 9 saylı orta məktəbdə təhsil alıb.2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Elmi və bədii yaradıcılıqla məşğuldu. Dövri mətbuatda publisistik yazılarıyla müntəzəm çıxış edir. Şeirləri “Region Şəki”, “Şəki təhsili”, “Oğuz yurdu”, “Ədalət”, “Söz odası” mətbuat orqanlarında müntəzəm çap edilir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı. Həmçinin şeirləri Türkiyədə çap olunmuş “Türk dünyası şairləri antologiyası”na da salınmışdır. “20-21-ci əsr Şəki ədəbi-mədəni mühiti”(Səbuhi ədəbi məclisi) elmi işi üzərində tədqiqat aparır.2013-cü ildə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü seçilmişdir.Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Sən kimsən?
Sən kimsən?-bu sual yerinə düşdü,
Özünü ələ al tələsmə bir an.
Bu sənin özünlə qəfil görüşdü,
Sən kimsən? Özünlə üz-üzə dayan.Gör, kimin eşqiylə döyünür ürək,
Gör, kimin odunda bu qəlb isinər”
Sən öz kimliyini biləsən qərək,
Kimsə kimliyini soruşa bilər.Ovçumda çığırlar ömür yolusa,
Əllərim bilir ki,sabah mən kiməm.
Əgər sonralardan xəbərim olsa,
Mən öz kimliyimə bilki hakiməm.Sən kimsən?-bu fikrin tərkinə mindim,
Sən kimsən?-bu fikiri çəkdim ortaya.
Torpaqdan boyumca dərinə endim,
Baxdım uzaqlara,baxdım sonraya.Mən elə Fərhadam-qayalar yaran,
Ya da,haqq yolunda güllə hədəfi,
Mən öz kimliyimi unudammaram,
Mən elə hər yerdə düzün tərəfi.Sən ana südündən halallıq istə,
Özünə məhrəm bil,mənim ərkimi.
Heykəl oğullar var bu torpaq üstə,
“Kimsən” sualına bir cavab kimi.Sevinc, kədər…
Tale dənizində qaldırıb yelkən,
Ömür uzaqlara üzüb gedəndir.
Dünya başdan-başa bir nəğmə ikən,
Bu kədər hardandır, bu qəm nədəndir?Yəqin xoşbəxtliyin yolu daş-kəsək,
Yəqin bədbəxtliyin yolu düz-hamar.
Əgər qarış-qarış dünyanı gəzsək,
Görərik sevincdən artıq kədər var.Qara saçlara da vaxtsız salar dən,
Sevinc bir üzlüdü, kədər min yönlü.
Qəm elə hissdir ki, özün bilmədən,
Ağlada-ağlada ovudar könlü.Sevinc qəm içində kiçik bir ada,
Kədər təlatümlü,dalğalı ümman.
Bir cür sevinsə də hər kəs dünyada,
Başqa cür qəmlənir, qəmlənən zaman.Sevinclər hardasa uyuyar, yatar,
Hiss edər nə vaxtsa qəmi qovacaq.
Günəş də belədir, axşamlar batar,
Bilər ki, səhərlər bir də doğacaq.VAXT…
Bəzən vaxt çatışmır, vaxt çatmır deyə
Vaxtın azlığından gileylənirik.
Bir manat itirsək gəzirik niyə
Bir günü itirsək heyfsilənmirik.Vaxtı öz vaxtında anlasaq da biz
Bəzən özümüzü anlamamışıq.
Min yol özgəsini danlasaq da biz
Bir yol özümüzü danlamamışıq.Vaxtın alovunda bişməmişiksə
Zəhmətin odunda çətin bişərik.
Özümüz çətinə düşməmişiksə
Çətinə düşəni başa düşmərik.Bu dünyanın qapısı
Ürəyimə daman hansı duygudu?
Ovcumdaca oxu alın yazımı.
Həyat sanki bir qarışıq yuxudu,
Qarışıqdı yozanların yozumu.Bura qədər harda ömür sürmüşük?
Bəlkə elə yox olmaqdı dogulmaq?
Dogulmagın növbəsində durmuşuq,
Qəm eləmə, növbəsizdi yox olmaq.Qapısızmı tanrının bu qalası?
Burdan gedib, bir də geri gələn yox.
Bu dünyanın gizlin giriş qapısı
, Hayandadı – axtaran çox, bilən yox.Ömür sürdük günəş altda, kölgədə,
Bəlkə ölüm göy üzünə uçmaqdı?
Dar məzara endirilmək bəlkə də,
Bu dünyanın qapısını açmaqdı?Nə dünya sənindi,nə dünyan-mənəm,
Nə də sən mənimçün dünyadan baha.
Ìnana bilmirəm yuxuna gələm,
Məni yuxunda da gözləmə daha.Bu çətin sınaqlar mənimi yordu?
Sənmi gözlərimdən düşmüsən qaçaq.
Bilmirəm, qəlbimdə sönən bu odu,
Bilmirəm, təzədən kim qalayacaq.Nə olsun oxumuz toxundu daşa,
Tale öz verdiyi qisməti aldı.
Deyirəm bir az da gəl mənsiz yaşa,
Demirəm səninki Allaha qaldı.Bu dünya yaxşını yamandan seçər,
Hər qəmi bir şıltaq sevinc izleyir.
Bir oğlan səninçün başından keçər,
Məni də hardasa bir qız gözləyir… -
Debüt: Gündüz SEVİNDİK (Ağcabədi).Yeni şeirlər
Gündüz Sevindik 1978-ci il iyul ayının 24-də Ağcabədi rayonunda anadan olub.Şeirləri müxtəlif mətbu orqanlarda dərc olunub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.Şahinə Könülün təqdimatında: Gündüz Sevindikdən bir neçə şeir
Fələstinli uşaq və…
Dünyanın sonudu bura bəlkə də,
Burda mələklər də günah axtarır.
Bu qara uşağın uşaq dünyası,
Bu qara ölkədə Allah axtarır.Yeməyin üstündən yarımçıq durub,
Dünyanı qarpıztək kəsib yeyəcək.
Verməyin Anaya siz bu uşağı,
Bu uşaq anasın basıb yeyəcək.Oxşamaz üzünü səhərin mehi,
Canında tikanlar ulduz sayıdı.
Bütün yetimlərin uşaq taleyi,
Nədənsə eynidi, əkiztayıdı.Kəsir vücudunu qışın sazağı,
Yatdığı yerdəcə donur az qala.
Hardasa görmüşəm mən bu uşağı –…XOCALI…
mən səni tanıdım, bala!!!
O qıza bax…
Doğma balandı öz yolun,
Qoyduğun iz iz deyilmi?
Bu yolda yorulub çökən,
Ağrıyan diz diz deyilmi?Sevgi yükdü, bəxtin qapan,
Bəs hardadır o sən tapan?..
Bir qız dodağından qopan,
Gözlədiyin söz deyilmi?Çoxu neynirsən, aza bax,
Qəlbin boyda dənizə bax.
Bir dön o gedən qıza bax,
Yuxundakı qız deyilmi?Hələ uşağıq, qadası
Bu həyat tanışdı bizə,
Dünya bir qarışdı bizə,
Qızmar yay da qışdı bizə,
Hələ sazağıq, qadası.Təpədən zirvə gözləmə,
Dayanma, get… və gözləmə.
Gözləmə, meyvə gözləmə,
Hələ yarpağıq, qadası.Ömür od üstə bişməkdə…
Qəfil dönüb dəyişməkdə.
Dilləşməkdə, deyişməkdə,
Hələ qoçağıq, qadası.İçilməmiş bulağıq biz,
Yazılmamış varağıq biz,
Vallah, hələ uşağıq biz,
Hələ uşağıq, qadası.Xoşuma gəlmədi
Bu dünyanın gözlərini,
Ovun, xoşuma gəlmədi.
Məni öz içimdən çölə,
Qovun, xoşuma gəlmədi.Bu sınmış qəlbə qəsd nədi?
Doğulan gündən xəstədi.
Uşaq oyuncaq istədi,
Cibim xoşuma gəlmədi.Köçdüm özümdən özümə,
Sözüm yetmədi sözümə.
Küçəni təpdim gözümə,
Evim xoşuma gəlmədi.Yorğun küçə
Di gəl bu nəfəssiz küçədə qızın,
Axı nə vecinə varlı bir qızın?!
Nəyinə lazımdı – göydə ulduzun,
Azı göydə qalır, çoxu tökülür.Ay Allah, nəfəs ver, qoyma ki, sönəm,
Qərib küçələrdən özümə dönəm.
Küçədə küçədir, bir də ki, mənəm,
Üstümə küçənin ahı tökülür.Küçənin qonağı lal bir gecədi,
Bu küçə həmənki yorğun küçədi.
Bilmirəm, bilmirəm saat neçədi,
Küçənin gözündən yuxu tökülür…Sözümü kəsmə…
Səngiməz bu ömrün amansız qışı,
Mənəm göy üzünün perikmiş quşu.
İməkləyib çıxacam bu yoxuşu,
Dizimi kəsmə, Allah!Sağa düşən salamatdı, soldayam,
Sənə qalxan əllərdəyəm, qoldayam.
“Kamilliyə Salam” adlı yoldayam,
İzimi kəsmə, Allah!
Verdiyin bu səbrə, dözümə qıyma,
Bu kiçik, qaralan közümə qıyma.
Mənə Söz vermisən, sözümə qıyma,
Sözümü kəsmə, Allah!35 yaşımın astanasında
35 yaşımın astanasında,
Sənə necə deyim “xoş gəldin”, gülüm?
Bəlkə də ömrümün tən ortasında,
Bu təzə zülümdü, təzə bir ölüm.Gəl baxaq göz-gözə, susaq, dinməyək,
Gəl indi zövq alaq dərd-sərimizdən.
Biz ayrı dünyada, ayrı bir yerdə,
Xəbərsiz doğulduq bir-birimizdən.Özümü əlimdən salıb itirdim,
Ömrümü budadım, taladım, çapdım.
Kəpənək ömürü yaşadım demə,
Mən səni tapanda nəyimi tapdım?Ağlasam, gözümü silmə, sən Allah,
Belə qismət olmaz, belə bəxt olmaz.
Gəl məni qınama, gülmə, sən Allah,
Mənə oxşayırsan üzdən də bir az.Eşq adlı bu yükü daşımaq üçün,
Bəlkə bu yuxulu bəxti oyadaq?
Bu ömrü təzədən yaşamaq üçün,
18 yaşına necə qayıdaq?Bu sevda yolunda büdrəyən bəxtim,
Məni aldatmadı, düzünü dedi.
Mən səni axtarıb tapana kimi,
Saçım-saqqalım da sözünü dedi.İndi üz-üzəyik, bu sən, bu da mən,
Hərənin öz evi, odu, ocağı.
Yazdığım bu şeirin bircə bəndini,
Balama söyləyə bilmərəm axı……35 yaşımın astanasında,
Sənə necə deyim “xoş gəldin”, gülüm?
Bəlkə də ömrümün tən ortasında,
Bu təzə zülümdü, təzə bir ölüm.…bu qız
Ömrünü illərə sərdi,
Göyərdi “Vağzalı” dərdi..
Əyilib tikanı dərdi,
Çiçəyi dərmədi bu qız.Uçurtdu Allah payını,
Sarıdimdik qağayını.
Qismətinin sarayını,
Tikmədi, hörmədi bu qız.Bitdi nağılın yarısı,
Getdi ağılın yarısı…
Açıldı bəxtin qapısı,
İçəri girmədi bu qız.Dağın küləyindən keçən,
Eşqin bələyindən keçən,
Hər gün ürəyindən keçən,
Gündüzü görmədi bu qız.Məndən sonra
Məndən sonra hicran yolun,
Bağla, bağlaya bildikcə.
Ömrün boyu ağ bəxtini,
Haqla, haqlaya bildikcə.Qorumadın bu ürəyi…
Bərk saxla, olar gərəyin –
Bağışladığım çiçəyi
Saxla, saxlaya bildikcə.Coşdurmadı söz sinəni,
Yandırmadı köz sinəni.
Məndən sonra öz sinəni,
Dağla, dağlaya bildikcə.Göyərtdinsə dərd daşını,
Axtarma itən başını.
Ağla, silim göz yaşını,
Ağla, ağlaya bildikcə.bəxtimi
Bu mən, bu bəxtim, bu da sən,
Ya danla, ya söy bəxtimi.
“Şair bəxti, oyan!” – deyib,
Tut silkələ, döy bəxtimi.Bildiklərim ki, sirr deyil,
Hər yanan ocaq pir deyil.
Həyat beş-on şeir deyil,
Tərifləmə hey bəxtimi.Tale məni qapıb yordu,
Nə tez belə tapıb yordu?
Fələk harda çapıb yordu,
Bu laçın, bədöy bəxtimi?!Qalanda yolsuz yollarda,
Baxdı keçdi dost da, yar da.
Allah bilir Allah harda,
Yazıbdı “köntöy” bəxtimi.Hələ çox kiçikdi dünya
O qız bu bəxtə gül əkməz,
Burda bir kimsə ev tikməz..
Bir ev həsrətimi çəkməz,
Axtarmaz, itirməz məni.Bu da səhər, bu da sabah,
Nəyi dəyişdi ki, bu ah?!
Sevdiyim, sevdiyim Allah,
Dərdimdən ötürməz məni.Demə qandı, çirkdi dünya,
Oyuncaq-evcikdi dünya.
Hələ çox kiçikdi dünya,
Götürməz, götürməz məni.Dərd yol azdı
Dərd yol azdı dərd köçündən,
Hansı dərddi bu biçimdə?
Salamladım öz içimdə,
Uzaqdan gördüyüm dərdi.Bilmirəm, bilə bilmirəm,
Adını hələ bilmirəm.
Özümnən ala bilmirəm,
Əlimlə verdiyim dərdi.Ay anam, tablamaz ürək,
Bu dərd iblisdi, gah mələk.
Çəkməliyəm axıradək,
Ömrümə hördüyüm dərdi.… bu yolda
Toz oldum, daş oldum, düşdüm, itdim ki,
Əyildi, oxşadı yola qəddim ki.
O qədər üstündən keçib-getdim ki,
Bu yola yazığım gəldi bu yolda.Sil alın yazını, sil varıydısa,
Bəs hanı, bu yolda gül varıydısa?
Dünyada nə qədər yol varıydısa,
Gəlib burdan keçdi, öldü bu YOLDA!Yolçusu kim oldu sonda düz yolun?!
Gör harda azdırdı səni SÖZ yolun?..
Bu da ömür yolun, bu da öz yolun,
Di ağla bu yolda, gül di bu yolda
Somalidə körpə uşaqlar hər gecə ölümü aldadırlar…Somalidə ac bir uşaq,
Bu gecəni də ac yatdı.
Bərk-bərk yumub gözlərini,
Gələn ölümü aldatdı.Aç gözünü, aç, balaca,
Kimi aldadırsan belə?!
Ay bir yaşlı körpə qoca,
Nə yaşadın, gördün hələ?Sənin göz yaşın qurumaz,
Mənimsə duam, diləyim.
Sənin gözünü doyurmaz,
Mənim bu yavan çörəyim.Bu gün yaşadıqlarımı,
Sən bələkdəykən yaşadın.
Mənim daşıdıqlarımı,
Sən məndən yaxşı daşıdın.Gülmə bu yaşda ağlıma,
Dön quşa, uç, gəl beləcə.
Qoşul balaca oğluma,
Qucağımda yat bu gecə……Somalidə ac bir uşaq,
Bu gecəni də ac yatdı.
Bərk-bərk yumub gözlərini,
Gələn ölümü aldatdı…Yalanlar bal dadıb keçdi
Yalanlar bla dadıb keçdi,
Keçənlər aldadıb keçdi.
Üstümdən adladı keçdi,
Böyründən keçmədiklərim.Yol bilib keçdilər məni,
Ölçdülər, biçdilər məni.
Fərq qoyub seçdilər məni,
Fərq qoyub seçmədiklərim.Bu gözünüz, bu qaşınız,
Bu başınız, bu daşınız.
Nəyim var, halal xoşunuz –
Ay suyun içmədiklərim -
Nemət Tahir QARAXANLI.”Həyat hekayələri” silsiləsindən
“Həyat hekayələri”silsiləsindən
Məktəbə təyinat almış təzə müəllim, ilk dərsdə belə bir sual verir:uşalar sizə kim gələndə özünüzü xoşbəxt hiss edirsiniz?
müxtəlif cavablar gəlir…
-babam gələndə
-bibim gələndə
-əmim gələndə və s..
Aytən:müəllim mən anam bizə gələndə çox xoşbəxt oluram,deyir və gözləri dolur…((
Müəllim aytənə yaxınlaşaraq,ikisinin eşidəcəyi bir səslə:qızım atanla anan ayrılıb?
Aytən:yox,müəllimə anam mənim iki yaşım olanda vəfat eləyib…Amma hər gece gəlib mənim üzümdən öpür,üstümü örtür,“Həyat hekayələri”silsiləsindən
Bu gün mərhumun 3 mərasimi idi.Bütün kənd camaatı, qohum-əqrəba gəlmişdi.
Adəti üzrə Molla Baxış da məclisin başında oturub yas mərasiminə uyğun söhbətlər edir,bəziləri qilaq asır,bəziləri isə öz aralarında ordan-burdan söhbət edir,hətta ölü yeyəsinin mağarda yoxluğundan istifadə edib xısın -xısın gülənlərdə var idi…
Məclisin bu anında Oğru Salman mağarın girişində göründü….Hamının ayağa qalxıb,onu öz yanında əyləşdırmək üçün can atırdı..o isə hamıya salam və başsağlığı verib,mağarın girişindən yas sahibinin yanında əyləşdi…Artıq onun 60 yaşı olardı..40 yaşından isə oğruq etmirdi…Oğruğu tərgitmək üçün nə “Qurana” əl basmışdı,nə də tövbə etmişdi.Atasına bir kəlmə demişdi ki,”Dədə sən öl bir də oğruq etməyəcəm” vəssalam…(Oğruğa haqq qazandırmaq fikrim yoxdur,əsla)Amma,deyilənə görə o bir dəfə də olsun kasıb təbəqədən oğruq etməzdi….
Oğru Salman gələndən camaatın ona qulaq asmadığın görən Molla Baxış:
-Ay Salman kişi,bax bu cür ölüm hamı kimi səni də gözləyir, axirət günü oğurladığın mal sahiblərinə nə cavab verəcəksən?Dorudan mənim üçün çox maraqlıdır.
Oğru Salman:
– Molla Baxış,o mal sahiblərindən bir təhər halalıq alamağa çalışacam,ala bilməsəm də mən cəzamı çəkməyə hazıram…
Sən isə əmin oğlunun ili çıxan kimi onun arvadını aldın..Bəs axirətdə sən ona nə cavab verəcəksən,mənim üçün çox maraqlıdır????
-
Debüt: İlkin ƏHMƏDOĞLU ( Oğuz ).Yeni şeirlər
İlkin ƏHMƏDOĞLU ( Babakişiyev İlkin Əhməd oğlu) 1984-cü i yanvar ayının 23-də Oğuz rayonunun Padar kəndində Azərbaycan Yazıçılar və Juranalistlər Birliklərinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Azad Qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru Nəcibə İlkinin ailəsində anadan olub.İbtidai və orta təhsilini Mingəçevir şəhər 2 saylı orta məktəbdə alıb.Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir Filialının Filologiya ( İngilis dili) fakültəsində bakalavr, Odlar Yurdu Universitetinin Bank işi üzrə isə magistr pilləsində ali təhsil alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri dərc olunub.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunmuşdur.”Ziyalı Ocağı” İctimai Birliyinin üzvüdür.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı seçilmişdir.
2011-ci ildə gənc yazar İlkin Əhməoğlunun “Gözlə söyləmişdim…” adlı ilk şeirlər kitabı işıq üzü görüb.ANANIN
Arzumdur anasız olmasın heç kəs,
Ana həsrətiylə solmasın heç kəs,
Sağ ikən biganə, qalmasın heç kəs,
Nə qədər ki, canı sağdır, ananın.Olsaq da, a dostlar, əlli yaşında,
Körpəyik ananın biz yaddaşında,
Diz çökür, baş əyir dünya qarşında,
Qüdrətinə misal dağdır, ananın.Kəbə tək başına dolan min kərə,
Qoymayaq tuş gəlsin qəmə-kədərə,
Ayaqları dəyən hər daş, dağ,dərə,
İnanın cənnətli bağdır, ananın.GÜLÜM
Bilsəydim, hardasan qaçıb gələrdim,
Baxmazdım küləyə, yağışa, gülüm.
Dağları, daşları qucub gələrdim,
Möhtacam o süzgün baxışa, gülüm.Bəlkə də yol çəkir həsrət gözlərin,
Kədərə bürünüb şirin sözlərin,
Məni haraylasa tənha əllərin,
Qoymaram od tutub alışa, gülüm.Çox dedim sevgimiz düşməsin dilə,
Baxmadın sözümə sən bilə-bilə,
Küsdürdün İlkini ta indən belə,
O, çətin səninlər barışa, gülüm. -
Fazilə QAFARQIZI.Həyatı və Yaradıcılığı
Fazilə Qafarqızı Qarabağımızın dilbər guşəsi Şuşada müəllim ailəsində anadan olub.Öncə Şuşa Pedoqoji texnikumunu, sonra isə Bakı Ali Partiya məktəbini bitirmişdir.Azərbaycan Dövlət İncəsənət Universitetində ali təhsil alıb.
Ədəbiyyata, nəsrə erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində məqalələri, hekayələri, felyetonları ilə çıxış edib.Mənsur şeirləri, məqalələri, hekayələri, felyetonları “Azad Qələm”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, “Ali Ziya” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
”Təmiz ad”, “Mən səninəm”, “Məhəbbət və mərhəmət” kitablarının müəllifidir.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.2007-ci ildə Azərbaycan Respublikası Kütləv İnformasiya Vasitələrinin ”Qızıl qələm”, “Xan qızı Natəvan” mükafatları laureatıdır.”Ali Ziya” ədəbi-bədii, elmi-publisistik juranlının Baş redaktorunun müavinidir.
-
Fazilə QAFARQIZI.”Qaratikan kolu” (Hekayə)
Qaratikan kolu
Yaxın qohumlarımızın birinin evinə qonaq getmişdik. Uzaq rayonların birində yaşıyırdılar. Xoş əhval-ruhiyyədə idik. Bir-birimizin dərdindən- sərindən xəbər tutub, keçmişlərimizi yada sala-sala istirahət edirdik. Evin kişisi bir neçə il olar ki, rəhmətə getmişdi. Bayramqabağı olduğundan onun kənd qəbiristanlığındakı məzarını ziyarət etməyi lazım bildik. Bəli, yığışıb ora getməli olduq.
Qəbiristanlığa girib salavat verdikdən sonra onun məzarına üz tutduq. Allahdan rəhmət diləyib, dualar etdik. Yazıçı olduğumdan fikirlərim dolaşıq idi. Sanki kolda, hər daşda bir məna axtarırdım. Bütün qohum qəbirləri, Şəhid qəbirləri ziyarət etməyi özümüzə borc bildik. Birdən nəzərimi uzaqda lap təpənin başında tənha bir qəbir cəlb etdi. Qəbirin yalnız köhnə uçulub dağılmış bir baş daşıı var idi. Üstündə isə qəribə bir qaratikan kolu bitmişdi. Bu kolun özünəməxsus gözəlliyi var idi. Sanki bir rəssam əliylə çəkilmişdi. Nə isə…
Mən həmin qəbrə sarı üz tutdum. Elə ora təzəcə yaxınlaşmışdım ki, birdən qulağıma qəribə səs gəldi. Bu bir ananın səsi idi. Hardan gəldiyini anlaya bilmirdim. Qəbrə yaxınlaşdıqca səsin də yaxınlaşdığını hiss etdim. Yanılmamışdım, səs qaratikan kolundan gəlirdi. Mən vahimələndim. Bir anlıq harda olduğumu unutdum. Özümü ələ almaq istədim, lakin bacarmadım. Uzaqlaşmaq istəyəndə həmin səs dönüb-dönüb məni çağırdı. “Hara gedirsən mən də sənin kimi bir anaym, məni dinlə”. Mən özümü ələ alıb, bu qaratikan kolunun səsinə qulaq asmağa başladım. Səs inildəyirdi.-
“Mən bir atılmış anayam. Aman-zaman bir oğlum var idi. Onu min bir əzabla böyütdüm. Saçımın birni ağ, birni qara hörüb, oğlumu ali təhsilli elədim. Yoldaşım vaxtsız dünyasını dəyişmişdi. Onun atasız olduğunu hiss etdirməmək üçün tay-tuşundan əskik geyinməyə, az yeməyinə razı olmadım. Min bir nazı-nemətlə böyütdüm. İstədiyi qızı da alıb, gözəl toy elədim. Bütün qohum-qardaş yanında balamı urvatlı elədim. Balam isə…
Evləndikdən bir il sonra məni aparıb kimsəsizlər -qocalar evinə qoydu. O gündən mən tənhalaşdım. Oğlum arabir yanıma gəliridi. Get-gedə bu gəlməyin arası yavaşıdı. Birdən də ayağı tamam kəsildi. Mən həmin gündən sonra özümü yalqız hiss elədim. Oğul deyən dillərim lal oldu. Qəlbim əzablar içində boğuldu. Onun niyə belə etdiyini başa düşə bilımədim. Axı, mən oğluma nə pislik eləmişdim. Onu hər arzusuna, diləyinə çatdlrmışdım. Oğlum məni tamam yaddan çıxardı. Mən oğul deyə-deyə qocalar evində kimsəsiz bir ana kimi can verdim. Tabutuma özgələr girmişdi. Mənim ölümümü eşidən oğul nə üstümə gəldi, nə də heç cənazəmə də girdi. Ruhum cammatın içində onu axtarırdı. Fəryadım göyə çəkildi. Harayım göylərin bağrını yardı. Demə, əzabla böyütdüyüm oğul məni birdəfəlik yaddan çıxarmışdı. Ondan ötəri ürəyim sızıldayırdı. O vaxt torpağa qoyulandan Allaha yalvardım ki, məni bir qaratikan kolu elə, gəlib-gedənlərə dərdimi danışım. İndiyənə qədər heç kəs məni yad etməyib. Birinci dəfədir ki, məni siz yad edirsiniz. Elə darıxmışdım ki…
Bir gün oğlumu ruhlar məskənindən yad eləməyə getdim. Oğlum çox gözəl bir dövran sürürdü. Gözəl həyatı, günü-güzəranı vardı. Heç yadına da belə düşmürdüm. Salamat olması üçün Allah şükr edib, küskün halda qayıtdım məkanıma. İlahidən onun mənə qarşı niyə belə etdiyini başa düşə bilmirdim. Axı, oğlum niyə mənə nankor çıxmalıydı. Yəni o, bir vaxt da tapıb qəbrimi ziyarət edə bilməzdi? Heç olmasa torpağım sakitlik tapardı. Hər dəfə onu beləcə yad etdim. Artıq övladları böyümüşdü. Üç oğul atasıydı. İki oğlu uzaqda, bir oğlu isə yanında idi. Günlərin bir günü yenə oğluma baş çəknəyə getmişdim. O, çox fikirli, dərdli idi. İstədim yaxınlaşıb soruşam, ancaq bacarmadım. Axı, bu mən deyildim, ruhum idi. O, məni görmürdü, mən isə onu yaxşıca görürdüm. Birdən balaca oğlu ondan soruşdu:
-Ata, deyirsən ki, babamız müharibədə ölüb. Bəs nənəmiz? Axı, bizim anamız olduğu kimi sənin də anan olub. Bəs, o, hardadı? Niyə onu yad eləmirsən?
Nəvəmin verdiyi bu sual ürəyimcə olsa da, oğlumun bu fikirli halında istəmirdim, onun yarasına toxunsun. Ancaq o yaradan böyüyü mənimlə idi. Bilmirdim, o məni niyə atdı, birdən-birə. Onun isə niyə fikirli olması mənim üçün də maraqlı idi. Oğlum çox fikirli halda başını yuxarı qaldırmadan:
-Oğul, həyatda elə bir səhvə yol vermişəm ki, özümü bağışlaya bilmirəm. Anamın mənə çəkdiyi əziyyətləri sənin ananın bir kəlməsinə qurban verdim. İndi görürsən nə gündəyəm, nə canım sağalır, nə də ruzim artır. Anan da öldü getdi. Allah mənə bəxş etdiyi sizdən başqa nə vardısa hamısını aldı. Hələ sonrasını bilmirəm. Mən anamı nə üzlə yada salım. Sizin ananız məni anamdan döndərdi.
Balaca oğlu atasını qucaqlayıb, ona dırmaşdı.
-Ata, gedək nənəmin yanına ondan üzr istəyək.
-Yox, oğul, nənənin yaralarını qanada, ruhunu narahat edə bilmərəm. Qoy rahat yatsın. Artıq hər şey gecdir. Düzü heç yerini də bilmirəm. Kimdən soruşum ki, anamın qəbri hardadır?
-Yəni o, ölüb. Ata, bəs sən necə oğulsan ki, onun ölümündə də getməmisən. Anam kim idi ki, onun sözüylə belə nankorluq etmisən? Mən nənəmin yerinə olsam, səni heç zaman bağışlamaram.
Ruhum öz məkanına qayıtdı. Ancaq rahat ola bilmirdim. Oğlumun tapdığı xəstəlik məni narahat edirdi. O, məni atsa da, mən onu ata bilmirəm. Bu küskün ruhumla onu fikirləşirəm. Necə olsa da, anayam, axı…
Qaratikan kolu necə əsirdisə, sanki güclü bir külək var idi. Bütün bunları gözlərimlə görürdüm. Birdən qolumdan kiminsə tutduğunu görüb, ayıldım. Sanki yuxuda idim. Qaratikan kolundan ayrıla bilmirdim.
-Gedək Fazilə bacı, artıq gecdir. Qaranlıq düşür.
Mən o ana haqqında soruşmaq istəsəm də heç nə dilimə gətirə bilmədim.
Təkcə bir şeyi fikirləşirdim, Axı, oğulları belə nankorluğa vadar edən kimdi. Aldıqları qızlarmı?! Axı, o qızlar da sabah qaynana olacaqlar. Yox, oğul, oğul olsa, yad qızı kimdi ki…
Xəyaılmda, yuxunda “qaratikan koluyla” tez-tez danışırdım. Elə hey onu düşünürdüm. Bir gün yenə dayana bilməyib o kəndə qohumgilə getdim. Maraqlanıb xəbər aldım. Ananın uzaqda yaşayan həmin oğlunun ağır xəstəlikdən uzun müddət yataraq vəfat etməsini, üç oğlundan isə heç birinin tabutuna girməməsindən xəbər tutanda qəlbim ağrıdı. Atalar düz deyib, “Nə tökərsən aşına, o da çıxar qaşığına”.
Ananın qəbrini ziyarət etdim. Qaratikan kolu solmuşdu…Mənimlə daha dərdləşmədi… -
Fazilə QAFARQIZI.”Arxalı köpək” (Felyaton)
Arxalı köpək
(felyaton)
Savadlı olmasam da çox bacarıqlı oğlanam. İdarələrə, müəssisələrə baş vururam. Kiməsə iş tapıram, kiməsə yük daşıyıram. Kiminsə əlindən tutub yıxılmağa qoymuram. Mənim bu bacarığımı görüb qonşum dedi ki, gəl səni qiyabi oxutdurum. Görürəm qabiliyyətli oğlansan. Nə xərcin var, mənim boynuma. Razılaşdım. Sənədlərimi düzəltdim, məktəbə verdim, girdim, oxudum. Necə oxudumsa, onu bir Allah bilir, bir də mən. Nə isə… Vaxt bitdi, Dövlət imtahanlarının verilmə vaxtı gəlib çatdı. Qorxu canımı almışdı. İmtahana girməsəm diplom verməyəcəkdilər. Nə edim, nə etməyim qalmışdım əli qoynumda. Ağlıma gələn xoş bir xəbər məni bu sıxıntıdan qurtardı. İki gün sonra imtahan günü idi. Geyinib-gecinib, ətirlənib evdən çıxdım. Bİr başa əzcaxanaya getdim. Oradan bir-iki ədəd zökəmə qarşı dərman, bir ədəd də “vetnam mazı” aldım. Məktəbə az qalırdı. Özümü bir tinə verib aldığım mazdan gözümün altına, üstünə yaxmağa başladım. Aradan on dəqiqə keçməmiş, mən oldum illərin xəstəsi. Yaxdığım maz gözümün suyunu necə axıdırdısa, elə bil göydən leysan yağışdı. Allah, mənim bu günümü anam görəydi. Deyərdi a bala, sənə nə oldu bu günə düşdün. Evdən sağ-salamat çıxmışdın. Nə isə… Başınızı nə ağrıdım ey. Gözlərim qıpqırmızı, burnumu silməkdən eləmişdim küftə boyda.
Adımı çağırdılar. Dəsmalı ağzıma tutub içəri keçdim. Bilet çəkib oturdum. Sualları oxudum. Çox çətin idi. Dedim evim yıxıldı, indi mən nə edim. Başımı qoydum stolun üstünə. Öhö, öhö… o qədər öskürdüm ki, gözlərim hədəqəsindən çıxdı. Müəllimım dedi bala, bu vəziyyətdə sən imtahan verə bilməzsən, dur get, sonra gələrsən. Dedim, yox müəllimə, ölsəm də çalışacam cavab verəm. Müəlliməm çox gözəl bir insan idi. Oğlu şəhid olduğuna görə hamıya hörmət edirdi. Özü də təmənnasız. Dedi oğlum, görürəm, heç halın özündə deyil, mən sənə qiymət verərəm. Dur, imtahan vərəqəsini qoy stolun üstünə get, amma bu söhbət ikimizin arasında qalsın. Mən çox ağır addımlarla –çox sağ olun müəllimə, deyib, otaqdan çıxdım. Foyedə uşaqlarla görüşüb ayrıldım. Birbaşa evə gəldim. Gözlərimi yumaq üçün vanna otağına keçdim. Güzgüyə baxdım. Özümü tanıya bilmədim. Gözlərimə qan dammış, sifətim də şişmişdi. O ki var, gözlərimi sabunla yudum. Amma mazın qoxusu getmirdi. Xülasə…
Kefim kökəlmişdi. Dövlət imtahanlarının birindən keçmişdim. O birisi isə gələn həftə olacaqdı. Həftəarası özümə köynək almaq üçün bazara getdim. Bazarın ikinci mərtəbəsinə qalxmalı idim. Bir də gördüm bibim qızı kartof seçib torbaya yığır. Şıltaqlığımdan əl çəkmədim. Yavaşca gedib arxadan onun gözlərini tutdum. Qız heç nə demədən, bir neçə adamın adını çəkdi. Adlar mənə tanış gəlmədi. Qız əllərimi əlləri ilə gözündən çəkdi və üzümə baxdı. Gördüm bibim qızı deyil. Ona oxşatmışam. Çox-çox üzr istədim. Bağışla deyib, qurtarmamışdım ki, üzümə dəyən daş idi, taxtaydı, ya yumrux idi, bilmirəm,-arxası üstə yerə yıxıldım. İstədim duram, təpik-təpik dalınca, söyüşün biri olub bir qəpik, anam, bacım qalmadı. Yeddi arxa dönənimi söyürdü köpəkoğlu. Bir təhər məni onun əlindən aldılar. Ağzım, burnum qanın içində idi. Qolumla üzümü silirdim. Gözümün biri görmürdü. Gözünü tutduğum qız da orada idi. İki daşın arasında ondan yenə üzr istədim. Qız yaxınlaşdı. “Allah bağışlasın”- dedi. Amma bu bağışlamadı,- deyib məni şülüyən oğlanı göstərdi. Bilmədim o, onun ya qardaşı idi, ya da nişanlısı. Məni maşına qoyub köynək almağa yox, xəstəxanaya apardılar. Sağ olsun yaxşı adamları. Gözümü müayinə etdilər. Güclü vurulan zərbədən gözümün didəsi dağılmışdı. Həkim dedi ki, görmə ehtimalı çox azdı. Bu da mənim şıltaqlığımın nəticəsi. Gözümün sağalması iki aydan çox çəkdi. Bu iki ayda dövlət imtahanlarını verib, “hansı yollarla” qiymət aldım və oldum diplomlu bir kişi. Evlənmək üçün məni çox incidirdilər evdəkilər. Vaxtın keçir, yaşın ötür, a bala, evlən bir toyunu görüm, sonra ölüm, deyirdi anam. Çox götür qoydan sonra qonşumuzda yaşayan bir qızla evlənməyimə razılıq verdim. Qızın da atası çox imkalı bir yerdə işləyirdi. Ataların bir sözü var ey… “arxalı köpək qurd basar”. Savadım yox, istedaım yox. Qızına görə məni qaynatam yola verəcək. Qızla əlaqə yaratdım, görüşdük. Ailə qurmaq üçün razılıq verdi. Çox sevindim. Özümü qızın yanında quzu kimi aparırdım. Elçilərimiz Allahın səadət bəxş elədiyi qız qapısına getdilər. Nişan günü təyin olundu. Xoşbəxtlik quşu qonmuşdu başıma.
Qaynatam məni ucqar kəndlərin birinə vəzifəyə qoydurdu. İş icraçısı deyildim. Həyat yoldaşım universiteti qurtarmışdı, savadlı idi. Mənə təkan verən, yol göstərən elə yoldaşım idi. Mən tez-tez kənd camaatı qarşısında çıxış edir, onlara köməklik göstərirdim. Qaynatam mənim həm maddi, həm də mənəvi cəhətcə dayağım idi. Çox keçmədi ki, məndən şikayətlər gəldi. Mən növbəti iclasın birində onlara üzümü tutub:
-Ay camaat inanın ki, mən sizin hamınıza bir gözlə baxıram. Heç birinizə fərq qoymuram. Camaat isə öz narazılığını bildirdi.
Əslində diplomu saxta yollarla alan, qaynatasına və həyat yoldaşına görə camaatı necə deyərlər “yola verən”, onlara kəf gələn bu “mərd” oğlanın bir gözlə baxmağı camaatı sevdiyindən dediyi fikrə əsaslanmırdı. Özünün qanmazlığı ucbatından itirdiyi bir gözünə işarə idi. Yəni o, hamıya bir gözlə yox, bir gözüylə baxırdı… -
Səttar QARAĞACLI.Yeni şeirlər
BİLMEYİR
Qazanda qaynayan xörek
Qaynayır, bişe bilme yir.
Çoxları sındırır ürek,-
Üreyi şüşe bilmeyir.Nedir bu tamah, bu göden?
Haqsızlıq yaranır neden?
Yamanlığa verdiş eden,
Verdişi peşe bilmeyir.Halaldır zehmetde ruzu,
Kim sevindirer yalqızı?
Ellerde beslenen quzu
Çekilir şişe , bilmeyir.Yandırma ürek közünü,
Kim dinler şair sözünü?
Dünya itirib özünü,
Sahmana düşe bilme yir.GELMİŞEM
Ömrümden-gùnùmden sessiz ötüşen
Sevince ten olan ili sevmişem.
Her fesil çiçekli yazla görüşen
Bu ucsuz-buçqsız çölü sevmişem.Dağlardan, dùzlerden keçib gelmişem.
Könlüme gözellik köçüb-gelmişem.
Serin bulaqlardan içib gelmişem,
Güllü çiçekleri, gülü sevmişem.Dağların gözeli- dağlar maralı,
Sinemden oxladı, oldum yaralı.
Bir günüm olmasın elden aralı,
Men ele ezelden eli sevmişem. -
Səttar QARAĞACLI.Yeni şeirlər
ÖMÜR ELDEN UÇANDI KI
Qara saça düşer den ki,
Ömür elden uçandı ki!
Merd dediyin naşı bende
Namerde el açandı ki.Dedim hanı haqqın yolu?
Yaxşı tanı sağı-solu.
Gördüm ele qarınqulu
Yem axtaran siçandı ki!Yaxşılıqdır dilde qalan,
Nedir bildim doğru, yalan.
Şad günümde dostum olan
Dar günümde qaçandı ki!BİLMEZ
Nece nanecibdi, düzelmezdi bu,
İten bir ömürün badını bilmez.
Men nadan desem de düzelmezdi bu,
Yaxını tanımaz, yadını bilmez.Görüner eyrisi düzün den yeke,
Sürüner kölgesi özün den yeke,
Biter ayaması özünden yeke,
Elde çağırılan adını bilmez.Yolundan eylemez ne qorxu, hede,
Ömrün qazancını tapıbdır nede?
Bulaşıq tikeye ac olan gede
Yediyi çöreyin dadını bilmez. -
Elnurə AĞAZADƏ.Yeni şeirlər
BAYRAĞIM
Qürurla dalğalan sən vətənimdə
Azad ölkəmin azad bayrağı
Odlar yurdumun yanar odutək
Nur saç torpağəma azadbayrağım
Qırmızı rənginlə müasirliyin
Göy rəngin ulu türk qədim tarixin
Yaşıl rəng dinimin inanc xəbəri
Ulduzlu ayparan azad bayrağım
Uzaq et ölkədən şər qüvvələri
Uzaq et tufanla şər qüvvələri
Yaxın et zəfəri sən müjdələri
Qucub öpək səni azad bayrağım
Sən inanc yerisən vətənpərvərin
Torpağa can qoyan mərd igidlərin
Oğul gözləyən ata-ananın
Sülh laylasısan azad bayrağım
Düşmən əlinə keçən qarabağ
Bir gün alınar mənfur yağıdan
Zəfər müjəsiylə səni gidlər
Sancar cıdır düzə enməz bayrağımQIZ SƏNİ XOŞBƏXT OLASAN
Vüsal həsrətlə yox olur,
Hicran susub lal olur
Qohum-qonşular oynayır,
Qız səni xoşbəxt olasan
Nuru ol getdiyin evin,
Baş tacı ol sən ərinin
Baldızının bacısı ol,
Qız səni xoşbəxt olasan
Evi qonaqlı olasan,
Əli çörəkli olasan
Oğul uşaqlı olasan,
Qız sənixoşbəxt olasan
Yeddi uşaq anası ol,
Bol bərəkət ruzili ol
Qohum qonşuya dayaq ol
Qız səni xoşbəxt olasan
Vağzalı sədası bitər,
Xanendələr tərif deyər
Elnurə xoş sözlər deyər,
Qız səni xoşbəxt olasan -
Elnurə AĞAZADƏ.Yeni şeirlər
NƏSİHƏT
Tək sənin deylki bu qoca dünya,
Çoxda mənəm deyil özünü yorma
Dünya malına gözün allanıb,
Səndən kasıb olanı yaddan çıxarma
Sənə göndərilən bu var bu dövlət,
Səndən sonrasına qalacaq əlbət
Yeyib-içib gəzmək üçün yaranmadın sən,
Səndən zəifədə bir xeyir versən
Sən bir müsəlman dininsə islam,
Gərək olsun əlin səxavət payı
Belə buyurubdur rəsuli əkrəm,
Səxavət behiştin bir açarıdır
Sənin imamın var Həzrəti Əli,
O ki səxavətin yüksək zirvəsi
Onun şəninə səxavətli əl
Bir könül xoşluğu geniş ürəklik
Çox zəngin insanı xəzinəsiylə
Dünya pay veribdir qara torpağa
Bəzən kəfəndə olmamış qismət
Yalnız adı qalar mərhəmətiyləƏZABLI SEVGİM
Elə bir sevgiyə düşmüşəm ki mən ,
Nə bir əlac var nədə bir köməy
Elə bir sevgiyə düşmüşəm ki mən,
Yalnız əzabdır bütün günləri
Bəlkə hicrandır onun əlacı,
Bəlkə vüsaldır onun köməyi
Hicranda olsamda əlacı yetməz,
Vüsala getsəmdə köməyi keçməz.
Qurtula bilmirəm mən bu sevgidən,
Əzab çəksəmdə günah etsəmdə
Ayrıla bilmirəm mən bu sevgidən,
Gözəlr ağlasad həsrət yansada. -
Nəcibə İLKİN.Yeni şeirlər
Şəhidlər xiyabanında bir ana gördüm
(Ad günündə şəhid olmüş Adik Sepxanova həsr edirəm )
Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,
Sinəsində qarlı qış, kipriklərində qırov.
Dünən bir ana gördüm, gözlərində qəm-qüssə,
Fəryadından ürəyi olmuşdu hissə-hissə.
Odlara qalamışdı oğul dərdi ananı,
Qəm oduna atmışdı oğul, dərdə yananı.
Ölüm günü,ad günü bir tarixə yazılmış,
Ananın sinəsindən bir daş kimi asılmış.
Qarşımda ana sanki buz heykələ dönmüşdü,
Yaşamaq, həyat eşqi gözlərində sönmüşdü.
İntizardan, xiffətdən ana saralıb, solmuş,
Həsrət seli qəlbindən axıb gözünə dolmuş.
Danışdıqca ananın dodaqları əsirdi.
Oğul dərdi ananı şaxta kimi kəsirdi.
Başında qara örpək. əynində qara paltar,
-Oğlum özü alıbdı,-dedi,-məndən yadigar.
Hər gün bu geyim ilə görüşünə gəlirəm,
Nisgilimi, dərdimi soyuq daşla bölürəm.
Evim muzeyə dönüb onun şəkillərindən.
Təkcə o şəkillərdən təsəlli tapıram mən.
Oğlum bir oğul idi, istiqanlı, mehriban,
Dediyim hər kəlməmə cavabı olurdu,”can”.
Ad gününə az qalmış ona hədiyyə aldım,
Şirin qoğal bişirib, adına süfrə saldım.
Gözləyirdim yolunu əziz xələf oğlumun,
Adı özündən şirin, sözü şəkər noğlumun.
Səhər-səhər həyətdən gələn səsə boylandım,
İki əsgər soruşdu, adımı dərhal andım.
Tələsik qaça-qaça tez yüyürdüm həyətə,
-Kimsiniz? Kim lazımdır? Tez qarışdım söhbətə,Biri ürkək baxışla üzümə baxıb xeyli,
Gözlərin dikib yerə, axır dindi gileyli.
-Biz cəbhədən gəlmişik, necə deyim ki, Adik-
-Ağır yaralanıbdır….
-Necə? Nə dedin? Yox yalandı, balama,
Güllə dəyməz heç zaman o qəhrəman oğluma…
Yaşarmış gözlərimə göründü tabut bu an,
Analarsız hər şeyi həll eləyirmiş zaman.
Ahım çaxdı göylərə, dağılmadı göy nədən?
Amansız ölüm idi, məni belə göynədən,
Oğul verdin, ay Allah, neçə il bundan öncə,
Sənə dualar edib, bürünmüşdüm sevincə.
İndi bu ad günündə mənə paymı göndərdin?
Bəslədiyim qönçəmi qıyıb necə tez dərdin?
Ahım çatmadı əfsus, nə yerə, nə də göyə,
Tabutu qucaqladım,-Yaşın mübarək- deyə.
Oğul deyən dillərim dilim-dilim soyuldu,
Yandı bağrım nalədən için-için oyuldu.
Dan yeri tək söküldü ürəyimin telləri
Son nəfəsdə oğlumun nə söyləyib dilləri.
O susuz dodaqları pıçıldayıb nə deyib?
Ürəyindən nə keçib, görəsən nə söyləyib?
Yığışdı dostları, qonşular ad günündə,
Ona ehsan verdilər, balamın şad günündə.
Necə dözüm ay Allah, necə dözüm bu dağa?
Ad günündə oğlumu tapşırıram torpağa!
Yenidənmi doğuldun Şəhid qoyuldu adın?
Vətən! Qoy sənin olsun bu qəhrəman övladın.
İgid doğuldu oğul, Şəhid doğuldu oğul,
Vətənin alovunda yanıb kül oldu oğul.
Qoy, sevinməsin düşmən, oğlum ölməyib mənim,
Oğlum Şəhiddir deyə, Ana kimi öyünüm!!!“ Dəli bir ağlamaq keçir könlümdən”
Alı Mustafayev
Dağlar boyda həsrət bitib gözümdə,
Qasırğası, tufanı var izimdə,
Gör nə vaxtdır gecədir gündüzüm də,
El dağıldı, oba köçdü yerindən,
“Dəli bir ağlamaq keçir könlümdən”.Gör nə qədər biçilmişik zəmi tək,
Dəryalarda qərq olmuşuq gəmi tək,
Telli sazın qəm oxuyan simi tək,
Köklənmişəm “Kərəm” üstə zilindən,
“Dəli bir ağlamaq keçir könlümdən”.Nəvaxtdı ki, dağlarımı qar almır,
Dənə dolub sünbüllərim saralmır,
Yaralarım sağalmır ki, sağalmır.
Palıd idim, qopulmuşam kökümdən,
“Dəli bir ağlamaq keçir könlümdən”.Vətən dərdi bir dərdimi min eylər,
Həsrət axıb sinəm üstdən sel eylər,
Harda qaldı buz bulaqlar, güneylər?
Vulkan kimi püskürürəm içimdən,
“Dəli bir ağlamaq keçir könlümdən”.Xocalı yanğısı, Şuşa yanğısı,
Kəlbəcərin qan harayı, qan səsi,
Sızlayır Ağdamın “Şur”u, nəğməsi,
Ağ dünyanın baxıb gecələrindən,
“Dəli bir ağlamaq keçir könlümdən”.Tər-tər çayım Arazlaşıb, ay Alı!
Dərdim yaman dənizləşib, ay Alı!
Qarabağım Təbrizləşib, ay Alı!
Karvan getdi, el ayrıldı köçündən,
“Dəli bir ağlamaq keçir könlümdən” -
Nəcibə İLKİN.Həyatı və Yaradıcılığı
NƏCİBƏ İLKİN (Babakişiyeva) Bahadur qızı.
1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində doğulub. 1978- ci ildə həmin kənddə orta məktəbi qurtarıb. 1979-81- ci ildə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Həmin il qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ailə qurmasıyla əlaqədar institutun 3-cü kursundan sonra davam etməmişdir. 1998- ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika institunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olmuş, oranı əla qiymətlərlə başa vurmuşdur. Əvvəllər əmtəəşünas, iqtisadçı sahələrində çalışsa da, müəllimlik sahəsinə meyl etməmişdir. 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərmiş və bir filoloq kimi bu sahədə fəaliyyətə başlamışdır.
Nəcibə İlkin orta məktəbdə oxuduğu illərdən şeir yazır. Şeirləri və publisist məqalələri “Zaman”. “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində və “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”,”Kotoloq” jurnallarında dərc olunmuşdur.
2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya “ şeirlər kitabı işıq üzü görmüşdür. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunmuşdur. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişdir.
Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatına, “ İnam” şərəf diplomuna layiq görülmüşdür. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılmışdır. Bu yaxınlarda təsis etdiyi “Azad Qələm” qəzetinin 3 yaşı tamam olmasına görə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir.
AYB-nin və AJB-nin üzvüdür. 2006- cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş radaktorudur.
Ailəlidir. Iki övladı və bir nəvəsi var.ANA DİLİM, AZƏRİ DİLİM
Sən mənim dünyamsan, mənim həyatım,
Sən mənim varlığım, toyum-büsatım,
Sən ana laylamsan, sən ilk bayatım,
Mənim Ana dilim, Azəri dilim.Fizuli dünyamın sözü-söhbəti,
Nizami eliminin şanı-şöhrəti,
Sən Oğuz yurdumun Qorqud qeyrəti,
Mənim Ana dilim, Azəri dilim.Sənsən Üzeyrimin nəğməli dili,
Sənsən Babəkimin vuruşan əli,
Uca dağlarımın kükrəyən seli,
Mənim Ana dilim, Azəri dilim.Səndə gözəlləşir ruhumun səsi,
Səndə doğmalaşır, eşqin həvəsi,
Səndən ilham alır, şerin nəfəsi,
Mənim Ana dilim, Azəri dilim.Bu dildə tapmışıq haqqı, salamı,
Bu dildə tanıdıq şuru, muğamı,
Sən ulu xalqımın müdrik kəlamı,
Mənum Ana dilim, Azəri dilim.Səni qeyrətinə sığışdırmayan,
Səni ülfətiylə qoşa tutmayan,
Gəlsin gözlərindən süd zaman-zaman,
Mənim Ana dilim, Azəri dilim.Niyə sevəmmədik bir-birimizi
Ömrümə-günümə bir baxışıydın,
Mən külək, sən isə gur yağışıydın,
Çiçəkli bahardın, mən naxışıydım,
İndisə baharın solub bənizi,
Niyə sevəmmədik bir-birimizi?!Mən qumlu-qayalıq, sənsə səhraydın,
Axı, sən əzəldən mənə doğmaydın,
Mən coşğun bir dəniz, sənsə dalğaydın,
Yuduq sahillərdən izlərimizi.
Niyə sevəmmədik bir-birimizi?!Baxır əksimiz də bulaq gözündən.
O vaxtdan bizləri salıb gözündən,
Beləcə, qəm çəkən eşqin izində,
Qarışıq salmışıq sözlərimizi.
Niyə sevəmmədik bir-birimizi?!Çiçəyin rəngiydik, gülün rəngiydik,
Coşan qəlbimizin eşq çələngiydik,
Axı, bu yollarda niyə ləngidik?
Daşamı çırpmışıq ürəyimizi?!
Niyə sevəmmədik bir-birimizi?!Bir cavab tapmadıq nə sabahlara,
Döndük günahlara, döndük ahlara,
Ağ günlü sevgiyə geydirib qara,
Həsrətə qərq etdik gözlərimizi,
Niyə sevəmmədik bir-birimizi?!Neçə açılmamış sabah içində,
Qovduq gecələri günah içində,
Ömrümüz-günümüz min ah içində,
Güldürə bilmədik taleyimizi!
Niyə sevəmmədik bir-birimizi?!Bu eşqin yolunda çəkilməz dərdi,
Sərdi sinəm üstə hicranlar sərdi,
Nəcibə çox dedi, çox qəmlər yedi,
Daha bağışlamaz bu sevgi bizi!
Niyə sevəmmədik bir-birimizi?! -
İbrahim İLYASLI.Yeni şeirlər
QÖNÇƏDƏ SOLAN ÇIÇƏK
Günaydın, ömrüm-günüm,
Qönçədə solan çiçək!
Baxtına yağan yağış
Gözünə dolan çiçək.Arı qonmaz ətrinə,
Xar susamaz çətrinə.
Xətirsizlər xətrinə
Taleyi talan çiçək.Ağca günüm keçilib,
Ağ kəfənin biçilib.
Sonalanıb, seçilib
Mənimki olan çiçək.FƏLƏK
Mənə sirr verdiyin yerdə
Dilin lal olaydı, fələk.
Qara-qançır ağ yuxular
Qara bağrım oydu, fələk.Qibləm o yaqut-yəmənə
Gülün nə, daşın nəmənə?
Bəyin deyiləm, bə mənə
Tutduğun nə toydu, fələk?Aman ver, açım gözümü,
Zaman ver, deyim sözümü.
Bəsdi, tanıdım özümü…
Hoydu fələk, hoydu fələk! -
İbrahim İLYASLI.Yeni şeirlər
QÖNÇƏDƏ SOLAN ÇIÇƏK
Günaydın, ömrüm-günüm,
Qönçədə solan çiçək!
Baxtına yağan yağış
Gözünə dolan çiçək.Arı qonmaz ətrinə,
Xar susamaz çətrinə.
Xətirsizlər xətrinə
Taleyi talan çiçək.Ağca günüm keçilib,
Ağ kəfənin biçilib.
Sonalanıb, seçilib
Mənimki olan çiçək.FƏLƏK
Mənə sirr verdiyin yerdə
Dilin lal olaydı, fələk.
Qara-qançır ağ yuxular
Qara bağrım oydu, fələk.Qibləm o yaqut-yəmənə
Gülün nə, daşın nəmənə?
Bəyin deyiləm, bə mənə
Tutduğun nə toydu, fələk?Aman ver, açım gözümü,
Zaman ver, deyim sözümü.
Bəsdi, tanıdım özümü…
Hoydu fələk, hoydu fələk! -
İbrahim İLYASLI.Yeni şeirlər
VAXTIDI
Könül, bir azca toxtaq ol,
Yağının şölən vaxtıdı.
Dizini bərkit, qəmlərin
Qoşunnan gələn vaxtıdı.Üsyan deyir için-çölün:
Yetər, qafil!–Görün, görün!
Ürəyində açan gülün
Köksünü dələn vaxtıdı.Dərya boyuncadı, batma
Gördüyün yuxudu, qatma.
Qayğına bələnib yatma,
«Qanına bələn!» – vaxtıdı.BU DIVARIN O ÜZÜNDƏ
Bu divarın o üzündə,
Bir nazlı mələk uyuyub.
Gecə gərib qanadını,
Üstündə lələk uyuyub.O xanədə nə var – oyaq,
Döşəmədən tavanacan.
Qapı, pəncərə, dörd divar,
Çimir almaz sabahacan.Odasının yörəsində
Yüz hoqqadan çıxır külək.
Donub qalıb pəncərədə,
«Heyrət ey büt!…» – oxur külək.Tanrı tamaşası nədi –
O mələyi görən bilir.
Günəş ondan ötrü çıxır,
Ay ondan ötrü yüksəlir.…Divarların bu üzündə,
Qismətim qubardı mənim.
Hər yan gözəllikdi, Tanrım,
Hər yanım divardı mənim. -
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
***
Mən gülüm, sən ağla, vüsala dözək,
Görək, kim bu eşqin damına çıxır.
Yalqız pərvanələr ünvan tanımaz,
Onlar hər adamın şamına çıxır.Daha çarx fırlanıb, geriyə az bax,
Orda yad baxışlar çapar atını.
Quzum, qarşı yolda qurd ləpiri var,
Duman çoxalmamış apar atını.Axsaq xəyalların çatı böyüyüb,
Kölgəmdən kənar dur, naz vaxtı deyil.
Yuxum çiçək açır, gözümdən çəkil,
Görmürsən, könlümün saz vaxtı deyil!?***
Çoxdur təbiətin bakirə yeri,
Hər yol öz ağlığın saxlaya bilmir.
Dərdin kağızında imza yeri yox,
Dərd çürük diş kimi laxlaya bilmir.Bir pəri boylanır hər səhər göydən,
Ona əl uzadın, şən ola bilsin.
Başının altına kətil qoyun ki,
Boyu kölgəsilə tən ola bilsin.Baxma, mığmığalar şivən qoparır,
Bəzən pir sayılır su başı, adam.
Madam ki, üstündə gəzdirə bilmir,
Nə üçün saxlayır bu başı adam? -
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
***
Hamı bənzərindir deyirsən, Tanrı,
Nədən bu adamlar Sənə oxşamır?
Çək məni bu cırıq kağıza, göstər,
Nə qədər çəkirlər, mənə oxşamır.Ruhum mən uşaqkən acından ölüb,
Onunçün heç kimə ərk eləmirəm.
Elə bil yarımçıq bir cümləsən, qız,
Yüz yol oxuyuram, dərk eləmirəm.Niyə titrəyirsən, çənəmi bağla,
Görmürsən ölmüşəm, su at üstümə.
Axıt gözlərini yaşını, sonra
O ağ köynəyimi yu, at üstümə…***
Mən qəmdən kürüdüm ömür yolumu,
Sən də öz altını süpür di, Allah.
Mən Sənin damının dirəyin sökdüm,
Sən də dur, üzümə tüpür di, Allah.Bir məna tapmıram bu daş ömürdə,
Artıq taleyimin çuxası yanıb.
Bir kölgə ləhləyir məndən qabaqda,
Yəqin yuxu tutub, yuxası yanıb.Əyil, gözlərinə salavat çəkim,
Sonra təhvil verim daşımı Sənə.
Arvadın, uşağın yanında əydin,
Mən halal etmirəm başımı Sənə… -
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
***
Yaram qaysaq tutub, dərim dartılır,
Hicran sinəm üstə sac qoyub sanki.
Ruhum öz-özünü elə qınayır,
Üç körpə balasın ac qoyub sanki.Gəl, gözüm ağrıyır, baxışını sürt,
Canımı canına sığışdır, gedək.
Daha yaşamalı halı da yoxdur,
Bu evi sil-süpür, yığışdır, gedək.Gəl, birgə üz tutaq Allaha, soraq: –
Nədən zülm eləyir bəndə özünə?
Bizim günahımız ayrı-ayrıdır,
Mən özümə baxım, sən də özünə.***
Mən çiçək axtardım, nazını çəkim,
Bir qız qapımıza gülünü atdı…
…Nazı ayrı cürdü şəhər qızının,
Söz atma, görərsən, külünü atdı.Qoxlama, həyat da zəhər kimidi,
Atan nə dadıb ki, sən nə dadasan?!
Demə, üst-başımdan nəm iyi gəlir,
Əynimi isladıb çən, nə dadasan…Baxış çürüdürük hər gün bir qucaq,
Ürəyin açarı gözlərdi, xanım.
Bir Allah bilir ki, ehtiras, yanğı,
İndi ən müqəddəs sözlərdi, xanım… -
Vüsal XANKİŞİYEV.Yeni şeir
QƏZƏL
Hərdən olur insan kimi oluruq biz,
Hərdən də olur izləyirik sanki bizik biz.Hərdən olan olmuşlar olur etdiyimiz səhv,
Düşmüş olan olsaq, əgər balta, sapımız siz.Hərdən baxıram ki, necə məğrur olub insan?
Məşhur alovun görsən, əgər tez bükülər diz.İnsan niyə aciz olur acizlər önündə?
Hərdən düşünərkən bunu aciz olub aciz.Hərdən mənə “Hərdən niyə” yazsan, deyə sorsan,
Hərdən yazılanlar olar məndən qalacaq iz… -
Əziz MUĞANİ.Yeni şeirlər
GÖZ DƏYMƏSİN
Şirin dilə oğru olaq,
Qəlbimizə söz dəyməsin!
Haqq yoluna doğru olaq,
Sevgimizə göz dəyməsin!Talemizə qəm ələmə,
Qoy böyüsün, tez bələmə.
Göz dəysə də, bu aləmə,
Sevgimizə göz dəyməsin!Sevinc doğsun hər səhərdən,
Uzaq olsun dərdi-sərdən.
Gəl, qoruyaq bəd nəzərdən,
Sevgimizə göz dəyməsin!ÜRƏYİMDƏ
Bacarırsan, iksinə də birgə döz,
Qarışmasın yaraların sarğısı.
Biri qılınc, biri kəsən iti söz,
Ürəyimdə hər iksinin ağrısı.Nisgil olmur, qəmli çağım daşlaşa,
İllər ötə, əl eyləyə yaş-yaşa.
Küsən ümid, uzaq arzu baş-başa,
Ürəyimdə hər ikisinin yanğısı.Yaş yanağa damcı-damcı axan tək,
Eşq sinəni hicran ilə yaxan tək,
Bülbül gülə həsrət ilə baxan tək,
Ürəyimdə qovuşmağın arzusu. -
Elvin BABAYEV.Yeni şeir
PAY ATONNAN GƏLƏCƏK
Bilmədi ki, “gələcək” vid-fasonnan gələcək,
Özü taksiylə gedib, dərdi vaqonnan gələcək.Sən onun qızını yoldan çıxarırsansa, əgər,
O da bibinnən gələcək, ya da xalonnan gələcək.Evi harda, pulu harda, maşının markası da,
İndi bəylər də elçiliyə talonnan gələcək.Həyatın qanunudu, surəti artır nəsilin,
Özü “bir”nən gələnin balası “on”nan gələcək.Hamilə qadın indi pivə yerikləsə, əgər,
Doğulan uşaq da yəqin samaqonnan gələcək.Xammalı göndəririk xaricə istehsal olur,
Avropadan kişilər Bakıya tonnan gələcək.Dost dostu evə çağırmaqda xəcalət də çəkir,
Evdəki çılpaq gələcək, yoxsa ki, donnan gələcək?!Elvin, bu dünya indi qorxu-zakon söhbətidir,
Həzrəti MEHDİ görən hansı zakonnan gələcək?!