Category: Publisistika

  • Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycanlıların Soyqrım günü ilə əlaqədar geniş toplantı keçirilib

    Azərbaycan Dövlət Aqrar Universitetində 31 Mart Azərbaycanlıların Soyqrım günü ilə əlaqədar geniş toplantı keçirilib. Toplantıda bildirilib ki, iki əsr ərzində Azərbaycan xalqına qarşı dəfələrlə törədilən soyqrımlara uzun illər siyasi-hüquqi qiymət verilməyib. Amma buna baxmayaraq Azərbaycanda XIX əsrin əvvəlindən başlayaraq xalqın kütləvi şəkildə işgəncələrə məruz qalması, Azərbaycan torpaqlarının işğal edilməsi ilə nəticələnən bütün faciəli hadisələr tarixin yaddaşına həkk olunub.

    ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə tədbiri universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov açıb və deyib ki,
    son illərdə Azərbaycan dövləti azərbaycanlı əhaliyə qarşı soyqrım və etnik təmizləmələr haqda həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq üçün çox iş görüb. Tarix boyu ermənilər Rusiya ilə əlbir olaraq azərbaycanlılara qarşı soyqrım siyasəti həyata keçirib. Azərbaycanın onlarla kənd və şəhərlərində etnik təmizləmələr aparılıb. Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Qarabağ və başqa bölgələrdən azərbaycanlıları qovublar. 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasında azərbaycanlılar yaşayan 199 kənd talan edilib və yandırılıb.

    Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının müəllimi Samirə Qasımova mərzusində vurğulayıb ki, martın 30-da səhər erməni-bolşevik dəstələri Bakını hərbi gəmilərdən atəşə tutublar. Artilleriya atəşindən sonra silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq, onları amansızcasına qətlə yetiriblər. Martın 31-dən aprelin 1-nə keçən gecə azərbaycanlı əhaliyə qarşı qırğın kütləvi xarakter alıb. 3 gün ərzində Bakıda 17 min nəfər öldürülüb. Ermənilər Bakı, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda azərbaycanlı əhaliyə xüsusi amansızlıqla divan tutublar.

    Toplantıda xüsusi qeyd edilib ki, Azərbaycan xalqının həyatında faciəli hadisələr barədə tarixi həqiqəti birinci olaraq Heydər Əliyev bəyan edib, 1998-ci il martın 26-da Azərbaycanlıların Soyqırımı Günü haqqında Fərman imzalayıb. Bu sənəd uzun illər bundan əvvəl baş verən hadisələr barədə həqiqəti açıqlayıb, xalqın yaddaşını təzələyib, onu öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə, vətənə məhəbbət duyğularına qaytarıb.

    Qalib Rəhimli,
    ADAU-nun Mətbuat Xidmətinin rəhbəri

  • Daha gözəl cəmiyyət üçün…

    12895246_552095624972756_956201216_n

    Hər birimiz ideal cəmiyyətdə yaşamaq istəyərik, o cəmiyyətdə ki, hər kəs bir-birini sevsin, bir-birinə hörmət etsin, sülh hakim olsun, orada oğurluq, dələduzluq, yalan, pislik, sevgisizlik olmasın. Bu cəmiyyət lap keçmişdən bəri hər kəsin arzusu olub. Elə cəmiyyətdə nəinki yaşamaq, onun varlığını təsəvvür etmək belə necə xoşdur. Düzdür, bir çox insan belə cəmiyyəti “utopiya” adlandırıb və bunun varlığını mümkünsüz qəbul edib, ancaq insanlar istəsələr, hər şey mümkündür.
    Hər birimiz dünyada yaşamağın nə qədər çətin olduğunu görürük. Hər gün xəbərlərdə, yaxud da canlı həyatımızda bunlara şahid oluruq. Terror hadisələrindən tutmuş cinayətlərə qədər dünyanın hər yerində xoşagəlməz hadisələr baş verir. Hərçənd insanlar bu halları sevməsələr də, bunları həyatın bir hissəsi kimi qəbul edirlər, sanki bunlar olmalıdır. Bu hadisələr bir çox insana adi gəlir. Ancaq bütün mənfi hadisələrin əsasında duran əsas səbəb vicdansızlıq, insanların Allaha imanının zəifliyidir. İstər dünya səviyyəsində olsun, istərsə məişət həyatımızda rastlaşdığımız adi hadisələr olsun. Məsələn, sizə bir nümunə verim. Bu yaxınlarda marketdə əldə paketlənmiş şirniyyat almaq istəyirdim, son istifadə müddətinə baxdım. İstifadə müddətinin göstərildiyi kağızın altında bir dənə də kağız vardı, aralayıb ona da baxdım, sən demə o şirniyyatın istifadə müddəti bitib. Amma onun üzərinə yeni kağız əlavə edərək insanlara satmağa çalışırlar. Bəs insanların belə davranışının səbəbi nədir? Daha çox pul qazanmaq üçün necə ola bilər ki, başqa insanların səhhətini nəzərə almırlar? Hətta dünya səviyyəsində necə olur ki, terror hadisələri nəticəsində bir anda minlərlə insanın canına qəsd edilir?
    Yuxarıda saydığım bütün sualların cavabı vicdansızlıqdır. “Vicdan” sözünü eşitməyən insan, demək olar ki, yoxdur. Ancaq bəzi insanlar bu anlayışı çox məhdud mənada anlayır, məsələn, kiminsə çörəyinə bais olmamaq, çöldə qalmış sahibsiz heyvanlara yemək vermək, qocalara kömək etmək və s. Ancaq vicdan, sözün əsil mənasında, yaşamaq istədiyimiz gözəl cəmiyyətin əsasıdır, hər mövzuda mühümdür. Məsələn, bəzi insanlar var ki, əsas ailəsini düşünür, ailəsinin sağlam, rahat, təhlükəsiz mühitdə yaşaması üçün hər cür vasitəyə əl atır. Ailəsinə qazanc aparmaq üçün digər insanları təhlükəyə atmaqdan da çəkinmir, yuxarıda çəkdiyim marketdəki hadisə misalı kimi. Bu hərəkəti edən insandan və onların ailəsindən soruşsan, o bu hərəkətində heç bir qəbahət görməz, “hər kəs edir, mən niyə etməyim?” – cavabını verər. Bəs insanı belə davranışdan uzaq tutan nə ola bilər? Əlbəttə, Allah qorxusu, vicdan.
    Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)
    Vicdanlı insan yalnız ailəsinə, yaxınlarına, qohumuna, millətinə, dövlətinə yaxşılıq edən insan deyil, vicdanlı insan Allah üçün bütün bəşəriyyətə qarşı məsuliyyət hiss edən, hər kəsə yaxşılıq edən, bütün dünyanın qurtuluşu üçün cəhd edən insandır. Vicdanlı insan hər davranışında və düşüncəsində Allah rizasını hədəf alan insandır, etdiyi yaxşılığın əvəzini insanlardan deyil, Allahdan gözləyən insandır. Vicdanlı insan pis əməldən də çəkinəndə bunu insanlara görə yox, Allaha görə ondan uzaq duran insandır. Vicdanlı insan etdiyi hər əməlin hesabını Allaha verəcəyini bilir, bu əməllərinin boşuna getməyəcəyindən, axirətdə hər şeyin qarşısına çıxacağından əmindir. Vicdanlı insan, hər şeydən öncə, qəlbində Allah sevgisi olan insandır, Allahı sevən insan Onun buyurduğu əxlaqı sevə-sevə həyatına tətbiq edən və Onun sevmədiyi davranışlardan da ehtiyatla uzaq duran insandır. Belə insanların cəmiyyətin həyatında artması necə gözəl olardı, o insanların ki, sən onların əxlaqına, ağlına, ədalətinə tam güvənirsən. Bu sayədə ideal cəmiyyət də formalaşar, hər kəs rahat yaşayar, arzuladığı cəmiyyəti görər.
    Odur ki, daha gözəl cəmiyyətin qurulması üçün müxtəlif təkliflər verilsə də, bunun üçün cəhd edilsə də, bir çoxu uğurla nəticələnməmişdir. Çünki əsas problem – vicdansızlıq görməzlikdən gəlinib. İnsan hər nə qədər çox kitab oxusa, təhsil alsa, dünyanın müxtəlif mədəniyyətləri ilə tanış olsa da, əgər o insanda vicdan yoxdursa, onu cəmiyyət üçün “faydalı” insan adlandırmaq olmaz. Çünki o insan etdiyi davranışları yalnız oxuduqlarına və eşitdiklərinə görə müəyyən edir. Ancaq vicdanlı insan hər davranışında, ilk dəfə rastlaşdığı və təcrübəsi olmadığı hallarda belə gözəl əxlaq göstərəcək. Çünki o vicdanını – Allahın ona ilham etdiyi səsi eşidir və ona tabe olur. Bu səs isə hər birimizə eşitdirilir, sadəcə bunu eşitmək və o səsi həyata keçirmək lazımdır. Gözəl cəmiyyət istəyiriksə, vicdanlı insan olaq.

    Xəyalə SƏFƏROVA

  • Atam…

    1620

    O, mənim qürur mənbəyimdir, ona həm zahirən, həm xaraktercə oxşamağımla da fəxr edirəm…

    O, mənim atamdır, ailədə ən çox sevdiyim insan… Danlasa da, tənqid etsə də, dalaşıb, küsüb, barışsa da, atamdır mənim… O, azsaylı insandır ki, ona “qızıl adamdır” onu tanıyan hər kəs…

    Onunla bir gündə doğulmuşam mən, 30 yaşı olanda, hədiyyə olmuşam ona…

    Övladlar hər zaman nümunə olaraq valideynlərini götürərlər özlərinə, ya anaya oxşamaq istəyərlər, ya da ataya… Nədənsə, mən atamı seçdim, atamın qızıyam…

    Ondan çox şeyi öyrəndim, elmə maraq, kitablara maraq, özünə güvənmək, mübariz olmaq, mədəniyyət, səbr…

    Ondan öz gücünə, tapşırıqsız, pulun olmadan savad və biliyinlə irəli getməyi öyrəndim, təhsil aldım… O, karyerasını öz bilik, savadı, xarakteri, insanlığı sayəsində etmişdir. Hər yerdə hörməti vardır…

    O, mənə düşünməyi, düşündükcə yazmağı, xarici dillərə marağı və tərcümələr etməyi öyrətdi… Birlikdə kitabxanaya gedib, elmi məqalələrim üçün dərslik, kitabları oxumaq, qeydlər aparmağı, nəyisə düzgün yerdə axtararaq, axtardığını tapmağı, tərcümə etməyi, elmi məqalələr yazmağı və elmi düşüncələri anlamağı öyrətdi mənə…

    Ondan mən vətəndaş olmağı öyrəndim, layiqli vətəndaş… Vicdanı təmiz, adı ləkəsiz, başıuca və xeyirxah vətəndaş olmağı öyrəndim… Dövlət işinə marağımı formalaşdırdı, dövlətimi sevməyi və dövlətimə bağlı olub, ona xidmət etməyi öyrətdi mənə… Uşaq vaxtı dövlətimdən inciyərdim, atam vəzifədə işləyirdi o zamanlar, onu evdə az görərdik, işdən evə gələndə, biz artıq şirin yuxuda olardıq… Onun işi çox olduğundan atamızın üzünə həsrət qaldığımız günlər də az olmayıb, amma sonra anladım ki, bu yanlış deyilmiş, ondan inciməyə dəyməz… O, bizim və dövləti üçün çalışırmış… Boş vaxtı və işdən tez çıxdığı gün bizim üçün bayram olardı… Gəzməyə gedərdik, maaşını alan gün olanda isə bayramımız olurdu, gəzmək, alış-veriş, karusellər, əyləncə, hədiyyələr… Balaca uşağa başqa nə lazımdır axı… Nə qədər vəzifədə işlədi, dövlət məmuru oldu, təmiz işlədi, rüşvət almadı, rüşvət vermədi… Bu qədər təmiz, bu qədər halal. Qohum-qonşular bəxtəvərlik verərdi bizə, “yığıb pulunu, indi qaz vurub qazan doldurur deyə, bala-bala yeyir, gözə gəlməsin deyə”… İçimiz özümüzü yandırırdı, çölümüz özgəni… Yalan niyə deyim axı, biz varlı olmamışıq, qazandığımız da halal maaşımız olub, qəpik-qəpik yığıb nəsə etmişik, bizə gün ağlayıb atamla anam, boğazlarından kəsib, bizə xərcləyib pulları onlar… Bizi biz ediblər, onlar… Atam həmişə deyərdi, “pul önəmli deyil, əsas adın təmiz olsun, öləndə ağlayanın olsun, gorumuza aparmayacağıq ki, yığacaqlarımızı”. Hansı evdə doğulmuşdumsa, Keşlə qəsəbəsindəki gecəqonduda, eləcə də orada yaşayırdılar… Nə ev aldılar, nə də köçdülər… Dövlətin verdiyi halal ev növbəsini də, atam güzəştə getdi qaçqınlara… “Onların evi yoxdu, mənim olacaq?!”-demişdi atam o zaman… Uşaq idim, atamı bağışlamırdım ki, halal evimizi verdi qaçqınlara, indi qaçqınların çoxusu necə yaşayır, biz isə necə?! Çox sağ ol belə demədilər… Lazım da deyil… İndi Nərimanov Metrosunun üstündə evimiz olardı…

    Onun simasında dostluq etməyi öyrəndim… O, mənim ən yaxın dostumdur…

    Sənə yazıram bu yazını…

    Kövrəlmə ancaq…

    Ata, niyə saçların tez ağardı, tökülməyə başlayıb, hündür boylu idin sərv ağacı kimi, niyə qamətin əyilib, belin bükülüb?!

    Niyə hər zaman təbəssüm olan üzündə indi kədər var? Niyə gözlərin dolur, kövrəlirsən?!

    Niyə daha üzüm gəlmir, sənin qoluna girməyə, niyə başımı oturarkən boynuna daha qoya bilmirəm axı?

    Niyə hələ də nigaransan məndən?! Böyümüşəm axı?! Yoxsa, hələ gözlərində uşağam?!

    Niyə tənqid etmirsən məni əvvəlkitək? Niyə daha qürur duymursan mənimlə? İndi əvvəlkitək demirsən mənə “pul önəmli deyil, əsas təmiz addır”, sanki xeyirxah olan, hər kəsə əl tutan, kömək edən, pula önəm verməyən, halal insan deyilsən?! İndi deyirsən, “vaxtını boş yerə sərf etmə, nə xeyri var o işin sənə?Pul gəlir oradan sənə?” Yoxsa, cavanlıq səhvlərindən nəticə çıxartmısan, istəmirsən o səhvləri mən də edim?!

    Yazılarımı oxu, tənqid et məni… Niyə hər tənqidi yazımda, cəmiyyətlə mübarizə apardığıma görə qorxursan mənə görə?!Niyə, ehtiyat edirsən, nigaransan məndən? Qorxma, nigaran qalma… Risk meneceriyəm, risklərimi bilirəm, gözə alıram…

    Niyə daha əvvəlkitək saatlarla çıxmırıq gəzməyə, danışmırıq, niyə dəlilik edə bilmirəm səninlə, əvvəlkitək zarafatlaşmırıq?

    Niyə böyüdükcə, səni anlamaqdansa, sənin haqlı olduğunu qəbul etməkdənsə, inad edirəm, yanılsam belə, öz bildiyimi vermirəm başqasına?!

    Niyə əvvəlkitək mehriban deyilik, sanki külək əsir aramızdan, çay axmağa başlayıb, keçib selə?

    Deyiləsi çox sözüm var sənə, deyə bilmirəm… Bəlkə günahkaram önündə, üzüm gəlmir deyə?!

    Məni bağışla, ata, amma səni sevirəm… Allah canına dəyməsin…

  • Rafiq ODAY.”31 mart hadisələri – həqiqətlər işığında və yaxud azərbaycanlıların soyqırımı haqqında yetərincə məlumatımız varmı?”

    Rafiq Oday foto

    31 mart hadisələri – həqiqətlər işığında
    və yaxud
    azərbaycanlıların soyqırımı haqqında yetərincə məlumatımız varmı?

    Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur.
    Heydər ƏLİYEV, Ümummilli lider

    Mən şübhə etmirəm ki, biz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Mən inanmaq istəyirəm ki, Ermənistan rəhbərliyi, nəhayət, beynəlxalq hüquq prinsiplərinə riayət edəcək və işğal olunmuş torpaqlardan qoşunlarını öz xoşu ilə çıxaracaq və bizim soydaşlarımız bu torpaqlara qayıdacaqlar. Əks təqdirdə, Azərbaycan tam sərbəstdir ki, bütün imkanlardan istifadə etsin və öz doğma torpaqlarını azad etsin.
    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki yüz ilə yaxın tarixi vardır. Xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.
    Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsinin gedişində, həm də sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı.
    21 mart 1828-ci ildə Rus çarının qərarı ilə Ermənistan vilayətinin yaradılması anından isə bu vilayətdən müx¬təlif yollarla azərbaycanlıların köçürülməsi sistemli xarakter almış, onların yerinə Türkiyədən, İrandan, Suriyadan və digər ölkələrdən ermənilər gətirilməklə azərbaycanlıların ağrılı-acılı günləri başlamışdır. «Erməni vilayəti» heç də erməni dövləti deyildi. «Erməni vilayəti» İrəvan və Naxçıvan xanlıqlarının ərazisi əsasında yaradılan müvəqqəti inzibati-idarəetmə vahidi idi. Lakin bu Azərbaycan torpaqlarında İrəvan və Naxçıvan xanlınlarının ərazisində yaradılacaq gələcək Ermənis¬tanın təməli demək idi. «Erməni vilayəti»nin əyalət və dairələrində gəlmə ermənilərin artımı və yerli azərbaycanlıların çar təzyiqinə davam gətirməyərək İran və Türkiyə ərazilərinə köçməsi nəticəsində əhalinin etnik tərkibindəki fərq ermənilərin xeyrinə dəyişirdi. 1828-ci ildə təqribən 4 ay ərzində İrandan İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8 min 249 erməni ailəsi, yəni 40 min nəfər erməni köçürülmüşdür. Bir qədər sonra isə Azərbaycan topaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min erməninin köçürülməsi həyat keçirilmişdir. 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 min erməni köçürülmüşdür. Ümumiyyətlə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Cənubi Qafqaza ermənilərin köçürülməsi mütəmadi olaraq davam etdirilmiş, təkcə 1896-cı ildən 1908-ci ilə kimi Zaqafqaziyaya 400 min erməni köçürülmüşdü.
    Erməni millətçilərinin XIX əsrin sonunda – 1885-ci ildə Marseldə – «Amrenakan», 1887-ci ildə Cenevrədə «Qınçaq», 1890-cı ildə isə Tiflisdə «Daşnaqsütyun» partiyalarını yaratmaqla, ermənilərin «Böyük Ermənistan» yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu.

    ***

    XX əsrin əvvəllərində Bakının neft sənayesi sahəsində mövcud olan 167 müəssisəsidən cəmi 49-u azərbaycanlı kapitalistlərin əlində idi. Ermənilərin isə 55 firması vardı. Qalan 21 firma ruslara, 10 firma əcnəbilərə, 17 firma yəhudi kapitalistlərinə, 6 firma isə gürcü sahibkarlarına məxsus idi. İnhisarçı kapitalın neft sənayesində hakim kəsildiyi illərdə Azərbaycan milli kapitalının mövqeyi çox zəif idi. Belə bir gərgin dövrdə «Daşnaksütyun partiyası» sosial-demokratlarla əlaqəyə girərək Bakıda sosial-demokrat və sosial inqilabçı adı altında daşnaksütyun yönümlü fəhlə təşkiltları yaradırdılar. Onların isə əsas məramı yerli əhali arsında ixtişaşlar, təxribatlar törətmək, qanlı aksiyalar həyata keçirmək idi.
    Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışlar. XX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran bölgələrində və başqa ərazilərində azərbay¬canlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilmişdir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı faciələrin daha dəhşətlisi 1918-ci il 31 mart və 1-2 aprel tarixlərində törədilmiş soyqırımı hadisələridir.
    Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından öz məqsədlərini bol¬şe¬vizm bayrağı altında həyata keçirməyə başladılar. 1918-ci ilin martında Rusiya bolşe¬viklərinin rəhbəri Lenin silahdaşı və yaxın dostu Stepan Şaumyanı Qafqaza fövqəladə komissar təyin edib Bakıya göndərir. Qurulmuş plan və məqsəd bəlli idi. Yaradılan Bakı kommunası «əksinqilabçı elementlər»lə mübarizə pərdəsi altında Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədini güdən cinayətkarlar planın reallaşdırıl¬masına başlayır. A.Mikoyanın rəhbərliyi altında təşkil olunan «Qırmızı qvardiya» adlı 10-12 minlik ordunun 70 faizi ermənilərdən ibarət olur. Onlar bolşevik¬lərlə birləşərək guya antisovet qiyamı altında mübarizə aparırlar.
    «Daşnaq¬sütyun» partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başlayır. İlk addım kimi özlərini Qafqazda bolşevik hakimiyyətinin qanuni nümayəndələri hesab edən maska¬lanmış daşnaklar, əsasən Türkiyədən qaçıb gələn erməniləri silahlandıdaraq sovet haki¬miyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirdilər. Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaza fövqəladə komissar təyin edilən daşnak S.Şaumyan azərbaycanlıların kütləvi qırğının təşkilatçısı və rəhbərinə çevrildi.
    Bakı və Bakı ətrafını işğal etmək daşnak lideri, bolşevik qiyafəli Stepan Şaumyana, Şirvan bölgəsini, Şamaxını, Muğanı, Lənkəranı məhv etmək Styopa Lalayana və onun silahdaşı Tatoves Əmiryana, Quba qəzasını yerlə-yeksan etmək daşnak lideri Hama¬zaspa, Naxçıvanı, Zəngəzuru, Qarabağı talan etmək Andronik Ozanyana tapşırılmışdı. Bu quldurlara Stepan Şaumyan rəhbərlik edirdi.
    1918-ci il martın 30-da Bakıda erməni kilsəsinin ətrafında toplaşan daşnak dəstəsi müsəlmanlara qarşı ilk atəş açır. Martın 30-dan aprelin 2-dək baş verən qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi terror dəstələri Bakıda minlərlə insanı qətlə yetirərək, müsəlman ziyarətgahlarını yandırdılar. Şəhərin ən möhtəşəm məscidi olan Təzəpir top atəşinə tutuldu. Ermənilər Bakının memarlıq incilərindən olan «İsmailiyyə» binasını da yandırdılar. Üç gün davam edən qırğınlar nəticəsində təkcə Bakıda və Bakı ətrafında 30 minə yaxın günahsız soydaşımız xüsusi amansızlıqla, qəddarlıqla öldürülmüşdür.
    Eyni zamanda, Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında 8 min, Quba qəza¬sında 16 min, İrəvan quberniyasında isə 132 min azərbaycanlı amansızlıqla qətlə ye¬ti¬rilmişdir. Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadıqları 157 kənd dağıdılmış və yandırılmış, Şuşa şəhərində dəhşətli qırğınlar törədil¬mişdir. Bu dövrdə Quba qəzasında 122, Şamaxı qəzasında 72, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış, dağı¬dılmış və talan edilmişdir. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir. Ümumilikdə erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında 700 min¬dən çox azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
    Mart soyqırımından bir ay sonra ermənilər bu hadisələri bollşeviklərlə müsəlmanlar arasında cərayan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edirdi. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi.
    1919-cu ilin son iki ayında İrəvan quberiniyasının Eçmiəzdin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilmişdi.
    1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 565 min azərbaycanlı öldürülmüş və doğma torpaqlarından didərgin düşmüşdür.
    1935-ci ildən başlayaraq erməni millətçi ekstremistləri kütləvi şəkildə həm xəritə¬lər¬də, həm də 1917-1920-ci illərdə işğal olunmuş əzəli Azərbaycan torpaqlarında türk-Azərbaycan mənşəli coğrafi adların dəyişdirilməsinə başladılar. Bütövlükdə İrəvan, Naxçıvan, Qarabağ xanlıqları ərazisində yerləşən 18 min Azərbaycan mənşəli coğrafi ad «toponim soyqırımına» məruz qaldı.

    Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu ilərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazimiz işğal edilmişdir. 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur.
    Erməni təbliğatının antiazərbaycan fəaliyəti ötən əsrin 80-ci illərinin ortalarında məxsusi vüsət aldı və Dağlıq Qarabağ münaqişəsinin yaranmasını səbəbləndirdi. Müna¬qişənin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından – indiki Ermənistandan qovuldu.
    Başlanğıcını 1988-ci ildən götürən erməni ekspansiyası, Dağlıq Qarabağda aparılan işğalçı müharibə və etnik təmizləmə azərbaycanlıların soyqırımı qurbanlarının sayını bir neçə dəfə artırdı. Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən çox həmvətənimiz həlak olmuş, 20 mindən artıq insan yaralanmış, 50 mindən çoxu əlil olmuş, əsir və itkinlərimizin sayı 4 mini keçmişdir. 1992-ci il fevralın 26-da ötən əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsində böyük bir yaşayış məntəqəsi Yer üzündən silinmişdir. Ümumilikdə işğallar nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.
    Bütün bunların nəticəsi kimi təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinst erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırımı siyasətinin təsirinə məruz qalmışdır.
    Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqiddik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırmı sinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. Ulu öndər Heydər Əliyevin imzaladığı «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqında» 18 dekabr 1997-ci il tarixli və «Azərbaycanlıların soy¬qırımı haq¬qında» 26 mart 1998-ci il tarixli fərmanları erməni qaniçənlərinin tarix boyu xalqımızın başına gətirdikləri müsibətlərin araşdırılması, tarixi keçmişimizə daha həssas müna¬sibətin formalaşması baxımdan böyük əhəmiyyətə malikdir. Dövlət səviyyəsində bu məsələyə münasibət, hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan olunması tarixi yaddaşımıza işıq salmış, xalqın milli oyanış və vətənpərvərlik ruhunun formalaşmasında əvəzsiz rol oynamışdır. Erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da əsl proqram sənədidir.
    Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və işğal siyasətinin intensivliyi bu gün də zəifləməmişdir. Bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını daha da gücləndirməyə cəhd edirlər. Onlar Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq «əzabkeş erməni milləti» obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək, əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azər¬baycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar.

    Ermənilərin havadarlarının dəstəyi ilə 1918-ci ilin martında Bakıda və respublikanın digər bölgələrində törətdikləri qırğınlar barədə tarixi faktların dili ilə xeyli sayda kitablar yazılıb və müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Tarixi faktları inkar edib özlərinə saxta tarix yazan ermənilər yalanlarını dünyaya həqiqət kimi qəbul etdirmək istiqamətində ciddi cəhdlər göstərib törətdikləri vəhşilik¬lərdən dünya ictimaiyyətinin diqqətini yayındırmağa çalışsalar da, arxivlər bu təbliğatın əsassızlığını bir daha ortaya qoyur. Dünya ölkələrinin arxivlərinə müraciət edən hər bir tarixçi bu faktları ortaya çıxararaq, onların dili ilə erməni vəhşiliyini təsdiqləyir. Bu səbəbdəndir ki, dünya arxivlərinin açılması və tarixçilərdən ibarət komissiyasının yaradılması məsələsi gündəmə gətiriləndə qarşı tərəf dərhal müxtəlif bəhanələrlə yayınırlar. Bu da onların hiyləgər siyasətlərinin göstəricilərindəndir.
    Bütün sahələrdə olduğu kimi, Azərbaycan dövlətinin mili maraqlarının qorunması istiqamətində də ulu öndər Heydər Əliyevin siyasi ideoloji xəttini uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün mötəbər tribunalardan istifadə edir. Məhz onun rəhbərliyi altında Azər¬baycanın həyata keçirdiyi diplomatiyanın bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur.
    Dövlətimizin başçısının diqqət mərkəzində saxladığı araşdırmalar nəticəsində uzun il¬lər xalqımızdan gizlədilmiş mühüm faktlar, sənədlər aşkar edilmişdir. Bu məqsədlə Lon¬dondan, Sant-Peterburqdan, Moskvadan, İstanbuldan, Ankaradan mühüm tarixi sənəd¬lər gətirilmiş, Parisə iki ezamiyyət təşkil olunmuşdur. Hazırda isə Dehli arxivində araş¬dırmalar aparılır. Bu sənədlərdə əks olunmuş faktlarla azərbaycanlılara qarşı törədilmiş soyqırımının bilavasitə səbəbkarları olan S.Şaumyanın, T.Əmiryanın, S.Hamazaspın, Lalayanın və digər erməni quldurlarının cinayətləri tam sübuta yetirilmişdir.
    Bununla belə möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi «bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik».
    Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında bugünkü və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik tələb olunur.
    Qeyd edim ki, Milli Arxiv İdarəsində saxlanılan 36 cilddən, 3500 səhifədən ibarət sənədlər toplusu beynəlxalq məhkəmədə ermənilərə qarşı cinayət işinin başlaması üçün sanballı əsas ola bilər. Bu sənədlər ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayəti sübut edən qiymətli faktlardır.
    Bu gün həm dövlət xətti, həm də ayrı-ayrı qurumların, diaspora təşkilatlarının və H.Əliyev Fondunun xətti ilə tarixi faciə haqqında bilgilər, sənədlər dünyaya təqdim edilir. Azəbaycanlılara qarşı törədilən soyqırımı faktları ilə bağlı həqiqətləri təbliğ edən tədbirlər keçirilir, elmi konfranslar təşkil edilir. Amma təəssüf ki, dünya hələ də susur. Başda Birləşmiş Millətlər Təşkilatı olmaqla beynəlxalq qurumlar, ABŞ, Rusiya və Fransa kimi nəhəng dövlətlər 31 mart soyqırımına beynəlxalq qiymətin verilməsindən boyun qaçırır. Əslində, bu müsibət ikili standartların bariz nümunəsindən başqa bir şey deyil. Tarixdə olmayan, heç bir fakta söykənməyən qondarma erməni soyqırımına anlayışla yanaşan, erməni yalanlarına inanan beynəlxalq birlik 31 mart hadisələrinə hüquqi qiymətin verilməsindən çəkinir. Bu ermənipərəstlik tarixin sonrakı mərhələlərində daşnak terrorçularına cəsarət verdi və yeni faciələrin baş verməsinə zəmin yaratdı.
    Erməni daşnaklarının Azərbaycan xalqına qarşı 1918-ci ildə gerçəkləşdirdiyi soyqı¬rımının qurbanları hər il ölkə ictimaiyyəti tərəfindən yad edilir. Eyni zamanda, insanlıq əleyhinə yönələn bu qanlı faciənin beynəlxalq miqyasda tanıdılması məqsədilə görünən işlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ermənilərin törətdiyi vəhşilikərin qanlı izlərindən biri olan Quba məzarlığına hər il insanların axın-axın baş çəkməsi də bu baxımdan əhəmiyyət daşıyır.
    9 il bundan öncə aşkarlanan kütləvi məzarlıqda 1918-ci ildə Hamazaspın baçşılıq etdiyi erməni quldur dəstələri tərəfindən qətlə yetirilən 400-dən artıq dinc sakinin sümükləri aşkarlanıb. Erməni vəhşiliyinin danılmaz maddi sübutu olan və məlumatlara əsasən yerli sakinlərin özlərinə qazdıran 2 böyük quyuda bir-birinin üzərinə yığılan cəsədlərin yüzdən çoxu qadın, 50-dən artığı uşaq, qalanları isə əsasən yaşlı kişilərə məxsusdur. Üstündən 96 il keçməsinə baxmayaraq, Quba məzarlığı 1918-ci ildə Azərbaycanlılara qarşı tərədilən soyqırımı dəhşətlərini əyani surətdə əks etdirir. Respublikamızın başqa regionlarında olduğu kimi, Quba ərazisində ermənilər tərəfindən törədilən soyqırımı da Azərbaycan xalqının ümumi faciəsidir. Çünki 1918-ci ildə azərbaycanlilarla yanaşı, ərazidə yaşayan ləzgi, avar, tat, yəhudi və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək məzarlıqda kütləvi şəkildə basdırılıblar.
    Dövlətimiz tərəfindən bu tarixi hadisənin hər il dövlət səviyyəsində anılmasına xüsusi önəm verməsinin böyük siyasi və tərbiyəvi əhəmiyyəti vardır. Həmvətənlərimizin soyqırımı hər il yad edilməsi, yalnız o hadisələri tarixi baxımdan xatırlamaq məqsədi daşımır, həm də təcavüz qurbanlarını, günahsız insanların ruhunu yad etməklə tarixi haqsızlığa və ədalətsizliyə qarşı bir daha etirazımızı bildirir, gənclərimizdə vətənpərvərlik, haqq və ədalətin qalib gələcəyinə böyük inam hissi aşılamış oluruq.

    Müxtəlif informasiya mənbələri və tarixi sənədlər əsasında hazırladı:

    Rafiq Oday,
    Azərbaycan Jurnalistlər Birliyi
    Sumqayıt şəhər təşkilatının sədri,
    SOCAR “Azərikimya” İB-nin Mətbuat xidmətinin rəhbəri,
    Respublikanın Əməkdar jurnalisti

  • Çıxılmaz vəziyyətdə nə etməliyik?

    1459149788_10435034_1635213323373671_2982438026729497311_n

    “Çıxılmaz vəziyyət” ifadəsi, yəqin ki, hamıya tanışdır. Hər birimiz həyatımızda bir neçə dəfə çətin hadisələrlə üzləşmişik. Bəzən çətin vəziyyətdən çıxmaq, istədiyin nəticəni əldə etmək üçün var gücünlə çalışır və bütün tədbirlərə əl atırsan. Bunun üçün gecə-gündüz cəhd edir və hər cür vasitəyə əl atırsan, amma heç bir nəticə əldə edə bilmirsən. Bəzi hallarda insanlar rahatlıqla çətinliklərin öhdəsindən gələ bilirlər, çox təəssüf ki, bəzən isə insan belə vəziyyətlər qarşısında həyatlarına belə qəsd edirlər.

    Son zamanlar, xüsusilə manatın son devalivasiyasından sonra bir çox intihar xəbərləri yayıldı. Həm canlı həyatımızda bu cür halların şahidi olduq, həm də xəbərlərdən eşitdik və gördük. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, intihara cəhd edənlər, əsasən, cavan insanlardır. İnsanlar həyatın ağır olmasından, çətinlikdən şikayətlənir və ən yaxşı halda depressiyaya düşürlər.

    İndi misal çəkəcəyim hadisələrdən bir çoxunuz xəbərdarsınız: biri sevdiyi insanla evləməyə izin verilmədiyi üçün evini tərk edir, digəri banka borcu olduğu üçün həyatına qəsd edir və ya oğurluq edir, tələbə imtahandan kəsildiyinə görə intihar edir, pis xəstəliyə tutulan insan isə depressiyaya düşür … Bu cür nümunələrin sayını istədiyimiz qədər çoxalda bilərik və belə hallar getdikcə daha çox artır.

    Bəs niyə insan çıxılmaz vəziyyətdə qalır? Və niyə bəzi insanlar belə vəziyyətlərdən çıxış yolu kimi intihar, depressiya, evini tərk etmə, oğurluq kimi yollara əl atırlar? Niyə belə hallarda insanlar canlarına qəsd edirlər? İnsan həyatından əhəmiyyətli nə ola bilər ki? Ümumiyyətlə, çıxılmaz vəziyyət var, yoxsa yoxdur?
    Allahın sözü olan Quran hər mövzuda bizə ən doğru yolu göstərdiyi üçün bu məsələdə də ona müraciət edək və suallarımızın cavablarını orada axtaraq. Allah Loğman surəsinin 17-ci ayəsində “Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir”, – deyə buyurur. Bu, Allahın qəti əmridir. Əgər insan Allahdan qorxarsa, etdiyi hər hərəkətin axirətdə hesabını verəcəyini unutmazsa, o zaman Quran əxlaqından başqa heç bir əxlaqa yanaşmaz. Belə insan bilər ki, əgər Allaha təvəkkül edərsə, yəni yaradılan hər hadisənin Allah tərəfindən xeyirlərlə yaradıldığını bilərsə, Allah o çətinliyi onun üçün asanlaşdırar və onu bu vəziyyətdən çıxarar. Əgər həmin hadisə yenə də insanın ürəyincə nəticələnməzsə, Allahın hər şeyi xeyirlə yaratdığını unutmaz.

    Unutmayaq ki, bu dünya imtahan yeridir. Dünyada baş verən heç bir hadisə, heç bir hal insan həyatından önəmli deyil. Həmin çətinliyi yaradıb qulunu ən gözəl şəkildə imtahan edən Allahdır. Allah isə insanın hər halına bələddir və ona şah damarından daha yaxındır. Əgər çətinlik olarsa, “çıxılmaz vəziyyət” yaranarsa, insanın atacağı yeganə addım Allaha dua edib, çıxış yolunu Ondan istəmək və Ona təvəkkül etməkdir. Məhz bu an Allah Öz yardımını həmin insana çatdırar. Kənardan baxanda insana elə gələ bilər ki, bu hadisədəki bütün yollar bağlanıb və artıq çıxış yolu yoxdur. Amma Allah insanın görmədiyi, düşünmədiyi, bilmədiyi bir tərəfdən ona yol aça bilər. Talaq surəsinin 2-3-cü ayələri bunu sübut edir: Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.

    Deməli, “çıxılmaz vəziyyət” deyə bir ifadə yoxdur. İnsan Allahın ucalığına, qüdrətinə sığınaraq hər çətinliyin öhdəsindən asanlıqa gələ bilər. Allahı özünə dost edən insan başına gələn heç nədən qorxmaz və çəkinməz. Hər şeydə Ona güvəndiyi, Ona yönəldiyi üçün Allah həmin insanı buraxmaz və onu üstün məqama gətirər, maddi və mənəvi nemətləri ilə üzərində təcəlli edər. Bir də Allah ədalətlidir, insana heç vaxt dözə bilməyəcəyi yük yükləməz. Odur ki, başımıza hər nə gəlsə də, Allaha sığınıb Ona güvənmək lazımdır.

    Ləman Piriyeva

  • Möcüzəvi dünya

    mocuzevi-dunya-lRA

    Doğulduğumuz ilk gündən etibarən rəngarəng dünyaya gözlərimizi açırıq

    Doğulduğumuz ilk gündən etibarən rəngarəng dünyaya gözlərimizi açırıq. Bu dünyada hər şey insan üçün, insanın rahat həyat sürməsi üçün yaradılıb. Böyüdükcə təbiətin gözəlliyinə valeh olur, hələ uşaqlıq illərimizdən səmanı, günəşi seyr edirik. Gecələr göy üzünə baxanda ayı, ulduzları görürük. Yağışın yağmasını seyr edirik və bütün bunlar ruhumuza zövq verir…Mükəmməl bədənə sahibik. Qollarımız, barmaqlarımız, ayaqlarımız, gözlərimiz, qulaqlarımız bir-birinə simmetrik şəkildə yaradılıb, bütün bədənimizdə nizam var və biz bunun üçün heç bir səy göstərmirik. Xarici görünüşümüz kimi, daxili orqanlarımız – ürəyimiz, böyrəyimiz, qara ciyərimizin böyüməsi və normal işləməsi üçün də heç nə etmirik…Səhər evdən çıxanda nəqliyyat vasitələrindən istifadə edərək məktəbə, universitetə, işə tələsirik. Acdığımız zaman soyuducunu açırıq və çeşid-çeşid nemətlər arasından ürəyimiz istəyəni seçib yeyirik. Müxtəlif rəngdə və müxtəlif dadda olan meyvələrdən bədənimizin ehtiyacı olan vitaminləri qəbul edirik.Əl-üzümüzü yumaq istəyəndə kranı açırıq və yuyunuruq…

    Bu misallar həyatımızda olan gözəlliklərdən sadəcə bir neçəsidir və biz onları doğulduğumuz gündən bəri gördüyümüz üçün “adi” qarşılayırıq. Halbuki bunların heç biri “adi” deyil, əksinə “möcüzədir”. Biz “möcüzəvi dünyada” yaşayırıq. Gördüyümüz, hiss etdiyimiz, sahib olduğumuz hər şey “möcüzədir”. Düşünmüsünüzmü, rəngarəng dünya əvəzinə, qaranlıq dünyada doğula bilərdik? Ağaclar, quşlar, heyvanlar olmaya bilərdi. Səmada günəş, ay, ulduzlar olmazdı, yağış yağmazdı. İnsan ən gözəl şəkildə yaradılıb. Bəs bədənimiz belə gözəl olmasa idi, necə olardıq?! Məsələn, bir yox, iki burnumuz olsa idi, yaxud da üç ayağımız … Təsəvvür etmək belə çox itici gəlir insana. Ancaq biz fərqinə belə varmadan Allah ana bətnindən bizi ən gözəl tərzdə yaradaraq dünyaya gətirib.Yaxud da nəqliyyat vasitələrini götürək. Nəqliyyat vasitələri olmasa idi, biz uzaq məsafəni piyada getmək məcburiyyətində qalardıq. Çeşid-çeşid nemətlər əvəzinə ancaq bir təam olsa idi, biz hər dəfə eyni təamla qidalanmalı olardıq. Yəqin ki, sizin də başınıza gəlib. İnsan çox sevdiyi yemək də olsa, onu bir neçə gün dalbadal yesə, o yeməkdən sıxılır.Həyatımızın ayrılmaz parçası olan şirin suyu götürək … Şirin su olmasa idi, su əldə etmək üçün uzaq məsafə qət etməli olardıq.

    Bəs bu nemətlərin bizə Allahın lütfü olduğunu düşündünüzmü? Əgər bunlar haqqında hələ fikirləşməmisinizsə, sahib olduğunuz nemətləri bir daha nəzərdən keçirin. Allah ayələrində belə buyurur:

    Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə (vaxt üçün) hesablama (ölçüsü) etdi. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür. (Ənam surəsi, 96)

    Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? (Fatir surəsi, 27)

    Gördüyümüz kimi, Allah ayələrində bu nemətləri bizə verdiyini bildirir və bizi onlar üzərində düşünməyimizə sövq edir. Bəs bu nemətlərin əvəzində Allah bizdən nə istəyir? Bu sualın da cavabını yenə Quranda tapırıq: “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin” (Nəhl surəsi, 114)

    Ayələrə baxanda anlayırıq ki, Allah bu qədər “möcüzəvi nemətlərini” Ona şükür etməyimiz üçün verir. Bu “möcüzəvi dünyada” heç nə boşuna yaradılmayıb. Hər şey elə incəliklə və sevgi ilə yaradılıb ki… Hər şey Allahın ucalığını, böyüklüyünü, hər yeri əhatə etdiyini, hər şeyə qadir olduğunu düşünməyimiz və dərk etməyimiz üçün verilib. Elə isə bir daha bizi əhatə edən gözəllikləri dərindən düşünək və hər biri üçün Allaha şükür edək.

    Aygün SADIQZADƏ

  • Sumqayıt şəhər 46 sayli uşaq bağçasında Novruz şənliyi

    Sumqayıt şəhər 46 saylı uşaq bağçasında xalqımızın ən qədim və milli bayramlarından olan, gəlişi ilə insanlara bahar təravəti və xoş ovqat bəxş edən Novruz bayramı münasıbəti ilə tədbir keçirilmişdir.
    Tədbiri bağçanın müdiri Sidqiyyə xanım Xıdırova giriş sözü ilə açaraq uşaqları, valideynləri, gələn qonaqları və bağçanın kollektivini bayram münasibətilə təbrik etmiş, onlara uzun ömür, möhkəm can sağlığı, süfrələrinə bol ruzi-bərəkət, hər bir ailəyə sevinc və səadət dolu illər arzulamışdır.
    Sonra bağçanın musiqi müəlliməsi Zinyət Əsədullayevanın rəhbərliyi altında balaca fidanlar vətənə, torpağa, baharın gəlişinə aid şeirləri bədii qiraət etmiş, bahar təravətli və vətənpərvərlik ruhlu mahnılar ifa etmişlər.
    Bayram şənliyinə təşrif buyurmuş Kosa və Keçəl bir-birindən maraqlı, məzəli və ibrətamiz oyunları ilə uşaqlara və bütün tədbir iştirakçılarına xoş ovqat və bayram əhval-ruhiyyəsi bəxş etmişdir.
    Bağçanın tərbiyəçiləri Cəmilə Babayeva, Əsmər Fərzəliyeva və Zenfira Babayeva çıxış edərək, hər kəsi bayram münasibətilə təbrik etmiş, onlara və ümumilikdə şəhərin bütün təhsil müəssisələrinə və bağçalara göstərilən diqqət və qayğıya görə şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova dərin minnətdarlıqlarını ifadə etmişlər.

  • Qızıldan dəyərli zamanımız

    12825543_546471318868520_984794359_n (1)

    Zaman insan üçün çox dəyərli nemətlərdən biridir. Hətta belə deyim var ki, “itirilən zaman geri qayıtmır”. İnsan bir çox şeyləri bərpa edə bilər, ancaq itirilən zamanı deyil. Ancaq zaman bu qədər həyati əhəmiyyətə malik ikən bir çox insan – uşaqdan tutmuş qoca insanlara qədər zamanının dəyərini bilmir. Zamana elə yanaşırlar ki, sanki zaman bitməz-tükənməzdir və onlar istədiyi kimi bu zamandan istifadə edə bilərlər. Bu cür insanlar zamana çox adi baxır, nəinki zamanı dəyərləndirmək haqqında düşünürlər, hətta vasitələr axtarırlar ki, zamanlarını necə öldürsünlər. Çox təəssüf ki, son zamanlar bu cür hadisələrin çox tez-tez şahidi oluruq.
    Texnologiyanın çox yüksək inkişaf etdiyi dövrdə yaşayırıq. Texnoloji imkanlar sayəsində insanların həyatı çox rahatlaşıb və daha çox boş zaman qazanıblar. Demək olar ki, hər kəsin evində kompüter, telefon, paltaryuyan, qabyuyan və s. kimi vasitələr var. Əvvələr ev işləri üçün xanımların nə qədər vaxtı gedirdi. Eləcə də telefonu götürək. Bir neçə on il bundan əvvəl insanlar əlaqə saxlamaq üçün məktublaşırdılar. Bir yerdən başqa yerə məktub çatdırmaq üçün neçə gün lazım olurdu. İndi isə, demək olar ki, hər kəsin ən azı bir mobil telefonu var və istədiyi insanla bir neçə saniyə ərzində ünsiyyət saxlaya və sözünü çatdıra bilər. Bəs texnoloji inkişaf sayəsində insanlar qazandıqları bu zamanı necə dəyərləndirirlər? Qazandıqları zamandan faydalı istifadə edə bilirlərmi?
    Görünən odur ki, insanlar zaman qazandıqca vaxtlarını dəyərləndirmək əvəzinə, zamanlarını öldürürlər. Məsələn, götürək metrodakı insanları. Yəqin ki, bir çoxunun buna şahid olmusunuz. Demək olar ki, hər bir insanın əlində bir telefon – həm gənclər, həm uşaqlar, həm yaşlılar – oyun oynayırlar. Hər şeyi unudaraq, bütün diqqətlərini telefona verərək o oyunu necə udacaqlarını düşünürlər. Yaxud da telefon, kompüter vasitəsilə əksər insanlar sosial şəbəkələrdən istifadə edirlər. Bəs burada məqsəd nədir? Ya insanlar boş yerə tanış olmaq üçün dost axtarırlar, ya ona-buna mənfi şərhlər yazaraq insanları təhqir edirlər … Bundan başqa, evdəki bir çox xanımları götürək, bayaq sadaladığım ki, paltaryuyan, qabyuyan, paltarqurulayan kimi bir çox nemətlər sayəsində qazandıqları vaxtları onlar da boş yerə sərf edirlər.
    Bir çox xanımlar televiziyalardakı mənasız, insana heç bir əxlaqi tərbiyə aşılamayan seriallara, yaxud da proqramlara baxaraq vaxtlarını keçirirlər. O proqram qurtarıb bu kino başlayır, bu kino qurtarıb o biri başlayır …. və beləcə baxırlar ki, o gün bitib. Bir çox baxıdıqları verilişlər və kinolar nəinki insana yaxşı yöndə nəsə qazandırır, hətta insanlara sevgisizlik, nifrət, qəddarlıq, eqositlik, qısqanclıq aşılayır. Bu cür şeyləri izləyən insanlar da o əxlaqı həyatlarına tətbiq edirlər. Məsələn, son zamanlar diqqət edirəm bir çox seriyalı kinolara: qadınları duyğusal, uşaq kimi məsuliyyətsiz hərəkət edən, hər hadisədən təsirlənən, aciz, hər zaman həyat yoldaşına və ya sevgilisinə sığınan, tez-tez ağlayan, küsən, nəyi nə üçün istədiyi bilinməyən insan kimi göstərirlər; kişiləri isə sərt, soyuqqanlı, sevsə də, sevgisini bildirməyən, hislərini gizlədən insan kimi təqdim edirlər. Bunu da insanlara elə gözəl bəzəyib göstərirlər ki, sanki “yaxşı” insan belə olmalıdır. Bəs bu təlqinlər hansı məntiqə sığır? Niyə qadınlar aciz, hər hadisədən təsirlənən olmalıdır ki, yaxud da kişlər elə duyğusuz? Kişi də, qadın da bərabərdir, hər ikisi gözəl əxlaq göstərməklə məsuliyyət daşıyır. Qadınlar da güclü iradəli, problemli hadisələrə çıxış yolu gətirən, çox ağıllı ola bilərlər, yaxud da kişilər də sevgi dolu, mərhəmətli, istiqanlı ola bilərlər. Kim qadınlar və kişilər bu xarakteri uyğun bilib onlara belə həyatı təlqin edir? Sonra da insanlar arasında sevgisizlik, mərhəmətsizlik hakim olur. İnsanlar nə qədər nemət içində olsalar da, şükür etməyi bacarmırlar və o kinolardakı həyatı yaşayaraq xoşbəxt olacaqlarını sanırlar və əlbəttə ki, ola bilmirlər. Allah bir Quran ayəsində qadının da, kişinin də gözəl əxlaq göstərməkdə eyni məsuliyyət daşıdığını belə bildirir:
    Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
    İnsanların zamanını öldürmək işində məşhur olan yerlərdən biri də çayxanalardır. İnsanlarla dolu olan, siqaret çəkildiyi, səs-küylü, domino, nərdtaxta oynanaraq keçirdikləri vaxt. Bu cür məkanları həm şəhərlərimizdə, həm də kəndlərimizdə görə bilərik. Kişilər burada başlarını elə qatırlar ki, sanki hər şeyi unudub orada qarşıdakı insanı məğlub etməklə qəhrəmanlıq edirlər.
    Yuxarıda insanların necə vaxtlarını itirdiklərinə aid sadəcə bir neçə nümunə verdim. İnsanların bir çoxu zamanın nə qədər dəyərli olduğunu bilmir. İtirilən zaman heç vaxt geri qayıtmır. Allah bizə bir neçə on ildən ibarət yaşayacağımız ömür bəxş edir. Elə insan tanıyırsınızmı ki, o insan ömürlük yaşasın. Hər kəs bir gün mütləq öləcək. Odur ki, zaman uzun görünsə də, çox dəyərlidir, ən dəyərli nemətlərdən biridir. Keçmişə baxanda illərimizin necə sürətlə ötdüyünü görürük. Qızıl ustaları qızılın necə dəyərli olduğunu bildikləri üçün qızılın tozunu belə atmırlar, ondan da istifadə edirlər. Zaman isə qızıldan da qiymətlidir. Hər saniyəmiz, hər dəqiqəmiz, hər saatımız çox qiymətlidir. “Zamanımızı necə öldürək əvəzinə, zamanımızdan necə istifadə edək”, – deyə düşünməliyik. Bir də zamanı öldürərək özlərinə müvəqqəti əyləncə axtaran insanlar da əsla bundan xoşbəxt olmurlar. O əyləncələri də çox qısa olur, vicdanən də çox narahat olurlar. İnsan bir də itirdiyi zaman əvəzinə, nələr qazana biləcəyini düşünməlidir. Məsələn, metroda kitab oxuya bilərik, önəmli hadisələr haqqında düşünə bilərik, bizə ehiyacı olan insanlara kömək edə bilərik, Allaha dua edə bilərik, dünyagörüşümüzü, elmimizi artırarıq, əksik yönlərimiz üzərində düşünüb onları necə düzəldəcəyimizi fikirləşərik və s … Zamanın bir gün bitəcəyi an vardır, önəmli olan isə o an zamanı Allah qatında zamanımızın hesabını verə bilək inşaAllah.

  • Bahar gəlir…

    http://s008.radikal.ru/i303/1603/51/a8f939b0ec02.jpg

    Yurdumuza bahar gəlir – allı-güllü, yaşıl örpəkli bahar. Qədimdən üzü bəri insanlar yazın gəlişini səbirsizliklə gözləyiblər. Yazda təbiətin yaşıl örtüyə bürünməsi, ağacların yarpaqlaması, meyvə ağaclarının çiçəklənməsi, yaşıllıqlar arasında müxtəlif rəngli və xoş ətirli çiçəklərin boy göstərməsi əsrlərdən bəri insanlara əsrarəngiz təsir bağışlayıb.

    Bu il Azərbaycan ərazisinə bahar martın 20-də Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində qədəm qoyacaq.

    Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

    Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

    Mənbə:

  • “Qızıma yazdığım məktub”

    Salam, qızım,

    İlk sözüm sənə, “Bağışla, məni”dir. Niyəsini zamanla anlayacaqsan… Küsgünsən, məndən ayrılıqda, uzaqda çəkdirdiyin şəkillərə baxıram, göndərilən audiosəslərə qulaq asıram, videogörüntülərdə görürəm səni… Mənim kimi üzün gülmür, qapanmısan, kədərlisən… Mənim kimi insanlardan uzaqlaşırsan, kövrəksən, küsgünsən, fikir içindəsən, kədərli düşüncələr dünyasındasan, xəyallardasan, yoxsa mənli xatirələrində, bilə bilmirəm…

    İtirmişəm səni, inamımı, sevincimi, xoşbəxtliyimi, ümidimi, səninlə qovuşacağım günə ümidimi itirmişəm artıq, gücümü itirmişəm, mübarizəm dayanmışdır…

    Bağışla ki, məndən öyrənəcəyin, nümunə götürəcəyin az şeylər olacaq, ana kimi nümunə olmadım, ideal, mükəmməl olmadım…

    Məndən ana olmağı, övlad sevgisini və ailənin dəyərini bilməyi öyrənə bilmədin… Qadın olmağı, sevməyi, sevilməyi, kişilərlə anlaşmağı, insanlarla dil tapmağı öyrənmədin… İnsanlardan, səni sevməyənlərdən qorunmağı, dostu, düşmənini tanımağı öyrənə bilmədin məndən…

    Çox şey öyrədəcəkdim, çox şeyi öyrənməli idin, yarımçıq qaldı…

    Nə uşaqlığın oldu, nə gələcəkdə gəncliyin olacaq xoşbəxt insan kimi… Yarım qalacaqsan hər zaman, atılmış hiss edəcəksən özünü… Nifrət edəcəksən mənə… Unudacaqsan məni… Sevməyəcəksən…

    Yazdıqlarım qalacaq səhifəmdə, yazılarımda, kitabımda, sənsə istəsən, tapsan, dilimizi unutmasan, oxuyarsan…

    Anlayarsan, ana içində necə əzab çəkir, ağlayır… Niyə yeni həyat qura bilmir… Anan da sənin kimi yarım qalıb, yarımçıqdır…

    Bilirəm, hər bir qız anasına oxşamaq istəyər, sənsə uşaq vaxtından məni itirmisən, nə simam qalıb yaddaşında, nə səsim… Görsən, bəlkə heç tanımazsan…

    Bilirəm, ana daha önəmlidir qız övladı üçün, bilirəm, amma neyləyim belə alındı…

    Bəlkə də tələsdim, səni doğmağa, səni arzulamağa, bəlkə də doğulmalı deyildin belə tez… Şans verməliydik ailəmizə, bir-birimizi tanımağa atanla özümə…

    Amma peşiman deyiləm, səni mən sevdim, səni mən istədim, sən özün doğuldun, doğulduğun andan sərbəst idin… Sevgidən doğuldun, sevilərək doğuldun, sonra isə dağıldı hər şey, məhv oldu… Mən də günahkaram…

    İstəyirdim, oğlum deyil, qızım olsun…

    Uzun saçlarımla oynayacaq, barmaqları ilə qarışdıracaq, üzümü çevirib yanağımdan öpəcək, oynayacaq mənlə bir qızım olsun…

    Bir qızım olsun, özüm böyüdüm sevərək onu, ana südü verim, sağlam olsun deyə…

    Qızım olsun, öyrədim ona həyatı…

    Bir qızım olsun, çantamı dağıtsın, kosmetikamı yaxsın üz-başına, əllərinə, sonra keçsin ayna önünə, desin “Ana, bax, necəyəm? Böyümüşəm?!”

    Bir qızım olsun, geyinsin balaca ayaqlarına böyük olan ayyaqqabılarımı, işdən evə gələndə baxsın əlimə ki, anam mənə bu gün nə alıb, qucaqlayıb, öpsün, buraxmasın məni…

    Bir qızım olsun, paylaşım onunla yaşadığımı, ən yaxın rəfiqəm olsun, ağladığım zaman təsəllim, sevincim, fərəhim olsun…

    Bir qızım olsun, biliyimi, yaradıcılığımı, istedadımı ötürüm ona, baxım, uğurlarına, sevinim, fəxr edim onunla…

    Bir qızım olsun, pis anımda ağladığımda, qalmasın kənarda, qucaqlasın məni, silsin göz yaşlarımı, “Ana, ağlama, səni sevirəm” desin mənə…

    Bir qızım olsun, nazlı, ağıllı, sevimli, gözəl, lap sənin kimi…

    Bir qızım olsun, saçları uzun olsun, zahirən mənə oxşasın, atan da desin ki, “Anana oxşamısan qızım, anan kimi çox gözəlsən!”

    Bir qızım olsun, yatanda qucaqlayıb yatsın, yuxuya getsin, buraxmasın məni daha…

    Bir qızım olsun, səhər işə gedəndə, gəzməyə çıxanda, aynaya baxıb, makiyaj edəndə, nəm salfetkaya silsin makiyajımı, gülərək desin “Çəkmə onu, sən hamıdan onsuz da gözəlsən, ana!”

    Bir qızım olsun, qadınlıq məktəbini keçsin, qadın olmağı öyrənsin, qız olmağı öyrənsin, insan olmağı öyrənsin…

    Bir qızım olsun, gəzməyə sevinərək çıxsın mənimlə, tutsun əlimi, buraxmasın, yorulanda gəlsin qucağıma, bir də düşməsin qucağımdan…

    Bir qızım olsun, kitabları görsün mağazada, aldırtsın, sonra desin, “Bu kitabı oxu mənə”…

    Bir qızım olsun, sirdaşım olsun, paylaşsın sevincini də, kədərini də… Ağlayanda ağlasın, güləndə mənlə gülsün…

    Bir qızım olsun, ağlatsın məni uğurlarıyla, qələbələriylə, sevinciylə…

    Bir qızım olsun, sevməyi öyrənsin, sevilsin, ailə qursun, ərə verim onu sevdiyi kəsə… Bir nəvə versin mənə, bir qız nəvəsi…

    Bir qızım olsun, başqa qadına deyil, mənə “Ana, səni sevirəm” desin…

    Arzularım gerçək oldu, istədiyimi verdi Allahım, səni verdi mənə… Qədrini bilmədim nə sənin, nə də ki, arzularımın…

    Mənə qalan səndən qalan xoş xatirələrdir. Qızım, sənin üçün çox darıxıram…

  • “10 Yaşın mübarək”

    12721546_1750630361832797_1096340487_n

    Elm və texnologiyanın inkişaf etdiyi bir dövrdə insan amili üçün ən ümdə duran ali vəzifələrdən biridə təlim və tədrisdi.Dövlət ailədən başladığı kimi hər birimizin cəmiyyətimizə savadlı kadr kimi yetişməmizdə ikinci ailəmiz olan təhsil ocaqlarımızın payına düşür. Bu il 10 yaşını qeyd edəcək belə təhsil ocaqlarından biridə boz dağın ətəyində yerləşən Mingəçevir Turizm Kollecidi.
    Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13fevral 2006-cı il tarixli 45nömrəli qərarı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 10aprel 2006-cı il tarixli 101 nömrəli əmri əsasında fəaliyyətə başlamışdır.
    Kollecdə 12 ixtisas üzrə 2000-dən çox tələbəyə subbakalavr dərəcəsi verərək dövlətimiz və xalqımız üçün savadlı gənc kadrlar yetişdirir
    Bü gün böyük fərəh və iftixarla deyə bilərəm ki, yüksək standarlara cavab verə biləcək yüksək kadr potensialına malik bu təhsil ocağının tələbəsi olmuşam.
    Mingəçevir Turizm Kollecinin az yaşına olmasına baxmayaraq bu 10 il ərzində kollecin direktoru istəkli ziyalımız, iqtisad elmlər doktoru professor əyyub əyyubovun uğurlu təhsil siyasətidi ki, bu günə kimi kollec bir çox beynalxalq uğur və nailiyyətlərə imza atıb.
    Hər bir gəncin arzusu olduğu kimi mənimdə arzum təhsil alıb dövlətimə və xalqıma savadlı kadr kimi yetişməyiydi.
    Allahıma şükürlər olsun ki, həyatımda bu arzuya və uğura nail oldum
    2008-ci ildə 9 illik təhsil bazasından sənədlərimi Mingəçevir Turizm Kollecinə verərək “Ibtidai təhsil” fakultəsinə qəbul oldum. Kollecə qəbul olunandan sonra kollecdə ilk tanıdığım şəxs direktor müavini gözəl ziyalı və səmimi insan yazıçı-publisist əşrəf əsgərov oldu.
    Kollecdə oxuduğum müddətdə təhsilimdən başqa ən böyük uğurum və nailiyyətim kollecdə yaxşı tələbə və müəllim dostlar qazanmağım oldu.
    Elə bu dostluğun bəhrəsidi ki, bu günə kimi dostluq etdiyim həmin kollecin Kadrlar şöbəsinin müdiri dəyərli dostum və əziz qardaşım Seyid Tacəddin əyyubovla hələ tələbə olduğum zamanda Tələbə Gənclər Təşkilatının üzvləri ilə birgə öz ənənə şəklini almış və indiyədək qorunan, hər bayramlarda Mingəçevir şəhərində yerləşən “Uşaq Nevroloji Sanatoriyasında” oln kimsəsiz uşaqlara bayram azuqələri aparıb bayramların təbrik edirdik.
    Təhsil aldığım müddətdə yaradıcılıqlada məşğul olaraq dövri mətbuatda bir çox şeir və publisistik məqalələrimlə çıxış etmişəm. Azərbayacan Yazıçılar Birliyi Mingəçevir bölməsinin üzvüyəm.
    Bu yay Orxan Nəşriyyatında şeir və publisistik məqalələrimdən ibarət “Sevgidir yaşadan məni” adlı ilk şeir kitabım işıq üzü görüb.
    Yaxın bir zamanda isə “Illərdən gələn soraq” adlı ikinci kitabım işıq üzü görəcək.
    Bu gün öz ixtisasım üzrə pedaqoji fəaliyyətlə məşul olmasamda hazırda Kəlbəcər rayon su-kanal idarəsində əmək fəaliyyətiylə məşğulam.
    Sonda qeyd etmək istərdim ki, bu günə kimi hər qazandığım uğurun və nəaliyyətimin səbəbkarı 4 il ərzində təhsil aldığım Mingəçevir Turizm Kolleci olub.
    10 Yaşın mübarək əziz kollecim.
    O, gün olsun bundan böyük uğurlara imza atmaq əzmiylə.
    100 Yaşa!

    12722137_1750630725166094_634454701_n

    Əli MUSA,
    Mingəçevir Turizm kollecinin məzunu
    15 mart 2016-cı il

  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

    president

    Hörmətli həmvətənlər!

    Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram.

    Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır. İctimai-siyasi və ədəbi-mədəni fikir tariximizin görkəmli şəxsiyyətləri milli varlığımızın ayrılmaz parçası saydıqları bu bayrama həmişə xüsusi münasibət bəsləmişlər.

    Yaz bayramı tükənməz yeniləşdirici gücü sayəsində ən çətin vaxtlarımızda belə gələcəyə inamımızı zəifləməyə qoymamışdır. O, Azərbaycan xalqının özünüdərk məfkurəsini qorumaqla ötən əsrin sonlarına doğru milli dövlətçilik idealımıza yenidən qovuşmağımızda mühüm rol oynamışdır. Novruzun rəsmi bayram statusu alması və artıq iyirmi beşinci baharını yaşayan Odlar diyarında ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir. Sivilizasiyaların qovuşuğundakı multikultural mühitli ölkəmizin müxtəlif mədəniyyətlərə mənsub insanlarını daim ünsiyyətə çağıraraq xoş münasibətlər bərqərar etmiş və dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirmiş Novruz bayramında tolerantlığın həqiqi təntənəsi vardır.

    Bahar bayramının ali bəşəri duyğuların daşıyıcısı olaraq YUNESKO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur. Mən azərbaycançılıq məfkurəsi işığında sıx birləşməklə bayramı ölkəmizin hüdudlarından kənarda bizimlə bərabər qarşılayan soydaşlarımıza firavanlıq, əmin-amanlıq və ruh yüksəkliyi arzu edirəm.

    Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

    Novruz bayramınız mübarək olsun!

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 16 mart 2016-cı il.

    http://www.president.az

  • Sumqayıtda “Sazlı-sözlü novruzum” tədbiri keçirilib

    1458045550_yenisumqayit.az-2

    Martın 15-də Sumqayıtın Tarixi Muzeyində Novruz bayramı münasibətilə “Sazlı-sözlü novruzum” adlı tədbir keçirilib.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən “Yenisumqayit.az”a bildirilib ki, tədbirdə Azərkimya İB-in Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Qızıl Aypara Cəmiyyəti Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova, SDU-nun müəllim və tələbə heyəti, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

    Öncə Muzeyin direktoru Olya İslamova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək xoş arzularını çatdırıb. Daha sonra Millət vəkili Muxtar Babayev çıxış edib. “Novruz sülh, əminamanlıq, bahar təravətli, ruzi bərəkət dolu bayramıdır” deyən millət vəkili qədim tarixi köklərə söykənən, milli mənəvi dəyərlərimizi özündə ehtiva edən belə bir bayramın məhz Sumqayıtın Tarixi Muzeyində təşkil olunmasını yüksək qiymətləndirib. Digər çıxış edənlər, SDU-nun müəllim və tələbələri, Ə.Kərim adına “Poeziya” klubunun direktoru İbrahim İlyaslı Novruz bayramının tarixindən, o cümlədən bayramın atributu sayılan aşıq sənətinin inkişafı haqqında məruzə edib.

    F.Əmirov adına Uşaq Musiqi Məktəbinin müəllimləri Qönçə Kərimova, Gülbəniz Əsədova, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Pöhrə” Uşaq Aşıqlar ansamblının yetirmələri – Mahmud Qazaxlı, Arif Qurbanov, Əlövsət İmranov, Anar Laçınlı və Ceyhun Hüseynovun ifaları tədbirə xoş ovqat qatıb.

    Qeyd edək ki, tədbirdə “Türbət” Mədəniyyət Mərkəzinin rəhbəri Xatirə Tapdıqovanın əl işlərindən ibarət sərgi nümayiş olunub. Sərgidə “Muğam”, “Aşıq” sənəti atributları, “Xalçaçılıq”, “Misgərlik” sənəti nümunələri, o cümlədən Azərbaycanın milli geyim nümunələri nümayiş olunub.

    http://yenisumqayit.az/

  • Qubadlılılar baharın gəlişini Sumqayıtda qeyd etdilər

    Bu il də qubadlılılar Novruz bayramını qeyd etmək üçün köçkünlərin kompakt məskunlaşdıqları ərazidə, Sumqayıt şəhərindəki 42-ci məhəllədə yerləşən 10 saylı peşə liseyinin həyətinə yığışmışdıar.
    Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Bayram şənliyindən öncə yandırılmış tonqal ətrafında məcburi köçkünlərlə görüşən rayon icra hakimiyyətinin başçısı Malik İsaqov onları bayram münasibətilə təbrik etdi. Qeyd etdi ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
    Tədbirdə çıxış edən sakinlər ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiq qaldıqlarını, Prezident İlham Əliyevi hər zaman dəstəklədiklərini bildirdilər. Belə bir inam ifadə edildi ki, tezliklə dövlət başçısının apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.
    Müğənnilərin oxuduqları mahnılar, Novruzun simvolu olan Kosa və Keçəlin, kəndirbazın çıxışları tədbirə xüsusi rövnəq verdi.

    http://www.azerbaijan-news.az

  • Bayram tətili günlərində uşaqları musiqili-əyləncəli proqram gözləyir

    Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili-əyləncəli proqram ilə sevindirəcək.

    Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Novruz bayramı münasibətilə martın 22-23-də sarayın səhnəsində möhtəşəm bayram konserti keçiriləcək. Hər il olduğu kimi, Novruzun sevilən personajları Kosa və Keçəl, Bahar qız şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, çərşənbələr və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirəcəklər.

    Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, illüziya şousunu və musiqili qonaqların çıxışını izləyə biləcəklər.

    Biletləri şəhərin kassalarından əldə etmək olar.

    http://www.azerbaijan-news.az

  • Vəfa xanımı doğum günü münasibətilə təbrik edirik! (16 mart)

    1458112260_10632749_313892285470141_7488823633106282234_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyətinin üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Vicdanlı müsəlman hər an Allahın razılığını qazanmağa çalışar

    gxy

    Müsəlmanın ən mühüm xüsusiyyətlərindən biri hər an vicdanının səsinə qulaq asmasıdır.

    Müsəlmanın ən mühüm xüsusiyyətlərindən biri hər an vicdanının səsinə qulaq asmasıdır. Müsəlman bütün həyatı boyunca Allahın ən razı olacağı davranış nədir deyə düşünər. Ancaq Allaha yönələr və heç bir davranışında başqa insanların razılığını düşünməz.

    Bəzi insanlar isə dini yaşayarkən vicdanlarının səsinə qulaq asmırlar. Onlar dinlərini böyüklərindən gördükləri adət-ənənələrə və vərdişlərə görə yaşayırlar. Sadəcə müəyyən ibadətləri yerinə yetirmək onlar üçün kifayətdir. Belə insanlar ancaq yaşadıqları mühitə uyğun olmaq və ya elə alışdıqları üçün dindar kimi görünən bir həyatı seçirlər. Halbuki dini Allahın nəzərdə tutduğu şəkildə yaşamaq üçün insan vicdanının səsinə sonuna kimi qulaq asmalıdır.

    Əks halda İslam əxlaqını yaşamaq mümkünsüz hala gələr.Həmişə vicadının səsinə qulaq asan insan hər an Allah üçün nə edə biləcəyini və hər vəziyyətdə ən gözəl davranışın nə olacağını düşünər. Axirətdə peşman olacağı bir şeyi etməkdən çox çəkinər. Bu səbəbdən də gücünün və ağlının yetdiyi qədər hər an Allahın razılığına ən uyğun olacaq şəkildə hərəkət etməyə cəhd edər.

    Allah «Fatir» surəsinin 32-ci ayəsində insanların dinə bağlılığını belə bildirir:

    Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. (Fatir surəsi, 32)

    Bu ayədə də Allahın bizə bildirdiyi kimi, insanlardan bir qismi din əxlaqından çox uzaq yaşayırlar. Digər bir qismi isə vicdanlarının səsinə tam qulaq asmırlar. Bunlar orta yolu seçirlər. Nəfslərinə çətin qələn məqamlarda çox vaxt vicdanlarının səsini dinləməyi üstün tutmur, nəfslərinə tabe olurlar.Allahın ayədə bildirdiyi bir qrup da var ki, onlar da xeyirlərdə yarışırlar.

    Həyatlarının hər anında vicdanlarına tabe olurlar. Bütün vaxtlarını xeyir işlər görmək üçün keçirirlər. Allahı, Quranı, dini hər şeyin üstündə tutur, heç bir məsələdə nəfslərinə məğlub olmamağa diqqət edib daim vicdanlarının səsinə qulaq asırlar. Gözəl əxlaqda, fədakarlıqda, sevgidə, şəfqətdə özlərini önə atılırlar. Allah belə insanları Quranda Cənnətlə müjdələmışdir.

    Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali İmran surəsi 114-115)

    Gülnarə Yadigarova

  • Doğruları haradan bilək?

    butun-muselmanlara-cagiris-uAH

    Hər dövlətin, hər cəmiyyətin, hətta hər ailənin belə, demək olar ki, özünəməxsus adətləri var.

    Hər dövlətin, hər cəmiyyətin, hətta hər ailənin belə, demək olar ki, özünəməxsus adətləri var. Bir yerdə çox gözəl qarşılanan adət, başqa ölkədə təhqiramiz qəbul edilə bilər. Məsələn, bizim ölkədə birinə gül vermək, yaxud da qonaq gedərkən buket aparmaq xoş adətdir, ancaq Çində bir evə qonaq getdikdə gül aparmaq olmaz. Bu o demək olar ki, sənin evin o qədər pisdir ki, mən özümlə bəzək gətirirəm. Bu misalların sayını istədiyimiz qədər çoxalda bilərik. Ancaq bəs insan doğrunun və səhvin nə olduğu haradan bilməlidir? Hansı mənbəyə əsaslanaraq hərəkət etməliyik?

    Bir çox insanın etdiyi yanlışlardan biri gördükləri və eşitdikləri şeylərə kor-koranə inanmalarıdır. Bildiyimiz kimi, buna “sürü psixologiyası” da deyirlər. İnsanlar böyüdükcə gördükləri adət və ənənələrə uyğun davranmağa başlayırlar. Bir çox insan isə bu davranışlarını sorğulamır. “Əgər ailəm belə düşünürsə, əgər qohumlarım belə davranırsa, əgər cəmiyyətdə hər kəs belə davranırsa, mən də belə davranıram, burada nə var ki” deyən insanların sayı, təəssüf ki, kifayət qədər çoxdur.

    Halbuki Allah hər insana ağıl və vicdan verib. İnsanı digər canılardan fərqləndirən ən başlıca xüsusiyyət də məhz budur: düşünmək və vicdanla hərəkət edə bilmək. İstər bir insan müsəlman olsun, istər xristian olsun, istər qütblərdə yaşasın, istər meşədə, istər oxumuş olsun, istərsə də savadsız … Hər insanın ətrafı, yaşadıqları, oxuduqları əsasında fərqli həyat tərzi və dünyagörüşü formalaşmış ola bilər. Ancaq dünyadakı bütün insanların vicdanı var və Allah hər hadisədə insana vicdanı vasitəsilə doğru yolun nə olduğunu hər zaman bildirir. Vicdan insana hər zaman ədalətli olmağı, gözəl əxlaq göstərməyi, təvazökar davranmağı, insanların haqqını yeməməyi, gözəl söz söyləməyi, səmimi, dürüst olmağı bildirir. Bir mühüm həqiqət də var ki, vicdan insanı əsla buraxmır, çünki bizim iradəmizdən kənar gücdür vicdan. İnsan nə etsə də, ölənə qədər vicdan onunla birlikdədir və insana son nəfəsinə qədər doğruları Allahın izni ilə ilham edir.

    Buna qəti inandıqları halda (vicdanları qəbul etdiyi halda), haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)

    Yuxarıda bildirdiyimiz kimi, dünyada bir-birindən tamamilə fərqli adət-ənənələr mövcuddur. Bunlardan başqa, ətrafımızda da bizdən necə davranacağımızı istəyən fərqli insanlar var. Həm o insanlara görə, həm də dünyadakı adət-ənənələrə görə davranmaq insan üçün çox çətindir. Bir insan hər nə qədər cəhd etsə və maddi imkanlara sahib olsa da, nəinki dünyanı, heç ətrafındakı bir neçə insanı da razı sala bilməz.

    Ancaq bizi Allah yaradıb, axirətdə tək hesab verəcəyimiz və tək razı salacağımız varlıq da Allahdır. Ən və tək doğrular da Allahın bildirdiyi əxlaqdır. Bizi yaradan Allah bizim necə davranarsaq, xoşbəxt olacağımızı da bilir. Bizim digər yol göstəricimiz də Allahın son endirdiyi haqq kitab olan Qurandır. Allahın bizə doğrunu yanlışdan ayıran Quran endirməsi Onun lüftüdur. Allah insanlara Quran vasitəsilə hər mövzuda ağlımızdan keçən hər sualın cavabını bildirmişdir.

    Qoy elm verilən kəslər, bu (Kitabın) Rəbbin tərəfindən (göndərilmiş) həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər. (Həcc surəsi, 54)

    Beləliklə, Allahın bizə verdiyi ağılla doğruları tapaq. Heç düşünmədən, araşdırmadan, gördüyünü kor-koranə qəbul etmək və həyatına tətbiq etmək ağıl sahibi insana yaraşmaz. İnsan doğruları vicdanən bilir, Allah Quran vasitəsilə də bizə bu doğruları hərtərəfli açıqlamışdır. Bir də ki insan vicdanına zidd davrananda əsla ruhu rahatlıq tapmır. Odur ki, daxilimizdən gələn səsi, vicdanımızı hər zaman dinləyək və ona uyğun davranaq.

    Firuzə Həsənzadə

  • Mədinə Məryəm Babayevanı doğum günü münasibətilə təbrik edirik! (11 mart)

    12688079_1681388582137193_5402885511541306200_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyətinin üzvünü və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • “AYAĞIMA ŞÜŞƏ QIRIQLARI BATIR BU ŞƏHƏRDƏ”

    10933953_1576747282561262_5520400822900165830_n

    Hava soyuqdur, yaman üşüyürəm .Nə olsun ki, bahar gəlir ,nə olsun ki, axı mənim qəlbimi sərt qış sevir yalnız .Qorxudur məni yazın soyuqluğu.
    Getmək istəyirəm irəliyə ,utopik ölkəyə ,xoşbəxtliyə ,səadətə baş alıb qaçmaq ,uzaqlaşmaq istəyirəm ,əslində .Fəqət ,hər dəfə irəliyə addım atdıqca ayağıma şüşə qırıqları batır .Qanayır dayanmadan axan qırmızı rəngli qan ,mənə ”Sənin həyatının heç qırmızı rəngli ,gözəl günü olmadı ,bax bu mənim sənə hədiyyəmdir ”deyib ,gülür ,rişxənd edir sanki. Bəli ,deyəsən, mənim ömrüm al rəngə boyanmayacaq .Sadəcə ayağımı qanadan şüşə qırıqları mənə həyatıma hədiyyəymiş, ərmağanmış kimi gələr .
    Ehh …mən xoşbəxt ola bilməməyimdən deyil ,insanların yalan ,xəyanət dolu baxışlarından, bir- birini aldadan insanlardan qorxuram.
    Hara gedirik axı? Hara aparır bizi dağ boyda insafsızlıqlar, dünya boyda vicdansızlıqlar? Axı hara gedirik? Gəlin gecikək bu qatara .Getməyək ,dostlar, getməyək, insanlar !Getməyək ,daha çox günaha batmamaq üçün dayanmalıyıq .Gəlin ,zülmət saçan şəhərə getməyək. Kədər hegemonluq edir orda.
    İnsanların göz yaşları yetişdirir gülləri .O şəhərin gülləri qönçə ikən solurlar, məhv olurlar.
    Gəlin, dostlar ,gəlin ey insanlar ,gəlin gedək işıqlı yolun apardığı ”Sevgi” şəhərinə. Orada güllər, çiçəklər eşqin suyuyla qıdalanar .Orda hər şey ağ rəngdədir .O şəhərin insanları pisliyi bacarmaz .Xəyanət yox ,yalan yox ,orda hamı dürüstdür. Orda həyat gözəldir, ulduzlar kimi möhtəşəmdir orada həyat . Hər kəs bir -birinə sevgiylə baxar .Yalnız üzə gülməz o məkanın sakinləri. Gedişinin ardından da gülümsəyərlər .Göz yaşları uzaqdır o şəhərdən .Dürr kimi saf su axır bulaqlarından ,içdikcə hüzur gəlir daxilimizə.
    Gedəkmi, dostlar ?Hazırlaşın, hər kəsə xəbər göndərin ,gəlin gedək ”Sevgi ”şəhərinə. Qatar yola çıxır artıq. Tələsin .Qatara deyil ,insan olmağa tələsməkdir axı bu həm də .
    Mən gedirəm .Və söz verirəm o şəhərdə yaşlanacağam .Orda bitəcək ömrüm. Daha qaranlığın günəş əvəzinə doğduğu zülmət şəhərində qalmaq istəmirəm.
    Əlvida ,dostlar ,mən ”Sevgi” şəhərinə gedirəm. Gerçək insan olmaq üçün .Bir də axı ayağıma şüşə qırıqları batır bu şəhərdə…

  • Tənha qadın…

    Mən tənha qadınam… Qadın olmaqdan öncə insanam… Tənha insan…

    Bayramları sevmirəm son 3 ildir ki, qeyd etmirəm, bayram günlərində evdə olarkən daha da tam olaraq anlayıram tənhalığımı, qəbul edirəm ki, mən tənhayam…

    Tənha qadın kimdir?! Hər kəs kimi o, da insandır, sadəcə bu həyatda o, tənhadır…

    Tənha qadın içində tez inciyən, gizlin ağlayan, qapalı, kədərli qadındır,

    Azad həyatı, sınıq ruhu, viranə qəlbi, ağlındakı dağınıq fikirləri olan bir qadındır tənha qadın…

    Tәnha qadın hәr kәs üçün güclü, mübariz, әlçatmaz, nümunәvi ola bilәr, özü üçün o, itkilәri, zәrbәlәri, yaraları, dәrdlәri, zәifliklәri ilә evinin bir küncünә sıxılmış, dirənmiş kövrәk qәlbli qadındır… Sevmәk, inanmaq, sevilmәk istәyәn qadındı tәnha qadın…

    Atılmış, ümidsiz, sevgisiz insan, o, qadın tәnha… Sevgiyә, ümidә var ehtiyacı… Özünә dәrmandır, hәkimdir, sağaldar tәklikdә yaralarını… Susduqca, sükunәt deyәr sözünü, gözünә baxdıqca, görәrsәn yaşadığını, hәyatdan nә alıb, nә itirmişdir… Sussa da, gözlәri verәr sirrini…

    Kobuddur, bir az da sәrtdir yad insanlara, özünü qorumaq vәzifә borcu, kimәsә güvәnmәk istәsә dә o, tәnhadır hәyatda, mübarizәdә… Amansızdır zaman insanlar kimi…

    Yoxdur əlindən tutanı, yıxılanda qaldıranı, üzüləndə qucaqlayan, dəstək olanı, anlayanı…

    O, həm kişidir özünə, həm də ki, qadın…

    İçində təlatüm, inqilab gizlənir, üzdə isə sakit, təmkinli… Hamı üçün yarınmalıdır, qorumalıdır o namusunu, adını…

    Paxıllıqdan müzakirə etsələr də, o, sınmaz, öz yolundadır…

    Sadəcə içində qəlbi qırılar, ağrıyar, qanayar sözdən, gördüklərindən…

    Ruhunu qorumaq istər ən son anda, olmasın ruhu fahişə deyə…

  • “Dünya həyatı”

    gxy

    Heç bir planetdə olmayan, sırf insanın yaşaması üçün mövcud olan Yer kürəsi. Səmasından Günəşinə, Günəşindən qütblərinə, heyvanlarından bitkilərinə qədər mükəmməl yaradılmış Yer kürəsi. İnsan yerə, göyə, canlılara – hər şeyə baxanda Allahın yaratma sənətinə heyran qalır. Məsələn, insan uçmağı bacarmadığı halda, quşlar göydə necə gözəl süzürlər. Hər yaz gələndə necə gözəl çiçəklər açır, onların ətirləri aləmi bürüyür. Ancaq dünyanın bütün alimləri bir yerə toplaşsalar da, laboratoriya şəraitində yox yerdən bir gül dənəsi belə hazılaya bilmirlər. Allah dünyanı insan üçün bu qədər mükəmməl detallarla yaratdığı halda, dünyada saysız əksikliklər də mövcuddur. Allah bunları da bir çox hikmətlərlə yaradıb ki, biz bu hikmətləri düşünək.
    Dünya həyatı hər nə qədər gözəl olsa da, o qədər də əksikliklərlə təchiz olunub. Bəzən düşünürəm ki, bir hüceyrəmizi bu qədər mükəmməl xüsusiyyətlərlə yaradan Allah, niyə bəs dünya həyatını belə əksik yaradıb? Bədənimizdəki 1 hüceyrənin quruluşu London, Nyu-York kimi böyük şəhərlərin quruluşlarından mürəkkəbdir. Çox kiçik mikroskobik hüceyrədə belə mükəmməl gözəlliklər var edən Allah, sözsüz ki, istəsə idi, dünya da qüsursuz gözəlliklər məskəni olardı … nə qocalmaq, nə xəstələnmək, nə xarab olmaq, nə solmaq və s. kimi “mənfi” hadisələr olardı.
    İstəsək də, istəməsək də dünyadakı bütün insanlar qocalmağa doğru gedirlər, bütün çiçəklər bir gün solur, ən gözəl libas heç geyinilməsə belə, bir gün mütləq xarab olur. Niyə bəs bunlar olur? Bu sualın cavabını Allah Quranda bizə belə xəbər verir:
    Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali İmran surəsi, 185)
    Yuxarıdakı ayələrə baxdıqda görürük ki, Allah bir çox hikmətlərlə dünya həyatını əksik yaradıb, bunlardan biri də dünya həyatının əsl yurdumuzun olmadığını göstərmək üçün. Məsələn, dünyanın ən zəngin və ya ən elmli insanı olsun, mütləq həyatında bir neçə dəfə xəstələnib, mütləq hər səhər üzünü yumalı və dişlərini fırçalamalı, bir sözlə, özünü müntəzəm olaraq təmizləməlidir. Hər nə qədər evi gözəl olsa da, o ev hər gün bir az daha çirklənir, yaxud o insan hər nə qədər gözəl olsa da, hər gün yaşlanmağa doğru bir addım da atır … Allah evimizə düşən bir toz dənəsini belə boşuna yaratmır, bütün bunlarla da bizə dünya həyatının əksik olduğunu göstərir.
    Allah dünyanı bir məqsədlə yaradıb: insanı imtahan etmək. Dünya gözəllikləri və əksiklikləri ilə birlikdə bizim imtahan olunmamız üçün xüsusi yaradılıb. İnsanın əsl yurdu axirətdir, insan ya gözəl əxlaqı ilə sonsuz cənnət həyatı ilə mükfatlandırılacaq, yaxud da pis əxlaqı müqabiləndə sonsuz cəhənnəmlə. Bunu bilən və daim yaddaşında tutan insan niyə dünyaya bağlansın ki?! Həm də dünyada bağlanılacaq heç bir şey yoxdur. Gördüyümüz və görmədiyimiz hər bir şey Allaha məxsusdur. İnsan da Allaha məxsus olan şeyləri Onun yolunda istifadə edəndə içi rahat olur, o nemətlərdən zövq alır. Allah bir ayəsində belə buyurur:
    Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır (Mülk surəsi, 2).

    Dünya həyatının ən bariz əksik yönlərindən biri də ölümün hər insan üçün labüd olmasıdır. Hər gün ölüm hadisələri ilə rastlaşırıq, yaxud da eşidirik. Unutmayaq ki, ölüm də bizim bu dünya həyatımızın sonu, axirət həyatımızın başlanğıcıdır. Ona görə dünyada keçirdiyimiz hər an, sahib olduğumuz hər nemət dəyərlidir, dünya həyatında vaxt itirmək, mənasız yaşamaq üçün gəlməmişik. Allahı sevməyə, Onu tanımağa, Onun istədiyi kimi həyat yaşamağa və əsl həyatımız olan axirət həyatımızı qazanmağa gəlmişik:
    Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 29)

    Gülnarə YADİGAROVA

  • Təranə ŞƏMS.”NUR İÇİNDƏ YATIN…”

    ts

    Əslində səkkiz ədədi mənim xoşuma gələn riyazi rəqəmdir. Bu ədəd asanlıqla ikiyə bölünür. Hətta bölünənlər özləri də ikiyə bölünür.Lakin sonda bir qalır.Elə o tənha qalan biri özüm hesab edərək fikirlərimi ürək yanğısı ilə sizinlə bölüşürəm. Bəzən həyatda elə hadisələr var ki, insan yaddaşında unudulmayan izlər buraxır. Sabah martın 8-dir. Əbəttə bütün anaların, nənələrin hətta balaca xanım qızlarımızın bayramıdır. Mən isə bu bayramı qəbul edib canı könüldən təbrik yaza bilmirəm. Çünki, Anasızam, qəlbim daş acımasızam. Qəlbimi daşa döndərən ən ağrılı yerim isə, 8 mart günü atamı itirməyim oldu. O gündən bu günə 8 rəqəmi daha mənim gözlərimdə bir kədərə, nisgilə çevrildi. Mən kimi təbrik edə bilərəm ki?! Qəlbimin dağına, daşınamı, turşu sıxılmış aşınamı, sitəm dolu qəlbimin başınamı? Baxın… Allah yaradanı necə imtahan edir. Elə bu səbəbdən də bu aralarda bir məqalə yazdım. Qəribə səslənsə də belədir. “Dərd məni qocaltmır, dərdi mən qocaldıram” İnanın çəkdiklərimə rəğmən canıma yağı olan dərdlərim məndən qaçır. Bəzən mənimlə üz-üzə dayanırlar. Deyirlər.. Biz səni yox, sən bizi yıxdın bitirdin. Bizi dözümünlə məhv etdin. Hətta atalar da belə deyir.Doğrudanda, hərənin qəlbində bir aslan yatır. Heç kəs göründüyü qədər xöşbəxt deyil. Sizə baş ağrısı verməyim dəyərli oxucularım. Adım yazar olsa da, bu bayram üçün təntənəli təbrik yazmağı bacarmıram. Əllərim əsir, qəlbim titrəyir. Bu gözəl günü vəsv edə bilmirəm. Atam gözlərim önünə gəlir. Axı o gündən gözlərimə qəm çöküb. Gözlərim yaşlıdır, keçdiyim yollar daşlıdır, üzüyüm isə qaraqaşlıdır. Bəxtiyar müəllim deyir” Dünya fırlanır” Baxın mən bu fırlanan dünyanın başına dözümümlə dolanmışam. Dözmüşəm Allahın verdiklərinə, verə bildiklərinə amma asi düşməmişəm. Ən önəmlisi yenilməmişəm, əyilməmişəm. Ancaq gözlərim könlümün, ürəyimin önündə nəmlənib, mən daş-kəsəyəmmi deyə qəmlənib. Allah heç kimin ağ gününə qara rəng qatmasın. Hansı ki, həyatın çəkdiyi rəsmlərin fırçası mən oldum. Mən çəkdim həyatın acımasız yollarını və bu yola yolçu oldum. Yolun əvvəli işıq, ortada boşluq, sonu isə bilinmir. Gedirəm yolçuyam bu yollara, möhtacam nəvazişə, mənə açılmış qollara. Ana.. gələ bilərsənmi? Atam, arxam, dağım dönə bilərsəmi, buraxıb getdiyin gözyaşlı balana sarılarsanmı? Yox…ama bütün bunlar yalnız anasız, atasız qızların istəyi ola bilər. Siz yalnız mənim xəyallarımda canlana bilirsiz, gözümün yaşını silirsiz sanki günahkar kimi. Yox-yox siz günahkar deyilsiz. Bu dünyanın tufanı, qasırğası, küləyi ayırdı bizi. Əgər gəlsəniz tanıya bilmərik bir-birimizi. Ana saçının bəyazı mənim tellərim, uzatsan çatmaz, toxunmaz əllərin.. Eh.. Anam…Anam..Amma atam səninlədir. Bilirəm xöşbəxsiniz bir-birinizlə. Axı atam səni çox sevərdi. Ey məni bu mənasız həyata qonaq gətirən Atam və Anam sizlərə Allahdan rəhmət diləyirəm.. Nur içində yatın..Yeriniz cənnət olsun..
    P.S. Elə bu səbəbdən dolayı əziz və hörmətli xanım döstlarım qələm götürüb heç birinizinn bayramını təbrik edə bilmirəm.
    TƏRANƏ ŞƏMS. 07.03.2016.

  • Mənə bir az ondan danış

    12715938_1553741268269462_768538964726371781_o

    Mәnә bir az ondan danış, pulsuz, işsiz qalmağından,
    Mәnә bir az ondan danış, banka olan borclarından,
    Girovdakı maşınından, mәnzilindәn, әldәn gedәn qır-qızıldan…
    Mәnә bir az ondan danış, bir tәrәfdә yoxsul, yetim,
    Bir tәrәfdә kök buraxmış rüşvәtxorlar,
    Mәnә bir az ondan danış çirkli pulu yumağından,
    Çıxardırsan vәtәnindәn, büdcә qalıbdır manatsız….
    Mәnә bir az ondan danış, küçә olub ev-eşiyin,
    Qışda yayı, yayda qışı gözlәmәyin,
    Olub sәnin tәk istәyin, ötüb keçir vәtәndaşlar
    Vecә almır, onlar üçün yoxsan sanki…
    Mәnә bir az ondan danış, dәrd әlindәn bezәnlәrdәn,
    Hәll yolunu intiharda görәnlәrdәn, vәtәnindәn gedәnlәrdәn,
    Mәnә bir az ondan danış, zorla әrә gedәnlәrdәn,
    Evdә şiddәt görәnlәrdәn, susma danış,
    Az da olsa, çox da olsa, mәnә ancaq ondan danış….
    Bir dә mәnә ondan danış, vәzifәdә olanlardan,
    Mleqarxdan, messenatdan, maqnatından,
    Xalq tәrәfdәn seçilmәyәn deputatdan, xalqdan qaçan insanlardan…
    Danışdıqca, pıçıltıyla ver cavabı,
    Söylә nәdir xalqın dәrdi?!
    Gәlirindәn çox xәrclәyәn, borcla ayı yola verәn,
    Artan bazar qiymәtindәn, bir dә geniş ürәyindәn,
    Danış mәnә mənim xalqım…

  • Çox istəyirəm…

    Çox istəyirəm, səni… Sən varsansa, axtar tap məni… Qoyma gözüm qalsın yollarda, yol çəksin gözlər gözləməkdən…

    Çox istəyirəm, pəncərədən təbiət mənzərəsinə birgə baxaq, həyata baxdığımız kimi…

    İstəyirəm, sənin olum, səninlə olum, paylaşdıqca, zəifliklərimi də biləsən, ağlamağımı və kövrəkliyimi zəiflik bilib, qınamayasan…

    İstəyirəm, qəlbimi xilas edəsən məzara gedən yoldan, biganəlikdən, sevgisizlikdən…

    İstəyirəm, ruhumuz bir-birinə qovuşsun, desinlər ki, torpağımız bir yerdən götürülüb bizim…

    İstəyirəm, unutdurasan mənə keçmişimi, günahlarımı bağışlayasan, etiraflarımı düz anlayıb sirri kimi saxlayasan özündə…

    İstəyirəm, xəzinən olum, xəzinəm olasan, əlçatmaz olaq başqaları üçün…

    İstəyirəm, hər gün bir-birimizi yenidən kəşf edək…

    İstəyirəm, insanlar, xəstəliklər bizi ayırmasın, soyutmasın, dalaşdığımızda belə yatağımızı ayırmayaq, yataqda barışaq…

    İstəyirəm, barışaq, bağışlayaq, qıymayaq pislikləri bir-birimizə, qəlbimizə dəyməyək…

    İstəyirəm, ağlımdakı hər fikrim sənin haqda olsun, məni itirim içimdə, bizi qəbul edim…

    İstəyirəm, sevim səni, sevəsən məni, səbəbsiz, qınaqsız, qərəzsiz…

    İstəyirəm, yenidən inanmaq, xoşbəxt olmaq, gözlərimdəki kədəri sevinclə, işıqla əvəzləmək, üzüm gülsün, təbəssüm mənə yaraşır axı…

    İstəyirəm, unutmayaq, ayrılmayaq…

    İstəyirəm, ən yaxın dostum olasan, məsləhətçim olasan, sirdaşım olasan, sevgilim olasan, yol yoldaşım olasan, qadağalar, məhdudiyyətlər olmadan, məni olduğum kimi qəbul edəsən…

    İstəyirəm, tək almaq istəməyəsən, verməyi də bacarasan, qədrimi biləsən…

    İstəyirəm, zirvəyə qalxdıqca, yanımda olasan, sevinc, uğurlarımı səninlə paylaşım, sənsə mənə baxıb, qucaqlayasan, öpəsən alnımdan, əlimdən, baxasan gözlərimə və gözlərin desin məni sevməyini…

    İstəyirəm, sevginlə, əməllərinlə sözlərin dəyərini mənə qaytarasan… İnanım sözlərə…

    Heyif, özümü tanıdığım, anladığım andan sevdiyim insanlar məni sevməyib, məni sevənləri mən sevə bilməmişəm, çox kişi sadəcə məni yataqda təsəvvür edir, istəyir, səmimilik, sevgi yoxdur, ehtirasdır…

    Sənsənsə, özünə əminsənsə, gəl, sınayaq! Belə bir sevgiyə hazırsan?!

  • İŞİD-in ideologiyası ancaq Quranla məğlub edilə bilər

    12794565_1281441791873145_9114821865958912790_n

    2015-ci il gəlib keçdi, amma İŞİD dünya mediasının gündəmindən heç düşmədi. İŞİD zorakılıqları, sosial mediadakı fəaliyyətləri, təbliğat üsulları, iddialı açıqlamaları və qəddar yaraqlıları ilə həmişə gündəmdə idi. Bu radikal təşkilata qarşı mübarizə planları il boyu müzakirə edildi. İŞİD-in yeni kadrlar toplamasının qarşısını almaq və cazibə gücünü yox etməyə yönəlik səylər fasiləsiz davam etdi.

    Görünən odur ki, 2016-cı il də oxşar hadisələrə şahid olacaq. Bunun işarələrindən biri yanvar ayının ilk günlərində Obama rəhbərliyi tərəfindən təşkil edilən bir toplantı idi. Kaliforniyadakı önəmli toplantının iştirakçıları arasında dünya miqyasında tanınan isimlər vardı. Dəvət edilənlərin siyahısı ABŞ rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Ağ Evin yüksək rütbəli dövlət rəsmiləri, milli təhlükəsizlik müşavirləri və ABŞ-ın nəhəng texnologiya şirkətlərinin rəhbərləri bir araya gəldilər. Məqsəd dövlət qurumları və özəl sektor təşkilatlarını radikalizmə qarşı bir araya gətirmək və inkişaf etmiş texnoloji mübarizə layihəsini işə salmaq idi.

    İŞİD-in internet və sosial mediadan öz ideologiyasını yaymaq üçün uğurla istifadə etdiyi məlumdur. Qərbli dövlətlərin buna qarşı təsirli mübarizə aparmadığı də hər kəsə məlumdur. Məhz Kaliforniya görüşü, əslində, İŞİD təbliğatını dayandırmaq üçün bir addım olaraq atıldı. Alınacaq yeni tədbirlər sırasında ön plana çıxanlardan biri ABŞ-ın xarici işlər nazirliyinin bildirdiyi kimi, radikal təşkilatların sloqanlarına cavab verəcək bir mərkəzin yaradılması idi. Bu mərkəz “radikal qrupların əməllərinə diqqət çəkməyə və müsbət qərb imici formalaşdırmağa” çalışacaq.1

    Bunlar ilk baxışda qulağa xoş gələn, ancaq dərindən düşündükdə istənilən nəticələri verməkdən çox uzaq hədəflərdir. Əvvəla, müsbət qərb imici formalaşdırmağa yönəlik cəhdi, digər bir ifadə ilə ictimaiyyətlə əlaqələr fəaliyyətini nəzərdən keçirək. Belə bir üsulla İŞİD yaraqlıları və ya tərəfdarlarının ABŞ və Qərb dövlətlərinə qarşı qatı və mənfi düşüncələrini dəyişdirmək mümkün görünmür. İmic düzəltmə səyləri təşkilati şirkətlər üçün az və ya çox fayda verə bilər. Amma demək olar ki, hər gün hücum, hava bombardmanları, həyatını itirən günahsız uşaqlar, mülki şəxslər və qaçqınlar olan bir dünyada ictimaiyyətlə əlaqələrin çarə olması çətin görünür. Yaxın Şərqdə Qərbə qarşı qəzəbin 2000-ci illərin əvvəlindən etibarən Qərbin yanlış siyasətinin səbəb olduğunu və bunların həqiqətən bərpası çətin böyük əzabları geridə qoyduğunu unutmayaq. Qərbin silah və raketlərinin hələ də Yaxın Şərqə müdaxilə etdiyini unutmamaq lazımdır. Buna görə də müsbət bir Qərb imicinin region insanlarının qəlbinə yerləşdirilməsi çox çətin görünür.

    Qərb dövlətləri, həqiqətən, müsbət bir Qərb imici istəyirlərsə, strategiyalarını dəyişdirməlidirlər. Silahlı mübarizəyə deyil, öz ölkələrində müdafiə etdikləri sülh, azadlıq, bərabərlik, qardaşlıq, ədalət, sevgi, həmrəylik kimi gözəl dəyərlərə önəm verməlidirlər. Sahib olduqları güclü maddi, iqtisadi və texnoloji imkanlarla faydalı həll yolları gətirməlidirlər.

    Amerikan rəhbərliyinin digər əhatəli çözüm hədəfi isə sosial media vasitəsilə “radikal təşkilatların əməllərindən” insanları xəbərdar etmək və beləliklə İŞİD-ə yeni qatılanların qarşısını almaq idi. Bunun da təsirli strategiya olmadığını burada qeyd etmək lazımdır. İŞİD kimi radikal təşkilatlar zorakılıq əməllərini pislik adına deyil, öz “müqəddəs məqsədləri” uğrunda edirlər. Bu unudulmamalıdır ki, İŞİD yaraqlıları məlumatsız və sadəlövh insanlar deyil. Dəli, pozğun və ya şəxsiyyət problemi olan insanlardan ibarət deyil. Pis niyyətli insanlar tərəfindən və ya sosial media vasitəsi ilə aldadılaraq manipulyasiya edilən şəxslər də deyil. Əksinə, bu insanlar, mütəxəssislərin də ifadə etdiyi kimi, keçmişdə sosial həyata adaptasiya olan, yüksək karyeraları olan, müasir gənclərdir. Haqlı olduqlarını düşündükləri və inandıqları üçün mallarını, karyeralarını və dünyaya qarşı bütün hədəflərini tamamilə tərk edərək bir ideologiyanın ardınca düşürlər. Nəticədə etdiklərini pislik olaraq görmədikləri, bir ideologiyanın arxasınca getdikləri üçün “pisliklərin ifşası” təbliğatının heç bir təsiri olmaz.

    İŞİD-in şiddətə, qanlı aksiyalara və dəhşətli terror aktlarına əl atmasının səbəbi inanc sistemidir. Bu inanc sisteminin əsas dayağı isə həqiqi İslamda heç bir yeri olmayan xurafatlar, uydurma hədislər və fanatik inanclardır. Bütün dünyanın əslində çox yaxşı bildiyi həmin xurafatlar və uydurma hədislər İslamın həqiqi mənbəyi kimi təqdim olunduqca, onların törətdikləri vəhşiliyə təəccüblənməmək lazımdır.

    Göründüyü kimi, problem yanlış inanc sistemidir. Yanlış inanc sisteminin yeganə çarəsi Quranla mümkün olacaq. Beləliklə, İŞİD silahla, bomba və ya quru təbliğatla deyil, yalnız və yalnız Quranla düz yola gətirilə bilər…

    Əslində ötən il İŞİD-lə ideoloji mübarizənin əhəmiyyətini gec də olsa fərq edən və dilə gətirən dünya liderləri olub. Bunlardan biri ABŞ prezidenti Obama idi. Sentyabr ayında BMT Baş Assambleyasındakı çıxışında ifadə etdiyi kimi, “Nəticə etibarilə, İŞİD-i döyüş meydanında məğlub etmək yetərli olmayacaq. Hər şeydən əvvəl onun insanları radikallaşdırmasını, özünə cəlb etməsini və şiddətə çəkməsinin qarşısını almalıyıq. Bu onların ideologiyasını məğlub etmək mənasına gəlir. İdeologiyalar silahla məğlub edilməz. Daha yaxşı fikirlərlə, daha cəlbedici və daha maraq doğuran bir baxışla məğlub edilər. Cəsarətlə İŞİD-ə və onun İslamı təhrif edən fikirlərinə qarşı duran müsəlman alimlər, din xadimləri və İŞİD-dən ayrılanları da ehtiva edən insanların səslərini yüksəltməyə çalışırıq”.2

    Bəs İŞİD-in radikal ideologiyasına qarşı kim duracaq? Onun səhv təbliğatına qarşı doğrunu kim deyəcək? Amerika dövlətinin bu məsələdə kimə dəstək verəcəyini yaxşı düşünməsi lazımdır. Unutmaq olmaz ki, İslam alimi kimi tanınan bir çox din adamı, ənənəvi ortodoks İslam mədəniyyətinin təməl əsərlərini rəhbər qəbul edir və İŞİD-lə nəzəri mənada eyni səhv inanclara və xurafatlara inanır. Belə din xadimləri tərəfindən aparılacaq maarifləndirmənin İŞİD üzərində heç bir təsiri olmayacağı açıqdır. Həmin şəxslər yanlış ideologiyanı aradan qalıracaq elmi cavab verə bilməz, çünkü özləri də eyni ideologiyanın tərəfdarlarıdır. İŞİD isə onları İslami kitablarda keçən bütün bu bəyanatları qəbul edən, amma yerinə yetirməkdən çəkinən qeyri-səmimi, qorxaq, passiv və utancaq insanlar kimi görəcək, müdafiə etməli olduqları dəyərlərə sahib çıxmadıqlarını düşünəcək.

    Beləliklə, həll yolu İŞİD-lə nəzəriyyədə eyni ideologiyanı müdafiə edən din alimlərindən istifadə etmək deyil, yanlış ideologiyaya həqiqətlərlə cavab verə biləcək sağlam düşüncəli insanlarla bu mübarizəni aparmaqdır.

    İŞİD-in ideologiyasını tamamilə məğlub etmək və aradan qaldırmaq istəyirlərsə, Obama və ABŞ rəhbərliyinin bir seçimi var: Quran. Radikalizmin dərmanı Qurandır. İŞİD ideologiyasının qarşısında dura bilməyəcək tək güc ancaq Qurana əsaslanan maarifləndirmədir.

    Adnan Oktarın «New Straits Times» da dərc edilən məqaləsi:

    http://bakisesi.com/…/2402-shd-in-ideologiyasi-ancaq-quranl…

    http://agxeber.com/sonx…/1284-id-nec-mlub-edil-bilrmvqe.html

    http://gundelik.info/index.php?newsid=8174

    http://xeberler.tv/xeberler.php?haber_id=1172

    http://www.nst.com.my/…/126668/ideology-can-be-defeated-onl…

  • Elnarə GÜNƏŞ.”8 mart”

    ail__

    Qadın hikməti…
    Şimal okeanın əridə bilər,
    Topal arzuları yeridə bilər.
    Dünya savaşını kiridə bilər.
    Bir qadın zəkası, qadın hikməti.

    Kimdir qadın? – Ülvilik, zəriflik təcəssümü, məsumluq nişanəsi, lazım gəldikdə övladı üçün həyatını təhlükəyə atan ana, insanları həyat məktəbinə hazırlayan müəllimə, Allahın xeyir duasını almış bəndə, İnsanların sağlamlığına xidmət edən həkim, yer üzündə ədalətin bərpası üçün çalışan vəkil, gözəl sözləri ilə həyatın rəsmini çəkən şair və ən əsası Vətənini sevən bir vətəndaş. Elə bir vətəndaş ki, əlində imkan olsa bütün dünyanı sülhə, əmin-amanlığa qərq edər. Həqiqətən də dünya savaşını durdurar.
    Hansı hikmət var bu qadında? Zaman-zaman ədəbiyyatlarda qadına aid ən gözəl sözlər, misralar düzülmüş, mahnılar bəstələnmiş, etiraflar səsləndirilmişdir. Tarixin min illik süzgəcindən keçib gələn Türk Dünyasının Və bütün dünyanın ən güclü ədəbiyyat salnaməsi Kitabi-Dədə Qorqud dastanında qadına, anaya hörmət, ehtiram, məhəbbət dəfələrlə vurğulanmışdır. Bu ondan irəli gəlir ki, zərif cinsin nümayəndələrinə hələ ulu babalarımız da xüsusi hörmət və ehtiramla yanaşmışdırlar. Dünya tarixində bir çox günlər bayram kimi qeyd olunur. Həmin günlərdən ən önəmlisi isə 8 Mart – qadın və gözəllik bayramıdır. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin “qadın bayramı”nın qeyd olunması daha qədim tarixə malikdir.
    Belə ki, hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin, 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış etdi.
    1917-ci ildə rusiyalı qadınlar “Çörək və Sülh” şüarı ilə küçələrə çıxdılar. 4 gün sonra II Nikolay taxtdan düşdü. Müvəqqəti hökumət qadınlara seçmə hüququnu zəmanət etdi. Bu hadisə 8 mart tarixinə təsadüf etmişdi. Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur.
    1977-ci ildə BMT 8 martı “Beynəlxalq Qadınlar Günü” kimi elan etdi bu bayram sevgi, diqqət bayramı kimi tarixə düşdü.
    Qadınlar xarakter baxımından bir-birinə bənzəməz: – zəifi olur, güclüsü olur. Onları birləşdirən yeganə bir ad var – ana adı! Bütün qadınlar gözəldir. Hələ bir də ki, Azərbaycan qadını. Bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmiş qadınlarımız.
    Azərbaycan qadını dünyaya mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. bizim üçün ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Dövlət quruculuğunda Azərbaycan qadınının yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir.
    Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar…”
    Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu da onu göstərir ki Dövlətimiz tərəfindən xanımlara xüsusi diqqət və qayğı göstərilir. Qoy gülüş üzünüzdən əskik olmasın. Hər bir xanıma əsil qadın səadəti, qadın xoşbəxtliyi arzulayırıq. Həyatın bütün gözəllikləri sizinlə olsun. Çünki Azərbaycan xanımları ən ülvi məhəbbətə, ən gözəl sözlərə, xoşbəxt olmağa layiqdirlər. Əziz xanımlarımız bu bahar çağında bizi qarşılayan 8 mart Beynəlxalq qadınlar bayramınız mübarək!

  • Həqiqi xoşbəxtlik

    12788200_978786092207630_1877730528_n (1)

    İman gətirməyən insanlar xoşbəxt olmaq üçün səbəblər axtarır. Bəziləri var-dövlətlə, bəziləri gözəlliklə, yaxud gəncliklə, bəziləri məşhur olmaqla və ya nailiyyətlər qazanaraq xoşbəxt olacağını zənn edir. Dünyadakı hər şeyi səthi dəyərləndirən, sadəcə dünyadan zövq almaq istəyən bu insanlar əsla həqiqi mənada xoşbəxt ola bilməzlər. Çünki onların sevinc hissi tamamilə müvəqqəti həvəslərdən qaynaqlanır. Hər hansı bir şeyi əldə etmək üçün çalışır, həmin şeyi əldə etdikdən qısa müddət sonra həmin şeyə maraqlarını itirirlər. Ona görə, qısa müddət sonra sevincləri də sönür. Məsələn, yeni avtomobil almaq istəyən bir nəfər bu avtomobili əldə etdikdə sevinir, ancaq bir müddət sonra avtomobilə marağı itir, artıq sevinc hissi də sönür.
    Allah Quranda dünya zövqlərinin də dünyadakı hər şey kimi müvəqqəti olduğunu belə xəbər verir:

    Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir… (Hədid surəsi, 20)

    İman gətirən insanlar nemətlərdə əskilmə olduqda, xəstəlik və ya başqa hər hansı çətinlik zamanı sevinclərini itirməzlər. Xoşbəxt olmaları üçün xüsusi səbəbə ehtiyac yoxdur, iman gətirmək onlar üçün ən böyük şükür və sevinc mənbəyidir. Dünya həyatındakı çətinliklərin onlara sınanmaq üçün verildiyini və çətinliklərə səbir etdikdə bunun Allah dərgahında gözəl qarşılığı olacağına ümid bəsləyirlər. Bu düşüncə onların sevinc mənbəyidir. Vicdanla hərəkət etdikləri üçün müqayisə edir və nemətlərin dəyərini daha yaxşı bilirlər.
    İman gətirməyən insanlarda isə vəziyyət tam tərsinədir. Bir evi olan insan daha böyük evi olan dostunu gördükdə sevinmək əvəzinə paxıllıq edir, bundan da böyük evi əldə etmək üçün planlar qurur. Ancaq ən böyük evi əldə etsə də, yenə xoşbəxt olmayacaq. Çünki Allah dünya həyatındakı rahatlığı və xoşbəxtliyi evin böyüklüyünə, gözəlliyinə, yemək-içməyin bolluğuna, şöhrətə və ya başqa nailiyyətə bağlı yaratmayıb. Bir az dərin düşünən insanlar bunu dərhal qavrayarlar.
    Bir insan on otaqlı evə sahib olarsa, otaqların hamısında eyni anda olmaz, bir otağın içində yaşayar.
    Ən zəngin qonaqlıq süfrəsi arxasında oturmuş insan üçün də vəziyyət eynidir. Zəngin süfrə belə olsa, hər insan müəyyən qədər yemək yeyə bilir.Çox yeyilsə, orqanizmdə ciddi narahatlıqlar yaradır.
    Gənclik və gözəllik də müvəqqətidir, hər insan zaman keçdikcə yaşlanır, gücünü itirir. İman olmasa, bu, insan üçün böyük sıxıntı olar.
    Dünyada verilən nemətlərin hamısına artıqlaması ilə sahib olduqda deyil, sevgi ilə paylaşdıqda, fədakarlıqla hərəkət etdikdə zövq verir, əks təqdirdə, insanın əzabına çevrilir.
    İmanın dərəcəsi artdıqca insan nemətlərdən daha çox zövq alır. Hər şeyin gözəl cəhətini görür, hər hadisədə bir xeyir görür. Bu da dərin imana, sevməyə, sevilməyə və rahatlığa səbəb olur.
    Allaha və axirətə yəqinliklə iman gətirməyən insanlar əsla həqiqi sevinc hissini bilməzlər. Onlar ancaq mənfəətləri olduqda, nəfslərinin istəklərini müvəqqəti təmin etdikdə sevinirlər. Ancaq bu, müvəqqəti sevinc hissidir. Çünki mənfəətləri olmadıqda və həvəsləri itdikdə sevincləri də itir.
    Halbuki möminlər üçün Rəbbimizin rizasını qazanmaq və din əxlaqına xidmət etmək məqsədilə görülən hər iş sevinc və xoşbəxtlik mənbəyidir. Möminlərin bu sevinci imanın sevincidir.
    İmanın sevinci səmimi sevinc hissidir, qəlbində həqiqi iman olmayan insanlar bu sevinc hissini təqlid edə bilməzlər. Çünki bu, Allahın rizasını, rəhmətini və əbədi cənnət həyatını ümid edən möminin qəlbinin Allahdan gələn sevinclə dolmasıdır. Möminlərin dünya həyatındakı sevinc dolu həyatı Rəbbimizin izni ilə cənnətdə artaraq davam edəcək.

    Ülviyyə Əlizadə

  • Kişilərin təsnifatı və qadınların ehtiyatda saxladıqları kişilər… 18+

    ge

    Elə bilirsiniz, ancaq kişilər xəyanət edir, ancaq kişilər ehtiyatda adam saxlayır, qara günü üçün, axtarışdadır? Xeyr! Qadınlar da xəyanət edir, ailə və ya münasibətlərdən kənarda da başqa kişilərlə münasibət qurar… Nə tökərsən aşına, o çıxar qaşığına prinsipi…

    Düzdür, heç bir hala, xəyanəti dəstəkləmirəm, amma kişilər kimi qadınlar da axtarışadırlar, ehtiyat variantları olur, “olmadı belə, olsun belə”, “o, olmasın, bu, olsun” şüarı, həyat devizi altında yaşayanlar çoxdur…

    İndiki zamanədə, qadınlarımız da doymurlar, nə gözləri, nə ehtirasları, nə cibləri doymur…

    Düzdür, indiki qadınlarımızı da tam razı salmaq olmur, hey nədənsə narazıdırlar…

    Kişi tiplərini təsnifatlaşdırmaqla, hansı kişilərin ehtiyat variantda saxlanıldığını bilərik.

    Əfəl, sakit kişi tipi- çox darıxdırıcı kişidir, işdən evə, evdən işə, ambisiyasız, arzusu və məqsədi olmayan və heç nəyi önəmli saymayan, sadəcə melanxolik yaşam tərzini yaşayan və ünsiyyətcil olmayan kişidir. Kişi bu cür davrananda, qadın və ailə üzvləri ilə ünsiyyətdə olmayanda, münasibətlər arasında biganəlik və soyuma yaranır. Qadın başını qatmaq, kimin üçünsə maraqlı olmaq, kiminləsə dost kimi olsa da, ünsiyyətdə olmaq, paylaşmaq istəyir, digər bir kişi ilə başlayan dost macəraları sonra sevgiyə, ehtirasa gətirib çıxardır, xəyanət etmə, ailədən kənar münasibətlərin yaranması ilə nəticələnir.
    İntellektual, kitab oxuyan- hey intellektual söhbətlər edir, boşl vaxtında adi məişət söhbəti, xanımıyla ünsiyyətlə olmaq əvəzinə ya kitab oxuyur, ya intellektual oyunlar oynayır, ya dostları ilə -intellekt səviyyəsi uyyğun gələn dostları ilə ünsiyyətdə olur, ailəsindəki qadın onun üçün aşağı səviyyəli, savadsız olur, bu cür qadınla intellektual və hər mövzuda danışmaq maraqsız gəlir, çünki çox zaman onu biliksiz, maraqsız çıxardır, bilik səviyyəsindən narazı qalır. Hətta bəzən ittiham edir ki, ailədə uşaqların təhsili ilə ana bu bilik və savadla məşğul ola bilməz, uşağın savadsız olması ananın genlərindən gəlmişdir, çünki ata-yəni o, çox savadlı, ağıllıdır, ali insanlar qrupuna daxildir. Bu zaman alçaldılmış, aşağılanmış qadın onu anlayacaq və onun səviyyəsində olacaq kimisə axtarır.
    İdmançı, futbolu sevən- ağlı əvəzinə fiziki göstəriciləri və idman formalı gözəl bədəni ilə öyünür, topaza meyllidir, boş vaxtlarında da idmanla məşğul olduğundan, evdə televizorda idman yarışlarına baxıb, şərh etdiyindən, idmandan və idmançılardan savayı danışmağa mövzusu olmayan, yeri gələndə fiziki gücünü göstərib evdə xanımına ağır söz deyib, əl qaldıranlar. Qazandığı pulları pivəyə, idman yarışlarındakı uduş fondlarına xərcləyir. Buna hər qadın səbr etmir, dözmür, belə kişiləri tərk etməyə ehtiyat edirlər, qorxurlar bu cür kişilərdən, kənarda gizli münasibət qururlar, cəsarətli qadınlar isə belə kişiləri sadəcə bir gün tərk edirlər.
    İşgüzar, evdə tapılmayan-o qədər başı pul qazanmağa, müqavilə bağlamaq üçün iş vaxtı bitəndən sonra işdə qalıb işləməyə, işğüzar görüş, şam yeməklərinə, ezamiyyətlərə qarışır ki, evindəki qadınından, onun həyatından, sevgisiz və diqqətsiz qoyduğundan xəbərsiz olur. Qadın kişisi ola-ola kişisizlik sindromu ilə yaşayır, bir müddət onun işiilə və qazandığı çoxlu pullar ilə fəxr etsə də, tənhalığı öz sözünü deyir. Qadın bu cür kişiləri gec-tez tərk edir və ya başqasıyla əvəz edir.
    Avara-işi, gücü olmayan, pul qazanmayan, işə yaramayan və hər şeydən, hər kəsdən narazı, şikayət edən insandır. Bu cür insanlar cinsindən asılı olmayaraq, darıxdırıcı və bezdirici olurlar və tənha qalmağa məhkumdurlar.
    Alfons- son zamanlar çox yayılmış kişi tipidir, xanım işləsin, məni saxlasın, qadını önə verib, özü harınlayan, evdar kişilik edən kişilər əlbəttə ki, çox qıcıq doğuran kişilərdir. Qadın hesabına yaşayan və işləmək istəməyən kişiyə qadınlar hörmət etmir. Bu cür kişilər uğursuz, məqsədsiz, zəif kişilər olduğundan, qadından asılı olduğundan qadını yorur, qadın baha başa gələn və onun puluna görə yanında olan kişiləri axır-əvvəl yola salır və qovur. Bir də var ki, evdə digər kişilər qrupuna aid edilən ərləri tərəfindən “atılan qadınlar” bu cür alfons fırıldaqçı, ovçuların tələsinə düşür, pul müqabilində ərindən ala bilmədiklərini, ərinin yaşatmadıqlarını onunla yaşayır, ondan alır, amma bu da gec-tez onu bezdirir.
    “Əliaçıq”-sadəcə puluna və qadını pulla saxlamasına görə qadınlar bu kişiləri tərk etmirlər, qalan bir işə yaramadıqları, qadını pulla aldıqları üçün qadına münasibəti də yuxarıdan aşağı olur. Bu qadına axır-əvvəl təsir edir və qadın kənarda başqa kişi axtarır. Ehtiyatda başqa kişi olur ki, bunu tərk edən zaman tək qalmasın.

  • “Bitməyən ömür yolu”

    Fani dünyadakı yerini təzə nəsillərə verib könüllərə köçməsəydi 92 yaşı tamam olacaqdı. Və hələ yaşının, səhhətinin imkan verib-verməməsinə məhəl qoymadan üzərinə götürdüyü neçə-neçə mürəkkəb elmi vəzifənin həllinə çalışacaqdı. Hər gün iş stolunun arxasına keçib bir neçə sətir yazmağa vaxt tapa bilsə, bu bir neçə cümlə ilə də elmimizə əhəmiyyətli, lüzumlu nəsə verəcəkdi. Çünki, o Kamal Talıbzadə idi. Milli ədəbiyyatımızın XX əsrdə yetirdiyi klassik yazıçı, görkəmli maarifçi pedaqoq Abdulla Şaiqin sonsuz sevgi və ehtiramla Müstafa Kamal Atatürkün adını verdiyi böyük oğlu, adına layiq kamalı ilə elmin zirvəsini fəth etmiş, böyüklüyü ilə özü də bir zirvə kimi ucalmış akademik Kamal Talıbzadə.
    2003-cü ildə ədəbi-elmi tədbirlərdən birində onun haqqında xoş məramla deyilmiş bir fikir səslənmişdi: “Bu gün Kamal Talıbzadə yazmır, lakin onun yetirmələri yazır.” Bu qənaət əslində onun Azərbaycan ədəbiyyatşünaslığı üçün yetirdiyi alimlərin varlığını yada salmaqla yaratdığı elmi məktəbin ənənələrinin yaşayacağına, bilavasitə Kamal Talıbzadənin ölməzliyinə işarə idi. Lakin 2006-cı ilin 20 yanvarında o, dünyasını dəyişəndə – milli tariximiz üçün unudulmaz bir gündə matəmi şəhidlərimizin matəminə qarışanda yazı stolunda gecədən qalan, nə vaxtdı üzərində işlədiyi altı cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin cildlərindən biri vardı. Kamal Talıbzadənin vəfatından sonra üzə çıxan, arxivindən tapılan yazıları – həyatının son günlərində dəyirmi masalar, ədəbi müzakirələr üçün qələmə aldığı çıxışları, böyük alim məsuliyyətilə sovet dövründə yazdıqlarına aydınlıq gətirən məqalələri və s. alimin ömrünün son gününədək qələmdən soyumadığını, məhsuldar işlədiyini bir daha təsdiqləyir.
    Hələ sağlığında onu klassik ədəbiyyatşünaslar nəslinin sonuncu mogikanı, elmin patriarxı hesab edirdilər. Kamal Talıbzadə fenomeninin sehrinə düşənlər bunun böyük alim, yaxud möhtəşəm şəxsiyyət amili ilə bağlı olduğunu yəqinləşdirməyə ehtiyac duymasalar da, hamı bu böyük sevgi və rəğbətin mənbəyini bilirdi. Kamal Talıbzadənin böyüklüyü, Kamal Talıbzadə fenomeninin sirri-sehri onun heç bir tərifə sığmayan insanlığı, müqayisəedilməz kübarlığı ilə orijinal elmi təfəkkürünün, yaradıcı istedadının vəhdət təşkil etməsində idi. O, ilk növbədə, mənsub olduğu soy-kökün genetik yaddaşından ruhuna hopan sadə təbiəti, qeyri-təvazökarlığı, yüksək ziyalı etikası, dürüstlüyü, son dərəcə mehribanlığı və insansevərliyi ilə həmsöhbətinin qəlbini qazanırdı. Torpağın bağrını incitməmək üçün ehmalca yeriyən, adamları yormamaqdan ötrü çox sakit, aramla danışan, insanlara rütbəsinə, titul və adlarına görə deyil, istedadına, ləyaqətinə, qabiliyyət və bacarığına, bütövlükdə mənəvi keyfiyyətlərinə görə dəyər verən Kamal Talıbzadə bütün parametrləri ilə klassik ziyalılığın örnəyi idi. O, bütün əcdadlarının ən yaxşı cəhətlərini özündə cəmləmişdi. Babası Axund Mustafa Talıbzadənin müdrikliyini, humanistliyini, xeyirxahlığını, əmisi Yusif Ziyanın hərbçi-siyasətçi təbiətinin ciddiliyini, qətiyyət və prinsipiallığını, əqidəsinə sədaqətini, atası Abdulla Şaiqin mülayim xarakterini, sadəliyini, təvazökarlığını, böyük insanlığını,… sanki son zərrəsinədək əxz etmişdi.
    Buna görə də, bütün mülayimliyinə, həlim xasiyyətinə rəğmən o, elmdə qətiyyətlə öz sözünü deyən, düzgün hesab etdiyi mövqeni prinsipiallıqla müdafiə edən, ədəbiyyatın, nəzəri-estetik fikrin səviyyəsini aşağı salanlara qarşı barışmazlığı ilə ən sərt mövqedə dayanan alim kimi tanınırdı. Onu tanıyanlar təsdiq edərlər ki, Kamal müəllimin üz cizgilərinin mülayimliyi, xarakterinin ipək həlimliyi ilə elmin mövqeyinin müdafiəsindəki sərtliyi, alim ciddiyyətindən doğan prinsipiallığı, qətiyyəti kəskin təzad təşkil edirdi. O, asan anlaşılan, adamlarla tez dil tapan insan kimi nə qədər sadə təbiətli idisə, alimə, elmə münasibətdə bir o qədər ciddi və tələbkar idi.
    Kamal Talıbzadənin çoxillik alim qənaətinə görə elmdə həlli olmayan bir problem yox idi, istənilən elmi problemi həll edə bilən istedadlı tədqiqatçı, yaxud təsadüfən elm cığırına düşən yarıtmazlar var idi. Ümumiyyətlə, həmişə ədəbiyyatşünaslığın ən mürəkkəb vəzifələrinin icrası ilə məşğul olduğu üçün «çətin, mürəkkəb» anlayışı Kamal Talıbzadəyə yad idi. Elm aləminə qədəm qoyduğu ilk vaxtlardan, XX əsrin 40-cı illərindən ədəbiyyatşünaslığın ən çətin və həlli vacib məsələlərini yerinə yetirməklə məşğul olmuşdu. Milli romantizmin və romantik sənətkarların bəraət almasında mühüm rolu olan ilk tədqiqat əsəri «Abbas Səhhət» (1955) monoqrafiyasından başlayaraq ədəbiyyatşünaslığımızın əvəzsiz elmi əsərlərindən sayılan «Azərbaycan ədəbi tənqidinin tarixi» (!984) monoqrafiyasınadək, çağdaş ədəbiyyatımızın və nəzəri-estetik fikrin ən aktual problemlərinə həsr etdiyi tədqiqatlarınadək keçdiyi şərəfli yola nəzər salanda bir daha bunun şahidi oluruq.
    Kamal Talıbzadə yaradıcılığının hər bir uğuru keçmiş sovetlər məkanında ümumittifaq miqyasda maraq (bəzən heyrət) doğurmuş, haqqında dəyərli fikirlər söylənmişdi. Hələ sovet dövründə, xarici ölkələrlə əlaqənin məhdud olduğu vaxtlarda onun alim şöhrəti Şərq və Qərb ölkələrinə yayılmışdı. İtaliya, Hindistan, Bolqarıstan, İran, Türkiyə, Gürcüstan, Latviya, Rusiya, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və b. ölkələrin ədəbi-elmi ictimaiyyəti Kamal Talıbzadə elmi-nəzəri irsini kifayət qədər yaxından tanıyır və yüksək qiymətləndirirdilər. «Hindistanda Aylıq Dostluq günlərin»də Azərbaycan nümayəndə heyətinin başçısı kimi 10-a qədər şəhərdə ali məktəb tələbələri üçün «Azərbəycan-hind ədəbi əlaqələri», «Azərbaycan ədəbiyyatı tarixi» mövzularında mühazirələri, İtaliyanın Neapol Şərqşünaslıq Institutunda Azərbaycan ədəbiyyatı tarixinə dair mühazirələri, şərqşünasların Beynəlxalq Ümumdünya konqresində, Puna Universitetində, Türkiyədə keçirilən Birinci Millətlərarası Böyük Azərbaycan Konqresində, Nizami Gəncəviyə həsr olunmuş Beynəlxalq Tehran Konqresində və başqa nüfuzlu elmi tədbirlərdəki məruzə və çıxışları böyük elmi maraqla qarşılanmışdı. Həmin ölkələrin alimləri Kamal Talıbzadənin “Azərbaycan ədəbi tənqidinin tarixi” monoqrafıyasının tək müəllif tərəfindən yazıldığına təəccüblərini gizlətməmiş, bütöv bir elmin çoxmərhələli tarixinin yazılmasını, bir elmi institutun yerinə yetirə biləcəyi bir vəzifəni alimin təkbaşına öz öhdəsinə götürərək fundamental tədqiqat ərsəyə gətirməsinə heyranlıqlarını bildirmişlər.
    Alimin elmi yaradıcılığına belə geniş miqyaslı marağın yaranması həm düzgün mövzu seçimi, həm də qələmindən çıxan hər bir tədqiqat əsərinin monumentallığı ilə bağlıydı. Onun məqalələri də monoqrafiyaları, fundamental tədqiqat əsərləri kimi ciddi məsuliyyətlə yazıldığından bitkin, dolğun təsir bağışlayırdı. Kamal Talıbzadəni böyük alim kimi bir çox dünya ölkələrində tanıdan, sevdirən də məhz bu cəhət idi.
    Kamal Talıbzadə elm aləmində hələ ilk addımlarını elə inamla atıb ki, bu addımların əks-sədasını böyük elm və incəsənət xadimləri də eşidə bilib. Onun haqqında dövrün hansı nəhəng sənətkarı, nüfuzlu tənqidçisi, böyük alimi söz deməyib ki?! Səməd Vurğun, Mehdi Hüseyn, Məmməd Arif, Mirzə İbrahimov, Mir Cəlal, Əziz Şərif, Əhməd Cəfəroğlu… Bu möhtərəm imzalar elbəel, nəsilbənəsil sıralanaraq böyük bir siyahı – unudulmaz adlar şəcərəsi yaradır. Maraqlıdır, hələ çox gənc olan Kamal Talıbzadə yeni başladığı elmi yaradıcılığının hansı cəhətləri ilə bu böyük ədəbiyyatçıların, söz sərraflarının diqqətini cəlb edə bilmişdi? Bu ilk növbədə onun tədqiqatçı cəsarəti, daha sonra müraciət etdiyi mövzunu son dərəcə ciddi məsuliyyətlə işləməsi ilə bağlı idi. Romantizmin ədəbi metod kimi gözdən salındığı, onun ən görkəmli nümayəndələrinin “pantürkist”, “panislamist” damğasıyla həbs olunduğu vaxtlarda o ilk monoqrafik tədqiqatını “təhlükəli” bir mövzuda yazır. Abbas Səhhət yaradıcılığını araşdırır, işə romantik şairin ilk elmi tərcümeyi-halını yaratmaqla başlayıb, bütövlükdə romantik sənətə bəraət qazandırmaqla bitirir. Belə vacib bir elmi missiyanı yerinə yetirməsi, əlbəttə, nəzərlərdən yayınmır, dövrün milli təəssübkeşləri, qədirbilən ziyalıları gənc alimin uğurunu layiqincə qiymətləndirirlər.
    Abbas Səhhətə həsr etdiyi bu ilk tədqiqat əsərinə görə Səməd Vurğun onu böyük ümid verən gənc tədqiqatçı hesab edərək yazırdı: “Kamal Talıbzadənin “Abbas Səhhətin həyat və yaradıcılığı” adlı əsəri həqiqətə istinad etdiyi üçün elmdə daxili bir parlaqlıq əmələ gətirmişdir. О, Səhhət haqqında bir sıra məlum olmayan sənəd və faktları üzə çıxara bilmişdir. Kamalın bu əsəri bizi çox sevindirir.” Mehdi Hüseyn K.Talıbzadəni ədəbi hadisələrə ayıq və tənqidi münasibətinə görə istedadlı ədəbiyyatşünas kimi alqışlayırdı: “Əsərin dili səlisdir ki, bu da dissertasiyaya xüsusi bir parlaqlıq verir. O, ədəbi hadisələrə çox ayıq və tənqidi yanaşa bilmdir. Müəllif mövzu seçməkdə də müvəffəq ola bilmişdir. Dissertasiyanın istedadlı bir tənqidçinin əlindən çıxdığına insan inanır. Müəllif əsərdə mütəqabil əlaqələri də düzgün verə bilmişdir.” Əsəri elmi yeniliyinə, ədəbiyyatşünaslığımıza bəlli olmayan fakt və sənədlərə istinadən yazıldığına görə yüksək qiymətləndirən Cəfər Xəndan qeyd edirdi ki, “Səhhət haqqındakı tədqiqatlarda sənətkarın yaradıcılığı bu vaxta qədər bir tərəfdən izah edildiyi halda dissertant bunu hərtərəfli şərh etmiş, şairin nəsri, şeiri, publisistikası, dramları, elmi-tənqidi məqalələri, tərcümələri, estetik görüşləri və s. haqqında ətraflı məlumat verməyə çalışmışdır.”
    Bu ilk dəyərləndirmə alimi gələcək fundamental tədqiqatlarını yazmağa ruhlandırır. K.Talıbzadənin “Qorki və Azərbaycan”, “XX əsr Azərbaycan tənqidi”, Azərbaycan ədəbi tənqidinin tarixi” monoqrafiyalarının, yüzlərlə məqalələrinin, məruzə və çıxışlarının yaranmasında gərgin alim zəhməti ilə yanaşı, bu ilk ruhlandırmanın, ilk etimadın da payı var. Alimin bütün yazdıqları zaman-zaman dövrün söz xiridarlarının diqqətini ən yaxşı tədqiqatlar kimi cəlb edib. Burada alimin hələ sağlığında haqqında üç fundamental monoqrafiya və yüzlərlə məqalə yazılıb nəşr edilməsini xatırlamaq yerinə düşür.
    Onun təkcə Azərbaycan tənqidinin inkişaf tarixinə həsr etdiyi əsəri 70-80-ci illərdə ittifaq miqyasında ən nüfuzlu alimlər tərəfindən bəyənilib təqdir edilmişdi. Sonralar, 1986-cı ildə bu monoqrafiyanın Dövlət mükafatına layiq görülməsi həmin dəyərləndirmənin yekun göstəricisi oldu.
    Məmməd Arif hələ 60-cı illərin sonlarında əsərin ilk nəşrini – «XX əsr Azərbaycan ədəbi tənqidi» monoqrafiyasını elmi-nəzəri qənaətlərinin ciddiliyi və dəqiqliyi ilə seçilən bir əsər kimi Azərbaycan ədəbiyyatşünaslığının nailiyyəti hesab edirdi. Məhz həmin əsərin yaratdığı dərin təəssüratla Kamal Talıbzadəyə məktub yazan Mirzə İbrahimov nəhəng əmək sərf edən tədqiqatçının qiymətli bir əsər yaratdığını, çox gərəkli bir iş gördüyünü qeyd edirdi. Mir Cəlal bu əsərdə müəllifin XX əsrin əvvəllərində ədəbi həyatın müstəqil bir sahəsinə çevrilən ədəbi tənqidin ilk tarixini yaratdığını alqışlayırdı. Türkiyəli ədəbiyyatşünas Əhməd Cəfəroğlu bu əsəri türk ədəbiyyatında hələ işlənməmiş ən mürəkkəb problemlərdən birinə həsr edildiyi üçün təqdir edirdi. Əziz Şərif Kamal Talıbzadənin ədəbi tənqidin inkişaf tarixi kimi mürəkkəb bir prosesdən bəhs edən əsərini Azərbaycan filologiyasında ilk və hələlik yeganə təşəbbüs kimi yüksək dəyərləndirirdi. Qeyd etmək lazımdır ki, Kamal Talıbzadənin «Azərbaycan ədəbi tənqidinin tarixi» monoqrafiyası hələ də milli tənqidimizin inkişaf tarixindən bəhs edən yeganə elmi əsər olaraq qalır, həmin kitabın ali məktəblərin filologiya fakültələrində analoqu olmayan dərslik kimi tədrisdə istifadəsi də bunun bariz göstəricisidir. Milli ədəbi tənqidimizin Xətib Təbrizidən Seyid Hüseynə qədərki 900 illik geniş inkişaf tarixini yazan Kamal Talıbzadənin (özü belə fərqinə varmadan) nə qədər mürəkkəb bir elmi vəzifəni yerinə yetirməsi bir daha onunla şərtlənir ki, ədəbi tənqidin Seyid Hüseyndən sonrakı, yəni XX əsrin 20-30-cu illərindən başlayaraq həmin əsrin sonuna qədərki tarixi hələ də yazılmayıb.
    Kamal Talıbzadə elmi yaradıcılığında milli ədəbiyyatımızın və ədəbiyyatşünaslığımızın müxtəlif məsələlərini bu və ya digər dərəcədə işıqlandırıb. Poeziya, nəsr, dramaturgiya, tənqid, yaradıcılıq metodları, ədəbi mətbuat… bütün bunlar Kamal Talıbzadənin fəal tənqidçi, ədəbiyyatşünas münasibəti bildirdiyi sahələr olub. Və bu yaradıcılıq sahələrinin hər birinin düzgün inkişaf istiqamətini müəyyənləşdirmək amalı ilə yazdığı məqalələrində məqsədinə nail ola bilib. Alimin məqalələri içərisində tənqidə dair yazıları xüsusilə diqqəti cəlb edir. Ədəbi tənqidin müxtəlif məsələlərini əhatə edən, məzmunca rəngarəng olan bu məqalələr 1967-ci ildə «Tənqidimiz haqqinda qeydlər» kitabında toplanıb nəşr edildi. K.Talıbzadənin həmin məqalələrində ədəbiyyatşünaslığın bu mühüm sahəsinə həssas tədqiqatçı münasibətini görürük. Burada ədəbi tənqidin qarşısında duran problemlərdən, tənqidin və tənqidçinin başlıca vəzifələrindən bəhs edən müəllif müasir Azərbaycan tənqidçisini belə görmək istəyirdi: «Tənqidçi nadir istedada, gözəlliyi, sənəti duya bilən estetik hisslərə, ədəbiyyatı sevən böyük bir qəlbə malik olmalıdır. Bütün bunlarla yanaşı, həqiqi tənqidçi dövrünün ən irəlidə gedən, geniş dünyagörüşə sahib bir adamı olmalı, dövrün hakim görüşlərini izah və inkişaf etdirməyi bacarmalıdır. Ancaq bu halda o, ədəbiyyata doğru istiqamət verər, tənqidi həqiqi nəzəri yüksəkliyə qaldıra bilər… Orada ki cəsarət yoxdur, orada həqiqi ədəbi tənqid də yoxdur.» (Talıbzadə K. Tənqidimiz haqqında qeydlər. Bakı, Gənclik, 1967, s.165)
    Kamal Talıbzadə bütün yaradıcılığı boyu elmi yaradıcılığın hansı sahəsinə müraciət edibsə, orada təzə söz deyə bilib, ciddi bir elmi yenilik əlavə edib. Ədəbi əlaqələrdən yazmağın hakim ideologiyanın maraqlarına xidmət etdiyi, rus ədəbiyyatının üstün mövqeyini nəzərə çatdırmaq məqsədi güddüyü vaxtlarda Kamal Talıbzadə “Qorki və Azərbaycan” monoqrafiyasında məsələyə tamamilə fərqli prizmadan yanaşır. O, Azərbaycan mühiti və ədəbiyyatının Qorki yaradıcılığında izlərini axtarıb tapır, təkcə Qorkinin Azərbaycan ədəbiyyatına deyil, Azərbaycanın da Qorki yaradıcılığına təsir aspektlərini üzə çıxarır. Bununla da ədəbi əlaqələrin qarşılıqlı bir proses olduğunu yada salır, tədqiqatçıları bu sahəni birtərəfli izah etmək üsulundan imtina etməyə səsləyir.
    Azərbaycan elminin XX əsrin ortalarında yetirdiyi bu böyük ədəbiyyatşünas alim təkcə elmimizin ən nəhəng problemlərinin həllində deyil, ədəbiyyatşünaslığımızın istiqamətləndirilməsində də bilavasitə iştirak edib. Nizami adına Ədəbiyyat İnstitutunun rəhbər vəzifələrində çalışdığı illərdə ədəbi-nəzəri elmin inkişafında misilsiz rolu olub.
    …20 yanvarda Kamal Talıbzadənin vəfatının on ili tamam oldu. Bu on il ərzində həmişə yeri göründü. Ədəbiyyat institutunda, Abdulla Şaiqin mənzil-muzeyində, müdafiə şuralarında, mötəbər ədəbi tədbirlərdə gözümüz hələ də onu axtarır. Cismani yoxluğuna inanmaq çətin olsa, da bir ümidlə təsəlli tapırıq: “Əsərləri, tövsiyələri, ondan əxz etdiyimiz ali insani keyfiyyətlər, öyrəndiyimiz elm bizimlədir.” “Nəsimi” kinofilmində məşhur bir fraza var. Fəzlullah Nəimi ustadlarının qətl ediləcəyindən qorxan şəyirdlərinə deyir: “Ölən cismimdir. Mən öz ruhumu çoxdan sizə köçürmüşəm.” Ruhunu ruhumuza köçürən Kamal Talıbzadə də bizimlədir, ruhumuzda, varlığımızda, yazdıqlarımızda, xatirələrimizdədir. Nə qədər ki, yetirmələri həyatdadır, nə qədər ki, Azərbaycan ədəbiyyatşünaslıq elmi yaşayır, Kamal Talıbzadənin də alim ömrü o qədərdir. Bu ömür yolunun isə çox uzun olduğu şəksizdir.

    TƏRANƏ TURAN RƏHİMLİ,
    Filologiya üzrə fəlsəfə doktoru, dosent,
    prezident təqaüdçüsü.

  • Vətən həsrəti dediyim…

    Vətənindən qaçanları, qaçmaq istəyənləri, qərib ölkələri üstün bilib, vətənini aşağılayanları anlamıram… Vətənini sevən insan vətən həsrəti, acısının nə qədər ağır, ağrılı, dərdli olduğunu anlayır…

    2 il vətənimdən uzaq yaşadım… Bilirəm, nədir ayrılıq, vətən həsrəti…

    Vətən həsrəti qərib ölkədə nə qədər səni qəbul etsələr, sevsə də qəriblilər səni, özünü yad hesab etməkdir…

    Vətən həsrəti doğma dilində danışmaqdan məhrum olmaq deməkdir…

    Vətən həsrəti vətənində yaşadığın hər anı yada salmaq, xəyallarında yenidən yaşamaqdır…

    Vətən həsrəti milli yeməklərin üzünə həsrət qalmaqdır…

    Vətən həsrəti doğma torpağının dənəsinə həsrət qalmaqdır…

    Vətən həsrəti hər gün vətənə bir gün dönəcəyinin həsrət dolu ümidi ilə yaşamaqdır…

    Vətən həsrəti vətənində son dəfə əzizlərinlə vidalaşmağı və vətənində ölməyi arzulamaqdır…

    Vətən həsrəti üzdə gülmək, gözdə yaşamaqdır vətən sevgisi və həsrətini…

    Vətən həsrəti yuxuya getməməkdir, gözlərə güc salıb, hər gecə yuxuya ağlayaraq getməkdir…

  • Olmur, olmasın (M.Ə.Sabirə nəzirə)

    539869_3384599974134_1590840138_n

    Kişi:

    Ay molla, qız hələ uşaqdır axı? Günah olmaz, olacaqmı bunun savabı?
    Olsa da, günah, yoxsa savab, istəyirəm onu almaq, olmur olmasın!
    Molla:

    Allah yerinə mən verim sənə halallıq, vardır savab, qızışmaz qız uşağı!
    Qız nədir, təhsil, məktəb nədir, getsin ərə, doğsun uşaq!Savad olmur olmasın!
    Gənc:

    Ay ata, girmir beynimə, bu kitab, yorub məni təhsil, oxumaq!
    İstəyirəm gəzmək, əyləncə, qızlar, oyunlar, təhsil olmur olmasın!
    Ata:

    Gir ali məktəbə, getmə əsgərtək hərbi xidmətə, bir az səbr elə!
    Sonra özüm oxudaram səni, beynində nəsə olmur olmasın!
    Ər:

    Arvad dinləmir məni, deyir sözünü, gündə dır-dır, davadayıq!
    Evdə var bir arvad, evdən kənar başqaları, sevgi olmur olmasın!
    Oğul:

    Ata, bu nə işdir, tapmısan mənə, çox darıxıram?!
    Pulu puldur, amma ay ata, iş iş olmur olmasın!
    Qız:

    Bu nə ərdir tapmısan, adama oxşamır axı?!
    Gözəl olmur, olmasın, saxlayar, gəzdirər məni…

  • Daş – qalaq (rəcm) Quranda varmı?

    das--qalaq-recm-quranda-varmi-0Qz

    İslam dini illərdir dinə əlavə edilən bidətlərdən, xurafatlardan zərər çəkir.

    İslam dini illərdir dinə əlavə edilən bidətlərdən, xurafatlardan zərər çəkir. Quranda olmayan minlərlə hökm dinimizə əlavə edilib və bu hökmlər asan olan dinimizi dünyaya dəhşət dini kimi tanıdıb. Nümunə üçün qeyd edim, 55 min saxta hədis əlavə edilib və təbii ki, bu hədislərlə gələn bir-birindən fərqli halal-haramlar. Bu hökmlər haqqında zaman-zaman bəhs edirik. Bu yazını yazmağımda məqsəd isə rəcm (daş-qalaq) haqqında bir çoxlarının bilmədiyi məlumatları diqqətinizə çatdırmaqdır.

    “Daş-qalaq edilən Sürəyya” filmini, yəqin ki, izləməyən yoxdur. İzləməsə belə, bu filmin adını mütləq eşitmişdir. Filmdə İslam dünyasında hökm sürən radikalizm və fanatizm öz əksini tapıb, zina iftirası atılaraq şərlənən və rəcm edilən qadından bəhs edilir. Bu film xurafatçıların dinə gətirdiyi vəhşəti bütün dünyaya göstərdi və filmi izləyən bir çox insanın dindən soyumasına səbəb oldu.

    Yaxın günlərdə Suriyada zina səbəbi ilə bir qadını daşlayıb öldürdülər, ilk daşı qızın atası atmışdı. Pakistanda isə gənc qız sevdiyi oğlanla ailə qurmaq istədiyi üçün atası və qardaşları tərəfindən daş-qalaq edilib öldürüldü.

    Halbuki zinaya görə daş-qalaq edilmə İslama sonradan əlavə edilmiş və Quranda olmayan hökmlərdən biridir. Əslində, bu adət yəhudilik və xristianlıqdan qalmışdır. Bu haqda bəzi nümunələr göstərəcəyəm. Peyğəmbərimizin (səv) zamanında yəhudi bir qadının zina etdiyi üçün cəzalandırılması tələbi ilə yəhudilər peyğəmbərin yanına gəlir. Peyğəmbərimiz (səv) zina edənlərin yəhudilikdə necə cəzalandırıldığını soruşanda, onlar yarıya qədər toprağa basdırıb daş-qalaq etdiklərini deyirlər. Yəhudilərin şəriət kitabı “Talmud”da rəcm haqqında belə yazılır:

    22: 22 əgər bir adam başqa birinin qadını ilə birlikdə olarsa, həm kişi, həm qadın, ikisi də öldürüləcək. İsraildən pisliyi uzaqlaşdıracaqsınız.

    22: 23 əgər bir adam şəhərdə nişanlı qızla qarşılaşar və onunla birlikdə olarsa,

    22: 24 ikisini də şəhərin qapısına aparacaq, daşlayaraq öldürəcəksiniz…

    Bu hökm hz.İsanın zamanında xristianlığa da daxil edildi. Hz.İsanın təbliğ etdiyi din insanlara hamı ilə mehriban olmağı, düşmənləri belə sevməyi, xətaları bağışlamağı, başqalarını mühakimə etməkdən çəkinməyi əmr edirdi. Bu dini təbliğ edən peyğəmbərdən zina edən qadının cəzasının verilməsini istədikdə, hz.İsa: “İlk daşı heç bir günahı olmayanınız atsın”- demiş və qadını ölümdən qurtarmışdı.

    Göründüyü kimi, bu, yəhudilərdən qalma adətdir və dinlərlə heç bir əlaqəsi yoxdur. Qurandan əvvələ aid olan bu hökmü bəzi “alimlər” ayələrə əlavə etmək istəyirlər, bunun üçün rəcmin Quranda olduğunu, lakin sonradan çıxarıldığını göstərən yalan hədislər yazırlar. Onlardan bəziləri:

    Zina edən evlilərin daş-qalaq edilərək öldürülmələrini əmr edən ayə Ayişənin döşəyinin altındakı səhifədə yazılı idi. Peyğəmbər vəfat etdikdə Ayişə onun dəfni ilə məşğul ikən evin açıq qapısından içəri girən keçi o səhifəni yedi. Beləliklə rəcm cəzası Qurandan çıxdı. Amma hökmü davam edir. (İbn-i Mace 36/194; Hanbel 3/61,5/131)

    “Keçi yediyi üçün Qurandan çıxan daş-qalaq ayəsini Ömər yenidən Qurana salmaq istədi, ancaq xalqdan qorxduğu üçün cəsarət edə bilmədi. (Buhari 53/5; 54/9; 83/3; 93/21; Muslim, Hudud 8/1431; Ebu Davut 41/1; Itkan 2/34)

    Bu hədislər tamamilə saxtadır, çünki Quranın qorunması ilə bağlı ayələrə ziddir. Allah bir ayədə belə buyurur:

    Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr surəsi, 9)

    Zinaya görə dinin hökmündə isə deyilir:

    Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. (Nur surəsi 2)

    Ayədə çubuq “cəldə” sözü ilə ifadə edilir və bu, nazik çubuq deməkdir. Peyğəmbərimizin dövründə bu hökm yüz çubuğu bir-birinə bağlayıb zina edənlərə bir dəfə vurmaqla yerinə yetirilirdi. Lakin burda əsas olan zina edənləri cəzalandırmaq üçün 4 şahidin olmasının vacibliyidir. Dolayısı ilə, zinaya görə tətbiq olunan cəzalar bu əməldən çəkindirmək məqsədi güdür.

    Qurana görə zinanın hökmü bu şəkildədir. Hazırda rəcm cəzasının tətbiq edildiyi İran, Əfqanıstan, Səudiyyə Ərəbistanı kimi ölkələrdə İslama və Qurana zidd hərəkət edilir, hətta cinayət törədilir. Çünki Allah ayədə insan öldürməyin cəzasının ağır olduğunu bildirmişdir.

    Bəli, İslama ən çox fanatizm və radikalizm zərər verir. Bunun aradan qaldırılması üçün sevgini, mərhəməti, sülhü əsas alan, xurafata qarşı ideoloji mübarizə aparan və Quran hökmlərini izah edən müasir səmimi müsəlmanlar olmalıdır. Tək çarə Qurana əsaslanan əxlaq ilə yaşamaqdır və dini yalan hədislərdən deyil, Qurandan öyrənməkdir.

    Aysel Vəlizadə

  • Ömrünün sonuna kimi xoşbəxt yaşaya bilərsən

    12524275_536269009888751_6960569758742870207_n

    Uşaqların hər zaman xoşbəxt olduğunu hamımız bilirik. Ən ağır şəraitdə, ən məhdud imkanlar içində yaşayan uşaqları xəyal edin, onların mütləq sevinəcək bir səbəbləri var. Uşaqların sevinməsi üçün bahalı oyuncağa ehtiyacları yoxdur, bir ağacın budağı belə onlara oyuncaq olur, sevindirir onları. Bu, əslində, bütün insanların mükəmməl bir fitrətlə doğulmalarından irəli gəlir.

    İnsanın əsil fitrəti sevinclidir, sevgi doludur, ruhları, bədənləri sağlamdır. Ancaq zaman keçdikcə Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərin mənfi təsirləri insanların həyatını qaraldır, bədbəxtliyə sövq edir onları. Allaha təvəkkülü, qədərə təslim olmağı bilməyən insanların təbii ki, xoşbəxt olmaları mümkün deyil.
    İnsanların bir çoxu xoşbəxt ola bilməmələrini maddi vəziyyətləri, yəni böyük ölçüdə maddiyyatla əlaqələndirirlər. Sanki dünyanın ən varlı insanı olsalar, heç bir problemləri qalmayacaq, xoşbəxtliyi tam əldə edəcəklər. Ancaq xoşbəxt ola bilməməyin səbəbi bu deyil. Bunun tək səbəbi iman zəifliyidir, Allahdan uzaq yaşamaqdır.
    Əgər insan Allahın varlığından tam əmin olsa, bütün qəlbi ilə Allaha inansa, cənnətin varlığına tam əmin olsa, niyə xoşbəxt ola bilməsin ki? Bu qeyri-mümkündür. Qəlbi Allaha tam bağlanmış, hər şeyin bir qədər üzrə yaradıldığını, dünyanın gəlib-keçici bir imtahan yeri olduğunu bilən insan ac qalsa, susuz qalsa, evsiz-eşiksiz qalsa, ağır xəstəliyə tutulsa da sevinc içində olar, əsla bədbəxt ola bilməz.

    Allahın varlığına iman gətirmiş, axirət inancı olan bir insan ətrafında gördüyü hər şeyin varlıq səbəbinin Allah olduğunu bilir. Bu şüurla ətrafına baxan insan Allahın insanlar üçün yaratdığı, saymaqla bitməyən gözəllikləri hər an dərk etmə xüsusiyyətinə malik olur. Allahın yaratdığı gözəllikdən və sənətdən böyük zövq alır.
    Ancaq iman tərəddüdü, iman zəifliyi olduqda, öldükdən sonra yox olma inancı olduqda, axirət inancı olmadıqda insanların canı yanır. Ən xırda səbəb onların narahat olmalarına səbəb olur. İmanı zəif olan bir insan qarşılaşdığı hər çətinliyin, əslində, bir imtahan olduğunu düşünə bilmir. Bəzən qarşılaşdığı çətinliklər onu üsyana sövq edir. İmanı güclü olan insan isə nə qədər böyük çətinliklərlə, imtahanlarla qarşılaşırsa-qarşılaşsın, bunlara səbir etdiyinə görə axirətdə Allahın ona cənnətini nəsib edəcəyi ümidi ilə sevincli və xoşbəxt olur. Güclü iman insana hər zaman dinclik, sevinc, gözəllik, zehin açıqlığı və güclü ağıl verir. İmanlı insanlar çox ağıllı olurlar.
    İman zəifliyinin tək çarəsi qəlblərin Allaha yönəlməsində, Allahın yaratdıqları üzərində dərin düşünməkdədir. Yəni insanı imana gətirən və imanın artmasına səbəb olan həqiqətlər, yaradılış möcüzələridir. Bu dəlillər üzərində dərin təfəkkür edən hər vicdanlı insan Allahın varlığını və böyüklüyünü açıq şəkildə görərək iman gətirər.
    Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Ali İmran surəsi, 190-191)
    Bunun üçün qəlbləri Allahla birlikdə olan, Allaha səmimi bağlı olan insanlar var gücləri ilə Allahın varlığının dəlillərindən bəhs etməlidirlər. Allahın yaratdığı canlılardakı bənzərsiz xüsusiyyətlər, möhtəşəm incəliklər Allahı daha yaxından tanımağımıza, Allahın varlığına tam iman gətirməyimizə, Allaha bəslədiyimiz sevginin qat-qat artmasına səbəb olacaq.
    “… hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!” (Taha surəsi, 123)

    Xəyalə SƏFƏROVA

  • Gerçək ağıl nədir?

    12107763_547033358793642_2666399707952423352_n

    Ağıl – Allahın insana dünya həyatında lütf etdiyi ən gözəl nemətdir. Hər kəsin sahib olmaq istədiyi, insanlarda görüb bəyəndiyi üstün keyfiyyətdir.

    Bu yazını yazmaqda məqsədim insanların çoxunun ağıl məfhumunu savad və zəka ilə qarışdırmalarıdır. Ancaq zəka və ağıl tamamilə fərqli şeylərdir. Elə isə “gerçək ağıl nədir?” onu araşdıraq. Ağılı zəka və savaddan fərqləndirən cəhət nədir? Necə ağıllı insan olmaq olar? suallarına cavab axtaraq.

    Öncə onu deyim ki, ağılın qaynağı Allah qorxusudur. Bunu Quran ayəsinə baxarkən anlayırıq: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər…” (Ənfal surəsi, 29). Haqla nahaqqı ayırd etmə bacarığına isə “fərasət” deyilir. Bu anlayış ağıllı insanın göstərdiyi davranışdır. Çünki ağıllı insan dərin qavrayışa sahib ola bilər, bu qavrayış isə bəsirətdir. Bəsirət anlayışı Quranda bizə təfsilatı ilə izah edilir. Quranda bildirilən ağıl, yəni bəsirət ruhda yaşanan mənəvi xüsusiyyətdir. Dolayısı ilə, ağıl beyinin bir funksiyası olan zəkadan fərqlənir. Yəni ağıl vicdanın da olduğu qəlbdə yerləşir. Bu, Quranda açıq-aşkar bildirilir:
    Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Həcc surəsi, 46)

    Ağılı zəka və savaddan fərqləndirən xüsusiyyətlərdən biri də ağılın artıb-azalması, zəkanın isə sabit, dəyişməz qalmasıdır. Ağıl insanın vicdanı ilə əlaqəlidir. İnsan vicdanını nə qədər çox dinləsə, ağlı da artar. Zəka isə insanın beyni zədələnərsə, zəifləyə bilər. Beyin zədələnməsə, insanın zəkası dəyişməz, sabit qalar. Zəkalı, savadlı insan elmi kəşflər edə, dövrünün tanınmış adamı və görkəmli şəxsiyyətlərindən biri ola bilər. Hər kəs savadlı və zəkalı ola bilər, ancaq ağıl yalnız iman gətirənlərə məxsus xüsusiyyətdir.

    Sizə bir misal verim. Pula, mal-dövlətə hərisliyi olan insan düşünün. Bu hərislik həmin insanın ağlını o dərəcədə örtər ki, bu vəziyyətdə olan insan ancaq “necə daha çox pul qazanım, dövlətli olum”, – deyə düşünər. Bəlkə də, varlı olar və hər şeyə sahib olar. Amma bu var-dövləti qazanmaq üçün ağılı, bəsirəti o qədər bağlanar ki, yardıma ehtiyacı olana kömək etməz, ətrafında baş verən hadisələrə laqeyd yanaşar və qəlbi qatılaşar. Həmin insanı kənardan izləyənlər “necə də ağıllıdır, fərasətlidir. Pulunun qədrini bilir, ətrafa dağıtmır”, – deyə düşünərlər. Ancaq həmin var-dövlət o insana axirətdə bir fayda verməz, əksinə, əzabını artırar (Doğrusunu Allah bilir). Ağıllı insan isə heç nəyə hərisliklə bağlanmaz, hər şeyi yaradanın Allah olduğunu bilər, öz acizliyini, Allahın isə sonsuz güc sahibi olduğunu görər, bunu dərk edər, köməyə ehtiyacı olana yardım edər, Allahın onun qarşısına çıxardığı hər fürsəti dəyərləndirər.

    Son olaraq qeyd etmək istəyirəm ki, ağılı insana Allah verir və dilədiyi anda da geri alır. İnsanın ağlının artması onun qəlbinin Allahın zikri ilə dolmasından asılıdır. İnsan öncə Allaha dua edərək bunu Ondan istəməlidir və unutmamalıdır ki, ağıl Qurandan qaynaqlanır, ağılı bizə Quran verir. Zəkalı insan Qurana tabe olduqda ağıllı olur. İnsan qəlbini nə qədər təmiz saxlasa, qısqanclıqdan, təkəbbürdən, kin-küdurətdən təmizləsə və nə qədər çox vicdanına uysa, bir o qədər Allaha yaxınlaşar və ağıl sahibi olar.

    Sevinc Haqverdizadə

  • “Mən çox sevirəm…”

    Pəncərədən baxmağı çox sevirəm… Pəncərə də insan kimi gah qapalı olur, gah da ki, açıq… Pəncərə insan qəlbi kimidir, gah plastikdəndir, sünidir, gah da ki, şüşədən, tez qırılandır… Pəncərə kimi şüşəsi gah tünd olur insan, qapanır, hamını görür, hamı üçün görünməzdir… Pəncərə kimi açıq rəngli şüşədən olanda hamı üçün açıq olur, hamını da görür, qarşılıqlıdır. Qəlb də pəncərə kimi bəzən kənar səsləri buraxır, bəzən təcrid edir bizi o səslərdən… Pəncərə də qapalı olanda insan kimi arxasında gizlənirik, müdafiə olunuruq, tünd şüşədən görürük hər yeri, qara rəngdə, bizi isə kimsə görmür, qorunuruq soyuqdan, yağışdan, qardan, küləkdən, baxıb müşahidə etsək də, bizim üçün təhlükəli, qorxulu olmur, açıq olanda pəncərə hər şey girə bilər, həşərat da, xəstəlik də, yağış da, soyuq da, istənilən şəxs də… Pəncərə kimi bizim önümüzü pərdə kəsmişdir…

    Qalanı sevirəm… Bir hər kəsüçün məlum qapısı var insanın mənəvi aləmi, qəlbi kimi 3-4 gizli, yeraltı giriş-çıxış, yolları var, hər kəs üçün naməlum, qapalı… Qalanı müdafiə edən olur, alınmaz olur, tarixə düşür, yaxşı təməli varsa, dağılmır…

    Təbiəti sevirəm… Dəyişsə də, təbiidir, gah vəhşidir, gah zərif, sakit, gah dağıdıcı, gah qoruyucu, gah da ki, yaradıcı… Mübarizəsi də təbiidir, seçimi də, etirazı da təbiidir, susqunluğu da…

    Dənizi sevirəm… Qumluqda gəzinib, özümlə və ya kiminləsə, dənizlə də söhbət etməyi çox sevirəm… Dəniz gah sakitdir, tabe olandır, gah da inqilabçı, islahatçı, tabe etdirəndir… Gah da ki, liberal, ya da radikal… Kiminlə ünsiyyətdə olmadığından asılı olmayaraq, dəniz dinləməyi bacarır, insanlardan fərqli olaraq, öz dilində təsəlli verir, münasibətini bildirir, hər damcısında, ləpəsində, dalğasında…

  • Aysel Abdullazadənin “Günəşin düşmədiyi odalar” a baxışım…

    28 Fevral bizim hər birimiz üçün möhtəşəm gün oldu, bizi Kitabevim kitab mağazasında (təşəkkür edirəm onlara) birləşdirən iki dəyər var idi:

    Biri Aysel, biri isə kitab…

    Mənim üçün Aysel kimdir?Aysel – Ay və Seldir! Ay kimi cəlbedici, valehedici, sevimli, gözəl, qaranlıqda işıq saçan, yolda mayak olan, ictimaiyyət və sosial toplum saydığımız insan okeanında qabarma və çəkilmələrə səbəb olan qadın, yazardır. Sel kimi isə cəsur, önündəki maneələri aşan, yuyub aparan, qorxmaz, mərd, cəsarətli, kəsərli sözü olan, aydın, təmiz, saf su kimi qəlbə malik olan bir xanım, yazardır…

    İkinci dəyər olan kitaba gəlincə, həqiqətən də Günəşin düşmədiyi otaqlar var, cavabsız suallar, qaranlıq qalan mətləblər, susulması məsləhət bilinən məsələlər, işıqsız qalan yollar, sevgisiz qalan qəlblər kimi, antonimlər var, qaranlıq və işıq, sevgi və nifrət, yaxşı və pis, xeyir və şər kimi, qadın və kişi kimi…

    Aysel xanım və onun yaradıcılığı ilə tanışlıq senzor.org saytı sayəsində olmuşdur.Rüfət Əhmədzadəyə minnətdaram. O saytda yerləşdirilən yazısı və piano arxasında güllü qırmızı don geyinmiş məsum və müsbət enerji, pozitiv verən bir xanım şəkli məni yaxşı mənada cəlb etdi, maraqlandırdı. Onun orada ardıcıl olaraq çıxan üç yazısını oxudum, çox bəyəndim “Çimərlik mədəniyyəti”, “Otel otaqları”, “Kirayələnmış fahişə” yazılarını çox sevdim, sosial şəbəkədə onu axtardım, tapdım, dostluq yolladım, bir həftə o, dostluğumu qəbul etmədi. Sonra isə qəbul etdi, biz dostlaşdıq, yazılarımızı oxuyub, müzakirə edirdik, oxşar fikirlər, düşüncələr, yazı tərzi və xarakterimiz bizi daha yaxınlaşdırdı, dost olduq, bacı olduq… Onun xətrini onu yaxından tanıdıqca, daha çox istəməyə başladım. Bir-birimizdən xəbərsiz bir-birimizi sayt redaktorlarına tövsiyyə edir, yazılarını yerləşdirirdik, ancaq sayta keçidi yollayırdıq sürpriz olaraq…

    Aysel geniş qəlbə və tükənməz səbrə malikdir, operativdir. Yenibaxis.az saytının təsisçisi və baş redaktorudur, filoloq olmaqla yanaşı, oz bloq səhifəsi var bloqqer olaraq, ayselabdullazade.blogspot.com. Yazılarımı ilk olaraq, saytında yerləşdirən, redaktə edən, uzun yazılarımı səbrlə oxuyub, fikrini bildirən insandır, tənqidi də yerindədir, tərifi də…

    Kitabı oxudum, çox sevinc, sevgi, maraq hissi ilə… Öz dəsti-xətti, üslübu ilə insanın ağlına və qəlbinə yol tapan yazılardır, düşündürən, yaşatdıran, hiss etdirən…

    Oxumağa dəyər hər yazısını…

    Bir çoxları yazılarına, hayqırtısına, qadın haqqlarını müdafiə etməsinə görə onu feminist və ya kişi düşməni saya bilər və yanılar… Onun ailəsində onun çox sevdiyi iki kişi var, Atası və qardaşı… Aysel, obyektiv insandır, düzü düz, əyrini əyri yazır, tənqid edəndə, qadınları da tənqid edir…

    Ona bir yazıya, yazının başlığına görə qiymət verənlər, yazını oxumadan ancaq başlığa görə fikir bildirənlər, rəy və ismarıc yazanlar yanılırlar… Əslində, hər yazısında sevgi var, qayğı var, diqqət var, cəsarət, təbiilik, səmimilik var, məsumluq var… Ən əsası həqiqət var…

    Rəsimlərində də rahatlıq, sevgi, gülüşündə səmimilik, baxışında dərinlik var… O, əsl qadındır… Yazılarının bir hissəsində yaşayan və yaşadan ictimaiyyət üçün bir az açıq, bir az qapalı insandır. Kitabı hər kəs oxumaq istər, amma onun dilini bilmək lazımdır, kitabda yazılanları anlamaq üçün hər sözü anlamaq, dərinliklərinə varmaq, o sözləri gerçəkləşdirib təxəyyülündə səhnələşdirmək lazımdır, sanki özünü o şeirdə yaşayan və yaşanılanların yerinə qoyursan, 3 d və 4 d effekti kimi… Bu qədər real, bu qədər canlı…

    Şərqdə qadın olmaq çətindir, cəmiyyət, ictimai rəy və qınağa görə… Qadın doğulmamış, doğulanda da bəzi ailələrdə problem yaradır, yaşayır… Qadın ikinci insan kimi qəbul edilir hələ də… Qadının problemləri çoxdur, qadın doğulmaq çətindir əslində… Qadın doğulduğu andan mübarizədədir əslində… Qadına qoyulan tabu, məhdudiyyət, qadağalar, adlar, vurulan damğalar, atmacalar, haqsız qınaqlar, “olmaz”lar qadının təbii simasını dəyişməkdədir, qadın sıxıldıqca, təzyiqlərə məruz qaldıqca, deformasiyaya uğrayır sanki, o qədər dəyişir ki, süniləşir…

    Aysel xanım, qorxmadan, çəkinmədən aktual sosial problemləri gündəmə gətirir, gündəlik həyatımızda yaşadıqlarımızı qələmə alır… Əslində, çətin nəsə yoxdur, hər şey, dili belə anlaşılandır, yadda qalandır və özünü sevdirəndir…

    Paxıl insan deyiləm, yazar, tənqidçi kimi mübarizəmə tək çıxmışdım, zərbələr mənə gəlirdi, dəstəyim az idi, çox sevinirəm ki, Aysel və onun kimi cinsindən asılı olmayaraq, həqiqəti yazmağı bacaran digər yazar dostlarım- Elməddin Rahiboğlu, Kamran İsmayılzadə, Tural Sahab, Mələk Heydərova, Fatimə Hacıbəyli, Vasif Ayan var, güc birlikdədir, biz mübarizəmizdə tək deyilik, əbəs deyildir…

    Bir yazımda yazmışdım, insanlar kitab kimidir, Aysel maraqlı, yeni məlumatlarla dolu, söz ehtiyatı olan, oxunaqlı, zəngin, dəyərli insan kitabdır, tənqidim odur ki, kitabın kiçikdir, yazıların az deyildir axı… Sən bitməz tomları olan ensiklopediyasan, kitabın da həcmcə böyük olmalıdır.

    Onun yaradıcılığında xüsusilə sevdiyim şeirlər var, sanki özümə çox yaxındır, sanki özümü görürəm…

    Güclü qadınlar bağışlamaz- bu fikirlə razıyam, güclü qadınlar bağışlamır, unutmur, sadəcə biganə olur və həyatına davam edir;
    Sevdiyim ikinci kişisən- söhbət ilk kişi olaraq atadan gedir, qız övladı doğulanda ilk sevdiyi və bağlandığı kimi onun atasıdır, sonra sevgilisi-həyat yoldaşı, uşaqlarının atası;
    Gedənlər həmişə unudanlar olmur- çox vaxt kimdən gedirsənsə, o, unudur, gedənlər getsə də, unuda bilmir, nə yaxşını, nə də ki, pisi…
    Mən öldürdüyünüz qadınam- şərq dünyasında aktual problem olan-qadınla bağlı problemlər öz yerini tapmışdır;
    Göz yaşlarım- düşündürücü, maraqlı yazıdır, eyni adlı yazımı-nəzirəmi yazmağa sövq etdi məni;
    Həyat- Həyat dediyim yazısını nəzirə olaraq yazmağa ruhlandırdı məni;
    Səninlə yaşlanmaq istəyirəm- hər bir kəs ömrünün sonuna və ölənədək sevəcəyi bir insanın olmasını və onunla yaşlanmaq istəyir. Bu hər bir kəsin arzusudur cinsindən asılı olmayaraq;
    Baxış bucağı-çox maraqlı, düşündürücü, əsas problemləri, insanların düşüncələrini əks etdirən yazıdır;
    Qadınam mən-çox doğru şəkildə vurğulanmış və cəsur etiraf və çağırışdır;
    Məni aldatmaq asandır-sevən və sevməyi bacaran, saf qəlbli insanları sevən zaman aldatmaq çox asandır;
    İnsan sifətləri-çox maraqlı, gerçəkliyi əks edən yazıdır;
    Hər şey eynidir… Hər şey fərqli-bəzən elə olur ki, həyatımız və özümüzün fərqli olduğunu düşünürük yanlı olaraq, əslində eynidir, eyniyik, bəzən isə eyni olduğumuzu düşünürük, eynidir həyatımız, yanılırıq, əslində, fərqliyik, fərqlidir həyatımız. Hər şey eyni olduğu qədər də fərqli ola bilər və ya əksinə;
    Qadın özləmi-qadın sevərsə, gözləyərsə, səbr edər. Səbri tükənməsin təki;
    Sona çatmaq yenidən başlamaqdır-hər son yeni bir şeyin başlanğıcıdır;
    Sənə inanmaq-hər kəs inanmaq istəyir, aldanmamaq istəyir;
    Sonra get-çox cəsarətli bir çağırışdır, “get” sözünü hər kəs cürət etmir deməyə… Tənhalıqdan qorxur bəziləri, bəzisi isə atılmaq, unudulmaq istəmir. Gedəni sağlamazlar;
    Get;
    Bir qadını olmalı kişinin- qaın və kişi tərs mütənasib, antonim olsa da, bir-birini tamamlayır, hər bir kişiyə qadın, hər bir qadına bir kişi lazımdır;
    Bir kişisi olmalı qadının.
    Bu tədbirə gələn hər kəsə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Kitabı sevən, mütaliə edən, ziyalı və yaradıcı insanları, onlara dəstək olanları xüsusilə vurğulamaq istəyirəm “təşəkkür ismarıcım”da.

    Aysel, valideynlərinə təşəkkür edirəm, vətənimizə belə layiqli, manqurtlaşmayan, vətənini, soykökünü unutmayan, sevən, zəngin mənəvi dünyaya, bitməz enerjiyə və söz ehtiyatına malik olan insan dünyaya gətirdiklərinə, bizi sevindirdiklərinə görə. Təşəkkür edirəm ki, bu gündə səni tək qoymadı ailən, bacın da, qardaşın da gəldi bu xoşbəxt gününə.

    Aysel, sənə təşəkkür edirəm, mənə olan etibar, sevgi, qayğı, diqqətinə görə, məsuliyyətli iş olan təqdimatında giriş sözü demək və iki saatlıq təqdimatını aparmaq çox sevincli, fəxr edici bir işdir, həm də çox məsuliyyətli, ciddi… Həyəcanlı idim, kövrəlirdim, ağlamaq istəyirdim sevincimdən, güclə saxlayırdım özümü…

    Aysel xanımı ilk kitabını çıxartması münasibətilə təbrik edirəm və uğurlar diləyirəm…

  • Gülnar SƏMA.”Çanaqqala zəfəri və ya 26 minanın türkanəliyi”

    gs

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və DGTYB üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Çanaqqala zəfəri və ya 26 minanın türkanəliyi
    İbrətamiz Çanaqqala savaşı haqqında mükəmməl əsərlərdən biri də Turqut Özakmanın “Diriliş Çanaqqala. 1915” romanıdır. Əsər dörd böyük hissədən ibarətdir. 1.Rus ruleti 2. Dənizin tutuşduğu gün 3. Hazırlıq 4. Diriliş birinci dönəm.
    Əsərə ön sözü də müəllifin özü yazıb. Müəllif bu savaşı diriliş, Türkün geri dönüşü, milli mücadilənin və cumhuriyyətin, bir sözlə yeni Türkiyənin ön sözü kimi qələmə verir. Savaş olub bitəndən həmin döyüşə üç cür yanaşma olduğunu vurğulayır. Birincilər həmin zəfərdə Mustafa Kamalı yox sayaraq anlatmışlar. İkincilər M.Kamalın rolunu kiçiltməyə çalışmışlar. Üçüncülər Çanaqqala savaşını möcüzələr, kəramətlər sərgisi kimi anlatmışlar. Onların fikrincə, bu əskəri bir savaşın qələbəsi yox, ilahi, gizli bir gücün sayəsində qazanılmış zəfərdir. Ön sözdə o da qeyd edilir ki, hətta bəzi yazarlar savaşa Allahı da qatırlar. Belə ki, Tanrı Cavad paşaya röyasında çiçəklərlə bəzənmiş kəf və vav hərflərini göstərir. Bu ilahi işarətin anlamı əbcəd hesabıyla 26 deməkdir. Yəni paşaya ilahi xəbərdarlıq gəlir ki 26 mayını- sualtı partlayıcını dənizin dibinə döşət ki, qələbə qazan. Bu cür qəribə yozumlara qarşı müəllif əsaslı bir sualla müraciət edir: “Nədən yalnız Çanaqqala savaşında ordumuza yardımçı oldular, möcüzələr, xarüqələr yaratdılar, digər cəbhələrdə heç yardımçı olmadılar?!” Həm də bu qələbədən sonra savaş 9 ay sürdü, bir döyüşə tanrı himayədarlıq edirdisə o niyə 9 ay uzanmalıydı?! Müəllif son olaraq qərar verir ki, Çanaqqala da eyniylə milli mücadilə kimi bir yazarın xəyal gücünə ehtiyacı olmayan bir dastandır. Bu səbəbdən də yazar uzun illərin fundamental araşdırmalarının nəticəsi olaraq ortaya mükəmməl bir roman qoymuşdur.
    Roman 27 Temmuz 1914, 27 Ekim 1914, 25 Temmuz 1915 tarixləriylə başlayır. Birinci hissədə ilk bir ildə baş verən hadisələrə diqqət edilir. Hər bir durum tarixi əsaslarıyla qabardılır. Bildirilir ki, 500 ildə qazanılan torpaqlar bir neçə həftə içində itirilmişdi. Dünya tarixində Qanuni dönəmindəki kimi zənginliyi, güclülüyü, gəlişimliliyi əldə etdikdən sonra bu zavallı duruma düşmüş tək bir dövlət yoxdu. Bununla yanaşı türk öz türlüyündəydi. Qərbin Türkiyə və türklər haqqında heç bir zaman doğru təxmin və tanıması olmayan siyasətçiləri yenə də çaşıb qaldılar. Müdhiş bir millilik, yurdsevərlik partlayışı oldu. Yazıçı bunu qabartmaq üçün elə epizodlardan sənətkarlıqla istifadə edir ki, bu da romanı daha da qüvvətləndirir. Kimsəsiz, yoxsul bir qadının da unudulmayacaq qəhrəmanlıq etdiyi yazarın diqqətindən yayınmır. O qadın yeganə varı olan saçlarını kəsib sataraq pulunu orduya verir. Bu da bir daha göstərir ki, xalq yüz illik durğunluğu üzərindən atmış, milli həyəcanı paylaşırdı.
    Yazıçı birinci hissədə Çanaqqala zəfərinə gedən yolun müəyyən incəliklərinə də yer ayırmışdır. Məsələn Ədirnənin geri alınması, Ənvər bəyin bu münasibətlə milli qəhrəman kimi yaddaşlara çökməsi bütün yurdu düyün evinə çevirdi. Böyük dövlətlər bu oldu bitdini qəbul etmək məcburiyyətində qaldılar.
    Romanda üç əsas şəxsin tutduğu vəzifəsi xüsusilə qeyd edilir. “Çatalca Kolordusunun öncü birliğinin başında Kolordu Kurmay Başkanı Yarbay Enver Bey, Gelibolu Kolordusunun öncü birliğinde de Kolordu Kurmay Başkanı Yarbay Fethi Okyar ve Harekât Şubesi Müdürü Binbaşı M. Kemal vardı”. Bununla yanaşı ordu başına gətirilən əslən alman olan Liman von Sander Liman paşa deyə çağrılmağa başlandı. Özünəməxsus xarakteri olan bu qərbli hər kəsdən bir alman kimi davranmasını tələb edirdi. Onun qabalığı türk əsgər və zabitlərində milliyyətçi ruhunu daha da gücləndirdi. Türk paşalarından alman heyranı olaraq tanınan Ənvər paşa da ordu başına keçdi və Liman paşa anladı ki, Əvər paşa nə qədər alman heyranı olsa da, özünə daha çox heyrandı. O, yeni və gəncləşmiş bir ordu qurdu, Liman paşa Ənvər Paşa ilə hesablaşmalı olduğunu anladı. Birinci dünya müharibəsi başladı və türk ordusu da almanların tərəfdarı olaraq bu müharibəyə qatıldı. Rusiyadan sonra İngiltərə, Fransa və Belçika da rəsmən Osmanlı dövlətinə müharibə elan etdilər. Hətta Yaponiya da formal olaraq onlara qoşulacaqdı. Yazıçı bu yerdə bir məqamı xüsusilə qabardır. Savaş başlayar başlamaz Rus çarı Osmanlıda yaşayan erməniləri üsyan etməyə çağırdı.
    Romanda ayrıca başlıq olaraq “Osmanlı- Almanya ilişkisinin özəti” də verilmişdir. Lakin biz əsas diqqəti məhz möhtəşəm Çanaqqala zəfərinin gedişatına yönəltmək istəyirik. “Çanaqqala Boğazı” adlanan hissəsdə əsas diqqəti çəkən döyüş hazırlığıdır. İstifadəyə yararsız bilib tulladıqları 13 top və digər lazımsız silahlar döyüş vəziyyətinə gətirildi. Hətta muzeyə göndərilmiş hava topları da istifadə edildi. Komandirlər Gəlibolu yarımadası ilə Ege dənizi ətrafını ovuclarının içi kimi bilirdilər.
    Romanın birinci bölümü “Rus ruleti” adıyla təqdim olunur. Burada əsas hadisələr Sarıqamış fəlakətiylə bağlı olaraq cərəyan edir. Bu bölümdə yazıçı müharibənin hərbi-texniki gücüylə əsl vətəndaşlığın mənəvi durumunu ustalıqla qarşılaşdırır. Yüzbaşı Hilmi Şanlıtop əsgərlərinə son tapşırığını verir. “…Burada yenilmək başqa yenilgilərə bənzəməz… Düşmən güclü. Amma biz də çox qərarlıyıq. Çünki vətənimizi qoruyacağıq… Savaş zamanı kimsə yaralı və şəhidlərlə məşğul olmayacaq…”
    İkinci bölüm “Dənizin tutuşduğu gün” adlanır. 19 Şubat saat 09.50-də ilk atış topçu zabiti yüzbaşı Harry Minchinin “Atəş!” əmriylə olur. Cornvallis zırhlısı-hərbi gəmisi tərəfindən atəş açılmasıyla Çanaqqala savaşı başlayır. Ağır topların atəşi saat 13.00-dək sürdü. Savaşın ikinci hissəsi saat 14.00-dan 17.30-a kimi davam etdi. Türklər 4 şəhid 11 yaralı vermişdilər. Bəlkə də, təsadüfi xoşbəxtlikdən beş gün hava çox pis keçdi. Türklər bu fürsətdən yararlanaq, saxta partlayıcıları keçidlərə düzdülər.
    Yazar xüsusilə vurğulayır ki, bəşər tarixində ingilislərlə türklər ilk dəfə savaşacaqdılar. Fevralın 25-dən Çanaqqala dəniz savaşı yenidən başlandı. İlk olaraq saat 10.15-də düşmənin “Queen Elizabeth”i div toplarıyla Səddülbahir tobyasını atəş altına aldı. Romanın bu hissəsində müəllif hər günün saatbasaat hesabatını yazır. Döyüşlərin nə vaxt başlamasından tutmuş nə vaxt bitməsinə kimi böyük bir sevgi ilə təsvir edilir. Hər bir düşmən gəmisinin atdığı addım və onun necə cəzalandırılması böyük ustalıqla canlandırılır. Yazıçı bir məqamı da önə çəkməyi unutmur. Cavad paşa Erenköy körfəzinə ölü nöqtə adlandırılan yerə də mina döşəməyi əmr etmişdi. “Öylə sıradan bir şey kimi söyləmişdi ki, bu önərinin tarixin axışını etkiləyəcəyi düşünülə bilməzdi”. Nə qədər təhlükəli olsa da, bu tapşırıq yerinə yetirilməliydi. Yüzbaşı Nazmı Akpınarın rəhbərliyi altında “Nusrat” gəmisiylə əldə olan son 26 partlayıcını paralel olaraq Qaranlıq limanına tökdülər. Müəllif döyüşün taleyini həll edən həmin anları çox həyəcanlandırıcı şəkildə anbaan göz önündə canlandırır. “…Nusrat” mayın gəmisi mayınların arasında 100-150 metr aralıqda, 80 kq ağırlığındakı minaları su üzərindən təxmini 4,5 metr altına sıralayacaqdı. 11 minalanmış xətt çəkdilər və saat 8.00-da Çanaqqalaya döndülər”.
    Yazıçı düşmən tərəfin də əsl simasını göstərməkdən çəkinmir. “Lord Kitchener sonucdan o qədər əmindir ki, Hamiltona gözəl şans diləməyə də ehtiyac duymadı. L.Kitchener türklər haqqında yanılırdı…” Birləşmiş donanmanın rəhbərliyinə Cardenin yardımcısı Amiral John Michael de Robek gətirildi. Əsas hücumun isə 18 mart Perşembe günü başlanmasını qərarlaşdırdılar. Onların planında yalnız bir cəhət nəzərə alınmamışdı. “Yurdunu anası kimi, qadını kimi, uşağı kimi sevən, canından əziz tutan çılğın Türklər…”
    Birləşmiş donanma 3 hücum qrupu hazırlamışdı. Birinci qrup 4 ingilis hərbi donanması idi: “Queen Elizabeth”, “Agamemnon”, “Lord Leson” və “İnflexible”. İkinci qrup 4 fransız hərbi gəmisi idi: “Gaulois”, “Charlemagne”, “Suffren”, “Bouvet”. Üçüncü qrup 8 ingilis hərbi gəmisi. “Majestic”, “Ocean”, “Vengeance”, “Cornvallis”, “Canopus”.
    Saat 10.30-da 18 üzən qala və 600 top marşla hücuma başladı. Saat 11.15-də həmin bənzərsiz savaş başladı. İlk atəşi Triumph gəmisi verdi. 35 dəqiqə aramsız atəş türklərə imkan vermədi. Dənizdə amansız döyüşlər gedən vaxtda başbakanlıqda böyük narahatlıqla gələn xəbərlər gözlənilirdi. Elə bu məqamda yazıçının bədii manevri maraqlıdır. O, Ziya Göyalpın ümidverici sözlərini də əsərinə daxil edir. “Biz indi Çanaqqalada vətənimizi qoruyuruq. Vətənini müdafiə edən əsgərin gücü silahin gücünü aşar. İngilis vətənini qoruyan türkü nə anlaya bilər, nə də yenə bilər…”
    Saat 12-də fransız gəmilərinə də hücuma keçmək əmri verildi. Türk əsgərlərinə isə daha önəmli bir əmr verilmişdi. Tək mərmi belə boşuna atılmayacaqdı. Türklərin hədəfi dəqiq vuran ilk mərmisi 12.20-də “İnflexible” gəmisinin ön dirəyini parçaladı və beləcə uğurlu bombardman davam etdi. Yazıçı ən kiçik epizodlarla böyük həyəcan yaşatmağı bacarır. Topun çarəsiz qalmağı Ərdəmətli Seyidin heysiyyətinə necə toxundusa, 275 kiloluq mərmini topa təkbaşına qaldırdı. O cür ağırlığa yenilməməsi üçün yazıçı onun elə bir məğrur obrazını yaradır ki, bunu ancaq bir türk edə biləcəyinə heç bir şübhə qalmır. O, bu cür inadkarlıqla 3 mərmini topa yetişdirə bildi ki, həmin mərmilər “Bouvetin” gəmisini çevirməyə yetərli oldu. Həmin gəminin “Nusrat”ın hələ kəşf edilməmiş 18 minasına tuş gəlməyi ilə şiddətli bir partlayış oldu. Əsərin bu yerində yazıçı daha bir türk müdrikliyini nümayiş etdirir. “Fransız Zırhlısı Bouvet batır. Türk tabya və bataryaları qurtarma çalışmalarını əngəlləməməküçün bir yerdən əmr almış kimi hamısı birdən atəşi kəsdilər. Başqa uzaq hədəflərə yönəldilər…”
    Saat 14.30-da “İnflexible” də savaşı davam etdirə bilməyəcəyini anlayıb geri çəkildi. Daha sonra fransız gəmisi Gauloisi vurdular. 3 saat içində türklər 5 düşmən gəmisini, necə deyərlər, oyundan kənarlaşdırmışdılar. İndi döyüş 11 düşmən gəmisi ilə türkün hikkəsiylə dolu 14 mina arasında gedirdi.
    Saat 16.00-da “İrresidtible” də “Nusrat”ın tökdüyü minaya çarpılıb partladı. Daha sonra “Ocean” da minaya düşdü. Birləşmiş donanma hərbi gücünün yarıdan çoxunu itirmişdi. Amiral de Robek geri çəkilmə əmri verdi. Ümumiyyətlə, savaşın necə bitdiyini müəllif belə təsvir edir. “Birleşik Donanma da artık açıkça dönüşe geçmişti. O zaman inandılar. Gün batıyordu. Deniz de gök de kan kırmızıya kesmişti. Sabah marşlar çalarak Boğaza giren Birleşik Donanmanın gururlu zırhlıları, orta ve küçük savaş gemileri, torpidobotları, motorları, mayın arama-tarama gemileri -Hamilton’un deyişi ile bir cenaze korteji gibi- sessizce Çanakkale Boğazı’nı terk ediyorlardı. Sonunda onlar da yenilginin acı tadını tatmışlardı. Topçular şükür secdesine kapandılar. Bu zafer yüzlerce yıllık ezikliğe, emperyalizmi yenilmez sanmaya son veriyordu. Balkan yenilgisinin, Sarıkamış felaketinin, Süveyş fiyaskosunun cesaret kırıcı etkilerini silecekti. Emperyalistleri, parayı, çeliği, makineyi, barutu, kader sanılan zavallılığı, aşağılık duygusunu, Avrupa önünde emireri gibi durma alışkanlığını yenmişlerdi”. Ən təsirləndirici məqamlardan biri də odur ki, türk əsgəri uzun fasilədən sonra ilk dəfə zəfər yeməyi yedi. Yazıçı yenə də imperialist düşüncəsiylə millətsevərlik duyğusunu müqayisə edir. Cardenin qorxduğu nə vardısa başına gəlmişdi. “Üç zırhlı batmıştı, beş zırhlı ağır yaralıydı, bine yakın denizci kaybedilmişti. Donanma çökmüştü. Nasıl olmuştu bu? Eski İngilizlerin saygıyla andıkları “Koca Türk” geri mi dönmüştü?”. Romanın digər iki hissəsindən və tarixdən də bəlli olduğu kimi qocaman türklük yenidən dünya idarəçiliyində öz mövqeyini möhkəmləndirirdi.
    Gülnar Səma

  • Gülnar SƏMA.”Mikayıl Müşfiqin “Çoban” poeması”

    gs

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və DGTYB üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    XX əsr Azərbaycan poeziyasının ömrü bütövlük simvoluna çevrilən nakam şairlərindən biri də Mikayıl Müşfiqdir. Onun müxtəlif məzmunlu lirik şeirləri, mənzum oçerk və mənzum nağıllarıyla yanaşı, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz” kimi poemaları da var.
    1933-cü ildə tamamlanan “Çoban” poeması xalq əfsanəsi əsasında qələmə alınmışdır. Əsər on yeddi parçadan və “Son”dan ibarətdir. Poema öz tarixinin memarı insana müraciətlə başlayır. Birinci hissədə əhvalatın baş verdiyi məkan barədə məlumat verilir. Hadisələr çox əski zamanlarda Azərbaycanın Abşeron civarında Quzğunun kənarında Səbayeldə baş verir. Əhalisinin yoxsul və ac olduğu xüsusi vurğulanan bu şəhərdə son dərəcə dəbdəbəli bir saray təsvir olunur.
    İkinci bölümdə bəlli olur ki, həmin saray Quş xan adlı hökmdarındır. Quş xan saray tikilib qurtardıqdan sonra memardan soruşur ki, bundan da gözəlini tikə bilərdinmi? Ustanın “Yarada bilərdim, xan, Nə yapsa yapar insan”- cavabı xanı qəzəbləndirir. Xan o boyda sənətkarı qılıncla tən yarı böldürür.
    Poemada əsas hadisələr üçüncü bölümdən sonra başlayır. Şair insan taleyi və onun xalqı qarşısındakı öhdəliklərini xanın qızı Mərcan obrazında ümumiləşdirir. Gözəlliyi və özəlliyi ilə heyranlarını məftun etmiş bu qıza çoxlu elçilər gəlir. Lakin atası elçilərə belə bir sual verir ki, qızın neçə xalı var? Əgər kimsə bu sualın cavabını bilsə, qız onundur. Əslində poemanın psixoloji düyünü də burada vurulur. Ata qızının elçilərinə məntiqə sığmayan sualla müraciət edir. Bunu sualın cavabı tapılarkən aydın görmək olur. Ola bilsin ki, o vaxtlar gənc yazar olan Müşfiq bu sualla yaratdığı obrazın qüsurlarını daha da qabartmaq fikrində olmuşdur. Ölkəni idarə edən bir xan, qızının bədənindəki xalların sayını yad kişilərdən soruşur… Lakin şair bu sualı verən obrazı belə səciyyələndirir.

    Xan taleyə inanır,
    Hər şeyi ondan sanır.
    “İnsanın olsa baxtı,
    Qızıldan olar taxtı.
    Mən talesiz olsaydım,
    Talesiz doğulsaydım,
    Xan olmaz, qul olardım,
    Muzdur, yoxsul olardım”.

    Əsəri oxuduqca insanı belə bir sual düşündürür ki, doğrudanmı Quş xan kimilər tale tərəfindən hifz olunur. Bu cür qəddar və səfeh insanlar dünyaya hökmranlıq etmək üçünmü gəlmişlər?!
    Növbəti bölümdə məlum olur ki, xanın qızı Mərcan tay-tuşlarıyla yay gələndə Xızı yaxınlığına yaylağa gedərmiş. Əsərin əsas mahiyyəti də yaylaq səfərində üzə çıxır. Çünki saray qızlarının gəzib dolaşdığı bu yerlərdə Dəmirdaş adlı igid çoban yaşayırmış. Şair öz qəhrəmanını daha yaxından tanıtmaq üçün əlavə haşiyələrə də yer verir. Bunlardan biri Dəmirdaşın qonşuluğunda yaşayan qızın bir neçə atlı tərəfindən qaçırılması və anasının ah-nalə etməsidir.
    O həm də qavalda yanıqlı şikəstə oxumağıyla da heyranedicidir. Oxuyarkən o, soydaşlarının çəkdikləri zillətləri də, bir gecə Mərcanın onu gizlicə çağırmağını da xatırlayır. Şair əsərin bu yerində maraqlı bir manevr edir. Dramatik əsərləri xatırladan remarka kimi keçid verir. Qavalı çalanın kimliyini axtaran xan qızı üstü-başı yamaqlı çobanı görən kimi siyah gözlərindən atəş axır. Bu epizodda Mərcanla çobanın pyesvari dialoqu verilir. Həmin dialoqda qızın qavalın niyə belə qəmli olmasını soruşmasına çoban cavab verir ki, “Çünki el matəmlidir, Səbayel mahalında”. Şair onların dialoqunda qəribə bir söhbətləşmə təsvir edir. Sanki el içindən çıxmış oğlan qızın ona atəşlə baxan gözlərinin fərqində deyil. Dəmirdaş əsasən əzilən təbəqənin ağır güzəranından şikayətlənir.
    Yeddinci bölümdə şair süjetə yeni bir epizod əlavə edir. Xan gözəl havada ova çıxdığı vaxt Qorxmaz adlı bir çoban da sürüsünü otarırmış. Xanla vəzir sanki adi bir oyun oynayırlarmış kimi həmin çobanı sərrast nişan almağın mərcini edirlər. Xan oxunu çəkir və hədəf nişan alınanda soyuqqanlı şəkildə yenə də öz məntiqsiz məntiqinə əsaslanır; “Görünür, baxtı yoxmuş, Tale ona soyuqmuş”. Şair hökmranların özbaşınalığını sərgiləyən bu epizodla həm də xanın fikirlərinə diqqəti çəkir. Doğrudanmı, tanrı Qorxmazı çoban olub, xanın bir nişan oxuyla ölməyi üçün yaradıb?! Doğrudanmı, bu cür səbəbsiz ölümlərə açıq-aşkar meydan verilir?! Bu suallara Dəmirdaş da cavab axtarmağa çalışır.

    Neçin, neçin bu qansız
    Qaçırır gündə bir qız?!
    Xan yenə də qudurmuş
    Neçin Qorxmazı vurmuş?

    Şair yenə də onun bu fikirlərə qərq olmuş anlarını Mərcanla dialoqda verir. Mərcan ona da qaval çalmaq öyrətməyi xahiş edəndə çoban kinayəli cavab verir ki, atan dağlara daha gözəl ün salır. Lakin onun belə kinayələrinə baxmayaraq, Mərcan sevgisini gizlətmir, etiraf edir. Çoban isə səni mənə verməzlər deyərək qızı uyarır. Həm də xatırladır ki, atan səni xallarının sayını bilənə verəcək. Həmin epizodda şair Mərcanın diliylə qəribə bir eyham vurur; “Qoy deyim: Xallarım bu! Yetər, sıxma ruhumu”. Lakin “bu” deyə təqdim olunan sayın neçə olduğu yenə də bəlli olmur. Çoban qıza sevgisinin qarşılığında qəribə bir şərt qoyur; “Desəm atanı öldür! Ağlayan xalqı güldür. Edərsənmi?” – sualı oxucunu çaşdırır. Xalq içindən çıxmış oğlan doğrudanmı bir qızı öz atasının qatili etmək istəyir?! Belə qarışıq suallar oxucunu düşündürdüyü zaman cavabını oxuyuruq; “Edərəm, Ölümə də gedərəm!” Müşfiq kimi şair bir qıza bu cavabı verdirmək üçün hansı meyarlara əsaslana bilərdi?! Qızının atasına qarşı çıxmasını yeniliyin köhnəlik üzərində qələbəsi kimimi verib, yoxsa eşqdən gözü kor olan qız ata qatili olmağa belə razıdırmı? Ya bəlkə də, ədalətsiz sarayda da ədalətli varislər yetisə bilər şüarına əsaslanıb!? Yaxud da ədalət necə olur-olsun bərpa olunmalıdır prinsipinəmi güvənib, müəyyən etmək çətindir. Məsələyə belə də yanaşmaq olar ki, ata öz qızının məhəbbətini də qazana bilməyib. Bəs onda başqalarının səadətini düşünən, sevməyi bacaran bir qız öz atasına necə qıya bilər? Suallar çoxalır, fakt odur ki, qız atasını öldürməyə də razı olur. Lakin çoban məsləhət görür ki, hələ vaxtı deyil, əvvəlcə üsyan hazırlayaq.
    Qız bildirir ki, yaxınlarda şəhərə köçəcəyik, bu gözəl yerlər sizə qalacaq. Çoban isə yenə də öz mövqeyində qalır ki, bizə yalnız bu gözəl dağ-dərə yox, həm də “O kor, o sağır kəndlər, Vergisi ağır kəndlər” qalır. Nədənsə xalqı təmsil edən bu el igidi insana kobud aşiq kimi təqdim olunur. Müəllif onun haqqında yazır ki, “Ələ almış Mərcanı, Hazırlayır üsyanı!” İnsanda belə təəsürat yaranır ki, bu üsyankar gənc onu sevən qızın hisslərindən öz planlarını həyata keçirmək üçün istifadə edir. Onların görüş səhnəsi belə təsvir olunur. “Girir ağaclıqlara, Görüşür sıra-sıra”. Yəqin ki, şair bu epizodu əbəs yerə verməyib. Axı qızın atası onun bədənindəki xalların sayını soruşacaqdı…
    Süjetə maraqlı bir detal da əlavə olunur ki, vəzirin oğlu Gülçin də Mərcanı sevir. O da qızın bədənində neçə xal olduğunu bilmir. Bununla belə o, qızla evlənib hakimiyyəti ələ almağın xəyallarını qurur. Lakin bu xəyalların ənənəvi bir sonluğu görünür; “Yapacaqdır baş hərəm”. Yəni Mərcan da sadəcə hakimiyyətdə olanın bir neçə arvadından birisi olacaq. Baş hərəm olmaq isə onun hökmdar qızı olmağından miras qalıb. Vəzirin oğlunun da ürəyi o qədər genişdir ki, ora ürəyi istəyən qədər qadın yerləşdirə bilər.
    Şair qızın atasına qarşı çıxmasına haqq qazandırmaq üçün əlavə epizodlara da yer verir. Bunlardan biri belədir ki, vergini verə bilməyən kəndlinin əl-ayağını bağlayıb döyürlər. Bunu görən Mərcan “Zavallını buraxın!” – deyə əmr edir. Gördüyü bu səhnə onda çobanın ədaləti bərqərar etmək planlarına bir az da həvəs yaradır, saraydan meyli dönür. Hətta digər hərəmlərin də sarayı zindan adlandırmağı onda saraya qarşı ikrah hissi oyadır. Başında sevda yeli əsən Dəmirdaş da “Əvvəl üsyan, sonra qız, Xanlığı yıxmalıyız!”- deyə düşünür. Həm də bu saray qızını dəfələrlə sınamaqdan sanki zövq alır. Ondan soruşur ki, başqa bir xan xalını tapıb desə, ona gedərsənmi? Qız isə qətiyyətlə cavabını verir ki, “Bir dəfə dedim ki, mən Səndən başqa heç kəsə Getməm başım kəsilsə!”
    Müasir dövrdən baxanda Dəmirdaş dardüşüncəli kənd uşağı təsiri bağışlayır. Mərcan isə ziyalı bir təbəqənin elitar nümayəndəsi kimi qəbul edilir. Çoban bildirir ki, qızın saraydan qaçmasıyla heç nə dəyişməyəcək. Məsələni kökündən həll etmək lazımdır, xanlıq yıxılmalıdır. Qız onu xəbərdar edir ki, sabah başqa elçilər gələndə o da gəlib istəsin.
    Böyük məclis qurulur. Xan sualını verir, bilməyənlər gedirlər. Qalır Gülçin və Dəmirdaş. Gülçin də sualın cavabını bilmir. Sıra çobana çatanda xanı gülmək tutsa da, sualını verir. Çoban dərhal cavab verir ki, “Qızın yeddi xalı var”. Xan soruşanda ki, haradan bilirsən, çonban cavab verir ki, “Yuxuda saymışam mən”. Verilən cavab düzdür, lakin təsdiq cavabı da doğrudurmu? Axı bu yuxunu hansısa xan oğlu görə bilməzdimi? Əslində yəqin ki, əsl səbəb onların gizli görüşündədir, ya da qız ona xallarının sayını düzgün deyibmiş. Hər halda sualı verən qızın atasıydı və düzgün cavabın da necə tapılacağını düşünməliydi. Lakin xanı başqa şey düşündürür. O, qızını bu çobana necə versin?! Axı o daha layiqli bir namizəd axtarırdı.
    Bu yerdə şair xanın yenə də tale ilə bağlı düşüncələrinə ayna tutur. “Qazandığım bu şöhrət Bir çobana yaraşmaz. Yox, taleylə kar aşmaz”. Xan bu fikirlərdə ikən qızıyla çoban üsyanın planlarını cızırlar…
    Vəzir həyəcanla xana qızının qaçırılması xəbərini verir. Sevgililərin arxasınca atlılar hücum edir. Sevgililər çabuk çaparaq Zığa çatırlar. Artıq getməyə yer qalmır, 3 tərəfi su alır. Onlar suya girməyə məcbur olurlar. Xalq kütləsi də hücuma keçib sarayı ələ keçirir, Quş xanı öldürür. Lakin Mərcanla Dəmirdaş Xəzərin sularında qərq olurlar. “Son”da şair oxucularına belə bir sual ünvanlayır; “Tarixdə dağılan saraylar azmı? Döyüşdə boğulan alaylar azmı?”

    06.02.2016
    Gülnar Səma

  • Şəfa VƏLİYEVA.”Bomboş çərçivəyəm-içimdə xəyal…”

    1915291_748109358667106_2463672035380493579_n

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Orda, uzaqlarda bir yer var… Orda xoşbəxtlik var…Orda sevənlər “həsrət”, “hicran” sözlərini bilmirlər. Orda hamının bildiyi nağıllarda küpəgirən qarılar, divlər, zülmət sehrkarları yoxdur… Orda…

    Oranın hara olduğunu da bilsək yaman olardı. “Hər kəs” və ya “heç kəs” olur həmişə dünyamızda. Nə qədər ki, özümüzün bu dünyaya gərəkli olduğumuzu bilirik, özümüzə güvənirik, onda “hər kəs” dünyamızın bir hissəsi, müəyyən dərəcədə anlamıdır… Ta o zamana qədər… O zamanda ürəyimizin “yükünü” çəkəmmirik. Düzü, çəkirik ey… Guya çəkməkdən başqa çarəmizmi olur?! Sadəcə, gözümüz dörd olur ki, görəsən, daha kim “ürəyini” söykəyəcək ürəyimizə? Bir də baxırıq, “heç kim” … Onda da başlayırıq üşüməyə… Elə bil Sinan padşahın qırx arşınlıq quyu-zindanının dibinə düşmüşük… “Bəxt” sözünü yalnız o qırx arşınlıq quyunun dibində yada salırıq. Oluruq: BƏXTSİZ…

    “Bəxtsiz” olduğum bir zamanda Mehman Rasimoğlunun “Könlüm məhəbbətin harayındadır” kitabını vərəqləməyə başladım. Rastıma çıxan bu misraya “sığındım”…

    Mən bəxti keçələm, sən qaravəlli…

    Keçəllərin bəxti gözəl olsa da, qaravəllilər bitməzliyi ilə ürək üzə bilir bəzən…Dolayısı ilə, bəxtinə çıxan sevdalısının əlçatmazlığını demək istəyir Mehman burada. Özünü istəyinə çatmağının arzuları ilə aldatdığını da gizlətmir gənc şair. O qədər beynində vüsal ümidləri yaşayır ki…

    Kölgəmi arxamda görsəm nə zaman,

    Sanıram arxamca yar gəlir, gülüm…

    Bundan sonrası onun qurduğu ümidlərdə yıxılmasıdı daha… Türk dünyasının görkəmli folklorşünas alimi, professor Sədnik Paşa Pirsultanlı “Koroğlu” eposundan danışarkən qəribə bir epizodu xatırlamışdı bir dəfə.

    -“Koroğlu” eposundakı aşıq havalarını araşdırırdım. Gəlib, gəlib “Şirinqala” havasında, elə bil, üzü yoxuşa dirəndim. Koroğlunun adıyla bağlı bütün havaların ruhu döyüşkəndir, “ölləm-öldürrəm” deyir. Təkcə, “Şirinqala” adamı ağladır. Ağladır nədi ey… Adamın ürəyini çəkir. Dedim, görəsən, bu boyda paşalara, xotkarlara qan udduran Koroğlu nəyə ağlayıb belə? Bir gün yolum Tovuza düşdü. Getdim, “Şirinqala” əfsanəsini eşitdim. Onda anladım ki, adam kim olur-olsun, nəçi olur-olsun, onu nakam məhəbbət həmişə ağladır.

    Sədnik Paşa Pirsultanlı düz deyirdi… Ayrılıq qoxan misralar qədər heç bir şeirə başını qoluna söykəyib ağlamırsan. Mehmanın da belə “çarəsiz”, “ayrılıqdan” qorxub boynunu bükən misraları var. O misralardakı ayrılıq qorxusu gənc şairi məcbur edir ki, üsyan etsin:

    Ya gəl öldür məni, ya qır tilsimi,

    Apar! Apar məni sən olan yerə…

    Sevənlər o vaxt boynubükük olur ki, sevilənlər gedir, gedənlər dönmür… Dönən də artıq o sevgiyə layiq olmur. Və o gedişlə dönüş arasındakı zamanı “darıxmaq” feli ilə hərəkətə gətiririk. Yoxsa, o zaman keçmir… Yerindəcə dayanır… Mehmanın şeir dünyasında “darıxmaq” özü də hərəkət edir:

    Darıxmaq gör məni nə hala saldı:

    Gözümlə hər yerə səni düzürəm.

    Bu göz önündə duran xəyallara aldandığını anlamağa da gecikmir şair. Qayıdıb bu xəyal quran aşiqə-öz daxilinə baxır… Özünün “aciz”liyini etiraf edir:

    Bomboş çərçivəyəm-içimdə xəyal…

    Nəhayət, onu tərk edənin uzaqlaşan siluetini bir daha gözlərinə həbs edir. Arxasınca ürəyindəki narahatlığını dilə gətirir:

    Getdin?! Gözlərimin ağı, qarası,

    Əlvida demədən hara gedirsən?!

    Gedən yolçunun onun səsinə geri dönüb kinayəli baxışlarla baxmağını isə qəbul edə bilmir. Sevgisini dilinə gətirdiyi üçün bu istehzanı haqsızlıq sanır özünə:

    Bülbül qondu öz gülünə-qovuşdu,

    Mənim sənə “gəl” deməyim ar oldu?!

    Mehman Rasimoğlunun məhəbbətin harayında olan könlü onun sevgisinə cavab verməyən sevdalısından küsə bilmir, qara sevda yolunda çəkdiyi cəfalarla qürur duyur:

    Eşq halından can çəkişən aşiqdən söhbət düşəndə,

    Şükür edir öz halına Məcnun Mehman olan yerdə…

    Beləcə… Günlərdən birini də Tovuzlu Aşıq Əsəd Rzayevin nəticəsi Mehman Rasimoğlunun şeir dünyasına qatıb “ötürdüm” ömür yolundan… Şeir yolun uğurlu olsun, Mehman!

  • Şəfa VƏLİYEVA.”Saygyonun əriyi”

    1915291_748109358667106_2463672035380493579_n

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Saygyonun əriyi

    “ATV KİTAB”IN NƏŞRİ OLAN “SƏSİNDƏN TANIDILAR PAYIZI” KİTABINI OXUDUM…

    Saygyo yapon ədəbiyyatında tankaları ilə öz tarixini yazıb. Və bu tarix bəzək-düzəkli deyil.

    Tarix özü bəzək düşkünüdür, bəzənməsə, gözə görünmək istəməz. Görünsə də… Vay o gündən ki, tarix bəzəksiz-düzəksiz gözə görünə! Bəşər övladı başını götürüb hara qaçar, İlahi?!

    Yox! Elə beləcə olsa, daha yaxşıdı tarix – bəzəkli-düzəkli. Dünya tarixinin bütün səhifələri insan əlinin “əməyi” olan “ənlik-kirşandan” kasad deyil. Təkcə ədəbiyyat bəzəksizdi. Çünki ədəbiyyat özü yaranışdan gözəl olur, onun tarixi süsə ehtiyacı yoxdur, öz naxışları bəs edir. Yanlışları da naxış olur sözün.

    Saygyonun tarixi də belədir.

    Onun tankalarında daha çox xoşuma gələn ərik oldu. Ömrünün 30 ilindən artığını dağlarda yaşayan şair üçün ərik ağacı beynində çizilən xəyallı dünyanın ətridi, dadıdı. Onun dağdakı komasının yanındakı ərik ağacı bəzən dərd ortağı, bəzən təbəssümünün səbəbi, bəzən də saçlarıyla oynamaq istədiyi xəyali sevdalısıdı. Amma şair ərik ağacının tənhalığının təsəllisi olduğunu da etiraf etmək iqtidarındadır:

    Necə ki, kənddə
    Çəpər dibindəki
    Əriklər sovulmayıb,
    Ətir sorağıyla
    Yolçu gözləyirəm.

    Hər sulanan əriklə bir az daha ümid yaranır şair qəlbində ki, mütləq o yolçu gələcək. Bir gün yolların yuxusu pozulur, şairin yuxusu yozulur, o naməlum yolçunun yolu Saygyonun dağdakı komasının yanından keçir, ərik ətri onu yoldan eyləyir…

    Çəpər dibindəki ərik
    Xoş ətir saçır.
    Və yol keçən biri
    Məftun-məftun dayanıb durur.
    Bunu heç vaxt unutma!

    Tənhalığının min bir rəngini bir yaşıl cizgiylə qəfildən dəyişən yolçunun gəlişi o qədər möhtəşəmdir ki, şair onun koması önündə bir anlıq dayanıb ərik ətrini ciyərinə çəkməsini heç vaxt unutmaq istəmir. Bu anı təkrar-təkrar yaşamaq istəyir. Lakin yolçu sakitcə öz yoluna davam edir, komanın yanından təbəssümlə keçib gedir.

    Bu gediş şairi incidir, küskün ürəyini bir az da küsdürür. Amma o, bədbinləşmək istəmir ərik ağacına baxa-baxa. Ona görə də növbəti təsəllisini uydurur:

    Əgər bu bahar
    Bu tikanlı çəpəri
    Basıb gələrsə birisi
    Əriyi qoxlamağa,
    O, mənim dostumdu demək!

    Dost da ki… Bu birhecalı sözün izahı hecalara, sözlərə sığmaz. Ümidlərə sığar təkcə, ümidlərə. Ümid-ümid yaşanır dost gəlişi, arzu-arzu su səpilir yollara, dost gələndə toz olmasın deyə. Şair ömrünün ərikli günləri dost gəlişinə boylanan baxışlarla sona yetir, ərik mövsümü başa çatır.

    İkinci ərik mövsümünü şair Saqada qarşılayır. Burada o, monastır bağıyla üzbəüz dayandığı küçədə də ərik ətriylə “görüşür”. Bu görüş Saygyo üçün qərib xəyallara dalmaq olur. Bu görüş Saygyo üçün ürəyiylə söhbət etmək olur:

    Nədir bu, sahibim?
    Yoxsa, azacıq külək əsən kimi
    Həyəcanlanırsan?
    Hətta, uzaqdan belə
    Şirindir ərik qoxusu.

    Monastır bağındakı ərik ağacına baxdıqca şair öz kiçik komasını, köhnə çardağını xatırlayır. O çardağın bu mövsüm əriklə birgə sahibin yolunu gözləməsinə kövrəlir. Tikanlı çəpərin arxasından yola boylanan ərik ağacına sarı yol başlayır. Özündən əvvəlki koma sahibinin ərik əmanətini əzizləməyə borclu sanır duyğularını. Saygyo hələ yolun başlanğıcından əriyin ətrini duyur.

    Necə doğmadır mənə
    Bu uçuq çardaq…
    Və yanındakı çiçəkləyən ərik…
    Duydum-anladım qəlbini
    Bu evin məndən əvvəlki sakininin.

    Koması yanında ayaq saxlayan naməlum yolçunun hisslərini yaşayır koma sahibi. Ərik ətrini məğrur edənin bahar küləyi olduğu da burda ona aydın olur. Bu dəfə də küləyə minnətdarlığını bildirir:

    Əriyin qoxusunu
    Dayaz dərələrə sən yaydın,
    Ey bahar küləyi!
    Buraya gələn olsa,
    Doyur onları bu tünd qoxuyla.

    Bir səhər də bahar küləyi Saygyonu günəşdən qabaq oyadır, burnuna ərik qoxusu gətirərək. Tənhalığına oyanır şair. Kimsəsizliyindən qorxur. Bürünür darıxmağın kürkünə. Və ürəyindən keçəni dilinə gətirir:

    Nə olar, tez gəl
    Mənim bu tənha daxmama!
    Əriklər çiçəkləyib.
    O ətrin xatirinə
    Yadlar belə qonaq gəlmişdi
    indiyədək.

    Hər ərik mövsümünü belə yaşayıb, belə yola salır Saygyo. Və hələ də bütün dünya onun tankalarını oxuduqca ərik ətrindən məst ola bilir. Bu məstliyin xoşhallığındadır Saygyonun ölümsüzlük sehri. Bacaran olacaqmı bu sehrdən qurtulmağı, görəsən?!

  • Aysel ABDULLAZADƏ.”Aşık olmak ve sevmek…”

    12607218_940774069370199_1120366057_n

    İNCƏ CİZGİ – 05.02.2014
    İki kelime ne kadar yakındır, ne kadar bir-birine dolaşık. Sanki aynı şeymiş gibi birini diğerinin yerinde kullanırız bazı cümlelerde. Fakat derinden düşününce ince bir çizgi ile fark olduğunu anlarız. Aşık olmak ilk defa gördüyün birinin bilmediyin bir şeyinden etkilenmektir. Bir bakışından, bir gülüşünden ve ya sadece ani bir duruşundan. O an beynimize kazılan ve hep o şekilde hatıramızda çerçivelenen bir kare olur.
    Bir bakışına ve ya içten bir tebessümüne aşık olursun. Sende yıllar geçse bile hep aynı kalır o tebessüm…Adı geçtiğinde o gülüşü yaşarsın yeniden. O senin için dünyada tek olan insana çevrilir, birtanedir zannedersin ve yalnızca sen bulmuşsundur. Her gün, her an düşünürsün. Her kese bu mutlulukla gülücükler saçarsın. Mantıklı düşünemez, yalnızca kalbinle karar verirsin, gözüne bişey görünmez, bir anlamda göre bilen bir körsündür artık. Tebrikler aşık olmuşsun!
    Sevmek… Bu kelimenin anlamı çok derindir. Sevmek daha yüksekdedir, daha toz-pembedir sevince hayat. Sevmek biraz da bencillikten arınmaktır, halbuki aşık olunca insan bencilleşir, sadece onun olsun ister, paylaşamaz hiç bir şekilde. Oysa sevmek onun mutlu olması için çabalamaktır, seninle olmasa bile sadece mutlu olsun yeter deye bilmetir. Sevmek kalbinin onun mutluluğu ile çarpmasıdır.
    Uzaktan, dokunmadan, duymadan, görmeden onu içinde hiss ede bilmektir. Ona sarılmadan o duygunun hayalini beyninde kurup yaşatmaktır. Nerde olursa olsun, seviyorsan sevmişsindir, ama aşıksan mesafelerin seni yorar, yanında olmayınca usanırsın, hırçınlaşırsın. Sevmekle aşık olmanın ince farkı budur işte. Sevdiyine aşık olursan, işte o zaman hayatda her şeyi kazanmış bir insansın. Sevmek ruha işler çünki ve ruh ölümsüzdür, sevginiz ölümsüz olmalı, ölümcül deyil… Ruhunla, var oluşunla ruhunu, var oluşunu sev….!

  • “HEYKƏL KİMİ İNSAN…”

    ge

    O, bir insandır əslində, kənardan hər kəs onu heykəl bilir, kimin üçün isə sadəcə büstdür, sinədən yuxarıya baxır hər kəs ona, bir də kişilərin bəzisi üçün arzulanan qadındır, “dır-dır etmir”, susur, danışmır… Hiss və həyəcanları, fikirləri içindədir, onun dilini kimsə anlamır, səsini kimsə eşitmir…

    O, içində ağlayır, bəzən yağış yağanda bəxti gətirir, üstü su olduğundan, kimsə anlamır ki, o, ağlayır, hər kəs onun simasındakı suyun yağışın suyu zənn edir…

    O, bir qadındır… Cəmiyyətdə öz sözünü demiş, seçilmiş qadın… Kimin üçün isə dostdur, kimisi onunla fəxr edir, kimisi anlamayıb təhqir edir, söyür, heykəllərimizi də ələ salan, təhqir edənlər, söyənlər, anlamayanlar var, az deyil onların sayları axı…

    O, həm Şeytana lazımdır, həm də Allaha… O, Allaha öz bildiyi kimi dua edir, qəlbinin səsini eşidə bilir, tənhalığa o qədər öyrəşmişdir ki, evində belə dəyişiklik etmişdir, mebellərin yerini təkbaşına dəyişmişdir, tənha adamın evinə bənzəyir indi evi…

    Allah ona nə vermişdir, bilmir, amma Şeytana çox lazımdır ona verilən… Şeytan bir gün yuxusuna girir, digər bir gün xeyir mələkləri girir, bir gün qaranlıqda olur yuxusunda, bir gün aydınlıqda… O, insanları kitab kimi oxuyur, tanıyır, müşahidə edir, təhlil edir, susur… O, insanları anlayır, dinləyir, dəstək olur, əvəzini gözləmədən… Onda gizli nəsə var, tam anlaşılmayan, açılmamış, gizlilikdən çıxmayan… Özü də anlamır nədir… Allahdandırmı, Şeytandandırmı? Şeytan niyə belə ciddi cəhdlə onun qəlbini əlindən almaq istəyir? Şeytanla da az olmayıb ünsiyyəti yuxularında, aldatmaq istəyib o, Şeytanı düz 3 dəfə… Sonda verməyib qəlbini, məğlub olmayıb, itkiləri çox olsa da…

    O, dindən üz döndərib, tanıdığı bircə varlıq Allahdır, qorxmur Allahdan, sevir…

    Cənnətə və cəhənnəmə inanmır… Çəkə biləcəyi dərdi, yükü çəkir, şikayət də etmir… Razıdır həyatından… Ona həsəd aparanlar, paxıllıq edənlər də, az deyildir… Atırlar daşı, ləkələyirlər, üstünü cızırlar, nəsə yazırlar, heykələ etdikləri kimi, bircə soyundura bilmirlər, nə ruhunu görürlər, nə də iç dünyasını… Soyuqdur, biganədir kənardan baxan üçün… Əslində, içində nələr baş verir, özü bilir…

    O, yazır, yazdıqca, sanki rahatlıq tapır, heykəl kimi quru, emosiyasız görünə bilər, selfi çəkmək istəyə bilərlər onunla, tanısalar da, tanımasalar da…

    Heykəl kimi zahiri görkəmi çəkir insanları özünə… İçi kimisə maraqlandırmır… O, hər kəs üçün heykəldir, özü üçün isə sağ insan… Yaşamaq istəyən insan…

    O, bir insandır, yanlışları da var, doğruları kimi… Özünü mükəmməl saymır, mükəmməl olmağa da can atmır… Nə varsa, onundur…

    Onun içində tükənməz enerji vardır… Qapandıqca, qapanır, ictimai sima olsa da, son vaxtlar… O, susur, gözləyir… Həyatı davam edir… Eyni yerdə, məkanda, eyni simada, zaman ötür, o isə həminkidir, dəyişmir yerini, möqeyini… Köçürtməsələr, təmirə aparmasalar, yeri kiməsə lazım olmasa, yerindən məmnundur…

    Heykəl kimidir, daşı atırlar, hər kəs onu sınmaz, möhkəm, güclü bilir, heykəl kimi… Ağrımır dəyən daşların yeri, yaralamır onu… Süni materialdandır sanki, nə yağış onu paslayır, nə qar, nə külək, çovğun ona maneədir, təhlükəlidir, nə də ki, günəş…

    Atılan palçıq, çamır, üzərində qalan ləkələri də vecinə almır artıq… Çünki o, əslində əlçatmazdır, toxunsalar da, əl vursalar da… İç dünyası toxunulmazdır…

    Cəmiyyət çoxluqdur, fərdlərdən ibarətdir əslində, hər bir fərd isə özünə görə fərdidir, amma kiməsə qarşı lazım olanda, elə birləşir ki, elə həmrəy olur ki, sözlə deyiləsi deyildir…

    Cəmiyyətə maraqlıdır bu heykəlin keçmişi, gələcəyi, indiki dövrü… Niyə o, heykəldir?! Cansız Heykəl, Ruhsuz Heykəldir hər kəs digər bir kəs üçün anlamadığı zaman…

    Əslində, o, hər kəs üçün canlı olmaq istəyir, kimsə biri olsun, toxunsun və onu canlandırsın, bezmişdir bir yandan heykəl olmaqdan… Bezmişdir hərəkətsizlikdən, təkrarçılıqdan, bekarçılıqdan, kimsə kənardan baxıb, anlasın ki, o, heykəl deyil, hamı kimi canlıdır, insandır… Amma tək istəmək yetmir bəzən… Səsini, hayqırtısını, onun daxili aləmini görə biləcək birisi çıxanadək, belə olacaqdır…

    O, əslində bir insandır, kiminsə qızı, bacısı, anası, xanımı, sevgilisi, nəvəsi…

    Günel Fərhadqızı

  • “GÖZ YAŞLARIMDA YAŞAYAR UĞURUM, UĞURSUZLUĞUM…”

    ge

    Gözlər qəlbin aynasıdır… Göz yaşları da qəlb dünyasını ifadə edər…

    Peşəkar yalançı deyilsə, insanı gözləri, baxışları, göz yaşlarından tanımaq, anlamaq olar… Baxış, gözlər, göz yaşları olan yerdə, əlavə sözə yoxdur ehtiyac…

    Göz yaşları… Onlar mənim sevincim, onlar mənim kədərimdir…

    Göz yaşları… Onlar mənim neqativim, onlar mənim pozitivimdir…

    Göz yaşları… Onlar mənimdir, paylaşmıram, paylaşmaram kiminləsə, nə xoş günümdə, nə də ki, dara düşəndə…

    Göz yaşlarımda yaşayar uğurum, uğursuzluğum…

    Qazancım da, itkim də göz yaşlarımda gizlənər çox vaxt…

    Göz yaşlarım axar xoş günümdə də, xoş olmayan günümdə də…

    Göz yaşlarımda var xoşbəxtliyim, gizlənmişdir bədbəxtliyim…

    Söz gərəkməyən, sözlə ifadə edilməyən göz yaşlarımda vardır bir səbəb, səbəbsizlik…

    Bəzən susub ağlayıram, için-için, sakitcə, boğuq səslə, kimsə eşitməsin deyə, bəzən bərkdən, qışqıraraq, bağıraraq, hönkür-hönkür ağlayaraq, göz yaşlarıma verirəm azadlığı… Ağlamaq olmur hər yerdə, hər kəsin yanında…

    Göz yaşları bəzən zəifliyimdir, bəzən isə gücümdür…

    Göz yaşlarım bəzən qaranlığım, bəzən isə işığımdır…

    Göz yaşları duzlu sudur, axdıqca yandırar dərini, acışdırar, qızardar… Qəlbdə onun kimi zərifdir… Yanır, göynəyir, qızarır… Qəlbin də acısı var, sevinci var… Çünki göz yaşları kimi təbiidir…

    Göz yaşları bir tələb, ehtiyacdır göz üçün, qəlb üçün, insanın özü üçün… Axdıqca göz yaşları tükənmir sanki, qurumur…

    Qəlb varkən, döyündükcə, var, yaşayır, axır göz yaşları…

    Sadəcə bəzən idarə edirəm onu…

    Bəzən həbs edirəm…

    Göz yaşları həm köləlikdir, həm də azadlıq…

    Göz yaşları qəlbimdən gözümədək axan duzlu, saf, təbii sudur…

    Günel Fərhadqızı

  • “Faşisti mat qoyan qətliyam”

    eg

    İnsan fərd olaraq ruh və bədəndən ibarətdir. Bizim orqanizmimiz xəstələndikdə onu bərpa etmək, sağaltmaq olur. Lakin ruhumuz xəstələndikdə isə ona yalnız Ulu Tanrıdan savayı heç kimin köməyi dəyə bilməz. Genetik olaraq lənətlənmiş, ruhu xəstəlikdən əziyyət çəkən, mənfur qonşularımız, insanlığa rəzalət olan Erməni terrorçuları tarix boyu öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsət axtarmış və ilk əldə etdikləri fürsətdə də xalqımıza ağır zərbələr vurmuş, türk xalqının soyqırımını reallaşdırmışlar. Azərbaycanlı olaraq biz isə əlimizə düşən ilk fürsətdə bütün düşmənlərimiz kimi erməniləri də bağışlamış, onlara öz isti yuvamızda, müqəddəs torpaqlarımızda sığınacaq vermişik. Suyumuzu içib, çörəyimizi yeyən nankor ermənilər öz çirkin niyyətlərini həyata keçirmək üçün növbəti dəfə 1992-ci ildə məqam tapdılar. Həmin gün, Azərbaycan və dünya tarixinə qanla yazılmış 26 fevral tarixidir.
    Belə ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecəErmənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırım reallaşdırıldı. Bu faciə Dağlıq Qarabağ münaqişəsi və dünya savaşından bəri baş vermiş ən dəhşətli genasiddir. Bu hadisələri təsvir etməyə belə insanın ruhu və ürəyi tab gətirmir. XX əsrin faciəsi adlandırılan Xocalı soyqırımı zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir. Həmin tarixə qədər ən dəhşətli hadisələrin pik nöqtəsində Faşist Almaniyasının törətdiyi Xatın faciəsi dayanırdısa Erməni faşistlərinin törətdiyi Xocalı faciəsi ondan daha dəhşətli bir vandalizm aktı kimi dünya tarixinə yazıldı. Necə ki, Xatın şəhəri yandırılaraq məhv edilmişdi, həmin səhnəni məhz Xocalıda da reallaşdırırdılar. İnsanın ürəyini içindən ovan, ruhunu göynədən bu acı tarixdə-
    fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər əliyalın dinc xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini xüsusi amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. İtgin düşmüş soydaşlarımızın taleyi ilə bağlı, bu günə qədər heç bir məlumat yoxdur.
    Erməni terrorçuları qadınları uşaqları süngüyə keçirir, məsum körpələri dəmir çənlərə yığıb qaynaq edərək yandırır, 40 günlük qundağın başının dərisini soyur, sakinlərin gözlərini, dişlərini və dırnaqlarını çıxarırdılar. Erməni cəlladları bütün bu və sadalamağa tab gətirə bilmədiyim bir çox amansız cəza növlərini günahsız, dinc əhaliyə tətbiq edərkən sanki özlərini bir qəhrəman hesab edirdilər. Bu da onu sübut edir ki, həqiqətən bir xalq olaraq erməni xalqı ruhən xəstə və öz yalanlarına inanmış xalqdır. Erməni xalqının törətdiyi vandalizm, vəhşət dünya tarixində vəhşi əməlləri ilə iz qoymuş faşisti belə mat qoydu. Əslində Xocalı faciəsinə bənzər terror aktları bu gün də davam etdirilir. Zamanında Azərbaycanın haqq səsinə haray verməyən beynəlxalq güclər, böyük dövlətlər bu gün baş alıb gedən terrorun da qarşısını almaq iqtidarında deyillər. Səbəb sadədir. Xocalıda baş verən terror faktını vaxtında dünya birliyi tərəfindən pisləməli və qarşısı alınmalı idi.

  • “Mənəvi boşluğun və bayağı davranışların mənbəyi nədir?”

    12735527_533834843465501_944239649_n

    Daha vicdanlı və diqqətli olaq

    Hal-hazırda dünyada böyük qarışıqlıq və xaos hökm sürür. Bəzi ölkələrdə amansız müharibələr davam edir, insanlar aclıq çəkir, atılan bombalardan evləri yerlə-yeksan olur. İnsanlar hər gün ölümlə üzləşir və xilas olmaq üçün ölkələrini tərk edirlər … Bəzi ölkələrdə isə insanlar normal həyat sürür və baş verən hadisələri sadəcə kənardan izləyirlər. Onların əllərində imkanları olduğu halda, çətin vəziyyətdə olanlara, ailələrini və yaxınlarını itirənlərə heç bir yardım etmirlər. Hətta hər şeyini itirən və doğma yurdunu tərk edən qaçqınlara öz ölkələrində sığınacaq belə vermək istəmirlər.
    Bəs insanları bu mənəvi boşluğa sürükləyən nədir? Niyə insanlar bir-birlərinə yardım etmək istəmirlər? Necə olur ki hətta özünü “müsəlman” adlandıran insanlar dünyada əziyyət çəkən insanlara kömək etmək imkanları olduğu halda, bu qırğınlara soyuqqanlı yanaşırlar və hətta onların ölkələrinə girməmələri üçün aksiyalar keçirirlər?
    Yuxarıda verdiyim sualların cavabı, yəni bir çox insanın insanlıqdan kənar davranmasının səbəbi imansızlıqdır. İmandan, vidandan, Allah qorxusundan uzaq olan insanlar hadisələrə çox səthi yanaşır, hər şeyi dayaz düşüncələri çərçivəsində dəyərləndirirlər…
    İman gətirməyən insan hər şeyin mərkəzində özünü görür və acaq özü üçün narahat olur. Dünyada böyük müharibələr olsa belə, bu onu maraqlandırmır, çünki onun üçün əsas özünün bu müharibədən zərər çəkməməsidir. Əgər belə insanların başına problemlər gəlsə, özü və yaxınları müharibə şəraitində qalsa, o zaman belə vəziyyətdən çox narahat olar və hər kəsin ona kömək etməsini istəyər. Ancaq insanın məsuliyyəti sadəcə yaxınları ilə məhdudlaşmamalıdır. O digər insanları da düşünməli, onları da təhlükədən qorumaq üçün tədbirlər görməlidir. Halbuki şəxsi rahatlığını düşünən insan çətinliklərlə qarşılaşan, həyat uğrunda mübarizə aparan insanların vəziyyətini yaxşılaşdırmaq üçün heç nə etmir. Bu onu maraqlandırmır da. Bunun bəzi səbəbləri var.
    Hər şeydən əvvəl, belə insan sülh şəraitində yaşayarkən bir anda müharibə mühitinə düşən qadınların, uşaqların və qocaların düşdüyü vəziyyəti anlamır. İnsanların bu vəziyyətinin əsil səbəblərini araşdırmır və bu problemləri aradan qaldırmaq üçün heç bir cəhd etmir. O yalnız var gücü ilə özünü xilas etməyə çalışır.
    Digər tərəfdən, qəlbində Allah qorxusu olmadığı üçün dünyadakı qarışıqlıqları görsə də, Quran əxlaqının dünyada hakim olması üçün cəhd etmir. Əgər çətinliyə düşsə, ancaq özünü və yaxınlarını xilas etmək istəyir. Öz ehtiyaclarını təmin etmək, sıxıntı çəkməmək ona kifayətdir. Başqalarının nə vəziyyətdə olması, qorxu içində və aclıq təhlükəsi ilə yaşaması onun üçün əhəmiyyət daşımır.
    Dünyadakı bu sevgisizlik, laqeydlik və vicdansızlığın yeganə yolu insanın Allahın dininə sarılması və Quran əxlaqını mənimsəməsidir. Yüksək əxlaqa yiyələnmək üçün Allahın Quran vasitəsilə bizə bildirdiyi əmrlərə riayət etməlidir. Nəfsinə kiçik pay belə ayırmamalıdır: gördüyü və eşitdiyi hər şeydən Allah qarşısında məsul olduğunu bilməlidir. Allaha necə hesab verəcəyini düşünməlidir. Ancaq Quranın əmrlərinə qarşı diqqətli olan şəxs bu mənəvi dərinliyi qazana bilər.
    Beləliklə, hər bir insan ağılla düşündükdə və dünyadakı qlobal hadisələrə vicdanla yanaşdıqda bəşəriyyətin din əxlaqına ehtiyacı olduğunu dərhal anlayar. Əgər vicdanlı insan haqq uğrunda mübarizə aparmasa, laqeyd və eqoist insanlardan ibarət cəmiyyətin digər insanları da dinsizliyə sürükləyəcəyini dərk edər. Allahın razı olduğu gözəl əxlaqın yaşanmamasının cəmiyyətə vurduğu dərin yaraları görər və anlayar ki, bu yaraları sağaltmağın yeganə yolu din əxlaqını cəmiyyətdə hakim etməkdir. Bu məsuliyyəti anlayan insan əlindən gəldiyi qədər çalışar, bu üstün əxlaqla yaşamağı və insanların da yaşamasına vəsilə olmağı qarşısına məqsəd qoyar. Allah gözəl əxlaqlı möminləri Quranda belə müjdələyir:

    Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik… (Əraf surəsi, 165)

    Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allah`ın hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi, 112)

    Xəyalə SƏFƏROVA

  • “Xocalı «Xəcalət»i”

    Qarabağda talan var,
    Zülfün üzə salan var.
    Getmisən tez qayıt gəl,
    Gözü yolda qalan var.

    Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında şübhəsiz ki, ziyalılarımızın, ədiblərimizin də rolu böyükdür. Şairlərimiz və yazıçılarımız əsgərlərimizi ruhlandırmış, vətənə məhəbbəti tərənnüm edən əsərlər yazmış, qəhrəmanlarımızın şərəfli ömür yolunu işıqlandırmış, tarixi faktları yerində işlədərək vətəni və xalqı qarşısında öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirmişlər. Görkəmli yazıçımız Hüseynbala Mirələmovun Xocalı faciəsinin 10-cu ildönümü münasibətilə 2002-ci ildə yazdığı «Xəcalət» povesti də bu baxımdan çox təqdirəlayiqdir.
    Əsərin əvvəlində müəllif, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın acınacaqlı həyatını, qarşılaşdığı problemləri gözlərimizin önündə canlandırmışdır. Vaxtilə öz yurdlarında geniş evlərdə yaşayan, məsul vəzilərdə çalışan bu insanlar indi yaşayış üçün yararsız şəraitdə məskunlaşmış, bir parça çörək üçün “qul bazarında” işləyirlər. Ən acınacaqlısı isə budur ki, «ətraf binalarda yaşayanlar bu hay-küylü, əsəbi adamlara ikinci dərəcəli “məxluq”lar kimi baxırlar», onların nə xeyir işinə, nə də şərinə şərik olurlar. Yazıçı Vətənin timsalında övladına dərman ala bilməyən qürurlu atanın keçirdiyi mənəvi iztirabları, Didar kimi çalışqan şagirdin sinif yoldaşlarının qarşısında yaşadığı şəraitə görə utanc yaşamasını çox real lövhələrlə təsvir etmişdir. Bununla da o, bu acı taleyi yaşayan soydaşlarımıza qarşı oxucularında təəssübkeşlik, mənəvi dəstək və başqa humanist hisslərin baş qaldırmasına nail olmuşdur.
    H. Mirələmov bu əsəri vasitəsilə hadisələrin mahiyyətinə enərək tarixi faktları göstərmiş və milliyyətindən asılı olmayaraq bütün oxucularını düzgün nəticələr çıxarmağa səsləmişdir. Müəllif, vətənini müqavimətsiz təslim edibsiz deyənlərə cavab verərək əsərin lap əvvəlindən tarixi şəraiti real əks etmişdir: «…Müqavimətin xeyri yox idi. İki gün əvvəl Sovet əsgərləri fövqəladə vəziyyət rayonu komendantının əmri ilə kəndi ələk-vələk eləmiş, camaatın öv tüfənglərini də sonuncu pistona, gilizinədək yığmışdılar. Bu məlumat quduzlaşmış erməni yaraqlılarına çatdırılmışdı. Odur ki, hər tərəfdən hücuma keçmişdilər. Kəndi müdafiə edən cavanlar qərara almışdılar ki, axşam olan kimi arvad-uşağı mühasirədən çıxarsınlar. Ətraf qarla örtülmüşdü. Həmin il qış bərk gəlmişdi. Ayazlı gecələrdə sazaq insanın iliyinə işləyirdi. Bu qarda-boranda bir yana gedib çıxmaqmı olardı? Bu fikrin özü elə gecənin qatran zülməti kimi müəmmalıydı. Hər halda, başqa çıxış yolu da yoxuydu».
    Bu səhfələri oxuyanda, yurdlarından didərgin düşmüş qaçqınlarımızın acı həyat hekayətlərini gözlərimizin qarşısında canlanır və biz müəllifin fikirləri ilə razılaşmaya bilmirik. Doğrudan da bu əliyalın insanların soyuqlu-şaxtalı qış gecəsində ailələrini, uşaqlarını sağ-salamat qurtara bilməsi belə böyük qəhrəmanlıqdır. Bundan əlavə yazıçı onu da qeyd edir ki, azərbaycanlılar burada yalnız vəhşiləşmiş ermənilərlə yox, həm də bizim vətənimizlə bağlı məkrli niyyətləri olan daha böyük düşmənlərlə savaşırdı. Bu düşmənlə savaşmaq üçün isə nə lazımi hərbi texnika, nə də hərbi səriştə var idi. Müəllifin özünün dediyi kimi: «Sadə bir həqiqətə diqqət yetirək. İndiyə kimi Azərbaycandan hərbi xidmətə çağrılanların doxsan-doxsan beş faizi tikinti batalyonlarına göndərilib. Onların hərbi sirlərə yiyələnməsinə imkan verilməyib».
    Təəssüfləndirici haldır ki, müstəqilliymizi böyük qurbanlar bahasına qazandığımız həmin dövrdə Azərbaycanın daxili siyasətində də hərc-mərclik hökm sürürdü. Hökümət başına gah Sovert imperiyasının diktəsi ilə oturub-duran, gah da təsadüfən məsul vəzifəyə gəlmiş, heç bir siyasi səriştəsi olmayan adamlar gəlirdi. Bu isə onsuzda keçid dövrünü yaşayan dövlətin zəifləməsinə, həm də ordunun intizamsızlığına səbəb olurdu. «…Bakıda siyasi gərginlik artır, əhali Qarıqışlaq, Xocalı faciəsinin şokundan qurtula bilmirdi. Ölkə rəhbərliyi nəinki Qarabağı müdafiə etmək, heç öz hakimiyyətini qorumaq iqtidarında belə deyildi. Yazda siyasi mübarizə, hakimiyyət kreslosu uğrunda dartışma nəticəsində Azərbaycanın rayonları bir-bir işğal altına düşdü. Nəinki Xocalı qisası alınmış, üstəlik Şuşa getmiş, Laçın da işğal olunmuşdu. Bir-birinin arxasınca dəyişən nazirlər, digər səlahiyyət sahibləri bəylik taxtında əyləşibmiş kimi kişilikdən, qeyrətdən danışa-danışa acizləşir, çiyinləri üstündə onları hakimiyyətə gətirmiş xalqdan ayrı düşürdülər».
    Povestdə tarixi faktlara əsasən ümummilli liderimiz Heydər Əliyevin müxtəlif zaman dönəmlərində, siyasi rejimdən asılı olmayaraq vətən və xalq qarşısında etdiyi xidmətlərindən bəhs edilmişdir. Bundan əlavə yazıçı Heydər Əliyevi xalqın və vətəninin xilaskarı kimi səciyyələndirilə bilmişdir. Yazıçı, H.Əliyevin hələ Dövlət Təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdən xalqın müstəqillik ideyalarının carçılarına dəstək olmasını, Respublikanın I katibi işləyən zaman Azərbaycanın siyasi-iqtisadi inkişafında, bir çox zavod-fabriklərin tikilməsində, tələbələrin ali hərbi təhsil almasına rəvac verməsində böyük rolu olduğunu qeyd etmişdir. Bundan əlavə müəllif, H.Əliyevin dövlətimizin dar günündə bir çoxları kimi vətənini tərk etməyib vətəninə dönərək asayişi bərpa etməsini və erməni işğalının dayandırılmasıni da yüksək qiymətləndirmişdir.
    Müəllif, hələ keçən əsrin əvvəllərində N.Nərimanov, C.Cabbarlı, S.S.Axundov və başqalarının təbliğ etdiyi xalqlar dostluğu ideyasının da carçısı olmuşdur. Yuxarıda adlarını sadaladığımız yazıçılar da erməni-müsəlman davasının xarici qüvvələr tərəfindən idarə edilən daşnaqların məkrli siyasətinin nəticəsi olduğunu göstərirdilər. Uzun illər dinc və mehriban qonşu münasibətində yaşayan bu xalqları zaman-zaman daşnaqlar öz fitnə-fəsadlarının qurbanına çeviriblər. Düzdür yazıçının da əsərdə qeyd etdiyi kimi daşnaqlar xadimədən tutmuş, orta məktəbdəki şagirdə qədər öz ideyalarını təbliğ edir, təhrif etdikləri tarixi dərs kimi keçirlər. Lakin bunların felinə uymayan, hətta qonşunu və ya dostunu dar məqamda ölümdən xilas edənlər olmuşdur.
    Əsərdə daşnaqların hələ 60-ci illərdə xalqımızın başına gətirdiyi çirkin əməllərdən də söhbət açılmışdır. Burada Stepanakert Pedaqoji İnstitutunun dosenti Ərşad Qasımov, Eldar Zalıyev, Toğrul Mənzili kimi ziyalılar sərxoş ermənini öldürməkdə günahlandırılaraq edam cəzasına məhkum olmuş, bununla da daşnaqların urəyi soyumayib onları maşında diri-diri yandırmışdılar. Lakin çox keçmədən «Heydər Əliyev artıq Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi, ermənilərin törətdiyi bu cinayətin açılmasına bilavasitə özü rəhbərlik etdi, günahkarların cəzalandırılmasına nail oldu. Azərbaycan respublikasına rəhbər seçiləndən sonra isə plenum çağırdı, vilayətdə erməni daşnaklarının törətdiyi vəhşiliyə siyasi qiymət verdi. Az vaxtda Xankəndində təzə abhava yarandı. İki xalq arasında millətçilik toxumu səpənlərin əksəriyyəti cəzasını aldı».
    Ümumiyyətlə, Hüseynbala Mirələmovun «Xəcalət» povesti tarixi hadisə və faktlarla zəngindir. Burada Qırxqız dağı, Bağrıqan dağı, Marağa abidəsi və başqa yer adlarının etimologiyası, yaranması haqqında maraqlı məlumat verilir. Bundan başqa müəllif, xalqımızın Çar Rusiyasına qarşı mübarizə aparan müridizm hərəkatının üzvlərindən olan Mir Həmzə Seyid Nigaridən də böyük ehtiramla söhbət açmışdır. Məlum olduğu kimi nəqşibəndi təriqətinin mürşüdlərindən olan bu böyük şair qürbət eldə yaşayıb-yaratsa da doğma elini heç vaxt unutmamış, Qarabağın şəninə bir sıra şeirlər ithaf etmişdir. Povestin əsas qəhrəmanı olan Vətən və onun həyat yoldaşı Fərqanə 1937-ci ildə Qarabağdan Qazaxıstsana sürgün edilmiş minlərlə ailələrin övladlarındandır. Onlar vətəndən sürgün edilərkən təbərrik kimi Mir Həmzə Nigarinin əlyazmasını özü ilə aparmış və vətəninə qayıtdıqdan sonra da, yenidən qaçqın həyatında da onu göz bəbəyi kimi qoruyub saxlamışlar. Yaxşı ana şəhid olanda oğlu Vətənin onun başı üstündə məhz Həmzə Nigarinin Qarabağa həsr etdiyi şeirini oxuması da təsadüfi deyil. Yaxşı ana bu kitabı ömrü boyu qoruyub saxlamış və qaçan anda da ən zəruri sənədlərlə yanaşı bu kitabı götürmüşdür. Əsərin baş qəhrəmanı olan Vətənin bu kitabı oxuduqca yaşadığı gərgin anları, yol boyu Qarabağ şeirinin onu müşaiyət etməsi povestin ən təsirli yerlərindəndir: «Oxuduqca, əli üzülən doğma yerlərin bulaqları, barlı-bəhərli bağları, dərələri, meşələri, güllü-çiçəkli yamacları gözlərinin önündən keçirdi. Bir də nə vaxt bu yerlərə dönəcəyini düşünürdü. Nə qədər ağır anlar yaşasa da, içində bir inam ocağı közərirdi».

    Gəlin, ey əhli-könül, artıb azarım, eşidin,
    Yox rəvacım, kəsilib biinəzarım, eşidin,
    Pozulub rövnəqi-gülzari-baharım, eşidin,
    Qalmayıbdır, tükənib leylü-naharım, eşidin…
    Dağlayıbdır məni bir laləüzari-Qarabağ,
    Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.

    H. Mirələmov əsər boyu xalq bayatılarından, məsəl və rəvayətlərindən də istifadə etmişdir ki, bu da əsərə daha da həyati, doğma çalarlar qatmışdır. Yazıçının digər əsərlərində olduğu kimi «Xəcalət» povestində də adlar xüsusi məntiqlə seçilmişdir. Müəllif də adlarla bağlı bu fikri öz əsərində belə təsdiqləmişdir: «Vətən bəlkə indiyəcən fərqinə varmamışdı ki, hər adın arxasında bir tarix var. Sən demə, bəzi adların doğuluşu da, yaranışı yaşanmış əzablar, insanın məruz qaldığı iztirablardır». Əsərin əsas qəhrəmanının adı Vətəndir. Vətən çoxlu müharibələr, qanlı vuruşmalar, sürgünlər görmüş Ana vətənin özüdür. Fərqanə-sürgünlərdə ömürlərini çürütmüş soydaşlarımızın ağrılı taleyidir. Didar, Qəmxar da bu zülmləri görmüş vətənin övladlarıdır. Murad-vətənin yolunda əzablara dözən, sonra onun köməyinə çatan və nəhayət Vətəni muradına çatdırandır.
    Fikrimizi yazıçının bir fikri ilə tamamlamaq istərdik: «Bəstəkar Aram Xaçaturyan haqqında eşitmisənmi? “Spartak” baletini qədim “Cəngi”mizin notları əsasında yazıb. Azərbaycan musiqisindən yetərincə bəhrələndiyini etiraf edib. Day, Zori Balayanlar kimi ağına-bozuna baxmadan hər şeyi erməniləşdirməyib».
    Bildiyimiz kimi Ermənilərin xalqımıza olan soyqırımı demək olar ki hər gün davam edir. Folklorumuzu, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi, milli mətbəximizi, adət-ənənlərimizi, qədim abidələrimizi həyasızcasına öz adına çıxardırlar. Gəlin torpaqlarımızın iyirmi faizindən çoxu erməni tapdağı altında qaldığı və minlərlə soydaşımızın qaçqın həyatını yaşadığı vaxtda ən azından bir oxucu kimi hərə öz vətəndaşlıq börcumuzu layiqincə yerinə yetirək, tariximizi öyrənək və ona sahib çıxaq!

    Babayeva Məlahət Ramiz qızı
    ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi

  • “İnsanlıq adına qara ləkə.Xocalı faciəsi”

    “Qarı” düşmən dost olmaz.
    “Kitabi dədə Qorqud “- qara donlu kafirlər haqqında azərbaycanlılara hələ 1300 il bundan əvvəl xəbərdarlıq etmişdir.

    XI əsdə yaşamış,dünyanın isti soyuğunu görmüş,acı-şirini dadmış,çarpışmalar,çəkişmələr şahidi və iştirakçısı olmuş qoca bir atanın –Ziyarilər xanədanının son hökmdarı Unisürülməali Keykanusun öz ogluna yazdığı vəsiyyət və nəsihət kitabı olan “Qobusnamə”də deyilir “erməni bədfel ,kündəbədən, oğru, gözügötürməyən ,bir ayağı qaçmaqda olan ,əmrə baxmayan ,yersiz hay-küy salan ,vəfasız,riyakar,söyüş sevən ,ürəyi xıltlı ,ağasına düşməhçilik edəndir. Ümumiyyətlə,onlar başdan-ayağa müsbətdən çox mənfiyə yaxındırlar”
    A.S. Puşkin onlar haqqında qısa lakonik bir tərif vermişdir:”Sən riyakarsan,sən ikiüzlüsən,… çünki sən ermənisən”
    XIX əsrin əvvəllərində Qafqaza səfər edən dahi fransız yazıçısı A.Düma deyirdi:”..Var dövlətlərini gizlətməyi üstün tutmüşlar,.fikir və duyğularını gizli saxlayan,hiyləgər, kələkbaz adamlara çevrilmişlər…..Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur.Söz verdi ,qurtardı.”
    Çox təəssüflər olsun ki,xalqımızın taleyinə də belə mənfur xislətə malik olan bir xalqla qonşu olmaq qisməti yazılıbmış.Bu bədxah qonşuların əlindən həmvətənlərimin başı çox müsibətlər çəkmiş, hüquqları tapdalanmış və bu yaramaz hərəkərlər mərhələ- mərhələ təkrar olunmuşdur
    Acizanə,yazıq görkəmləri ilə özlərini azərbaycanılara yazıq ,əzabkeş xalq kimi tanıdan bu insanlar vaxtilə torpaqlarımızda hissə -hissə sığınacaq tapmış ,sonralar isə”Ayağıma yer edim,gör sənə nə eyləyim”prinsipi ilə yaşayaraq məskunlaşdıqları torpaqları özününküsəşdirmək iddiasına düşmüşlər. Dağlıq Qarabağı müvəqqəti olaraq öz qara pəncələrinə keçirdikdən sonra ətraflara da əl atmağa başladılar. Tarix boyu Azərbaycan xalqı çətin sınaqlarla qarşı-qarşıya gəlmişdir. Bu sınaqlara mədliklə sinə gərən xalqım bəzən uğursuzluqlara da uğramışdır. Əslində bunlara uğursuzluq demək,məncə çox ağır günah olar. Bunlar uğursuzluq deyil, faciədir,insanın insan qanına susaması kimi dəhşətli faktlardır.
    Həyatda hər kəsə yaşamaq hüququ,azadlıq və təbii sərvətlərdən istifadə hüququ verilmişdir.Allah Azərbaycandan heç bir neməti,təbii sərvətlərı,gözəllikləri əsirgəməmişdir.Başı dumanlı Azərbaycanımın azadlığı da,gözəlliyi də özünə qənim kəsilmişdir.Tarixin müəyyən mərhələlərində əsarət altında,satqın,vicdansız insanların hakimiyyəti altında olduğumuzdan Allahın bizə verdiyi nemətlərin qədrini bilməmişik. Dostu-düşməndən ayıran zaman təzyiqlərə məruz qalmışıq. Oyandıqda isə çox gec olmuşdur.Artıq torpaqlarımız alınmış, soydaşlarımız didərgin salınmış,tariximiz qanlı səhifələrlə dolmuşdur.Tarimizin səhifələrini vərəqlədikcə Xocalı fəryadının sədaları qəlbləri göynədir,ürəkləri sızladır. İlahi insan nə qədər quduzlaşar,nə qədər günahsız qanlar axıdarmış!?Azərbaycan xalqı hələ yenicə erməni qəddarlığının şahidi olmuşdur. Hələ xalqımın gözlərində yaş qurumamışdı “20 Yanvar”ın günahsız qurbanlarının,Qarakənd səmasında düşmən gülləsinə tuş gələn say-seçmə oğulların faciəsini yaşayan xalqımızın qəlbində daha dərin bir yara açıldı .Xocalının taleyi də Xocavəndinkinə bənzədi.
    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının adı Ermənistanın Azərbaycana qarşı ədalətsiz müharibəsinin qanli səlnaməsinə daxil oldu.Hər şeydən bixəbər xocalılar nə biləydilər ki, Xocalı şəhəri də qara siyahiya düşüb və onu əldə etmək üçün hər cür ağılasığmaz cinayətlər törədiləcək. O gün Azərbaycan xalqının ən faciəli günlərindən biri oldu. O gecə ağılasığmaz dəhşətlər yaşandı. Vətəniminən dilbər güşələrindən biri olan Dağlıq Qarabağdan sonra xalqımız bir daha Xocali üçün qan axıtmalı imiş.
    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda öz dəhşətləri ilə dünyanı heyrətə gətirən ,tarixin yaddaşına qanla hopmuş Xatın, Xirosima, Nakasaki,Sonqmi kimi faciələri öz dəhşətləri ilə geridə qoyan bir faciə baş verdi. O gecə “Böyük Ermənistan” xülyasina düşən ermənilər Xocalıda misli-bərabəri olmayan bir soyqrım törətdilər.Bu bir terror aktı idi . Biz o gecənin bir şahidi olsaq da o dəhşəti ifadə etməyə şözlərin gücü çatmır.Ancaq hadisələri ifadə etdikcə ,düşmənə nifrətimiz çoxalır.O gecə saaat 17 radələrində Xocalının göyləri top atəşindən qara, yerləri isə qan rənginə boyandı.Qəfil hücumdan pərən-pərən olmuş ,gülləyə,mərmi yağışına tuş olmuş insanların harayı ,fəryadı göyə bülənd oldu. Fəqət bu iniltilər ,nalələr insanlıqdan çıxmış ,quduzlaşmış qonşulara(mən bu fəlakəti törədənlərə insan deyə bilmirəm) təsir etmədi. Ağabəyim ağanın ,Xurşidbanu Natəvanın vətəni göylərində dolaşan nigaran ruhları da bu faciədən dəhşətə gəldi. Görəsən bu qorxulu yuxumu idi ? Ya doğrudanmı düşmən bu qədər quduzlaşarmış? Həmin gecə erməni quldurları Rusiya imperyasının Xankəndində yerləşən 366-cı moto atıcı alayı bölmələrinin iştirakı ilə Xocalını gülləbaran etdilər.O gecə yeddi min əli silahsız ,özü günahsız əhalinin taleyinə qara bulud çökdü. Yeddi min əhalinin altı yüz on üç nəfəri vəhşicəsinə qətlə yetirildi. Min iki yüz yetmiş beş nəfər götürüldü,min nəfərdən artıq günahsız insan düşmən gülləsinə tuş gəldi.Səksən üç nəfər uşaq ,yüz altı nəfər qadın, yetmiş nəfər qoca,yetmiş altı nəfər yeniyetmə qız və oğlan ,iki yüz yetmiş səkkiz nəfər cavan oğlan və qızın həyatına son qoyuldu.Minlərlə insanın Tanrı vergisi ,tale yazısı olan ömür- gün payını yarıda qoyan cəlladların qəlbində tanrı qorxusu yoxdurmu ,Allahım!Güllə yağışına tutulan o gecənin ah nalələri daşı, torpağı da ağlatdı. Daş qəlbli canilər isə insani hisslədən qat-qat uzaqlarda idilər
    Meşələr quduzlaşmış canlılardan qaçan insanlar üçün son sığınacaq oldu. Kimi burada dondu, kimi güllələndi ,kimi isə itgin düşdü. Son sığınacaq olan agacların gövdəsinə insan qanından naxışlar vuruldü. Xocalının taleyi bax beləcə ən ağılasığmaz işgəncələrlə ermənilərin əllərinə tapşırıldı. Əhaliyə amansızcasına divan tutmuş,şəhəri yerlə yeksan etmiş ermənilər heç kəsə,qocaya,qadına rəhm etmədilər.İnsan nalələri,ah-vay səsləri, iniltilər, haraylar imdad çağırışları onların vicdanlarını rahatsız etmədi. Əksinə, insanları öldürməklə kifayyətlənməyən ermənilər bu zavallılara qeyri-insani cəza üsulları ilə də əziyyət verdilər. Öldürməklə ürəkləri soyumayan kafirlər insan cəsədləri üzərində əməliyyat aparırdılar, ölülərin burnunu kəsdilər , gözlərini çıxardılar, başlarının dərisini soydular, bədən üzvlərini parça-parça etdilər.Ölüm, namuslu ölüm onların işgəncələindən çox yazşı bir qurtuluş idi.
    Rus imperiyasını özlərinə ən güclü dayaq bilən Rəhim Qazıyev, Ayaz Mütəllibov kimi vicdansız ,şərəfsiz, heysiyyatsız nankorlar hakimiyyətdən uzaqlaşdırılmamaq üçün vətəni,xalqı satdılar Bu faciənin əsl günahkarı oldular. Çünki faciədən bir ay əvvəl “Xocalı harayı” başlığı altında gedən məqalədə xocalıların hər tərəfdən sıxışdırıldığı ,hər an təhlükənin artması barədə verilən məlumatlar da bu hakimiyyət düşgünlərini ayılda ,bir tədbir görməyə sövq edə bilmədi. Ermənilər də bu fürsəti əldən vermədilər. Onlar yeddi min ənalisi olan,üstəlik xeyli qaçqının pənah gətirdiyi bir şəhərinvə onun əhalisinin taleyinə biganə qaldılar. Onlar ananın gözü qarşısında övladını yerə çırpdılar. Ana çün bundan böyük əzab varmı? Bu günahsız əhaliyə heç kəsin köməyi olmadı. Allahım, bəs sənin ədalətin harada ini ? O gecənin dəhşətlərini anlatmaq üçün sözlər yetməz. Bircə faktı yada salmaq istəyirəm. Meşələrə pənah aparan insanlar orada da amansız ermənilərin puskusuna rast gəlir, ya güllələnir,ya da əsr alınırdılar. O ayazlı, şaxtalı gecədə çöllərə səpələnən insanları quduz it kimi axtarıb tapır və amansızcasına qətlə yetirirdilər. Öz yaxınları ilə birgə meşəyə qaçan və hərisliklə meşələri gəzərək insan ovuna çıxmış düşməni duyuq salmasın deyə ağlayan körpəsini öz əli ilə boğan və yenidən qoynuna basaraq qaçan anada nə qədər böyük fədakarlıq varmış İlahi? Çox böyük çətinliklə yırtıcıların pəncəsindən qurtaran zaman övladını torpağa tapşırmaq istəyən ana üçün möcüzə baş verir.Uca Tanrının möcüzəsi,Tanrı sevinci, tale qisməti. Körpə sağ qalmışdı .
    Qarabağ hadisələrinin iştirakçısı ,ermənilərin ən çox sevdiyi ideoloqlardan biri Zori Balayan “Ruhumuzun dirçəlişi adlı kitabında Xocalıda törətdikləri soyqrım haqqında yazır:”Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs –küy salmasın deyə,Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum,Saata baxdım,türk üşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi.Ruhum sevincdən qürurlandı.Xaçatur daha sonra ölmüş türk üşağının cəsədini hissə- hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atddı”
    Daha bir erməni müəllif ,David Xerdiyan “Xaç uğrunda “ kitabında fəxrlə xatırlayır:”Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Buna görə podpolkovnik Ohanyan mənə bildirdi ki,qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meydinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi.Və mən beləcə 1200 meydin üstündən keçdim.”
    Xocalı əhalisinin halı o qədər acınacaqlı ıdi ki, onların meyidlərinə belə baxmaq olmurdu.Yaxşı ki, xalqımızın igid ,ölümün gözlərinə dik baxa bilən qorxmaz oğulları var. Reportyor Çingiz Mustafayev o gecəni tarixin salnaməsinə yazmaq, bütün dünyaya erməni təcavüzünün dəhşətlərinin nəticələrini bəyan etmək və hər bir Azərbaycan vətəndaşının yaddaşına bu faciəci əbədi yazmaq üçün faciə zonasına yollandı. Hönkürtü sədaları altında lentə köçürülən kadrları həyacansız izləmək mümkün deyil.
    Çingiz Mustafayevin fədakarlığı sayəsində xarici jurnalistlər də baş verən faciə yerinə getmiş ,cinayəti öz gözləri ilə görmüşlər. Günahsız əhalini təhlükəsiz yerə aparan Əlif Hacıyev, Fəxrəddin Musayev ,Maşallah Abbasov, Aqil Quliyev kimi öğullar bizim qəlbimizdə əbədi yaşayacaqlar.
    “Bütövlükdə Azərbaycan xalqına yönəldilnmiş Xocalı soyqrımı öz ağılasığmaz qəddarlığı , qeyri- insani cəza üsulları ilə bəşər tarixində tayı- bərabəri olmayan bir vəhşilik akdıdır. Bu soyqrımı ,eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayyətdir” deyən ulu öndərimiz ,Azərbaycanın mərd oğlu H. Əliyevin fərmanı ilə hər il fevralın 26-sı saat 17.00- da sükut dəqiqəsi elan edilmişdir.Bu faciəni bütün dünyaya tanıtmağa çalışmışdır.
    Deyirlər qisas qiyamətə qalmaz.Biz Azərbaycanlılar da bu günün gələcəyinə öz varlığımız kimi inanırıq. Boğulmuş körpəyə yenidən həyat verən Tanrı möcüzəsi yenə baş verəcək. Haqq- ədalət bərqərar olacaq. Axı həqiqəti axar suya bənzədiblər babalarımız. Gec- tez hardan olsa çıxacaq deyiblər.O gün gələcək. Artıq o yola aparan izlər açılmaqdadır.Artıq ölkəmizin mənafeyinin daha ali, üçün daha əlverişli mövqedən müdafiə edilməsi üçün imkan yaranmışdır.Bunun bariz nümunələrindən biri Amerikada keçililən anım gününə hətta amerkalılar da qoşulmuşlar.
    Dünyanın xəritəsinə baxsaq,çox kiçik,lakin qəlbimizdə dünya qədər yeri olan Azərbaycanımızı dünyaya tanıtmaq üçün,haqq yolunda olduğunu sübut etmək üçün xarici dil müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Mən keçən il Fransada kursda olduğum müddətdə bir çox ölkələrdən gəlmiş müəllimlərə özümlə apardığım xəritədə göstərərək Azərbaycan həqiqətlərini bir az da olsa anlatmağa çalışmışam.
    Yeni təhsil qanunun geniş vüsət aldığı bir dövrdə bütün fənnlərin bir- birinə və həyata inteqrasiyasını nəzərə alaraq, biz müəllimlər daha səhv edərək ,səhviindən öyrənən ağıllı insanlardan çox hadisələri əvvəlcədən dəyərləndirib,onu həyata sintez edərək yenisini yaradan daha mükəmməl insanlar, şəxsiyyyətlər tərbiyə etməyə çalışmalıyıq.Çünki,səhv edib onu düzəltməklə məşğul olan ağıllı insanlar ölkəmizi ,təbiətimizi və cəniyyətimizi özləri də bilmədən korlamışlar.
    Bir müəllim kimi mən ermənilərin törətmlş olduqları vəhşilikləri əyani şəkildə göstərməkdən bir qədər uzaqlaşaraq ,onların gözlərindən çox ruhlarına ,mənəviyyatlarına təsir etməyə çalışıram.Çünki qan, ölüm görən şagirdlərdə qan tökmək ,öldürmək hissləri aşılanır.Ermənilərin tam əksinə olaraq (Məsələn: bir milçək öldürən erməni uşağı ana,mən bir türk öldürdüm deyir.) işğal altında olan torpaqlarımızın qaytarılmasına siyasi yolla nail olacağıq.Vətənimizin tarixini ,coğrafi mövqeyini,mədəniyyətini,adət-ənənəsini bilən ,onu xarici dildə sərbəst şəkildə ifadə edə bilən gənc nəsil torpaqlarımızın siyasi yolla geri qaytarılmsına nail olacaqdır.Mən buna tam əminliklə inanıram.

    Xasməmmədova Tahirə Oruc qızı,
    İ.Qayıbov adına Qazax şəhəri 3 saylı tam orta məktəbinin ingilis dili müəllimi

    Ədəbiyyatlar:

    1)”Kitabi Dədə Qorqud”Azərbaycan dövlət nəşriyyatı. Bakı 1962.
    2)”Qabusnamə”Azərbaycan Elmlərv Akademiyası.Baki 1963.
    3)Aleksandr Düma “Qafqaz səfəri”Bakı Yazıçı 1985.
    4)Zori Balayan “Ruhumuzun dirçəlişi”
    5)David Xerdiyan “Xaç uğrunda “
    6)Google az.Xocalı soyqırımı.
    e- resurslar: Google Khojaly massacre.
    http://www.human.az http://chodschali.de/ http://www.justiceforkhojaly.org/ http://www.khojaly.net/ http://www.khojaly.org.az/ http://www.azerigenocide.org

  • “Genocide”

    uxp

    “The Khojaly genocide with its inconceivable cruelty and inhuman punitive methods, was completely targeted against the people of Azerbaijan and represents a barbarian act in the history of humankind. At the same time, this genocide was a historical crime against humanity.”
    Heydar Aliyev

    The Khojaly genocide is one of the most terrible and tragic pages of Azerbaijan history.
    İn February 1992, an unprecedented genocide was committed against the Azerbaijani population in Khojaly. This bloody tragedy, which became known as the Khojaly genocide, involved the extermination or capture of the thousands of Azerbaijanis; the town was razed to the ground. Over the night from 25 to 26 February 1992 the Armenian armed forces with the help of the infantry guards regiment No. 366 of the former USSR implemented the seizure of Khojaly – a small town situated in the Nagorno-Karabakh region of the Republic of Azerbaijan with the total area of 0.94 sq. km. and the population before the conflict of 23,757.
    The Armenian armed forces and foreign military units spared virtually none of those who had been unable to flee Khojaly and the surrounding area. As a result, 613 persons were killed, including 106 women, 63 children and 70 elderly people. 1,275 inhabitants were taken hostage, while the fate of 150 persons remains un- known to this day. In the course of the tragedy 487 inhabitants of Khojaly were severely maimed, including 76 children not yet of age. 8 families were completely wiped out, 25 children lost both parents, and 130 children one of their parents. Of those who perished, 56 persons were killed with especial cruelty: by burning alive, scalping, beheading, gouging out of eyes, and bayoneting of pregnant women in the abdomen.
    The Khojaly genocide was one of the most terrible stories in the history of the Armenia-Azerbaijan, Daghlyg Garabagh conflict since 1988.
    Large-scale bloody campaign of genocide against Azerbaijanis, which continued for two centuries led to destruction of hundreds of villages, which were razed to the ground, and thousands of Azerbaijani people were killed with great brutality. At the result of ethnic cleansing, genocide and aggression of Armenians against Azerbaijan, carried out consistently for a long period, thousands of people were displaced from native lands and homes.

    Note^ Khojaly genocide ,armenian terror
    VICTIMS OF ARMENIAN TERROR

    “When I and Khachatur entered the house, our soldiers had nailed a 13-year-old Turkish child to the window.He was making much noise so Khachatur put mother’s cut breast into his mouth.
    I skinned his chest and belly. Seven minutes later the child died. As I used to be a doctor I was humanist and didn’t consider myself happy for what I had done to a 13-year-old Turkish child. But my soul was proud for taking 1 percent of vengeance of my nation.
    Then Khachatur cut the body into pieces and threw it to a dog of same origin with Turks. I did the same to three Turkish children in the evening. I did my duty as an Armenian patriot.
    Khachatur had sweated much. But I saw struggle of revenge and great humanism in his and other soldiers’ eyes. The next day we went to the church to clear our souls from what done previous day.
    But we were able to clear Khojali from slops of 30 thousand people.

    This text is from Zori Balayan’s book “Revival of our souls” from 1996 , pages 260-262. This paragraph is the most disgusting thing I have ever read. I haven’t even heard of an Armenian response to this paragraph. A nation proud of a massacre is joyfully dropping a note to the history!

    The crime should not remained without punishment. Armenian millitary-political agression must be condemned by world community.

    Ülkər PİRİYEVA,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

  • “Xocalı: soyqırım tariximizin son faciəsi” adlı beynəlxalq elmi konfrans keçirilib

    http://s019.radikal.ru/i606/1602/8c/34b32ea26c16.jpg

    Fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi və Azərbaycan Tarixçiləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Xocalı: soyqırım tariximizin son faciəsi” adlı elmi konfrans keçirilmişdir.

    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev tədbirin açılışını etdikdən sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və dövlət himnimiz səsləndirilmişdir.

    Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Xocalı soyqırımına həsr olunmuş konfransda açılış nitqi ilə çıxış etmişdir. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qəsbkar ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınlardan danışıb: “Xocalı soyqırımı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biridir”.

    O, bildirdi ki, Xocalı faciəsi 200 illik qanlı tariximizin son soyqırımıdır: “Məkrli ermənilər “Böyük Ermənistan” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti aparmışlar. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insanı – qoca, qadın, uşaq və gəncləri qanlarına qəltan ediblər”.

    Y.Mahmudov qeyd etdi ki, bizim məqsədimiz bu gün ağır və dəhşətli cinayəti yada salıb ruh düşkünlüyü yaratmaq deyil, bunlardan ibrət dərsi almaqdır: “İbrət dərsi ondan ibarətdir ki, Azərbaycan xalqı vahidləşməli, birləşməlidir. Bütün dünya azərbaycanlıları üçün bir vətən var, o da Qarabağdır. Həmin vətəndən düşmən qovulub, məhv edilib çıxarılmalıdır”.Daha sonra tədbirdə Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (YTSAM) rəhbəri Həsən Cəlal Gözəl, Türkiyənin İpək Universitetinin İnsan və Cəmiyyət Elmləri fakültəsinin dekanı Kamal Çiçək, Türkiyənin millət vəkili Mücahit Daloğlu çıxış etdilər.Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov isə bildirdi ki, Xocalı soyqırımı həm də beynəlxalq terror aktıdır: “Xocalı soyqırımında beynəlxalq terrorizmi şərtləndirən bütün amillər mövcuddur”.

    Elmi konfransda tarixçi-alimlər Nazim Mustafanın “Ermənilərin 1905-1906-cı illərdə Cənubi Qafqazda azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar”, İlqar Niftəliyevin “1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı”, Natiq Məmmədzadənin “1918-1920-ci illərdə Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlıların soyqırımı”, Vaqif Abışovun “Bakı qəzasında türk-müsəlman soyqırımı”, Güntəkin Nəcəflinin “1917-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar”, Kamran İsmayılovun “Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, Cəbi Bəhramovun “Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş 1918-ci il Mart soyqırımının davamıdır” və İradə Məmmədovanın “1917-1920-ci illər İrəvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları Türkiyə arxiv sənədlərində” mövzularında məruzələri maraqla dinlənilmişdir.

    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin Mətbuat xidməti

  • Ülviyyə Əlizadəni doğum günü münasibətilə təbrik edirik! (25 fevral)

    1456384609_ulya

    Allah imanını, nurunu, sevgini artırsın.Allah Sizə dərin, sarsılmaz iman nəsib etsin.Sonsuzadək sevdiyi qulları ilə birlikdə etsin!

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini və qələm sahibini, gənc xanım yazarını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömü,möhkəm cansağlığı,xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Günay HƏSƏNLİ.”Tənqid-təhlil”

    12714203_1560827480899960_788538254_n

    AYB və DGTYB üzvü

    Azərbaycan ədəbiyyat tarixi çox qədimə dayanır. Əsrlər keçdikcə görkəmli ədəbiyyat nümayəndələri doğulmuş, yaşamış və yaratmışlar. Şifahi xalq ədəbiyyatı mərhələlərlə yazılı ədəbiyyata çevrilmiş , bununla da dahi Azərbaycan şairləri Nizami, Füzuli, Xəqani, Nəsimi və başqaları dünya ədəbiyyatına dəyərli əsərlərini töhfə etmişlər.
    Müasir Azərbaycan ədəbiyyatında da tanınmış simalar çoxdur. Onların hər birinin öz dəsti-xətti, yazı üslubu var. Yaradıcılığı haqqında danışacağım şəxs İlham Qaliboğludur.O, əsasən klassik ədəbiyyat nümunəsi olan qəzəl janrında şeirlər yazır. Eyni zamanda qoşmaları da diqqət cəlb edir.
    İlham Qaliboğlunun 2009-cu ildə “daş qəfəs” adlı şeirlər kitabı işıq üzü görüb. Təsadüfən bu kitab əlimə düşdü və oxudum, dayanmadan birnəfəsə . Biri-birindən gözəl şeirlər insanın ruhunu oxşayırdı. Dəfələrlə oxuduqdan sonra qərara gəldim ki, bu kitabdan bəzi şeirləri təhlil etməyə çalışacam. Onu da qeyd edim ki, kitabda müxtəlif mövzulu şeirlər yer alıb. Müəyyən qüsurlar və qramatik səhvlər də var.

    Yenə də aldı, Xuda, göy üzünü qarə bulud,
    Üz tutub dəstə iləgörən gedir harə bulud?

    Gəzmə son nöqtəsini boş yerə, sonsuzdu səma,
    Hara baxsan görəcəksən yenə bir parə bulud.

    Düşmüşəm hicr oduna, od götürübdür cəsədim,
    Çətin etsin mənim bu dərdimə bir çarə bulud.

    Nola bir rəhmi gələ son qoya bu ayrılığa,
    Ala qoynuna məni tez yetirə yarə bulud.

    Tutdu mahın üzünü, sanki aldı ağuşuna,
    Qoymadı zahir ola sabitü-səyyarə bulud.

    Azacıq nur saçırdı könlümə ayın işığı,
    Gizlədib ayın üzün çəkdi məni darə bulud.

    Hər tərəf oldu duman, İlham, azdın öz yolunu,
    Əcəba, qoydu səni gör necə avarə bulud.

    Bu şeirdə əsas hədəf buluddur. Müəllif buludların dəstə ilə hara getdiyini Xudadan soruşur. Müəmmalı, sonsuz səmanıtəsvir edir. Xitab edərək, səmanın son nöqtəsini axtarmamağı məsləhət görür. Cisminin alışıb-yandığını, buludların da onun bu yanğısına əlac etmədiyini vurğulayır. Yalvarırmışcasına buluddan onu yarına yetirməsini istəyir. Ayın qarşısını kəsən buludu belə təsvir edir: “ Tutdu mahın üzünü, sanki aldı ağuşuna”. Buludun ayı ağışına alması poetik cəhətdən uğurlu işlənmiş ifadədir. Müəllif sonrakı beytdə bildirir ki, ayın işığı az da olsa könlümə düşürdü. Amma bulud ayın üzünü gizlətdi, məni də nursuz qoydu. Əksər hallarda buludlu havalar həm də dumanlı olur. Son beytdə dumanlı havada öz yolunu azan, pərişan olmuş şair təsvir olunur.
    Başqa bir qəzəlində şair deyir:
    -“ Şair, oxu öz şerini aqillər içində,
    Olmaz sözünün qiyməti cahillər içində.”
    Söz insanlar arasında vahid ünsiyyət vasitəsidir.Şeir də sözlərin mükəmməl formada, intizamlı və obrazlı düzülüşüdür. Şair bu beytdə sözün, şeirin dəyərini bilən insanlar arasında söylənməsini istəyir. Cahil insanın şeirə dəyər verə bilməyəcəyini vurğulayır.
    İlham Qaliboğlunun “daş qəfəs” adlı şeirlər kitabındakı şeirlərin çoxu sevgiyə həsr olunub.

    “ O pəriçöhrəyə hey cəhd edirəm, yetmir əlim,
    Necə ki, şöləsi yetmir günəşin ayə tərəf.” -bu beytə nəzər saldığımız zaman görərik ki, şair yarın əlçatmazlığını ustalıqla təsvir etməyi bacarıb. Günəşin şəfəqləri ayı görmədiyi kimi, yaxalaya bilmədiyi kimi, canana əl uzadan şairin də əlinin boşa çıxması göstərilir. Çox gözəl bənzətmədir.
    Elə həmin qəzəlin beşinci beyti də belədir:
    -“Qəm içrəyəm, tapır məni harda dərd-qəm var isə,
    Yağanda yağar, məsəldir, dolu dəryayə yağar.”
    Bu beytdə dərdin-dərd gətirdiyi,sevincin-sevinc gətirdiyi vurğulanır və bütün qəmin gəlib, yenə bu qəmli şairi tapdığı təsvir olunur. Şair burada şifahi xalq ədəbiyyatının nümunəsi olan məsəldən də istifadə edib. “Dolu dəryaya yağar”-belə bir məsəlimiz var. Yenə çox uğurlu bənzətmə edərək, dərdin dərli adamı tapmasını və dolunun dəryaya yağmasını göstərib.

    “Ey dost, elə bir bəndəyə dərdini aç ki,
    Faş eyləməsin sirrini sirdaş, başa düşsün.”
    Şair bu beytdə dostuna müraciət edir və sirrini hər sirdaşa açmamağı məsləhət görür. Bəzən insanın dost bildikləri belə insanı anlamır. Sirrini ona açdığın zaman səni qınayır və səni hər kəsin gözündən salmaq üçün həmin sirrdən istifadə etməyə çalışır. Bu beytdə hər dost kimi görünənə inanmamaq fikri önə çəkilib.
    “ O qədər canlar alıb naz ilə, yoxdur hesabı,
    Heç cənabi-Əzrayıl almayıbdı can bu qədər.”
    Bu şeirdə cananın nazı-qəmzəsi əsas diqqət kəsb edir. Bir gözəlin öz nazı ilə çox canlar aldığı vurğulanır cə Əzrayılın belə bu qədər can almadığı bildirilir. Bu bənzətmə də poetik cəhətdən çox gözəl və yerində işlədilib.

    “Ay batıb, zülmətə qərq olsa cahan, qəm yeməyin,
    Ondan da nurlu olan, şölə saçan mah, anadır.”
    Bu beytdə şair ana müqəddəsliyini, aliliyini qabarıq şəkildə göstərir. Ay batıb, bütün dünya zülmətə bürünsə belə qəm etməyin deyən şair, ananın aydan da nurlu olduğunu bildirir. Zülmət gecələrin ən doğru yol göstərəni, qaranlıqları aydınladanı Ay işığı olduğu kimi, övladın da çətin günlərinə əlac edən anadır. Ana mövzusu İlham Qaliboğlunun şeirlərinin əsas motividir. Bu da onun anasını nə qədər çox sevdiyini göstərir. Elə həmin qəzəlin başqa bir beytində deyir:
    – “Zahida, qalma naçar itirsən o qibləni sən,
    Al qüsul, qıl namazı, səmti-qibləgah anadır.”

    Bu beytdə ana o qədər müqəddəs tərənnüm olunur ki, hətta şair zahidə yol göstərərək bildirir:-ibadət etmək istədiyin zaman qibləni itirib naəlac qalsan, anaya üz tut və onun qarşısında namaz qıl. Əslində şair burada gizli şəkildə onu demək istəyir ki, övlad həmişə ananın qarşısında baş əyməlidir, diz çökməlidir.

    “Mən tapmadım eşqinlə yanarkən bir içim su,
    Gər olsa da indən belə Zəmzəm daha gecdir.”

    Bu beytdə şair cananın eşqindən alışıb-yandığını və bir içim suya həsrət qaldığını vurğulayır. Burada həm cismani yanmaq, həm də həsrətdən, ruhən yanmaq nəzərdə tutulub. Yetərincə yarın eşqiylə yandığı zaman susuz qaldığını vurğulayan şair, bundan sonra Zəmzəm suyu içsə belə gec olduğunu deyir.
    Əvvəldə də qeyd etdiyim kimi, İlham Qaliboğlunun həm də gözəl qoşmaları var.
    Kiminə pay verir, kimdən pay alır,
    Kiminin muradı gözündə qalır,
    Qardaş, hər dəqiqə bie hava çalır,
    Bilinmir ziliynən bəmi dünyanın.
    Bu bənddə şair dünyadan gileylənir. Dünyanın etibarsız, ədalətsiz və fani olduğunu bildirir. Dünya gərdişinin gizli olduğunu, insanın sonra başına nə gələcəyinin bilinmədiyini, muradların gözlərdə qaldığını, kiminə qismət verib, kiminin qismətinin əlindən alındığını vurğulayır.
    Asan həyat yolu keçməyən şairin ağrısı- acısı şeirlərindən bəlli olur. Həyatın ona çəkdirdikləri çılpaq şəkildə göz önündədir. Daim haqq-ədalət axtarışında olan şairin axtardığı ədaləti tapmayanda keçirdiyi hisslər şeirlərinə də yansıyıb.
    İnanıram ki, “Daş qəfəs” kitabı oxucuların ürəyincə olub və şeirsevərlərin masaüstü kitabıdır.

  • İSLAM DİNİ VƏ ESTETİKA

    12166075_535708359944816_1213034042_n

    İslam dinində keyfiyyət

    Gözəlliklər – gözəl məkanlar, yeməklər, quşlar, uşaqlar, bitkilər, əşyalar … hər kəsin çox sevdiyi nemətlərdir. Dünyada elə insan ola bilməz ki, bu gözəlliklərdən zövq almasın və ətrafında, həyatında gözəlliklər görmək istəməsin. Yüksək zövqə malik insanlar, bu gözəlliklərdən zövq almağı və gözəllikləri yaratmağı bacaran insanların da varlığı ayrı gözəllikdir.
    Təəssüf ki, cəmiyyətimizdə “gözəllik”, “keyfiyyət”, “estetika” kimi anlayışlarla İslam sözünü birlikdə eşitmək, demək olar ki, qeyri-mümkündür. Hətta bir çox müsəlman ölkələrində “kasıb olmaq, köhnə paltar geyinmək, çirkli yerdə yaşamaq, baxımsız olmaq” müsəlman xüsusiyyəti kimi qəbul edilir. Kim ki nə qədər bu şeylərə əməl edərsə, sanki o insan ən təqvalı, dünyadan və nəfsindən keçmiş mömin hesab olunur. Bu məqalədə də ələ aldığım mövzu İslamda gözəlliklərin yeridir. Bəs İslam dini belədirmi? İslam bizdən nə tələb edir?
    Gözəl geyinmək, incəsənətə və estetikaya dəyər vermək müsəlmanların ən bariz xüsusiyyətlərindən biri olmalıdır. Çünki hər bir müsəlman İslam dininin təmsilçisidir. Müsəlman da geyimi ilə İslamı təmsil edir. Məsələn, gənc bir qız düşünün. Bu qız baxımlıdır, gözəl geyinir, musiqiyə qulaq asmaqdan zövq alır, saçlarının baxımına diqqət edir. Əgər bu qız bir xurafatçının yanına getsə və “mən İslam dinini yaşamaq istəyirəm, bunun üçün nə etməliyəm” – deyə soruşsa, alacağı ilk cavab “get, əyin-başını düzəlt, örtün, dünyəvi zövqlərdən uzaq dur” – deyiləcək. Bəs belə bir qız İslamı yaşamaq istəyərmi, o İslamı ki, xurafatçılar elə göstərir ki, “nə gözəl geyim, nə musiqi, nə incəsənət, nə də keyfiyyət” var. Əlbəttə ki, heç kəs istəməz. Məhv dünyada ateizmin geniş yayılmasının səbəblərindən biri də xurafatçıların təqdim etdiyi bu “İslam dini”dir.
    Bir dinin mənbəyi həmin dinin haqq kitabıdır. İslam dininin də mənbəyi Quran və Quranı təbliğ edən və həyatına tətbiq edən Peyğəmbərimizdir. Gəlin Quran və Peyğəmbərimizin həyatındakı gözəlliklərə verilən dəyərə baxaq:
    Allahın Peyğəmbəri (səv): «Allah-Taala gözəldir və gözəlliyi sevir. Nemətinin nişanəsini bəndəsində görməyi də sevir. .. ». (Kənzul-ummal, hədis 17166)
    Allahın Peyğəmbəri (s.a.v.v.): «Allah-Taala möminin öz qardaşlarının yanına səliqəli və bəzənmiş halda getməsini sevir». (Məkarimul-əxlaq, c.1, səh.85, hədis 1)
    Bu hədislərdən də gördüyümüz kimi, Peğəmbərimiz (səv) həmişə gözəlliyə, gözəl və təmiz geyinməyə, estetikaya diqqət çəkmiş və ətrafındakı möminləri də buna təşviq etmişdir. Hədislərdən də görünür ki, Peyğəmbərimiz (səv) dövrün ən gözəl və müasir paltarlarını geyinmişdir. Bəzi mənbələrdə daima yanına daraq, güzgü, misvak, diş çöpü, qayçı, sürmə qabı kimi əşyalar götürdüyü bildirilir. Bundan başqa, Allah Quranda təmiz paltarlar və gözəlliklərlə bağlı bunları bildirir:
    «De: Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur? De: Bunlar, dünyada iman gətirən üçündür, Qiyamət günündə isə yalnız möminlərə məxsusdur». (Əraf surəsi, ayə 32)
    Libasını təmizlə! Pis şeylərdən uzaqlaş! (Müddəssir surəsi, 4-5)
    Həm Qurandan, həm də peyğəmbərimizin hədislərindən göründüyü kimi, İslam dini insanları gözəl olan hər şeyə təşviq edir. Demək ki, gözəl, səliqəli və təmiz geyinmək Quranın bildirdiyi ibadətlərdən biridir. İnsanları yaradan Allahdır, onların nələrdən xoşlanacağını da bilən Allahdır. Allah insanlara gözəlliyi xüsusilə sevdirib, niyə İslam dini vasitəsilə bunları haram etsin ki?! Əlbəttə ki, Allah qulları üçün bu gözəllikləri yaradıb, insanların şükür edərək bu nemətlərdən istifadə etməsi də Allahın sevdiyi əməllərdən biridir. Möminlər gördükləri hər gözəlliyin Allahın gözəlliyinin bir təcəllisi olduğunu bilir və bu gözəlliklər onların qəlblərini fərəhləndirir. Gözəlliklərin daha yaxşı fərqinə varmaq isə Allahı daha çox anmalarına və şükür etmələrinə səbəb olur.
    Beləliklə, müsəlman şükür edərək və verilən hər bir nemətin Allahdan gəldiyini bilərək bu dünyada gözəl yaşayacaq, bu dünyada cənnət mühiti yaratmaq üçün cəhd edəcək. Odur ki, gəlin həm gözəl və üstün əxlaqımızla, həm də yaratdığımız estetik və keyfiyyətli mühitlə İslamın necə gözəl din olduğunu dünyaya göstərək.

    Xəyalə SƏFƏROVA

  • Sevgi daim qorxuya qalib gəlir

    1454091062_221397_344361012345946_1260623174_o

    Qorxu insanın ən güclü hissidir. Qorxu hissi nişan alındıqda insanlar adi vaxtlarda edə bilməyəcəklərini edir, normal şəraitdə düşünə bilməyəcəklərini düşünürlər. Mühakimə yürütməkdə çətinlik çəkir, müstəqil düşüncədən məhrum olurlar. Bu səbəbdən də cəmiyyətdə qəzəb yaratmağa çalışanlar daim bu qorxu hissindən istifadə etməyi qarşılarına məqsəd qoyurlar. Buna da, adətən, müvəfəq olurlar.
    Terror deyildikdə xalq arasında ilk ağla gələn şey zorakılıq və öldürmədir. Halbuki fransızca “terreur” sözündən gələn və latın mənşəli olan terrorizmin əsl mənası “qorxudan titrəmə” və ya “titrəməyə səbəb olmaqdır”.1 Dolayısilə terrorda məqsəd cəmiyyətləri həmişə qorxuda saxlamaq, yəni cəmiyyət içində siyasi məqsədli qorxu yaratmaqdır. Şiddət qorxunun yollarından sadəcə biridir. Bu bəzən təzyiq, üstünlük, təhdid, şantaj etmə kimi üsullarla də təmin edilə bilər. Belə bir şəraitdə qorxu hüquq və ədalət kimi legal anlayışların önünə keçir, insanları əsir alır və onların gündəlik həyatlarına hakim olur. Qorxunun hakim olduğu cəmiyyətlər artıq aralarında millət və birlik anlayışlarını itirməyə başlayır, “biz və başqaları” anlayışını inkişaf etdirib bölünür, zaman keçdikcə məhsuldarlığını, yaradıcılığını, zövqlərini itirir. Müəyyən bir müddət sonra cahil və əsəbi insanlar daha əsəbi hala gəlir, fanatiklər daha da fanatikləşir. Azadlıq əleyhdarları hüquq müdafiəçilərinin önünə keçir. Bir az yaxından baxdıqda, cəmiyyət içində parçalanma istəyən “başqalarına” tab gətirə bilməyən, digər etnik mənsubiyyətlərə, dinlərə və baxışlara qəzəblə baxanlar bu qorxu şəraitindən ən çox istifadə edən insanlar halına gəlirlər.
    İllərlə terror fəlakəti ilə iç-içə yaşamış Yaxın Şərq cəmiyyətləri bu qorxunun hansı nəticələrə səbəb olduğunu, cəmiyyət içində necə dəhşətli mənzərə yaratdığını zaman keçdikcə gördülər. Terrorizmin geniş yayıldığı ölkələrdə ixtilafların baş verməsi, müsəlmanların öz aralarında belə bölünməsi terrorun həm səbəbi, həm də nəticəsidir. Müsəlmanlar öz aralarında ittifaq etmədikcə radikallaşma və terrorun inkişaf etməsi üçün daha rahat şərait yaranmış, terror artdıqca da müsəlmanlar arasındakı parçalanma daha da şiddətlənmişdir. Bundan başqa, qorxunun təkan verdiyi şiddət və qəzəb daha da güclənmişdir. Bu qəzəbinin böyük hissəsinin Qərbə qarşı olduğunu da burada xatırlatmaq lazımdır.
    Avropada terror qorxusunu da bu aspektlərdən qiymətləndirmək lazımdır. Uzun müddətdir ki, Yaxın Şərqdə davam edən radikal və ya kommunist terror Avropa siyasətçiləri tərəfindən göz ardına vurulmuş, radikalizmə qarşı yalnız bombalarla cavab verilmiş, kommunist terror isə nəzərə alınmamışdır. Hazırda Avropa bu qorxu mühitini özü yaşayır. İllərdir yolda gördüyü bir çantaya şübhə ilə baxan, avtobusda tərləyən insanları canlı bomba zənn edən, kütləvi yaşayış sahələrinə girməkdən çəkinən Yaxın Şərq cəmiyyətlərinin yaşadıqları dəhşəti bəlkə də ilk dəfə anlayır. Lakin bu məqamda çox diqqətli olmaq lazımdır. Çünki qorxu, şiddət havadarlarının daim hədəf aldığı nəticədir.
    Avropa mədəniyyəti azadlıq, demokratiya, insan hüquqları, incəsənət, musiqi, elm kimi gözəllikləri ilə dəyərli mədəniyyətdir. Yaxın Şərq insanlarının qorxu kabusunu yaşamalarını istəmədiyimiz kimi, Avropa xalqlarının da bu qorxunu yaşamasını istəmirik. Bu səbəbdən bu xəbərdarlıq nəzərə alınmalıdır: bir cəmiyyətdə qorxunun artırılması yolu ilə qəzəbli insanlara meydanın boş buraxılması, irqçilərə imkan verilməsi, İslam düşmənlərinin yolunun açılması, daha çox zorakılıq istəyənlərin intensivləşməsinə şərait yaradılması böyük fəlakətləri özü ilə birlikdə gətirəcək. Bu, həmin cəmiyyət daxilində azadlıqlara son qoyulması deməkdir. İllərdir insan hüquqlarının qalası halına gəlmiş gözəl Avropa mədəniyyəti qəzəbli insanlar ucbatından bu xüsusiyyətini itirə bilər. Şiddəti dəstəkləyən irqçi və qəzəbli insanların artdığı, qorxu içindəki Avropa cəmiyyəti yeniliklərin öncüsü ola bilməz, kəşflər edə bilməz, elmdə inkişaf edə bilməz. Sənətdə mükəmməl əsərlər yaradıla bilməz, memarlıqda estetika və zərafət olmaz, texnologiya, sənaye kimi sahələrdə yeni ideyalar inkişaf edə bilməz. Sağlam düşüncə ilə hərəkət etmə qabiliyyətini itirər. Ancaq qorxar, gizlənər, şübhələnər və daha çox qorxar.
    Belə böyük bəlaya qapı açmamaq üçün bilinməlidir ki, qorxu güclü ola bilər, amma sevgi daima qorxunu məğlub edir. İnsanların sevgi ilə birlik olmaları, dostluğu möhkəmləndirmələri və siyasətçilərin zorakılığı zorakılıqla dəf edəcəkləri inancını bir kənara qoymaları bunu dərhal təmin edəcək. Şiddət yaradan qrupların şiddətlə son qoyulacağına inanmaq ağılsızlıqdır. Keçən 20 il zorakılığın heç bir nəticə vermədiyini, əksinə, şiddəti daim bəslədiyini bizə sübut edib. Bu vəziyyət bəzi ağıllı cəmiyyətlərə məlumdur. Ötən günlərdə İngiltərədə ingilis hökumətinin Suriyada İŞİD hədəflərini vurmaq planına qarşı həyata keçirilən “Dont bomb Syria” (Suriyanı bombardman etməyin) etirazları minlərlə insanı bir araya toplamış güclü etirazlardır.2 Bu etirazların artması insanların və siyasətçilərin sevgi cəmiyyətləri yaratmasına daha rahat şərait yaradacaq.
    Artıq siyasətçilər terror təşkilatlarına qarşı silah tuşlamaq əvəzinə onları dəyişdirəcək maarifləndirmə siyasətinə cəmlənməlidirlər. Terror və şiddətə həqiqətən son vermək və öz cəmiyyətlərini bu qara dəlikdən xilas etmək istəyirlərsə, bunu daha əvvəl heç tətbiq etmədikləri və qəti nəticə gətirəcək elmi bir yanaşma ilə həyata keçirməlidirlər. Artıq zorakılıqdan deyil, sülhdən danışmalıdırlar. Sevgi və sülhdən müharibə və qarşıdurmaların çox olduğu vaxtlarda danışmaq lazımdır. Sülhdən və çözümdən danışan insanlar olmadığı müddətcə, zorakılığın həyatımıza hakimiyyətini qarşısını almaq çətindir.
    1)https://en.wikipedia.org/wiki/Terrorism
    2) http://www.theguardian.com/politics/2015/nov/28/thousands-attend-protests-against-uk-airstrikes-on-syria
    Adnan Oktarın «Arab News»də dərc edilən məqaləsi:
    http://www.arabnews.com/columns/news/849176

  • Əsrimizin bəlası – sevgisizlik

    axv

    İnsanların çoxu, demək olar ki, hər gün yedikləri yeməklərin, gəzdikləri məkanların, əyləncələrinin fotolarını sosial şəbəkələrdə paylaşır. Burda pis bir şey yoxdur, anormal olan bu insanların bir çoxunun dünyanın müxtəlif bölgələrində sırf aclıqdan nə qədər insanın ölməsindən xəbərsiz olmasıdır… Xəbərdar olsalar belə, etinasız yanaşmalarıdır.
    Dünyada insan haqlarından danışılır, amma bu barədə danışanlar insan haqqlarının nə olduğunu, hansı haqqları müdafiə etdiklərini unudublar. Dünyanın gözü önündə Yərmuqda, Madayada insanlıq dramı baş verir, insanlar aclıqdan it-pişik yeyir.
    Suriyada insanların aclıqdan ölməsi adi hala çevrilmişdi, yaxın zamanda isə mediaya sızan şəkillər diqqətləri Madayaya cəlb etməyi bacardı. Son zamanlarda burada insanların qidasını otlar təşkil edirdi, amma soyuqdan otlar da quruyanda insanlar tamamilə aclığa tərk edildilər. Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT- nin etdiyi yardımlar isə yetərli deyil.
    Bu zaman problemə başqa yöndən yanaşmaq lazım gəlir, insanlarda yaranan laqeydlik, sevgisizlik, qəddarlığın yerinə mərhəmət, sevgi, qayğıkeşlik hisslərini oyatmaq. Problemleri mumkun qədər ictimailəşdirib cəmiyyətdə qınaq yaratmaq. Bu, bəlkə də problemin həll yolu deyil, amma zülmün daha çox yayılmasının qarşısını az da olsa almış olur.
    Medianın üzərinə bu məsələdə böyük məsuliyyət düşür. Xəbərlərdə, verilişlərdə, müzakirələrdə daha çox sevgi, mərhəmət aşılayan söhbətlərə, mövzulara yer verilməli, insanların vicdanlarını oyadacaq şəkildə proqramlar hazırlanmalıdır. Ətrafına qarşı həssas, incə düşüncəli olan cəmiyyət formalaşdırmaq lazımdır. Dünyanın bir çox yerində aclıqdan, soyuqdan əziyyət çəkən insanlar, körpələr varkən, geyindikləri geyimləri və ya hazırlanan yeməkləri bəyənməyib mübahisə edən insanların olduğu verilişlər əvəzinə televiziya kanallarında, internet səhifələrində yardim mahiyyətli, gözəl əxlaqdan bəhs edən yayımlar verilməlidir.
    Dünya sizin gördüyünüz kimi dəbdəbədən ibarət deyil, bir də görmədiyiniz yaxud, görmək istəmədiyiniz üzü var, müharibələrin, aclığın hökm sürdüyü dünya. Və düşünməyin ki, bütün bu dəhşətlərdən sığorta olunmusunuz.
    İnsanlardan istənən bacardıqları qədər bu insanlara yardım etmələridir, kim necə bacarırsa. Ən azından sadəcə bir dua ilə…

    Aysel Vəlizadə

  • Hər şeyə xeyir gözü ilə baxmaq

    her-seye-xeyir-gozu-ile-baxmaq-ymk

    Hadisələri xeyir gözü ilə dəyərləndirməmək, daim narahatlıq və qorxu içində olmaq, ümidsizlik və kədər imanın qəlbə tam yerləşmədiyinin əlamətidir.

    Hadisələri xeyir gözü ilə dəyərləndirməmək, daim narahatlıq və qorxu içində olmaq, ümidsizlik və kədər imanın qəlbə tam yerləşmədiyinin əlamətidir. Möminin isə heç nəyə kədərlənməməsi, bədbinliyə qapılmaması onun Quran əxlaqını doğru anladığının göstəricisidir. Hadisələrə xeyir gözü ilə baxmaq, əslində, cəmiyyətdə əksər insanların tez-tez dilə gətirdiyi ifadədir. İnsanların çoxu baş verən gündəlik hadisələrdə “bir xeyir var” və ya “xeyirdir inşaAllah” kimi sözlərdən istifadə edir. Ancaq bu ifadə, əsasən, ya vərdişdən, ya da xalq arasında ənənə olduğuna görə işlədilir. Halbuki bu insanların əksəriyyəti hər işə xeyir gözü ilə baxmağın, əslində, nə demək olduğunu və necə tətbiq edildiyini dərk etmir.

    İnsanın yaxşı və ya pis, müsbət və ya mənfi kimi görünən bütün hadisələrə mütləq xeyir gözü ilə baxması Allaha səmimi imanından və mühüm bir həqiqəti bilməsindən irəli gəlir. Bu həqiqəti dərk etmək insana dünya və axirətdə böyük uğur qazandırır, həyatına rahatlıq verir.

    Allaha iman gətirən bir insan çatışmazlıq və ya xəta kimi görünən hadisə ilə qarşılaşdıqda bunun özü üçün mütləq ən xeyirlisi olduğunu bilir. Qədərə iman gətirdiyinə görə “heyif”, “kaş ki” kimi sözləri həyatından tamamilə çıxarır. Yəni “bu hadisə xeyirlidir, lakin növbəti dəfə eyni səhvi etməyim, bu hadisədən ibrət götürüb doğrunu edim”, – deyə düşünür.

    İnsan yenidən eyni çətinliklə qarşılaşsa və ya eyni səhvi etsə belə, hər şeyin xeyir və hikmətlə yaradıldığını əsla unutmamalı və növbəti dəfə doğru olanı etməyə niyyətlənməlidir. Hətta eyni hadisə dəfələrlə təkrarlansa da, müsəlman bunun xeyir olduğunu bilməlidir. Çünki bütün hadisələr ən kiçik təfərrüatına qədər Rəbbimizin nəzarəti altındadır.

    Axirətdə peşman olmamaqİnsan Rəbbimizdən fasiləsiz olaraq xeyir və hikmət gəldiyini bilsə, qəlbi rahat olar. Bu həqiqəti qavramaq mömin üçün böyük nemətdir. Dindən uzaq yaşayan insan mənfi kimi görünən hər hadisəni öz əleyhinə dəyərləndirdiyinə görə daima sıxıntı çəkir. Mömin isə daima hikmət və xeyir gözü ilə baxmağın sevincini yaşayır.

    Hadisələrə şər gözü ilə baxmaq Quran əxlaqına ziddir və insanın axirətdə peşman olmasına səbəb olar. Çünki Allahın müəyyən etdiyi qədər qüsursuz yaradılmışdır.

    İnsan tələskən olduğuna görə bəzən başına gələn hadisədəki xeyiri dərhal görməz. Həmin an bunu görə bilmədiyinə görə də öz zərərinə olan şeydə inadkarlıq edə bilər. Allah Quranda insanın bu tələskən cəhətini bildirmişdir: “İnsan (özünə) xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir”. (İsra surəsi, 11)

    Halbuki insan doğru və yaxşı hesab etdiyi şeylərdə israr etməməli, bunları əldə etmək üçün tələsməməli, Allahın qarşısına çıxardığı hadisələrdəki xeyir və hikmətləri görməyə çalışmalıdır. Məsələn, maddi imkanının artmasını istəyən insan bunun üçün səy göstərər. Ancaq səyinə baxmayaraq bu istəyi reallaşmaz. Əgər insan bu vəziyyəti öz əleyhinə zənn edərsə, yanılar. Əlbəttə, hər kəs Allah yolunda sərf etmək üçün qazancını artırmağa çalışar və bunun üçün dua edər. Ancaq bu, həyata keçmirsə, deməli, böyük xeyir var. Bəlkə həmin şəxsi əldə edəcəyi var-dövlət Allahın yolundan azdıracaq, şeytanın tələsinə salacaq. Belə bir hadisənin ardında insanın yaxın zamanda görəcəyi və ya axirətdə qavrayacağı bir çox xeyir gizlənə bilər.

    Hər insan həyatında çatışmazlıq kimi görünən hadisələrlə qarşılaşmış, sonra bu hadisələrin nə qədər xeyirli olduğunu görmüşdür. Ancaq unutmaq olmaz ki, insan çatışmazlıq kimi görünən hadisələrin xeyirli tərəfini həmin vaxt qavramaya bilər və hadisələrin xeyrini illər sonra öyrənə bilər və ya heç öyrənə bilməz. Bəlkə də Allah qarşısına çıxan çətinliyin xeyrini ona axirətdə göstərəcək. Təvəkkül etmiş və qədərə təslim olmuş insan hər hadisəni xeyir gözü ilə dəyərləndirməli və Allahdan razı olmalıdır.

    Qeyd etmək lazımdır ki, xeyir gözü ilə baxmaq hadisələrə laqeyd yanaşmaq demək deyil. Əksinə, insan başına gələn hadisələrdə əlindən gəldiyi qədər tədbirli olmalı, hər yola əl atmalıdır. Cahiliyyə əxlaqında hər hadisəyə laqeyd qalan bəzi insanlar var. Belə insanlar həm laqeydliklərinə, həm də sadəlövh hərəkət etdiklərinə görə ağıllı davranmazlar. Allah bir ayədə belə bildirir:

    Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. Bu, sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid surəsi, 22-23)

  • Bütün Müsəlmanlara Çağırış

    butun-muselmanlara-cagiris-uAH

    Dünyanın hər yerində – Fələstində, İndoneziyada, Şərqi Türküstanda, Patanidə, Misirdə, Suriyada və s. müsəlmanların şiddət və zülm içində yaşadıqları məlumdur.

    Əksər müsəlman ölkələrində müharibə və daxili iğtişaşlar hələ də davam edir. Bu müharibələrdə yüz minlərlə silahsız insan həyatını itirmiş, qadınlar təcavüzə uğramış və işgəncə görmüş, milyonlarla müsəlman yurd-yuvalarından didərgin düşmüş, şikəst qalmış, yaxınlarını itirmişlər. Hələ də məsum uşaqlar güllələrə hədəf olur, körpələr qundaqda qətlə yetirilir, qaçmağa çalışanların əksəriyyəti həyatlarını itirirlər. İnsanlar görülməmiş vəhşiliklə üzləşirlər…

    Dünyanın hər yerində – Fələstində, İndoneziyada, Şərqi Türküstanda, Patanidə, Misirdə, Suriyada və s. müsəlmanların şiddət və zülm içində yaşadıqları məlumdur.

    Müsəlmanların yaşadığı bir çox ölkədə qadınlar və uşaqlar zülmə məruz qalır, əziyyət görürlər. Müsəlmanlar tək-tək müstəqilliklərini itirir. Vicdanlı insanların onlara yardım etməsini gözləyir, amma səslərini eşitdirə bilmirlər.

    Əziyyət görən və şəhid edilən bu müsəlmanların varlığından hər kəs xəbərdardır. Çünki hər gün qəzetlərdə və televiziyalarda bu biçarə, zavallı, kimsəsiz və ehtiyac içindəki insanların rəsmlərini və ya videolarını görürük. Bir çoxları bu insanların düşdüyü vəziyyətə görə onlara acıyır. Ancaq bir müddət sonra danışdığı mövzunu və ya baxdığı kanalı dəyişdikdə, ya da oxuduğu qəzetin səhifəsini çevirdikdə onların varlığını unudur. Bir çoxu bu insanları çətin vəziyyətdən xilas etmək üçün kömək etməyi, müsəlmanların bir-birilərinə görə məsuliyyət daşıdıqlarını düşünmürlər. “Dünyada o qədər zəngin, güclü ölkələr və ölkə başçıları varkən bu insanları xilas etmək mənəmi qalıb?” düşüncələri ilə məsuliyyəti başqalarının üstünə atırlar.

    Bu cür insanlar “evimdə və işimdə problem yoxdur, ticarətim yerində, uşaqların məktəbində də hər şey qaydasındadır” – deyərək kənara çəkilməyi üstün tuturlar. Halbuki bu davranış yalnızca dünyaya böyük hərisliklə bağlanan, keçici və çox qısa həyatında dünya mənfəətlərinin arxasınca qaçan insanlara məxsusdur. Müsəlman səssiz qaldığı və fikrən mane olmadığı bu zülmün bir gün özünə də böyük zərər verəcəyini unutmamalıdır. Bir ucu özünə dəyməyən şiddətə səssiz qalmağın böyük vicdansızlıq olduğunu bilməlidir. Xüsusilə də mənasız məsələlərdə “aslan” olanların bu cür vacib hadisə ilə qarşılaşarkən məsuliyyəti başqalarının üstünə atması ciddi əxlaq pozğunluğudur. Allah rizası üçün cəhd etməli olduğu halda, zülm görən müsəlmanları yalnız buraxmaq, “o ölkədən bizə nə, biz öz ölkəmizə baxaq” məntiqi ilə hərəkət etmək, kənardan hadisələrin sakitləşməsini seyr etmək səmimi və həqiqi müsəlmanlıq deyil.

    Hər bir vicdanlı müsəlman zülm görən insanları xilas etmək məsuliyyətini şəxsən hiss etməlidir. Həll yolu isə çox asandır: müsəlmanlar tezliklə bu fitnəyə qarşı birlik olmalıdır. Bütün müsəlmanların bu məsuliyyətinə Uca Allah belə diqqət çəkmişdir:

    Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz? (Nisa surəsi / 75)

    Firuzə Həsənzadə

  • Şəfa VƏLİYEVA.”İLKDƏN SONA GEDƏN YOLDA”

    1915291_748109358667106_2463672035380493579_n

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Üşümək… adicə bir kəlmədi, soyuqda üşüyərlər. İsti gələr, keçər gedər bu üşümək… Qalar xatirəsi…

    Üşüməyin xatirəsi də üşüdür adamın ürəyini. Beynini o üşüdüyün günə kökləyəndə ürəyindən keçən qanın da “sərinliyini” hiss edirsən elə bil… İndi gülüb keçən də tapılacaq bu üşüməyin fəlsəfəsində azmağıma. Eynimə almıram, əminəm ki, dodağı qaçanlar Dəyanət Osmanlının şeirlərini oxumayıblar.

    Pəncərəmdən qarlı bir gecə keçir,
    Üşüdüyün günün fotosu
    Gözlərimə baxır divardan.
    Yadındamı,
    Necə çarəsizdim
    Sən titrərkən soyuqdan.

    Ən əzizinin, bir ürək daha doğmasının üşüdüyünü görüb də çarəsiz qalan adamın içindəki yanğıya da acığı tutur, o yanğıdan bir ovuc götürüb sevdiyinin canındakı soyuğun başına əndərə bilmir deyə… Dəyanət Osmanlının şeirlərinin hər biri fərqli tablo…

    “İlk və son” kitabını vərəqlədikcə rəsm sərgisindəymişəm kimi bütün şeirlərin doğulduğu anı, “inqə” səslərini, bu səsin ağrılarla çarpışmasını “gördüm”… Dünyanın tüm rənglərində, hətta, rəngərin tüm çalarlarında…

    Qar yağır soyuq qış gecəsinə.
    Çay evində qoca rəssam
    Ən çox sevdiyi
    Bozarmış-saralmış tablosuyla
    Ödədi bütün borclarını.

    lll

    Axşam tramvayında
    Xidməti hissəyə dönürdü
    Bir inşaat əsgəri.
    …Ötən gün yazdığı
    Sevgi məktubunu xatırlayırdı…

    Bu “baxıb gördüyüm” tabloların çoxu mənim tanışlarımdı… Bir-birimizin gözünün içinə dik baxa bilməyəcəyimiz qədər əskilib tanışlığımızın tarixi… Çardağın bir küncündə qırmızı donlu gəlinciyin pırtlaşıq saçlarının arasından görünür tanışlığımızın ad günlərini qeyd etdiyimiz köhnə təqvim… Və… Dəyanət Osmanlı adlı şairin yazdıqları həyatın özünü boylandırır gah qızılı, gah da tünd-qəhvəyi çərçivəli tablolardan… Təqvimlər də gündən-günə qorxudur adamları, etiraf etmək çətindi, amma dolayısıyla bunu hamımız dilimizə gətiririk… Ya da belə deyim, dilimizdən, cümlələrimizdən qova bilmirik təqvimdən qorxduğumuzu… Tabloların bütün fon rənglərində cəsarət hayqıran şair ruhu da təqvimdən qorxurmuş… Bu qorxular fəsil-fəsil rənglənib şeirlərdə…

    Qar basır dekabrı,
    Bütün umudları
    Aparır divanə külək
    Qiyamətin xarabalığına…

    Dekabrda “sısqalaşmış” ağacların, bükülmüş damların, küçələrdən üz döndərmiş pəncərələrin qorxutduğu şair…

    Fevral,
    Qar,
    Çərşənbə…
    Külək qışı qovur, əzizim.

    “Yaza nə qaldı?”-deyə gün sayan, qışın qovulmasından təsəlli tapan şair…

    Heç nə yadımda yox,
    Hər şeyin nurani üzü
    Soyuğa,
    Qaranlığa bənzər.
    Viranəyə dönüb
    Sentyabr şənbəsi.

    Çəkilən pərdələrin arxasından boy göstərən bozumtul hava, yarpaqların yoxluğunu özünə dərd edib qaş-qabağını tökmüş ağaclar və xatirələrinin ən “soyuğunu” ürəyinə geyinmiş şair…

    Eşikdə aprel gecəsi,
    Ağaclar yalqız,
    Budaqlar səs salır qorxusundan.
    Küləksə oxuyur:
    -keçər, ağacım, keçər…

    Tənhalığından ürpənən, küləyin ağac budaqlarındakı rəqsindən ilhamlanaraq “həyatda hər şey müvəqqətidir” teoremini yaşamıyla aksioma olaraq təsdiqləyən şair…

    Dəyanət Osmanlının etirafı misra-misra olsa da bir-birini bağrına basmağı bacarır bu misralar… Və qucaq-qucağa, bəzən çiyin-çiyinə, bəzən də sadəcə əl-ələ verib şair ürəyinin ağıla, ölçüyəgəlməz hisslərinin ağırlığına dayanırlar… Aradabir bu misralar bənd-bənd xəbər ötürürlər yolları uzaq düşmüşə…

    Bildinmi nələr oldu,
    Sənin ayrılıqdan sonrakı sevincin,
    Sevginin yasından çıxmış
    Tənhalığım mənim
    Bir-birini bağışlayıb,
    Bir-birinə sarıldı…

    Və şair əmindi ki, xəbər yolların o başındakı mənzilə yetişir… Şairdən küsənlər şeirdən küsməzlər axı… Şairi tənhalıqla baş-başa qoymaq yeni şeirlərin cücərməsinə cəhddi bəlkə də… Ən gözəl şeirlər şairin sevgisindən və özündən ibarət “çoxluğundan” doğulur…

    Sevildiyim qədər
    Yalnızlığım var,
    Bəlkə də çox.
    Amma təkliyimi
    İtirdiyim qədər xoşbəxtəm.
    Bax, belə…
    Sənə məktub yazıram
    Ayrılıq qorxusundan,-deyir…

    lll
    Sən könül bağıma girəli
    İçim ələk-vələkdi,
    Nə aparıb getmisən,-deyir…

    lll

    Özün bilərsən
    Hər şey yuxutək bitəndə,
    Məni bir qurd kimi sevəydin
    gərək,-deyir…

    Deyə-deyə də İlkdən Sona doğru gedən yolda şeir boyda öz ölçü vahidini yaradır Dəyanət Osmanlı… O ölçü vahidinin adı çox sadədir: “Və…” “Və bütün şairlər şeir-şeir doğulur, şeir-şeir ölür, şeir-şeir əbədiyyət olur… Və… Şükür şairinə, Tanrım!”

    525-ci qəzet
    16 fevral 2016

  • “Vətən cəsarətdən başlayır”

    Hər birimiz fərd olaraq ictimayət nümayəndəsiyik. İctimayətdə cərəyan edən hadisələr bilavasitə bizim bacarıqlarımızdan və düşüncələrimizdən asılıdır. Cəmiyyətin formalaşması, sağlam gələcəyə zəmanət, sağlam düşüncə və sağlam şüurdan başlayır. Mən bir pedaqoq kimi, daima çalışmışam ki, bizim gələcəyimiz olan gənclərimizdə özünə inam hissi aşılayım. Bir müəllimin düzgün qurduğu təlim strategiyası gələcəkdə bir cəmiyyətin davamlı uğuruna zəmin yaradır. Eyni zamanda da bir müəllimin bilərəkdən və ya bilməyərəkdən düzgün qurmadığı təlim tərbiyə işləri bir cəmiyyəti uçruma apara bilər. Bu səbəbdən şagirdlər arasında özünə inam hissini qabartmalıyıq. Əslində müasir təlim olan Kurikulum sistemi də şəxsiyyət yetişdirmək dedikdə, hər bir məsələnin, problemin çözümünü tapa bilən vətəndaşlar yetişdirməkdən bəhs edir. Azərbaycan xalqı tarix boyu özünə inamlı, cəsarətli qəhrəman oğullar yetişdirmişdir. Qəhrəmanlarımız və Şəhidlərimiz şanlı tariximizin əsas səhifəsidir.
    Bəs görəsən qəhrəman olmaq üçün necə olmaq lazımdır? Əslində qəhrəman olmaq üçün qeyri adi bir bacarıq tələb olunmaz. Qəhrəman olmaq üçün vətənini ürəkdən sevmək, əsil vətəndaş olmaq gərəkdir. Əsil vətəndaş: xalqına, dövlətinə və dövlətçiliyinə xidmət edən, həmçinin vətəni, namusu, tarixi torpaqları uğrunda canından keçməyə düşünmədən razı olanlardır. Lakin bu o, demək deyil ki, biz əsil vətəndaş olmaq üçün mütləq şəhid olmalıyıq. Biz vətəndaşlıq borclarımızın hər birini laiqincə yerinə yetirməli, lazım gələrsə vətən uğrunda canımızdan keçməliyik. Necə ki, əsil qəhrəmanlıq səlnaməsi olan, Azərbaycan və dünya tarixinə öz adını yazdıran Mübariz İbrahimov lazım gələndə Vətən sağ olsun deyib öz tarixi torpaqlarımızda şəhid oldu. Mübariz İbrahimov Qəhrəmanlığın yeni səhifəsini yazdı.
    Müasir dövrün Koroğlusu, Nəbisi, Babəki idi Mübariz İbrahimov. O, 7 fevral 1988-ci il Biləsuvar rayonunun Əliabad kəndində doğulub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov böyük cəsarətlə, təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Qəhrəmanımız düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Bu faktları öyrəndikcə insanın ruhu göynəsə də qurur, iftixar hissindən, gözlərimiz dolur, ürəyimiz dağa dönür. Bu gün Mübariz İbrahimovun cəsarət məktəbinin minlərlə davamçıları vardır.
    Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalamışdır. Mübariz İbrahimovun meyidi 6 noyabr 2010-cu ildə qarşı tərəfdən alınmışdır. 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasimində Azərbaycan prezidenti İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunmuşdur. Mübariz İbrahimov dövlətimiz üçün çox böyük sücayət göstərərək qəhrəmanlıq göstərmişdir. Qarşılığında isə Dövlətimiz də onun bu tarixi qəhrəmanlığını dəyərləndirmiş, onu 2010-cu ildə “İlin adamı” adına laiq görülmüşdür. M. İbrahimov cəsarəti ilə üçrəngli bayrağımızı Vətən göylərinə öz müqəddəs qanı ilə çəkmişdir. Bəlli olur ki, cəsarət-özünə inamdan, Vətən isə cəsarətdən başlayır.

    Ziba Məmmədova
    Ağsu rayon R.Hüseynov adına kəndoba kənd tam orta məktəbinin kimya-biologiya müəllimi

  • Sayana Vəliyevanın doğum günü münasibətilə təbrik edirik! (18 fevral)

    1455771853_12729280_1693319857620031_3994297933826814362_n

    Allah imanını, nurunu, sevgini, səmimiyyətini artırsın.

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti